Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2348/2022 03.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiаçı İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, ixtisası mühəndis), cavabdehin nümayəndəsi X2 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquq şöbəsində aparıcı mütəxəssis vəzifəsində işləyir) iştirаkı ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “25.09.1979-cu ildən 14.08.1981-ci ilədək keçdiyi 1 ay 2 ay hesabı ilə 3 il 9 ay 10 gün təşkil edən hərbi xidmət müddəti sığorta stajına daxil edilməklə, yaşa görə təyin edilmiş əmək pensiyanın əmək pensiyası hüququ yarandığı vaxtdan yenidən hesablanması öhdəlyinin cavabdehə həvalə edilməsi” iddiа ərizəsi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı 25.09.1979-cu ildən 14.08.1981-ci ilədək keçdiyi 1 ay 2 ay hesabı ilə 3 il 9 ay 10 gün təşkil edən hərbi xidmət müddəti sığorta stajına daxil edilməklə, yaşa görə təyin edilmiş əmək pensiyanın əmək pensiyası hüququ yarandığı vaxtdan yenidən hesablanması öhdəlyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul еdilməsini хаhiş еtmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, yaşa görə əmək pensiyasına çıxmışdır. İddiaçının 25.09.1979-cu ildən 14.08.1981-ci ilədək olan keçmiş SSRİ ordusunda xidməti, pensiya təyin edilərkən sığorta stajı olaraq düzgün hesablanmamışdır. Beləki, 25.09.1979-cu ildən 14.08.1981-ci ilədək olan dövrü əhatə edən 1 il 10 ay 20 günlük xidmətini hər 1 ili 2 il sayılmalı və sığorta stajı 3 il 9 ay 10 gün hesablanmalı olduğu halda 1 il 10 ay 19 gün hesablanmışdır. Göstərilən halların aradan qaldırılmasından ötrü müraciət etdiyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı **********1 saylı, 12.08.2021-ci il tarixli məktub ilə ərizənin təmin etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon İdarəsinin 18.01.2021-ci il tarixli 13 saylı arayışından görünür ki, 25.09.1979-cu ildən 14.08.1981-ci ilədək hərbi xidmət müddətin iş stajına, xidmətin 1 ili 2 il hesab edilməklə, 3 il 9 ay 10 gün olaraq daxil edilməlidir. İddiaçı cavabdehin imtina məktubunu əsassız və qanunsuz hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi iddiaya etirazını təqdim edərək göstərmişdir ki, İddiaçı 01.04.2017-ci il tarixdə “Əmək pensiyalar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı hərbi xidmət müddətinin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etmiş, lakin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müraciətin müsbət həlli mümkün olmamışdır. İddiaçı Kamçatka vilayətində xidmət etdiyi 25.08.1979-14.08.1981-ci illər üzrə hərbi xidmət dövrünün 1 ayı 2 ay hesab edilməklə, 3 il 9 ay 10 gün müddətin sosial sığorta stajına daxil edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, və iddiasını onunla əsaslandırmışdır ki, SSRİ Nazirlər Sovetinin 15.12.1990-cı il tarixli 1290 saylı qərarına 1 saylı əlavənin İ hissəsinin 11-ci abzasına əsasən Kamçatka vilayətində xidmət edən zabit, gizir, miçman, həqiqi hərbi xidmətdən artıq xidmət edən hərbi qulluqçuların xidmətinin 1 ayı 14.09.1945-ci ildən 2 ay hesab edilir. Belə ki, İddiaçı təqdim etdiyi diplomun surətinə əsasən 01.09.1971- 21.06.1976-cı illər təhsil illəri üzrə 4 il 9 ay 20 gün; hərbi biletin surətinə əsasən 25.08.1979-14.08.1981-ci illər hərbi xidmət dövrü üzrə 1 il 11 ay 19 gün; əmək kitabçasının surətinə əsasən, 07.10.1976-08.08.1979-cu illər, 24.09.1981-24.09.1986-cı illər, 24.09.1986-12.09.1988-ci illər, 14.11.1988-06.09.1992-ci illər, 18.11.1993-02.02.2004-cü illər, 03.02.2004-01.01.2006-cı illər olmaqla işlədiyi dövr üzrə 25 il 8 ay 23 gün; 06.09.1992-18.11.1993-cü illər müharibədə iştirak etdiyi dövr Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 24.0.1-ci maddəsinə əsasən ikiqat ölçüdə hesablanaraq 2 il 4 ay 24 gün olmaqla 01.01.2006-cı il tarixinədək ümumilikdə vətəndaşın mübahisələndirilməyən sığorta stajı 34 il 10 ay 26 gün təşkil edir. 01.01.2006-cı il tarixdən yaşa görə pensiya hüququ yaranan 01.04.2017-ci il tarixədək fərdi hesabın sığorta hissəsində 3545,97 manat, 01.04.2017-ci il tarixdən 01.04.2021-ci il tarixədək 4868,46 manat pensiya kapitalı qeydə alınmışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 34.1-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçı məhkəmə iclasında iddia ərizəsindəki məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiаçının və cavabdehin nümayəndəsinin çıxışını dinləyərək, iş materiallarını аrаşdırаrаq hеsаb еdir ki, iddiaçının iddia tələbi qismən əsаslıdır. Belə ki, iş materiallarında olan: AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1954-cü il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər rayon İdarəsinin 13 nömrəli, 18.01.2021-ci il tarixli arayışına əsasən 1954-cü il təvəllüdlü istefada olan kapitan İddiaçı, həqiqətən 25.09.1979-cu il tarixindən 14.08.1981-ci il tarixinədək SSR ordusunda Kamçatkada hərbi xidmət keçmişdir, 14.09.1945-ci il tarixli 2358 nömrəli əmrinə əsasən 1 (bir) ili 2 (iki) il sayılır. Arayış istefada olan kapitan İddiaçı “Zabitin şəxsi işi ” əsasında verilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı 12 avqust 2021-ci il tarixli, **********1 nömrəli məktubuna əsasən bildirilmişdir ki, təqdim edilən 07.10.1976-cı il tarixində tərtib edilmiş AT-V ******* saylı və 12.05.2009-cu il tarixində tərtib edilmiş İT-İ ******* saylı əmək kitabçaları, diplomu və hərbi biletin surətinə əsasən 01.01.2006-cı il tarixinədək 34 il 10 ay sığorta stajı və 01.01.2006-cı il tarixindən pensiya hüququnun yaranan tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 4868,46 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanmışdır. SSRİ ərazisində müddətli həqiqi hərbi xidmət keçdiyi 25.09.1979cu il tarixindən 14.08.1981-ci il tarixinədək olan dövrlər (1 il 10 ay 19 gün) sığorta stajına əlavə edilmişdir. Qeyd olunanlara əsasən 06.09.1992-ci il tarixindən 18.11.1993-cü il tarixinədək olan dövrlər (1 il 2 ay 8 gün) Füzuli, Qubadlı və Zəngilan döyüş bölgələrində döyüş əməliyyatlarında iştirak etdiyinə görə ikiqat ölçüdə güzəştli şərtlərlə sığorta stajına əlavə edilmişdir. İddiaçının 04.06.2021-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün 01.04.2017-ci il tarixindən 04.06.2021-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 4868,46 manat pensiya kapitalına əsasən əmək pensiyası 04.06.2021-ci il tarixindən 363,75 manat məbləğində çatdırılmışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər rayon İdarəsinin 07.02.2022-ci il tarixli 237 nömrəli məktubuna əsasən bildirilmişdir ki, 1954-cü il təvəllüdlü istefada olan kapitan İddiaçı 25.08.1979-cu il tarixdə Krasnodar vilayəti Beloreçinsk hərbi komissarlığı tərəfindən zabitlərin həqiqi hərbi xidmətinə çağırılmışdır. 25.09.1979-cu il tarixdən 14.08.1981-ci il tarixədək SSRİ Ordu sıralarında həqiqi hərbi xidmət keçmişdir. Həqiqi hərbi xidmətini Petropavlovsk-Kamçatsk şəhərində keçirdiyi üçün SSRİ X1 14.09.1945-ci il tarixli 2358 nömrəli Fərmanına əsasən xidmətinin 1 (bir) ili 2(iki) il hesablanmışdır. Petropavlovs- Kamçatsk şəhəri 53167 nömrəli h/hissə komandirinin 14.08.1981-ci il tarixli 165 nömrəli əmrindən çıxarış. Məhkəmə sorğusu əsasında cavabdeh orqan tərəfindən 27.10.2021-ci il tarixdə məhkəməyə iddiaçının pensiya işində olan sənədlərin surətləri təqdim olunmuşdur. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı pensiya yaşı çatdığına görə ona 01.04.2017-ci ildə yaşa görə əmək pensiyası təyin edilmişdir, 08.07.2021-ci il tarixdə iddiaçının əmək pensiyası yenidən hesablanmış və 363,75 manat məbləğ təyin edilmişdir. İddiaçı cavabdehə müraciət edərək 25.09.1979-cu ildən 14.08.1981-ci ilədək keçdiyi 1 ay 2 ay hesabı ilə 3 il 9 ay 10 gün təşkil edən hərbi xidmət müddəti sığorta stajına daxil edilməklə, yaşa görə təyin edilmiş əmək pensiyanın əmək pensiyası hüququ yarandığı vaxtdan yenidən hesablanması xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Odur ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. «Əmək pеnsiyаlаrı hаqqındа» Аzərbаycаn Rеspublikаsının Qаnununun 1.0.1-ci mаddəsinə əsаsən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 4.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası aşağıdakılardan ibarətdir: 4.2. sığorta hissəsindən; 4.2.3. yığım hissəsindən. Həmin Qanunun 6.3-cü maddəsinə əsasən əmək pensiyasının yığım hissəsinin müəyyən edilməsi və ödənilməsi sığortaolunanın fərdi hesabının yığım hissəsində müvafiq vəsait olduğu halda həyata keçirilir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.3. –ci maddəsinə əsasən, sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti daxil edilir. Həmin Qanunun 23.1.-ci maddəsinə əsasən, vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. Həmin Qanunun 23.2. –ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Həmin Qanunun 26.1.-ci maddəsinə əsasən, 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. İşin faktiki hallarına əsasən iddiaçıya pensiya 01.04.2017-ci il tarixdə təyin edilmişdir, 08.07.2021-ci il tarixdə yenidən hesablanmışdır. İş materiallarında olan pensiya işindən görünür ki, iddiaçının pensiya məbləğinin yenidən hesablanması zamanı onun hərbi xidmətdə olduğu dövr (25.09.1979-14.08.1981) 1 ay – 2 ay kimi nəzərə alınmadan hesablanmışdır. Halbuki qanunvericiliyin tələblərinə əsasən iddiaçının SSR ordusunda Kamçatkada hərbi xidməti zamanı 25.091979-cu il tarixdən 14.08.1981-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr 1 ay -1ay kimi deyil, 1 ay-2 ay kimi nəzərə alınaraq ikiqat ölçüdə hesablanmalı idi. SSRİ Nazirlər Sovetinin 1990-cı il 15 dekabr tarixli, 1290 nöömrəli qərarına əsasən göstərilmişdir ki, SSRİ-nin ucqar rayonları, burada xidmət iki ay ərzində bir aylıq güzəştli şərtlərlə xidmət stajına hesablanır. Məhkəmənin gəldiyi qənaətə görə iddiaçının həqiqi hərbi xidməti dövrü (25.09.1979- 14.08.1981) 1 ay – 2 ay kimi nəzərə alınmaqla onun pensiya hüququnun yarandığı tarixdən yenidən hesablanması vəzifəsi cavabdehə həvalə edilməlidir. Lakin məhkəmə iddianı qalan hissədə (1 il 11 ay 9 gün) müddətinin hesablanması) əsaslı hesab etmir. Belə ki, iş materiallarından müəyyən olunur ki, həmin dövr, iddiaçının əmək pensiyası hesablanan zaman nəzərə alınmışdır, yəni iddiaçının ikiqat hesablanmasını tələb etdiyi müddətin birqat ölçüdə əmək pensiyası hüququ verən sığorta stajına daxil edilmişdir. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Məhkəmə yuxarıda sadalananlara məcmu şəkildə qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbi qismən təmin edilməli, İddiaçı 25.09.1979-cu ildən 14.08.1981-ci ilədək keçdiyi hərbi xidmət müddəti 1 ay 2 ay hesabı ilə sığorta stajına daxil edilməklə, yaşa görə təyin edilmiş əmək pensiyanın pensiya hüququ yarandığı vaxtdan yenidən hesablanması cavabdehə həvalə edilməli, iddia tələbi iddiaçının 25.09.1979-cu ildən 14.08.1981-ci ilədək keçdiyi hərbi xidmət müddəti (1 il 11 ay 9 gün müddətinin hesablanması) hissədə rədd edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər; dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRАRА АLDİ: İddiа tələbi qismən təmin еdilsin. İddiaçı İddiaçı 25.09.1979-cu ildən 14.08.1981-ci ilədək keçdiyi hərbi xidmət müddəti 1 ay 2 ay hesabı ilə sığorta stajına daxil edilməklə, yaşa görə təyin edilmiş əmək pensiyası pensiya hüququ yarandığı vaxtdan yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. İddia tələbi iddiaçının 25.09.1979-cu ildən 14.08.1981-ci ilədək keçdiyi hərbi xidmət müddəti (1 il 11 ay 9 gün müddətinin hesablanması) hissədə rədd edilsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilir. Hаkim Miminаt Hаcıbəyоvа
Məhkəmə qərarları › İş №2-1(112)-2348/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2348/2022
03.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver