Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2352/2023 22.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs “torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X11 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil olunun, Cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs X7 işə cəlb edilməklə “torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 407/1 saylı sərəncamı əsasında fərdi ev tikmək üçün iddiaçıya verilmiş 5/285 saylı torpaq sahəsinin onun adına dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması barədə Bakı şəhər Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 407/1 saylı sərəncamı əsasında torpaq sahəsi verilmişdir. İddiaçı 5/258 saylı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etsə də, hüquqlarının reyestrdə qeydiyyata alınmasından imtina edilib. Reyestrdə qeydiyyata alınmadan imtinanın əsasında göstərilmişdir ki, torpaq sahəsinə dair tərəflərindən təqdim edilmiş Bakı şəhər Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 407/1 saylı sərəncamı əsasında digər şəxsin adına ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən şəhadətnamə verilmiş və özgəninkiləşdirilmişdir. Beləliklə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqları ndövlət qeydiyyatından imtina edilmişdir. Hesab edirlər ki, həmin imtina qanunsuz və əsassızdır.
3. Məhkəmənin 2-1(112)-2352/2023 saylı 01 fevral 2023-cü il tarixli qərardadı ilə X7 inzibati iş üzrə zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı müvafiq tələblə xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddia tələbində qeyd olunan Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 407/1 saylı və xx.xx.1996-cı il tarixli, 57 saylı sərəncamları əsasında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sahə, 5/258 saylı fərdi yaşayış evi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyatdan keçmişdir. Bundan sonra fərdi yaşayış evi X1, notarial qaydada təsdiqlənməsi ilə əlaqədar tərəflər arasında mübahisə olmuşdur. Əzizbəyov Rayon Məhkəməsinin 2- 199/1998 saylı, xx.xx.1998-ci il tarixli qətnaməsi ilə X3 iddiası təmin olunmuş, X6 ilə İddiaçı arasında Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 5/258 saylı sahədə yerləşən evin alğısatqı müqaviləsi bağlanmış hesab edilmiş, həmin evə X3 adına həmin evə qeydiyyat vəsiqəsinin verilməsinin Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsinə tapşırılması qət edilmişdir. Müvafiq qətnamə əsasında fərdi yaşayış evi X3 adına dövlət reyestrində qeydiyyata alınmış, daha sonra xx.xx.2013-cü il tarixli, 2V/1-24 saylı vərəsəlik şəhadətnaməsi əsasında fərdi yaşayış evi X5 adına özgəninkiləşdirilmişdir. Göründüyü kimi, iddia tələbində qeyd olunan sərəncam əsasında dövlət reyestrində müvafiq qeydlər artıq aparılmışdır. İddiaçı İdarəyə xx.xx.2022-ci il tarixli müraciətinin araşdırılması zamanı məlum olmuşdur ki, iddiaçı həmin sərəncam əsasında tamamilə fərqli torpaq sahəsi göstərmiş, dövlət reyestrindən qeydiyyatdan keçməyini xahiş etmişdir. Yuxarıda sadalanan hallara görə iddiaçının müraciətinin icrası tərəflərindən mümkün olmamışdır.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
8. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq 3-cü şəxs məhkəmə iclasına gəlməmişdir. Gəlməməsinin səbəbi barəsində hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
9. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2022ci il tarixli **********72 nömrəli imtina məktubuna əsasən torpaq sahəsinə dair tərəflərindən təqdim edilən Bakı şəhər Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 407/1 saylı sərəncamı əsasında digər şəxsin adına ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən şəhadətnamə verilmiş və özgəninkiləşdirilmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.
10. İddiaçının nümayəndəsinin müraciətinə əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 16 may 2022-ci il tarixli BA-02720-2022 nömrəli məktubla Əzizbəyov RİH-nin (indiki Xəzər RİH) arxiv fondu üzrə xx.xx.1994-cü il tarixli 407/1 saylı sərəncamının təsdiq edilmiş surəti təqdim edilmişdir. Sərəncama yerləşmə cizgisinin əlavə edilmədiyi qeyd edilmişdir.
11. Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti başçısının Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 31 nömrəli xx.xx.2022-ci il tarixli dərkənkarla Bakı şəhər Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 407/1 saylı sərəncamına əsasən ayrılmış 5/258 saylı torpaq sahəsinin yerləşmə cizgisi təsdiq olunmuşdur.
12. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli **********76 nömrəli məktubla Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 5/258 saylı torpaq sahəsinə dair müvafiq sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, Bakı şəhər Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 407/1 saylı sərəncamına əsasən İddiaçı Mərdəkan qəsəbəsində 5/258 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Həmçinin, Bakı şəhər Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 57 saylı sərəncamına əsasən Mərdəkan qəsəbəsi, 5/258 saylı sahədə İddiaçı tikdiyi bir mərtəbəli İ yaşayış otaqlı 25.0 kv.m, köməkçi sahə 16,2 kv.m, torpaq sahəsində ayaqyolu 1.3 kv.m, cəmi torpaq sahəsi 1860 kv.m olan yaşayış evi qeydiyyata alınmışdır. Əzizbəyov Rayon Məhkəməsinin 2- 199/1998 saylı, xx.xx.1998-ci il tarixli qətnaməsi ilə X3 iddiası təmin olunmuş, X6 ilə İddiaçı arasında Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 5/258 saylı sahədə yerləşən evin alğısatqı müqaviləsi bağlanmış hesab edilmiş, həmin evə X3 adına həmin evə qeydiyyat vəsiqəsinin verilməsinin Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsinə tapşırılması qət edilmişdir. Müvafiq qətnamə əsasında fərdi yaşayış evi X3 adına dövlət reyestrində qeydiyyata alınmış, daha sonra xx.xx.2013-cü il tarixli, 2V/1-24 saylı vərəsəlik şəhadətnaməsi əsasında fərdi yaşayış evi X5 adına özgəninkiləşdirilmişdir.
13. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-35154/2023 nömrəli **********54 nömrəli məktubla İddiaçı adına JN-30088 nömrəli şəhadətnamənin verilməsinə əsas olmuş sənədlərin surətləri təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, həmin şəhadətnamə Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş 10 may 1994-cü il tarixli 407/1 nömrəli sərəncamının arxiv nüsxəsi əsasında verilmişdir.
14. Cavabdeh tərəfindən İddiaçı eyni sərəncam əsasında hazırda iddia etdiyi torpaq sahəsinin, JN-30088 nömrəli şəhadətnamə əldə etdiyi torpaq sahəsinin və məhkəmə qətnaməsi əsasında alğı-satqı müqaviləsinin bağlanmış hesab edildiyi X3 mülkiyyətində olmuş torpaq sahələrinin “Google Eart”-dən əldə edilmiş yerləşmə cizgiləri təqdim edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
15. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
16. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
17. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
18. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
19. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq cavabdeh inzibati orqana müraciət etdilmişdir. Cavabdeh tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
20. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
21. Belə ki, məhkəmə araşdırması zamanı işin hallarından müəyyən edilmişdir ki, Bakı şəhər Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 407/1 saylı sərəncamına əsasən İddiaçı Mərdəkan qəsəbəsində 5/258 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Həmçinin, Bakı şəhər Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 57 saylı sərəncamına əsasən Mərdəkan qəsəbəsi, 5/258 saylı sahədə İddiaçı tikdiyi bir mərtəbəli İ yaşayış otaqlı 25.0 kv.m, köməkçi sahə 16,2 kv.m, torpaq sahəsində ayaqyolu 1.3 kv.m, cəmi torpaq sahəsi 1860 kv.m olan yaşayış evi qeydiyyata alınmışdır. Əzizbəyov Rayon Məhkəməsinin 2- 199/1998 saylı, xx.xx.1998-ci il tarixli qətnaməsi ilə X3 iddiası təmin olunmuş, X6 ilə İddiaçı arasında Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 5/258 saylı sahədə yerləşən evin alğısatqı müqaviləsi bağlanmış hesab edilmiş, həmin evə X3 adına həmin evə qeydiyyat vəsiqəsinin verilməsinin Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsinə tapşırılması qət edilmişdir. Müvafiq qətnamə əsasında fərdi yaşayış evi X3 adına dövlət reyestrində qeydiyyata alınmış, daha sonra xx.xx.2013-cü il tarixli, 2V/1-24 saylı vərəsəlik şəhadətnaməsi əsasında fərdi yaşayış evi X5 adına özgəninkiləşdirilmişdir. Həmçinin, iddiaçı tərəfindən 2005-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş Bakı şəhər Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 407/1 saylı sərəncamın arxiv nüsxəsi və sonradan həmin sərəncam əsasında tərtib edilmiş yerləşmə cizgisinə əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-30088 nömrəli şəhadətnamə verilmişdir.
22. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş və işdəki sübutlarla öz təsdiqini tapan hallarına əsasən müəyyən edilmişdir ki, iddiaçı eyni sərəncam əsasında tamamilə başqa mövqedə yerləşən torpaq sahəsini ilk öncə başqasına satmış, sonra həmin sərəncam əsasında yeni cizgi əldə edərək satdığı torpaq sahəsindən tamamilə əlaqəsiz bir ərazidə torpaq sahəsi əldə edərək həmin torpaq sahəsinə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-30088 nömrəli şəhadətnamə əldə etmişdir. Hazırki iddia tələbində isə qanunsuz və əsassız olaraq yenə eyni sərəncam əsasında, yeni cizgi əldə edərək, X2, eləcə də, ondan uzun illər sonra əldə etdiyi yeni cizgi əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-30088 nömrəli şəhadətnaməyə əsasən adına qeydiyyata aldırdığı torpaq sahələrindən tamamilə kənarda, əlaqəsiz mövqedə yerləşən torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.
23. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən hazırki mübahisə ilə bağlı aparılmış inzibati icraat çərçivəsində işin faktiki hallarına düzgün qiymət verilərək maddi və prosessual hüquq normaları düzgün tətbiq edildiyindən, eləcə də, inzibati məhkəmə araşdırması zamanı iddiaçının tələbinin maddi hüquqi əsasının olması müəyyən edilmədiyin tələb əsassız hesab edilməklə təmin edilməməlidir.
24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 10. Hüquqi dövlətin ümumi prinsipləri 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 8. Daşınmaz əmlak üzrəində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ...
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin:
14. Sübut etmə vəzifəsi: ... 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
28. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
29. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
30. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
31. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva