Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2352/2025 11.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi ƏlNümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçının keçmişdə işlədiyi vəzifəsinin hazırki əmək haqqına uyğun araşdıraraq yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi barədə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi TƏSVİRİ HİSSƏ Mübahisənin predmeti İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçının keçmişdə işlədiyi vəzifəsinin hazırki əmək haqqına uyğun araşdıraraq yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin “iddiaçının pensiyasının hesablanması zamanı mükafat və müavinətlərin, işlədiyi gündən indiyə qədər baş verən artımların nəzərə alınması, iddiaçının pensiyasının vergi xidməti müfəttişinin hal-hazırki əmək haqqında uyğunlaşdırılaraq yenidən hesablanması və iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 10 fevral 2025-ci il tarixli Qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2021-ci ildə pensiya təyin edilmişdir. Onun 15 il 1 ay 17 gün dövlət qulluğu stajı vardır. O, 5 il 6 ayını vergi müfəttişliyində 3-cü dərəcəli vergi müfəttişi işləmişdir. İddiaçıya 424.64 manat pensiya hesablanıb. Onun pensiya məbləği vergi müfəttişliyinin aldığı vəzifə maaşına uyğun məbləğdə hesablanmayıb. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçıya 10 iyun 2021-ci il tarixdən vergi orqanlarının sabiq əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 475,00 manat, qulluq illərinə görə əlavə 26,51 manat, rütbəyə görə əlavə 30,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 313,57 manat olmaqla orta aylıq əmək haqqı 845,08 manat təşkil etmişdir. İddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinə əsasən 15 il 01 ay 17 gün qulluq illərinə uyğun olaraq orta aylıq əmək haqqının (845,08 manat) 50,25 faizi - 424,65 manat məbləğində müəyyən edilmişdir. Maddi yardımın 01 yanvar 2023-cü il tarixdən pensiyanın tərkibinə daxil edilməsi, eyni zamanda həm qeyd olunan tarixdən, həm də növbəti dəfə 01 yanvar 2024-cü il tarixdən indeksləşdirilmə ilə əlaqədar iddiaçının əmək pensiyası 595,79 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirmə ilə əlaqədar İddiaçı əmək pensiyası 1 yanvar 2023-cü il tarixindən, 1 yanvar 2024- cü il tarixdən və xx.xx.2025-ci il tarixdən 644,05 (424,65+10%+14,7%+11,2%+8,1%) manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür. Eyni zamanda bildiririk ki, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 73-cü maddəsinin 1 yanvar 2020-ci il tarixdən qüvvədə olan redaksiyasına əsasən vergi orqanlarının vəzifəli şəxslərinə xidmətin ikinci ilindən başlayaraq, vergi orqanlarında xidmət illərinə görə hər ay aşağıda göstərilən məbləğdə əlavə haqq ödənilir: 1 ildən 5 ilədək - vəzifə maaşının 5 faizi məbləğində; 5 ildən 10 ilədək - vəzifə maaşının 10 faizi məbləğində; 10 ildən 15 ilədək - vəzifə maaşının 20 faizi məbləğində; 15 ildən yuxarı - vəzifə maaşının 30 faizi məbləğində. Adıçəkilən şəxsin vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əməkhaqqısı hesablanarkən əsas götürülən dövr (xx.xx.1995-xx.xx.2000-ci il tarixləri arasındakı dövr) ərzindəki vergi orqanları üzrə müvafiq qulluq illərinə uyğun olaraq 5 ildən az qulluq müddəti olan 53 ay üçün vəzifə maaşının 5 faizi, 5 ildən çox qulluq müddəti olan 7 ay üçün isə 10 faizi miqdarında əlavə hesablanmaqla (53x5+7x10):60=5,58)) ümumilikdə qulluq illərinə görə əlavəsi vəzifə maaşının 5,58 faizi miqdarında müəyyən edilmişdir. Əlavə olaraq bildiririk ki, Qanunun 20.11-ci maddəsinə əsasən vergi orqanlarının sabiq əməkdaşlarının əmək pensiyasına əlavələr qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Qanunun 1.0.19-cu maddəsinə əsasən, əməkhaqqındakı (təminat xərcliyindəki, dövlət məvacibindəki) sonrakı artımlar əmək pensiyasına qulluq stajına görə əlavə alan şəxsin müvafiq vəzifədə işlədiyi vaxt əməkhaqqına (təminat xərcliyinə, dövlət məvacibinə) daxil olan ödənişlərdəki artımlardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.7-ci bəndinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavələrin hesablanması zamanı əsas götürülən əmək haqqı, dövlət məvacibi, yaxud təminat xərcliyi müəyyən edilərkən şəxsin yalnız əmək və ya xidməti vəzifələrinin yerinə yetirməsinə görə almış olduğu ödənişlər və onlara sonrakı artımlar (pensiya təyinatı tarixinədək) nəzərə alınır. Azerbaycan Respublikası Konstitusiya Mehkemesi PSenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarına əsasən, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Qeyd olunanları nəzərə alaraq, İddiaçı əmək pensiyasının müəyyən edilməsi üçün orta aylıq əməkhaqqısı hesablanarkən əsas götürülmüş əmək fəaliyyəti dövründə ona ödənilməmiş əlavənin emək pensiyasına tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Bundan başqa bildiririk ki, Qanuna 1 yanvar 2023-cü il tarixdən tətbiq edilmiş dəyişikliyə, o cümlədən həmin Qanunun vergi orqanlarının sabiq əməkdaşlarına dair müddəalarına əsasən əmək pensiyasına qulluq stajına görə əlavələr ödənilən şəxslərin ümumilikdə pensiya məbləğləri göstərilmiş tarixdən sonra vaxtilə qulluq keçdikləri və ya işlədikləri vəzifə üzrə əmək haqqında artım olduqda deyil, Qanunun 29-cu maddəsinə uyğun olaraq indeksləşdirilmə yolu ilə artırılır. Qanunun 20.30-cu maddəsinə əsasən bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. Məlumat üçün bildiririk ki, Qanunun 20.30-cu maddəsinə uyğun olaraq vergi orqanlarının sabiq xüsusi rütbəli əməkdaşlarının əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. Vergi orqanlarının sabiq əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilərkən pensiyanın sığorta hissəsinin müəyyən edilməsi zamanı şəxsin işlədiyi bütün dövr ərzində ona ödənilmiş əmək haqlarından tutulmuş bütün məcburi dövlət sosial sığorta haqları nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024- cü il tarixli 2-1(102)-664/2024 nömrəli qərarında qeyd edilir ki, 30 noyabr 2018-ci il tarixli 1362- VQD nömrəli Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa yeni məzmunda 20.30-cu maddə əlavə edilmiş, həmin Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minmişdir. Normanın məzmununa görə, bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişiklik xx.xx.2019-cu il tarixdə qüvvəyə minənə qədər iddiaçı fevral 2018-ci ildən - 01 yanvar 2019-cu ilə kimi işlədiyi müddətdə 12.030,60 manat məbləğində əmək haqqı almış və həmin əmək haqqından 3.007,65 manat Dövlət Sosial Müdafiə Fonduna ödəniş olunmuşdur. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qeyd olunan istinadlarını iddianın təmin olunmasının əsası kimi qəbul etmir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlərin nəzərə alınmalı olmadığını qanunverici imperativ olaraq müəyyən etmiş, qanunda bundan istisnalar nəzərdə tutmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə aid edilən iddiaçıya dövlət qulluqçusu kimi əmək pensiyasının xx.xx.2019-cu il tarixdən sonra təyin edildiyi nəzərə alındıqda, “Əmək pensiyaları haqqında” Qanunun 20.30-cu maddəsinin tələbi iddiaçıya da aiddir. Beləliklə, mübahisənin müəyyən olunmuş hallarına hüquq normaları düzgün tətbiq edilmədiyindən apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023- cü il tarixli 2-1 (102)-1162/2023 nömrəli gərarında geyd edilir ki, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Hazırkı iş üzrə iddiaçının tələbi və hüquqi marağı işlədiyi dövrdə məcburi dövlət sosial sığorta haqqına cəlb olunan büdcədənkənar mükafat və büdcədənkənar fond hesabına ona ödənilən vəsaitlərin pensiyanın hesablanmasında nəzərə alınmasıdır. Bununla bağlı qeyd edilməlidir ki, dövlət qulluğunda xidmət etmiş şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlərin nəzərə alınmaması qanunvericiliklə imperativ qaydada müəyyən edilmişdir. Belə ki, 30 noyabr 2018-ci il tarixli 1362- VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa yeni məzmunda 20.30-cu maddə əlavə edilmişdir. Həmin Qanun 2019-cu il yanvarın 1~dən qüvvəyə minmişdir. Normanın məzmununa görə, bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. Aşağı instansiya məhkəmələri iddia tələbini əsaslı hesab edərkən o haldan çıxış etmişlər ki, hazırda mübahisə predmeti olan ödənişlər “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.30-cu maddəsinin qüvvəyə minməsindən əvvəl və sonra da iddiaçıya ödənilmiş, o cümlədən həmin ödənişlərdən də məcburi dövlət sosial sığorta ayırmaları tutulmuşdur. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyini əsassız hesab edərək bildirir ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci və 20.30-cu maddələri xx.xx.2019-cu il tarixdən əvvəl təyin olunmuş əmək pensiyalarında qulluq stajına görə əlavə hesablanarkən büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınan şəxslərə münasibətdə geriyə tətbiq edilmir. İddiaçıya əmək pensiyası göstərilən tarixdən sonra təyin edilmişdir ki, bu hal da “Əmək pensiyaları haqqında” Qanunun 20.30-cu maddəsinin onun hüquqi sferasına birbaşa təsirini şərtləndirir. Beləliklə, mübahisənin müəyyən olunmuş hallarına hüquq normaları apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmişdir. Odur ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməklə iddia rədd edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024- cü il tarixli 2-1 (102)-1401 /2024 nömrəli qərardadında qeyd edilir ki, hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, dövlət qulluğunda xidmət etmiş şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlərin nəzərə alınmaması qanunvericiliklə imperativ qaydada müəyyən edilmişdir. Belə ki, 30 noyabr 2018-ci il tarixli 1362- VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa yeni məzmunda 20.30-cu maddə əlavə edilmişdir. Həmin Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minmişdir. Normanın məzmununa görə, bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1 (102)-1162/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 2-1 (102)-1966/2020 nömrəli, xx.xx.2020-ci il tarixli, 2-1(102)- 691/2022 nömrəli 25 may 2022-ci il tarixli, 2- 1(102)-664/2024 nömrəli 5 aprel 2024-cü il tarixli qərarları). Mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə iddiaçı üçün əlçatan və bəlli olmuşdur. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış hazırkı mübahisə inzibati hüquq münasibətləri ilə bağlıdır, mübahisənin həlli inzibati məhkəmənin səlahiyyətinə aiddir. İddianın növü və mümkünlüyü İddiaçının hazırkı iddianın qaldırmaqda məqsədi(hüquqi marağı) inzibati orqan tərəfindən onun xeyrinə faktiki xarakterli hərəkətin edilməsinə- təyin edilmiş pensiyanın yenidən düzgün hesablanmasına- nail olmaqdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia növündə olmaqla mümkünlük şərtlərinə cavab verir. İddiaçı iddianı qaldırılmasından əvvəl inzibati orqana- cavabdehəərizə ilə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu iddia növünün qaldırılması ilə bağlı müddət məhdudiyyəti yoxdur. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirakı edən cavabdehin nümayəndəsi iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İnzibati iş materiallarında olan: Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 17 iyul 2024-cü il tarixli 3-17-1/2-B-167245/2024 nömrəli “Əmək pensiyasının hesablanması haqqında” məktubunda qeyd edilmişdir ki, İddiaçı 10 iyun 2021-ci il tarixindən vergi orqanlarının sabiq əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilib. Vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 475,00 manat, qulluq illərinə görə əlavə 26,51 manat, rütbəyə görə əlavə 30,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 313,57 manat olmaqla orta aylıq əmək haqqı 845,08 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.11.2-ci maddəsinə əsasən, 15 il 1 ay 17 gün qulluq illərinə uyğun olaraq orta aylıq əmək haqqı (845,08 manat) 50,25 faizi-424,65 manat məbləğində müəyyən edilib. Maddi yardımın 1 yanvar 2023-cü il tarixindən pensiyanın tərkibinə daxil edilməsi, eyni zamanda həm qeyd olunan tarixdən, həm də növbəti dəfə 1 yanvar 2024-cü il tarixindən indeksləşdirilmə ilə əlaqədar əmək pensiyası 595,79 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür. Qanunun 20.30-cu maddəsinə uyğun olaraq vergi orqanlarının sabiq xüsusi rütbəli əməkdaşlarının əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli **********778800 nömrəli məktubunda qeyd edilmişdir ki, vergi orqanlarında işlədiyi dövrlərə aid edilən vəzifə maaşları Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 421 nömrəli Qərarına əsasən xx.xx.2019-cu il tarixindən dövlət vergi müfəttişi vəzifəsi üzrə 510,0 manat və xüsusi rütbəyə görə əlavəniz 30,0 manat təşkil etmişdir. Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 1 yanvar 2020- ci il tarixdən vergi orqanlarının vəzifəli şəxslərinə xidmətin ikinci ilindən başlayaraq, vergi orqanlarında xidmət illərinə görə hər ay 1 ildən 5 ilədək - vəzifə maaşının 5 faizi məbləğində, 5 ildən 10 ilədək - vəzifə maaşının 10 faizi məbləğində, 10 ildən 15 ilədək - vəzifə maaşının 20 faizi məbləğində, 15 ildən yuxarı - vəzifə maaşının 30 faizi məbləğində əlavə haqq ödənilir. Əlavə olaraq əmək haqqı, mükafat və digər əlavələr barədə məlumat məktuba əlavə edilmişdir. Sıra № Ay/il Vəzifə maaşı Xüsusi rütbəyə Mükafat Cəmi görə əlavə 1 07/1994 3 650,0 0,0 0,0 3 650,0 2 08/1994 14 500,0 0,0 0,0 14 500,0 3 09/1994 14 500,0 0,0 0,0 14 500,0 4 10/1994 14 500,0 0,0 14 500,0 29 000,0 5 11/1994 29 000,0 0,0 29 000,0 58 000,0 6 12/1994 29 000,0 0,0 55 462,0 84 462,0 Cəmi 105 150,0 0,0 98 962,0 204 112,0 7 01/1995 29 000,0 0,0 0,0 29 000,0 8 02/1995 39 875,0 0,0 0,0 39 875,0 9 03/1995 39 875,0 0,0 39 875,0 79 750,0 10 04/1995 39 875,0 0,0 0,0 39 875,0 11 05/1995 39 875,0 0,0 0,0 39 875,0 12 06/1995 39 875,0 0,0 0,0 39 875,0 13 07/1995 39 875,0 0,0 0,0 39 875,0 14 08/1995 39 875,0 3 987,5 119 625,0 163 487,5 15 09/1995 39 875,0 3 987,5 0,0 43 862,5 16 10/1995 39 875,0 3 987,5 39 875,0 83 737,5 17 11/1995 39 875,0 3 987,5 39 875,0 83 737,5 18 12/1995 39 875,0 3 987,5 79 750,0 123 612,5 Cəmi 427 750,0 15 950;0 239 250,0 682 950,0 19 01/1996 39 875,0 3 987,5 0,0 43 862,5 20 02/1996 39 875,0 3 987,5 39 875,0 83 737,5 21 03/1996 39 875,0 3 987,5 79 750,0 123 612,5 22 04/1996 39 875,0 3 987,5 79 750,0 123 612,5 23 05/1996 39 875,0 3 987,5 79 750,0 123 612,5 24 06/1996 39 875,0 3 987,5 43 862,5 25 07/1996 48 000,0 4 800,0 52 800,0 26 08/1996 48 000,0 4 800,0 52 800,0 27 09/1996 48 000,0 4 800,0 52 800,0 28 10/1996 48 000,0 4 800,0 96 000,0 148 800,0 29 11/1996 48 000,0 4 800,0 96 000,0 148 800,0 30 12/1996 48 000,0 4 800,0 52 800,0 Sıra-№ Ay/il Vəzifə maaşı Xüsusi rütbəyə Mükafat Cəmi görə əlavə Cəmi 527 250,0 52 725,0 471 125,0 1 051 100,0 31 01/1997 48 000,0 4 800,0 52 800,0 32 02/1997 48 000,0 4 800,0 52 800,0 33 03/1997 48 000,0 4 800,0 96 000,0 148 800,0 34 04/1997 48 000,0 4 800,0 96 000,0 148 800,0 35 05/1997 48 000,0 4 800,0 96 000,0 148 800,0 36 06/1997 48 000,0 4 800,0 52 800,0 37 07/1997 72 000,0 7 200,0 79 200,0 38 08/1997 72 000,0 7 200,0 96 000,0 175 200,0 39 09/1997 72 000,0 7 200,0 79 200,0 40 10/1997 72 000,0 7 200,0 72 000,0 151 200,0 41 11/1997 72 000,0 7 200,0 130 285,0 209 485,0 42 12/1997 72 000,0 7 200,0 216 000,0 295 200,0 Cəmi 720 000,0 72 000,0 802 285,0 1 594 285,0 43 01/1998 72 000,0 7 200,0 79 200,0 44 02/1998 72 000,0 7 200,0 72 000,0 151 200,0 45 03/1998 72 000,0 7 200,0 72 000,0 151 200,0 46 04/1998 72 000,0 7 200,0 79 200,0 47 05/1998 ,.72 000,0 7 200,0 72 000,0 151 200,0 48 06/1998 120 000,0 12 000,0 132 000,0 49 07/1998 120 000,0 12 000,0 120 000,0 252 000,0 50 08/1998 120 000,0 12 000,0 132 000,0 51 09/1998 120 000,0 12 000,0 176 000,0 308 000,0 52 10/1998 120 000,0 12 000,0 120 000,0 252 000,0 53 11/1998 120 000,0 12 000,0 132 000,0 54 12/1998 120 000,0 12 000,0 120 000,0 252 000,0 Cəmi 1 200 000,0 120 000,0 752 000,0 2 072 000,0 55 01/1999 120 000,0 12 000,0 132 000,0 56 02/1999 120 000,0 12 000,0 132 000,0 57 03/1999 120 000,0 12 000,0 132 000,0 58 04/1999 120 000,0 12 000,0 132 000,0 59 05/1999 123 000,0 9 000,0 132 000,0 60 06/1999 120 000,0 12 000,0 132 000,0 61 07/1999 120 000,0 12 000,0 132 000,0 62 08/1999 364 356,0 6 000,0 370 356,0 Sıra № Ay/il Vəzifə maaşı Xüsusi rütbəyə Mükafat Cəmi görə əlavə 63 09/1999 0,0 64 10/1999 180 600,0 5 400,0 186 000,0 65 11/1999 120 000,0 12 000,0 132 000,0 66 12/1999 120 000,0 12 000,0 132 000,0 Cəmi 1 627 956,0 116 400,0 0,0 1 744 356,0 67 01/2000 120 000,0 12 000,0 132 000,0 68 02/2000 120 000,0 12 000,0 132 000,0 Cəmi 240 000,0 24 000,0 0,0 264 000,0 Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı 07 mart 2025-ci il tarixli 3-17-1/2-57115/2025 nömrəli “Müvafiq məlumatların göndərilməsi haqqında” məktuba əsasən əmək pensiyasının hesablanmasına dair rəy məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, İddiaçı 10 iyun 2021-ci il tarixindən vergi orqanlarının sabiq əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilib. İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 475,00 manat, qulluq illərinə görə əlavəsi 26,51 manat, rütbəyə görə əlavəsi 30,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 313,57 manat olmaqla orta aylıq əmək haqqısı 845,08 manat təşkil etmişdir. Bununla əlaqədar adıçəkilən şəxsin əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.11.2-ci maddəsinə əsasən, 15 il 1 ay 17 gün qulluq illərinə uyğun olaraq orta aylıq əmək haqqısının (845,08 manat) 50,25 faizi-424,65 manat məbləğində müəyyən edilib. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirmə ilə əlaqədar İddiaçı əmək pensiyası 1 yanvar 2023-cü il tarixindən, 1 yanvar 2024-cü il tarixindən və xx.xx.2025-ci il tarixindən 644,05 (424,65+10%+14,7%+11,2%+8,1%) manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 73-cü maddəsinin 1 yanvar 2020-ci il tarixindən qüvvədə olan redaksiyasına əsasən vergi orqanlarının vəzifəli şəxslərinə xidmətin ikinci ilindən başlayaraq, vergi orqanlarında xidmət illərinə görə hər ay aşağıda göstərilən məbləğdə əlavə haqq ödənilir: 1 ildən 5 ilədək - vəzifə maaşının 5 faizi məbləğində; 5 ildən 10 ilədək - vəzifə maaşının 10 faizi məbləğində; 10 ildən 15 ilədək - vəzifə maaşının 20 faizi məbləğində; 15 ildən yuxarı - vəzifə maaşının 30 faizi məbləğində. Adıçəkilən şəxsin vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı hesablanarkən əsas götürülən dövr (xx.xx.1995-xx.xx.2000-ci il tarixləri arasındakı dövr) ərzindəki vergi orqanları üzrə müvafiq qulluq illərinə uyğun olaraq 5 ildən az qulluq müddəti olan 53 ay üçün vəzifə maaşının 5 faizi, 5 ildən çox qulluq müddəti olan 7 ay üçün isə 10 faizi miqdarında əlavə hesablanmaqla (53x5+7x10):60=5,58)) ümumilikdə qulluq illərinə görə əlavəsi vəzifə maaşının 5,58 faizi miqdarında müəyyən edilib. İddiaçı əmək pensiyasının müəyyən edilməsi üçün orta aylıq əmək haqqısı hesablanarkən əsas götürülmüş əmək fəaliyyəti dövründə ona ödənilməmiş əlavənin əmək pensiyasına tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Vergi orqanlarının sabiq əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilərkən pensiyanın sığorta hissəsinin müəyyən edilməsi zamanı şəxsin işlədiyi bütün dövr ərzində ona ödənilmiş əmək haqlarından tutulmuş bütün məcburi dövlət sosial sığorta haqları nəzərə alınır. Dövlət Vergi Xidmətinin məhkəməyə ünvanladığı 21 iyun 2025-ci il tarixli 3-21-2-1/2- 13604/2025 nömrəli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, “İİİ dərəcəli dövlət vergi xidməti müşaviri” fərdi rütbəsi “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2001-ci il tarixli 539 nömrəli fərmanının 4-cü bəndinə əsas “3-cü dərəcəli müfəttiş” xüsusi rütbəsinə bərabər tutulur və həmin rütbə üzrə maaş hal-hazırda 55,00 AZN təşkil edir. Həmçinin, İddiaçı işlədiyi “dövlət vergi müfəttişi” vəzifəsinin ştat cədvəlinə əsasən hal-hazırda vəzifə maaşı 505,00 AZN-dir. Cavabdeh tərəfindən məhkəməyə iddiaçının pensiya işində olan sənədlər və iddiaçının müraciəti əsasında aparılmış inzibati icraat materialları məhkəməyə təqdim edilmişdir. Məhkəmənin mövqeyi Məhkəmə, iddiaçının, cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnaməyə əsasən
1. Vergi orqanlarında xidmət – Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları sisteminə daxil olan vergi orqanlarının funksiya və məqsədlərini öz peşəkar fəaliyyətləri ilə həyata keçirilən Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra «vətəndaşlar» adlanacaq) dövlət qulluğunun xüsusi növüdür.
17. Dövlət vergi orqanlarında xidmət keçən və ya əvvəllər xidmət keçmiş şəxslər dövlət qulluğuna və ya digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növünə işə qəbul edilərkən, onların dövlət vergi orqanlarındakı xidmət illəri həmin orqanlarda xidmət (qulluq) illərinə daxil edilir və həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı olaraq uyğunlaşdırılması qaydasına əsasən müvafiq ixtisas dərəcəsi, xüsusi, hərbi və ya diplomatik rütbə verilir. Dövlət qulluğunda və ya digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növündə işləyən və ya əvvəllər işləmiş şəxslər dövlət vergi orqanlarına xidmətə qəbul edildikdə, onların xidmət (qulluq) illəri dövlət vergi orqanlarında xidmət illərinə daxil edilir və həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı olaraq uyğunlaşdırılması qaydasına və bu Əsasnaməyə əsasən müvafiq xüsusi rütbə verilir. 54-1. Vergi orqanlarının vəzifəli şəxslərinin əməkhaqqı aylıq vəzifə maaşından, xüsusi rütbəyə görə maaşdan, xidmət illərinə görə əlavələrdən və normativ hüquqi aktlarda nəzərdə tutulan digər ödənişlərdən ibarətdir. 54-2. Vergi orqanlarının vəzifəli şəxslərinin aylıq vəzifə maaşının məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 54-3. Vergi orqanlarının vəzifəli şəxsləri əsas məzuniyyətə çıxarkən onlara ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində müavinət ödənilir. 54-4. Vergi orqanlarının vəzifəli şəxslərinin mükafatlandırılması məqsədilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsait nəzərdə tutulur.
72. Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələrindən asılı olaraq aşağıda göstərilən miqdarda xüsusi rütbələr üzrə maaşlar müəyyən edilir: Azərbaycan Respublikasının Həqiqi dövlət vergi xidməti müşaviri – 200 manat miqdarında; 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri – 180 manat miqdarında; 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri – 160 manat miqdarında; 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri (3-cü dərəcəli dövlət ədliyyə müşaviri) – 145 manat miqdarında; baş vergi xidməti müşaviri (baş ədliyyə müşaviri) – 130 manat miqdarında; vergi xidməti müşaviri (ədliyyə müşaviri) – 115 manat miqdarında; kiçik vergi xidməti müşaviri (kiçik ədliyyə müşaviri) – 100 manat miqdarında; 1-ci dərəcəli müfəttiş (1-ci dərəcəli hüquqşünas) – 80 manat miqdarında; 2-ci dərəcəli müfəttiş (2-ci dərəcəli hüquqşünas) – 65 manat miqdarında; 3-cü dərəcəli müfəttiş (3-cü dərəcəli hüquqşünas) – 55 manat miqdarında.
73. Vergi orqanlarının vəzifəli şəxslərinə xidmətin ikinci ilindən başlayaraq, vergi orqanlarında xidmət illərinə görə hər ay aşağıda göstərilən məbləğdə əlavə haqq ödənilir: 1 ildən 5 ilədək – vəzifə maaşının 5 faizi məbləğində; 5 ildən 10 ilədək – vəzifə maaşının 10 faizi məbləğində; 10 ildən 15 ilədək – vəzifə maaşının 20 faizi məbləğində; 15 ildən yuxarı – vəzifə maaşının 30 faizi məbləğində.
78. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən vergi orqanında xidmət edən vəzifəli şəxslərin pensiya təminatı xüsusi rütbəli şəxslər üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Bu maddənin birinci cümləsində nəzərdə tutulan vəzifəli şəxslər istisna olmaqla, vergi orqanında dövlət qulluğunda çalışan digər vəzifəli şəxslərə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dövlət qulluqçuları üçün nəzərdə tutulmuş pensiya təminatı şamil edilir. 78-1. Vergi orqanlarının vəzifəli şəxslərinin vergi orqanlarında xidmətdə olmasının yaş həddi 65 yaşdır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun (01yanvar 2023-cü ilədək qüvvədə olan redaksiyasına) əsasən
23.4. Dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası”nın: 5.7. Əmək pensiyasına qulluq stajına görə əlavələrin hesablanması zamanı əsas götürülən əməkhaqqı, dövlət məvacibi, yaxud təminat xərcliyi müəyyən edilərkən şəxsin yalnız əmək və ya xidməti vəzifələrinin yerinə yetirməsinə görə almış olduğu ödənişlər və onlara sonrakı artımlar (pensiya təyinatı tarixinədək) nəzərə alınır 6.1. Əmək pensiyaları aşağıdakı hallarda yenidən hesablanır: 6.1.1. Qanunun 29.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi, Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği artırıldıqda;
Məhkəmə qeyd edir ki, dövlətin pensiya təminatı sistemi sosial həmrəylik və sosial sığorta prinsipləri əsasında fəaliyyət göstərir. Əmək pensiyaları haqqında qanunvericiliyin əsas məqsədi pensiya təminatı sistemində bu prinsiplərin qorunmasında, qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında tarazlaşdırma mexanizminin formalaşdırılmasında ifadə olunur. Bu sahədə aparılan islahat tədbirləri sığortaolunana münasibətdə ədalətliliyin gözlənilməsinə yönəlmişdir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Qeyd edilməlidir ki, yuxarıda istinad edilmiş qanunvericiliyin normalarından göründüyü kimi, dövlət verqi orqanlarında xidmət etmiş dövlət qulluqçulara yaşa görə əmək pensiyası təyin edilərkən vəzifə maaşı, rütbə maaşı, həmçinin xidmət etdiyi dövrdə mükafatlar, müavinətlər və qanunla müəyyən edilmiş vəzifə maaşına əlavələr də nəzərə alınmaqla təyin edilməlidir. Əvvəla məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən iddiaçının pensiya məbləği hesablandıqda - vəzifə maaşı, vəzifə maaşına əlavə haqq, xüsusi rütbəyə görə maaşı, mükafat və müavinət pensiyanın vacib komponentlər kimi nəzərə almışdır. İddiaçının tələbi pensiya məbləğini təşkil edən bu hissələrin düzgün hesablanmasıdır . Burada büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlərin tələb edilməsindən söhbət getmir və bu iddia predmeti deyildir. İş materialları ilə müyyən edilir ki, iddiaçıya 10 iyun 2021-ci il tarixdən dövlət vergi orqanlarında xidmət etmiş dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya yaşa görə əmək pensiyası təyin edilərkən cavabdeh tərəfindən vergi müfəttişinin vəzifə maaşı 475,00 manat, rütbə maaşı 30 manat nəzərə alınmaqla hesablanmışdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı pensiya təyin edən vaxt (2021-ci ildə)onun işlədiyi vəzifədə -dövlət vergi müfəttişi- ştat cədvəlinə əsasən vəzifə maaşı 475,0 manat deyildir. Beləki, iddiaçının xidmət etdiyi qurumun- Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********778800 nömrəli məktubunda bildirilmişdir ki, iddiaçının vergi orqanlarında işlədiyi dövrlərə aid edilən vəzifə maaşları Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 421 nömrəli Qərarına əsasən xx.xx.2019-cu il tarixindən dövlət vergi müfəttişi vəzifəsi üzrə 510,0 manat təşkil edir. “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 72-ci maddəsinə əsasən iddiaçı “3-cü dərəcəli müfəttiş” xüsusi rütbəsinə malik olduğundan onun xüsusi rütbəyə görə maaş 55,00 manat təşkil edir. İddiaçı pensiyasının yenidən hesablanması zamanı mükafat və müavinətlərin, vəzifə maaşı 505 manat, rütbə maaşı 55 manat, vəzifə maaşına müvafiq əlavə (5,58 %) nəzərə alınmaqla yenidən hesablanmalı və iddiaçıya ödənilməliidir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, cavabdeh tərəfindən iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası 2021-ci ildə təyin edərkən pensiya məbləğini düzgün müəyyən etməmiş, iddiaçının bu haqda ərizəsində göstərilmiş halları tam, obyektiv və hərtərəfli araşdırmamışdır. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçının müraciəti araşdırılarkən bu hallar nəzərə alınmadan iddiaçının müraciətinə imtina edilmiş, bununla da “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərini pozmuşdur.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:
2.0.1. İnzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.3. Maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.4. Ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; 2.0.5. İnzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.3.İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, iddia təmin edilməlidir, iddiaçının pensiyasının hesablanması zamanı mükafat və müavinətlərin, işlədiyi gündən indiyə qədər baş verən artımların nəzərə alınması, iddiaçının pensiyasının vergi xidməti müfəttişinin hal-hazırki əmək haqqında uyğunlaşdırılaraq yenidən hesablanması və iddiaçıya ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34,68,69, 85,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı pensiyasının hesablanması zamanı mükafat və müavinətlərin, işlədiyi gündən indiyə qədər baş verən artımların nəzərə alınması, iddiaçının pensiyasının vergi xidməti müfəttişinin hal-hazırki əmək haqqında uyğunlaşdırılaraq yenidən hesablanması və iddiaçıya ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova