Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2353/2021 18.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X4 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə, sənədlərin təqdim olunması tələbinə dair iddiası üzrə inzibati işə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bilgəh bağlar sahəsində 59 saylı BTK-nin nəzdində 0,12 ha torpaq üzərində olan və ona məxsus olan 1550 D nömrəli bağ sahəsinin başqa bir şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsinə əsas olmuş sənədləri və mülkiyyəti təsdiq edən sənədlərin surətinin ona təqdim olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan tərəfindən ünvanlanmış xx.xx.2020-ci il tarixli **********18 saylı məktubda Bakı şəhəri, Bilgəh bağları massivində yerləşən 59 saylı BTK nəzdində olan 1550 D saylı bağ sahəsinin Bakı şəhər İcraiyyə Komitəsinin xx xxxx 1991-ci il tarixli 10/517 saylı Qərarı ilə ayrıldığı, həmçinin eyni qərar ilə eyni nömrə ilə başqa şəxsin adına da ayrıldığı və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdiyini qeyd etmişdir. Həmçinin qeyd olunmuşdur ki, tərəfindən göstərilən yer fərqli ərazidə yerləşdiyindən bağların sxematik xəritəsinə uyğun gəlmədiyindən hüquqların qeydiyyata alınmasından imtina edilmişdir. Bu səbədən tərəfindən cavabdehə Bakı şəhəri, Bilgəh bağları massivində yerləşən 59 saylı BTK nəzdində olan 1550D saylı bağ sahəsinin Bakı şəhər İcrayyə Komitəsinin xx xxxx 1991-ci il tarixli 10/517 saylı Qərarı ilə ona və başqa şəxsin adına verilməsi, həmçinin həm bağ sahəsinin başqa bir şəxsin adına Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatdan keçməsinə dair sənədlərin ona təqdim olunmasına dair müraciətinə əsasən o, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə dəvət olunsa da və ona həmin sənədləri araşdırıb rəsmi qaydada təqdim edəcəklərini bildirsələr də, xx.xx.2020-ci il tarixli məktubda göstərilənlərlə eyni məzmunlu cavab verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin xx.xx.2020-ci il tarixli sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, iş üzrə icraat xx.xx.2020-ci il tarixə təyin edimiş, məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əsl Cavabdeh (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) ilə əvəz edilməsi qərara alınmışdır. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********87 №li xx xxxxxx 2020-ci il tarixli məktubu ilə Bakı şəhəri İcraiyyə Komitəsinin xx xxxx 1991 -ci il tarixli, 10/517 nömrəli qərarına əsasən 59 nömrəli BTK-nın nəzdində olan, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağlar massivində yerləşən 0,12 ha torpaq sahəsi olan 1550 d saylı bağ evi B/S nömrəli order əsasında xx xxx 2001-ci il tarixində X3 adına qeydiyyata alınması və hazırda onun mülkiyyəti olması bildirilmişdir. Sorğu ilə əlaqədar olaraq mübahisəli bağ sahəsi ilə bağlı müvafiq hüquqmüəyyənedici sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Bununla bağlı məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş X4 məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********87 №li xx xxxxxx 2020-ci il tarixli məktubla məhkəməyə göndərilmiş mübahisəli Bilgəh bağlar sahəsində 59 saylı BTK-nin nəzdində 0,12 ha torpaq üzərində olan 1550 D nömrəli bağ sahəsi ilə bağlı hüquqmüəyyənedici sənədlərin surətləri rəsmi qaydada İddiaçı nümayəndəsi və vəkili Vəkil təqdim olunmuşdur. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında verdiyi izahatında iddiada tələb olunan sənədlərin təqdim olunmasının cavabdeh tərəfindən təmin olunması ilə əlaqədar iş üzrə icraata İPM-nin 67-ci maddəsinin tələblərinə əsasən xitam verilməsinə etiraz etmədiyini bildiridi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında verdiyi izahatında iddiaçının tələbinin təmin olunması ilə əlaqədar iş üzrə icraata İPM-nin 67-ci maddəsinin tələblərinə əsasən xitam veriləsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq və cavabdeh tərfindən təqdim edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçının tələbi təmin edildiyindən və işin mahiyyəti üzrə artıq mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67, 80 və 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X4 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə, sənədlərin təqdim olunması tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim:Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-2353/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2353/2021
18.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver