Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2357/2025 09.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi X7, cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 29) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2022-ci il tarixli imtinasının edilməsini və xx.xx.2022-ci ildən etibarən ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz 2-ci dərəcə əlillik təyinatı aparılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə 9 nömrəli Birləşmiş Şəhər Xəstəxanası və 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanası publik hüquqi şəxsi adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi “xx.xx.2022-ci il tarixdən etibarən iddiaçıya üçüncü dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-210/2024 saylı qərardadı ilə İddiaçı cavabdeh Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza-Reablitasiya Agentliyinə qarşı “xx.xx.2022-ci il tarixdən etibarən ona üçüncü dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçının nümayəndəsi Bakı İnzibati Məhkəməsinə iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək İddiaçı 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2022-ci il tarixli, 0092003AADP2 nömrəli göndərişi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2-ci yarımbəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizi 65-80 faiz olmaqla, 2 il müddətinə əlillik təyin edilməsi öhdəliyinin cavabdehin həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1988-ci il tarixində anadan olmuşdur. Müdafiə Nazirliyinin tərkibində bir çox hərbi hissələrdə xidmət etmişdir. Vətən Müharibəsində N saylı hərbi hissənin tərkibində döyüşlərdə fəal iştirak etmiş, ağır yaralanmış, hərbi xidmətdən ehtiyata buraxılmışdır. Vətən Müharibəsi zamanı Ali Baş Komandan tərəfindən bir çox orden və medallarla təltif edilmişdir. Qeyd edilir ki, Vətən Müharibəsində aldığı xəsarətlərlə bağlı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadəlləndirilmişdir, ona “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” xəstəlik şəhadətnaməsi verilmişdir. Tibb müəssiəsinin göndərişi əsasında ikinci dəfə xx.xx.2022-ci ildə iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilməsi məqsədi ilə tibb müəssisəsinin göndərişi elektron sistemə daxil edilmişdir. Lakin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatından imtina etmişdir. İddiaçı hesab edir ki, səhhətində olan xəstəliklərə əsasən ona 2-ci dərəcə müddətsiz əlillik təyin edilməlidir. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı 9 nömrəli şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80-S89 - Diz və baldırın travmaları => S81 - Baldırın açıq yarası => S81.8 - Baldırın digər hissələrinin...; Diaqnozun mətni: Baldırın digər hissələrinin açıq yarası, Sağ baldırın odlu silah yarası.Sağ qamış və incik sümüyünün orta 1/3-nin çoxsaylı qəlpəli sınığı.İlizarovdan sonrakı vəziyyət; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Bakı 23 nömrəli Birləşmiş şəhər Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X2: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs...; Diaqnozun mətni: Postkontuzion sindrom, Mülayim dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalarvə koqnetiv funksiyaların enməsi ilə, anamnezində funksional tutmalar. Baldırın çoxsaylı travmaları, Sağ baldırın dəlib-keçən güllə yaralanması (xx.xx.2020), baldır sümüklərinin açıq, çoxqəlpəli, yerdəyişən qamış sümüyünün diafizinin orta 1/3-nin defektinə görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, Q.Aİlizarov üsulu ilə osteosintezi (xx.xx.2020) və aparatın demontajından (0xx.xx.2021) sonrakı sağ qamış sümüyünün sümük defekti ilə bitişmiş sınığı və deformasiyası, incik sümüyünün kafi bitişmiş sınığı, aşıq-baldır oynağının çapıq əzələ kontrakturası, yerişin pozulması ilə; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Göründüyü kimi İddiaçı sonuncu göndəriş əsasında imtina verilməsinin səbəbi “Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” olmuşdur. Odur ki, iddiaçının əlavə müalicə olunduqdan sonra əlilliyinin yenidən qiymətləndirilməsi üçün müraciət etməsi məsləhət görülür. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan xx.xx.2022-ci il tarixli tibbi göndəriş əsasında əlillik vəziyyəti xx.xx.2022-ci ildə keçirilmiş əyani müayinə zamanı qiymətləndirildikdən sonra iddiaçıya əlilliyin təyin edilməsindən imtina etmiş və iddiaçı xx.xx.2022-ci il tarixdə Şirvan İnzibati Məhkəməsində cavabdehə qarşı əliliyin müəyyən edilməsi tələbinə dair iddia qaldırmışdır. Cavabdeh inzibati orqan iddiaçının əlilliyinin qiymətləndirilməsinin nəticəsi üzrə qəbul edilmiş inzibati aktın iddiaçıya nə zaman təqdim edilməsi və ona hüquqi müdafiə vasitələrinin izah edilməsinə dair hər hansı sübut təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia tələbini dəqiqləşdirilmiş formada müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Tibbi-Sosial Ekspertiza və X8 Tibbi-Sosial Ekspertiza müayinəsindən çıxarışdan görünür ki, Bakı 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2022-ci il tarixli, 0092003AADP2 nömrəli göndərişi xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və “Diaqnozun mətni: => Postkontuzion sindrom, Mülayim dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, teztez baş verən dekompensasiyalar və koqnetiv funksiyaların enməsi ilə, anamnezində funksional tutmalar. Baldırın çoxsaylı travmaları, Sağ baldırın dəlib-keçən güllə yaralanması (xx.xx.2020), baldır sümüklərinin açıq, çoxqəlpəli, yerdəyişən qamış sümüyünün diafizinin orta 1/3-nin defektinə görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, Q.Allizarov üsulu ilə osteosintezi (xx.xx.2020) və aparatın demontajından (xx.xx.2021) sonrakı sağ qamış sümüyünün sümük defekti ilə bitişmiş sınığı və deformasiyası, incik sümüyünün kafi bitişmiş sınığı, aşıq-baldır oynağının çapıq əzələ kontrakturası, yerişin pozulması ilə. Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. -Cavabdeh tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı əlillik vəziyyəti dövlət tibb müəssisəsinin göndərişi əsasında qiymətləndirilmiş və xx.xx.2021-ci ildən “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir. Sonrakı dövrdə vətəndaş xx.xx.2022-ci ildə Agentliyin müvafiq Tibbi-Sosial Ekspert Komissiyasında nəzarət qaydasında əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barəsində xx.xx.2022-ci ildən “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qüvvədə saxlanılmışdır. Belə ki, şəxsin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Mülayim dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar və koqnitiv funksiyaların enməsi ilə. Baldır sümüklərinin açıq, çoxqəlpəli, yerdəyişən, qamış sümüyünün diafizinin orta 1/3-nin defektinə görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, yerişin pozulması ilə” diaqnozu - anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Bundan irəli gələrək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qüvvədə saxlanılmışdır. İşin məhkəmə araşdırması zamanı Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tibbi ekspertizası təyin edilərək, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X6 ekspertlərinə tapşırılmış və ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur: - İş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi 9 nömrəli və 23 nömrəli X4 tərəfindən tərtib edilmiş göndərişlərlə göndərilmiş № 088 saylı arayışlarda şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmışdırmı və iddiaçıda göndərişdə qeyd olunmuş xəstəliklər müəyyən olunurmu? - Cavabdehin həmin göndəriş əsasında əlilliyin təyinindən imtina əsasları (diaqnoz əlillik əlaməti təyin etməməsi - diaqnoz əlillik əlaməti təyin etmir) tibbi cəhətdən əsaslanlaşdırılmış və iddiaçının real tibbi sağlamlıq vəziyyətini əks etdirirmi? - Aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapırmı? - 9 nömrəli və 23 nömrəli X4 tərəfindən iddiaçı barəsində tərtib edilmiş göndərişlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli № 187 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə uyğun olaraq əlilliyin təyin edilməsinə əsas verirmi, göstərilən xəstəliklərin əhatə dairəsinə düşürmü, düşürsə konkret olaraq hansı xəstəlikdir (Əsasnamədə nəzərdə tutulan xəstəliklə bağlı maddə konkret göstərilməklə)? - İddiaçıya əlillik dərəcəsi təyin edilərkən onda olan xəstəliklər hazırda müşahidə olunurmu? - İddiaçıda həmin xəstəlik mövcuddursa xəstəliyin müalicə alınmaqla reabilitasiyası mümkündürmü? - Aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnoza əsasən əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) zərurət varmı? Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X9 tərəfindən verilmiş T 275/2023 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyinin nəticə hissəsində aşağıdakılar bildirilmişdir: 1-ci və 2-ci suallar üzrə: Vətəndaş İddiaçı məhkəmə-tibbi müayinədən keçərkən “X12”ə EEQ müayinəsinə göndərilmiş və xx.xx.2023-cü il tarixdə “Beyinin zəif diffuz tipli dəyişiklikləri və diensefal paroksizmlərə meyilliyi”, xx.xx.2023-cü ildə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda müayinəsi zamanı isə həkim komissiyası tərəfindən “Odlu silahla yaralanmadan sonra sağ qamış sümüyünün orta 1/3-nin qəlpəli qeyri-düzgün bitişmiş sınığı, Varus deformasiyası osteofitləri və yumşaq toxumada çoxsaylı metal qəlpələri, sağ baldırın orta-aşağı 1/3-nin iç-ön səthlərində dartıcı çapıq toxuması, sağ incik sinirinin neyropatiyası, sağ pəncənin sallanması, parezi, əzələ atrofiyası, daimi ağrı sindromu və dayaq-hərəkət funksiyasının pozulması (S72.2, M84.0; M21.1, M25.7; L90.5; S84.1; M21.3; M62.5; R52.2; R26.8.)” diaqnozu müəyyən edilmişdir. 3-cü sual üzrə: Əlilliklə əlaqədar sualın həlli məhkəmə-tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının səlahiyyətlərinə aiddir. 4-cü və 5-ci suallar üzrə: Vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisələrində tərtib edilmiş göndərişlərdə qeyd edilmiş “Postkontuzion sindrom, mülayim dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar və koqnetiv funksiyaların enməsi ilə, anamnezində funksional tutmalar, baldırın çoxsaylı travmaları, sağ baldırın dəlib-keçən güllə yaralanması (xx.xx.2020), baldır sümüklərinin açıq, çoxqəlpəli, yerdəyişən sınığı, qamış sümüyünün diafizinin orta 1/3-nin defektinə görə aparılmış yaraların birincili cərrahi işlənməsi, Q.A.İlizarov üsulu ilə sintezi (xx.xx.2020) və aparatın demantajından (xx.xx.2021) sonrakı sağ qamış sümüyünün sümük defekti ilə bitişmiş sınığı və deformasiyası, incik sümüyünün kafi bitişmiş sınığı, aşıq-baldır oynağının çapıq əzələ kontrakturası, yerişin pozulması ilə” xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. Şəxsin TSEK-də müayinələri zamanı ekspertlər tərəfindən əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar heç bir qeydiyyat aparılmamışdır. Hazırda da o, yuxarıda qeyd edilən xəstəliklərdən əziyyət çəkir. Lakin, diaqnozun əlillik əlaməti təyin etməməsi məsələsinin aydınlaşdırılması üçün TSEK-də onu yazmış tibbi sosial ekspertlərinin dindirilməsi məsləhətdir. 6-cı və 7-ci suallar üzrə: Diaqnozda olan xəstəliklər tam reabilitasiya olunmurlar və hazırda onlarla əlaqədar onun əlavə bərpa müalicəsinə ehtiyacı yoxdur, xəstəliklər kəskinləşdikdə müvafiq ixtisas sahəsinin həkimləri tərəfindən müalicəyə cəlb edilə bilərlər. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə təyin edilmiş müvfiq ekspertiza qərardadı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X6 ekspertlərinə tapşırılmış və ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur: - xx.xx.1988-ci ildə Cəbrayıl rayonu Balyand kəndində anadan olmuş və Cəbrayıl rayonu, Balyand kəndində qeydiyyatda olan İddiaçı (Ş/V AZE ********) hazırkı vəziyyətini əks etdirən diaqnozu ona birinci, ikinci və ya üçüncü dərəcə əlilliyin təyin olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də qeyd olunan hallara uyğundurmu? - Uyğunluq təşkil etdiyi halda İddiaçı xəstəlik vəziyyəti hansı dərəcə əlilliyə uyğun gəlir ? Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X9 tərəfindən verilmiş T 47/2024 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyinin nəticə hissəsində aşağıdakılar bildirilmişdir: 1-ci, 2-ci və 3-cü suallar üzrə: Vətəndaş İddiaçı məhkəmə-tibbi müayinədən keçərkən “X12”ə EEQ müayinəsinə göndərilmiş və xx.xx.2023-cü il tarixdə “Beyinin zəif diffuz tipli dəyişiklikləri və diensefal paroksizmlərə meyilliyi”, xx.xx.2023-cü ildə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda müayinəsi zamanı isə həkim komissiyası tərəfindən “Odlu silahla yaralanmadan sonra sağ qamış sümüyünün orta 1/3-nin qəlpəli qeyri-düzgün bitişmiş sınığı, Varus deformasiyası osteofıtləri və yumşaq toxumada çoxsaylı metal qəlpələri, sağ baldırın orta-aşağı 1/3-nin iç-ön səthlərində dartıcı çapıq toxuması, sağ incik sinirinin neyropatiyası, sağ pəncənin sallanması, parezi, əzələ atrofıyası, daimi ağrı sindromu və dayaq-hərəkət funksiyasının pozulması (S72.2, M84.0; M21.1, M25.7; L90.5; S84.1; M21.3; M62.5; R52.2; R26.8.)” diaqnozu müəyyən edilmişdir. Diaqnoz nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər hazırda əlillik səviyyəsində olmadığından ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli Nə 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin maddələrini aid etməyə əsas vermədi. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə tibbi ekspertizası təyin edilərək, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X6 ekspertlərinə tapşırılmış və ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. İddiaçı canlı müayinəsi zamanı 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 0092003AADP2 nömrəli göndərişdə (Forma 88) qoyulmuş diaqnoz və ağırlaşmalar müəyyən olunurmu?
2. İddiaçı canlı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar (X1 10-cu yenidən işlənmiş variantında göstərilmiş kodlara uyğun göstərilməklə) aşkar olunur? Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X9 tərəfindən verilmiş T 103/2025 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyinin nəticə hissəsində aşağıdakılar bildirilmişdir: 1-ci və 2-ci suallar üzrə cavab: Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən XBT 10 kodu ilə: “Əsas xəstəlik: F07.2- Postkontuzion sindrom, mülayim dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalarla və koqnitiv funksiyaların enməsi ilə, anamnezində funksional tutmalar. Ağırlaşma: F07.2-postkontuzion sindrom, mülayim dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalarla və koqnitiv funksiyaların enməsi ilə, anamnezində funksional tutmalar. Yanaşı xəstəliklər: S89.7-baldırm çoxsaylı travmaları, sağ baldırın dəlib- keçən güllə yaralanması (xx.xx.2020), baldır sümüklərinin açıq, çox qəlpəli, yerdəyişən qamış sümüyünün diafızinin orta 1/3-nin defektinə görə aparılmış yaraların birincili cərrahi işlənməsi, Q.İlizarov üsulu ilə osteosintezi (xx.xx.2020) və aparatın demontajından (xx.xx.2021) sonrakı sağ qamış sümüyünün sümük defekti ilə bitişmiş sınığı və deformasiyası, incik sümüyünün kafi bitişmiş sınığı, aşıq-baldır oynağının çapıq əzələ kontrakturası, yerişin pozulması ilə” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilsə də, şəxsin xx.xx.2022-ci il tarixdə DTSERA-da əyani müayinəsi zamanı göstərilən diaqnoz anamnestik məlumatlar və obyektiv müayinə nəticələrinə əsasən öz təsdiqini tapmamışdır. Daha sonra məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə-psixiatriya ekpertizası təyin edilərək, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ekspertlərinə tapşırılmış və ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. xx.xx.1988-ci il təvəllüdlü İddiaçı canlı müayinə olunmaqla (zərurət yarandıqda instrumental müayinə vasitələrindən istifadə olunmaqla) xəstəlik (xəstəliklər) diaqnozu müəyyən edilsin.
2. İddiaçı canlı müayinəsi zamanı onda xx.xx.2022-ci il tarixli, 0092003AADP2 nömrəli göndərişdə (Forma 88) qoyulmuş diaqnozlar təsdiqini tapırmı?
3. İddiaçı canlı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar (X1 10-cu yenidən işlənmiş variantında göstərilmiş kodlara uyğun göstərilməklə) aşkar olunur?
4. İddiaçı canlı müayinəsi zamanı xx.xx.2022-ci il tarixli, 0092003AADP2 nömrəli göndərişdə qoyulmuş diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə göstərilmiş əlillik təyininə əsas verən xəstəliklərin əhatə dairəsinə düşürmü?
5. İddiaçı xx.xx.2022-ci il tarixli, 0092003AADP2 nömrəli göndərişdə (Forma 88) göstərilmiş xəstəliklərin (diaqnozların) olması təsdiq edilirsə, o zaman həmin (yəni Forma 88-də göstərilən) əsas diaqnoz və yanaşı xəstəliklərin ağırlaşmaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda (XBT-10 kodu qeyd olunmaqla) hansı altbəndlərə (qiymətləndirmə hissəsindəki) uyğun gəlir və iddiaçının səhhətində hansı ağırlaşma formasında təzahür edir?
6. İddiaçı xəstəliklərinin qiymətləndirilməsi zamanı onda postkontuzion sindrom (F07.2) müəyyən edilirsə, bu diaqnoz onun səhhətinin pozulması, psixopatoloji davranış formasında, həmçinin sosial uyğunlaşmasında hansı ağırlaşmalarla müşahidə edilir? Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş 2087 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyinin nəticə hissəsində aşağıdakılar bildirilmişdir: 1-ci sual üzrə: Yoxlanılan şəxs İddiaçı “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, davranış pozuntuları və koqnitiv funksiyaların enməsi və anamnezində funksional qıcolma tutmaları ilə” (F07.0) aşkar edilir. 2-ci sual üzrə: İddiaçı canlı müayinəsi zamanı onda xx.xx.2022-ci il tarixli, 0092003AADP2 nömrəli göndərişdə (Forma 88) qoyulmuş diaqnozlar təsdiqini tapır. 3-cü sual üzrə: Yoxlanılan şəxs İddiaçı “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, davranış pozuntuları və koqnitiv funksiyaların enməsi və anamnezində funksional qıcolma tutmaları ilə” (F07.0) aşkar edilir. 4-cü sual üzrə: Bu sualı cavablandırmaq məhkəmə-psixiatik ekspertizasının səlahiyyətlərinə aid deyil. 5-ci sual üzrə: Bu sualı cavablandırmaq məhkəmə-psixiatik ekspertizasının səlahiyyətlərinə aid deyil. 6-cı sual üzrə: Yoxlanılan şəxs İddiaçı “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, davranış pozuntuları və koqnitiv funksiyaların enməsi və anamnezində funksional qıcolma tutmaları ilə” (F07.0) aşkar edilir. Məhkəmə iddianın qanuni əsasları ilə bağlı aşağıdakı normalara istinad edir: Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Həmin Qanunun 3.4-cü maddəsinə əsasən, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və Agentliyinin” Nizamnaməsinin: -1.1-ci bəndinə əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində (müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir; -2.1-ci bəndinə əsasən strukturuna daxil olan tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyin qiymətləndirilməsini həyata keçirmək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin fəaliyyət istiqamətlərinə daxildir; -3-cü bəndinə əsasən müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək, fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: -1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. -1.6-cı bəndinə əsasən, əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. -1.8-ci bəndinə əsasən, əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. -2.1-ci bəndinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra- Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. -2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.9-cu bəndinə əsasən, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə ləğv edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: -3.1-ci bəndinə əsasən, anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. XBT-10 – xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış. Beləliklə, hazırkı halda iddiaçının hüquqi marağı və məqsədi Bakı 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2022-ci il tarixli, 0092003AADP2 nömrəli tibbi göndərişi (Forma 88) üzrə orqanizmin funksiyalarının pozulması faizi 65-80 faiz olmaqla 2 il müddətinə müvafiq əlilliyin təyin edilməsindən ibarətdir. Bununla bağlı cavabdehə müraciəti “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə təmin edilməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutları nəzərdən keçirərək hesab edir ki, cavabdehin imtinası qanunauyğun olmamışdır. Ona görə də, iddiaçıya xx.xx.2022-ci il tarixli göndəriş əsasında əlillik təyin edilməlidir. Bakı 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2022-ci il tarixli, 0092003AADP2 nömrəli tibbi göndərişdən görünür ki, iddiaçıda aşağıdaki xəstəliklər müəyyən olunmuşdur: Əsas diaqnoz - F07.2. Postkontuzion sindrom, Mülayim dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar və koqnetiv funksiyaların enməsi ilə, anamnezində funksional tutmalar. Yanaşı xəstəliklər – S89.7. Baldırın çoxsaylı travmaları, Sağ baldırın dəlib-keçən güllə yaralanması (xx.xx.2020), baldır sümüklərinin açıq, çoxqəlpəli, yerdəyişən qamış sümüyünün diafizinin orta 1/3-nin defektinə görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, Q.Allizarov üsulu ilə osteosintezi (xx.xx.2020) və aparatın demontajından (xx.xx.2021) sonrakı sağ qamış sümüyünün sümük defekti ilə bitişmiş sınığı və deformasiyası, incik sümüyünün kafi bitişmiş sınığı, aşıq-baldır oynağının çapıq əzələ kontrakturası, yerişin pozulması ilə. Ağırlaşma – F07.2. Postkontuzion sindrom, Mülayim dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar və koqnetiv funksiyaların enməsi ilə, anamnezində funksional tutmalar. Məhkəmə qeyd edir ki, iddiaçının əlillik vəziyyəti xx.xx.2022-ci il tarixdə verilmiş göndəriş üzrə cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»də şəxsə əlillik dərəcəsinin təyin edilməsi üçün əsasların olmadığı müəyyən edilərək iddiaçıya əlillik təyin edilməsindən imtina edilmişdir. Bununla belə, məhkəmə hazırkı məhkəmə araşdırması ilə toplanmış sübutlara əsasən hesab edir ki, qeyd olunan tibbi göndəriş üzrə iddiaçıda müəyyən edilmiş xəstəliklər ona hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”na uyğun olaraq müvafiq əlilliyin təyin edilməsi üçün əsas verir. Belə ki, oxşar mübahisələr üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1882/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehin kassasiya şikayəti mümkün sayılmamış, məhkəmə kollegiyası qeyd etmişdir ki, “…kassasiya şikayətinin məhkəmələr tərəfindən cavabdehin səlahiyyəti ilə bağlı əsassız qərar qəbul edilməsi dəlilinə münasibətdə kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-522/2024 nömrəli, 2-1(102)-1428/2024 nömrəli 2-1(102)- 1148/2024 nömrəli, 2-1(102)-1218/2024 nömrəli, 2-1(102)-2378/2023 nömrəli, qərarları) iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bundan əlavə, iddiaçıda olan xəstəliklərin (ağırlaşmaların) əlilliyə əsas verməməsi ilə bağlı cavabdeh orqanın təkrarlanan dəlilinə münasibətdə qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2500/2023 nömrəli, 2- 1(102)-1218/2024 nömrəli, 2-1(102) 2378/2023 nömrəli qərarları) tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi (məhkəmə tibbi ekspertizası vasitəsi ilə) və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır.” Analoji hüquqi mövqe Ali Məhkəmənin 2-1(102)-1994/2024 nömrəli, xx.xx.2024-cü il tarixdə qəbul edilən kassasiya şikayətinin qəbulundan imtina edilməsi barədə qərardadında da ifadə edilmişdir. Məhkəmə analoji hüquqi prizmadan çıxış edərək qeyd edir ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirildiyi xx.xx.2022-ci il tarixli göndərişdə iddiaçının əsas diaqnozu kimi müəyyən edilmiş postkontuzion sindrom xəstəliyi iş materiallarında olan iddiaçıya dair tibbi sənədlərdə, eyni zamanda müvafiq ekspert rəylərində öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X9 tərəfindən verilmiş T275/2023 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, iddiaçı hazırda postkontuzion sindrom, mülayim dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar və koqnetiv funksiyaların enməsi ilə, anamnezində funksional tutulmalar və digər yanaşı xəstəliklərdən əziyyət çəkir. Rəydə həmçinin diaqnozda olan xəstəliklərin tam reabilitasiya olunmadığı bildirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş 2087 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyindən də görünür ki, İddiaçı “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, davranış pozuntuları və koqnitiv funksiyaların enməsi və anamnezində funksional qıcolma tutmaları ilə” (F07.0) aşkar edilir. Həmin rəyin motivləşdirici hissəsində qeyd edilir ki, sözügedən diaqnozun iddiaçıda olmasını müayinə zamanı aşkar olunan əlamətlər (döyüşlərdə kəllə-beyin travması alması, qıcolma tutmalarının olması, baş ağrılanndan əziyyət çəkməsi, əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Psixiatriya Xəstəxanası’da "Üzvi (postkontuzion sindrom nəticəsində davranış) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar və koqnitiv funksiyaların enməsi ilə. Depressiv sindrom funksional tutmalar” diaqnozu təyin olunması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (zahirən gərgin olması, təfəkkürünün ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2-ci bəndində F07.2 XBT kodu altında nəzərdə tutulan “Postkontuzion sindrom” xəstəliyi aşağıdakı hallarda əlilliyin təyini üçün əsas verir: (-) 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti. (-) İstinad olunan Meyarlara əsasən şəxsə F07.2 kodu altında qeyd olunmuş diaqnoz qoyularkən 7.6.2.1-7.6.2.2-ci altbəndlərdə nəzərdə tutulmuş ağırlaşmalar üzrə qiymətləndirilmə aparılmalıdır. Həmin qiymətləndirilmədən asılı olaraq şəxsin sağlamlıq vəziyyətində müvafiq ağırlaşmalar müəyyən edildiyi halda, orqanizmin funksiyalarının pozulmasının faiz dərəcəsi və müddəti müəyyən edilməklə əlillik dərəcəsi təyin edilir. Hazırkı halda, iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsi zamanı onda Meyarların 7.6.2.2-ci altbənddəki halların mövcudluğu təsdiqini tapmışdır. Göstərilən xəstəlik İddiaçı orqanizminin funksiyalarının 65-80 % faiz pozulması kimi qəbul edilməsinə və ona 2 il müddətinə müvafiq əlillik təyin edilməsinə əsas verir. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X9 tərəfindən təqdim edilmiş T47/2024 nömrəli, xx.xx.2024-cü il tarixli və T103/2025 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəylərini araşdıraraq müəyyən edir ki, T47/2024 nömrəli rəydə iddiaçının xx.xx.2022-ci il tarixli, 0092003AADP2 nömrəli göndəriş üzrə əsas diaqnozlarının mövcudluğu yoxlanılmamış, yalnız yanaşı xəstəliklərə qiymət verilmişdir. T103/2025 nömrəli rəydə isə iddiaçı üzərində müstəqil tibbi araşdırma aparılmadan cavabdeh DTSERA-nın xx.xx.2022-ci il tarixli əyani müayinə nəticələrinə istinad edilmişdir. Bu halları nəzərə alaraq, məhkəmə hesab edir ki, qeyd olunan ekspert rəyləri iddiaçının sağlamlıq vəziyyətinin müəyyən edilməsi baxımından iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməz. “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iş materialları ilə iddiaçının xəstə olması təsdiq edildiyindən və həmin diaqnoz əlillik təyin edilməsi üçün müəyyən edilmiş Meyarlara uyğun olduğundan, cavabdeh inzibati orqan tərəfindən əlilliyin təyin edilməsindən imtina edilməsi iddiaçının qanunla qorunan hüquqlarını pozmuş, həmçinin işin konkret halları nəzərə alınmaqla inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib, zəruri və yararlı olmamışdır. Odur ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı Bakı 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2022-ci il tarixli, 0092003AADP2 nömrəli tibbi göndəriş (Forma 88) üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2-ci yarımbəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizi 65-80 faiz olmaqla 2 il müddətinə əlillik təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məlikov