Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2358/2021 23.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1 və cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğvi tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 26.05.2015-ci il tarixli “Vergilərin hesablanması barədə” **********328700 №-li qərarının ləğv edilməsi, cavabdehin ondan 78.576.96 manat vergi borcunun, 27.737.67 manat hesablanmış faizlərin, 100 manat maliyyə sanksiyasının tələbinə dair qərarının ləğv edilməsi, tutulma müddəti bitmiş vergi borcunun şəxsi hesab vərəqəsindən silinməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə vəsatət təqdim edərək iddiaçı tələbi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, vergi ödəyicisinə hesablanmış 80033.33 manat gəlir vergisi 20.10.2021-ci il tarixdə azaldılmışdır. İddiaçının şəxsi hesab vərəqəsinə əsasən hal-hazırda dövlət büdcəsinə ödənilməli vergi borcu yoxdur. Hazırki vəziyətdə mübahisə predmeti mövcüd olmadığından iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Anjela Həsənova tərəflərindən verilmiş vəsatəti müdafiə edərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X3 məhkəməyə ərizə təqdim edərək iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından vəsatət təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. - 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67, 80cı maddələrinə əsasən məhkəmə qərara aldı: Vəsatət təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğvi tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-2358/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2358/2021
23.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver