Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2367/2025 02.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 İdris oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “iddiaçıya müharibə veteranı adının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya müharibə veteranı adının verilməsi üçün qanunla tələb olunan bütün tədbirlərin görülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, İddiaçı xx.xx.2011-ci ildən xx.xx.2022-ci ilə kimi Cavabdehndə həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.2020-ci ildə başlayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən hərbi əməliyyatlar zamanı verilən bütün növ döyüş tapşırıqlarını yerinə yetirmiş, yaralıların daşınması, xilasetmə əməliyyatlarında, habelə uçuş vərəqələrinə əsasən Ağdam və Füzuli rayonlarının Sarıcalı və Əhmədbəyli kimi döyüş bölgələrində yerləşən hospitallardan, Naftalan hospitalından yaralıların təxliyyəsinin həyata keçirilməsi əməliyyatlarında iştirak etmişdir. “2020-ci il sentyabrın 27dən noyabrın 10-dək olan dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi kateqoriyalar əsasında 2022-ci il yanvarın 1-dən etibarən “Müharibə veteranı” adının və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi” barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli sərəncamına əsasən, həmin Sərəncamın 3-cü bəndində adları qeyd olunan qurumlar, o cümlədən Cavabdeh bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan şəxslərin siyahısını 2022-ci il yanvarın 1-dən etibarən müəyyən edib Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, onlara “Müharibə veteranı” adının və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsini, həmçinin bu barədə məlumatların Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edilməsini təmin etməlidirlər. Lakin bugünə kimi qulluq etdiyi Cavabdeh tərəfindən ona müharibə veteranı adının verilməsi üçün qanunvericiliyin tələb etdiyi müvafiq tədbirlər görülməmiş olaraq qalmşdır. Yuxarıda qeyd olunanlara əsasən, xx.xx.2020 -xx.xx.2020-ci il tarixləri arasında olan dövrdə iştirak etdiyi döyüş tapşırıqları barədə əmrdən çıxarış, ezamiyyə vərəqələri və ya bu məlumatları özündə əks etdirməklə müvafiq arayışın verilməsini və müharibə veteranı adının verilməsi tapşırığının bunun üçün yaradılmış komissiyaya tapşırılmasını xahiş etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3- 18/2-Ə-4733-1/2024 saylı məktubunda xidmət keçdiyi Aviasiya Dəstəsinin 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək yaralıların təxliyyəsi istiqamətində yerinə yetirilən uçuşların qeyd olunmuş Əsasnamə ilə nəzərdə tutulmuş ərazilərdə həyata keçirilmədiyi səbəbindən “müharibə veteranı” adının verilməsinin mümkün olmadığı bildirilmişdir. Halbuki, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək yaralıların təxliyyəsi istiqamətində tərəfindən həyata keçirilən uçuşların məhz qeyd olunmuş Əsasnamə ilə nəzərdə tutulmuş ərazilərdə həyata keçirilmişdir. Hesab edir ki, cavabdehin bu imtinası tamamilə əsassız olmaqla hüquqlarını pozur. Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı xx.xx.2013-cü ildən Cavabdeh Aviasiya dəstəsinin Vertolyot eskadriliyasının borttexniki vəzifəsində həqiqi hərbi xidmət keçmişdir. Kapitan hərbi rütbəsində olan İddiaçı xx.xx.2022-ci il tarixdə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 157-ci maddəsinin "a" bəndinə əsasən (yaşa görə) istefaya buraxılmışdır. Aviasiya Dəstəsi tərəfindən İddiaçı iştirakı ilə 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək xilasetmə əməliyyatları çərçivəsində yerinə yetirilən uçuşlar aşağıdakılardlr: Aviasiya Dəstəsinin 0082/ş nömrəli, xx.xx.2020-ci il tarixli əmrinə əsasən xx.xx.2020-ci il tarixində Ka-32A tipli 10106 nömrəli vertolyotun borttexniki qismində Səngəçal aerodromu - Kürdəmir aerodromu (N saylı h/h) - Naftalan (hərbi hospital) - Badamdar (Bakı) - Səngəçal aerodromu marşrutu üzrə uçuşlar yerinə yetirmiş və həmin vertolyotla 4 nəfər yaralı hərbiçi təxliyyə edilmişdir. xx.xx.2020-ci il tarixində döyüş tapşırığına əsasən Ka-32A tipli 10106 nömrəli vertolyotun borttexniki qismində Səngəçal aerodromu - Kürdəmir aerodromu (N saylı h/h) üzrə döyüş növbəsinə ezam edilmiş, həmin tarixdə vertolyotun borttexniki qismində Kürdəmir aerodromu (N saylı h/h) - Səngəçal marşrutu üzrə uçuş yerinə yetirmişdir. Qeyd edilənləri nəzərə alaraq müəyyən olunur: İddiaçı xidmət keçdiyi Aviasiya Dəstəsi qeyd olunan dövrə aid heç bir döyüş tapşırığı (o cümlədən döyüş əməliyyatlarının təminatı üzrə) almamış, döyüş əməliyyatları aparmamışdır. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə müəyyən edilmiş Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərinə, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərə daxil olmamışdır. İddiaçı döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmamışdır. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə tərəflərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: Azərbaycan Respublikası Cavabdehn xx.xx.2024-cü il tarixli, 3-18/2-Ə-4733-1/2024 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarına müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər müharibə veteranı sayılırlar. Xidmət keçdiyi Aviasiya Dəstəsinin 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək yaralıların təxliyyəsi istiqamətində yerinə yetirdiyi uçuşların qeyd olunmuş Əsasnamə ilə nəzərdə tutulmuş ərazilərdə həyata keçirilmədiyi səbəbindən ‘müharibə veteranı” adının verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai Rayon İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, 059 nömrəli sorğuya cavab məktubu ilə göndərilmiş İddiaçı şəxsi işinin surətindən görünür ki, 1966-cı il təvəllüdlü Ələsgərov X1 Hallar Nazirliyinin 1162/Ş nömrəli, xx.xx.2022-ci il tarixli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin “a” bəndinə əsasən həqiqi hərbi xidmətdən istefaya buraxıldığı üçün 26 sentyabr 2022-ci il tarixdən Aviasiya dəstəsinin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli, xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün uğrunda aparılmış döyüş əməliyyatları zamanı N nömrəli hərbi hissəyə ezam olması barədə nizami hissə üzrə əmrlər kitabına qeyd olunmayıb. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktları tətbiq olunmalıdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin (bundan sonra Əsasnamə) 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bundan əlavə, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1998-ci il tarixli, 4 nömrəli əmri ilə qüvvəyə minmiş “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı” və “Əmək veteranı” adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat”ın 1.6-cı bəndinə əsasən 1988-ci il fevralın 1-dən 1991-ci il oktyabrın 9-dək erməni milliyyətçi quldur dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - keçmiş DQMV ərazisində ... aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə ... - 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili işlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarə etmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Məhkəmə qeyd edir ki, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Başqa sözlə, şəxsin hərbi hissədə hərbi xidmətdə olması və ya hərbi xidmət keçməsi faktı onun qanunla müəyyən edilmiş qaydada həm hərbi xidmətə qəbul edilməsini, həm də qanunla müəyyən edilmiş qaydada hərbi xidmətdən tərxis olunmasını ehtiva edir. Eyni zamanda, yuxarıda istinad edilən normaların müddəalarına görə, “Müharibə veteranı” adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq orqanlar tərəfindən verilmiş arayış, hərbi bilet (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) və ya əmrlərdən çıxarışlar əsasında verilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materialları ilə də müəyyən edilir ki, iddiaçının tələbi ona müharibə veteranı və vəsiqəsi verilməsi barədə olmaqla məcburetmə haqqında iddiadır. Belə ki, iddiaçı irəli sürdüyü iddia vasitəsi ilə AR İPM-nin 33.1-ci maddəsinə əsasən iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə edir. Qeyd olunan iddia növü ilə bağlı isə inzibati prosessual qanunvericilik sübutetmə vəzifəsinin yerinə yetirilməsi baxımından digər iddia növlərinə münasibətdə fərqli qayda müəyyən etmişdir. AR İPM-nin 14.3-cü maddəsindən də göründüyü kimi inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi digər iddia növlərindən fərqli olaraq iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hüquqi perspektiv baxımından nəzərə alınmalıdır ki, iddiaçı xidmət etdiyi və ya ezam olunduğu hərbi hissənin, eləcə də həmin hərbi hissənin tərkibində onun döyüş əməliyyatlarında iştirakı, eləcə də qanunla müəyyən olunmuş qaydada ehtiyata buraxıldığı və cavabdehin ona münasibətdə iddia olunan məzmunda öhdəlik daşıdığı da sübut edilməli və bununla bağlı müvafiq sənədlər təqdim olunmalıdır. Hazırkı mübahisə kontekstində “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün tətbiq edilən normativ-hüquqi aktlarla müəyyən edilmiş dispozitiv tələblərin iddiaçı tərəfindən təmin edildiyi iş materialları ilə təsdiqini tapmır. Belə ki, nə iddiaçının təqdim etdiyi sübutlar, nə də məhkəmə araşdırması çərçivəsində əldə olunmuş dəlillər onun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci ilədək döyüş əməliyyatlarına cəlb edildiyini təsdiqləyən hüquqi əsas yaradır. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, İddiaçı Ələsgərov xx.xx.2020-ci il tarixində Ka-32A tipli 10106 nömrəli vertolyotun borttexniki qismində Səngəçal aerodromu - Kürdəmir aerodromu (N saylı h/h) - Naftalan (hərbi hospital) - Badamdar (Bakı) - Səngəçal aerodromu marşrutu üzrə uçuşlar yerinə yetirmiş və həmin vertolyotla 4 nəfər yaralı hərbiçi təxliyyə edilmişdir. xx.xx.2020-ci il tarixində döyüş tapşırığına əsasən Ka-32A tipli 10106 nömrəli vertolyotun borttexniki qismində Səngəçal aerodromu - Kürdəmir aerodromu (N saylı h/h) üzrə döyüş növbəsinə ezam edilmiş həmin tarixdə vertolyotun borttexniki qismində Kürdəmir aerodromu (N saylı h/h) - Səngəçal marşrutu üzrə uçuş yerinə yetirmişdir. Sözügedən N saylı hərbi hissəyə göndərilmiş sorğu əsasən, onun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək birbaşa döyüş əməliyyatlarında iştirakı və ya döyüş bölgələrinə ezam olunması ilə bağlı konkret sübutlara əsaslanan hüquqi fakt müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının bu müddət ərzində bilavasitə döyüş əməliyyatlarında iştirak etməsi və ya döyüş bölgələrinə ezam olunması barədə hüquqi əhəmiyyət kəsb edən təkzibedilməz dəlillərin mövcud olmaması onun “Müharibə veteranı” adını və vəsiqəsini almaq hüququnun yaranmasını istisna edir. Bununla əlaqədar olaraq, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının ona müharibə veteranı statusunun verilməsinin təsdiqinə dair irəli sürdüyü iddia tələbinin təmin olunmasını istisna edən şərtlər iş materialları ilə müəyyən edilir. Hazırki işdə isə iddiaçı arzuladığı aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə olan halda cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Odur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “iddiaçıya müharibə veteranı adının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X3
Məhkəmə qərarları › İş №2-1(112)-2367/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2367/2025
02.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver