Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2368/2020 05.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X1, cavabdehin nümayəndəsi X3, üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı üçüncü şəxs kimi işə cəlb edilməklə “yeni məlumat vərəqəsinin pensiya təyinatı orqanına göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi üçüncü şəxs kimi göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun pensiyasının son vəzifə maaşı olan, təqribən, 1890 ( min səkkiz yuz doxsan) manat nəzərə alınmaqla yenidən hesablanması və yenilənmiş məlumat vərəqəsinin Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının təminat xərcliyinin xüsusi əhəmiyyətli tapşırıqların yerinə yetirilməsinə görə aldığı əlavə də nəzərə alınmaqla yenidən hesablanması və yenilənmiş məlumat vərəqəsinin Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində şöbə rəisi vəzifəsində xidmət edərkən vəzifə maaşı, təqribən, 630 ( altı yüz otuz) manat təşkil edirdi. 2018-ci ilin oktyabr ayında vəzifə maaşı Xidmət tərəfindən 200 (iki yüz) faiz artırılmş və onun vəzifə maaşı, təqribən, 1890 (min səkkiz yuz doxsan) manat olmuşdur. 1890 (min səkkiz yuz doxsan) manat olan vəzifə maaşından da qanunvericiliyə uyğun olaraq sosial sığorta ayrımaları olmuşdur. Lakin iddiaçıya pensiya hesablanarkən keçmiş, yəni 2018-ci ilin oktyabr ayına qədər olan vəzifə maaşı, təqribən, 630 ( altı yüz otuz) manat olmaqla, 200 (iki yüz) faiz artım yəni, 1890 (min səkkiz yuz doxsan) manat olan son vəzifə maaşı, naməlum səbəblərdən nəzərə alınmamışdır. Bu da onun pensiya məbləğinin azalmasına səbəb olmuşdur. Bununla əlaqədar olaraq iddiaçı tərəfindən 25 oktyabr 2019-cu il tarixdə cavabdeh orqana müraciət olunaraq, onun əmək haqqına 200 (iki yüz) faiz artımın, yəni 1890 ( min səkkiz yuz doxsan) manat olan son vəzifə maaşına uyğun olaraq yenidən Azərbaycan Respublikasının qanunlarına uyğun hesablanması xahiş olunmuşdur. Ərizəyə cavab olaraq bildirilmişdir ki, o, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə - həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanlar) əsasən xx.xx.2019-cu ildə ehtiyata buraxılmış və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 135 nömrəli Qərarına əsasən ona əmək pensiyası təyin edilməsi məqsədi ilə Xidmət tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə 004768 nömrəli, xx.xx.2009-cu il tarixli məlumat vərəqəsi təqdim edilmişdir. Qüvvədə olan “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun 20.03-cü maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun pensiya hüququna malik olan kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularına pensiya təyin edilən zaman onların xidmətdən tərxis olunan günə (sərancamdan ehtiyata və ya istefaya buraxılarkən sərancama götürüldüyü günə) aldıqları miqdarda bütün növ pul təminatı (ərzaq payı müqabilində verilən pul kompensasiyasından başqa digər növ kompensasiya, birdəfəlik ödəmələr, müavinətlər və büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən isə təminat xərcliyi - hərbi qulluqçuların hərbi xidmətdən tərxis olunduğu günə (sərancamdan ehtiyata və ya istefaya buraxılarkən sərancama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) artımlardan ibarət olan məbləğdir. Qüvvədə olan qanunvericliyə əsasən onun hərbi xidmətdən ehtiyyata buraxıldığı günə (xx.xx.2019-cu il) təminat xərcliyinə daxil olan vəzifə maaşından hesablanan artım və əlavələr barədə müvafiq məlumatlar yuxarıda qeyd edilən məlumat vərəqəsində (004768 nömrəli) öz əksini tapmışdır. İddiaçı aşağıda göstərilən əsaslara əsasən hesab edir ki, cavabdeh Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin imtinası əsassızdır və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməlidir. Belə ki, o, işlədiyi dövrdə vəzifə maaşı 630 (altı yüz otuz) manat təşkil edirdi. 2018-ci ilin oktyabr ayında vəzifə maaşı xidmət tərəfindən 200 (iki yüz) faiz artırılmış və onun vəzifə maaşının məbləği, təqribən, 1890 (min səkkiz yuz doxsan) manat olmuşdur. Lakin ona pensiya təyin edildikdən sonra yuxarıda qeyd edilmiş artım cavabdeh tərəfindən nəzərə alınmamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə və üçüncü şəxsə göndərilmiş, cavabdehdən iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuş, üçüncü şəxsə iddiaya dair yazılı etiraz bildirməsi təkilf edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair xx.xx.2020-ci il tarixli, 23/20-587 saylı yazılı etirazda iddiaçıya ünvanlanmış imtina məktubunda qeyd edilənlər, həmçinin, əlavə olaraq bildirilmişdir ki, İddiaçı təminat xərcliyi vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, məharət dərəcəsinə görə əlavədən, peşəkarlığa, mühüm vəzifə və tapşırıqların yerinə yetirilməsinə, xidmətdə fərqlənməyə görə əlavədən, məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya məlumat daşıyıcıları ilə işləməyə görə vəzifə maaşına artımdan ibarət olmuşdur. Bundan başqa qeyd edilmişdir ki, iddia ərizəsində qeyd olunan xüsusi tapşırıqların vaxtında yerinə yetirilməsinə görə əlavə xx.xx.2019-cu il tarixlində Dövlət Təhlükəsizliyi Xidmətinin müvafiq əmri ilə dayandırıldığından iddiaçı həmin əlavəni hərbi xidmətdən buraxıldığı günə almamış və nəticədə son təminat xərcliyinə daxil edilməmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaya dair yazılı münasibət məhkəməyə təqdim edilməmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdimolunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrəkeçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi məhkəməyə verdiyi izahatında iddia ərizəsində qeyd edilənləri təsdiq etdi və əlavə olaraq bildirdi ki, iddiaçının işdənçıxma barədə əmri xx.xx.2019-cu il tarixdə verilmişdir. Hesab edir ki, həmin əmr xx.xx.2019-cu il tarixdə verildiyindən iddiaçıya təyin edilmiş pensiya həmin tarixə olan təminat xərcliyindən hesablanmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinin tələbindən göründüyü kimi iddiaçıya təyin olunmuş pensiya onun işdən çıxması barədə əmrin verildiyi günə olan təminat xərcliyindən hesablanmalıdır. Həmin tarixədək xüsusi əhəmiyyətli tapşırıqların yerinə yetirilməsinə görə əlavə pensiya hesablanarkən nəzərə alınmalıdır. Nümayəndə izahatının sonunda iddianın təmin edilməsini xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi izahatında bildirdi ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilərkən xüsusi xidmət orqanı tərəfindən göndərilmiş məlumat vərəqəsi əsas götürülmüşdür. Hazırkı iddia tələbinə gəldikdə isə hesab edir ki, iddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığı tarixə xüsusi əhəmiyyətli tapşırıqların vaxtında yerinə yetirilməsinə görə əlavəni almadığından onun təminat xərcliyinin hesablanması zamanı da bu hal nəzərə alına bilməz. Nümayəndə izahatının sonunda iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki: İddiaçıya aid 000498 nömrəli pensiya işində olan sənədlərdən müəyyən edilir ki, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinin “əmək pensiyasının təyin edilməsi haqqında” **********6 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə İddiaçı Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2019-cu il tarixli məlumat vərəqəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilmiş, müvafiq məlumat vərəqəsində onun təminat xərcliyi 1.889,80 manat göstərilmişdir. İddia ərizəsinə əlavə olunmuş AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən edilir ki, xx.xx.1967-ci təvəllüdlü İddiaçı yaşayış yeri üzrə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan iddiaçıya aid ИT seriyalı, ******* saylı əmək kitabçasının hissəvi notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, İddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində (Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi) həqiqi hərbi xidmətdə olmuşdur. İşə əlavə edilmiş iddiaçıya məxsus EZ seriyalı, ******* saylı hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən məlum olur ki, İddiaçı xx.xx.1999-cu ildən Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinə həqiqi hərbi xidmətə başlamış, xx.xx.2019-cu ildə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə əsasən (yaşa görə) hərbi xidmətdən tərxis edilmişdir. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətindən məhkəməyə daxil olmuş xx.xx.2020-ci il tarixli, 21/868 saylı məktubda qeyd edilmişdir ki, DTX-nın sabiq əməkdaşı İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılan tarixə (16 may 2019-cu il tarixə) qüvvədə olan normativ hüquqi aktların tələblərinə müvafiq olaraq pul təminatı (təminat xərcliyi) aşağıdakı kimi olmuşdur: vəzifə maaşı – 680 manat, hərbi rütbəyə görə maaş – 134, xidmət illərinə görə verilən üstəlik haqq (70 %) – 569,80 manat, ərzaq payı əvəzinə pul kompensasiyası – 64 manat, məharət dərəcəsinə görə əlavə (25 %) - 170 manat, peşəkarlığa, mühüm vəzifə və tapşırıqların yerinə yetirilməsinə, xidmətdə fərqlənməyə görə əlavə (25%), məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və məlumat daşıyıcıları ilə işləməyə görə vəzifə maaşına artım (15%), cəmi – 1889,80 manat. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 21/M- 5101 saylı məktubda bildirilmişdir ki, o, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə - Həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanlar) əsasən xx.xx.2019-cu ildə ehtiyata buraxılmış və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 135 nömrəli Qərarına əsasən ona əmək pensiyası təyin edilməsi məqsədi ilə Xidmət tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat idarəsinə 004768 nömrəli, xx.xx.2009-cu il tarixli məlumat vərəqəsi təqdim edilmişdir. Qüvvədə olan “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun 20.03-cü maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun pensiya hüququna malik olan kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularına pensiya təyin edilən zaman onların xidmətdən tərxis olunan günə (sərancamdan ehtiyata və ya istefaya buraxılarkən sərancama götürüldüyü günə) aldıqları miqdarda bütün növ pul təminatı (ərzaq payı müqabilində verilən pul kompensasiyasından başqa digər növ kompensasiya, birdəfəlik ödəmələr, müavinətlər və büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən isə təminat xərcliyi - hərbi qulluqçuların hərbi xidmətdən tərxis olunduğu günə (sərancamdan ehtiyata və ya istefaya buraxılarkən sərancama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) artımlardan ibarət olan məbləğdir. Qüvvədə olan qanunvericliyə əsasən onun hərbi xidmətdən ehtiyyata buraxıldığı günə (xx.xx.2019-cu il) təminat xərcliyinə daxil olan vəzifə maaşından hesablanan artım və əlavələr barədə müvafiq məlumatlar yuxarıda qeyd edilən məlumat vərəqəsində (004768 nömrəli) öz əksini tapmışdır. İş materiallarında məlum olur ki, İddiaçı xx.xx.1999-cu il tarixdən Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində həqiqi hərbi xidmətə başlamış, xx.xx.2019-cu il tarixli əmrə əsasən xx.xx.2019-cu il tarixdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə əsasən (yaşa görə) Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində hərbi xidmətdən tərxis edilmiş, sonuncunun göndərdiyi məlumat vərəqəsinə əsasən iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən yaşa görə əmək pensiyası təyin edilmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı pensiya təyinatı orqanına göndərilmiş məlumat vərəqəsində onun ehtiyata buraxılması barədə müvafiq əmr verilənədək xüsusi əhəmiyyətli tapşırıqların vaxtında yerinə yetirilməsinə görə aldığı əlavənin həqiqi hərbi xidmətdən ehtiyata buraxılan tarixə malik olduğu pul təminatına (təminat xərcliyi) daxil edilməməsində təzahür edən hərəkətsizliyin qanuniliyini mübahisələndirmişdir, hansı ki, həmin hərəkətsizliyə cavabdeh tərəfindən yol verilmişdir. İddiaçı tərəfin pensiya təyinatı orqanına yenilənmiş məlumat vərəqəsinin göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə həvalə edilməsinə dair iddiasının əsaslığı ilə əlaqədar gətirdiyi arqument İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə əmr verilənədək xüsusi əhəmiyyətli tapşırıqların vaxtında yerinə yetirilməsinə görə əlavəni almasından ibarətdir ki, məhkəmə bu arqumenti əsassız hesab edir. Belə ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 166-cı maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılma günü həmin şəxslərin hərbi hissə üzrə əmrlə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün hesab edilir. Hərbi hissənin yerləşdiyi yerin dəyişdirilməsi hərbi qulluqçunun həqiqi hərbi xidmətdən vaxtından əvvəl buraxılmasına, habelə onların başqa hərbi hissəyə köçürülməsinə əsas ola bilməz. Həmin Əsasnamənin 20-ci maddəsinə əsasən hərbi xidmətin sonu aşağıdakı günlər sayılır: 1) bilavasitə hərbi hissədən buraxılan hərbi qulluqçular üçün — onların hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün; 2) hərbi xidmətdən buraxılmazdan qabaq həqiqi hərbi xidmətdə saxlanılmaqla dövlət idarələrində, müəssisələrində və təşkilatlarında işləmiş hərbi qulluqçular üçün — həqiqi hərbi xidmətdən buraxılmasına dair əmrin imzalandığı gün. İş materiallarında olan sənədlərdən iddiaçının hərbi xidmətdən buraxılmazdan qabaq həqiqi hərbi xidmətdə saxlanılmaqla hərbi qulluqçu kimi dövlət idarələrində, müəssisələrində və təşkilatlarında işləməsi müəyyən edilmədiyindən onun ehtiyata buraxılması günü bu barədə əmrin verilmə günü kimi qəbul edilə bilməz. Bu səbəbdən iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılma günü məhz hərbi hissənin siyahısından çıxarılma günü, xx.xx.2019-cu il tarixi hesab edilməlidir. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” xx.xx.2004-cü il tarixli Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçularının sosial müdafiəsi “Hərbi qulluqçuların statusu haqqında”, “Əmək pensiyaları haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunları və digər qanunvericilik aktları ilə müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vizəfi maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 135 saylı Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 2-ci bəndinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmətillərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdir. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qanuna uyğun pensiya hüququna malik olan kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularına pensiya təyin edilən zaman onların xidmətdən tərxis olunan günə aldıqları miqdarda bütün növ pul təminatı (ərzaq payı əvəzinə verilən pul kompensasiyasından başqa digər növ kompensasiya, birdəfəlik ödəmələr və müavinətlər istisna olmaqla) nəzərə alınır. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətindən məhkəməyə daxil olmuş xx.xx.2020-ci il tarixli, 21/868 saylı məktubundan da müəyyən edilir ki, DTX-nın 12 fevral 2019-cu il tarixli müvafiq əmrinə əsasən İddiaçı aylıq vəzifə maaşının 2 misli həcmində “xüsusi əhəmiyyətli tapşırıqların vaxtında yerinə yetirilməsinə görə əlavə”nin ödənilməsi dayandırılmışdır. Beləliklə, iddiaçı hərbi xidmətdən ehtiyata buraxıldığı günə xüsusi əhəmiyyətli tapşırıqların vaxtında yerinə yetirilməsinə görə əlavəni almadığından onun barəsində pensiya təyinatı orqanına göndərilmiş məlumat vərəqəsində almadığı əlavənin təminat xərcliyi müəyyən edilərkən nəzərə alınmaması yuxarıda sadalanmış qanunvericilik normalarının tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir (52-ci maddə). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı “yeni məlumat vərəqəsinin pensiya təyinatı orqanına göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı “yeni məlumat vərəqəsinin pensiya təyinatı orqanına göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddia tələbi təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz)gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 SƏDRLİK EDƏN: Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-2368/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2368/2020
05.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver