Məhkəmə qərarları › İş №2-1(112)-237/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-237/2022

14.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-237/2022 14.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı (üçüncü şəxs Azərbaycan Respublikasının Təhsil Nazirliyi) “diplomun ölkə ərazisində tanınması və şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Belarus Respublikasının Dİ ******* nömrəli Ali təhsil haqqında diplomunun Azərbaycan Respublikasının ərazisində qüvvədə olması və ali təhsil sahəsində diplom üzrə ixtisasının tanınması barədə şəhadətnamənin verilməsinə dair imtinanın ləğv olunması və diplomun tanınması ilə əlaqədar şəhadətnamənin verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının ərizəsi əsasında ilk cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi əsl cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilmişdir. Eyni zamanda məhkəmə tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 17.11.2020-ci il tarixli 2-1(112)-4588/2020 saylı qərardadı ilə Belarus Respublikası “Maksim Tank adına Belarus dövlət Pedoqoji Universiteti” tərəfindən İddiaçı adına verilmiş Dİ ******* nömrəli Ali təhsil haqqında diplom üzrə ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar Təhsildə Keyfiyyət Təminatı Agentliyi (Ekspert Qrupu) tərəfindən iddiaçı ilə ixtisası üzrə yenidən müsahibənin aparılmasının Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilməsi qərara alınmışdır və qərardad icra olunması üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə göndərilmişdir. Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi 24.01.2022-ci il tarixli məktubla məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı Belarus Respublikasının Maksim Tank adına Belarus dövlət Pedoqoji Universiteti tərəfindən verilmiş 30.06.2019-cu il tarixli Dİ seriyalı ******* nömrəli diplom üzrə aldığı ixtisasın tanınması məsələsi yenidən araşdırılmış və ona müvafiq şəhadətamələr verilmişdir. Həmin məktuba əlavə edilmiş T 026205 və i 025614 saylı Azərbaycan Respublikası Təhsil Nazirliyinin şəhadətnamələrinin surətlərindən görünür ki, İddiaçı adına Maksim Tank adına X4 Universiteti tərəfindən verilmiş 30.06.2019-cu il tarixli, Dİ seriyalı ******* nömrəli ali təhsil haqqında diplom Azərbaycan Respublikasında tanınmışdır və ekvivalentlik haqqında şəhadətnamə verilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığını nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.2ci maddəsinə əsasən məhkəmə icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3cü maddəsinə uyğun olaraq cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67, 80, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Təhsildə X1rşı (üçüncü şəxs Azərbaycan Respublikasının Təhsil Nazirliyi) “diplomun ölkə ərazisində tanınması və şəhadətnamənin verilməsi” tələbinə dair inzibati mübahisəyə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar