Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2370/2024 03.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “yerləşmə cizgisinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə, Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək evinin sənədləşdirilərək çıxarış verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.1997-ci il tarixli, 385 nömrəli sərəncamı ilə ona ayrılmış torpaq sahəsində tikdikləri evdə 20 ildən çoxdur ailəsi ilə yaşayır. Yaşadığı müddətdə aidiyyəti qurumlar tərəfindən işıq, qaz, su, telefon ilə təmin olunmuşdur, lakin evin sənədləşmə işinə nail ola bilməmişdir. 2023-cü ilin əvvəlində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Milli Arxiv İdarəsinin verdiyi arayışa əsasən həmin sərəncamın mövcud olduğu, lakin iddiaçının adında heç bir məlumatın olmadığı səbəbindən müraciəti həllini tapmamışdır. Onun əlində xx.xx.1997-ci il tarixli, 385 nömrəli sərəncamın ona məxsus olması haqqında möhürlə təsdiq edilmiş surəti var. Cavabdeh başçısının Sanqaçal qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən ödəniş əsasında şəxsən ona təqdim edilən sərəncama uyğun deyilsə burda onun heç bir günahı yoxdur. İddiaçının 60 yaşı var, 2-ci qrup əlildir, yeganə oğlu da müharibə veteranıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13818/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin cavabdeh qismində prosessual iştirakına xitam verilmiş, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh xx.xx.1997-ci il tarixli, 385 nömrəli sərəncamının Dövlət Arxivinin Bakı Filialına təqdim edilməsi və Cavabdeh tərəfindən torpaq sahəsinin yerləşmə cizgisinin verilməsi icraata qəbul edilməsi barədə iddiası dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqan Bakı şəhəri Cavabdeh xx.xx.2023-cü il tarixli, 15-13/2-1213/2023 nömrəli iddiaya yazılı etirazda bildirilmişdir ki, iddiaçının təqdim etdiyi Cavabdeh başçısının 02 iyun 1997-ci il tarixli 385 nömrəli sərəncamı ilə vətəndaş İddiaçı Sanqaçal qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Lakin iddiaçının Cavabdehnə təqdim etdiyi sənədlərə baxış keçirilərkən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialından verilmiş məktubdan görünür ki, Cavabdeh başçısının 02 iyun 1997-ci il tarixli 385 nömrəli sərəncamı Dövlət Arxivinin Bakı filialında mövcuddur, lakin həmin sərəncamda iddiaçı barədə heç bir məlumat yoxdur. Bununla əlaqədar sərəncamın iddiaçıya məxsusluğu barədə rayon icra hakimiyyətində də heç bir məlumat yoxdur və qeyd olunan sərəncam rayon icra hakimiyyətinin arxivində də mövcud deyil. Belə ki, “İcra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticasində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə Siyahf’sı “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun, həmin Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli, 168 nömrəli Fərmanınının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli,32 nömrəli Qərarı ilə təsdiq edilmiş normativ- hüquqi sənədlərin tələblərinə uyğun olaraq hazırlanmışdır icra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə Nümünəvi Siyahısına əsasən rayon icra hakimiyyəti orqanlarının sərəncamları 5 il icra hakimiyyətində saxlanılmaqla, daimi saxlanılmaq üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Bakı filialına göndərilir. Belə ki, Azərbaycan Respublikası İPM-nin 1.1 maddəsinə əsasən İnzibati Prosessual Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasını və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 35.1ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda iddia mümkün sayılır. Azərbaycan Respublikası İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Qeyd olunan qanunvericiliyin tələblərinə görə iddiaçı inzibati orqana rəsmi müraciət etməli və həmin orqan tərəfindən inzibati aktın qəbul edilməsindən imtina olunması yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu müəyyən edildiyi hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır və bu zaman məhkəmə sözügedən iddialarla bağlı inzibati mübahisəyə baxa bilər. İnzibati mühakimə icraatı qaydasında baxılan hər bir iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Bu baxımdan inzibati mühakimə icraatı qaydasında baxılan mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1) mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2) əlverişsiz inzibati akt olmalı; 3) iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4) iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5) qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi iddiaçının üzərindədir. İşə birinci instansiya qaydasında baxan məhkəmə tərəfindən bu hala qiymət verilməlidir. Beləliklə də, hesab edirik ki, iddiaçının Cavabdehnə qarşı Qaradağ rayonu, Sanqaçal qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600,0 kv.m torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi barədə iddia irəli sürməsi əsassızdır, iddiaçının hüquqları və qanunla qorunan maraqları inzibati orqan tərəfindən pozulmamış və o, həmin halın mövcudluğunu əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunan iddia ərizəsinə münasibət bildirilməklə, iddia ərizəsinin əsassız olunmasını və Qaradağ İcra Hakimiyyətinin hüquq və vəzifələrini icra edərək qeyd edilən faktlara və hüquq normalarına əsaslanaraq İddiaçı irəli sürdüyü iddia tələbi əsassız olduğu üçün iddia tələbinin qeyri mümkün sayılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi torpaq sahəsinin yerləşmə cizgisinin verilməsinin Cavabdeh üzərinə qoyulması barədə dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Elektron məhkəmə sistemindən əldə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1963-cü il təvəllüdlü İddiaçı Bakı şəhəri, Səngəçal qəsəbəsi, massiv 1, 3 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Cavabdeh Başçısının xx.xx.1997-ci il tarixli, 385 nömrəli fərdi yaşayış evinin tikintisi məqsədi ilə həyətyanı torpaq sahəsinin ayrılması haqqında sərəncamı ilə Bakı şəhər XDS İcrakomunun xx.xx.1989-cu il tarixli 13/713 saylı qərarına müvafiq olaraq Səngəçal qəsəbəsində yaşayan İddiaçı fərdi yaşayış evinin tikintisi məqsədi üçün Səngəçal qəsəbəsindən 600 kv.m. torpaq sahəsi ayrılıb verilməsinə sərəncam verilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh Başçısının müavini İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 5-13/1-Ə-86/2-091/2/2023 nömrəli məktubunda bildirmişdir ki, Sizin, torpaq sahəsinə yerləşmə cizgisi verilməsi ilə bağlı rayon icra hakimiyyətinə ünvanlanmış müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Müraciətinizlə bağlı tərəfinizdən təqdim edilən sənədlərə baxış keçirilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialından verilmiş xx.xx.2017-ci il tarixli Ə-38 nömrəli məktubdan görünür ki, sözügedən qurumda sizin müraciətinizə əsasən bildirilmişdir ki, Cavabdeh başçısının xx.xx.1997-ci il tarixli 385 nömrəli sərəncamı Dövlət Arxivinin Bakı filialında mövcuddur, lakin həmin sərəncamda sizin barənizdə heç bir məlumat yoxdur. Təkrarən nəzərinizə çatdırırıq ki, xx.xx.1997-ci il tarixli 385 nömrəli sərəncamın arxiv surəti olmadığına görə sizin müraciətinizin müsbət həlli imkan xaricindədir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il tarixli, 3-48-2F/2-4049/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Qaradağ rayon İH-nın arxiv fondu üzrə xx.xx.1997-ci il tarixli, 385 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin sərəncamda vət. İddiaçı barəsində heç bir məlumat yoxdur. Həmin məktubla göndərilmiş sənədlərdən görünür ki: -Cavabdeh Başçısının xx.xx.1997-ci il tarixli, 385 nömrəli fərdi yaşayış evinin tikintisi məqsədi ilə həyətyanı torpaq sahəsinin ayrılması haqqında sərəncamı ilə Bakı şəhər XDS İcrakomunun xx.xx.1989-cu il tarixli 13/713 saylı qərarına müvafiq olaraq Səngəçal qəsəbəsi, Şimal keçidi, ev 2 mənzil 1-də yaşayan X1 fərdi yaşayış evinin tikintisi məqsədi üçün Səngəçal qəsəbəsindən 600 kv.m. torpaq sahəsi ayrılıb verilməsinə sərəncam verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Cavabdeh Başçısının birinci müavininin xx.xx.2023-cü il tarixli, 5-13/2-1418/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, müraciətlə bağlı araşdırma aparılmış və məlum olmuşdur ki, vətəndaş İddiaçı Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə müraciət etmiş və ona xx.xx.2017-ci il tarixli Ə-38 nömrəli məktubla bildirilmişdir ki, xx.xx.1997-ci il tarixli 385 nömrəli sərəncam Dövlət Arxivinin Bakı filialında mövcuddur, lakin qeyd olunan sərəncamda vətəndaş İddiaçı barədə heç bir məlumat aşkar olunmamışdır. Eyni zamanda bildiririk ki, rayon icra hakimiyyətində eyni tarixdə, eyni nömrəli fərqli iki sərəncamın verilməsi mümkün deyil. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh başçısının Sanqaçal qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı Cəlal qızı istifadəsində olan torpaq sahəsinə yerləşmə cizgisinin alınması ilə bağlı rayon icra hakimiyyətinə müraciət etmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialından verilmiş xx.xx.2017-ci il tarixli Ə-38 nömrəli məktuba əsasən ona bildirilmişdir ki, Cavabdeh başçısının xx.xx.1997-ci il tarixli 385 nömrəli sərəncamı Dövlət Arxivinin Bakı filialında mövcuddur, lakin həmin sərəncamda İddiaçı Cəlal qızı barəsində heç bir məlumat yoxdur. Cavabdeh başçısının xx.xx.1997-ci il tarixli 385 nömrəli sərəncamın arxiv surəti olmadığına görə onun müraciətinin müsbət həlli mümkün olmamışdır. Eyni zamanda diqqətinizə çatdırırıq ki, rayon və şəhər icra hakimiyyəti orqanlarının sənədləri üçün saxlanılma müddəti 5 (beş) ildir. Siyahıda saxlanma müddəti “daimi” göstərilmiş sənədlər “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddətlərdən sonra dövlət arxivinə təhvil verilir. Rayon icra hakimiyyətinin başçısı tərəfindən 1997-ci il tarixində imzalanmış sərəncamlar və onlara aid. digər sənədlər Azərbaycan Milli Arxiv İdarəsinin Bakı filialına təhvil verilmişdir. Cavabdeh Bakı şəhər Cavabdeh İddiaçı müraciətinə cavab olaraq göndərdiyi xx.xx.2023-cü il tarixli, 5-13/1-Ə-86/2-091/2/2023 məktubunda bildirmişdir ki, Sizin, torpaq sahəsinə yerləşmə cizgisi verilməsi ilə bağlı rayon icra hakimiyyətinə ünvanlanmış müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Müraciətinizlə bağlı tərəfinizdən təqdim edilən sənədlərə baxış keçirilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialından verilmiş xx.xx.2017-ci il tarixli Ə-38 nömrəli məktubdan görünür ki, sözügedən qurumda sizin müraciətinizə əsasən bildirilmişdir ki, Cavabdeh başçısının xx.xx.1997-ci il tarixli 385 nömrəli sərəncamı Dövlət Arxivinin Bakı filialında mövcuddur, lakin həmin sərəncamda sizin barənizdə heç bir məlumat yoxdur. Təkrarən nəzərinizə çatdırırıq ki, xx.xx.1997-ci il tarixli 385 nömrəli sərəncamın arxiv surəti olmadığına görə sizin müraciətinizin müsbət həlli imkan xaricindədir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Beləliklə, hazırkı iddiaya münasibətdə ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. Hazırda iddiaçı cavabdehdən ona ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin tərtib edilməsini xahiş edir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyəti üzrə əsassızdır. Belə ki, işin hallarından müəyyən olunur ki, iddiaçı Qaradağ rayonu, Səngəçal qəsəbəsində 600,0 kv.m torpaq sahəsinin Bakı şəhər Cavabdeh başçısının xx.xx.1997-ci il tarixli, 385 nömrəli sərəncamı ilə ona ayrıldığını əsas gətirərək həmin torpaq sahəsinə yerləşmə cizgisinin verilməsi ilə bağlı Cavabdehnə müraciət etmiş, cavabdeh sözügedən sərəncamın arxiv surəti olmadığına istinad edərək müraciətin təminindən imtina etmişdir. Hazırkı halda iddiaçı cavabdehin imtinasını əsassız hesab edərək torpaq sahəsinin yerləşmə cizgisinin verilməsini mübahisələndirir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: (torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən qüvvədə olan (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür)) -14-cü maddəsinə əsasən müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Torpaq daimi istifadəyə rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən kolxozlara, sovxozlara, kooperativlərə, sənaye, nəqliyyat və başqa müəssisələrə, idarələrə, təşkilatlara, assosiasiyalara, səhmdar cəmiyyətlərinə, elmi tədqiqat idarələrinə, hərbi və dini təşkilatlara, respublika və xarici hüquqi şəxslərin iştirakı ilə birgə müəssisələrə, beynəlxalq birliklərə və təşkilatlara onlara həvalə edilmiş vəzifələri həyata keçirmək üçün verilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. -22-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 4) onların ərazisində və istifadəsində olan torpaqlarda əsas məhsul istehsalını nizama salmaq; 5) yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yertəsərrüfat quruluşu planlarının hazırlanması və həyata keçirilməsini təşkil etmək; 6) torpağa görə haqq (vergi) almaq güzəştlər müəyyən etmək və rayon, şəhər üzrə torpaq vergisinin ümumi məbləğini dəyişdirmədən eyni keyfiyyət dərəcəli torpaqların yerləşməsindən asılı olaraq verginin məbləğini artırmaq və ya azaltmaq; 7) dövlət ehtiyacları və ictimai ehtiyaclar üçün torpaq sahəsini bu Məcəllənin 27-ci maddəsinə uyğun olaraq geri almaq, o cümlədən torpağı mülkiyyətçidən satın və ya məcburi satın almaq; 8) torpaqların mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramlar hazırlamaq və təsdiq etmək; 9) torpaqdan istifadə edən müəssisələrin və təsərrüfatların işinin ekoloji ekspertizasının keçirilməsini təşkil etmək və ekoloji ekspertizanın müsbət rəy vermədiyi obyektlərin tikintisini dayandırmaq və ya onların rekonstruksiyası haqqında qərar qəbul etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 11) torpağın mühafizəsi haqqında qanunvericiliyin pozulduğu halda təqsiri olan hüquqi və fiziki şəxsləri inzibati məsuliyyətə cəlb etmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq; 13) torpaq mübahisələrini həll etmək. Yerli icra hakimiyyəti orqanları torpaqların mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verilməsinə və geri alınmasına dair rayon, şəhər xalq deputatları Sovetləri qarşısında vəsatət qaldırır. -23-cü maddəsinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpaqayırma aktında göstərilir. -29-cu maddəsinə əsasən müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. -57-ci maddəsinə görə yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 24 may tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmiş “Arxiv fondu sənədlərinin daimi dövlət mühafizəsinə təhvil verilməsi” Qaydasının aşağıdakı bəndlərinə əsasən: -1.2. Milli arxiv fondunun tərkibinə daxil edilən arxiv sənədləri dövlət və qeyri-dövlət idarə, müəssisə və təşkilatlarında (bundan sonra – təşkilat) yaradılan idarə arxivlərində Qanunun 10-cu maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş müvəqqəti mühafizə müddətləri başa çatdıqdan sonra daimi dövlət mühafizəsi məqsədilə dövlət arxiv xidməti təşkilatlarına təhvil verilir. -1.6. Qanunun 8-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş orqanların arxiv fondu sənədlərinin daimi mühafizəsi həmin orqanların özləri tərəfindən həyata keçirilir. -2.1. Arxiv fondu sənədlərinin daimi dövlət mühafizəsinə təhvil verilməsi üçün hazırlanması təşkilatın mütəxəssislərinin və dövlət arxiv xidməti təşkilatının nümayəndəsinin iştirakı ilə təşkilatda yaradılmış Ekspert Komissiyası tərəfindən sənədlərin dəyərinin ekspertizası aparılmaqla həyata keçirilir. Tərkibində qurumlar olan təşkilatlarda sənədlərin dəyərinin ekspertizasını həyata keçirmək, habelə tabe təşkilatlarda ekspertiza işinə rəhbərlik və metodiki kömək göstərmək məqsədilə daimi fəaliyyət göstərən Mərkəzi Ekspert Komissiyası yaradılır. -2.4. Arxiv siyahıları dövlət arxiv xidməti təşkilatının Ekspert Yoxlama Komissiyası tərəfindən qərarla təsdiq edildikdən sonra təşkilatın rəhbəri tərəfindən möhürlə təsdiqlənir. Arxiv siyahılarının 1 (bir) nüsxəsi müvafiq siyahı üzrə sənədlər daimi dövlət mühafizəsinə təhvil verilənədək, onlara nəzarət etmək məqsədilə həmin arxiv siyahılarını təsdiq edən Ekspert Yoxlama Komissiyasının yaradıldığı dövlət arxiv xidməti təşkilatına verilir. -3.2. Fiziki şəxslərin arxiv sənədləri onların şəxsi mülkiyyətidir. Fiziki şəxs vəfat etdikdə onun arxiv sənədləri üzərində mülkiyyət hüququ onun vərəsəsinə, vəfat etmiş fiziki şəxsin vərəsəsi olmadığı halda dövlətə keçir. Fiziki şəxsin mülkiyyətində olan arxiv sənədləri onun özü və ya vərəsəsi tərəfindən müqavilə əsasında həmin fiziki şəxsin yaşayış yeri üzrə dövlət arxiv xidməti təşkilatına daimi mühafizəyə təhvil verilə bilər. -3.7. Arxiv fondu sənədlərinin daimi dövlət mühafizəsinə təhvil verilməsi təşkilatın statusu, iyerarxiyası və yurisdiksiyasının ölkə, regional və yerli səviyyədə olması nəzərə alınmaqla həyata keçirilir. Ölkə səviyyəli təşkilatların fəaliyyəti nəticəsində yaranmış arxiv fondu sənədləri profilinə uyğun Azərbaycan Respublikasının dövlət arxivlərinə, regional və yerli səviyyəli təşkilatların fəaliyyəti nəticəsində yaranan arxiv fondu sənədlərinin Milli arxiv fonduna daxil edilən hissəsi müvafiq təşkilatın olduğu yer üzrə dövlət arxivinin filiallarına və sənədləri dəyişən tərkibli rayon (şəhər) dövlət arxivlərinə təhvil verilir. Sənədləri dəyişən tərkibli rayon (şəhər) dövlət arxivlərinə təhvil verilmiş daimi saxlanılma müddətli sənədlər 5 (beş) il müvafiq rayon (şəhər) dövlət arxivlərində mühafizə olunduqdan sonra daimi dövlət mühafizəsi məqsədilə tabe dövlət arxivinin filialına təhvil verilir. Regional və yerli səviyyəli təşkilatların fəaliyyəti nəticəsində yaranan dövlət sirri daşıyan məxfilik qrifi olan məlumat daşıyıcıları yuxarı təşkilatın arxiv fondu sənədlərinin tərkibində profilinə uyğun Azərbaycan Respublikasının dövlət arxivlərinə daimi dövlət mühafizəsinə təhvil verilir. -3.8. Dövlət arxiv xidməti təşkilatının komplektləşdirmə mənbəyi olan təşkilatların idarə arxivlərində müvəqqəti mühafizə müddətləri başa çatmış arxiv sənədləri dövlət arxiv xidməti təşkilatı ilə razılaşdırılmış plan-qrafik əsasında müvafiq illər üzrə tam halda daimi dövlət mühafizəsinə təhvil verilir. Arxiv fondu sənədlərinin dövlət mühafizəsinə təhvil verilməsi müvafiq arxiv siyahısı üzrə hər bir işə baxılmaqla həyata keçirilir. Təhvil zamanı arxiv siyahısının yekun qeydi ilə işlərin faktiki sayı arasında uyğunsuzluq aşkar edildikdə, bu Qaydanın 2 nömrəli əlavəsi ilə müəyyən edilmiş formaya uyğun olaraq tərtib edilmiş arxiv sənədlərinin təhvil-qəbulu aktının, həmçinin arxiv siyahısının müvafiq sütununda aşkar olunmayan işlərin nömrələri qeyd olunur, onların tapılması istiqamətində işlər aparılır. İtirilmiş arxiv sənədləri onların surətləri ilə əvəz edilir. Sadalanan normalardan müəyyən olunur ki, torpaq sahəsinin ayrılması barədə sərəncam daşınmaz əmlaka dair ilkin torpaqayrıma sənədi-hüquqmüəyyənedici sənəd olub rayon icra hakimiyyəti orqanında 5 il saxlanma müddəti keçdikdən sonra daimi saxlanması üçün dövlət arxivinin filialına təhvil verilir. Eyni zamanda müəyyən olunur ki, torpaq qanunvericiliyi torpaqayırma prosesinin torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin qərar, əmr, sərəncam və s. hüquqmüəyyənedici sənədlərin qəbul edilməsi, ayrılmış torpaq sahasinin naturada bölünüb təhvil verilməsini, sərhədlərinin yerində və xəritədə müəyyən edilərək yerləşmə cizgisinin hazırlanması, torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi kimi ardıcıl hərəkətləri əhatə edir. Hazırkı iş üzrə iddiaçı faktiki istifadəsinə torpaq sahəsinin ayrıldığını, torpaqayrıma barədə yerli icra hakimiyyətinin sərəncamının olduğunu, lakin torpaq sahəsinin yerləşmə cizgisinin verilmədiyini iddia edir. İşin araşdırılması zamanı müəyyən olunur ki, iddiaçının istinad etdiyi ona torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd- Cavabdeh xx.xx.1997-ci il tarixli 385 nömrəli sərəncamı müvafiq sərəncamı qəbul etmiş yerli icra hakimiyyətinin arxivində mövcud deyil, eləcə də həmin sərəncam dövlət arxivinə təhvil verilməmişdir. Dövlət Arxivinin Bakı Fililalına təhvil verilmiş arxiv sənədlərində Cavabdeh xx.xx.1997-ci il tarixli 385 nömrəli sərəncamı mövcud olsa da lakin eyni tarixli, eyni nömrəli sərəncam İddiaçı deyil, X1 fərdi yaşayış evinin tikintisi məqsədi üçün Səngəçal qəsəbəsindən 600 kv.m. torpaq sahəsinin ayrılması barədədir və dövlət arxivində İddiaçı torpaq sahəsinin ayrılması barədə hər hansı məlumat mövcud deyil. Məhkəmə onu da qeyd edir ki, eyni tarixdə, eyni nömrə altında 2 fərqli sərəncamın verilməsinin mümkünlüyü ilə bağlı yerli icra hakimiyyətinə müvafiq sorğu verilmiş və torpaqayıran səlahiyyətli qurum rayon icra hakimiyyətində eyni tarixdə eyni nömrəli lakin fərqli iki sərəncamın verilməsinin mümkün olmadığını bilavasitə bildirmişdir. Bundan əlavə məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının iş materiallarına əlavə etdiyi və məhkəmə iclasında əslinə baxış keçirdiyi iddiaçıya torpaq sahəsinin ayrılması barədə sərəncamın özündə səlahiyyətli şəxs olan “Y.Əliyev”in adı qeyd olunsa da həmin şəxsin (rayon icra hakimiyyəti başçısının) imzası sərəncamda müvafiq adın qarşısında qeyd olunmamışdır. Sərəncamda “Əsli ilə düzdür” cümləsinin qarşısında imza olsa da həmin imzanın kimə məxsusluğu qeyd edilməmiş, hansı səlahiyyətli şəxs tərəfindən imzalandığı əks olunmamışdır. Halbuki məhkəmə sorğusu əsasında əldə edilmiş dövlət arxivində mövcud olan Cavabdeh Başçısının xx.xx.1997-ci il tarixli, 385 nömrəli X1 torpaq sahəsinin ayrılması barədə sərəncam nüsxəsində səlahiyyətli şəxs “Y.Əliyev”in adı və adının qarşısında onun imzası öz əksini tapmışdır. Beləliklə, iddiaçının təqdim etdiyi sərəncam nüsxəsi sənədin əsli və ya əslə bərabər surəti hesab olunmur. Bu halda məhkəmə hesab edir ki, iddiaçıya torpaq sahəsi ayrılması barədə mötəbər hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən, həmin sərəncam əsasında ayrıldığı iddia edilən faktiki torpaq sahəsinə yerləşmə cizgisinin verilməsi tələbi də əsaslı hesab edilə bilməz. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 52, 68, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdehnə qarşı “yerləşmə cizgisinin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-2370/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2370/2024
03.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver