Məhkəmə qərarları › İş №2-1(112)-2371/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2371/2020

18.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2371/2020 18.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan), nümayəndəsi, Vəkil (ünvan 2 ünvanında qeydiyyatda olan), iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə, üçüncü şəxs X10, X7 qarşı üçüncü şəxslərin qeydiyyatdan çıxarılması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxslər X10, X11 olmaqla) iddia ərizəsi məhkəməyə müraciət edərək, X10, X5 iddiaçının xüsusi mülkiyyətində olan ünvan 4 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh Bakı şəhəri Cavabdehin əsl cavabdeh Bakı şəhəri Səbail Rayon Polis İdarəsi ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin 03 mart 2020-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2016-cı il tarixli, AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi əsasında qeydiyyatda olduğu və hazırda yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Ə.Nəzərov küçəsi, 1 saylı evin, 47,29 kv.metr yaşayış sahəsi olan, 4 otaqlı, 17 saylı mənzilini X1ndan 50.000 manata almışdır. X1 həmin müqavilənin 13-cü bəndinə əsasən xx.xx.2017-ci il tarixədək ailə üzvləri ilə birlikdə könüllü olaraq həmin mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürməsinə baxmayaraq, hazırda həmin mənzildə 2 (iki) nəfər, 1990-cı il təvəllüdlü X10 və 1978-ci il təvəllüdlü X11 qanunsuz olaraq qeydiyyatda qalmaqla onun mülkiyyət hüququnu pozurlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Seriya RX № ******* nömrəli Çıxarışa əsasən xx.xx.2016-cı il tarixdən həmin evin tam mülkiyyətçisidir. Lakin qeydiyyatda olan X6 və X5 mənzildən könüllü olaraq qeydiyyatdan çıxmaması ilə əlaqədar mülkiyyət hüququndan tam istifadə edə bilmir. Uzun müddətdir ki, həmin şəxslərin əvəzinə əsassız olaraq kommunal xərclərini ödəmək məcburiyyətində qalmışdır. Həmin şəxslər iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Ə.Nəzərov küçəsi, 1 saylı evin, 17 saylı mənzildə qeydiyyatda olmaları ilə onun mülkiyyətçi kimi hüquqlarımı pozmaqda davam edirlər. Həmin mənzili alqı-satqı etdikləri vaxtdan, yəni 2016-cı ildən həmin iki nəfər şəxsi, 1990-cı il təvəllüdlü X8 və 1978-ci il təvəllüdlü X9 o görməmişdir və tanımır. Mənzili aldığı vaxtdan X8 və X9 görməmişdir. Hazırda harada yaşamalarını da bilmir. Həmin şəxslər mülkiyyətçisi olduğu mənzildə yaşamamışlar. Lakin formal olaraq həmin mənzildə qeydiyyatda qalmışlar. Üçüncü şəxslər X6 və X5 mənzilində pasport qeydiyyatında qalması onun mülkiyyətçi kimi mənzil və mülkiyyət hüququnu kobud surətdə pozmaqda davam edir. xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli ərizələrlə üçüncü şəxslər X6 və X5 xüsusi mülkiyyətində olan, ünvan 6 ünvanından qeydiyyatdan çıxarılması ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə müraciət etsə də, ona xx.xx.2019-cu il tarixli, 065-35552İ-3219 nömrəli məktubla cavab verilmişdir ki, iddiaçıya məxsus olan, Səbail rayonu, Badamdar qəsəbəsi, Ə.Nəzərov küçəsi, ev 1, mənzil 17 ünvanında hal-hazırda qeydiyyata olan vətəndaş X6 və X5 göstərilən ünvandan qeydiyyatdan çıxarılmaları ilə əlaqədar mövcud qanunvericiliyin tələbləri nəzərə alınaraq, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" AR Qanununun 9-cu maddəsinə əsasən məhkəmə orqanlarına müraciət etməsi məqsədəmüvafiqdir. Qey olunanlara əsasən cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Cavabdehin üzərinə üçüncü şəxslər X6 və X5 xüsusi mülkiyyətimdə olan, ünvan 6 ünvanından qeydiyyatdan çıxarılması ilə əlaqədar inzibati öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı və nümayəndəsi iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdilər. Cavabdehə və üçüncü şəxsə şifahi məhkəmə baxış iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilsə də, cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Rerspublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı Çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, ev 1 ünvanında yerləşən 17 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 144 saylı Mənzil Kommunal istismar Sahəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında 52 saylı arayışdan görünür ki, 1990-cı il təvəllüdlü X10, 1978-ci il təvəllüdlü X13 2009, 2011-ci il tarixdən İddiaçı məxsus ünvan 7 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AN-İN ******* saylı, 05 dekabr 2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X4 ona məxsus olan ünvan 8 ünvanını İddiaçı satmışdır. Həmin müqavilənin 13-cü bəndinə əsasən satıcı, yəni X4 xx.xx.2017-ci il tarixədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İşdə olan cavabdeh tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 065-35552j-3219 saylı imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə əsasən mənzildə qeydiyyatda olan şəxslərin ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinin yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qətnaməsi əsasında həyata keçirildiyi, buna görə də məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İşin hallarından görünür ki, iddiaçı 05 dekabr 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 6 ünvanını almışdır və mənzil üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. Mənzil həmin tarixdən iddiaçının xüsusi mülkiyyətində olmasına baxmayaraq, keçmiş mülkiyyətçi X3 ailə üzvləri 1990-cı il təvəllüdlü X10 və 1978-ci il təvəllüdlü X11 bu günədək iddiaçıya məxsus mənzildə formal qeydiyyatdadırlar. İddiaçı üçüncü şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını tələb edir ki, bunu da həmin şəxslərin alqı-satqı müqaviləsi bağlanaraq, mənzil onun mülkiyyətinə verildikdən sonra onların qeydiyyatlarının formal olması ilə əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 2-ci maddəsinə əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci bəndinə əsasən, şəxs yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə hesab edir ki, keçmiş mülkiyyətçi X3 ailə üzvləri 1990-cı il təvəllüdlü X10 və 1978-ci il təvəllüdlü X11 iddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Ə.Nəzərov küçəsi, ev 1 ünvanda yerləşən 17 saylı mənzildə alqı-satqı müqaviləsi bağlanan vaxtdan yaşamadıqları halda üçüncü şəxslərin həmin ünvanda formal olaraq qeydiyyatda qalmaları iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələbindən göründüyü kimi, yaşayış yerini dəyişdirmiş şəxs yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olduğundan, iddiaçının iş üzrə üçüncü şəxslərin Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Ə.Nəzərov küçəsi, ev 1 ünvanda yerləşən 17 saylı mənzildəndən qeydiyyatdan çıxarılmaları vəzifəsinin cavabdehə həvalə edilməsinə dair tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. ünvan 10 ünvanında yerləşən 17 saylı mənzildən 1990-cı il təvəllüdlü X6, 1978-ci il təvəllüdlü X5 qeydiyyatdan çıxarılması vəzifəsiBakı şəhəri Səbail Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar