Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2371/2021 20.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, iddiaçı Heydərzadə Murad Zahir oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ixtisası – biokimyaçı, “İron Force” şirkətində direktor işləyir), cavabdehin nümayəndəsi Mikayılov Elvin İsmayıl oğlunun (Abşeron rayonunda qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquq şöbəsində məsləhətçi işləyir) iştirakı ilə, İddiaçı Zahir oğlunun Cavabdehnə qarşı zərərin ödənilməsi tələbi barədə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Heydərzadə Murad Zahir oğlu Cavabdehnə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq cavabdehdən iddiaçıya vurulmuş maddi zərərin əvəzi olaraq ******* manat pulun, mənəvi zərərə görə 50000 manatın tutularaq iddiaçıya ödənilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Zabrat-2 qəsəbəsi, Məmmədyarov küçəsi, 4A saylı evin yan tərəfindəki 2000 kv metr torpaq sahəsi Bakı şəhəri İcra hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi ilə iddiaçının mərhum atası Heydərov Zahir İsmayıl oğlu arasında bağlanmış “Stasionar xidmət obyektinin təşkili haqqında” 10.06.2006-cı il tarixli müqavilə əsasında 10 il müddətinə iddiaçının atasının icarəsinə verilmişdir və Sabunçu rayon məhkəməsinin qanuni qüvvəyə minmiş 11 sentyabr 2006-cı il tarixli qətnaməsi ilə atasının həmin torpaq sahəsinə mülkiyyət hüququnun tanınmaqla torpaq sahəsinin iddiaçının atasının adına rəsmiləşdirilməsi qət edilmişdir.Lakin iddiaçının mərhum atası həmin qətnamə əsasında 2000 kv metr torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarışı almamşdır.İddiaçının atası Zahir Heydərov qeyd edilən torpaq sahəsində 200000 manat dəyərində sahəsi 277 kv metr və 850000 manat dəyərində sahəsi 27 kv metr olan dəmir məmulatları istehsalı sexləri tikdirmiş və dövlət vergi orqanlarında qeydiyyatda dayanmaqla sahibkarlıq fəaliyyəti göstərmişdir.Eyni zamanda həmin torpaq sahəsinin yanındakı ərazidə rayon icra hakimiyyətinin rəhbərliyinin razılığı ilə əlavə olaraq sahəsi 15000 manat dəyərində 74 kv metr, 55000 manat dəyərində 21 kv.metr olan dəmir məmulatları istehsal edən digər sexlər tikdirmiş və həmin sexlərdə də sahibkarlıq fəaliyyəti göstərmişdir. İddiaçının atası 01 may 2015-ci ildə vəfat etmiş və iddiaçı vərəsəlik şəhadətnaməsi almaq üçün Bakı şəhəri 39 saylı notariat kontoruna müraciət etmişdir və vərəsəlik işi açılmışdır.Eyni zamanda Sabunçu rayon məhkəmə qətnaməsinin 11 sentyabr 2006-cı il tarixli qətnaməsi icra edilməsi üçün Nərimanov rayon İcra Şöbəsinə göndərilmişdir. Atasına məxsus olan yuxarıda qeyd edilən dəmir məmulatları sexlərini atası vəfat etdikdən sonra iddiaçı işlətmişdir.Lakin 2017-ci ilin oktyabr ayında cavabdeh tərəfindən 74 kv metr sahəsi olan sex sökülmüş, sexlər də daxil olmaqla 20000 kv metr torpaq sahəsi qanunsuz olaraq dəmir hasara alınmışdır.Nəticədə iddiaçı həmin torpaq sahəsinə, sexlərə sahiblikdən və sahibkarlıq fəaliyyətindən məhrum olmuşdur.Halbuki həmin sexləri işlətməklə ayda təxminən 7-8 min qazanc əldə edirdi.Sonradan isə Cavabdeh nümayəndələri tərəfindən 20000 kv metr torpaq sahəsində tikilmiş sexlər də sökülmüşdür.Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı mənəvi sarsıntı keçirmiş, işgüzar nüfuzu aşağı düşmüş və əlacsız vəziyyətdə qalmışdır.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş sərəncamı ilə cavabdehdən iddia tələbinə dair etirazını təqdim edilməsinin tələb edilməsinə baxmayaraq cavabdeh sərəncamı icra etməmiş, iddiaya dair etirazını məhəkməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: ...2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışınа öz nümаyəndələrini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Məhkəmə iclasında iddiaçı İddiaçı iddia ərizəsində göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi E.Mikayılov iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, Cavabdeh tərəfindən iddiaçıya heç bir ziyan vurulmamışdır. Cavabdehin nümayəndəsi iddianın təmin ediməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. 04 nömrəli, 10 iyun 2006-cı il tarixli müqaviləyə əsasən icarəyəverən Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi Bakı şəhəri, Sabunçu rayonu, İİ Zabrat qəsəbəsi, Məmmədyarov küçəsi, ev 4A –nın yan tərəfində yerləşən 20,0 sot torpaq sahəsini 10 il müddətinə X4 icarəyə vermişdir. Sabunçu rayon məhkəməsinin 2-1140/2006 nömrəli, 11.09.2006-cı il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Zabrat-2 qəsəbəsi, Məmmədyarov küçəsi, 4 a sayı evin yanında yerləşən 2000 kv metr torpaq sahəsinə Heydərov Zahir İsmayıl oğlunun mülkiyyət hüququ tanınaraq həmin torpaq sahəsinin onun adına sənədləşdirilməsi qət edilmişdir, həmin qətnamə Bakı Apelyasiya Məhkəməsinin 17.05.2018-ci il tarixli qətnaməsi ilə ləğv edilmişdir, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 20.11.2018-ci il tarixli, 2(102)-7518/2018 nömrəli qərarı ilə apelyasiya instansiyasının qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır, Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən qərar qəbul olunan zaman Ali Məhkəmə Bakı şəhəri İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin mübahisəli torpaq sahəsi üzərinə hər hansı bir sərəncam vermək, yaxud həmin torpağı kiminsə mülkiyyətinə vermək hüququnun olmaması barədə apelyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. 02.12.2015-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən iddiaçı Heydərzadə Murad Zahir oğlu Heydərov Zahir İsmayıl oğlunun vərəsələri dairəsinə daxildir. İddiaçının cavabdehə ünvanlanmış 14.11.2017-ci il tarixli ərizəsinə əsasən iddiaçı cavabdehdən iddiaçıya məxsus Bakı şəhəri, Zabrat-2 qsəbəsində, Məmmədyarov küçəsi, 4A saylı evin yan tərəfində yerləşən 2000 kv metr torpaq sahəsində dəmir-darvaza istehsalı sexlərinin sökülməsi ilə bağlı 298000 manat maddi ziyanın və 30000 manat mənəvi ziyanın ödənilməsini xahiş etmişdir. İddiaçı tərəfindən məhkəməyə sübut qismində DVD disk, fotoşəkillər və "xxxx" MMC tərəfindən tərtib edilmiş 07.05.2021-ci i tarixli mütəxəssis rəyi təqdim edilmişdir. Beləliklə, iş materiallarından məhkəmə müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşdır, iddiaçının atası X4 Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, İİ Zabrat qəsəbəsi, Məmmədyarov küçəsi, ev 4A –nın yan tərəfində yerləşən 20,0 sot torpağı 10 il müddətinə icarəyə verilmişdir.İddiaçı atası Heydərov Zahir İsmayıl oğlunun vərəsəsi kimi 2017-cu ildə cavabdehə müraciət edərək həmin torpaq sahəsində yerləşən dəmir-darvaza sexlərinin sökülməsi nəticəsində ona vurulmuş ziyanın pulla kompensasiyasının ödənilməsini xahiş etsə də müraciəti təmin edilməmişdir.Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ— subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ—əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ;158.1.2. əmlakdan istifadə hüququ;158.1.3. servitutlar. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə isin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və kevfivvətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İddiaçı iddia ərizəsində vaxtilə atasına məxsus olmuş Bakı şəhəri, Sabunçu rayonu, İİ Zabrat qəsəbəsi, Məmmədyarov küçəsi, ev 4A –nın yan tərəfində yerləşən 20,0 sot torpaq sahəsində yerləşən əmlakların cavabdeh tərəfindən sökülməsi nəticəsində ona əmlak ziyanı vurulmasını göstərmişdir və bu zaman torpaq və əmlak üzərində hüquqlarının olmasını təsdiq edən sübut kimi Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi ilə mərhum atası Heydərov Zahir İsmayıl oğlu arasında imzalanmış 04 nömrəli, 10 iyun 2006-cı il tarixli müqaviləyə, Sabunçu rayon məhkəməsinin 2-1140/2006 nömrəli, 11.09.2006-cı il tarixli qətnaməsinə və özünün Heydərov Zahir İsmayıl oğlunun vərəsəsi olmasına istinad etmişdir. Lakin məhkəmədə işin faktiki halları və qeyd edilən sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, iddiaçı həqiqətən də X3 varisidir, lakin Heydərov Zahir İsmayıl oğlunun iddia ərizəsində göstərilən sexlərin yerləşdiyi torpaq sahəsi nə iddiaçının, nə də iddiaçının atası mərhum X3 qanuni istifadəsində və ya mülkiyyətində, o cümlədən icarəsində olmamışdır, habelə belə bir hüququn gözləntisi yoxdur, belə ki, əvvəla məhkəmə qeyd edir ki, Bakı şəhəri, Zabrat-2 qəsəbəsi, Məmmədyarov küçəsi, 4 a saylı evin yanında yerləşən 2000 kv metr torpaq sahəsinə Heydərov Zahir İsmayıl oğlunun mülkiyyət hüququ tanınaraq həmin torpaq sahəsinin onun adına sənədləşdirilməsinin qət edilməsi haqqında Sabunçu rayon məhkəməsinin 2-1140/2006 nömrəli, 11.09.2006-cı il tarixli qətnaməsi vaxtilə qəbul edilsə də sonradan Bakı Apelyasiya Məhkəməsinin 17.05.2018-ci il tarixli qətnaməsi ilə həmin qətnamə ləğv edilmişdir, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 20.11.2018-ci il tarixli, 2(102)-7518/2018 nömrəli qərarı ilə isə apelyasiya instansiyasının qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır, həm Bakı Apelyasiya Məhkəməsinin, həm də Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, Bakı şəhəri İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin iddia ərizəsində göstərilən torpaq sahəsi üzərində hər hansı bir sərəncam vermək, yaxud həmin torpağı kiminsə mülkiyyətinə vermək hüququ olmamışdır. Yəni iddiaçının torpaqla bağlı hüquqlarına cavabdehin hər hansı bir qanunsuz müdaxilə faktı müəyyən olunmur. Həmin torpaq sahəsində yerləşən dəmir-darvaza istehsalı üçün nəzərdə tutulmuş sexlərin sökülməsi ilə bağlı ziyana gəldikdə isə əvvəla cavabdeh həmin əmlakların cavabdeh tərəfindən sökülmədiyini bildirmişdir, digər tərəfdən isə iddiaçı qeyd edilən əmlakların cavabdeh tərəfindən qanunsuz sökülərək iddiaçıya ziyan vurulması barədə sübutları təqdim etməmiş, həmin sübutlara dair məlumatı məhkəməyə təqdim etməmişdir. İddiaçının təqdim etdiyi mütəxəssis rəyində iddia ərizəsində göstərilən torpaq sahəsində yerləşən dəmir-darvaza istehsalı üçün nəzərdə tutulmuş sexlərin qiymətləndirilməsinə və həmin məbləğin torpaq sahəsində qaldığı üçün iddiaçıya kompensasiya ödənilməli olması məsələsinə gəldikdə isə iddiaçının təqdim etdiyi foto şəkillərdən və mütəxəssis rəyindən göründüyü kimi, həmin sexlər sökülüb yığılan metal konstruksiyalardan ibarətdirlər və iddiaçı tərəfindən sökülərək daşınıb aparılıb başqa bir yerdə quraşdırıla bilərlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına əsasən mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. İnzibati iş materialları ilə isə cavabdehin iddiaçıya münasibətdə hər hansı bir qanunsuz hərəkətləri (hərəkətizliyi) təsdiq edilməmişdir. Cavabdeh tərəfindən iddiaçıya məxsus hər hansı bir maddi ziyanın vurulması inzibatı məhkəmə icraatının gedişində təsdiqlənmədiyi üçün iddiaçının tələb etdiyi mənəvi zərərin ödənilməsi tələbini də məhkəmə əsassız hesab edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə yuxarıda qeyd edilən bütün hallara məcmu qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddiaçı Heydərzadə Murad Zahir oğlunun Cavabdehnə qarşı cavabdehdən iddiaçıya vurulmuş maddi zərərin əvəzi olaraq ******* manat pulun, mənəvi zərərə görə 50000 manatın tutularaq iddiaçıya ödənilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə iddiası əsassız olduğu üçün təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34, 68-ci, 69cu,85-ci, 110-cu maddələrinə əsasən məhkəmə QƏRARA ALDİ : İddiaçı Heydərzadə Murad Zahir oğlunun Cavabdehnə qarşı cavabdehdən iddiaçıya vurulmuş maddi zərərin əvəzi olaraq ******* manat pulun, mənəvi zərərə görə 50000 manatın tutularaq iddiaçıya ödənilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-2371/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2371/2021
20.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver