Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2371/2022 15.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçı, 3-cü şəxsin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı 3-cü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti işə cəlb edilməklə texniki şərtin verilməsi, layihə-smeta sənədlərinin hazırlanması, qeyri-yaşayış sahəsinə qazın verilməsi və sayğacın quraşdırılması tələbi barədə inzibati mübahisəyə dair işə şifahi açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin qazlaşdırılması üçün texniki şərtin verilməsi, layihə-smeta sənədlərinin hazırlanması, həmin qeyri-yaşayış sahəsinə qazın verilməsi və sayğacın quraşdırılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə tələb irəli sürmüşdür. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli, 08.06.2017-ci il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən əmlak kompleksi onun mülkiyyətindədir. Tərəfindən 29 iyul 2021ci il tarixli məktubla SOCAR-a müraciət olunaraq, ona məxsus olan qeyri-yaşayış sahəsinin qazlaşdırılması məqsədilə texniki şərtin verilməsi və layihə smeta sənədlərinin hazırlanması xahiş edilmişdir. Lakin, cavabdeh tərəfindən onlara hər hansı cavab məktubu göndərilməmişdir. Bundan əlavə, tərəfindən məsələyə aydınlıq gətirilməsi üçün Əmlak Məsələləri Dövlət Xidmətinə də, müraciət olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 08 noyabr 2018-ci il tarixli, **********16 nömrəli cavab məktubuna əsasən, 2001-ci ildə "xxxx" ASC yaranarkən emissiya prospektində 1982-ci ildə istifadəyə verilmiş zavodun ümumi torpaq sahəsi 91405 kv.m olmaqla, o cümlədən, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ünvanında 42000 kv.m torpaq sahəsi olan istehsal sahəsi göstərilmişdir. Bununla bağlı 2000-ci il üçün torpaq vergisinin bəyannaməsi haqqında arayış təqdim olunmuşdur. "xxxx" ASC-nin nizamnamə kapitalında müvafiq dəyişiklik edildikdən sonra sözügedən ərazidə yerləşən əmlak kompleksi və onun yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin 2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət Əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq özəlləşdirilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 iyun 2018-ci il tarixli cavab məktubuna əsasən, sözügedən ərazidə yerləşən əmlak “Azərbaycan Respublikasında Dövlət Əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq 8 iyun 2017-ci il tarixdə, **********6 nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınmışdır. Göründüyü kimi, sözügedən ərazi onun mülkiyyətindədir, SOCAR-ın həmin əraziyə dair heç bir hüququ mövcud deyildir. Bundan əlavə, 27 oktyabr 2017-ci il tarixdə göstərilən ünvanın qazlaşdırılması üçün 4147/k nömrəli texniki şərtə əsasən qaz xətti çəkiliş və ərazidə müvəqqəti yaşayan məcburi köçkünlərdə sayğaclaşdırıldıqdan sonra qazla təmin olunmuşdur. Həmin ərazidə yaşayan məcburi köçkünlər 2019-cu ildə dövlət tərəfindən köçürüldükdən sonra qaz xətti Cavabdeh İB-nin əməkdaşları tərəfindən bağlanmış və sayğac sökülmüşdür. Göründüyü kimi, bundan əvvəllər qaz xəttinin çəkilməsinə baxmayaraq, heç bir tutarlı əsas olmadan həmin qaz xətti cavabdeh tərəfindən bağlanmışdır. Bakı İnzibati Məhkməsinin 2-1(112)-10246/2021 saylı, 02.11.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi öz izahatında İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin neft ərazisində yerləşdiyini, bu səbəbdən də, qeyd edilən müəssisənin qazlaşdırılmasının tərəflərindən qeyrimümkün olduğunu bildirərək, iddiaya qarşı etiraz edərək, iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan notarial qaydada təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, 08.06.2017-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 4.33433 ha torpaq sahəsi və 2292.8 kv.m əmlak kompleksi kimi müəssisə İddiaçı xüsusi mülkiyyətindədir. İşdə olan notarial qaydada təsdiq edilmiş texniki pasportun surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən Əmlak kompleksinə dair İddiaçı adına 08.06.2017-ci il tarixə olan vəziyyətə əsasən texniki pasport tərtib edilmişdir. Məhkəmənin 2-1(112)-10246/2021 saylı, 02.11.2021-ci il tarixli qərardadına əsasən təyin edilmiş tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respubliası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 14.01.2022-ci il tarixli, 10/6336 nömrəli ekspert rəyindən görünür ki, məhkəmə qərardadına əsasən ekspert qarşısında qoyulmuş suallara aşağıdakı cavablar verilmişdir: - Qərardadın birinci və ikinci sualları üzrə: ünvan 4 ünvanında əmlak kompleksi kmi müəssisə qaz xəttinin çəkilməsi, sayğacın quraşdırılması və texniki şərtin verilməsi üçün “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu və Azərbaycan Rspublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq olunmuş “Qazdan istifadə Qaydaları”nda nəzərdə tutulmuş müvafiq tələblərə uyğun olmuşdur. - Qərardadın ikinci sualı üzrə: Ərazilərin (neft ərazilərinin) mühafizə zolağı olmur. Beləliklə işin hallarından göründüyü kimi, ünvan 2 ünvanında yerləşən 4.33433 ha torpaq sahəsi və 2292.8 kv.m əmlak kompleksi kimi müəssisə İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı xüsusi mülkiyyətində olan əmlak kompleksi müəssisəsinə qaz xəttinin çəkilməsi, sayğacın quraşdırılması və texniki şərtin verilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən əmlak kompleksi kimi müəssisənin neft ərazisində yerləşməsi səbəbindən qazlaşdırılmasından imtina edilmişdir. İş üzrə təyin edilmiş ekspert rəyinə əsasən isə müəyyən edilmişdir ki, ünvan 2 ünvanında əmlak kompleksi kimi müəssisə qaz xəttinin çəkilməsi, sayğacın quraşdırılması və texniki şərtin verilməsi üçün “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq olunmuş “Qazdan istifadə Qaydaları”nda nəzərdə tutulmuş müvafiq tələblərə uyğundur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən istehlakçının məişət qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab verməlidir. İstehlakçının məişət qaz qurğusu həmin qurğunun yerləşdiyi tikinti obyektində qaz ekspertləri və ya qaz paylayıcısının mütəxəssisi tərəfindən sınaqdan keçirildikdən sonra qazpaylayıcı şəbəkəyə qoşulur. Sınağın keçirilməsinə görə ödəniş tələb olunmur. Həmin Qanunun 13-cü maddəsinə əsasən 1-ci və 3-cü bəndlərinə əsasən energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və sаtılmаsını təşkil etməlidir. Qaz təchizatçılarının qaz paylayıcıları tərəfindən təchizatının ümumi şərtləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalarla təyin edilə bilər. İstehlakçıların qaz təchizatı üçün texniki şərtlərin verilməsi və qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 2.1-ci bəndinə əsasən yalnız tikintisi və ya yenidən qurulması nəzərdə tutulan, habelə qaz təchizatı sxemi dəyişdirilən qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması üçün qaz paylayıcından texniki şərtlər alınmalıdır. İstehlakçıların qaz təchizatı üçün texniki şərtlərin verilməsi və qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən müvafiq qaydada razılaşdırılmış layihəyə uyğun tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismara qəbulu və qaz şəbəkəsinə qoşulması tikinti-quraşdırma işlərini aparmış təşkilatın, qaz paylayıcısının, FHN-in və EN-in səlahiyyətli nümayəndələrindən ibarət işçi komissiyası tərəfindən, qanunvericiliyə uyğun olaraq həyata keçirilir və aktla rəsmiləşdirilir. İstehlakçının məişət qaz qurğusu həmin qurğunun yerləşdiyi tikinti obyektində qaz ekspertləri və ya qaz paylayıcısının mütəxəssisi tərəfindən sınaqdan keçirildikdən sonra qazpaylayıcı şəbəkəyə qoşulur. Sınağın keçirilməsinə görə ödəniş tələb olunmur. Tikinti obyektlərinin (o cümlədən, yaşayış binalarının mənzillərinin) qaz qurğuları yalnız qaz xətlərinə tam həcmdə qoşulduqdan, sayğaclar və detektorlarla təchiz edildikdən sonra istismara qəbul üçün təqdim edilə bilərlər. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə eləcə də qeyd edir ki, iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 14 yanvar 2022-ci il tarixli, 10/6336 saylı ekspertiza xərcinə dair bildirişdən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 102 (yüz iki) manatdır və iddiaçıdan 102 (yüz iki) manat ekspertiza xərci tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58, 68-69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin qazlaşdırılması üçün texniki şərtin verilməsi, layihə-smeta sənədlərinin hazırlanması, həmin qeyri-yaşayış sahəsinə qazın verilməsi və sayğacın quraşdırılması öhdəliyi Cavabdehnə həvalə edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 102 (yüz iki) manat məbləğində pul İddiaçı Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab АZ41 NABZ********************4, SFİFTBİK CTREAZ22) xeyrinə tutulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-2371/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2371/2022
15.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver