Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2371/2024 29.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı Şəhəri Cavabdehnə qarşı “dövlət ehtiyacları üçün alınmanın təsirinə düşmüş daşınmaz əmlakla bağlı kompensasiyanın ödənilmə” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X3 iştirakları ilə, İddiaçı cavabdeh Bakı Şəhəri Cavabdehnə qarşı “dövlət ehtiyacları üçün alınmanın təsirinə düşmüş daşınmaz əmlakla bağlı kompensasiyanın ödənilmə” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı cavabdeh Bakı Şəhəri Cavabdehnə (bundan sonra mətndə Yasamal RİH) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nənəsi - xx.xx.1962-ci ildə vəfat etmiş X63, xx.xx.1986-cı ildə vəfat etmiş X47 və xx.xx.1977-ci il tarixdə vəfat etmiş Əli-zadə Mədinə Dadaş qızının vərəsəsi olduğunu təsdiqləyən qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2001-ci il tarixli şəhadətnamə nəzərə alınaraq, qanuni vərəsələri olduğu şəxslərə düşən paya uyğun olaraq ona kompensasiya ödənilməsi vəzifəsi və öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı (nümayəndəsi və vəkili Vəkil) xx.xx.2024-cü il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsilə məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən nənəsi - xx.xx.1962-ci ildə vəfat etmiş X63, 11.X.1986-cı ildə vəfat etmiş X47 və 01.09.77-ci il tarixdə vəfat etmiş Əlizadə Mədinə Dadaş qızının vərəsəsi olduğunu təsdiqləyən Qanun üzrə vərəsəlik hüququ haqqında 2001-ci il 21 iyun tarixli şəhadətnamənin nəzərə alınaraq, qanuni vərəsələri olduğu şəxslərə düşən paya uyğun olaraq, yəni X63 payına uyğun olaraq – 15.000 (on beş min) manat, X47 payına uyğun olaraq – 15.000 (on beş min) manat, Əli-zadə Mədinə Dadaş qızının payına uyğun olaraq – 15.000 (on beş min) manat, ümumilikdə 45.000 (qırx beş min) manat kompensasiyanın ona ödənilməsi vəzifəsi və öhdəliyinin Yasamal RİH-nin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin xüsusi mülkiyyətçisi olmuşdur və həmin fərdi yaşayış evinə 4 /30 hissəsinin hüquqi sahibidir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhfəmənin xx.xx.2019-cu il tarixli 2-1(81)- 1807/ 2019 saylı qərarı ilə Bakı şəhəri Cavabdehn cavabdehlər İddiaçı və X17 qarşı iddia tələbi təmin edilmiş, “ünvan 2 ünvanında yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan Cavabdeh tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunması təsdiq edilsin; ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı İddiaçı və X17 20377 (iyirmi min üç yüz yetmiş yeddi) manat məbləğində kompensasiya ödənilsin” qərara alınmışdır. O, xx.xx.1962-ci ildə vəfat etmiş X63, 11.X.1986-cı ildə vəfat etmiş X64 və 01.09.77-ci il tarixdə vəfat etmiş Əli-zadə Mədinə Dadaş qızının vərəsəsidir. ünvan 4 ünvanında yerləşən mənzil də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı 16 fevral 2018-ci il tarixli qərarının təsiri altına düşdüyündən, Cavabdeh :ərəfindən Qərar icra olunsa da, ünvan 2 ünvanında yerləşən mənzildə qeydiyyatda olmuş nənəsi - xx.xx.1962ci ildə vəfat etmiş X63, 11.X.1986-cı ildə vəfat etmiş X69 və 01.09.77-ci il tarixdə vəfat etmiş Əli-zadə Mədinə Dadaş qızının paylarına görə onların vərəsəsi olduğu halda, ona kompensasiya verilməmişdir. Bakı şəhəri Yasamal RİH ərizə ilə müraciət edərək, nənəsi xx.xx.1962-ci ildə vəfat etmiş X63, 11.X.1986-cı ildə vəfat etmiş X69 və 01.09.77-ci il tarixdə vəfat etmiş Əli-zadə Mədinə Dadaş qızının vərəsəsi olduğunu təsdiqləyən qanun üzrə vərəsəlik hüququ haqqında 2001-ci il 21 iyun tarixli şəhadətnaməsini nəzərə alınaraq, qanuni vərəsələri olduğu şəxslərə düşən paya uyğun olaraq ona kompensasiya verilməsini xahiş etsə də, müraciəti cavabdeh inzibati orqan tərəfindən təmin olunmamışdır. Hesab edir ki, cavabdehin imtinasının əsasları qanunsuzdur və məhkəmə tərəfindən onun qanunla qorunan hüquqlarının pozulması halı kimi qiymətləndirilməlidir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2023-cü il tarixdə cavabdeh Yasamal RİH-nin iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı): Cavabdeh Yasamal RİH-nin iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, seriya RX ******* nömrəli, xx.xx.2017-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışa əsasən ünvan 5 ünvandakı ümumi 315,4 kv.m olan ev İddiaçı və digər şəxslərin paylı mülkiyyətlərində olmuşdur. İddiaçı ilə Cavabdeh arasında AN-İ ******* nömrəli xx.xx.2022ci il tarixli alqı-satqı müqaviləsi bağlanaraq İddiaçı mübahisə predmeti olan evin mülkiyyət sənədinə əsasən 10 188,50 manat (on min bir yüz səksən səkkiz manat əlli qəpik) manat ödənilmişdir. Bundan əlavə, 24 oktyabr 2022-ci il tarixli “Maddi yardım ödənilməsi” ilə bağlı Razılaşmaya əsasən Cavabdeh tərəfindən iddiaçıya əlavə olaraq 14 000 manat və maddi yardım ödənilmişdir. Beləliklə, iddiaçıya mülkiyyətlərində olmuş əmlaka görə ədalətli kompensasiya ödənilmişdir. İş materialarında olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən iddiaçı 21 iyun 2001- ci il tarixində ünvan 5 ünvandakı əmlaka dair 4/30 hissədə vərəsəliyi qəbul etmişdir. Lakin, məhkəmənin sorğusu əsasında verilmiş xx.xx.2023-cü il tarixli AR İNY ƏMDX DƏDKR PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi cavab məktubuna və sözügedən məktuba əlavə edilmiş Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı 4/30 hissəyə mülkiyyət hüququ xx.xx.2023-cü il tarixində dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan əlavə, iş materiallarında olan Seriya RX ******* nömrəli, xx.xx.2017-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışa əsasən iddiaçının sözügedən əmlaka xx.xx.2006-cı il tarixində yalnız 3/20 hissədən qalan hissəyə dair mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmışdır. Yəni İddiaçı iddia etdiyi 4/30 hissəyə dair vərəsəliyi 2001-ci il tarixində qəbul etsə də xx.xx.2006-cı il tarixində yalnız 3/20 hissəyə dair iddiaçının mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı ilə Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlandıqdan sonra iddiaçı 4/30 hissəyə dair mülkiyyət hüququnu qeydiyyata aldırmışdır. Göründüyü kimi, bu kimi faktların mövcudluğu 4/30 hissəyə dair iddiaçının hüquqlarının dövlət reyestirdə qeydiyyatının qanunsuz olduğuna dəlalət edir. Beləliklə, iş materiallarından məlum olur ki, iddiaçı mübahisəli sahəni alqı-satqı müaqaviləsi əsasında Cavabdeh xeyrinə özgəninkiləşdirmişdir. Tərəflər arasında əqd, yəni müqavilə münasibətləri yaranmış və bu münasibətlər alqı-satqının baş tutduğu və həmin müqavilə üzrə tərəflər öhdəliklərini yerinə yetirdiyi anda başa çatmışdır. AR Mülki Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə görə əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Qanunvericiliyin norması onu deməyə tam əsas verir ki, məbləğindən asılı olmayaraq əqdi imzalanmış tərəf özünün iradəsini ifadə etmiş və bununla da onu mübahisələndirmək hüququnu itirmişdir. Digər tərəfdən əgər müqavilə (əqd) üzrə narazılığını ifadə edən şəxs həmin əqdin etibarsızlığını əvvəlcə mübahisələndirməli və həmin əqd məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında etibarsız hesab edildikdən sonra və bəzi hüquqi prosedurlardan sonra şəxs (iddiaçı) məsələni mübahisələndirə bilər. Bu zaman isə hüquqi prosedur kimi əsas məqam AR Mülki Məcəlləsinin 337.5-ci maddəsinin tələbinə görə tərəflərin aldıqlarını bir-birinə tam qaytarılması prosedurudur. Başqa sözlə, işin bu halında iddiaçı aldığı 10 188,50 (on min bir yüz səksən səkkiz manat əlli qəpik) manatı tam şəkildə geri qaytardıqdan sonra məsələni mübahisələndirməyə başlamalıdır. Hazırda isə belə hal baş verməmişdir. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili X13 ayrıayrılıqda iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab verilməmişdir. İPM-in 39.1-ci maddəsinə görə, inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. İddiaçı hazırki iddia ilə bağlı məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, № **********55 saylı cavab məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, dalan 3, 6 saylı fərdi yaşayış evi ilkin tarixsiz olaraq X65, X48, X49, Şəriyə Mirdadaş qızının, Mədinə Mirdadaş qızının, X50, Meyransa Mirdadaş qızının, X35, X38 və X31 adlarına qeydiyyatan keçmişdir. Sözügedən fərdi yaşayış evinin 1/10 hissəsi Bakı şəhəri 5 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1971-ci il tarixli 2890-14 reyestr nömrəli qananun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.1971-ci il tarixdə X16 adına qeydiyyatdan keçmişdir. Sözügedən fərdi yaşayış evinin X39 məxsus 1/10 hissəsi Bakı şəhəri 12 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1998-ci il tarixli 3M-9-1786 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən xx.xx.1998-ci il tarixdə X20 adına qeydiyyatdan keçmişdir. Sözügedən fərdi yaşayış evinin X21 məxsus hissəsi Bakı şəhəri 12 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1999-cu il tarixli 2V- 1-5 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.1999-cu il tarixdə X24 adına qeydiyyatdan keçmişdir. Sözügedən fərdi yaşayış evinin X32 məxsus hissəsi Bakı şəhəri 12 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1999-cu il tarixli 3M- 3/482 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən xx.xx.1999-cu il tarixdə X18 adına qeydiyyatdan keçmişdir. Sözügedən fərdi yaşayış evinin X5 məxsus hissəsi Bakı şəhəri 12 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1999-cu il tarixli 2B-1-366 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.1999-cu il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. Sözügedən fərdi yaşayış evinin İddiaçı məxsus hissəsi Bakı şəhəri 5 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1999-cu il tarixli 3M- 3A-319 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.1999-cu il tarixdə X2 adına qeydiyyatdan keçmişdir. Sözügedən fərdi yaşayış evinin X4 məxsus hissəsi Bakı şəhəri 5 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 01,02.2000-ci il tarixli 3M-1A-24 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2000-ci il tarixdə X6 adına qeydiyyatdan keçmişdir. Sözügedən fərdi yaşayış evinin X23 məxsus hissəsindən bir hissə Bakı şəhəri 28 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2000- ci il tarixli 3M-2-222 reyestr alqı-satqı müqaviləsinə əsasən xx.xx.2000-ci il tarixdə X33 adına qeydiyyatdan keçmişdir. Sözügedən fərdi yaşayış evinin X23 məxsus hissəsindən bir hissə Bakı şəhəri 12 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2000- ci il tarixli 3M-A-5-784 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2000-ci il tarixdə X14 adına qeydiyyatdan keçmişdir. Sözügedən fərdi yaşayış evinin X82 və X58 məxsus hissəsi xx.xx.2001-ci il tarixli 2V-1-147 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2001-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. Sözügedən fərdi yaşayış evinin X40 məxsus hissəsindən bir hissə Bakı şəhəri 12 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2002-ci il tarixli 4Ə-7-1224 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2002-ci il tarixdə X15 və digər hissə X20 adına qeydiyyatdan keçmişdir. Sözügedən fərdi yaşayış evinin İddiaçı məxsus 3/20 hissədən bir hissə Bakı şəhəri 12 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2004-cü il tarixli 4Ə-02-314 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2004-cü il tarixdə X25 adına qeydiyyatdan keçmişdir. Sözügedən fərdi yaşayış evinin X26 məxsus hissəsi Bakı şəhəri 12 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2005-ci il tarixli 2V-1- 67 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2005-ci il tarixdə X1 və X9 adlarına qeydiyyatdan keçmişdir. Sözügedən fərdi yaşayış evinin X19 məxsus hissəsi Bakı şəhəri 5 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2005-ci il tarixli 4Ə-05-698 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2005- ci il tarixdə X7 adına qeydiyyatdan keçmişdir. Sözügedən fərdi yaşayış evinin X10 məxsus hissəsi Bakı şəhəri 5 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2006-cı il tarixli 4Ə-02/185 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2006- cı il tarixdə X27 adına qeydiyyatdan keçmişdir. Sözügedən fərdi yaşayış evinin bir hissəsi Bakı şəhəri 12 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2006-ci il tarixli 2V-438 reyestr nömrəli vərəsəliyi qəbul etmiş, lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən vəfat edmiş vərəsənin əmlakına qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən xx.xx.2007-ci il tarixdə X11 adına qeydiyyatdan keçmişdir. Sözügedən fərdi yaşayış evinin X34 məxsus hissəsi Bakı şəhəri 27 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli 4Ə-39 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixdə X28 adına qeydiyyatdan keçmişdir. Sözügedən fərdi yaşayış evinin 4/30 hissəsi Bakı şəhəri 12 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2001-ci il tarixli 2V-1-194 reyesst nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2023-cü il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. Sözügedən fərdi yaşayış evinə dair X14, X8, X33, X18, X12, X25 hüquqları ləğv edilmişdir.Hazırda Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, dalan 3, 6 saylı fərdi yaşayış, evinin 1/10 hissədən-1otaq X1, 1/10hissədən-1 otaq X9, 1/10hissə xxx X48, 1/10hissə xxx X29, 1/10hissə. xxx X49, 1/10hissə, 2 otaq X28, 4/30 hissə İddiaçı mülkiyyətlərindədir. Məktuba əlavə edilmiş; Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2001-ci il tarixli şəhadətnamənin surətindən müəyyən olunur ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən xx.xx.1962-ci ildə vəfat etmiş X63, 11.X.1986-cı ildə vəfat etmiş X47 və 01.09.77-ci il tarixdə vəfat etmiş Əli-zadə Mədinə Dadaş qızının vərəsəsi ünvan 6 ünvanında yaşayan İddiaçıdur. Şəhadətnamə verilən miras əmlakı: Bakı şəhəri TİB-nin verdiyi xx.xx.2001-ci il tarixli, 170 №-li kitabın, 7327 səhifəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Nərimanov küçəsi, dalan 3, ev 6-da yerləşən mülkdən mərhuma məxsus hissə miras qalmşdır. Verilmiş şəhadətnamə TİB-dən qeydiyyat keçirilməlidir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsi tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən çıxarışın təsdiq edilmiş surətindən müəyyən olunur ki, ünvan 6 ünvanında yerləşən № **********72-10301 reyestr nömrəli daşınmaz əmlak (fərdi yaşayış evi) üzərində xüsusi mülkiyyət hüququ ilə Daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 644 nömrəli vərəqində qeydiyyata aşağıda qeyd olunan paylarla alınmışdır: - 1/10 hissədən – 1 otaqda X1 adına; - 1 /10 hissədən – 1 otaqda xx.xx.2006-cı il tarixdə, № ********* qeydiyyat nömrəsi ilə X9 adına; - 1 /10 hissə xx.xx.2006-cı il tarixdə, № ********* qeydiyyat nömrəsi ilə X48 adına; - 1 /10 hissə xx.xx.2006-cı il tarixdə, № ********* qeydiyyat nömrəsi ilə X49 adına; - 1 /10 hissə xx.xx.2006-cı il tarixdə, № ********* qeydiyyat nömrəsi ilə X30 adına; - 1 /10 hissə, 2 otaq xx.xx.2017-ci il tarixdə, № ********** qeydiyyat nömrəsi ilə X28 adına; - 4/30 hissə, 2 otaq xx.xx.2023-cü il tarixdə, № ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına; Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, № 2-1(112)-912/2021 saylı Qərarından müəyyən olunur ki, - iddiaçı Yasamal RİH cavabdehlər İddiaçı və X22 qarşı “daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı kompensasiya ödənilməsi” tələbini irəli sürərək iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. - ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın müvafiq hissəsinə sahibliyin alan orqan Bakı şəhəri Cavabdeh tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq qismən əldə olunması təsdiq edilməsi və ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın müvafiq hissəsinin dövlət ehtiyacları üçün alınması ilə bağlı 10.188,5 manat (on min yüz səksən səkkiz manat əlli qəpik) məbləğində kompensasiya İddiaçı ödənilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli, № AN-İ ******* saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2001-ci il tarixdə Bakı şəhəri İcra Hakimiyyəti İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestr kitabının 170 nömrəli kitabının 7327-ci səhifəsində № 30/481 qeydiyyat nömrəsi ilə qeydə alınmış ünvan 5 ünvanında yerləşən daşınmaz əmlakın 3/20 hissədən qalan hissəni Bakı şəhəri Cavabdehnə satmışdır. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavab olaraq verilmiş Yasamal RİH-nin xx.xx.2023-cü il tarixli, № 5-12/2-A-75-152/23 saylı cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən Bakı şəhəri, Yasamal rayonunda, “Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyriyaşayış obyektləri Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması layihəsi ilə bağlı keçirilmiş tenderdə qalib gəlmiş "xxxx" MMC-nin müstəqil qiymətləndirmə ekspertlərinin rəyi ilə müəyyən olunmuş mənzilin əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd əlavələr də nəzərə alınmaqla 1500,00 manat və digər sahələr üzrə isə bir kvadrat metr üçün onların konstruksiyasından və təmir səviyyəsindən asılı olaraq 300,00-1200,00 manat arasında qiymətləndirilir. Yaşayış sahələri qiymətləndirilərkən adətən onların faktiki ölçüləri, təmir vəziyyəti və istifadəyə yararlı olub-olmaması əsas götürülür. Satınalma “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun həyata keçirilir. Yasamal rayonu, “Sovetski” adlandırılan ərazidə yerləşən yaşayış sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı ünvan 8 ünvanında yaşayan sakinlərlə Cavabdeh arasında razılıq əldə olunmuş, yaşayış sahələrinin alınmasına dair notarial qaydada ayrı-ayrılıqda alqısatqı müqavilələri imzalanmış və müvafiq kompensasiya ödənilmişdir. Dövlət ehtiyacları üçün həyata keçirilən satınalmalarda əlavə güzəştlər nəzərdə tutulmur. Bununla bağlı müvafiq məhkəməyə müraciət etmək hüququ vardır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası ... Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ... Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. ... Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. ... Maddə 153. Mülkiyyət hüququnun subyektləri ... 153.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Maddə 157. Mülkiyyətin müdafiəsi ... 157.9 Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. .... Maddə 210. Mülkiyyət hüququna qanun üzrə xitam verilməsinin nəticələri Mülkiyyət hüququna xitam verən Azərbaycan Respublikası qanunu qəbul edildikdə bu qanunun qəbulu nəticəsində mülkiyyətçiyə dəyən zərərin əvəzi, o cümlədən əmlakın dəyəri dövlət tərəfindən ödənilir. Zərərin əvəzinin ödənilməsinə dair mübahisələri məhkəmə həll edir. Maddə 211. Mülkiyyət hüququna xitam verildikdə əmlakın qiymətləndirilməsi Mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. ...1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. ... Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. ... Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ... Maddə 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. .... Maddə 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Maddə 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Maddə 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar; 5.1.2. bələdiyyə mülkiyyətində olan torpaqlar. ... Maddə 5.2. Dövlət mülkiyyətində olan torpaqlar üzərində istifadə və icarə hüquqları dövlət ehtiyacları üçün geri alınır. ... Maddə 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; Maddə 58. Bazar qiyməti 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. 58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. 58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. ... Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. ... Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. ... Maddə 32.3. İnzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. ... Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maddə 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər “Qiymətləndirmə haqqında” Azərbaycan Respublikası Qanunu: ... Maddə 7. Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Maddə 8. Qiymətləndiricinin hesabatında obyektin qiymətləndirilməsi haqqında məlumatın barəsində mübahisələr Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Avropa İnsan Hüquqları Məhkəməsinin Axverdiyev Azərbaycana qarşı 25 yanvar 2015-ci il tarixli qərarı ... Doğrudur ki, ərizəçi evinə aid olan torpaq sahəsinə və həyətyanı sahəyə mülkiyyət hüququnun qeydiyyata alınması üçün heç vaxt müraciət etməmişdir. Buna görə də formal olaraq o, evin sökülməsi zamanı torpağa mülkiyyət hüququna malik olmamışdır. Buna baxmayaraq, qüvvədə olan qanunvericiliyə uyğun olaraq ərizəçi evə mülkiyyət hüququ əsasında torpağın “qanuni istifadəçisi” olmuşdur. Bundan başqa, onun milli qanunvericiliyə əsasən torpağa əvəzsiz qaydada mülkiyyət hüququnun əldə olunmasına dair hüquqi gözləntisi var idi. Müvafiq olaraq, 8 oktyabr 2005-ci il tarixində ərizəçinin torpağın “mülkiyyət” qismində tanınması üçün kifayət qədər mülki marağa malik olmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq Məhkəmə müəyyən edir ki, həm ev, həm də torpaq sahəsi 1 saylı Protokolun 1 -ci maddəsinə əsasən ərizəçinin “mülkiyyəti” olmuşdur. Məhkəmənin mövqeyi. Hazırkı mübahisəyə dair iş üzrə iddiaçının tələbi X63, X47 və 01.09.77-ci il tarixdə vəfat etmiş Əli-zadə Mədinə Dadaş qızının vərəsəsi olduğunu təsdiqləyən Qanun üzrə vərəsəlik hüququ haqqında 2001-ci il 21 iyun tarixli şəhadətnamənin nəzərə alınaraq, qanuni vərəsələri olduğu şəxslərə düşən paya uyğun olaraq, yəni X63 payına uyğun olaraq – 15.000 (on beş min) manat, X47 payına uyğun olaraq – 15.000 (on beş min) manat, Əli-zadə Mədinə Dadaş qızının payına uyğun olaraq – 15.000 (on beş min) manat, ümumilikdə 45.000 (qırx beş min) manat kompensasiyanın ona ödənilməsinə yönəlmişdir. Əslində isə, tələbin mahiyyəti baxımından iddiaçının hazırkı iddianı qaldırmaqda həqiqi hüquqi marağı və məqsədi dövlət ehtiyacları üçün məcburi qaydada satın alınmış ünvan 6 ünvanında yerləşən № **********72-10301 reyestr nömrəli daşınmaz əmlak (fərdi yaşayış evi) X63, X47 və Əli-zadə Mədinə Dadaş qızının payına uyğun olaraq sonuncuların vərəsə kimi ona dövlət ehtiyacları üçün alınmanın təsirinə düşmüş daşınmaz əmlakla bağlı kompensasiyanın ödənilməsinə nail olmaqdan ibarətdir. Məhkəmə ilk öncə iddia tələbinin hüquqi əsası ilə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıda qeyd olunan normaların məzmununa görə, mülkiyyət hüququ onun əhəmiyyətinə baxmayaraq, mütləq xarakter daşımır və qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada məhdudlaşdırıla bilər və belə məhdudlaşdırma çərçivəsində həmçinin dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsi imkanı nəzərdə tutulur. Avropa İnsan haqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ konstitusiyanın qoruma sferası ilə əhatə olunduğundan yalnız qanunla təsbit olunmuş əsasların mövcud olduğu hallarda və prosedurlar çərçivəsində ona müdaxilə edilə, o cümlədən özgəninkiləşdirilə bilər. Belə müdaxilə həmçinin legitim məqsədlə həyata keçirilməli və həmin məqsədə mütənasib olmalıdır. Bu zaman, həm də nəzərə alınmalıdır ki, inzibati orqanın müdaxilə ilə güddüyü legitim məqsəd belə, müdaxilə üçün qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qaydalara əməl edilmədən həyata keçirilən müdaxiləyə haqq qazandıra bilməz. Bu qayda konstitusion hüquqi tələblərə bağlıdır və mütləq xarakter daşıyır. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Bundan başqa, mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması (mülki qanunvericiliyin normalarını pozması) və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Məhkəmə vurğulayır ki, dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq (daşınmaz əmlak) alınmanın təsirinə məruz qalan şəxslə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna uyğun olaraq alına bilər. Bu Qanunun tələblərinə əməl edilmədən torpaq və həmin torpaqda yerləşən daşınmaz əmlak dövlət ehtiyacları üçün alındıqda belə, alınmanın təsirinə məruz qalan şəxsə kompensasiya ödənilməlidir. Vurulmuş ziyanın müəyyən edilməsi üçün (əsas meyarlardan biri kimi) inzibati orqanın müdaxilə etməyəcəyi təqdirdə maraqlı şəxsin əmlak vəziyyətinin perspektiv inkişaf meyarı, yəni onun malik olacağı gəlirlər də daxil olmaqla perspektiv əmlak vəziyyəti, eyni zamanda iddiaçının məhrum olduğu torpaq sahəsinin real bazar dəyəri, habelə analoji əmlakın inşası, təmiri və müvafiq infrastrukturun qurulması, əmlakın yerləşmə ərazisi və sairlə bağlı xüsusatlar nəzərə alınmalıdır. Kompensasiya şərtləri ədalətli balansın qiymətləndirilməsi üçün və xüsusən mübahisələndirilən tədbirin ərizəçilərin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığının müəyyənləşdirilməsi üçün önəmlidir (Müqəddəs monastırlar Yunanıstana qarşı iş, Plataku Yunanıstana qarşı iş). Əmlakın dəyərinə uyğun ağlabatan məbləğ ödənilmədən mülkiyyətçidən alınması, bir qayda olaraq, mülkiyyət hüququna qeyri-mütənasib müdaxilə təşkil edir və heç bir kompensasiya ödənilmədən əmlakın alınmasına 1 saylı Protokolun 1ci maddəsinə əsasən yalnız müstəsna hallarda haqq qazandırıla bilər. Hər hansı məbləğin ağlabatan olması konkret işin hallarından asılıdır, lakin kompensasiya məbləğinin müəyyənləşdirilməsində dövlətə geniş qiymətləndirmə sərbəstliyi verilir. Cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin təməl hüquqlarının qorunması tələbləri arasında olan balansa, bir qayda olaraq, o halda nail olunur ki, mülkiyyəti alınmış şəxsə ödənilən kompensasiyanın məbləği həmin mülkiyyət alındığı andan onun “bazar” dəyəri ilə ağlabatan dərəcədə əlaqəli olsun (Pinkova və Pink Çex Respublikasına qarşı iş, Qaşı Xorvatiyaya qarşı iş). Məhkəmə kollegiyası qeyd edir ki, torpaq və onun üstündə olan daşınmaz əmlak dövlət ehtiyacları üçün geri alınarkən əmlakın dəyəri-onun geri alındığı vaxt deyil, siyahıya alınma tarixinə olduğu vaxt olan qiymət götürülməlidir. Təsadüfi deyil ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58.2-ci maddəsində də torpağın bazar qiymətini torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun notariat qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinin göstəricisi ilə şərtləndirmişdir. İşin faktiki hallarından müəyyən olunur ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin üzərində xüsusi mülkiyyət hüququ ilə Daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 644 nömrəli vərəqində X65 2/60 hissədə, X47 1/20 hissədə və Əli-zadə Mədinə Dadaş qızının 1/20 hissədə qeydiyyata alınmışdır. Başqa sözlə desək, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən RX seriyalı, № ******* saylı çıxarışa əsasən onu deməyə imkan verir ki, fərdi yaşayış evinin ümumi sahəsinin 315.4 kv.metr təşkil etdiyini nəzərə alınsa, X63 mübahisə predmenti olan fərdi yaşayış evinin 10,513 kv.metr (315,4 kv.metrin 2/60 hisssəyə münasibətdə 315,4 x 2 : 60= 10,513..), X47 15,77 kv.metr (315,4 kv.metrin 1/20 hisssəyə münasibətdə 315,4 : 20 = 15.77) Əli-zadə Mədinə Dadaş qızının 15,77 kv.metr hissədə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Digər tərəfindən nəzərə alınmalıdır ki, “Qanun üzrə vərəsəlik hüququ haqqında” xx.xx.2001-ci il tarixli şəhadətnaməyə əsasən xx.xx.1962-ci ildə vəfat etmiş X63, 11.X.1986-cı ildə vəfat etmiş X47 və xx.xx.1977-ci il tarixdə vəfat etmiş Əli-zadə Mədinə Dadaş qızının vərəsəsi İddiaçıdur. Bu isə özlüyündə İddiaçı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi üzərində X72, X59 və Əli-zadə Mədinə Dadaş qızına münasibətdə mülkiyyət hüquqlarını əldə etdiyini sübut edir. Bu konteksdə isə qeyd edilməlidir ki, məhkəməyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarını qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 1321. Vərəsəlik şəhadətnaməsi anlayışı 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Maddə 1324. Vərəsənin vərəsəsinə vərəsəlik şəhadətnaməsi verilməsi Əgər mirası qəbul etməyə çağırılmış vərəsə miras açıldıqdan sonra onu müəyyənləşdirilmiş müddətdə qəbul etməyə macal tapmadan ölərsə, onun vərəsələri ilkin miras qoyanın ölümündən sonra qalmış əmlaka vərəsəlik şəhadətnaməsi ala bilərlər. Maddə 1325. Miras şəriklərinə vərəsəlik şəhadətnaməsi verilməsi Vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Belə ki, istinad olunmuş mülki qanunvericiliyə görə vərəsələrin mirası qəbul etməsini təsdiq edən sənəd vərəsəlik şəhadətnaməsidir ki, həmin sözügedən şəhadətnamə və eyni zamanda məhkəmənin müvafiq sorğusuna əsasən vərəsəlik işləri məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, iddiaçının paylı mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin məhz cavabdeh tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə uyğun olaraq sökülməsi halı iş materialları ilə və məhkəmə araşdırması zamanı sübuta yetirilmişdir. Məhkəmə bildirir ki, iddiaçı X83, X73 və Əli-zadə Mədinə Dadaş qızı ilə bağlı notariat orqanına müraciət etməklə vərəsəlik şəhadətnaməsi əldə etmişdir. Doğrudur ki, iddiaçı vərəsəlik şəhadətnaməsi əldə etməsinə baxmayaraq, vərəsəlik qaydasında reyestrdə hüququn qeydə alınması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması bağlı uzun müddət sonra müraciət etməsinə baxmayaraq, bu hal onun ziyanına şərh oluna bilməz. Başqa sözlə, iddiaçı öz payına nisbətdə də ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə payına münasibət “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə uyğun olaraq kompensisasiya ödənildiyindən iddiaçı mirasın qəbuluna dair sübut (vərəsəlik işləri və “Qanun üzrə vərəsəlik hüququ haqqında” xx.xx.2001-ci il tarixli şəhadətnamə) təqdim edildiyindən X63, X47 və Əli-zadə Mədinə Dadaş qızının paylarına münasibətdə də eyni kompensasiya əldə etmək hüququ yaranmışdır. Yəni, hazır ki iş iddiaçının ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evinə dair 42,053 kv.metr hissədə də kompensasiya əldə etmək hüququna malikdir. Kompensasiyanın məbləğinə gəldikdə isə, qeyd edilməlidir ki, mülkiyyəti onun dəyərinə uyğun ağlabatan məbləğdə kompensasiya ödəmədən müsadirə etmək qeyrimütənasib tədbirdir. Hər şeydən əvvəl qeyd edilməlidir ki, iddiaçının daşınmaz əmlakının geri alınmasının qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilmədən aparılmasına baxmayaraq, ona ödəniləcək kompensasiya məhz “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələbləri əsasında müəyyən edilmiş kompensasiya olmalıdır. Bu isə ilk növbədə əmlakın ümumi sahəsinin, bazar dəyərinin müəyyənləşdirilməsinə münasibətdə sözügedən qanunda müəyyənləşdirilmiş yanaşmaların tətbiq olunmasını tələb edir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinə əsasən, torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. Həmin Qanunun 1.1.7-ci maddəsinə görə siyahıya alınma tarixi-bu Qanunun 11- ci maddəsinə müvafiq olaraq kompensasiya almaq hüququnun verilməsi və köçürülmə məqsədləri üçün alınmanın təsirinə məruz qalan şəxslər və alınmanın təsirinə məruz qalan torpaqla bağlı məlumatların toplanmasına başlanıldığı tarixdir. Göründüyü kimi, daşınmaz əmlakın bazar qiyməti həmin əmlakın siyahıya alınma tarixinə olduğu vəziyyətdə satılması və alınması ehtimal olunan qiyməti deməkdir. Əmlakın siyahıya alınma tarixi isə köçürülmə məqsədləri üçün alınmanın təsirinə məruz qalan şəxslər və alınmanın təsirinə məruz qalan əmlakla bağlı məlumatların toplanmasına başlanıldığı tarixdir. Məhkəmə qeyd edir ki, fərdi yaşayış evi dövlət ehtiyacları üçün geri alınarkən əmlakın dəyərinin müəyyən edilməsi istiqamətində cavabdeh tərəfindən hər hansı tədbir görülməmişdir. Təsadüfi deyil ki, əmlakın bazar qiymətini əmlakın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan əmlaka uyğun notariat qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinin göstəricisi ilə şərtləndirmişdir. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın siyahıya alınma tarixini müəyyən etməyin mümkün olmadığı halda, daşınmaz əmlakın bazar qiyməti onun geri alındığı (daşınmaz əmlakın söküldüyü) zaman mövcud olan ümumi sahənin bazar qiyməti əsasında müəyyən olunmalıdır. Bu zaman, əmlakın bazar qiymətini müəyyən etmək üçün “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun araşdırma aparmalıdırlar. Nəzərə alınmalıdır ki, əmlakın bazar qiyməti müəyyən edilərkən yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58.1-58.3-cü maddəsi ilə müəyyən edilmiş məlumatlar (torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100-500 metrədək əhatə edən ərazidə torpaqla bağlı notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş bazar qiyməti) mövcud olmadığı halda, həmin əmlakın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülməlidir. Əmlakın yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında alınacaq əmlaka uyğun torpağın bazar qiymətini müəyyən edən bazar olmadıqda isə, əmlakın bazar qiyməti digər mötəbər sübutlara istinadla müəyyən edilməlidir. Belə mötəbər sübutlara isə “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun tələblərinə riayət edilməklə verilmiş mütəxəssis rəyləri və Əmlak Məsələləri Dövlət Xidmətindən alınmış rəylər aid edilə bilərlər. Hazırki iş sözügedən əmlakın digər paylarına münasibətdə artıq dövlət ehtiyacları üçün alınmanın təsirinə düşmüş daşınmaz əmlakla bağlı kompensasiyan ödənildiyindən məhkəmə əmlakın yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında alınacaq əmlaka uyğun torpağın bazar qiymətini müəyyən etməyi zəruri hesab etmir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-591/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən Bakı şəhəri, Yasamal rayonunda, “Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş Planına duyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması layihəsi ilə bağlı keçirilmiş tenderdə qalib gəlmiş "xxxx" MMC-nin müstəqil qiymətləndirmə ekspertlərinin rəyi ilə müəyyən olunmuş mənzilin əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd əlavələr də nəzərə alınmaqla 1500,00 manat və digər sahələr üzrə isə bir kvadrat metr üçün onların konstruksiyasından və təmir səviyyəsindən asılı olaraq 300,00-1200,00 manat arasında qiymətləndirilir. Belə olan halda məhkəmə iddiaçının ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evinə dair 42,053 kv.metr hissəyə nisbətdə 63.079,5 (42,053 x 1500,00= 63.079,5) manat məbləği iddiaçının payına mütənasib, bazar qiymətinə uyğun və ədalətli hesab edir. Lakin iddiaçı isə hazırki iş üzrə məhkəmədən vərəsəlik qaydasında onun mülkiyyətinə verilmiş hissəyə münasibətdə ümumilikdə 45.000 (qırx beş min) manat kompensasiyanın ödənilməsini tələb edir. Doğrudur ki, tətbiq olunmuş qanuvericiliyin tələbləri baxımından iddiaçıya 42,053 kv.metr nisbətdə 63.079,5 manat məbləğində kompensasiyanın ödənilməli olmasına baxmayaraq, lakin nəzərə alınmalıdır ki, işə faktiki tələb üzrə baxıldığından və həmin məbləğin isə məhkəmə tərəfindən müəyyən olunmuş məbləğdən artıq olmadığından 45.000 (qırx beş min) manat məbləğində iddia tələbi bütünlüklə təmin olunmalıdır. Mülkiyyət hüququna müdaxilə üçün, o cümlədən ona xitam verilməsi yolu ilə mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması üçün yuxarıda qeyd olunan əsasın mövcud olması hələ müdaxilənin həyata keçirilməsi baxımından yetərli deyil, bu zaman “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda alınma ilə bağlı nəzərdə tutulmuş qaydalar, tələblər və şərtlərlə yanaşı, həm də “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl olunması zəruridir. Prinsip ondan ibarətdir ki, qanunvericiliyə uyğun olması üçün inzibati orqan tərəfindən mülkiyyətin alınması qanuni hərəkətlər yolu ilə, qanunvericiliklə nəzərdə tutulmuş tələblərə və şərtlərə uyğun şəkildə həyata keçirilməlidir. Lakin, konkret mübahisəyə münasibətdə, iddiaçının mülkiyyət hüququna müdaxilə yuxarıda qeyd olunan tələblərin ciddi şəkildə pozulması ilə müşayiət olunmuş, daha doğrusu həmin tələblərə məhəl qoyulmadan həyata keçirilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri baxımından inzibati orqanlar həm qanunsuz qərarları (inzibati aktları), həm də qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə məsuliyyət daşıyırlar. Başqa sözlə, vurulmuş ziyanla bağlı hüquqi müdafiə vasitələrinin tətbiqi baxımından inzibati orqanın fəaliyyət formaları arasında hər hansı fərqləndirilmə aparılmamalıdır. Qeyd olunmalıdır ki, cavabdeh tərəfindən yaşayış sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar qeyd olunan daşınmaz əmlaka dair mülkiyyət hüquqları və ya istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığından hazır ki iş üzrə cavabdehin imtinasının imtinasının və iddia tələbinə dair yazılı etirazının əsasları hazırkı mübahisə üzrə iddiaçıya kompensasiyanın ödənilməsindən imtina üçün əsas qismində qiymətləndirilə və kompensasiyanın ödənilməsindən imtinaya səbəb ola bilməz. Bu baxımdan, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçı kompensasiya tələb etməkdə haqlı sayılmalıdır. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 15.3-cü maddəsinə əsasən inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı İddiaçı 45.000 (qırx beş min) manat məbləğində kompensasiya ödənilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-2371/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2371/2024
29.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver