Məhkəmə qərarları › İş №2-1(112)-2372/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2372/2024

21.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2372/2024 21.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “həqiqi hərbi xidmətdən ehtiyata buraxılma” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun xx.xx.2023-cü il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “j” bəndinə uyğun olaraq (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılması vəzifəsinin cavabdehə həvalə olunması və hüquqi müdafiə ilə əlaqədar çəkdiyi xərc 200 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırkı mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə 30 (otuz) gün müddət təyin edilmişdir. Cavabdeh qərardadın icrası ilə bağlı xx.xx.2024-cü il tarixli, N647 saylı məktubunda bildirmişdir ki, iddiaçı ixtisasına uyğun yüksək hazırlıqlı və təcrübəli zabit olduğunu nəzərə alaraq “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən hərbi xidmətdən ehtiyata buraxılması yuxarı komandanlıq tərəfindən məqsədəuyğun hesab edilməmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “j” bəndinə uyğun olaraq (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı N №-li hərbi hissədə mayor hərbi rütbəsində xidmət edir. O, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 6-cı maddəsinin tələblərinə uyğun olaraq komanda üzrə N №-li hərbi hissə komandirinin adına raport yazaraq “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Belə ki, iddiaçı artıq 20 ildən çoxdur ki, xidmət keçir. Lakin onun bu raportu hərbi hissə komandanlığı tərəfindən cavablandırılmamışdır. Bundan sonra o, xx.xx.2023cü il tarixdə hərbi hissə komandirinə və komanda üzrə yuxarı instansiyaya - N №-li hərbi hissə komandirinə (Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini-Hərbi Hava Qüvvələrinin Komandanına) və Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmiş, lakin müraciəti nəticəsiz qalmışdır. Müraciətlərinin cavablandırılmamasını imtina kimi qiymətləndirir. İmtinanı isə qanunsuz və əsassız hesab edir. Hesab edir ki, onun Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hüququ kobud şəkildə pozulmuşdur. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı xx.xx.N985-ci ildə anadan olmuşdur. 200N-ci ildə Ali Hərbi Təyyarəçilik Məktəbinə qəbul olunmuş və 2005-ci ildə oranı bitirmişdir. Həmin vaxtdan Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir və halhazırda Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində XN xidmətində mühəndis vəzifəsində xidmət edir. Qeyd etmək lazımdır ki, iddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində 20 ildən artıq müddətdə zabit heyəti vəzifələrində xidmət edir və buna görə də kifayət qədər təcrübəli zabitdir. Eyni zamanda iddiaçının peşəkar və təcrübəli zabit olduğunu, cavabdehin müvafiq hərbi hissələrində ixtisasına uyğun hazırlanmış savadlı kadr olduğunu nəzərə alaraq, onun barəsində ehtiyata buraxılmağa dair qərar qəbul edilməmişdir. Bundan başqa, “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun N6-cı maddəsinə görə dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın son yaş həddi kiçik zabitlər (o cümlədən, mayor, polkovnik-leytenant hərbi rütbəsində olanlar) üçün 48 yaş həddi müəyyən edilmişdir. Göründüyü kimi, həqiqi hərbi xidməti davam etdirməsini istisna edən əsaslar olmadığı halda mayor hərbi rütbəsində olan hərbi qulluqçular 48 yaşa, yəni həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatana kimi hərbi xidmətdə qala bilərlər. Müvafiq hərbi hissələrində ixtisasına uyğun istifadə olunmaq üçün zabitlər N0 il müddətində peşəkar bir zabitə çevrilir, yüksək səviyyəli təcrübə toplayır, öz vəzifəsi üzrə praktik vərdişlər əldə edir, hərbi xidmət zamanı yiyələndiyi bilik, təcrübə və bacarıqlarından gənc zabitlərin hazırlanmasında böyük rolu olur. Azərbaycan Ordusu tərkibində N0 ildən artıq müddətdə zabit heyəti vəzifələrində xidmət etmiş hərbi qulluqçuların könüllü olaraq ehtiyata buraxılmaq arzusunu hal-hazırda məhkəmə qətnamələri əsasında həyata keçirilməsi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin peşəkar, təcrübə toplamış zabitlərin itirilməsi gənc zabitlərin hazırlıq prosesində mənfi nəticələrə gətirib çıxarar. Bu da Azərbaycan ordusunda peşəkar zabit kadrlarının böyük çatışmazlığına gətirib çıxaracaqdır. Tərəflərə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında təmsil edilməmişlər. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını və yekun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə tərəflərin və (və ya) onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, N nömrəli hərbi şəhərcik ünvanında qeydiyyatdadır. İddiaçının N nömrəli hərbi hissənin komandirinə verdiyi xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli raportlarından görünür ki, o, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “J” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılması haqqında yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirinə xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək N №-li hərbi hissə komandirinə ünvanladığı raportuna əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılması üçün köməklik göstərilməsini xahiş etmişdir. N №-li hərbi hissə komandirinin 40N nömrəli hərbi hissə komandirinə verdiyi xx.xx.2023-cü il tarixli raportundan görünür ki, o, N nömrəli hərbi hissənin XN xidmətinin mühəndisi (radioelektron avadanlıqlar və radioelektron mübarizə üzrə baş bort mühəndistəlimatçı) mayor İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə raportuna əsasən yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. 40N nömrəli hərbi hissə komandirinin N nömrəli hərbi hissə komandirinə verdiyi xx.xx.2023-cü il tarixli raportundan görünür ki, o, N nömrəli hərbi hissənin XN xidmətinin mühəndisi (radioelektron avadanlıqlar və radioelektron mübarizə üzrə baş bort mühəndistəlimatçı) mayor İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə raportuna baxılaraq müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. N nömrəli hərbi hissənin şəxsi heyət idarəsinin (AN) rəisinin N nömrəli hərbi hissə komandirinin birinci müavini qərargah rəisinə verdiyi xx.xx.2023-cü il tarixli raportundan görünür ki, o, N nömrəli hərbi hissənin XN xidmətinin mühəndisi (radioelektron avadanlıqlar və radioelektron mübarizə üzrə baş bort mühəndis-təlimatçı) mayor İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə raportuna baxılması haqqında yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Arayış-məlumatdan görünür ki, mayor İddiaçı, xx.xx.2005-ci il tarixdə SQ TTM-D nömrəli hərbi hissənin Dinləyici vəzifəsində xidmətə başlamış, fasiləsiz olaraq bugünədək xidmət etmiş və hal-hazırda N №-li hərbi hissənin Mühəndis-aviasiya təminatı xidmətinin mühəndisidir (radioelektron avadanlıqlar və radioelektron mübarizə üzrə baş bort mühəndisi-təlimatçı). Hərbi Hava Qüvvələri Komandanının 08R nömrəli xx.xx.20N8 tarixli əmri ilə iddiaçıya mayor hərbi rütbəsi verilmişdir. Məhkəmə iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.N-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.20N5-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş, qeyd olunan məsələ ilə bağlı ona rəsmi cavab verilməmiş, məhkəmə tərəfindən iddiaçının raportuna baxılması üçün 30 gün müddət təyin edilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbindən imtina edilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər (2.N). Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmadığın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Qadınlar və müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular həqiqi hərbi xidmətdə olmağın müddətləri başa çatanadək ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən öz arzuları ilə buraxıla bilər, zabitlər isə, bundan başqa, bir də zabit vəzifələrində on illik xidmət müddəti başa çatdıqdan sonra öz arzuları ilə buraxıla bilər (N8.N). “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mayor, polkovnik-leytenant və onlara müvafiq hərbi rütbələri olan zabitlər üçün dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın aşağıdakı son yaş həddi – 48 yaş müəyyən edilir (39.N.4.N.). Ehtiyatda olmağın son yaş həddinə çatmayan yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı N0 il xidmət etmiş kadr zabitlər həqiqi hərbi xidmətdən öz arzusu ilə ehtiyata buraxılırlar (4N.0.9). Azərbaycan Respublikasının N997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqnda” Əsasnamənin N56-cı bəndinə əsasən Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: a) xidmət müddətləri başa çatdıqda (kadr zabitlərindən başqa); b) yaşa görə — həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanlar; v) xəstəliyə görə — hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud N2 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar; q) ştatların ixtisarına görə — ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); d) ailə vəziyyətinə görə (qadın hərbi qulluqçuları və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları). Qadın hərbi qulluqçular ailə vəziyyətinə görə buraxılırlar: uşaq doğulması ilə əlaqədar öz xidməti vəzifələrini icra edə bilmədikləri halda, onların xahişi ilə; hərbi qulluqçu ilə nikaha girdikdə — əri başqa yaşayış məntəqəsinə köçürüldükdə, əgər ərinin yeni xidmət yerində qadın hərbi qulluqçu üçün vakant vəzifə yoxdursa, eləcə də əri həqiqi hərbi xidmətdən buraxılıb yeni yaşayış yerinə gedirsə; mülki şəxslə nikaha girdikdə, əri başqa yaşamaq məntəqəsinə daimi yaşayış üçün gedirsə; qadın — hərbi qulluqçunun vəzifələrini icra etməyə maneçilik törədən xüsusi üzürlü səbəblər olduqda (buraxılma üçün digər əsaslar olmadıqda); həqiqi hərbi xidmət hərbi qulluqçuları ailə vəziyyətinə görə, həqiqi hərbi xidmət keçərkən “Hərbi xidmətə çağırışın Əsasları haqqında” Azərbaycan Respublikası Qanununun N7-ci maddəsinə uyğun çağırışdan möhlət hüququ meydana çıxdıqda; e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); ə) hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); j) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı N0 il xidmət etmiş kadr zabitlər. Yuxarıda qeyd edilən normaların məzmunundan görünür ki, zabit heyəti vəzifələrində N0 il xidmət etmiş kadr zabitlər öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı zabit heyəti vəzifəsində N0 ildən artıq xidmət etmişdir. Bununla da o, Azərbaycan Respublikası Silahlı Qüvvələrindən öz arzusu ilə ehtiyata buraxılmaq hüququ əldə etmişdir. İddiaçı qeyd edilən məsələ ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh onun müraciətini cavabsız qoymuşdur. İşin məhkəmə baxışı zamanı iddiaçının müraciətinə baxılması üçün məhkəmə tərəfindən 30 gün müddət təyin edilmiş, cavabdeh isə iddiaçının müraciətinə imtina cavabı vermişdir. Buna əsas kimi isə cavabdehin peşəkar zabit olmasını, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin peşəkar, təcrübə toplamış zabitlərin itirilməsinin gənc zabitlərin hazırlıq prosesində mənfi nəticələrə səbəb olmasını və Azərbaycan ordusunda peşəkar zabit kadrlarının böyük çatışmazlığına gətirib çıxarmasını göstərmişdir. Azərbaycan Respublikasının xx.xx.N997-ci il tarixli Qanunu ilə təstiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də göstərilmişdir ki, hərbi xidmətdə olmağın son yaş həddinə çatmış hərbi qulluqçular dinc dövrdə ehtiyata və ya istefaya buraxılırlar "(zabitlər, gizir və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda xidmət illərinə görə pensiya hüququ əldə etmirlərsə, öz arzuları ilə həqiqi hərbi xidmətlərini bu hüququ əldə edənə qədər davam etdirə bilərlər) (N4.). Həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmayan yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı N0 il xidmət etmiş kadr zabitlərin öz arzusu ilə vaxtından əvvəl ehtiyata və ya istefaya buraxılmasına yol verilir (N5.). Qeyd edilməlidir ki, cavabdehin həmin imtinası hər hansı qanuni əsaslara söykənmir və yalnız cavabdeh inzibati orqanın şəxsi mülahizələrinə əsaslanır. İddiaçının ehtiyata buraxılmasından qeyd olunan əsaslarla imtina edilməsi onun qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının pozulmasına səbəb ola bilər. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçının “həqiqi hərbi xidmətdən ehtiyata buraxılması” öhdəliyi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.N və 85.N-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “j” bəndinə uyğun olaraq (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə olunsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar