Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2373/2024 17.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "əmrin dəyişdirilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının Müdafiə Nazirinin 09 aprel 2013-cü il tarixli 0112 nömrəli əmrində xidmət yerinin dəyişdirilməsi səbəbi kimi qeyd olunmuş “planlı dəyişmə” ifadəsinin “xəstəliyi ilə əlaqədar” ifadəsi ilə əvəz olunmasının Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 15 iyul 2004-cü il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş İnspeksiyasında döyüş və döyüş təminatı şöbəsinin baş zabiti - inspektor vəzifəsində xidmət etmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirinin 09 aprel 2013-cü il tarixli 0112 nömrəli əmri ilə bərabər vəzifəyə - Silahlı Qüvvələrin Təlim və X4 kafedrasının baş müəllimi vəzifəsinə keçirilmişdir. Sonradan iddiaçıya məlum olmuşdur ki, Müdafiə Nazirinin qeyd olunan əmrində vəzifəsinin dəyişdirilməsinin səbəbi kimi planlı dəyişmə əsasında olması göstərilmişdir. Halbuki, vəzifəsinin dəyişdirilməsi xəstəliyi ilə əlaqədar olmuşdur və bu fakt həmin əmrin verilməsinə əsas olmuş təqdimatın mətnində də öz təsdiqini tapır. O, 2011-ci ilin sentyabr ayından hələ inspektor olarkən şəkərli diabet xəstəliyindən əziyyət çəkirdi. Buna görə də hərbi polklinikada illik dispanser uçotunda qeydiyyata alınmışdır. Bu xəstəliyin funksional vəzifələrinin xüsusiyyətləri baxımından İnspeksiyada xidmətini çətinləşdirirdi. Məhz buna görə də xəstəliyi ilə əlaqədar digər bərabər vəzifəyə keçirilməsinə dair Müdafiə Nazirinə təqdimat verilmiş və bu təqdimata əsasən müvafiq əmr imzalanmışdır. Lakin əmrdə texniki səhvə yol verilərək vəzifəsinin dəyişdirilməsi “planlı dəyişmə” kimi qeyd olunub. Təqdimat ona məlumat verilmədən, bildirilmədən göndərilmişdir. Eyni zamanda həmin təqdimat göndərilərkən iddiaçı ilə söhbətləşmə aparılmayıb və bu barədə söhbətləşmə vərəqəsi tərtib edilməyib. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Müdafiə Nazirinə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikasının Müdafiə Nazirinin 09 aprel 2013-cü il tarixli 0112 nömrəli əmrində xidmət yerinin dəyişdirilməsi səbəbi kimi qeyd olunmuş “planlı dəyişmə” ifadəsinin “xəstəliyi ilə əlaqədar” ifadəsi ilə əvəz olunmasına dair sərəncam verilməsini xahiş etmişdir. Həmin ərizəyə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin l/M-3770 nömrəli xx.xx.2022-ci il tarixli cavabında, Azərbaycan Respublikasının Müdafiə Nazirinin 09 aprel 2013-cü il tarixli müvafiq əmrin verildiyi dövrdə xəstəliyi təsdiq edən müvafiq tibbi sənədlər təqdim edildiyi halda sözü gedən əmrin dəyişdirilməsi məsələsinə baxıla biləcəyi göstərilmişdir. Bundan sonra, digər vəzifəyə keçirildiyi zaman hərbi xidmətə yararlılığının şəhadətləndirilməsi üçün hərbi həkim komissiyasına göndəriş verilməsi ilə bağlı hərbi qeydiyyatı üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal Rayon İdarəsinə müraicət etmişdir. Həmin İdarə tərəfindən ona göndəriş verilmişdir. Göndərişin nəticəsi olaraq, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal Rayon İdarəsinin rəisinə 2430 nömrəli, xx.xx.2023-cü il tarixli məktub göndərmişdir. Bu məktubda onun 2012-2013-cü il tarixində dispanser müayinəsindən keçdiyi göstərilməklə, həmin vaxt onda müəyyən edilmiş xəstəliklər sadalanmışdır. Eyni zamanda, qeyd olunan məktubda bildirilmişdir ki, 2012 və 2013-cü il tarixlərdə hərbi xidmətə yararlılıq kateqoriyasının təyin olunması üçün hərbi həkim komissiyasına göndərilmiş olsa idi, o, Azərbaycan Respublikası Nazirlər Kabinenin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnaməmin “Xəstəlik cədvəli”nin 43 “c” və 13 “c” maddələrinin İİİ qrafasına əsasən “Sıradankənar hərbi xidmətə yararlı” sayılardı. Bundan sonra, yuxarıda göstərilən məktubları da əlavə etməklə Azərbaycan Respublikasının Müdafiə Nazirinə bir daha ərizə ilə 09 aprel 2013-cü il tarixli 0112 nömrəli əmrində xidmət yerinin dəyişdirilməsi səbəbi kimi qeyd olunmuş “planlı dəyişmə” ifadəsinin “xəstəliyi ilə əlaqədar” ifadəsi ilə əvəz olunmasına dair sərəncam verilməsi üçün müraciət etmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi sonuncu məktubuna xx.xx.2023-cü il tarixli cavab göndərərək müraciətinə əsassız olaraq imtina etmişdir. Bu cavabdan sonra da onunla şifahi danışılar aparılmışdır. Sonuncu cavab məktubunda müddəti ötürməsi barədə qeyd etməyi də unutmamışdırlar. Halbuki müddətin səbəbi cavabdehin şifahi danışıqlarda məsələnin həllinə dair ümid verməsi, problemin həll edilməsinin yollarının araşdırıldığının bildirilməsi olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdehin iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, xidmət üzrə yerdəyişmə ilə bağlı Silahlı Qüvvələrin Baş İnspeksiyası rəisinin 22 mart 2013-cü il tarixli təqdimatından müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 27 noyabr 2012-ci il tarixli müavfiq əmrinin tələblərinin yerinə yetirilməsi məqsədi ilə iddiaçının Silahlı Qüvvələrin Baş İnspeksiyasında uzun müddət (8 il 8 ay) xidmət etməyini nəzərə alaraq “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin “b” bəndinə əsasən başqa hərbi hissədə hərbi ixtisasına uyğun olaraq vəzifəyə təyin olunmağı üçün vəsatət qaldırılmış və Silahlı Qüvvələrin Təlim və X2 kafedrasının motoatıcı ixtisaslar silsiləsinin baş müəllimi vəzifəsinə təyin olunmağı barədə müdafiə nazirinin müavini tərəfindən rəy bildirilmişdir. Daha sonra qeyd olunanlar əsasında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin “b" (bərabər vəzifəyə) bəndinə uyğun olaraq, Azərbaycan Respublikası müdafiə nazirinin 09 aprel 2013-cü il tarixli müvafiq əmri ilə tutduğu vəzifədən azad edilərək Silahlı Qüvvələrin Təlim və X2 kafedrasınının motoatıcı ixtisaslar silsiləsinin baş müəllimi vəzifəsinə təyin olunmuşdur. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 72-ci maddəsinin “Z” bəndinə əsasən səhhətinə görə xidmət yerinin dəyişilməsinə ehtiyacı olan hərbi qulluqçuların xidmət üzrə başqa yerə dəyilməsi onların raportları və hərbi-həkim komissiyasının rəyi əsasında müvafiq rəislərin qərarı ilə həyata keçirilir. Eyni zamanda maddədə bildirilir ki, xidmət üzrə yerdəyişmənin zəruriliyi haqqında rəy hərbi-həkim komissiyası tərəfindən verilir. Hərbi qulluqçuların səhhəti ilə əlaqədar bir hərbi hissədən başqa hərbi hissəyə keçirilməsi həmin Əsanamənin 82-ci maddəsinin “a” (hərbi həkim komissiyasının rəyi ilə səhhətinə görə vəzifələrini yerinə yetirmək yaxud həmin ərazidə xidmət etmək hərbi qulluqçunun səhhətinə əks-göstəriş olduqda) bəndinə əsasən həyata keçirilir. Təqdimatda iddiaçının şəkərli diabet xəstəliyi ilə əlaqədar olaraq vəzifəsini keyfiyyətlə yerinə yetirməkdə çətinlik çəkməyi qeyd edilsə də raporta iddiaçı tərəfindən xəstəliyini təsdiq edən hərbi həkim komissiyasının rəyi əlavə edilməmiş və səhhəti ilə əlaqədar olaraq xidməti mənafeyi naminə yerdəyişmənin zəruri olduğu təqdimatın nəticə hissəsində qeyd olunmamışdır. İddiaçı xidmət üzrə yerdəyişmənin səbəbi səhhəti ilə əlaqədar xidmət mənafeti naminə deyil, Baş İnspeksiyada uzun müddət həqiqi hərbi xidmət keçməyi olmuşdur. Bu səbəbdən də iddia tələbində qeyd olunan dəlillər əsasız olduğundan Azəırbaycan Respublikası müdafiə nazirinin 09 aprel 2013-cü il tarixli 0112 nömrəli əmrində xidmət yerinin dəyişdirilməsi səbəbi kimi qeyd olunmuş “planlı dəyişmə” ifadəsinin “xəstəliyi ilə əlaqədar” ifadəsi ilə əvəz olunmasına dair ididia tələbinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Yuxarıda qeyd olunanları nəzərə alaraq və AR İPM-nin 14.3, 48.2-ci maddələrini rəhbər tutaraq İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı səbəbli əlaqənin dəyişdirilməsi tələbinə dair iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzi rəisinin 22 oktyabr 2014-cü il tarixli, 298 nömrəli Əmrində qeyd edilmişdir ki, Polkovnik-leytenant İddiaçı, ümumqoşun kafedrasının motoatıcı ixtisaslar silsiləsinin baş müəllimi, Azərbaycan Respublikası Müdafiə Nazirinin 04 oktyabr 2014-cü il tarixli 0707 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) və 164-cü maddəsinə müvafiq olaraq, ehtiyata buraxıldığına görə, 2014-cü ilin hesabına 12 (on iki) gün növbəti məzuniyyət verilməklə 03 noyabr 2014-cü il tarixdən Mərkəzin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılsın və hərbi uçota durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsinə göndərilsin. Polkovnik-leytenant İddiaçı 2014-cü il yanvar-oktyabr aylarındakı xidmətinə görə Azərbaycan Respublikası Müdafiə Nazirinin 5 iyun 2002-ci il tarixli 220 nömrəli əmri ilə nəzərdə tutulmuş birdəfəlik pul mükafatını tam həcmdə almağa layiqdir. Polkovnik-leytenant İddiaçı ehtiyata buraxılması ilə əlaqədar beş aylıq maaş miqdarında birdəfəlik pul müavinəti ödənilsin, 2014-cü il üçün nəzərdə tutulmuş 1 (bir) aylıq vəzifə məvacibi məbləğində əlavə pul təminatı ödənilib. 2014-cü il üçün nəzərdə tutulmuş maddi yardım ödənilsin. İş materiallarına əlavə edilmiş Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın vərəqəsindən görünür ki, İddiaçı, Əlil və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməsi barədə məlumat: ikinci dərəcə əlillik, Təyinatın tarixi: xx.xx.2017, Diaqnoz: Ürəyin xroniki işemik xəstəliyi, Ü.İ.X. İnsulindən asdı şəkərli diabet, Nevroloyi ağırlaşmalarla., Diabetik polineyrapatiya Şəkərli diabet U tip ağır farma İnsulin tələbli. Böyrəklərin zədələnmısi ilə.. Diabetik nefrapatiya. Gözlərin zədələnməsi ilə., Diabetik retinopatiya. Periferik qan dövranının pozğunluğu ilə.. Hər iki aşağı ətrafların diabetik angiopatiyası Böyrəyin digər zədələnmələrinə görə ikincili hipertenziya, Hipertoniya xəstəliyi İİİ mərhələ Nefrogen mənşəiLÜrəyin ateroskierotik xəstəliyi, Ateroskierotik kardioskleroz Xroniki böyrək xəstəliyi İİİ mərhələ, X.B.Ç-İİİ dərəcə.Stenokardiyanın digər formaları. Gərginlik stenokardiyası F.S-İİİ.Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər. Tüpürcək vəzisinin adenoması cərrahi əməliyyatdan sonrakı vəziyyət.Digər xroniki pankreatitlər, xroniki pankreatitlərHipertenziv ensefalopatiya, dissirkulyator ensofalopatiya.Qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqlar, Q.D.Ç- İİ, Əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti: xx.xx.2022, Əlillik səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar əlillik. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli, 2430 nömrəli məktubunda qeyd edilmişdir ki, Sizin xx.xx.2022-ci il tarixli 1632 nömrəli məktubunuz Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən araşdırılmışdır. Araşdırmanın nəticəsi kimi bildirirəm. 1. Ehtiyatda olan polkovnik-leytenant İddiaçı 2012 və 2013-cü il tarixlərdə dispanser müayinəsindək keçmiş və ona “İnsulindən asılı olmayan şəkərli diabet tip İİ kompensə mərhələsində. Hipertnoniya xəsəliyi İ (birinci) mərhələ. Vertebrogen mənşəli servikoalgiya. Vertebrogen mənşəli lumbalgiya, natamm remissiya mərhələsində. Böyrək daşı xəstəliyi. Sol böyrəyin hidronefrozu. Sol diz oynağının osteoartrozu. Xroniki hemerroy. Hər iki gözün zəif dərəcəli makulopatiyası” diaqnozları qoyularaq dispanser qeydiyyatına götürülmüşdür. xx.xx.2014-cü il tarixədə “Hərbi xidmətkeçmə haqında Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) AR MN-nin 0707 saylı xx.xx.2014-cü il tarixli əmri İlə ehtiyata buraxılmışdır. 2. İddiaçı 2012 və 2013-cü il tarixlərdə hərbi xidmətə yarlılıq kateqoriyasının təyin olunması üçün hərbi həkim komissiyasına göndərilmiş olsa idi o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin”“Xəstəliklər cədvəli”nin 43 ”c” və 13 ”c” maddələrinin İİİ qrafasına əsasən “Sıradankənar hərbi xidmətə yararlı” sayılardı. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi xx.xx.20220-ci il tarixli, 1/M-5770 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının müdafiə nazirinə ünvanladığınız ərizəyə (Azərbaycan Respublikası müdafiə nazirinin 9 aprel 2013-cü il tarixli müvafiq əmrinin dəyişdirilməsi barədə) Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsində və Hüquq İdarəsində baxılmışdır. Məlumat üçün bildirirəm ki, Sizin xidmət yerinizin dəyişdirilməsi barədə Silahlı Qüvvələrin Baş İnspeksiyası rəisinin təqdimatında son illər şəkərli diabet xəstəliyi ilə əlaqədar vəzifənizi keyfiyyətlə yerinə yetirməkdə çətinlik çəkdiyinizi, Baş İnspeksiyada uzun müddət (8 il 8 ay) xidmət etməyinizi nəzərə alaraq inspeksiya yoxlamaları ilə əlaqədar olmayan, müvafiq hərbi hissələrdən birində ixtisasınıza uyğun olan bərabər vəzifəyə təyin edilməyinizin məqsədəuyğun olduğu göstərilmiş, lakin hərbi qulluqçunun xidmət yerinin dəyişdirilməsi əsası kimi xəstəliyi təsdiq edən sənədlər (xəstəlik epikrizi, hərbi-həkim komissiyasının rəyi və sair) əlavə edilməmiş və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin “b” bəndinə müvafiq olaraq vəsatət qaldırılmışdır. Əlavə olaraq bildirirəm ki, Azərbaycan Respublikası müdafiə nazirinin 9 aprel 2013-cü il tarixli müvafiq əmrin verildiyi dövrdə xəstəliyi təsdiq edən müvafiq tibbi sənədlər təqdim edildiyi halda sözü gedən əmrin dəyişdirilməsi məsələsinə baxıla bilər. İş materiallarına əlavə edilmiş 566 nömrəli, 26 fevral 2015-ci il tarixli X1 qeyd edilmişdir ki, İddiaçı xx.xx.2014-cü il tarixdən Azərbaycan Respublikasının Müdafiə nazirinin əmrinə əsasən hərbi xidmətdən ehtiyata buraxılmışdır. Əvvəllər şəhadətləndirilməmişdir. İnsulindən asılı olmayan şəkərli diabet, tip 11 orta ağır gedişli, subkompensə mərhələsində. Mülayim dərəcədə ifadə olunmuş diabetik polineyropatiya. İlər iki gözün diabetik angiopatiyası. İkinci dərəcəli ulimentar-konstitusional piylənmə (BÇİ- 32.8). Qaraciyərin mülayim dərəcəli piy distrofiyası. funksiyanın pozıdmaması ilə. Hipertoniya xəstəliyi / (birinci) mərhələ. Hər iki gözün başlanğıc katcıraktası. Sol diz oynağının ilkin mərhələdə olan deformasiyaedici osteoartrozu. funksiyanın pozıdmaması ilə. Xroniki kom binə olunmuş babasifremissiya mərhələsində. Sol böyrəyin solitar kistası, böyrəklərin funksiyasının pozıdmaması ilə. Sidik turşulu diatez. Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-25-4/2-609/2024 nömrəli məktubu ilə göndərilmiş sənədlərdən görünür ki: -Azərbaycan Respublikası Müdafiə Nazirinin 0112 nömrəli xx.xx.2013-cü il tarixli Əmrindən çıxarışda qeyd edilmişdir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinə müvafiq olaraq, aşağıda adları çəkilən zabitlər tutduqları vəzifələrdən azad edilsinlər və təyin olunsunlar: 1. Polkovnik-leytenant İddiaçı, Silahlı Qüvvələrin Baş İnspeksiyasının Döyüş və döyüş təminatı şöbəsinin baş zabiti - inspektor - silahli qüvvələrin təlim və X2 kafedrasinin motoatıcı ixtisaslar silsiləsinin baş müəllimi. -xx.xx.2013-cü il tarixli, MN-0112 nömrəli İddiaçı barəsində Təqdimatda qeyd edilmişdir ki, Müdafiə nazirinin 00110 saylı xx.xx.2012-ci il tarixli əmrinin tələblərinin yerinə yetirilməsi məqsədi ilə polkovnik-leytenant İddiaçı Vaqiv oğlu «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 78-ci maddəsinin «b» bəndinə müvafiq olaraq başqa hərbi hissədə ixtisasına uyğun bərabər vəzifəyə təyin olunması üçün təqdim olunur. 8 il 8 aydır Silahlı Qüvvələrin Baş İnspeksiyasında xidmət edir. xx.xx.2004-cü il tarixdən Silahlı Qüvvələrin Baş İnspeksiyasında xidmət etdiyi vaxtdan özünü işgüzar zabit kimi göstərməyə çalışmışdır. Qarşısında duran tapşırığın məsuliyyətini dərk edir, Silahlı Qüvvələrin nizamnamələrini və rəhbər sənədlərin tələblərini bilir. İxtisası üzrə inspeksiya oxlamasını rəhbər sənədlərin, əmr və göstərişlərin tələbləri əsasında aparmağa alışır. Son illər şəkərli diabet xəstəliyi ilə əlaqədar vəzifəsini keyfiyyətlə yerinə yetirməkdə çətinlik çəkir. Silahlı Qüvvələrin Baş İnspeksiyada (8 il 8 ay) uzun müddət xidmət etməsini nəzərə alaraq inspeksiya yoxlamaları ilə əlaqədar olmayan müvafıq hərbi hissələrdən birində ixtisasına uyğun olan bərabər vəzifəyə təyin olunması məqsədəuyğundur. Son illər ərzində xidməti keyfiyyətinə və davranışına görə attestasiya bal 45 baldan 138 bala qədər endirilib. Boyu 180 sm. çəkisi 95 kq. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-25-1/2-M-102-1/2023 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının müdafiə nazirinə ünvanladığınız ərizəyə (Azərbaycan Respublikası müdafiə nazirinin 9 aprel 2013-cü il tarixli müvafiq əmrində dəyişiklik edilməsi barədə) Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsində və Hüquq İdarəsində baxılmışdır. Məlumat üçün bildirirəm ki, xidmət üzrə yerdəyişmə ilə bağlı Silahlı Qüvvələrin Baş İnspeksiyası rəisinin 22 mart 2013-cü il tarixli təqdimatından müəyyən edilmişdir ki, Azərbaycan Respublikası müdafiə nazirinin 27 noyabr 2012-ci il tarixli müvafiq əmrinin tələblərinin yerinə yetirilməsi məqsədilə, Sizin Silahlı Qüvvələrin Baş İnspeksiyasında uzun müddət (8 il 8 ay) xidmət etməyiniz nəzərə alınaraq, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin “b” (bərabər vəzifəyə) bəndinə əsasən başqa hərbi hissədə hərbi ixtisasınıza uyğun müvafiq vəzifəyə təyin olunmağınız üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmış və Silahlı Qüvvələrin Təlim və X3 kafedrasının motoatıcı ixtisaslar silsiləsinin baş müəllimi vəzifəsinə təyin olunmağınız barədə müdafiə nazirinin müavini tərəfindən rəy bildirilmişdir. Yuxarıda qeyd olunanların əsasında Siz, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin “b” (bərabər vəzifəyə) bəndinə uyğun olaraq, Azərbaycan Respublikası müdafiə nazirinin 09 aprel 2013-cü il tarixli müvafiq əmri ilə tutduğunuz vəzifədən azad edilərək Silahlı Qüvvələrin Təlim və X3 kafedrasının motoatıcı ixtisaslar silsiləsinin baş müəllimi vəzifəsinə təyin olunmuşunuz. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 72-ci maddəsinin “z” bəndinə əsasən səhhətinə görə xidmət yerinin dəyişilməsinə ehtiyacı olan hərbi qulluqçuların xidmət üzrə başqa yerə dəyişilməsi onların raportları və hərbi həkim komissiyasının rəyi əsasında müvafiq rəislərin qərarı ilə həyata keçirilir. Həmçinin bu maddədə bildirilir ki, xidmət üzrə yerdəyişmənin zəruriliyi haqqında rəy hərbi-həkim komissiyaları tərəfindən verilir. Hərbi qulluqçuların səhhəti ilə əlaqədar bir hərbi hissədən başqa hərbi hissəyə keçirilməsi həmin Əsasnamənin 82-ci maddəsinin “a” (hərbi həkim komissiyasının rəyi ilə səhhətinə görə vəzifələrini yerinə yetirmək, yaxud həmin ərazidə xidmət etmək hərbi qulluqçunun səhhətinə əks- göstəriş olduqda) bəndinə əsasən həyata keçirilir. Təqdimatda Sizin son illər şəkərli diabet xəstəliyi ilə əlaqədar vəzifənizi keyfiyyətlə yerinə yetriməkdə çətinlik çəkməyiniz göstərilsə də, bu barədə raportunuzda xəstəliyinizi təsdiq edən hərbi həkim komissiyasının rəyi əlavə edilməmiş və səhhətiniz ilə əlaqədar olaraq xidməti mənafeyi naminə yerdəyişmənin zəruri olduğu təqdimatın nəticə hissəsində qeyd olunmamışdır. Qeyd olunanlardan görünür ki, Sizin xidmət üzrə yerdəyişmənizin səbəbi səhhətiniz ilə əlaqədar xidməti mənafeyi naminə deyil, uzun müddət Baş İnspeksiyada həqiqi hərbi xidmət keçməyiniz olmuşdur. Habelə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. İnzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzürlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir. Sizin xidmət üzrə yerdəyişməyinizdən 9 ildən artıq müddət keçməsini və şikayət verilməsi ilə bağlı müddətin üzürlü səbəblərdən buraxılmadığını nəzərə alaraq, habelə xidmət üzrə yerdəyişmə zamanı qanunvericiliyin pozulması halları aşkar edilmədiyindən, sözügedən əmrdə müvafiq dəyişikliyin edilməsi üçün əsas yoxdur. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. -32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iş üzrə iddiaçının əmrin dəyişdirilməsi tələbi İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinin tələbinə uyğun olaraq mübahisələndirmə haqqında iddia növü ilə tənzimlənir. Həmin iddia növünə münasibətdə yoxlanılmalı olan xüsusi mümkünlük şərti iddia müddətinə əməl edilib-edilməməsidir. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsinə dair sübutetmə yükü iddiaçının üzərinə düşür. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. -64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. -71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. -72.1-ci maddəsinə görə inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Sadalanan normalardan müəyyən olunur ki, mübahisələndirmə haqqında iddia “İnzibati icraat haqqında” Qanunun 62-ci maddəsindəki qaydalar əsas götürülməklə, inzibati akt haqqında məlumat verildiyi vaxtdan 30 gün müddətində və ya inzibati şikayət icraatı həyata keçirilən zaman şikayət instansiyası qərarının təqdim edildiyi vaxtdan 30 gün müddətində qaldırılmalıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı mübahisələndirdiyi əmrin dəyişdirilməsinə dair iddianı qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə vermişdir. Sözügedən 0112 nömrəli xx.xx.2013-cü il tarixli əmr barədə iddiaçının uzun müddət əvvəl məlumatlı olmasını təsdiq edən təkzibedilməz sübutlar vardır. Belə ki, iddiaçı xx.xx.2004-cü il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş İnspeksiyasında döyüş və döyüş təminatı şöbəsinin baş zabiti inspektor vəzifəsinə təyin edilmiş, Silahlı Qüvvələrin Baş İnspeksiyasında uzun müddət (8 il 8 ay) xidmət etməyi nəzərə alınaraq “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin “b” bəndinə əsasən başqa hərbi hissədə hərbi ixtisasına uyğun olaraq vəzifəyə təyin olunmağı üçün Silahlı Qüvvələrin Baş İnspeksiyasının rəisi tərəfindən xx.xx.2013-cü il tarixdə təqdimat verilmiş, iddiaçının Silahlı Qüvvələrin Təlim və X2 kafedrasının motoatıcı ixtisaslar silsiləsinin baş müəllimi vəzifəsinə təyin olunmağı barədə vəsatət qaldırılmış, Müdafiə nazirinin müavini tərəfindən qeyd edilən təqdimata dair rəy verilmiş və nəticədə Azərbaycan Respublikası müdafiə nazirinin 09 aprel 2013-cü il tarixli 0112 nömrəli əmri ilə tutduğu vəzifədən azad edilərək Silahlı Qüvvələrin Təlim və X2 kafedrasınının motoatıcı ixtisaslar silsiləsinin baş müəllimi vəzifəsinə təyin olunmuşdur. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin 04 oktyabr 2014-cü il tarixli 0707 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) ümumqoşun kafedrasının motoatıcı ixtisaslar silsiləsinin baş müəllimi vəzifəsindən ehtiyata buraxılmış və ona tutduğu axırıncı vəzifənin təminat xərcliyi əsasında pensiya təyin edilmişdir. İddiaçı qeyd edir ki, Müdafiə Nazirinin qeyd olunan xx.xx.2013-cü il tarixli əmrində vəzifəsinin dəyişdirilməsinin səbəbi kimi planlı dəyişmə əsasında olması göstərildiyini, halbuki, vəzifəsinin dəyişdirilməsinin xəstəliyi ilə əlaqədar olduğunu lakin əmrdə müvafiq müddəa göstərilmədiyindən Müdafiə Nazirinin 04 oktyabr 2014-cü il tarixdə ümumqoşun kafedrasının motoatıcı ixtisaslar silsiləsinin baş müəllimi vəzifəsindən ehtiyata buraxılmaqla həmin vəzifənin vəzifə maaşı əsas götürülməklə pensiya təyin edilmişdir. Hazırkı iddiasında iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 20.18-ci maddəsi ilə nəzərdə tutulmuş mövqedən çıxış edərək (səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır.) Müdafiə Nazirinin xx.xx.2013-cü il tarixli 0112 nömrəli əmrinə dəyişiklik edilməsini, əmrin silahlı qüvvələrin təlim və X2 kafedrasinin motoatıcı ixtisaslar silsiləsinin baş müəllimi vəzifəsinə təyin edilməsinin əsası kimi “səhhəti ilə əlaqədar olaraq xidmət mənafeyi naminə” şəklində dəyişdirilməsini mübahisələndirir. Məhkəmə qeyd edir ki, hərbi qulluqçuya barəsində inzibati akt barədə məlumatlandırılması ona hərbi hissədə, şəxsi heyət arasında elan edilmə və bu barədə (məxfi əmrlərə münasibətdə) həm də həmin əmrlə tanış olma barədə xidməti vərəqəyə imza etməklə məlumat verilir. Odur ki, iddiaçı mübahisələndirdiyi əmrdən ən tezi xx.xx.2013-cü il tarixli əmrin verildiyi və həmin əmrlə təyinat vərəqəsi ilə müvafiq olaraq silahlı qüvvələrin təlim və tədris mərkəzinə hərbi xidməti davam etdirmək üçün getdiyi vaxtdan məlumatlı olmuşdur. Məhkəmə onu da qeyd edir ki, sözügedən əmrin verildiyi vaxt iddiaçı vəzifənin dəyişməsinə əsas kimi xəstəliyi olduğunu qeyd etsə də mübahisələndirilən əmrdə onun tibbi şəhadətləndirilməsinə istinad edilməmiş, iddiaçı əmrin qəbul edildiyi vaxt vəzifəsinin dəyişməsinin əsası kimi onun tibbi şəhadətləndirilməyə göndərilmədiyini bildiyi halda bunu mübahisələndirməmişdir. Eyni zamanda iddiaçının ehtiyata buraxılma əmri xx.xx.2014-cü il tarixli olmaqla Silahlı Qüvvələrdən tərxis edilmənin səbəbi xəstəliyi deyil, “yaşa görə” əsası olmuşdur. Təqdim edilmiş xx.xx.2015-ci il tarixli 566 nömrəli X1 iddiaçının əvvəllər şəhadətləndirilmədiyi, yalnız tərxis olunduqdan sonra 2015-ci il tarixdə şəhadətləndirildiyi qeyd edilmişdir. Hətta iddiaçının təqdim etdiyi MN Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022ci il tarixdə məktubunda da iddiaçının İddiaçı 2012 və 2013-cü il tarixlərdə hərbi xidmətə yararlılığının müəyyən edilməsi üçün tibbi şəhadətləndirilməyə göndərilmədiyi, göndərilmiş olsa idi sıradankənar hərbi xidmətə yararlı olduğu qeyd edilmişdir. Beləliklə, yuxarıda qeyd edilənlər, iddiaçının müvafiq əmrin verildiyi vaxt şəhadətləndirilməməsi, yalnız tərxis olunduqdan sonra şəhadətləndirilməsi də onu deməyə əsas verir ki, iddiaçı xx.xx.2013-cü il əmri ilə başqa vəzifəyə keçirilmə səbəbinin xəstəliyi ilə əlaqədar olmaması barədə elə həmin əmrin verildiyi vaxtdan məlumatlı olmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sözügedən əmrin rəsmi olaraq təqdim olunmaması halı iddianın mümkün sayılmamasına mane təşkil etmir. Nəzərə almaq lazımdır ki, İPM-in 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə, “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Bu mövqeyinə uyğun olaraq hesab edir ki, yuxarıda sadalanmış təkzibedilməz sübutlar iddiaçının 30 günlük iddia müddətini ötürdüyünü mübahisəsiz təsdiq edir. Göründüyü kimi iddiaçı barəsində qəbul edilmiş inzibati aktdan xx.xx.2013-cü il tarixdən məlumatlı olduğu vaxtdan qanunla nəzərdə tutulmuş 30 günlük iddia müddətini hər iki halda ötürməklə məhkəmədə iddia qaldırmışdır. İnzibati Prosessual Məcəllənin: -22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. -24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. -24.2-ci maddəsinə görə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. -24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə iddia tələbi üzrə müddətin ötürülməsindən 10 ilə yaxın vaxt keçdiyini nəzərə alaraq iddiaçıya müddətin bərpası barədə ərizənin təqdim edilməsi barədə hüquqi yardım göstərilməsinə zərurət görməmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə təsbit olunan müddətlərin, o cümlədən məhkəmədə iddia qaldırmaq üçün müəyyən olunan müddətlərin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir; ikinci, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan iddianın müddətinə dair mümkünlük şərti ödənilmədiyindən iddia mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "əmrin dəyişdirilməsi" tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-2373/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2373/2024
17.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver