Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2376/2020 29.07.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçı-İddiaçı nümayəndəsi-X1 iştirakı ilə, iddiaçı-İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı əlilliyin təyin olunma tarixinin dəyişdirilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı-İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə (bundan sonra mətndə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti) qarşı əlilliyin təyin olunma tarixinin dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 29.11.2019-cu il tarixli **********3 saylı imtinasının qanunsuz hesab edilməsi və cavabdehin 31.07.2018-ci il tarixli qərarı ilə ona beş il müddətinə təyin olunmuş İİ dərəcəli əlillik müddətinin (21.06.2018-ci il tarixdən) 18 yaşı tamam olduğu vaxtdan, yəni 29.11.2017-ci il tarixdən 21.06.2018-ci il tarixədək də hesab edilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı nümayəndəsi-X3 Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 31 iyul 2018-ci il tarixli qərarı ilə İddiaçı 21.06.2018-ci il tarixdən 5 (beş) il müddətinə təyin olunmuş İİ dərəcəli əlillik müddətinin onun 18 yaşı tamam olduğu tarixdən, yəni 29.11.2017-ci il tarixdən müəyyən edilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, xx.xx.1999-cu ildə Bakı şəhərində doğulmuş, atası bir neçə il bundan əvvəl ölmüşdür. Uşaqlıqdan gözləri zəif gördüyündən xəstəliyi ilə əlaqədar olaraq 18 yaşı tamam olanadək onun üçün anasına sosial müavinət ödənilmişdir. Bu fakt ƏƏSMN yanında fəaliyyət göstərən 4 saylı zona Tibbi Sosial Ekspert Komissiyasının 04.11.2011-ci il tarixli arayışı (SER TSE-01 № 081210) ilə təsdiq olunur. Həmin arayışla gözlərinin zəifliyi ilə əlaqədar sağlamlığının məhdudlaşması 3 il müddətinədək (04.10.2013-cü ilədək) müəyyən edilmişdir. Növbəti dəfə həmin müddət 4 saylı Tibbi Sosial Ekspert Komissiyasının 08.10.2013-cü il tarixli arayışı (SER TSE -01 №011478) ilə gözlərinin zəif görməsi ilə əlaqədar sağlamlıq imkanlarının məhdud olması müddəti 18 yaşı tamam olanadək müəyyən olunmuşdur. 18 yaşı tamam olduqdan sonra, yəni 29.11.2017-ci ildən sonra göz xəstəliyi ilə əlaqədar olaraq əlillik dərəcəsinin müəyyən olunması barədə yaşayış yeri üzrə poliklinikaya müraciət etmişdir. Poliklinikadan 88 saylı formada arayışı əlillik dərəcəsinin təyin olunması üçün 07.12.2017-ci il tarixdə Tibbi sosial Ekspert Komissiyasına elektron qaydada göndərmiş, lakin ona əlillik müəyyən edilməmişdir. Bundan sonra yenidən əlillik dərəcəsinin müəyyən olunması ilə əlaqədar olaraq təkrarən müraciət etmişdir, lakin sənədləri cavabdehə vaxtında təqdim olunmamış və nəticədə 18 yaşı tamam olduqdan 7-8 ay sonra cavabdeh tərəfindən ona 2-ci dərəcəli əlillik müəyyən olunmuşdur. Cavabdeh tərəfindən qəbul olunmuş 31.07.2018-ci il tarixli qərarla ona gözdən 21.06.2018-ci il tarixdən başlayaraq, 5 il müddətində gözdən əlillik diaqnozu ilə 2-ci dərəcəli əlillik təyin edilmişdir. Həmin tarixdən (21.06.2018-ci ildən) başlayaraq ona sosial müavinətin ödənişi davam olunmuşdur. Lakin arada qalan 7 ay (29.11.2017-ci ildən 21.06.2018-ci il tarixədək) müddət üçün ona pensiya ödənilməmişdir. Bu barədə cavabdehə etdiyi müraciətləri müsbət həll olunmamışdır. Sonuncu dəfə 29.11.2019-cu il tarixli, 194.30129973 saylı məktubla həmin müddətin bərpa olunmasından imtina edilmişdir. Əlilliyinin davamlı olmasını, yəni 18 yaşınadək də eyni xəstəliklə (görmə qabiliyyətinin zəif olması) əlaqədar ona 21.06.2018-ci ildə gözlərinin zəif görməsi ilə əlaqədar olaraq 2-ci dərəcəli əlillik verilməsini və bu səbəbdən də əlillik müddətinin 18 yaşı tamam olduğu vaxtdan, yəni 29.11.2017-ci ildən hesab edilməsini xahiş etmişdir. Lakin cavabdeh 29.11.2019-cu il tarixli, **********3 saylı məktubla imtina etmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, “Araşdırma göstərmişdir ki, əlillik vəziyyətiniz səhiyyə müəssisəsinin göndərişi əsasında 31.07.2018-ci il tarixdə qiymətlndirilmiş, ümumi səbəbdən beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə ”nin 4.26. bəndinə müvafiq olaraq “Əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır ”.Hesab edir ki, imtina əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 22.01.2020-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında göstərmişdir ki, müəyyən olunmuşdur ki, İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin 07.12.2017-ci il tarixli 2749003AACXU saylı göndərişi əsasında 07.12.2017-ci il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən 2749003AÄCXU saylı göndərişin təhlili göstərdi ki, əsas xəstəlik kimi “Astiqmatizm, Vizus OU = 0.03 k. ilə 0.1 (onda bir) Mürəkkəb miopik astiqmatizim. Sağda 5.0 və 7.0 D , solda 4 0 və 5.0 D ” diaqnozu göstərilmişdir. Göndərişdə qeyd edilən görmə itiliyi Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və-sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq əlilliyintəyininə əsas vermir. Buna görə də əlillik təyininatı aparmaq mümkün olmamış və əsaslı olaraq diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar verilmişdir.İddiaçı əlillik vəziyyəti növbəti dəfə səhiyyə müəssisəsinin 20.06.2018-ci il tarixli 2749003AAC2U saylı göndərişi əsasında 31.07.2018-ci il tarixdə şəxsin iştirakı olmadan qiymətləndirilmiş və ümumi xəstəlik-gözdən əlil səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən 2749003AAC2U saylı göndərişdə əsas xəstəlik kimi “Arxa qütbün və ləkənin degenerasiyası, OU Makulodistrofiya . Vizus OD=0,04 k.i 0.07 ( yüzdə yeddi) Vizus OS =0,02 k.i 0.06 ( yüzdə altı)” diaqnozu göstərilmişdir. Qeyd edilmiş görmə itiliyi Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.10-cu bəndinə görə (hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması) ikinci dərəcə əlilliyin təyininə əsas verdiyinə görə 31.07.2018-ci il tarixdə təyin edilmiş ikinci dərəcə əlillik qanunauyğundur 31.07.2018-ci il tarixdən sonrakı dövr ərzində iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsinə dair Əlillik altsistemində məlumat aşkar edilmir. Qərar verilən vaxt qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbisosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 4.26. bəndinə müvafiq olaraq “Əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır”. Həmçinin hazırda qüvvədə olan Naziriər Kabinetinin 16 yanvar 2020-ci li tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.7.bəndinə əsasən “Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir” Qeyd edilənləri nəzərə alaraq İddiaçı əlilliyin təyini istiqamətində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti və tabeli tibbi-sosial ekspert komissiyaları tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin iddiaçı qarşısında icra olunmamış hər hansı öhdəliyi yoxdur 29 iyul 2020-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi-X3 iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin nümayəndəsi X7 məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən etirazda qeyd olunanların nəzərə alınaraq İddiaçı iddiasının təmin olunmaması haqqında qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: - iddiaçıya məxsus AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1999-cu ildə Bakı şəhərində doğulmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müvafiq olaraq 3 və 4 saylı Tibbi Sosial Ekspert Komissiyaları tərəfindən verilmiş 03.10.2010-cu il tarixli, SER TSE-01 № 016153 saylı; 04.10.2011-ci il tarixli, SER TSE-01 № 821210 saylı və 08.10.2013-cu il tarixli, SER TSE-01 № 011478 saylı arayışlardan müəyyən olunur ki, 110, 258 və 304 №li müayinə aktlarına əsasən (sonuncu dəfə 18 yaşa qədər) İddiaçı uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarının 2.2.1 və 4.5-ci bəndlərinə uyğun olduğu müəyyən olunmuşdur. - Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən X2 ünvanlanmış **********1 №li 25 dekabr 2017-ci il tarixli məktubda göstərilmişdir ki, vətəndaşlara əlillik səhiyyə müəssisəsinin göndərişi (88 №li forma) olduğu halda Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən onlayn rejimdə müəyyən edilir. Göndəriş (88 №li forma) elektron sənəd formasında olduğu üçün hər hansı dəyişikliyin aparılması texniki və hüquqi cəhətdən mümkün deyil. Araşdırma göstərmişdir ki, İddiaçı 07.12.2017-ci il tarixdə Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən TSERAS üzərindən onlayn rejimdə əlillik müəyyən edilməmişdir. İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsi tərəfindən göndəriş (88 №li forma) verildiyi halda Nazirlər Kabinetinin 11 noyabr 2016-cı il tarixli 446 nömrəli qərarına uyğun olaraq özünün iştirakı olmadan Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən TSERAS üzərindən adsızlaşdırılmış sənədlər əsasında qiymətləndiriləcək. - Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən səhiyyə müəssisəsinin 20.06.2018-ci il tarixli 2749003AAC2U saylı göndərişi əsasında 31.07.2018-ci il tarixdə İddiaçı 21.06.2018-ci il tarixdən növbəti müayinə tarixi 21.06.2023cü il olmaqla ümumi xəstəlik-gözdən əlillik səbəbi ilə ikinci qrup əlillik dərəcəsi təyin edilmişdir. Hazırdaiddiaçı əlillik müddətinin onun 18 yaşı tamam olduğu, yəni 29.11.2017-ci il tarixdən müəyyən edilməsini istəyir. İşmateriallarındangörünürki, iddiaçıbununlabağlı cavabdehə ərizə ilə müraciət etmişdir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 29.11.2019-cu il tarixli **********3 №-li məktubla imtina etmişdir. Cavabdeh inzibati orqan imtinanı onunla əsaslandırmışdır ki, araşdırma göstərmişdir ki, müraciətçinin əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında 31.07.2018-ci il tarixdə qiymətləndirilmiş ümumi səbəbdən beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbisosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 4.26 bəndinə müvafiq olaraq “Əlilliyin təyin olunma tarixi TSEK-n qərarının qəbul edildiyi tarixdən hesablanır”. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Bakı şəhər Baş Səhiyyə İdarəsi 11 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş 1254 №li 04 may 2020-ci il tarixli məktubda göstərilmişdir ki, ərizəçi ünvan 2 ünvanda yaşayan Gülnarə Əzizbəyovanın oğlu 1999-cu il təvəllüdlü İddiaçı uşaq poliklinikasında qeydiyyatda olarkən göz xəstəliyi ilə əlaqədar müavinat almışdır. 18 yaşı tamam olarkən İddiaçı köçürülmə epiqrizi ilə 11 nömrəli poliklinikada 2017-ci ildə dispanser qeydiyyatına götürülərək diaqnozu təsdiqləmək məqsədilə Z.Əliyeva adına MOM-da müayinə və müalicə tövşiyə olunmuşdur. Lakin anası Əzizbəyova Gülnar müayinələrdən imtina etmiş və TSEK-ya göndəriş tələb etmişdir. 07.12.2017-ci ildə İddiaçı sənədləri TSEK-ya göndərilmişdir və "əlillik dərəcəsi təyin etməyinə əsas vermir" rəyi alınmışdır. 2018-ci ildə xəstə təkrarən Z.Əliyeva adma MOM-da müayinə olunmuş və 20.06.2018-ci ildə xəstəyə forma-88 "arxa qütbün və ləkənin degenerasiyası, OU Makulodistrofıya, vizus OD=0.04 k.i 0.07 (yüzdə yeddi).Vizus OS=0.02 k.i 0.06 (yüzdə altı) "diaqnozu ilə TSEK-ya göndərilmişdir, qeyd etmək lazımdır ki, bu formaya TSEK-dan onlayn sistemi ilə iki cavab gəlmişdir; birinci cavab iyun ayında- "Əlillik təyin olunmayıb, əlavə müalicəyə ehtiyacın olması, əlavə oftalmoloqun müayinəsinə ehtiyac var", ikinci isə iyul ayında- "İİ qrup əlillik təyin olunub" cavabı gəlmişdir. Aşağıda qeyd olunan əsaslara görə məhkəmə cavabdeh inzibati orqanın imtinasını əsassız hesab edir. İddiaçıya əlillik təyin olunan zaman qüvvədə oilmuş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə” təsdiq edilmiş və Əsasnamədə aşağıdakılar müəyyən olunmuşdur: - 1.4-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını TSEK (tibbi-sosial ekspert komissiyaları) və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir; - 4.1-cü bəndinə əsaəsn, şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır; - 4.3-cü bəndinə əsasən, göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir; - 4.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə və “Vətəndaşın Elektron Sağlamlıq Kartı Sistemi”nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışı təmin edilir. - 4.9-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X4 Sosial Ekspertiza və X6 (bundan sonra — TSERAS) ötürülür; - 4.23-ci bəndinə əsasən, mürəkkəb ekspertiza, əlillik dərəcəsinin ağırlaşması, TSEK-in çıxaracağı qərarla konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları, Xidmət tərəfindən müayinənin keçirilməsini zəruri edən səbəbləri qeyd etməklə, TSERAS-a daxil edir. TSERAS tərəfindən bu məlumatlar həmin gün Xidmətə ötürülür; - 4.24-ci bəndinə əsasən, Xidmət bu Əsasnamənin 4.23-cü bəndində göstərilən hallar üzrə TSEK-in müraciəti əsasında növbəti iş günü araşdırma aparmaqla, qərar qəbul edir, bu barədə məlumatı dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək TSERAS-a daxil edir. Göstərilmiş tələblərin ümumiləşdirilmiş nəticəsinə görə, şəxsin əlillik dərəcəsi TSEK və müəyyən edilmiş hallarda TSEK-in funksiyalarını həyata keçirən Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidməti müəyyən edir. İlk əvvəl şəxsin əlilliyin qiymətləndirilməsi üçün müvafi dövlət səhiyyə müəssisəsi göndəriş tərtib etməli və onu “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil etməlidir. - 4.25-ci bəndinə əsasən araşdırma şəxsin iştirakı ilə müayinə aparılması zərurəti yaradarsa, Xidmət TSERAS-dan müraciət daxil olduğu gün şəxsin əks əlaqə vasitələrinin birinə TSERAS vasitəsilə müayinə vaxtı və yeri barədə məlumat göndərir və ya bildirir. Şəxs Xidmətə gəldiyi gün müayinə olunur, müvafiq qərar qəbul edilir və bu barədə məlumat dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək şəxsə bildirilərək TSERAS-a daxil edilir. - 4.26-cı bəndinə əsasənəlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. İş materiallarından da göründüyü kimi 1999-cu il təvəllüdlü İddiaçı uşaq poliklinikasında qeydiyyatda olarkən 18 yaşı tamam olanadək göz xəstəliyi ilə əlaqədar müavinat ödənilmiş, səhiyyə müəssisəsi tərəfindən 07.12.2017-ci ildə İddiaçı sənədləri TSEK-ya göndərilmiş və sonuncu tərəfindən "əlillik dərəcəsi təyin etməyinə əsas vermir" rəyi verilmişdir. 2018-ci ildə iddiaçı təkrarən Z.Əliyeva adına MOM-da müayinə olunmuş və 20.06.2018-ci ildə xəstəyə forma-88 "arxa qütbün və ləkənin degenerasiyası, OU Makulodistrofıya, vizus OD=0.04 k.i 0.07 (yüzdə yeddi).Vizus OS=0.02 k.i 0.06 (yüzdə altı) "diaqnozu ilə TSEK-ya göndərilmiş, sonuncu forma №88-ə TSEK-dan onlayn sistemi ilə iki cavab verilmişdir; iyun ayında verilmiş birinci cavabda -"Əlillik təyin olunmayıb, əlavə müalicəyə ehtiyacın olması, əlavə oftalmoloqun müayinəsinə ehtiyac var"; iyul ayında verilmiş ikinci cavbda isə- "İİ qrup əlillik təyin olunub" qeyd olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbisosial ekspert komissiyaları haqqında Əsasnamə” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM- 73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçı xx.xx.1999-cu ildə Bakı şəhərində doğulmuş İddiaçı 31 iyul 2018-ci il tarixli qərarla 21.06.2018-ci il tarixdən 5 (beş) il müddətinə təyin olunmuş İİ dərəcəli əlilliyin təyin olunması tarixinin onun 18 yaşı tamam olduğu tarixdən, yəni 29.11.2017-ci il tarixdən müəyyən edilməsi vəzifəsi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1999-cu ildə Bakı şəhərində doğulmuş İddiaçı 31 iyul 2018-ci il tarixli qərarla 21.06.2018-ci il tarixdən 5 (beş) il müddətinə təyin olunmuş İİ dərəcəli əlilliyin təyin olunması tarixinin onun 18 yaşı tamam olduğu tarixdən, yəni 29.11.2017-ci il tarixdən müəyyən edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-2376/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2376/2020
29.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver