Məhkəmə qərarları › İş №2-1(112)-2377/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2377/2020

14.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2377/2020 14.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, üçüncü şəxsin nümayəndəsi XN iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X7 X5 İdarəsi) “məlumat vərəqəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xəstəlikləri ilə bağlı birdəfəlik pul kompensasiyasının ödənilməsi, müharibə veteranı adı və vəsiqəsinin verilməsi, evlə təmin olunması, pensiya təqaüdünün verilməsi, hərbiçilər üçün nəzərdə tutulmuş bütün haqların verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X7 X5 İdarəsi üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona xidmət ilinə görə pensiya təyin edilməsi üçün müvafiq məlumat vərəqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, 1991-ci il may ayından 1993-cü il avqust ayına qədər Cəlilabad rayon Cəfərxanlı kəndində V.Məmmədov adına sovxozda fəhlə işləmişdir. 1993-cü ildən N013-cü ilədək Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin bir neçə hərbi hissələrində xidmət etmişdir. Xidməti zamanı qüsursuz xidmətə görə dəfələrlə yuxarı komandanlıq tərəfindən fəxmi fərman və medallarla təltif olunmuş, beynəlxalq döyüşçülərin tərkibində xarici dövlətlərdə iştirak etmişdir. N004-N005-ci illərdə kontigent komandirinin müavini vəzifəsində işləmişdir. N0 il xidməti zamanı 485 gün məzuniyyətsiz qüsursuz xidmət etmişdir. Mayor hərbi rütbəsində ordu sıralarından təxris olmuşdur. Xidmət ilinə görə ona pensiya təyin edilməsi üçün məlumat vərəqəsinin verilməsi üçün Müdafiə Nazirliyinə müraciət etsə də, müraciəti təmin edilməmişdir. Halbuki onun pensiya təyin edilməsinə imkan verən xidmət ili vardır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək N0 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının hərbi xidmətdən buraxılanadək xidmət illəri isə N0 təqvim ilindən azdır. Ona görə də iddia əsassızdır və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan İddiaçı məxsus AZE serialı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1974cü il tarixdə doğulmuşdur. İş materiallarında olan İddiaçı məxsus EZ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1993-cü ildən xx.xx.N01N-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur, xx.xx.N01N-ci ildə «Hərbi xidmətkeçmək haqqında Əsasnamə»nin 156-cı maddəsinin «E» bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.N0N0-ci il tarixli 1N/5NN nömrəli məktubda qeyd olunur: Sizin hərbi xidmət illəriniz təqvimlə – 19 il 04 ay 05 gün, xidmət illərinə güzəştli qaydada əlavə olunan müddət – 0 il 06 ay 17 gün, ümumi xidmət illəriniz isə 19 il 10 ay NN gün təşkil edir. Sizin xidmət illəriniz kifayət qədər, yəni N0 təqvim ili təşkil etmədiyi üçün təəssüf ki, Siz hərbi qulluqçu kimi xidmət illərinə görə əmək pensiyası hüququna malik deyilsiniz. İş materiallarında olan məhkəmə sorğusuna əsasən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi tərəfindən Hüquq İdarəsinə ünvanlanmış xx.xx.N0N0-ci il tarixli 1N/1996 nömrəli məktubda qeyd olunur: ehtiyatda olan mayor X8 xx xxxxxx 1993-cü il tarixdən xx xxxxxxxx 1997-ci il tarixədək Bakı Ali Hərbi X1 kursant kimi, xx xxxxxxxx 1997-ci il tarixdən xx xxxxxx N01N-ci il tarixədək isə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində zabit kimi həqiqi hərbi xidmətdə olmuşdur. O, Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxxxx N01N-ci il tarixli 0437 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndi (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılaraq hərbi hissə komandirinin xx xxxxxx N01N-ci il tarixli 359 nömrəli əmrinə əsasən həmin tarixdən şəxsi heyətinin siyahısından çıxarılmışdır. Ehtiyatda olan mayor İddiaçı xidmətdən buraxıldığı günə xidmət illəri: təqvimlə - 19 il 04 ay 05 gün, xidmət illərinə güzəştli qaydada əlavə olunan müddət 0 il 06 ay 17 gün, ümumi xidmət illəri isə 19 il 10 ay NN gün təşkil etmişdir. Ehtiyatda olan mayor X4 xidmət illəri kifayət qədər, yəni N0 təqvim ili təşkil etmədiyi üçün, o, hərbi qulluqçu kimi yaşa (xidmət illərinə) görə əmək pensiyası hüququna malik deyil. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsinə əsasən aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək N0 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.N. hərbi xidmətdən yaşa görə buraxılmış, N5 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 1N il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, N5 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 1N il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.4. hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı xx xxxxxx 1993-cü il tarixdən xx xxxxxx N01N-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. O, Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxxxx N01N-ci il tarixli 0437 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndi (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılaraq şəxsi heyətin siyahısından çıxarılmışdır. İddiaçının xidmətdən buraxıldığı günə xidmət illəri: təqvimlə - 19 il 04 ay 05 gün, xidmət illərinə güzəştli qaydada əlavə olunan müddət 0 il 06 ay 17 gün, ümumi xidmət illəri isə 19 il 10 ay NN gün təşkil edir. Göründüyü kimi, iddiaçı hərbi xidmətdən buraxılanadək onun xidmət illəri N0 təqvim ili təşkil etməmişdir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən isə görünür ki, hərbi xidmətdən buraxılanadək N0 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların hərbi qulluqçu kimi əmək pensiyası hüququ vardır. Məhkəmə hesab edir ki, iddiaçı hərbi xidmətdən buraxılanadək onun xidmət ili N0 təqvim ili təşkil etmədiyi üçün onun hərbi qulluqçu kimi əmək pensiyası hüququ yaranmamışdır. Bu səbəbdən də iddia əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N.N.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 5N-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.N-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N, 34, 5N, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X7 X5 İdarəsi) “məlumat vərəqəsinin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar