Məhkəmə qərarları › İş №2-1(112)-238/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-238/2022

24.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-238/2022 24.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Firmasının cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “maddi ziyanın ödənilməsi” iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı fırması cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının istifadəsində olan 0,133 ha torpaq sahəsinin dövlət ehtiyacı üçün alınmasına görə onun bazar dəyəri olan ******* (bir milyon üç yüz otuz min) manatın, ona 20% həcmində əlavə kompensasiya olan 266.000 (iki yüz altmış altı min) manatın, cəmi 1.596.000 (bir milyon beş yüz doxsan altı min) manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 22 aprel 1996-cı il tarixli, 495 saylı Sərəncamına əsasən Bakı şəhəri, Xətai rayonu, N.Rəfıyev küçəsi ilə Xəzər dənizinin sahil zolağının kəsişdiyi ərazidə yerləşən 0,133 ha topaq sahəsi "xxxx" Firmasına ayrılmışdır. İddiaçı qeyd edilən Sərəncama və Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin tərtib etdiyi 6/156 nömrəli, 9906 saylı İnşaat Pasportu əsasında ona ayrılmış ərazidə 667,5 kv.m qeyriyaşayış sahəsi inşa edib və orada 17 ildən çox müddətdə fəaliyyət göstərmişdir. 2013-cu ilin yay aylarında iddiaçıya məxsus qeyri-yaşayış sahəsi Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti (bundan sonra cavabdeh) tərəfindən sökülmüşdür. Cavabdeh söküntü işlərinin “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”nın və “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası qismində dövlət ehtiyacları üçün aparıldığını, iddiaçıya bununla bağlı kompensasiya ödəniləcəyini bildirmişdir. Torpaq sahəsi iddiaçının qanuni istifadəsində, onun üzərində inşa etdiyi qeyriyaşayış sahəsi isə iddiaçının sahibliyində və istifadəsində olmuşdur. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 64, 65-ci və başqa maddələrində əmlakın dövlət ehtiyacı üçun alınması zamanı ümumi istifadədə olan əmlaka görə də kompensasiyanın ödənilməsi nəzərdə tutulduğundan iddiaçıya həm torpaq sahəsinə, həm qeyri-yaşayış sahəsinə görə kompensasiya, həm də Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli Fərmanına əsasən həmin məbləğlərin (bazar dəyərinin) 20 faizi həcmində əlavə kompensasiya ödənilməli idi. İddiaçıya ödənilməli olan kompensasiya məbləğləri aşağıdakı kimi hesablanmalıdır: Torpaq sahəsinə görə kompensasiya: Torpaq sahəsinin hər kv m.-nin dəyəri 1000 (bir min) manat; 0,133 ha. = 1.330 kv m; 1 330 kv.m. x 1000 manat = 1 330 000 (bir milyon üç yüz otuz min) manat; 20% həcmində əlavə kompensasiya: 1 330.000 x 20% = 266 000 (iki yüz altmış altı min) manat. Cəmi: 1.330 000 + 266 000 = 1 596 000 (bir milyon beş yüz doxsan altı min) manat. Beləliklə, iddiaçıya ödənilməli olan kompensasiyanın məbləği 1.596.000 (bir milyon beş yüz doxsan altı min) manat təşkil edir. Lakin, iddiaçıya bu günə qədər heç bir kompensasiya ödənilməmişdir. Bu səbəbdən iddiaçı mütəmadi olaraq kompensasiyanın ödənilməsi ilə bağlı cavabdehə və başqa dövlət orqanlarına ərizələrlə müraciətlər etmişdir. Kompensasiyanın ödənilməsi ilə bağlı İddiaçı Firmasının rəhbərliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə etdiyi müraciətlərə Komitədən verilmiş 17 aprel 2018-ci il tarixli **********66 saylı, 18 may 2018ci il terıxli **********29 saylı və 25 noyabr 2019-cu il tarixli **********99 saylı məktublarla aşağıdakı kimi cavab verilmişidir: “Müraciətinizlə bağlı bildiririk ki, “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə tədbirlər Planı”nın və “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası olaraq 2013-cü ilin ikinci yarısında Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ilə Xəzər dənizi arasında Xəqani Rüstəmov küçəsinin kəsişməsinədək olan ərazidə yeni “Ağ şəhər bulvarı” və avtomobil yolu layihəsinin altına düşən müəssisə və obyektlər köçürüldüyündən özəl müəssisə və obyektlərin mülkiyyətçilərinə, İddiaçı firması da daxil olmaqla mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada kompensasiyanın ödənilməsi üçün obyektlərin siyahısı, ərazinin kadastr xəritəsi və digər zəruri sənədlər aidiyyəti üzrə Maliyyə Nazirliyinə və Xətai rayon icra hakimiyyətinə təqdim edilmişdir”. Məktublardan da göründüyü kimi AR Əmlak Məsələləri Dövlət Komitəsi iddiaçının kompensasiya almaq hüququnun olmasını qəbul etmiş, hətta kompensasiya məbləğinin ödənilməsi üçün müvafiq sənədləri Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim etmişdir. Eyni zamanda Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Azərbaycan Respublikası Baş Nazirinin müavininə ünvanladığı xx.xx.2015, xx.xx.2015-ci il tarixli və başqa çoxsaylı məktublarında qeyd edilən söküntü ilə bağlı iddiaçıya və əmlakı sökülmüş başqa şəxslərə kompensasiyanın ödənilməsi üçün dövlət büdcəsindən vəsaitin ayrılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin iddiaçıya və digər şəxslərə ünvanladığı 27 dekabr 2015-ci il tarixli, DX-03/xx-xx-1455 nömrəli məktubunda qeyd edilmişdir: “Sizin, “Ağ şəhər” bulvarı ərazisində mülkiyyətinizdə olan qeyri-yaşayış sahələrinin sökülməsi ilə bağlı kompensasiyanın ödənilməməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə ünvanlanmış və Nazirlər Kabinetinin müvafiq dərkənarı ilə icra üçün Maliyyə Nazirliyinə göndərilmiş kollektiv müraciətinizə Nazirliyin Dövlət Maliyyə Nəzarəti Xidmətində baxılmışdır. Məlumat üçün bildirik ki, “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2014-cü il tarixli 413 nömrəli Fərmanının 3.2-ci bəndi rəhbər tutularaq, kompensasiyanın ödənilməsi məqsədilə Bakı şəhəri Xətai rayon icra Hakimiyyətinə Maliyyə Nazirliyinin müvafiq əmri ilə dövlət büdcəsindən vəsait ayrılmışdır”. Göründüyü kimi müxtəlif dövlət orqanlarına ünvanladıqları məktubları ilə həm cavabdeh, həm Azərbaycan Respublikası Maliyyə Nazirliyi, həm də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi iddiaçının istifadəsində olan torpaq sahəsinin və inşa etdiyi qeyri-yaşayış sahəsinin dövlət ehtiyacları üçün alındığını və bunun qarşılığında iddiaçıya kompensasiya ödənilməli olmasını etiraf etmişlər. İddiaçı 20 oktyabr 2015-ci ildə 667.5 kv m qeyri-yaşayış sahəsinin bazar dəyərinin, Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-cı ıl tarixli Fərmanına əsasən həmin məbləğin (bazar dəyərinin) 20 faiz əlavə kompensasiyanın, 01 sentyabr 2013-cü ildən iş üzrə yekun qərar qəbul edilənədək keçən müddət üzrə əldən çıxmış faydanın, manatın devalvasiyaya uğraması nəticəsində bazar dəyərinin əlavə 100%-i və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 oktyabr 2016-cı il tarixli, 2-1 (82)-1601/2016 saylı qərarı ilə iddiaçının iddiası təmin edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir, hazırda iş apellyasiya instansiyası məhkəməsinin icraatındadır. Hesab edir ki, iddiaçının istifadəsində olan 0,133 ha. torpaq sahəsi və onun üzərində inşa etdiyi 667,5 kv.m qeyriyaşayış sahəsi dövlət ehtiyacı üçün alınsa da, iddiaçıya heç bir kompensasiyanın ödənilməməsi nəticəsində onun mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati - Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə göndərilmiş və cavabdehə iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim etdiyi etirazda göstərilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 225 saylı, 10 iyun 2013-cil il tarixli Sərəncamı ilə Bakı şəhərində sosial infrastrukturun daha da inkişaf etdirilməsi Milli parkın genişləndirilməsi, müasir tələblər səviyyəsində yenidən qurulması, ekoloji vəziyyətin saglamlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davam etdirilməsi ilə əlaqədar paytaxtda aparılan abadlıq və yeniqənqurma işlərinin tərkib hissəsi olaraq Xətai rayonunda da yolların, kommunikasiya xətlərinin və digər infrastruktur təminatının yaxşılaşdırılması üçün Bakı şəhəri Xətai rayonu Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında verləşən yaşayış və qeyri-vaşayış sahələrinin köçürülməsi zərurəti yaranmışdır. Bakı Beynəlxalq Dəniz Vağzalından Nobel pr-ti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsinə kimi olan ərazidə yeni bulvar və avtomobil yolunun tikintisi layihəsinin altına düşən müəssisə və obyektlərin köçürülməsi Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilmişdir. İş üzrə iddiaçının istifadəsində olan müəssisənin köçürülməsi də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilmiş və həmin komitənin təqdim etdiyi ilkin sənədlər əsasında Maliyyə Nazirliyinə göndərilərək vəsaitin ayrılması xahiş edilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyində ilkin sənədlər araşdırılmış və sökülmüş obyektlərə hüquq verən sənədlər təqdim olunaraq, 12 obyekt mülkiyyətçilərinə kompensasiya ödənilmişdir. Lakin iş üzrə iddiaçılara məxsus olan obyektin hüququ müəyyən edən sənədlərini obyektin özəl olması barədə çıxarış, komissiyaya təqdim etməmişdir. Təsdiq olunmuş surətləri komissiyaya təqdim edilmədiyindən məsələyə mahiyyəti üzrə baxılması mümkün olmamışdır. Müəssisənin yerləşdiyi ərazidə heç bir hüquqi sənəd olmadan özbaşına tikinti işləri aparılmışdır. Özbaşına tikinti işlərinin aparılması isə qanunvericiliyin tələblərinin pozulmasıdır. Qeyri-yaşayış obyektlərinin köçürülməsi ilə əlaqədar Xətai Rayon İcra Hakimiyyətinə vəsait köçürülməmişdir. Xətai rayon İcra Hakimiyyətinin söküntü işləri aparılması ilə əlaqədar nə texnikası nədə ki, işçi qüvvəsi mövcuddur. İcra Hakimiyyəti yalnız rayon ərazisində söküntü işlərinin aparılmasından sonra onların daşınmasına və təmizlik işlərinin təmin edilməsinin yerinə yetirilməsinə nəzarət etmişdir. Azərbaycan Respublikası adından çıxarılan məhkəmə qərarında işin ədalətli həllini şübhə altına alan və ziddiyyətlər yaradan məqamlar olmamalıdır. Bunun üçün isə məhkəmə özü müəyyən olunmuş işin hallarını və qanaətini formalaşdıran sübutları, bu və ya diyər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qərarda göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə həmçinin çəkişmə prinsipinə uyğun olaraq mübahisənin mahiyyətinə dair tərəflərin bütün dəlillərini qəbul etdiyi qərarda müzakirə etməli, işdəki araşdırılmış sübutları əlaqələndirməklə və tətbiq edilməli həmin dəlilləri qəbul edib-etmədiklərinə dair mövqeyini aydın şəkildə ortaya qoymalıdır. Yuxarıda göründüyü kimi Xətai rayon İcra Hakimiyyəti büdcə təşkilatı olduğundan və bu kimi xərclərin ödənilməsində səlahiyyətli orqan olmadığı üçün rayon icra Hakimiyyəti iş üzrə cavabdeh ola bilməz. Qeyd edilənləri nəzərə alaraq iş üzrə yeni cavabdehin müəyyən edilməsi və iddianın Xətai rayon İcra Hakimiyyəti hissəsində rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə keçirilmiş məhkəmə hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi təyin edilmiş məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir Məhkəmə, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsinin xx.xx.2007-ci il tarixli, 01/ç-759 saylı kommersiya təşkilatlarının Dövlət Reyestrindən çıxarışa əsasən İddiaçı firması xx.xx.1996-cı il tarixdə qeydiyyata alınmışdır - Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsində tərtib edilmiş 6/156 nömrəli, 1996-cı il tarixli İnşaat Pasportundan görünür ki, pasport N.Rəfıyev küçəsi ilə Xəzər dənizinin sahil zolağının kəsişdiyi ərazidə Dənizkənarı parkın tikintisi başlayana qədər müvəqqəti olaraq anbar layihələndirilməsi və tikinitisi üçün torpaq sahəsinin ayrılmasına dair tərtib edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Azərbyacn Respublikası Baş nazirinin müavininə ünvanlanmış xx.xx.2015-ci il tarixli **********88 saylı məktubunda bildirilir ki, “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008- 2013-cü illər üçün əlavə tədbirlər Planı”nın və “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası olaraq 2013cü ilin ikinci yarısında Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ilə Xəzər dənizi arasında Xəqani Rüstəmov küçəsinin kəsişməsinədək olan ərazidə yeni “Ağ şəhər bulvarı” və avtomobil yolu layihəsinin altına düşən 24 özəl müəssisə və obyektin Xətai rayon İcra hakimiyyəti ilə birgə köçürülməsi işi həyata keçirilmiş ərazidə yerləşən bina və tikililər sökülmüşdür. Ötən müddət ərzində kompensasiya ödənilməsi məsələsi öz müsbət həllini tapmamışdır. - AR ƏMDK-nın xx.xx.2014-cü il tarixli, **********38 saylı Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə ünvanladığı məktubunda söküntüyə məruz qalmış müəssisə və obyektlərin mülkiyyətçilərinə kompensasiya ödənilməsi ilə bağlı ilkin hesablamalarının siyahısı və ərizənin kadastr xəritəsi təqdim edilmişdir. - Xətai Rayon İcra Hakimiyyəti başçısının N/B-8 saylı, xx.xx.2015-ci il tarixli Azərbaycan Respublikasının Baş Nazirinin müavininə ünvanladığı məktubda söküntüyə məruz qalmış müəssisə və obyektlərin mülkiyyətçilərinə dəyən ziyanın ödənilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsindən sökülmüş obyektlərin ilkin sənədləri götürülərək mülkiyyətçilərə kompensasiya verilməsi üçün aidiyyəti üzrə xx.xx.2014-cü il tarixində 1314 nömrəli məktubla Maliyyə Nazirliyinə göndərilmişdir. - Bakı şəhər İcra Hakimiyyətinin 495 saylı xx.xx.1996-cı il tarixli sərəncamından görünür ki, İddiaçı firmasının xx.xx.1996-cı il tarixli 1№-li məktubu nəzərə alınaraq Xətai rayonu, N.Rəfıyev küçəsi ilə Xəzər dənizinin sahil zolağının kəsişdiyi ərazidə Dənizkənarı parkın tikintisi başlayan qədər müvəqqəti olaraq ona anbar layihələşdirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmışdır. - Xətai Rayon İcra Hakimiyyəti başçısının N/Q-32 saylı, xx.xx.2015-ci il tarixli Azərbaycan Respublikasının Baş Nazirinin müavininə ünvanladığı məktubda söküntüyə məruz qalmış müəssisə və obyektlərin mülkiyyətçilərinə dəyən ziyanın ödənilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsindən sökülmüş obyektlərin ilkin sənədləri götürülərək mülkiyyətçilərə kompensasiya verilməsi üçün aidiyyəti üzrə xx.xx.2014-cü il tarixində 1314 nömrəli məktubla Maliyyə Nazirliyinə göndərilmişdir. - Cavabdehin Azərbaycan Respublikası Maliyyə Nazirliyinə ünvanladığı xx.xx.2015ci il tarixli məktubdan göründüyü kimi Azərbaycan Respublikası Baş Nazirinin müavini cənab A.Şərifovun xx.xx.2015-ci il tarixli, 12/12/kol-61 saylı dərkənarı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 30 aprel 2015-ci il tarixli məktubu birgə baxılıb həll olunması üçün Maliyyə Nazirliyinə, Əmlak Məsələləri Dövlət Komitəsinə və Xətai Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 04 may 2011-ci il tarixli 1490 nömrəli sərəncamı ilə təsdiq edilmiş 2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası ilə əlaqədar olaraq Bakı Beynəlxalq Dəniz Vağzalından Nobel prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsinə kimi olan ərazidə salınacaq yeni bulvar və avtomobil yolunun tikintisi layihəsinin altına düşən müəssisə və obyektlərin köçürülməsinin Əmlak Məsələləri Dövlət Komitəsinin məktubuna əsasən müvafiq tapşırığa uyğun həyata keçirildiyi, söküntüyə məruz qalmış müəssisə və obyektlərin mülkiyyətçilərinə dəyən ziyanın ödənilməsi ilə bağlı ilkin hesablamaların aparıldığı və ərazinin kadastr xəritəsinin hazırlandığı bildirilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aparılmış hesablamalara əsasən mülkiyyətçilərə kompensasiya ödənilməsi üçün 31 milyon manatdan artıq vəsait tələb olunur. - Cavabdehin Azərbaycan Respublikası Maliyyə Nazirliyinə ünvanladığı 2015-ci il tarixli məktubunda Bakı Ağ şəhər layihəsi çərçivəsində yeni salınan Ağ şəhər Bulvarı və yol tikinti işləri ilə əlaqədar Nobel prospekti ilə dənizin əhatəsində yerləşən qeyri-yaşayış sahələrinin Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən söküldüyü qeyd olunmuşdur. Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin topladığı sənədlər götürülərək Maliyyə Nazirliyinin əməkdaşları ilə birgə tərəflərindən araşdırılmış, müstəqil ekspert cəlb edilməklə sənədlər ekspertizadan keçirilmiş və mövcud qanunvericiliyə uyğun olaraq həmin obyektlərdən aidiyyəti fiziki və hüquqi şəxslərin mülkiyyətində olmasını təsdiq edən sənədləri onların müvafiq qaydada qiymətləndirmişdir. Qiymətləndirilmiş 12 obyekt üzrə mülkiyyətçilərə 3.446.688,00 manat vəsait tələb olunur. Bununla yanaşı Nobel prospekti ilə Babək prospektini birləşdirən yeni yol və yol qovşağının tikintisi ilə əlaqədar X.Rüstəmov küçəsi boyunca Rayon İcra Hakimiyyəti tərəfindən 10 qeyri yaşayış obyekti müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilmiş və sökülmüşdür. 10 obyekt üzrə mülkiyyətçilərə 3.976.689,00 manat vəsait ödənilməlidir. Əlavə olaraq qiymətləndirici ilə bağlanmış müqavilə əsasında ona 5500,00 manat, bank xərci 29.715,00 manat olmaqla ümumilikdə 7.458.592,00 manat vəsait tələb olunur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 25 noyabr 2019-cu il tarixli **********99 saylı məktubu ilə iddiaçının nümayəndəsinə bildirilmişdir ki, “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə tədbirlər Planı”nın və “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosialiqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası olaraq 2013-cü ilin ikinci yarısında Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ilə Xəzər dənizi arasında Xəqani Rüstəmov küçəsinin kəsişməsinədək olan ərazidə yeni “Ağ şəhər bulvarı” və avtomobil yolu layihəsinin altına düşən müəssisə və obyektlər köçürüldüyündən özəl müəssisə və obyektlərin mülkiyyətçilərinə, İddiaçı firması da daxil olmaqla mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada kompensasiyanın ödənilməsi üçün obyektlərin siyahısı, ərazinin kadastr xəritəsi və digər zəruri sənədlər aidiyyəti üzrə Maliyyə Nazirliyinə və Xətai rayon icra hakimiyyətinə təqdim edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli **********56 saylı məktubu ilə göndərilmiş Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ilə Xəzər dənizi arasında Xəqani Rüstəmov küçəsinin kəsişməsinə kimi olan ərazidən köçürülən müəssisə və obyektlərin siyahısından görünür ki, siyahının 19-cu xanasından İddiaçı Firması adı göstərilmişdir. - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1601/2016 saylı 18 oktyabr 2016-cı il tarixli qərarından görünür ki, iddiaçı “Bizon-S” firmasının Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinə qarşı, üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikası Maliyyə Nazirliyi olmaqla, iddiaçıya ünvan 3 ünvanda olan 667,5 kv.m tikilisi olan qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar bazar qiymətinə uyğun olaraq hesablanmış 667.500 manat məbləğində kompensasiyanın, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış 667.500 manat bazar qiymətinin 20 %-i miqdarında satınalma qiymətinə əlavə haqqın, xx.xx.2013-cü il tarixdən başlayaraq qəbul ediləcək qətnamə qanuni qüvvəyə minən tarixə qədər 667.500 manat məbləğində pul vəsaitinin hər ay 10 faiz hesablanmaqla 66.750 manat məbləğində adi mülki dövriyyə şəraitində əldə ediləcək gəlirlərin (əldən çıxmış fayda), manatın devalvasiyaya uğraması nəticəsində 667.500 manat məbləğində pul vəsaitinin 100 %-i məbləğində pul vəsaitinin, yəni həmin pul vəsaitinin iki mislinin, 10.000 manat məbləğində vurulmuş mənəvi zərərin əvəzinin cavabdeh lər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutularaq iddiaçılara ödənilməsi barədə iddiası rədd edilmişdir. - Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-477/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, “Bizon-S” firmasının apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1601/2016 saylı 18 oktyabr 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2291/2020 saylı xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-477/2020 saylı, xx.xx.2020-ci tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İddiaçı hazırki iddia tələbi ilə cavabdehdən iddiaçının istifadəsində olan 0,133 ha torpaq sahəsinin dövlət ehtiyacı üçün alınmasına görə onun bazar dəyəri olan 1 330 000 (bir milyon üç yüz otuz min) manatın, ona 20% həcmində əlavə kompensasiya olan 266.000 (iki yüz altmış altı min) manatın, cəmi 1.596.000 (bir milyon beş yüz doxsan altı min) manatın tutularaq iddiaçıya ödənilməsini tələb edir. İnzibati Prosessual Məcəllənin 2.2.4 və 2.2.7 maddələrinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) və inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini tələb edə bilər. Bu maddənin tələbinə uyğun olaraq, iddiaçı cavabdeh inzibati orqana münasibətdə əmlak tələbini irəli sürməklə inzibati iddianı qaldırmışdır. Mülki Məcəllə: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə). Maddə 157. Mülkiyyətin müdafiəsi 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 246. Torpaqların dövlət ehtiyacları üçün alınması 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. 246.3. torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. 246.5. bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı, həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da daxildir. 246.7. torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun: Maddə Əsas anlayışlar 1.1. Bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur: 1.1.1. alınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması; 1.1.6. kompensasiya-bu Qanuna əsasən torpaqların alınması və ya torpağa dair hüquqları ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən, pul, əmlak və ya digər formada ifadə olunan əvəz; 1.1.7. siyahıya alınma tarixi-bu Qanunun 11-ci maddəsinə müvafiq olaraq kompensasiya almaq hüququnun verilməsi və köçürülmə məqsədləri üçün alınmanın təsirinə məruz qalan şəxslər və alınmanın təsirinə məruz qalan torpaqla bağlı məlumatların toplanmasına başlanıldığı tarix; Maddə 3. Torpağın alınmasına əsas verən dövlət ehtiyacları 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. Maddə 4. Torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Yuxarıda qeyd olunan normaların məzmununa görə mülkiyyət hüququ onun əhəmiyyətinə baxmayaraq, mütləq xarakter daşımır və qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada məhdudlaşdırıla bilər və belə məhdudlaşdırma çərçivəsində həmçinin dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsi imkanı nəzərdə tutulur. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ konstitusiyanın qoruma sferası ilə əhatə olunduğundan yalnız qanunla təsbit olunmuş əsasların mövcud olduğu hallarda və prosedurlar çərçivəsində ona müdaxilə edilə, o cümlədən özgəninkiləşdirilə bilər. Belə müdaxilə həmçinin legitim məqsədlə həyata keçirilməli və həmin məqsədə mütənasib olmalıdır. Bu zaman, həm də nəzərə alınmalıdır ki, inzibati orqanın müdaxilə ilə güddüyü legitim məqsəd belə, müdaxilə üçün qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qaydalara əməl edilmədən həyata keçirilən müdaxiləyə haqq qazandıra bilməz. Bu qayda konstitusion hüquqi tələblərə bağlıdır və mütləq xarakter daşıyır. Məhkəmə vurğulayır ki, dövlət ehtiyacları üçün tələb olunan hər hansı daşınmaz əmlak alınmanın təsirinə məruz qalan şəxslə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya və ya digər əvəz ödənilməklə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna uyğun olaraq alına bilər. Bu Qanunun tələblərinə əməl edilmədən torpaq və həmin torpaqda yerləşən daşınmaz əmlak dövlət ehtiyacları üçün alındıqda belə, alınmanın təsirinə məruz qalan şəxsə kompensasiya ödənilməlidir. Vurulmuş ziyanın müəyyən edilməsi üçün (əsas meyarlardan biri kimi) inzibati orqanın müdaxilə etməyəcəyi təqdirdə maraqlı şəxsin əmlak vəziyyətinin perspektiv inkişaf meyarı, yəni onun malik olacağı gəlirlər də daxil olmaqla perspektiv əmlak vəziyyəti, eyni zamanda iddiaçının məhrum olduğu əmlakın real bazar dəyəri, habelə analoji əmlakın inşası, təmiri və müvafiq infrastrukturun qurulması, əmlakın yerləşmə ərazisi və sairlə bağlı xüsusatlar nəzərə alınmalıdır. İşin araşdırılan hallarına görə iddiaçı ona məxsus olmuş əmlakın dövlət layihəsi çərçivəsinə düşdüyünü, lakin həmin əmlaka dair iddiaçıya hər hansı kompensasiyanın ödənilmədiyini əsas dəlillər kimi irəli sürərək həmin əmlak üzərində hüquqlarını təsdiq edən sənədi məhkəməyə təqdim etməmiş və məhkəmə araşdırması zamanı da belə bir sənədin olması müəyyən edilməmişdir. Belə ki, məhkəmə tərəfindən araşdırılan işin hallarından göründüyü kimi Azərbaycan Respublikası Prezidentinin 04 may 2011-ci il tarixli 1490 nömrəli sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası olaraq Bakı Beynəlxalq Dəniz Vağzalından Nobel prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsinə kimi olan ərazidə salınacaq yeni bulvar və avtomobil yolunun tikintisi layihəsinin altına düşən müəssisə və obyektlərin mülkiyyətçilərinə dəyən ziyanın ödənilməsi ilə bağlı ilkin hesablamalar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aparılmış və onun tərəfindən tərtib olunmuş siyahıda (20-ci sırada) iddiaçının ünvan 3 ünvanında sahəsi 667,5 kv.mdən ibarət tikilisinin olması göstərilmişdir. Həmin sırada sənəd olaraq Bakı şəhər İH-nin xx.xx.1996-cı il tarixli 495 nömrəli sərəncamına və iddiaçı tərəfindən təsdiq edilmiş eskiz layihəyə istinad edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti başçısının həmin Sərəncamının 1ci bəndində qeyd edilmişdir ki, iddiaçının xx.xx.1996-cı il tarixli 1 N-li məktubu nəzərə alınaraq, Xətai rayonu, N.Rəfiyev küçəsi ilə Xəzər dənizinin sahil zolağının kəsişdiyi ərazidə, Dənizkənarı parkın tikintisi başlanana qədər müvəqqəti olaraq, ona anbar layihələşdirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılsın. Anbar tikintisi ilə bağlı 1996-cı ildə tərtib edilmiş inşaat pasportunda tikinti və qurğunun olmadığı, yaşıllıqdan azad olduğu qeyd edilmişdir. İddiaçının 2013-cü ildə tərtib etdiyi anbar binasının eskiz layihəsində qeyri-yaşayış sahəsinin tikinti sahəsi və ümumi sahəsi qeyd edilmişdir. Həmçinin iddiaçının təqdim etdiyi 2013-cü ildə tərtib edilmiş daşınmaz əmlakın qiymətləndirilməsi hesabatında əmlakın sahəsi və fotoşəkilləri əksini tapmışdır. İddiaçının 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində 2-1(82)-1601/2016 saylı 18 oktyabr 2016-cı il tarixli inzibati iş üzrə Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinə qarşı, üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikası Maliyyə Nazirliyi olmaqla, iddiaçıya ünvan 3 ünvanda olan 667,5 kv.m tikilisi olan qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar bazar qiymətinə uyğun olaraq hesablanmış 667.500 manat məbləğində kompensasiyanın, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış 667.500 manat bazar qiymətinin 20 %-i miqdarında satınalma qiymətinə əlavə haqqın, xx.xx.2013-cü il tarixdən başlayaraq qəbul ediləcək qətnamə qanuni qüvvəyə minən tarixə qədər 667.500 manat məbləğində pul vəsaitinin hər ay 10 faiz hesablanmaqla 66.750 manat məbləğində adi mülki dövriyyə şəraitində əldə ediləcək gəlirlərin (əldən çıxmış fayda), manatın devalvasiyaya uğraması nəticəsində 667.500 manat məbləğində pul vəsaitinin 100 %-i məbləğində pul vəsaitinin, yəni həmin pul vəsaitinin iki mislinin, 10.000 manat məbləğində vurulmuş mənəvi zərərin əvəzinin cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutularaq iddiaçılara ödənilməsi barədə iddiası rədd edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-477/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə “Bizon-S” firmasının apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1601/2016 saylı 18 oktyabr 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsa da, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2291/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-477/2020 saylı, xx.xx.2020-ci tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Hazırki iddiasında isə iddiaçı ona məxsus torpaq sahəsinin cavabdeh tərəfindən alınmasına görə kompensasiyanın ödənilməsini tələb edir. Cavabdeh tərəfindən iddiaçıya ona məxsus olan obyektin hüquqmüəyyənedici sənədləri komissiyaya təqdim edilmədiyindən məsələyə mahiyyəti üzrə baxılmasının mümkün olmaması bildirilmiş və müəssisənin yerləşdiyi ərazidə heç bir hüquqi sənəd olmadan özbaşına tikinti işləri aparıldığı bildirilmişdir. Buna görə də, kompensasiyanın ödənilməsindən imtina edilmişdir. Yuxarıda qeyd olundugu kimi layihənin altına düşən müəssisə və obyektlərin mülkiyyətçilərinə dəyən ziyanın ödənilməsi ilə bağlı ilkin hesablamalar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aparılarkən tərtib olunmuş siyahıda iddiaçının ünvan 3 ünvanında sahəsi 667,5 kv.mdən ibarət tikilisinin olması göstərilmiş, sənəd olaraq Bakı şəhər İH-nin xx.xx.1996-cı il tarixli 495 nömrəli sərəncamına və iddiaçı tərəfindən təsdiq edilmiş eskiz layihəyə istinad edilmişdir. Lakin Bakı şəhər İcra Hakimiyyəti başçısının həmin Sərəncamında Dənizkənarı parkın tikintisi başlanana qədər iddiaçıya müvəqqəti olaraq anbar layihələşdirilməsi və tikintisi üçün torpaq sahəsinin ayrıldıgı qeyd edilmişdir. Beləliklə də həmin sənəd qanunvericiliklə müəyyən edilmiş qaydada iddiaçının iddia etdiyi torpaq sahəsi üzərində onun istifadə, sahiblik və sərəncam vermək hüququnu təsdiq edən sənəd sayıla bilməz. “İnzibati icraat haqqında” Qanunun 89.1.-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2.-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Sadalanan maddi hüquq normalarının tələbinə görə delikt məsuliyyətinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulan şərtlər (Mülki Məcəllənin 1096.1-ci maddəsi) (ziyanın mövcud olması, ziyanın hüquqa zidd hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, hərəkət (hərəkətsizliklə) nəticə arasında səbəbli əlaqənin və ziyan vuran şəxsin təqsirinin mövcud olması) ümumi norma olduğundan qeyd edilən normanın tətbiqi zamanı da həmin şərtlər tam ödənməlidir. Mülki Məcəllə: Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Lakin hazırki iş üzrə cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya maddi zərər dəyməsi sübuta yetirilmir. Məhkəmə bir daha qeyd edir ki, iddia ərizəsində vurulduğu irəli sürülən maddi zərərin cavabdehin hərəkəti nəticəsində vurulması, iddiaçının vəziyyətinin cavabdehin öz vəzifəsini yerinə yetirməməsi ilə pisləşmiş olması, cavabdehin hərəkəti ilə vurulduğu zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması sübuta yetirilmədiyindən cavabdeh mülki hüquq məsuliyyəti daşımır. Belə olduqda, iddiaçı cavabdehdən zərərin əvəzini tələb etmək hüququna malik deyil. Məhkəmə sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, cavabdehin imtinası qanuni olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı fırmasının cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “iddiaçının istifadəsində olan 0,133 ha torpaq sahəsinin dövlət ehtiyacı üçün alınmasına görə onun bazar dəyəri olan ******* (bir milyon üç yüz otuz min) manatın, ona 20% həcmində əlavə kompensasiya olan 266.000 (iki yüz altmış altı min) manatın, cəmi 1.596.000 (bir milyon beş yüz doxsan altı min) manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə” iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16-cı, 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı fırmasının cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “iddiaçının istifadəsində olan 0,133 ha torpaq sahəsinin dövlət ehtiyacı üçün alınmasına görə onun bazar dəyəri olan ******* (bir milyon üç yüz otuz min) manatın, ona 20% həcmində əlavə kompensasiya olan 266.000 (iki yüz altmış altı min) manatın, cəmi 1.596.000 (bir milyon beş yüz doxsan altı min) manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə” iddiası təmin edilməsin. Qərardan inzibati rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 5 SƏDRLİK EDƏN MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar