Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-238/2024 29.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X1 kаtibliyi, tərəflərin iştirakı olmadan, İddiaçı QSC-nin cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “nəqliyyat vasitəsinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ЕTDİ:
1. İddiaçı QSC cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “nəqliyyat vasitəsinin geri qaytarılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, 821 saylı məktub ilə, 5 ədəd “Pikap” markalı hərbi nəqliyyat vasitələrinin, daha sonra isə xx.xx.2020-ci il tarixli, 846 saylı məktub ilə MMC-yə məxsus 13 ədəd “Pikap” markalı nəqliyyat vasitələrinin SHXÇDX-nin Abşeron rayon şöbəsinə gətirilməsi xahiş edilmişdir. İddiaçı tərəfindən könüllü surətdə “Vətən Müharibəsi”ndə istifadə məqsədilə sözügedən orqana 28 ədəd nəqliyyat vasitəsi təhvil verilmişdir. Vətən müharibəsi bitdikdən sonra qeyd edilən nəqliyyat vasitəsilərinin bir hissəsi qismən yararlı vəziyyətdə (döyüş bölgəsində müxtəlif cür zədələr, güllə qəlpələrinin açdığı deşiklər, qopmalarla və.s) MMC-yə təhvil verilmişdir. Lakin “Pikap” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi təhvil verilməmişdir. Bu yeganə nəqliyyat vasitəsidir ki, 2020-ci ildə "xxxx" ASC-dən kredit müqaviləsi əsasında alınmış və istifadə edilməmiş vəziyyətdə qeyd edilən orqana təhvil verilmişdir. Hal-hazırdada iddiaçı tərəfindən "xxxx" ASC-yə “Pikap” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin krediti ilə bağlı ödəniş etməkdədir. İddiaçı tərəfindən ərizə ilə AR Hərbi Prokurorluğuna müraciət edilərək qeyd edilən nəqliyyat vasitəsinin geri qaytarılması xahiş edilsə də, cavab məktubu ilə ərizənin Müdafiə Nazirliyinin Maddi –Texniki Təminat baş idarəsinə göndərildiyi bildirilmişdir. AR Müdafiə Nazirliyinin 2/4944 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubu ilə İddiaçı MMC-yə məxsus Mitsubishi L200 markalı **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin AR Müdafiə Nazirliyinə təhvil verilməsi barədə təsdiqedici sənədlər olmadığından onun təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. İddiaçı tərəfindən 114/1141 saylı, 04 fevral 2022-ci il tarixli ərizə ilə müvafiq təsdiqedici sənədlərin əsilləri AR Müdafiə Nazirliyinə göndərilərək, sözügedən nəqliyyat vasitəsinin geri qaytarılmasının təmin edilməsi xahiş edilmişdir. Lakin nəqliyyat vasitəsinin geri qaytarılması ilə bağlı yazılı müraciətləri nəticəsiz qalmışdır.
3. Cavabdeh iddiaya dair etirazını onunla əsaslandırmışdır ki, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə təşkilatlar və vətəndaşlar tərəfindən mülkiyyətində olan nəqliyyat vasitələrinin təhvil alınmasının mümkünlüyü müəyyən edilmişdir ki, hazırkı işin faktiki hallar ilə də öz təsdiqini tapır ki, mübahisəli nəqliyyat vasitələri iddiaçının mülkiyyətində olmuşdur. Ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə təşkilatlar və vətəndaşlar tərəfindən mülkiyyətində olan nəqliyyat vasitələrinin və digər əmlakın verilməsi ilə bağlı onlara vurulmuş zərərin həcmi və məbləği yerli icra hakimiyyətində yaradılan və tərkibində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və digər maraqlı təşkilatların nümayəndələri olan Komissiya tərəfindən müəyyən ediləcək və ödənilməsi üçün tədbirlər görüləcəkdir ki, bununla bağlı Nazirlər Kabinetinin qərarından da göründüyü kimi həmin Komissiya yaradılmış və ödəniçlərin edilməsinə yönələn tədbirlərin həyata keçirilməsinə başlanmılmışdır. Göründüyü kimi zərərin məbləğinin hesablanması və.s ilə bağlı səlahiyyətli qurum qismində Komissiya çıxış edir. Komisssiyanın tərkibinə hazır ki iş üzrə cavabadeh səlahiyyətli şəxsin iştirakı həmin cavabdehin özünün öhdəlik daşıması anlamına gəlmədiyindən həmin cavabdeh hazırkı iş üzrə məbləği ödəməsi və ya nəqliyyat vasitəsinin geri qaytarması istisna edir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:
- 1.1. bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. - 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, həmin maddənin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yol veriləndir. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, ərizəçinın pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir.
5. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən:
- 1.1. bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. - 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; - 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; - 4.1. inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. - 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2. inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
6. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarına əsasən:
-iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır; bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır; -iddiaçının hüquqi maragı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun; -iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım emək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. - ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır - iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar.
7. “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununa əsasən:
11.1. Azərbaycan Respublikasında səfərbərlik zamanı və müharibə dövründə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və xüsusi birləşmələrin nəqliyyat vasitələri ilə təmin edilməsi məqsədilə hərbi-nəqliyyat vəzifəsi müəyyən edilir. 11.2. Hərbi-nəqliyyat vəzifəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına, yerli özünüidarəetmə orqanlarına, təşkilatlara, o cümlədən gəmi dayanacaqlarına, dəniz və hava limanlarına, dəmiryol stansiyalarına, neft bazalarına, yanacaq doldurub-boşaltma bazalarına, yanacaqdoldurma məntəqələrinə, nəqliyyat vasitələrinin işini təmin (təmir və s.) edən təşkilatlara, habelə nəqliyyat vasitələrinin mülkiyyətçisi olan vətəndaşlara şamil edilir. 11.3. Ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə təşkilatların və vətəndaşların mülkiyyətində olan nəqliyyat vasitələrinin və digər əmlakın verilməsi ilə bağlı vurulmuş zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 27 yanvar tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş “Səfərbərlik planlarına uyğun olaraq binaların, tikililərin, kommunikasiyaların, torpaq sahələrinin, rabitə, nəqliyyat və digər vasitələrin ayrılması ilə əlaqədar təşkilatlara vurulan zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi Qaydası”na əsasən:
2. Səfərbərlik planlarına uyğun olaraq təşkilatların balanslarında olan binaların, tikililərin, kommunikasiyaların, torpaq sahələrinin, rabitə, nəqliyyat və digər vasitələrin yerli icra hakimiyyəti orqanlarına və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə ayrılması ilə əlaqədar onlara vurulan zərər dövlət tərəfindən ödənilir.
3. Vurulan zərərin həcminin və məbləğinin təyin edilməsi məqsədilə yerli icra hakimiyyətində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinin, Maliyyə Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, Əmlak Məsələləri Dövlət Komitəsinin və digər maraqlı təşkilatların nümayəndələrindən ibarət tərkibdə Komissiya yaradılır.
5. Təşkilatlara vurulan zərərin dövlət tərəfindən ödənilməsi üçün növbəti ilin dövlət büdcəsinin layihəsi hazırlanarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı əsasında müəyyən edilmiş vəsaitə olan tələbat Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim olunur və dövlət büdcəsinin layihəsində ayrıca sətirlə proqnozlaşdırılır.
9. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnaməyə əsasən:
3.0. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: 3.0.4. səfərbərlik planlarına əsasən Silahlı Qüvvələrin və digər silahlı birləşmələrin, habelə xüsusi birləşmələrin zəmanətli və keyfiyyətli təminatının həyata keçirilməsi məqsədilə insan və nəqliyyat resurslarının ehtiyatının toplanmasını təşkil etmək; 4.0. Öz vəzifələrini həyata keçirmək üçün Xidmətin aşağıdakı hüquqları vardır: 4.0.2. vətəndaşların səfərbərlik üzrə təqdim etməli olduqları nəqliyyat vasitələrinin siyahısını müəyyən etmək, qanunvericiliyə uyğun olaraq müvafiq təşkilatlarla birlikdə hərbi-nəqliyyat vasitələrini seçmək, habelə seçilmiş hərbi-nəqliyyat vasitələrinin səfərbərlik hazırlığını yoxlamaq;
İddia ərizəsindən göründüyü kimi, iddiaçının tələbi nəqliyyat vasitəsinin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından idarətdir.
İş materiallarında olan:
Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin xx.xx.2023-cü il tarixli, 867 nömrəli məktubunda bildirilmişdir ki, N nömrəli hərbi hissənin avtomobil xidmətinin uçotunda “Pick up” tipli “Mitsubishi L-200” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil olmayıb və hazırda da yoxdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xx.xx.2024-cü il tarixli, 3-13-14-6/2-292/2024 nömrəli məktubunda bildirilmişdir ki, ikinci Qarabağ müharibəsində İddiaçı qapalı səhmdar cəmiyyətindən Daxili Qoşunlara istismar olunması üçün Pikap markalı **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi verilməmişdir. Xarici Kəşfiyyat Xidmətinin məhkəməyə ünvanlandığı xx.xx.2024-cü il tarixli, 3-40/2xx/xx/1240/2024 saylı məktubunda qeyd edilmişdir ki, vətən müharibəsində hərbi əməliyyat zamanı qarşılıqlı razılaşmaya əsasən, XKX-nin müvəqqəti istifadəsi üçün təhkim olunmuş digər avtomobillə yanaşı MMBJJKL10LH043986 ban nömrəli, **-PN-*** dövlət qeydiyyat nişanlı “Mitsubishi L200” markalı nəqliyyat vasitəsi AR Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin maddi-texniki təminat üzrə müavini-şöbə rəisi polkovnik Akif Pirverdiyevə təhvil verilmişdir. Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-38-16/2-3378/24 saylı məktubunda bildirilmişdir ki, İddiaçı QSCnin mülkiyyətində olan “Mitsubishi L-200” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı pikap tipli avtomobil hazırda Dövlət Sərhəd Xidməti tərəfindən istifadə olunur və “Vətən müharibəsi” zamanı Xarici Kəşfiyyat Xidməti tərəfindən Dövlət Sərhəd Xidmətinə təhvil verilmişdir. Hazırki mübahisə ilə bağlı məhkəmə araşdırılması nəticəsində məlum olmuşdur ki, mübahisəli “Mitsubishi L-200” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı pikap tipli avtomobil cavabdehin sərəncamında deyil. Cavabdehin iddiaçı qarşısında hal-hazırda öhdəliyi mövcud deyil. Belə ki, cavabdeh öz səlahiyyəti çərçivəsində mübahisəli nəqliyyat vasitəsini müharibə zamanı səfərbər etmiş və müvafiq inzibati orqanın sərəncamına vermişdir. Odur ki, hazırkı iş üzrə cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin digər inzibati orqan tərəfindən təhvil alınmış əmlakın qaytarılması səlahiyyətinə malik deyildir. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddiası qanunvericilik normaları baxımından mümkünlük tələblərinə cavab vermədiyi üçün inzibati məhkəmə icraatında baxılması mümkün sayılmamalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara məcmu şəkildə qiymət verərək hesab edir ki, İddiaçı QSC-nin cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “nəqliyyat vasitəsinin geri qaytarılması” barədə iddia tələbi mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 Hacıbəyova