Məhkəmə qərarları › İş №2-1(112)-2382/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2382/2020

18.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2382/2020 18.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X11 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil iştirаkları ilə, İddiaçıcavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddiaçının mənzil növbəsinə qeydiyyata alınması və ailə tərkibini nəzərə alaraq kirayə xərcinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair inzibati işə Bakı İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mənzil qeydiyyatına alınması və kirayə tutulmuş mənzilin xərclərini 05.12.2019-cu il tarixindən hesablanaraq hər ay ailə tərkibini nəzərə alraq 375 (üç yüz yetmiş beş) manat ödənilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyini Azərbaycan Respublikası Bakı şəhəri Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Rəşidov X9 Respublikası İşiqlar Hərbi Əsgəri Liseyini 1997-ci il tarixində bitirdikdən sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinə sənədləri verdikdən sonra zabit olaraq hərbi xidmətə qəbul olunmuş və 01.09.1997-ci il tarixindən 25.10.2019-cu il tarixinədək Azərbaycan Respublikasının Müdafiə Naziriliyində zabit qismində hərbi xidmət keçmişdir. Məhkəməyə bildirilir ki, iddiaçının 22 il ərzində hərbi xidmətində heçvaxt heç bir nöqsənı olmamış, zabit olaraq Qarabağın azadlığı uğurunda 2016-cı ilin aprel ayin döyüşlərində iştirak etmişdir. İddiaçı hərbi qulluqçusu kimi, vətənə öz xidmətini ön çəphədə göstərmiş və Azərbycan Respublikasının ərazi hüdudlarını qorumuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirinin 02.09.2019-cı il tarixli 0672 nömrəli əmri və “Hərbi Xidmətkeçmə Haqqında" Əsasnamənin 156-cı maddəsinin “J” bəndinə (öz arzusu ilə) və 164-cti maddəsinə (hərbi geyim formasını daşımaq hüququ verilməklə) müvafiq olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi ximətdən ehtiyata buraxılmışdır. Bu faktı təsdiq edən AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Nəsimi Rayon İdarəsinin 28.11.201 9-cıı il tarixli. 255 nömrəli arayişi iddia ərizəsinə əlavə olunur. Ehtiyata buraxıldıqdan sonra iddiaçının şəxsi yaşayış sahəsi olmadığına görə iddiaçı ailə üzvləri ilə bir yerdə ünvan 1 ünvanında yerləşən X6 mülkiyyətində olan mənzili notarial qaydada təsdiq edilmiş kirayə müqaviləsi əsasında hər ay 400 (dörd yüz) azn manat ödəməklə 05.12.2019-cu il tarixində kirayədə yaşayır. Həmən evi kirayə götürdükdən sonra iddiaçı Azərbaycan Qanunvericiliyinə uyğun olaraq Bakı Şəhəri Nəsimi Rayonu İcra Hakimiyyəti tərəfindən ev tikilməsi ilə bağlı torpağ verilməsinini və ya yaşayış sahəsini verilməsini və verilənədək kirayə xərclərini qanuna uyğun olaraq Bakı Şəhəri Cavabdeh Başçısı tərəfindən ödənilməsi ilə bağlı müraciət etmişdir. İddiaçının müraciəti əsasında Bakı Şəhəri Nəsimi Rayonu İcra Hakimiyyəti başçısının aparatı 19.12.2019-cu il tarixində, 5/R-52-068 saylı imtina məktubu ilə cavab vermiş, həmin imtina məktubunda “Hərbi qulluqçuların statusu haqqında” Qanununun 12-ci maddəsinin 2-ci bəndini qeyd edərək, həmin qanunda qeyd edilməyən bir normanı qeyd etmişdilər. Cavabdeh həmin maddəyə istinad edərək qeyd edir ki, oz arzusu ilə ehtiyata buraxılmış hərbi qulluqçular yaşayış sahəsinə və fərdi ev tikilməsi ilə bağlı növbəyə durmaq hüququ yoxdur. Cavabdehn imtina məktubun imtinası ikinci hissəsində onunla əsaslandırır ki, iddiaçı ehtiyata öz arzusu ilə buraxıldığına görə və hayat yoldaşının adına torpaq sahəsi olduğuna görə mənzilə və torpaq sahəsinə növbəyə durmaq hüququ yoxdur. Qeyd olunmalıdır ki bu əsas tamamilə qanunsuzdur. İlkin olaraq iddiaçının öz arzusu ilə ehtiyata buraxılmağı yaşayış sahəsinə növbəyə durmağı hüququndan məhrum etmir, qanunvericilikdə belə bir norma yoxdur. Bundan başqa, iddiaçının həyat yoldaşının adına hər hansı torpaq səhəsi olub-olmaması iddiaçının ehtiyata buraxılmış hərbi qulluqçusu kimi hüquqlarından məhrum edə bilməz, bundan əlavə olaraq bildirilməlidir ki, iddiaçının həyat yoldaşının adına yalnız təsərüfat aparılması üçün Ağstafa rayonu, Aşağı Kəsəmən kəndində ümumi-birgə təsərrufat torpağı vardır. Həmin torpağın təyanatı yaşayış səhəsi kimi getmir, təsərrüfat aparılması üçündür. İddiaçı xidmət etdiyi vaxtı Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmamışdır. Bu faktı təsdiq edən AR Miidaliə Nazirliyi Mənzil-İstismar İdarəsinin 24.09.2019-cu il tarixli. 4237 saylı arayış iddia ərizəsinə əlavə olunur. İddiaçıya AR Bakı Şəhəri Nəsimi Bələdiyyəsi tərəfindən də torpaq sahəsi verilməmişdir. Bu faktı təsdiq edən AR Bakı Şəhəri Nəsimi Bələdiyyəsinin 04.10.2019-cı il tarixli 136 saylı arayış iddia ərizəsinə əlavə edilmişdir. Odur ki, iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh tərəfindən məhkəməyə verilmiş yazılı etirazda qeyd edilmişdir ki, iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin olunmaq hüquqları vardır. Həmin qanunun 12.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanlar müddətindən artıq xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi məqsədi ilə torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Hərbi xidmət vəzifələrinin icrası dövründə əlil olmuş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli, 174 nömrəli “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” qərarın 1-ci hissəsinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir:Bakı şəhərində - 150 manat,başqa şəhər və rayon mərkəzlərində - 75 manat,digər yaşayış məntəqələrində - 55 manat.Həmin qərarın 2-ci hissəsinə əsasən müəyyən edilmişdir ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir.“Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasının Prezidentinin 3 oktyabr 1997-ci il № 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir.Həmin Əsasnamənin 156-cı maddəsinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: a) xidmət müddətləri başa çatdıqda (kadr zabitlərindən başqa); b) yaşa görə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanlar; xəstəliyə görə - hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar;ç) ştatların ixtisarına görə - ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); d) ailə vəziyyətinə görə (qadın hərbi qulluqçuları və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları).Qadın hərbi qulluqçular ailə vəziyyətinə görə buraxılırlar:uşaq doğulması ilə əlaqədar öz xidməti vəzifələrini icra edə bilmədikləri halda, onların xahişi ilə;hərbi qulluqçu ilə nikaha girdikdə - əri başqa yaşayış məntəqəsinə köçürüldükdə, əgər ərinin yeni xidmət yerində qadın hərbi qulluqçu üçün vakant vəzifə yoxdursa, eləcə də əri həqiqi hərbi xidmətdən buraxılıb yeni yaşayış yerinə gedirsə;mülki şəxslə nikaha girdikdə, əri başqa yaşamaq məntəqəsinə daimi yaşayış üçün gedirsə;qadın - hərbi qulluqçunun vəzifələrini icra etməyə maneçilik törədən xüsusi üzürlü səbəblər olduqda (buraxılma üçün digər əsaslar olmadıqda);həqiqi hərbi xidmət hərbi qulluqçuları ailə vəziyyətinə görə, həqiqi hərbi xidmət keçərkən «Hərbi xidmətə çağırışın Əsasları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun çağırışdan möhlət hüququ meydana çıxdıqda; d) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa);ə) hərbi qulluqçunun şərəfini ləkələyən nəlayiq hərəkətlər törətdikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa);j) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər.Qanunun normasına görə güzəştlər yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına aiddir və bu güzəştlər e, ə və j) bəndlərində qeyd olunan hərbi qulluqçulara şamil edilmir. Qeyd edilənlərə əsasən, cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi H.Aberkarov iddiaya verilmiş yazılı etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş üzrə şifahi məhkəmə baxış iclası 18 iyun 2020-ci il tarixə təyin edilmiş, cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iddiaçının vəkili iddia ərizəsinə uyğun yazılı izahat verərək, əlavə olaraq bildirmişdir ki, Cavabdeh imtina məktubunun ikinci hissəsini və eyni zamanda etiraz erizəsini onunla əsaslandırır ki, iddiaçı ehtiyata öz arzusu ilə buraxıldığına görə və onun həyat yoldaşının adına torpaq sahəsi olduğuna görə mənzilə və torpaq sahəsinə növbəyə durmaq hüququ yoxdur. Qeyd olunmalıdır ki, bu əsas tamamilə qanunsuzdur. İlkin olaraq iddiaçının öz arzusu ilə ehtiyata buraxılması yaşayış sahəsinə növbəyə durmaq hüququndan məhrum etmir. Qanunvericilikdə belə bir norma yoxdur. Bundan başqa, iddiaçının həyat yoldaşının adına hər hansı torpaq sahəsi olub-olmaması iddiaçının ehtiyata buraxılmış hərbi qulluqçusu kimi hüquqlarından məhrum edə bilməz, bundan əlavə olaraq qeyd olunur ki, iddiaçının həyat yoldaşının adına yalnız təsərrüfat aparılması üçün Ağstafa rayonu, Aşağı Kəsəmən kəndində ümumi-birgə təsərrüfat torpağı vardır. Həmin torpağın təyinatı yaşayış sahəsi kimi getmir, təsərrüfat aparılması üçündür. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının, onun vəkilinin izahatlarını dinləyərək, iş materiallarında olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan: -AZ-T №013585 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X3 arasında 25.07.2006-cı il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2006-cı ilin iyul ayının 25-ci günündə 389 № ilə qeyd edilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib olunmuş 31 oktyabr 2019-cu il tarixli, **********08 saylı arayışın təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması ilə bağlı Milli Qeydiyyat Sistemində məlumat yoxdur. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib olunmuş 31 oktyabr 2019-cu il tarixli, **********89 saylı arayışın təsdiq olunmuş surətindən görünür ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin təqdim etdiyi tam olmayan elektron məlumat bazasına daxil olmuş məlumata əsasən, Ağstafa rayonu, Aşağı Kəsəmən kəndində 0.594 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi-ümumbirgə; Ağstafa rayonu, Aşağı Kəsəmən kəndində 0.1471 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi-ümumbirgə və Ağstafa rayonu, Aşağı Kəsəmən kəndində 0.08 ha torpaq sahəsi- X1 ümumbirgə mülkiyyətindədir. -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon İdarəsinin 28 noyabr 2019-cu il tarixli, 255 №-li arayışından görünür ki, həmin arayış 1978-ci il təvəllüdlü ehtiyatda olan mayor İddiaçı ondan ötrü verilmişdir ki, o, həqiqətən 01.09.1997-ci il tarixdən 25.10.2019-cu il tarixinədək Azərbaycan Respublikasının Müdafiə Nazirliyində zabit qismində hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 02.09.2019-cu il tarixli 0672 nöömrəli əmri və “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) və 164-cü maddəsinə (hərbi geyim formasını daşımaq hüququ verilməklə) müvafiq olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb. -Azərbaycan Respublikası Müdafiə Nazirlyi Mənzil-İstismar İdarəsinin 24 sentyabr 2019cu il tarixli, 4237 №-li arayışından görünür ki, ehtiyyatda olan mayor İddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində qulluq etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmayıb. -Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi Bələdiyyəsinin 04 oktyabr 2019-cu il tarixli, 136 saylı arayışdan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olanlar, İddiaçı və X2 həqiqətən Nəsimi Bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılmamışdır. -05 dekabr 2019-cu il tarixli kirayə müqaviləsindən görünür ki, X8 tərəfindən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 37.7 kv.m olan mənzil İddiaçı kirayəyə verilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 27 noyabr 2019-cu il tarixli, **********5 saylı arayışından görünür ki, İddiaçı 928,65 manat məbləğində əmək pensiyası alır. -Baki şəhəri Nəsimi rayon MKTB-nin 16 saylı Mənzil Kommunal İstismar Sahəsinin 05.11.2019-cu il tarixli, 914 №-li arayışından görünür ki, Bakı şəhəri, Azadlıq küçəsi, 70 saylı evi 190 №-li mənzilində İddiaçı, X3, X7 və X10 qeydiyyatdadır. -EZ №0011137 nörməli hərbi biletin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 25.10.2019-cu ildə X4 Nazirliyinin 02.09.2019-cu il tarixli, 0672 №-li əmri ilə “HXH” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) və 164-cü maddəsinə əsasən hərbi xidmətdən ehtiyyata buraxılmışdır. -Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh Başçısının Aparatının 19 dekabr 2019cu il tarixli, 5/R-52-068 saylı imtina məktubundan görünür ki, iddiaçının mənzil növbəsinə götürülməsi ilə bağlı müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, iddiaçı öz arzusu ilə ehtiyata buraxıldığından və onun həyat yoldaşının adına torpaq sahəsi olduğundan “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsi iddiaçıya şamil edilmir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin 02.09.2019-cu il tarixli 0672 nöömrəli əmri ilə “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) və 164-cü maddəsinə (hərbi geyim formasını daşımaq hüququ verilməklə) əsasən Silahlı Qüvvələrdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İşin mübahisələndirilən halı odur ki, iddiaçı ehtiyata buraxıldığı zaman 15 ildən çox hərbi xidmətdə olduğuna, həmçinin, hazırda onun ailə üzvləri ilə birlikdə daimi yaşayış yeri olmadığına, o cümlədən ondan bələdiyyə tərəfindən hər hansı bir torpaq sahəsi ayrılmadığına əsaslanaraq, hazırki iddia tələbi ilə mənzil növbəsinə qeydiyyata alınmasını və ona 05.12.2019-cu il tarixdən etibarən kirayə xərcinin ödənilməsini tələb edir. Ehtiyata və istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 №-li 06.08.2012-ci il tarixli qərarının 1ci və 2-ci bəndlərinə əsasən: 1. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat.

2. Müəyyən edilsin ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. “Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasının Prezidentinin 3 oktyabr 1997-ci il № 377- İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir. Həmin Əsasnamənin 156-cı maddəsinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: a) xidmət müddətləri başa çatdıqda (kadr zabitlərindən başqa); b) yaşa görə - həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanlar; c) xəstəliyə görə - hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar; ç) ştatların ixtisarına görə - ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); d) ailə vəziyyətinə görə (qadın hərbi qulluqçuları və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları). Qadın hərbi qulluqçular ailə vəziyyətinə görə buraxılırlar: uşaq doğulması ilə əlaqədar öz xidməti vəzifələrini icra edə bilmədikləri halda, onların xahişi ilə; hərbi qulluqçu ilə nikaha girdikdə - əri başqa yaşayış məntəqəsinə köçürüldükdə, əgər ərinin yeni xidmət yerində qadın hərbi qulluqçu üçün vakant vəzifə yoxdursa, eləcə də əri həqiqi hərbi xidmətdən buraxılıb yeni yaşayış yerinə gedirsə; mülki şəxslə nikaha girdikdə, əri başqa yaşamaq məntəqəsinə daimi yaşayış üçün gedirsə; qadın - hərbi qulluqçunun vəzifələrini icra etməyə maneçilik törədən xüsusi üzürlü səbəblər olduqda (buraxılma üçün digər əsaslar olmadıqda); həqiqi hərbi xidmət hərbi qulluqçuları ailə vəziyyətinə görə, həqiqi hərbi xidmət keçərkən «Hərbi xidmətə çağırışın Əsasları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun çağırışdan möhlət hüququ meydana çıxdıqda; e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); ə) hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); j) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin olunmaq hüquqları vardır. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətindən artıq xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Yuxarıda sadalanan qanunun normalarından görünür ki, güzəştlər yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına aiddir və bu güzəştlər e), ə) və f) bəndlərində qeyd olunan hərbi qulluqçulara şamil edilmir. Həmçinin, Məhkəmə onu da vurğulamağı zəruri hesab edir ki, iddiaçının daimi yaşayış yeri olmasa da, onun adına hər hansı bir daşınmaz əmlak üzərində hüquqlar qeydiyyata alınmasa da, onun arvadının mülkiyyətində qeydiyyata alınmış kateqoriyası kənd təsərrüfatı təyinatlı olan 2 ayrı-ayrı torpaq sahəsi, həmçinin, 1 təyinat göstərilməyən torpaq sahəsi mövcuddur. Belə olan halda, Məhkəmə mövcud qanunvericiliyin yuxarıda qeyd olunan normalarının işin faktiki hallarına tətbiq edərək və öz daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, İddiaçı öz arzusu ilə Silahlı Qüvvələrdən ehtiyata buraxıldığından, həmçinin, onun arvadının mülkiyyətində torpaq sahələri mövcud olduğundan, cavabdeh inzibati orqan tərəfindən verilmiş imtina məktubu qanunazidd olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə

qərara aldı:

İddiaçıcavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddiaçının mənzil növbəsinə qeydiyyata alınması və ailə tərkibini nəzərə alaraq kirayə xərcinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar