Məhkəmə qərarları › İş №2-1(112)-2382/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2382/2023

22.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2382/2023 22.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Babaşova Səbunə Firəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Sosial Ödənişlərin Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 18 aprel 2022-ci il tarixdən hesablanmaqla ona yaşa görə əmək pensiyamın təyin olunması, ödənilməyən əmək pensiyasının birdəfəlik olaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxx 1957-ci il təvəllüdlü, Azərbaycan Republikasının vətəndaşı olan İddiaçı 33 ildən artıq (xx.xx.1977-cü ildən başlayan) iş stajı var. Bunu təsdiq edən sənəd isə əmək kitabçası, hərbi bileti və sair sənədləridir. Onun xx xxxxx 1957-ci il təvəllüdlü olmağı nəzərə alınarsa 2022-ci ilin aprel ayının 18-də onun 65 yaşı tamam olub, yəni “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 4.1.2-ci bəndinin müəyyən etdiyi 2022-ci ilin 30 iyun tarixinə aid olan pensiya yaş həddi tamam olub. Onun 2022-ci ilin aprel ayının 18-də 65 yaşı tamam olub və 1974-cü ildən başlayan 65 yaşının tamam olduğu tarixə qədər olan müddətə 33 illik iş stajı var ki, həmin staj illərinin 31 ili 2006-cı il tarixə qədər olan müddətdə qazanılıb. xx.xx.2006-cı il tarixədək nəzərə alınsa ki, onun 31 illik ümumi iş stajı olub və bu halda sığortaolunanın yəni onun fərdi hesabının sığorta hissəsində həmin tarixədək qeydə alınmalı olan pensiya kapitalı aşağıdakı qaydada hesablanır: (31 il tam iş stajı x 306 manat) + (306 manat: 12 ay x 6 ay) =9.511 manat. Onun əmək kitabçası, hərbi xidməti dövrünə aid hərbi biletini qoşma etməklə yuxarıdakı məzmunlu ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra cavabdeh) müraciət etmişdir. Cavabdeh tələbi ilə əlaqədar ona ünvanlandığı **********5 saylı, xx.xx.2022-ci il tarixli məktubda tələbindən imtina olunduğu bildirilmiş və imtinaya əsas kimi də onun sığorta stajının tələb olunan qədər olmadığı yəni 25 ildən az, 17 il 06 ay olması göstərilmişdir. Halbuki onun əmək kitabçasına görə 34 illik iş stajı var və həmin staj illərinin 31 ili 2006-cı ilə qədər olan dövrü əhatə edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə ərizə təqdim edərək cavabdeh olaraq Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alının cavbadehlikdən çıxarılmasını yaşa görə əmək pensiyasının təəyin olunmasının cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iş materiallarına əsasən, İddiaçı (bundan sonra-iddiaçı) yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı xx.xx.2022-ci il tarixdə ərizəylə inzibati orqana müraciət etmiş, lakin xx.xx.2022-ci it tarixli **********5 nömrəli bildirişlə iddiaçının sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğundan yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilərək, imtina verilmişdir. Belə ki, iddiaçının əmək kitabçasının və hərbi biletinin surətlərinə əsasən sığorta stajı (xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr daxil edilməklə) 17 il 6 ay təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 15 il 11 ay sığorta stajına uyğun olaraq 12942,32 manat, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamış, xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək isə 1482.82 manat olmaqla, ümumilikdə 14425,14 manat təşkil edir. Bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. İddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1992-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək “Təmirçi” kooperativində və xx.xx.1996-cı il tarixindən xx.xx.2005-ci il tarixinədək “Tural-İ” şirkətində olan əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Lakin araşdırma zamanı “Təmirçi” kooperativinin və "xxxx" şirkətinin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvanı müəyyən etmək mümkün olmadığından, İddiaçı həmin müəssisələrdə olan əmək fəaliyyəti dövrləri sığorta stajına daxil edilməmişdir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. “Sosial müavinətlər haqqında' Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olnanlara əsasən iddiaçının adma aktiv əmək müqaviləsi (lşəgötürən:Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi) olduğu üçün iddiaçıya yaşa görə sosial müavinətin də təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Hesab edirik ki, iddiaçıya verilən imtina qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi yuxarıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Yuxarıda qeyd edilənləri, Azərbaycan Respublikası İPM 47-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmədən İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı "yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1957-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 054970 nömrəli hərbi biletin surətinə əsasən iddiaçı xx.xx.1975-ci ildə hərbi xidmətə çağırılmış, xx.xx.1977-ci ildə hərbi xidmətdən təxis olunmuşdur. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus xx.xx.1974-cü il tarixli əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1974-cü ildə Meliorasiya və Su tərərrüfatı birliyində texnik vəzifəsinə qəbul olunmuş, xx.xx.1975-ci ildə işdən azad edilmiş, xx.xx.1975-ci ildə fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.1975-ci ildə işdən azad edilmişdir. xx.xx.1977-ci ildə çilingər vəzifəsinə qəbul edilmiş, xx.xx.1979-cu ildə işdən azad edilmişdir. xx.xx.1979-cu ildə usta vəzifəsinə qəbul edilmiş, xx.xx.1982-ci ildə işdən azad edilmişdir. xx.xx.1982-ci ildə mühəndis vəzifəsinə qəbul edilmiş, xx.xx.1985-ci ildə işdən azad edilmiş, xx.xx.1985-ci ildə mühəndis qəbul edilmiş, xx.xx.1988-ci ildə azad edilmişdir. xx.xx.1988-ci ildə Azkommuntikinti trestinə mühəndis qəbul edilmiş, xx.xx.1989-cu ildə azad edilmişdir. xx.xx.1989-cu ildə “Təmirçi” kooperativində kooperativin sədr müavini vəzifəsinə qəbul edilmiş, xx.xx.1996-cı ildə işdən azad edilmişdir, xx.xx.1996-cı ildə "xxxx" Şirkətində şirkətin baş direktoru vəzifəsinə təyin edilmiş, xx.xx.2005-ci ildə işdən azad edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon icra Hakimiyyəti başçısının aparatının xx.xx.2022-ci il tarixli, 6/1302 nömrəli məktubunda bildirilmişdir ki, Nəsimi Rayon İcra Hakimiyyətinin cari arxivində “Təmirçi" kooperativinə dair hər hansı qərar və ona aid hər hansı sənəd tapılmamışdır. Eyni zamanda qeyd edirik ki, “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, Milli arxiv fondunun tərkibinə daxil olan arxiv sənədləri daimi mühafizə məqsədi ilə dövlət arxivlərinə verilənə qədər dövlət idarə, müəssisə və təşkilatlarında yaradılan arxivlərdə müvəqqəti mühafizə olunur. Milli arxiv fondu sənədlərinin idarə arxivlərində müvəqqəti mühafizə müddəti rayon və şəhər hakimiyyət orqanlarının sənədləri üçün 5 il müəyyən edilir. Odur ki, tələb olunan sənədlərin əldə edilməsi üçün aidiyyəti üzrə Dövlət Arxivinin Bakı şəhər filialına müraciət etməyiniz Sizə tövsiyə olunur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il tarixli, 3-48-2F/2-00309/2023 nömrəli məktubu ilə təqdim olunmuş “Təmirçi” Kooperativi barəsində Dövlət Arxivinin Bakı filialında saxlanılan keçmiş Nəsimi rayon XDS İK-nin (indiki Nəsimi RİH) arxiv fondu üzrə xx.xx.1989-cu il tarixli, 104/3 saylı qərarının və ona əlavə edilmiş sənədlərin surətindən görünür ki, -Nəsimi rayon X6 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli qərarına əsasən Nəsimi rayonu ərazisində 5 nəfərdən ibarət Təmirçi kooepartivinin yaradılmasının təsdiq edilməsi qərara alınmışdır. -15 avqust 1989-cu il tarixli 1 nömrəli protokola əsasən Təmirçi kooperativi tərkibində 5 nəfərin üzvlüyü təsdiq edilmişdir: (....). 4. İddiaçı (...). Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********069000 nömrəli məktubunda bildirilmişdir ki, vergi orqanının uçot baza məlumatlarında "xxxx" şirkətinin (VÖEN: **********) fəaliyyətinin xx.xx.2008-ci il tarixdən xx.xx.2010-cu il tarixədək dayandırılması, xx.xx.2010-cu il tarixdən bərpa edilməsi, xx.xx.2013-cü il tarixdən xx.xx.2015-ci il tarixədək dayandırılması, xx.xx.2014-cü il tarixdən bərpa edilməsi, xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək dayandırılması, xx.xx.2015-ci il tarixdə bəyannamə təqdim etməklə aktivləşdirilməsi, xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dayandırılması, xx.xx.2017-ci il tarixdən bərpa edilməsi, xx.xx.2022-ci il tarixdən xx.xx.2037-ci il tarixədək dayandırılması barədə məlumat müəyyən edilmişdir. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. Eyni zamanda,"xxxx" şirkətinin (VÖEN: **********) müvafiq qeydiyyat və təsis sənədlərinin təsdiq edilmiş surəti təqdim olunmuşdur. Təqdim olunmuş sənədlərdən görünür ki: -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin X9 Bakı Bölgə Şöbəsinin xx.xx.2003-cü il tarixli, 01/ç-1286 nömrəli X2 Reyestrindən çıxarışdan görünür ki, təşkilatın adı: "xxxx" şirkəti, qeydiyyat Nömrəsi: 28117, qeydiyyat tarixi: 21 fevral 1996cı il, identifikasiya kodu: 1731933, yerləşdiyi yaşayış məntəqəsi: Bakı şəhəri, Sabunçu qəsəbəsi, Kəngərli küçəsi 23, yeni təsisçi (lər) haqqında məlumatlar: X5- 100% paya malikdir, təsisçiliyin hüquqi əsası: notarius tərəfindən təsdiq edilmiş xx.xx.2003-cü il tarixli alqı-satqı müqaviləsi. Təsisçinin dəyişməsinin qeydiyyat tarixi xx.xx.2003-cü il. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2023-cü il tarixli, **********453100 nömrəli məktubunda bildirilmişdir ki, dövlət reyestr məlumatlarına əsasən "xxxx" Şirkətinin qanuni təmsilçilik funksiyasına malik direktoru X3r. Nəzərinizə çatdırırıq ki, hüquqi şəxsin qeydiyyat qovluğunda "xxxx" Şirkətinin dövlət qeydiyyatına alındığı xx.xx.1996-cı il tarixindən hazıradək direktor təyinatı barədə hər hansı sənəd aşkar edilməmişdir. Məktuba əlavə edilmiş hüquqi şəxsin qeydiyyat qovluğunda saxlanılan sənədlərin surətindən görünür ki: - "xxxx" şirkətinin sənədlərinə dair rəyində bildirilmişdir ki, "xxxx" şirkətinin nizamnaməsinə edilən əlavə və dəyişikliyin dövlət qeydiyyatına alınması üçün şöbəyə təqdim edilmiş sənədləri öyrənildi. Şirkət Ədliyyə Nazirliyində 21 fevral 1996-cı il tarixdə 28117 saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır. Qeydə alındığı vaxt şirkətin təsisçisi İddiaçı olmuşdur. Hazırda notarius tərəfindən təsdiq edilmiş xx.xx.2003-cü il tarixli alqı - satqı müqaviləsinə əsasən şirkətin təsisçisi X3r. Şirkətin təsisçisinin dəyişməsi faktı və nizamnaməyə edilən əlavə və dəyişiklik qanunvericiliyə uyğundur və Mülki Məcəllənin 130.4-cü maddəsinə əsasən hüquqi şəxslərin dövlət reyestrində müvafiq qaydada qeydə alınmalıdır. - xx.xx.2003-cü il tarixli X7-Satqı Müqaviləsi ilə satıcı “Tural-1" Şirkətinin təsisçisi X11 "xxxx" Şirkətində (xx.xx.1996-cı il tarixdə 28117 №li şəhadətnamə ilə dövlət qeydiyyatından keçmiş) Nizamnamə kapitalında ona məxsus 100% payını alıcı X1. - "xxxx" Şirkətinin Nizamnaməsindən görünür ki, nizamnamə 1996-cı ildə İddiaçı tərəfindən təsdiq edilmişdir. Nizamnamənin 3-cü bəndinə əsasən müəssisənin təsisçisi və müəssisə əmlakının mülkiyyətçisi İddiaçıdur. Nizamnamənin 26-cı bəndinə əsasən müəssisədə icraedici orqan müəssisənin baş direktorudur. Müəssisənin Baş Direktoru təsisçi tərəfindən təyin edilir. Təsisçi müəssisənin baş direktoru vəzifəsini özü icra edir və ya onu müəssisənin əmək kollektivi üzvlərindən yaxud başqa vətəndaşlardan təyin edir. -Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti Başçısı Aparatının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə ünvanladığı xx.xx.1996-cı il tarixli, 03/4 nömrəli məktuunda bildirilmişdir ki, Sabunçu rayon Mənzil Təsərrüfat İdarəsi bildirir ki, Sabunçu qəsəbəsi, B.ünvan 2 ünvanda "xxxx" şirkəti qeydiyyatdan keçdikdən sonra həmin sahədə fəaliyyət göstərməsinə zəmanət verilir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2023-cü il tarixli, 3-34/2-66/01-3/2023 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının statistik vahidlərin Üöviət reyestrində “Təmirçi” kooperativi adı ilə 6 statistik vahidin qeydiyyatına dair məlumat mövcuddur. Onlardan biri xx.xx.1996xx.xx.1999-cu il tarixlərində qeydiyyatda olmuş, 5-i isə xx.xx.1996-xx.xx.1996-cı il tarixləri ərzində qeydiyyata alınsalar da, qeydiyyat tarixindən hal-hazıradək Dövlət Statistika Komitəsində sözügedən müəssisələrə dair hər hansı əlavə məlumat mövcud olmamışdır. "xxxx" şirkəti 07 oktyabr 1996-cı il tarixindən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır. Bununla yanaşı nəzərinizə çatdırırıq ki, statistik vahidlərin Dövlət reyestrində müəssisələrlə bağlı məlumatların axtarışı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyat zamanı hüquqi şəxsə təqdim olunmuş vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və yaxud da Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmuş statistik identifikasiya kodu vasitəsi ilə həyata keçirilir. Belə ki, müəssisənin yalnız “ada” görə axtarışı səhv nəticələrə gətirib çıxara bilər. Qeyd olunanları nəzərə alaraq, gələcəkdə Sizi maraqlandıracaq bu və ya digər müəssisəyə dair məlumatların statistik vahidlərin Dövlət reyestrində axtarışının dəqiq aparılması üçün onun vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) və yaxud statistik identifikasiya kodunun təqdim olunmasını, bunların heç biri olmadığı halda isə hüquqi şəxslərin qeydiyyat orqanı olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etməyiniz xahiş olunur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********410900 nömrəli məktubunda bildirilmişdir ki, uçot baza məlumatlarına əsasən "xxxx" Şirkətinin xx.xx.1997-ci il tarixdə 9 rəqəmli ********* nömrəli VÖEN ilə, xx.xx.2004-cü il tarixdə 10 rəqəmli ********** nömrəli VÖEN itə qeydiyyata alınması barədə məlumat müəyyən edilmişdir. "Tural-1” Şirkətinin 1996-cı ildən 2005-ci il tarixədək fəaliyyətinin dayandırılması barədə məlumat mövcud deyil. "xxxx" Şirkəti tərəfindən xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövr üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələri üzrə dövriyyə məbləği 11250,0 manat təşkil etmişdir. Bildiririk ki, sənədlərin saxlanılması müddəti Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən müəyyən edilir. AR Milli Arxiv İdarəsi Kollegiyasının 12 aprel 2016-cı il tarixli 3/1 nömrəli qərarı "Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısının tətbiq olunmasına dair göstəriş"də təsdiq edilmişdir. Göstərişə əsasən mühasibat uçotu sənədlərinin saxlanılması müddətləri 5 il müəyyən edilmişdir. Qeyd olunanlarla bağlı xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövr üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş vergi bəyannamələrinin surətinin təqdim edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında" və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunlarında edilmiş dəyişikliklərə əsasən sosial sığorta haqları və işsizlikdən sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət xx.xx.2019-cu il tarixdən etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilmişdir. Odur ki, müraciətdə qeyd edilən məsələlər xx.xx.2019-cu il tarixdən əvvələ aid olduğuna görə aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-171/2-68928/2023 nömrəli məktubunda bildirilmişdir ki, Fondun Arxiv və Sosial Ödənişlərin İnventarlaşdırılması üzrə Mərkəzi Filialı tərəfindən təqdim edilmiş məktuba əsasən "xxxx" şirkətinin iş qovluğunda 1996-2005-ci illərin hesabat məlumatları aşkar edilmədiyindən sözügedən dövr üzrə sığortaedən tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatların təqdim edilməsi mümkün olmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********410900 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Kollegiyasının 2016-cı il 12 aprel tarixli 3/1 nömrəli qərarı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin nümunəvi Siyahısı”na və Azərbaycan Respublikasının Vergilər nazirinin 1 dekabr 2016-ci il tarixdə təsdiq edilmiş “Azərbaycan Respublikası Vergilər Nazirliyinin fəaliyyəti zamanı yaranan sənədlərin ümumi işlər Nomenklaturası”na uyğun olaraq İdarənin arxivində saxlama vaxtı başa çatmış, elmi-tarixi dəyəri olmayan və əməli əhəmiyyətini itirmiş sənədlərin dəyərinin ekspertizası qanunvericiliyə uyğun olaraq keçirilmiş, əməli əhəmiyyətini itirmiş sənədlər məhv edilmişdir. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, tələb olunan məlumatların əldə edilməsi ilə bağlı sənədlərin Azərbaycan Respublikası Milli Arxiv idarəsinin Kollegiyasının “icra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin nümunəvi Siyahısı”na (Bənd 54;55;33/B) və “Azərbaycan Respublikası Vergilər Nazirliyinin fəaliyyəti zamanı yaranan sənədlərin ümumi işlər Nomenklaturası”na (Nomenklatur 44: Vergi ödəyicilərinə məxsus “Xüsusi otaq”da olan iş qovluqlarındakı sənədlər: Bəyannamələr və onlara əlava edilmiş sənədlər) uyğun olaraq 5 (beş) il saxlanılmaqla məhv edilməsi səbəbindən təqdim edilməsi mümkün olmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" Şirkətinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı xx.xx.2003-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən təsisçilik hüququ yeni təsisçiyə verildiyindən həmin tarixdən "xxxx" şirkətində fəaliyyət göstərməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********5 nömrəli yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Təqdim etdiyiniz əmək kitabçanızın və hərbi biletinizin surətlərinə əsasən sığorta stajınız (xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğunuz dövr) 17 il 6 ay təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 15 il 11 ay sığorta stajına uyğun olaraq 12942,32 manat, xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 1482.82 manat olmaqla, ümumilikdə 14425,14 manat təşkil edir ki, bu məbləğ pensiya yaşınızın tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq bildiririk ki, adınıza tərtib olunmuş əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.1992-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək və xx.xx.1996-cı il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı əmək kitabçanızın surətində qeyd olunmuş “Təmirçi" kooperativinin və "xxxx" şirkətinin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvanı müəyyən etmək mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə sığorta stajınız qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinizə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olnanlara əsasən adınıza aktiv əmək müqaviləsi (lşəgötürən:Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi) olduğu üçün sizə yaşa görə sosial müavinətin də təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1 -ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya ) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. Beləliklə, işin hallarından görünür ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh iddiaçının qanunla tələb olunan 25 il sığorta stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına malik olmadığı əsas gətirilərək müraciəti təmin edilməmişdir. Hazırkı iddiasında iddiaçı cavabdehin imtinasını əsassız hesab edir və ona yaşa görə əmək pensiyasının təyin edilməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsaslıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun qeyd olunan normasından görünür ki, yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatmalı, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. Qanunun 7-ci maddəsinin tələbinə əsasən 1 iyul 2020-ci il tarixdən kişilər üçün pensiya yaşı həddi 65 yaşdır. İddiaçı xx.xx.1957-ci il təvəllüdlü olmaqla 65 yaşını xx.xx.2002-ci il tarixdə tamamlamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. İddiaçıya məxsus hərbi bilet, əmək kitabçası qeydlərinə əsasən iddiaçının xx.xx.1975-xx.xx.1977-ci ilədək hərbi xidmət dövrü 02 il 03 gün, xx.xx.1974- xx.xx.1975-ci ilədək 06 ay 24 gün, xx.xx.1975-xx.xx.1975-ci ilədək 02 ay 21 gün, xx.xx.1977xx.xx.1979-cu ilədək 01 il 07 ay 17 gün, xx.xx.1979- xx.xx.1982- ci ilədək 02 il 11 ay 13 gün, xx.xx.1982- xx.xx.1985-ci ilədək 03 il 02 ay 03 gün, xx.xx.1985- xx.xx.1988-ci ilədək 02 il 03 ay 17 gün, xx.xx.1988- xx.xx.1989-cu ilədək 06 ay 05 gün təşkil edir. Cavabdehin mübahisələndirdiyi dövr iddiaçının xx.xx.1989-xx.xx.1996-cı ilədək “Təmirçi” kooperativində kooperativin sədr müavini vəzifəsində və xx.xx.1996-xx.xx.2005ci ilədək "xxxx" Şirkətində şirkətin direktoru vəzifəsində işlədiyi dövrdür. Cavabdeh qeyd edilən dövrlərin ümumi sığorta stajına hesablamaması əsası kimi “Təmirçi" kooperativinin və "xxxx" şirkətinin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvanı müəyyən etmək mümkün olmamasına istinad etmişdir. Məhkəmə aşağıdakılara əsasən inzibati orqanın qeyd edilən imtina dəlilini əsaslı hesab etmir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: -1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir; -3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasıı”nın: -4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;(....) 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən;(....) Qeyd edilən qanunvericiliyin tələblərindən görünür ki, Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək ümumi iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. İşçinin əmək fəaliyyəti dövrü onun işə başlaması və işdən çıxması tarixləri arasındakı fərqlə müəyyən edilir. İddiaçının əmək fəaliyyəti əmək kitabçasında olan işə qəbul və işdən çıxması barədə əmrlərin nömrəsi, tarixi, müəssisənin səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiq edilmiş qeydlərlə müəyyən olunur. İddiaçının xx.xx.1989-cu ildə “Təmirçi” kooperativində kooperativin sədr müavini vəzifəsinə qəbul edilməsi, xx.xx.1996-cı ildə həmin vəzifədən azad edilməsi barədə qeydlər Kooperativin kadrlar inspektoru tərəfindən imzalanmış, kooperativin möhürü ilə təsdiq edilmişdir. Həmin qeydlərin mötəbərliliyini şübhə altına alacaq hər hansı hala isə məhkəmə icraatında rast gəlinməmişdir. Başqa sözlə, nə qədər ki, iddiaçının mübahisələndirilən dövr üzrə fəaliyyəti əmək kitabçasında olan qeydlərdə öz əksini tapmış və hazırkı əmək kitabçasının mötəbərliyini şübhə altına alacaq sübut təqdim edilmədiyi nəzərə alındıqda, o zaman əmək kitabçası əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən iş stajı faktına dair həqiqi vəziyyəti dəqiq əks etdirməklə özü-özlüyündə şübhə doğurmur. Bundan əlavə, məhkəmə sorğusu ilə əldə edilmiş Dövlət Arxivinin Bakı Filialına təhvil verilmiş Nəsimi rayon XDS İK-nin arxiv sənədlərindən görünür ki, 15 avqust 1989-cu il tarixli 1 nömrəli protokola əsasən Təmirçi kooperativi yaradılmış, kooperativin 5 üzvünün, o cümlədən İddiaçı üzvlüyü təsdiq edilmiş və Nəsimi rayon X6 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli qərarı ilə Təmirçi kooepartivinin yaradılması təsdiq edilmişdir. Göründüyü kimi “Təmirçi” kooperativi barədə qeydiyyat məlumatları dövlət arxivində mövcuddur, hazırkı dövrdə həmin kooperativin 1989-1996-cı il tarixədək fəaliyyətinin olmaması barədə isə hər hansı mötəbər sübut cavabdeh tərəfindən nə inzibati icraat zamanı əldə edilmiş, nə də məhkəməyə təqdim edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının Təmirçi kooepartivində əmək fəaliyyəti dövrü ən geci Kooperativin yaradılmasının təsdiq edildiyi xx.xx.1989-cu ildən tarixdən hesablanmaqla xx.xx.1996-cı il tarixədək cəmi 06 il 05 ay 14 gün ümumi iş stajına daxil edilməlidir. İddiaçının işlədiyi xx.xx.1996-xx.xx.2005-ci ilədək "xxxx" Şirkətində işlədiyi dövrlə bağlı məhkəmə aşağıdakıları qeyd edir. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1996-cı il tarixli 01 nömrəli əmrlə xx.xx.1996-cı il tarixdən "xxxx" Şirkətinə baş direktor təyin edilmiş, xx.xx.2005-ci il tarixli 19 nömrəli əmrlə xx.xx.2005-ci il tarixdən işdən azad edilmişdir. Əmək qeydləri baş direktor İddiaçı tərəfindən imzalanmış və Şirkətə məxsus möhürlə təsdiq edilmişdir. İş üzrə vergi orqanından əldə edilmiş şirkətə dair arxiv qovluğundan görünür ki, "xxxx" şirkəti Ədliyyə Nazirliyində 21 fevral 1996-cı il tarixdə» 28117 saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış, şirkətin təsisçisi İddiaçı olmuş, müəssisənin nizamnaməsi 1996-cı ildə İddiaçı tərəfindən təsdiq edilmişdir. Nizamnaməyə əsasən müəssisənin təsisçisi səərncamverici orqan olmaqla yanaşı müəssisənin əmək kollektivi üzvlərindən, yaxud başqa vətəndaşlardan təyin edilmədiyi halda təsisçi müəssisənin baş direktoru vəzifəsini özü icra edir. Başqa sözlə, iddiaçı adəçəkilən şirkətin həm təsisçisi, həm də baş direktoru olmuş, baş direktor vəzifəsini özü icra etmişdir. Daha sonra "xxxx" şirkəti xx.xx.1997-ci il tarixdə 9 rəqəmli ********* nömrəli VÖEN ilə, xx.xx.2004-cü il tarixdə 10 rəqəmli ********** nömrəli VÖEN ilə qeydiyyata alınmışdır. İddiaçı xx.xx.2003-cü il tarixli payın alqı-satqı müqaviləsi ilə Nizamnamə kapitalında ona məxsus 100% payını alıcı X1. Vergi orqanından əldə edilmiş qeydiyyat məlumatları, eləcə də məhkəmə sorğusuna əsasən hazırkı halda şirkətin direktorunun imzası və möhürü ilə təsdiq edilmiş cavabdan müəyyən olunur ki, iddiaçı xx.xx.2003-cü il tarixli alqı-satqı müqaviləsi ilə müəssisənin təsis payını satqıdan sonra müəssisənin təsisçisi, eləcə də direktoru X5 olmuşdur. Başqa sözlə, iddiaçının əmək kitabçasındakı xx.xx.2005-ci il tarixli şirkətin direktoru vəzifəsindən azad edilmə barədə qeyd onun şirkətdəki direktor fəaliyyətinin sonlanması ilə üst-üstə düşmür. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********410900 nömrəli məktubunda "Tural-1” Şirkətinin 1996-cı ildən 2005-ci il tarixədək fəaliyyətinin dayandırılması barədə məlumat mövcud olmadığı, "xxxx" Şirkəti tərəfindən xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövr üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələri üzrə dövriyyə məbləği 11250,0 manat təşkil etdiyini nəzərə alaraq bu nəticəyə gəlir ki, "Tural-1” Şirkətinin qeydiyyata alındığı 21 fevral 1996-cı il tarixdən xx.xx.2006-cı il tarixədək fəaliyyət göstərdiyi, aktiv vergi fəaliyyəti olduğundan iddiaçının həmin şirkətdəki direktor fəaliyyəti onun ümumi iş stajına hesablanmalıdır. Məhkəmə onu da nəzərə alır ki, iddiaçının ümumi iş stajına xx.xx.1996-cı il tarixdən ən azı həmin şirkəti satdığı, təsisçilikdən, eyni zamanda direktorluqdan çıxmış hesab edildiyi xx.xx.2003-cü ilədək olan 07 il 05 ay 18 gün daxil edilməlidir. Yuxarıda qeyd olunan xx.xx.2006-cı il tarixədək olan dövr nəzərə alındıqda iddiaçının pensiya təyinatına əsas verən ümumi iş stajının 27 il 03 ay 15 gün təşkil etdiyi müəyyən olunur. Beləliklə, iddiaçıya yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan 25 il ümumi iş stajı tələbi ödənilir. Cavabdehin pensiya təyin edilməsindən imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə qeyd edilənlərə əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı 65 yaşdan, yəni xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 52, 68 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı 65 yaşdan, yəni xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar