Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2383/2022 29.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanda qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X3 (aparıcı mütəxəssis, Bakı şəhəri, Saray qəsəbəsi, Ərazi dairəsi, Təzə məhəllə ünvanda qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxs 18 saylı şəhər poliklinikası) müddətsiz 3-cü dərəcə əlilliyin təyin olunması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlilliyin təyin edilməsi barədə və qoşmaya əlavə etdiyi sənəddə qeyd olunan yığılmış pul məbləğinin ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 02.11.2021-ci il tarixli qərardadı ilə 18 saylı şəhər poliklinikası üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin 05.11.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Məhkəmənin 29.03.2022-ci il tarixli qərardadı ilə iddiaçının “İddiaçı müddətsiz İİİ qrup əlilliyinin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı əlilliyin təyin olunması üçün tələb olunan bütün tibbi sənədlərinin olmasına baxmayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu əlilliyin təyin edilməsi ilə bağlı müxtəlif tarixlərdə əsassız olaraq rədd cavabı vermişdir. Sonuncu dəfə isə həmin Fonda etdiyi müraciətinin tarixindən təxminən 2 ay müddətdən artıq vaxt keçməsinə baxmayaraq heç bir cavab almamışdır. 29.06.2021-ci il tarixdə Əlilliyin müyəyən edilməsi ilə bağlı ərizə ilə Dövlət Sosial Müdafiə Fonduna rəsmi qaydada müraciət etmişdir. Müraciətinin qəbulu zamanı cavabın 15 iş günü ərzində, əlavə öyrənilmə yoxlama tələb edən müraciətlərin müddətinə isə 30 iş günü ərzində baxılacağı barədə məlumat verildi. “Vətəndaşların müraciətlərinə dair Qanunvericili”yin 10.1-ci maddəsində göstərilir ki, bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2-10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. Ərizədən də göründüyü kimi həmin Qanunun 9.2, 9.6-ci maddələrində göstərilən hallar aşkar deyildir. Qanunun 10.2 və 10.4-cü maddəsində göstərilən hallar isə ümumiyyətlə tələb edilməməlidir. Çünki, əvvəlki müraciətlərində və ona aid olan bütün sənədlərdə tələb olunan bütün lazımı sənədlər təqdim olunmuşdur. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraza görə, İddiaçı əlillik vəziyyəti Bakı 18 nömrəli Şəhər Poliklinikasının 14.07.2020-ci il tarixli 0074003AAB6K saylı göndərişi əsasında baxılmış “X2: Vİİ Sinif - Gözün və gözün əlavə aparatının xəstəlikləri => H30-H36 - Tor qişanın və damarlı qişanın xəstəlikləri => H34 - Tor qişanın damarlarının okklyüziyası => H34.8 - Digər retinal damar okklyu...; Diaqnozun mətni: H04.8 Digər retinal damar okkiyüziyaları, OD-Tor qişanın mərkəzi venasının okkluziyası.Vis OD=0.01 k/e.Vis OS=0,8 k/e.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstənin Səhiyyə Nazirliyinin Göz xəstəlikləri reystrində məlumatı tapılmadi” səbəbi ilə imtina verilmişdir. Bakı 18 nömrəli Şəhər Poliklinikasının 15.08.2020-ci il tarixli 0074003AAB7C saylı şöndərişi əsasında baxılmış və “X2: Vİİ Sinif - Gözün və gözün əlavə aparatının xəstəlikləri => H30-H36 - Tor qişanın və damarlı qişanın »stəlikləri => H34 - Tor qişanın damarlarının okklyüziyası => H34.8 - Digər retinal damar akklyu...; Diaqnozun mətni: OD-Tor qişanın mərkəzi venasının okkluziyast. insulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet 2 tip. Diabetik oolinevropatiya. Aşağı ətrafların diabetik angiopatiyası; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Əmək müqaviləsi dmasına baxmayaraq xəstəlik vərəqəsi qeyd olunmayıb” səbəbi ilə imtina verilmişdir. Bakı 18 nömrəli Şəhər Poliklinikasının 06.10.2020-ci il tarixli 0074003AAB7Q saylı göndərişi əsasında baxılmış və “X2: Vİİ Sinif - Gözün və gözün əlavə aparatının xəstəlikləri => H30-H36 - Tor qişanın və damarlı qişanın xəstəlikləri => H34 - Tor qişanın damarlarının okklyüziyası => H34.8 - Digər retinal damar okklyu...; Diaqnozun mətni: Digər retinal damar okklyüziyaları, OD-Tor qişanın mərkəzi venasının okkluziyası. Şəkərli diabet tip 2, insulin tələbli; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Əmək müqaviləsi almasına baxmayaraq xəstəlik vərəqəsi qeyd olunmamışdır” səbəbi ilə imtina verilmişdir. Bakı 18 nömrəli Şəhər Poliklinikasının 18.03.2021-ci il tarixli 0074003AACB4 saylı göndərişi əsasında baxılmış və “X2: Vİİ Sinif - Gözün <ə gözün əlavə aparatının xəstəlikləri => H30-H36 - Tor qişanın və damarlı qişanın xəstəlikləri => H34 - Tor qişanın damarlarının okklyüziyası => H34.8 - Digər retinal damar okklyu...; Diaqnozun mətni: H34.8 Digər retinal damar okklyüziyaları, OD-Tor qişanın mərkəzi venasının okkluziyası.Vis OD=0.01 k/e.Vis OS=0,8 k/e. Ağırlaşma H54.4 Wonokulyar korluq, OD- Monokulyar korluq.Vis OD=0.01 k/e.Vis OS=0,8 k/e. Yanaşı xəstəliklər H52.2 Astiqmatizm, OS-Sadə hipermetropik astiqmatizm, Em və Hm 1.0 D. Yanaşı xəstəliklər 110 Essensial [birincili] hipertenziya, Hipertoniya xəstəliyyi İİİ mərhələ. Yanaşı xəstəliklər E11.7 insulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet tip 2, insulin tələbli. Yanaşı xəstəliklər İ79.2* Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, Aşağı ətrafların diabetik angiopatiyası. Yanaşı xəstəliklər H36.0* Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü 3 işarəsi ilə), OU-Diabetik retinopatiya. Yanaşı xəstəliklər G63.2* Diabetik oolinevropatiya(E10-14 ümumi dördüncü .4 işarəsi ilə), Diabetik polinevropatiya; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Əmək müqaviləsi olmasına baxmayaraq qeyd edilmiş xəstəlik vərəqələri ödənişə təqdim olunmamışdır” səbəbi ilə imtina verilmişdir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin dması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin tirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət iaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem srəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə Tiüəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə iə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə sdbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron mza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən nüraciət etməsi tövsiyə edilir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə Gürcüstan, Bolnisi rayonunda anadan olmuşdur. İş materiallarında olan xəstənin müayinə kartından çıxarışdan və tibbi rəylərdən görünür ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı xəstəliyi 19.03.2019-cu il tarixdə başlamış, iddiaçı həmin tarixdən X4 adına Milli Oftalmologiya Mərkəzində və AR "xxxx" MMC Avrasiya Hospitalında müalicələr almışdır. İş materiallarından görünür ki, İddiaçı əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün 18 nömrəli Şəhər Poliklinikası tərəfindən onun barəsində 14.07.2020-ci il tarixli 0774003AAB6K nömrəli, 15.08.2020- ci il tarixli 0074003AAB7C nömrəli, 06.10.2020-ci il tarixli 0774003AAB7Q nömrəli və 18.03.2021-ci il tarixli 0774003AACB4 nömrəli Göndərişlər (Forma 088) göndərilsə də, tibbi-sosial ekspert komissiyası tərəfindən əlilliyin təyin edilməsindən imtina edilmişdir. İş materiallarından görünür ki, Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsində iddiaçıya əlillik dərəcəsinin təyin edilməsindən imtina səbəbi kimi göstərilmişdir ki, Göndərişin natamam doldurulması – Səbəb:Əmək müqaviləsi olmasına baxmayaraq qeyd edilmiş xəstəlik vərəqələri ödənişə təqdim olunmamışdır. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, cavabdeh orqanın imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarını pozur. Belə ki, iş materiallarından olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının 31.05.2021-ci il tarixli məktubundan görünür ki, "xxxx" MMC (SUN: **********8; VÖEN: **********) tərəfindən iddiçıya aid əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlləri “X1 Sistemi”nin “Sığorta” (Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı) altsisteminə daxil edilmiş və ödənişə göndərilmişdir. İş materiallarından görünür ki, məhkəmənin 2-1(112)-10262/2021 saylı 05.11.2021ci il tarixli qərardadı ilə hazırkı iş üzrə məhkəmə tibbi-eksperizası təyin edilmiş və iş ekspert rəyinin verilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X5-Təcrübi və Tədris Birliyinə göndərilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi və Tədris Birliyinin T 336/2021 saylı ekspert rəyi iş materialları ilə birlikdə məhkəməyə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X5-Təcrübi və Tədris Birliyinin T 336/2021 saylı ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, İddiaçı adına iş materiallaırnda olan əlillik vəziyyətinin tibbisosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün Bakı 18 nömrəli Şəhər Poliklinikası tərəfindən 14.07.2020-ci il tarixli 0774003AAB6K saylı, 15.08.2020-ci il tarixli 0074003AAB7C saylı, 06.10.2020-ci il tarixli 0774003AAB7Q saylı və 18.03.2021-ci il tarixli 0774003AACB4 saylı göndərişlərlə göndərilmiş 88 saylı arayışlarda qeyd olunan və iddiaçıda olan xəstəliklər “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2-ci maddəsində göstərilən xəstəliklərin əhatə dairəsinə düşürməklə yanaşı müddətsiz İİİ dərəcəli əlillik verilməsinə uyğun gəlir. Tibbi sənədlərə əsasən İddiaçı adına 18 nömrəli Şəhər Poliklinikası tərəfindən doldurulmuş göndərişlərdə (Forma № 88-də) qeyd olunmuş, yəni onun əziyyət çəkdiyi xəstəliklər 19.03.2019-cu il tarixdən başlanılmışdır, xroniki olduğundan müalicəsi yoxdur, kəskinləşdikdə göz həkiminin nəzarəti altında müvafiq müalicə təyin olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1-ci bəndinə əsasən şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması Göndəriş verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3-cü bəndinə əsasən üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Həmin Əsasnamənin 2.5-ci bəndinə əsasən tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda üçüncü dərəcə əlillik müddətsiz təyin edilir: 2.5.14. bir gözün olmaması və ya əməli korluğu (görmə itiliyinin korreksiya ilə 0,04 və ondanaz olması, yaxud görmə sahəsinin 10 dərəcəyədək konsentrik daralması) (H54.4) Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi haqqında Əsasnamə”nin 3.1.2-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifəsidir. Məhkəmə sadalanan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının xəstəliyinin uzun müddət davam etməsi, iddiaçının müxtəlif dövrlərdə əməliyyat olunması, müayinə və müalicə alması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, həmçinin iddiaçının xəstəlik diaqnozunun müvafiq “Qaydalar”ın 2-ci bəndinə (üçüncü dərəcə əlillik müddətsiz) uyğun olduğundan iddiaçıya 3-cü dərəcə əlillik təyin edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı müddətsiz İİİ qrup əlilliyinin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-2383/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2383/2022
29.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver