Məhkəmə qərarları › İş №2-1(112)-2383/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2383/2023

28.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2383/2023 28.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Ağdərə rayonu Umudlu kənd tam orta məktəbində xx.xx.1977-ci il tarixdən xx.xx.2005-ci il tarixədək kitabxanaçı vəzifəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1977-ci il tarixdən Ağdərə rayonu Umudlu kənd orta məktəbinə kitabxanaçı vəzifəsinə təyin edilmişdir. xx.xx.2005-ci il tarixədək həmin vəzifədə işləmiş, xx.xx.2005-ci il tarixdə öz ərizəsinə əsasən işdən azad edilmişdir. Ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı “DOST” Mərkəzinə müraciət etmişdir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının **********6 saylı xx.xx.2022-ci il tarixli məktubu ilə ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Cavabdeh məktubunda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7, 1.0.2, 22-1.1-ci maddələrinə istinad etmişdir. Əmək kitabçasının surətinə əsasən sığorta stajı 23 il 5 gün təşkil edir. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-cı il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Fondun Qarabağ regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən Umudlu kənd orta məktəbinin xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək olan arxiv sənədləri X2 filialına təhvil verilmədiyindən (71 saylı xx.xx.2022-ci il tarixli akta əsasən) qeyd olunan dövrlərin araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır (xx.xx.1996-cı il tarixdən texniki işçilərin əmək haqqı kənd icra nümayəndəliyi tərəfindən ödənildiyinə görə). Əmək kitabçasında göstərilən dövrlərin əmək stajı kimi təsdiqlənmədiyindən ümumi sığorta stajının 25 ildən az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilmir. Halbuki əmək kitabçasında onun Ağdərə rayonu Umudlu kənd orta məktəbində kitabxanaçı vəzifəsində fasiləsiz olaraq xx.xx.1977-ci il tarixdən xx.xx.2005-ci il tarixədək 28 il işlədiyi təsdiq edilir. Bundan əlavə iş üzrə aktlar mövcuddur ki, onun həqiqətən də xx.xx.1977-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Umudlu kənd orta məktəbində kitabxanaçı (sonradan kitabxana müdiri) vəzifəsində işlədiyi təsdiq edilir. Müvafiq məktəbin kitabxanası üçün kitabların alınmasına görə 1996-2004-cü illərin qaimə-fakturaları mövcuddur. Lakin Tərtər rayon Dövlət Arxivinin arxiv arayışında qeyd olunmuşdur ki, Umudlu kənd İ.Ə.V-nin 1992-1995-ci illər və xx.xx.2000-ci il tarixdən 2005-ci illər üzrə əmək haqqı cədvəlləri rayon Dövlət Arxivində mühafizə olunur, lakin 1996-cı il və xx.xx.2000-ci il tarixə kimi olan Umudlu kənd İ.Ə.V-nin əmək haqqı cədvəlləri arxivə təhvil verilmədiyi üçün əmək fəaliyyəti barədə məlumat verilə bilinməmişdir. Göründüyü kimi, ona əmək pensiyasının təyin edilməsi üçün işlədiyi illərin cavabdeh tərəfindən sosial sığorta stajına hesab edilməməsi nəticəsində hüquqları kobud şəkildə pozulmuşdur. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında **********6 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək pensiya yaş həddi qadınlar üçün 62 yaş 6 ay müəyyən edilmişdir. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22—1.1 -ci maddəsinə uyğun olaraq, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 01 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyi əmək kitabçasının surətinə əsasən sığorta stajı 23 il 5 gün təşkil edir. Həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq, əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1977-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Fondun Qarabağ regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən Umudlu kənd orta məktəbinin xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək olan arxiv sənədləri X2 filialına təhvil verilmədiyindən (71 saylı xx.xx.2022-ci il tarixli akta əsasən) qeyd olunan dövrlərin araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır (xx.xx.1996-cı il tarixdən texniki işçilərin əmək haqqı kənd icra nümayəndəliyi tərəfindən ödənildiyinə görə). Əmək kitabçasının surətində göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 ildən) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə sənədlər təqdim edəcəyi təqdirdə sığorta stajı qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən ona xx.xx.2016-cı il tarixdən yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2022-ci il tarixdən 180 manata çatdırılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ var. Cavabdeh iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. Lakin İddiaçı təqdim etdiyi sənədlərə əsasən qanunvericiliklə müəyyən edilmiş sosial sığorta stajı və ya pensiya kapitalı toplanılmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir. Belə ki, iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1977-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmış və araşdırılma nəticəsində müəyyən edilmişdir ki, iddiaçının işlədiyini iddia etdiyi Umudlu kənd orta məktəbinin xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək olan arxiv sənədləri X2 filialına təhvil verilməmişdir. Bu səbəbdən, həmin dövrlərin sosial sığorta stajına daxil edilməsinin qeyri-mümkün olduğu vurğulanmış və iddiaçının müraciətinin müsbət həlli mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyasi təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir. Qanunun tələbindən göründüyü kimi, vətəndaşa əmək pensiyası təyinatının aparılması onun işlədiyi idarə, müəssisə və ya təşkilatdan aldığı əməkhaqqı ilə şərtləndirilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan: - pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq; - pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il 01 iyul tarixinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir (qeyd: Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Lakin İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq Filiala verdiyi ərizəsinə və təqdim etdiyi sənədlərə əsasən müəyyən olunmuşdur ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan pensiya kapitalına və ya 25 illik sosial sığorta stajına malik deyil. Belə ki, İddiaçı ümumi iş stajı 23 il 05 gündür. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayara, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qeyd edildiyi kimi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsində əmək pensiyası anlayışının açıqlaması verilir. Belə ki, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir. İddiaçının əməkhaqqı alması sübuta yetirilmədiyindən, həmin illərin iş stajına daxil edilərək iddiaçıya Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən əmək pensiyasının təyin edilməsinin heç bir hüquqi əsası yoxdur. İşin hərtərəfli, tam və obyektiv araşdırılması üçün tərəfindən müvafiq qurumlara sorğular ünvanlanmışdır. Qanunun 22-1-ci maddəsinə jn İddiaçı xx.xx.2006-ci il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığı üçün avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1 və 12.2-ci maddələrinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Tərtər rayonu Umudlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndələyinin xx.xx.2022-ci il tarixli şahidlik aktına əsasən R.H.Əzizov (Umudlu kənd inzibati ərazi dairəsinin sabiq icra nümayəndəsi), M.O.Səmədov (Umudlu kənd inzibati ərazi dairəsinin icra nümayəndəsinin sabiq müavini) və A.H.Camalova (Umudlu kənd inzibati ərazi dairəsinin icra nümayəndəliyinin sabiq texniki işçisi) tərəfindən Qasımova (Əzizova) İfadə Sabir qızının Umudlu kənd tam orta məktəbində 1977-ci ildən əmək fəaliyyəti tanınmışdır və həqiqətən 1977-ci ildən (avqust) 2005-ci ilədək (noyabr) Umudlu kənd tam orta məktəbində kitabxanaçı və sonradan kitabxana müdiri vəzifələrində fasiləsiz işləməsi barədə şahidlik edilmişdir. Tərtər rayonu Umudlu kənd tam orta məktəbinin xx.xx.2022-ci il tarixli şahidlik aktına əsasən Z.Zeynalov (Umudlu kənd tam orta məktəbinin direktoru), A.Abbasov (Umudlu kənd tam orta məktəbinin sabiq müəlllimi), V.Bağırov (Umudlu kənd tam orta məktəbinin sabiq müəllimi), S.Bağırova (Umudlu kənd tam orta məktəbinin sabiq müəllimi) və R.Nağıyeva (Umudlu kənd tam orta məktəbinin təsərrüfat müdiri) tərəfindən Qasımova (Əzizova) İfadə Sabir qızının Umudlu kənd tam orta məktəbində 1977-ci ildən birgə əmək fəaliyyətindən tanış olmaları və həqiqətən 1977-ci ildən (avqust) 2005-ci ilədək (noyabr) Umudlu kənd tam orta məktəbində kitabxanaçı və sonradan kitabxana müdiri vəzifələrində işləməsi barədə şahidlik edilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Tərtər Rayon İcra Hakimiyyəti Tərtər Rayon Dövlət Arxivi tərəfindən İddiaçı təqdim edilmiş 82 saylı xx.xx.2022-ci il tarixli arxiv arayışına əsasən “Umudlu kənd İ.Ə.V-nin” 1992-1995-ci illər və xx.xx.2000-ci il tarixdən 2005-ci illər üzrə əmək haqqı cədvəlləri rayon Dövlət Arxivində mühafizə olunur, lakin 1996-cı il və xx.xx.2000-ci ilə kimi olan Umudlu kənd İ.Ə.V-nin əmək haqqı cədvəlləri rayon Dövlət Arxivinə mühafizə olunmaq üçün təhvil verilmədiyinə görə onun əmək fəaliyyəti barədə məlumat verilə bilməmişdir. İddiaçı İT seriyalı ******* saylı əmək kitabçasına əsasən xx.xx.1977-ci il tarixdə xx.xx.1977-ci il tarixli əmrə əsasən Ağdərə rayonu Umudlu kənd orta məktəbinə kitabxanaçı vəzifəsinə təyin edilmişdir. xx.xx.2005-ci il tarixdə 58 saylı xx.xx.2005-ci il tarixli əmrə əsasən öz ərizəsi ilə tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Tərtər Rayon İcra Hakimiyyəti Tərtər Rayon Dövlət Arxivi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 35 saylı xx.xx.2022ci il tarixli məktubla bildirilmişdir ki, İddiaçı Umudlu kənd orta məktəbində işləməsi barədə əmək haqqı cədvəllərindən çıxarış məktuba əlavə edilmişdir. 1992-ci ildən xx.xx.2000-ci il tarixədək Umudlu kənd orta məktəbinin əmr kitabları və əmək haqqı cədvəlləri rayon Dövlət Arxivinə mühafizə olunmaq üçün təhvil verilməmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Tərtər Rayon İcra Hakimiyyəti Tərtər Rayon Dövlət Arxivi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 09 saylı xx.xx.2022ci il tarixli məktubla bildirilmişdir ki, 1977-ci ildən 1992-ci ilə kimi Umudlu kənd orta məktəbinin əmr kitabları və əmək haqqı cədvəlləri rayon Dövlər Arxivinə mühafizə olunmaq üçün təhvil verilməmişdir. Odur ki, İddiaçı əmək fəaliyyəti barədə məlumat verilə bilmir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Qarabağ Regional Təhsil İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-29-38/2-492/2023 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, Umudlu kənd tam orta məktəbi xx.xx.1992ci il tarixə kimi Ağdərə rayonunun Umudlu kəndində fəaliyyət göstərmişdir. Qeyd edilən tarixdə Umudlu kəndi erməni separatçıları tərəfindən işğala məruz qalmış, insanlar zorla doğma yurd-yuvalarından qovulmuş, həmin kəndə olan evlər, məktəb binası və digər inzibati binalar yandırılmışdır. Umudlu kənd tam orta məktəbində kitabxanaçı vəzifəsində işləmiş İddiaçı 1977-1992-ci illər üzrə barəsində olan əmrlərin, həmçinin həmin dövrdə əmək haqqı alıb-almaması barədə məlumatların verilməsi qeyri-mümkündür. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Tərtər rayonu üzrə maliyyə şöbəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 04/01-02 saylı xx.xx.2023-cü il tarixli məktubla Tərtər təhsil sektoru S.Paşayev adına Umudlu kənd tam orta məktəbi üzrə 58 saylı xx.xx.2005-ci il tarixli əmrdən (&1; &2; &3; &4) çıxarışlar və 12/8 saylı xx.xx.1993-cü il tarixli, 20 saylı xx.xx.1994-cü il tarixli, 33 saylı xx.xx.1995-ci il tarixli, 40 saylı xx.xx.1996-cı il tarixli, 19/3 saylı xx.xx.1997-ci il tarixli, 23 saylı xx.xx.1997-ci il tarixli, 23 saylı xx.xx.1998-ci il tarixli, 28/2 saylı xx.xx.1998-ci il tarixli, 34 saylı xx.xx.1998-ci il tarixli, 56/2 saylı xx.xx.1998-ci il tarixli, 25 saylı xx.xx.1999-cu il tarixli, 26 saylı xx.xx.1999-cu il tarixli əmrlərdən çıxarışlar təqdim edilmişdir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Qarabağ Regional Təhsil İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-29-38/2-143/2023 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, S.Paşayev adına Umudlu kənd tam orta məktəbi üzrə 12/8 saylı xx.xx.1993-cü il tarixli, 20 saylı xx.xx.1994-cü il tarixli, 33 saylı xx.xx.1995-ci il tarixli, 40 saylı xx.xx.1996-cı il tarixli, 19/3 saylı xx.xx.1997-ci il tarixli, 23 saylı xx.xx.1997-ci il tarixli, 23 saylı xx.xx.1998-ci il tarixli, 28/2 saylı xx.xx.1998-ci il tarixli, 34 saylı xx.xx.1998-ci il tarixli, 56/2 saylı xx.xx.1998-ci il tarixli, 25 saylı xx.xx.1999-cu il tarixli, 26 saylı xx.xx.1999-cu il tarixli, xx.xx.2005-ci il tarixli 58 saylı əmrlərdən çıxarışlar təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, xx.xx.1977-09.112005-ci illərdə Umudlu kənd orta məktəbində işlədiyi illərin sosial siğorta stajına daxil edilərək ona 62.5 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən hesablanmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddiasının məhkəmədən təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə pensiya yaşına çatmışdır. İddiaçının təqdim etdiyi əmək kitabçasına əsasən xx.xx.1992-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan 13 il 8 gün əmək fəaliyyəti dövrləri mübahisələndirilməyən siğorta stajını təşkil edir. İddiaçının xx.xx.1977-xx.xx.1992-ci illərdə olan 14 il 4 ay 6 gün əmək fəaliyyəti dövrü əmək kitabçasının dublikat olduğu qeyd edilmədiyinə və işə daxil olma əmri kiril qrafikası ilə yazılsa da, latın qrafikalı möhürdən istifadə edildiyi üçün və xx.xx.1992-xx.xx.1992-ci il tarixədək 10 ay əmək haqqı aşkar edilmədiyinə görə, ümumilikdə 15 il 2 ay 6 gün mübahisələndirilən dövr kimi siğorta stajına daxil edilməmişdir. Məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü İddia tələbi pensiyanın təyin edilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Qanunun 31.1-1-ci maddəsinə əsasən bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı). Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İdarə Heyətinin **********1 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı haqqında” Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı (bundan sonra – Filial) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələri üzrə təyin edilən əmək pensiyaları, habelə məcburi dövlət sosial sığorta haqları hesabına xüsusi rütbəli və hərbi qulluqçulara ödənilən müavinətlər istisna olmaqla, əhaliyə digər əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanmasını, bir növdən başqa növə keçirilməsini, sosial müavinətlər, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikası qanunları, Azərbaycan Respublikası prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş ödənişlərin (bundan sonra – sosial ödənişlər) təyin edilməsini mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış mərkəzi struktur qurumudur. Əsasnamənin 1.6-cı bəndinə əsasən Filial Bakı şəhərində yerləşir. Beləliklə, Filial inzibati orqandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə, qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla, mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə, inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsi tətbiq oluna bilər. İddia mümkündür. III. Məhkəmənin mövqeyi İddiaçı xx.xx.1959-cu il tarixdə doğulmuşdur. İddiaçının İT seriyalı ******* saylı əmək kitabçasında xx.xx.1977-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Umudlu kənd tam orta məktəbində işləməsinə dair qeydlər var. İş materiallarında olan iddiaçının 0049 saylı xx.xx.1992-ci il tarixli (qeydiyyat nömrəsi 49) diplomuna əsasən o, 1990-1992-cı illərdə ikiillik “Kitabşünaslıq və biblioqrafiya” kursunda oxumuş və tam kursu müvəffəqiyyətlə bitirmişdir. İmtahan komissiyasının xx.xx.1992-ci il tarixli qərarı ilə ona “kitabxanaçı-biblioqraf” ixtisası verilmişdir. Beləliklə, iddiaçının xx.xx.2006-cı il tarixə ən azı 25 il sığorta stajı var (28 il 02 ay 14 gün). Cavabdeh tərəfindən iddiaçının mübahisələndirilməyən siğorta stajı xx.xx.1992xx.xx.2005-ci illərdə olan 13 il 8 gün əmək fəaliyyəti dövrləri təşkil edir. Mübahisəli sosial sığorta stajı xx.xx.1977-xx.xx.1992-ci illərdə (14 il 4 ay 6 gün) və xx.xx.1992-xx.xx.1992-ci il (10 ay) tarixədək (ümumilikdə 15 il 2 ay 6 gün) olan əmək fəaliyyəti dövrüdür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Qarabağ Regional Təhsil İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-29- 38/2-143/2023 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, S.Paşayev adına Umudlu kənd tam orta məktəbi üzrə 12/8 saylı xx.xx.1993-cü il tarixli, 20 saylı xx.xx.1994cü il tarixli, 33 saylı xx.xx.1995-ci il tarixli, 40 saylı xx.xx.1996-cı il tarixli, 19/3 saylı xx.xx.1997-ci il tarixli, 23 saylı xx.xx.1997-ci il tarixli, 23 saylı xx.xx.1998-ci il tarixli, 28/2 saylı xx.xx.1998-ci il tarixli, 34 saylı xx.xx.1998-ci il tarixli, 56/2 saylı xx.xx.1998-ci il tarixli, 25 saylı xx.xx.1999-cu il tarixli, 26 saylı xx.xx.1999-cu il tarixli, xx.xx.2005-ci il tarixli 58 saylı əmrlərdən çıxarışlar təqdim edilmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı İT seriyalı ******* saylı əmək kitabçasına əsasən xx.xx.1977-ci il tarixdə xx.xx.1977-ci il tarixli əmrə əsasən Ağdərə rayonu Umudlu kənd orta məktəbinə kitabxanaçı vəzifəsinə təyin edilmişdir. xx.xx.2005-ci il tarixdə 58 saylı xx.xx.2005-ci il tarixli əmrə əsasən öz ərizəsi ilə tutduğu vəzifədən azad edilmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, Umudlu kənd tam orta məktəbi xx.xx.1992-ci il tarixə kimi Ağdərə rayonunun Umudlu kəndində fəaliyyət göstərmişdir. Qeyd edilən tarixdə Umudlu kəndi erməni separatçıları tərəfindən işğala məruz qalmış, insanlar zorla doğma yurd-yuvalarından qovulmuş, həmin kəndə olan evlər, məktəb binası və digər inzibati binalar yandırılmışdır. Həmin vaxt Umudlu kənd tam orta məktəbində kitabxanaçı vəzifəsində işləmiş İddiaçı 1977-1992-ci illər üzrə barəsində olan əmrlərin, həmçinin həmin dövrdə əmək haqqı alıb-almaması barədə məlumatların hazırda təqdim edilə bilməməsi və ya əmək kitabçasının dublikat oduğunun qeyd edilməməsi iddiaçının əmək kitabçası və arxiv məlumatları ilə təsdiq edilən həmin dövrdəki əmək fəaliyyətinin nəzərə alınmamasına əsas hesab edilə və iddiaçı ilə Umudlu kənd orta məktəbi arasında xx.xx.1977-ci ildən xx.xx.2005-ci il tarixədək fasiləsiz əmək münasibətlərinin mövcudluğunu istisna edən hal kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmə cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla xx.xx.2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. xx.xx.2002-ci il tarixədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci—yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda, iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 638 saylı xx.xx.1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda, əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Odur ki, məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə (“qanunun analogiyası” tətbiq edilməklə) əsasən yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir. Nəticə etibarilə, iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi hüququ və bununla bağlı “qanuni gözləntisi” var. X3 Presedent hüququna əsasən məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27 may 2010-cu il tarixli Qərar [İİ Bölmə] ərizə № 1). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Odur ki, məhkəmə cavabdehin imtinasının iddiaçının qanunla qorunan hüquqlarını pozduğunu müəyyən edir. Beləliklə, iddia təmin edilməli, İddiaçı Ağdərə rayonu Umudlu kənd tam orta məktəbində xx.xx.1977-ci il tarixdən xx.xx.2005-ci il tarixədək kitabxanaçı vəzifəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. 01 iyul 2021 – 30 iyun 2022-ci il tarixlər arası dövrdə qadınlar üçün pensiya yaşı 62 il 6 aydır. İddiaçının şəxsiyyət vəsiqəsinə əsasən xx.xx.1959-cu il tarixdə doğulduğu üçün xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməlidir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, iddiaçının hüquqi marağına uyğun olaraq ona xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar