Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2385/2020 29.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızı İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı X13, X14, X18, X5 və X15 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “üçüncü şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) məhkəmə iclasından kənar qaydada baxaraq, MÜƏYYƏN E T D İ M: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdeh hərəkətsizliyinin qanunsuz hesab edilməsi, X3, X4, X10, X6, X1, X7 və X8 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini 1999-cu ildə almışdır və həmin ev hal-hazıradək onun mülkiyyətindədir. İddiaçı xx.xx.2019-cu il tarixində həmin evin satılması üçün notariusa müraciət etdikdə məlum olmuşdur ki, həmin ünvanda digər 7 (yeddi) nəfər, yəni X11, X14, X18, X15, X5, X16 və X17 da yaşayış yeri üzrə qeydiyyatdadırlar. xx.xx.2019-cu il tarixli AR DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışlarından görünür ki, adları yuxarıda qeyd edilən 7 nəfər şəxs ünvan 1 ünvanında qeydiyyatdadırlar. İddiaçı ona məxsus olan evdə qeydiyyatda olan həmin şəxsləri tanımır və sözügedən evi alanda həmin şəxslər müvafiq ünvanda qeydiyyatda olmayıblar. Həmin evin mülkiyyətində olduğu 20 il ərzində iddiaçı digər şəxsin və ya şəxslərin o ünvana qeydiyyata alınmasına mülkiyyətçi olaraq razılıq verməmişdir. Beləliklə, həmin şəxslər iddiaçıya məxsus olan fərdi yaşayış evinə qanunsuz olaraq qeydiyyata alınmışlar. Bu şəxsləri mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarmaq üçün Bakı şəhəri Cavabdeh şəxsiyyət vəsiqəsi və qeydiyyat şöbəsinə ərizə ilə müraciət edilmiş, cavabdeh orqanın xx.xx.2019-cu il tarixli 065-36828M-3219 saylı cavab məktubu ilə iddiaçıya bildirilmişdir ki, qeyd edilən 7 nəfərin göstərilən ünvandan qeydiyyatdan çıxarılmaları ilə əlaqədar mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən məhkəmə orqanlarına müraciət etməyi məqsədəmüvafiqdir. Evi təcili satmaq niyyətində olduğu üçün iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Hesab edir ki, cavabdeh Bakı şəhəri Səbail RPİ-nin hərəkətsizliyi əsassızdır, çünki yuxarıda qeyd edilən 7 nəfər mülkiyyətində olan fərdi yaşayış evində yaşamırlar və onların qeydiyyatı formal xarakter daşıyır. Mənzilə istifadə hüququ və ya hər hansı digər hüquqi əsası mövcud olmayan və həmin evdə faktiki yaşamayan şəxslərin iddiaçıya məxsus evdə formal olaraq qeydiyyatda olmaları onun mülkiyyətçi kimi əmlak hüquqlarını məhdudlaşdırır. Məhkəməninxx.xx.2020-ci il tarixli 2-1(112)-2385/2020 saylı qərardadı ilə X13, X14, X18, X5 və X15 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdimolunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, 2-1(112)- 2385/2020 saylı inzibati iş üzrə mübahisənin şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən həll edilməsini xahiş etmişdir. Cavabdeh Bakı şəhəri Cavabdeh məhkəməyə daxil olmuş xx.xx.2020-ci il tarixli 065-15100-1220 saylı məktubunda 2-1(112)-2385/2020 nömrəli iş üzrə bütün məhkəmə iclaslarının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında” 19 iyun 2020-ci il tarixli məlumatındaxüsusi karantin rejiminin sərtləşdirildiyi 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun inzibati ərazisində fəaliyyət göstərən inzibati məhkəmələr üzrə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadəsi davam etdirilməsi tövsiyə edilmişdir. Yuxarıda göstərilənlərə əsasən şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən iş üzrə müvafiq qərar qəbul edilməsi mümkün hesab edilmişdir. İş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edirəm ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə ki, iş materiallarına əlavə edilmiş: - Səbail rayon İcra Hakimiyyəti başçısının 1007 saylı, 01 iyul 1997-ci il tarixli sərəncamının təsdiq olunmuş surətindən müəyyən edilir ki, Səbail rayon İcra Hakimiyyəti başçısının 627 saylı 1 mart 1994-cü il tarixli sərəncamı ilə Elxan İskəndərova fərdi evin tikintisi üçün ayrılmış torpaq sahəsinin İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır. - DƏDRX tərəfindən təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmiş xx.xx.1999-cu il tarixli müqavilənamədə göstərilmişdir ki, Səbail Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin kommunal təsərrrüfatı şöbəsinin Badamdar qəsəbəsi üzrə X9 İcraiyyə Komitəsinin qərarına müvafiq olaraq Badamdar qəsəbəsi üzrə X9 İcraiyyə Komitəsinin verdiyi vəkalətnamə əsasında fəaliyyətdə olan şöbə müdiri A. H. Hüseynov şəxsində “evtikdirən” İddiaçı 1-ci massiv küçəsindəki 37 nömrəli ünvanda müddətsiz istifadə etmək hüququ əsasında torpaq sahəsi verilmişdir. - Səbail rayon İcra Hakimiyyəti başçısının 675 nömrəli, xx.xx.1999-cu il tarixli sərəncamının təsdiq olunmuş surətindən müəyyən edilir ki, həmin sərəncamla Səbail rayon İcra Hakimiyyəti başçısının mənzil məsələlərinə dair komissiyasının may 1999-cu il tarixli rəyinin təsdiq edilməsi və Badamdar qəsəbəsi, 1-ci massiv ev 37-də tikilmiş Bakı şəhəri Tİ və MHQİ tərəfindən xx.xx.1998-ci ildə tərtib edilmiş 30/1196 nömrəli texniki pasporta əsasən yaşayış sahəsi 106.8 kv.metr, köməkçi sahəsi 77.0 kv.metr, torpaq sahəsi 802.9 kv.metr qəbul edilməsi və İddiaçı məxsus mülkiyyət kimi verilməsi qərar alınmışdır. - Bakı şəhər İcra Hakimiyyəti Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş FM seriyalı, 000764 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 6 otaqlı, 106,8 kv.metr yaşayış sahəsi, 183,8 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyət hüququ tam mülkiyyət hüququ əsasında hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 244 nömrəli reyestr kitabında 16743-cü səhifədə xx.xx.1999-cu il tarixdə qeydiyyat aparılmışdır. - DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə tam mülkiyyət hüququ əsasında ********** nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışlarından görünür ki, X11, X14, X18, X15, X5, X16 və X17 yaşayış yeri üzrə ünvan 1 ünvanında qeydiyyatdadırlar. - Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsində Nümayəndəsinin 57 saylı, xx.xx.2020-ci il tarixli arayışının surətindən aydın olur ki, İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin (Bakı şəhər Ərazi İdarəsinin verdiyi daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestr seriya RX № 0510251, 14 oktyabr 2014-cü il tarixli) yerləşdiyi ünvan 4 ünvanı ilə vətəndaşlar X3, X4, X10, X6, X1, X7 və X8 qeydiyyatda olduqları Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi 37 ünvanı ayrı-ayrı istiqamətlərdə yerləşir və eyni ünvanlar deyil. - Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsində Nümayəndəliyinin iddiaçının vəkili ünvanladığı xx.xx.2020-ci il tarixli 35 saylı məktubundan göstərilmişdir ki, vətəndaş İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin (Bakı şəhər Ərazi İdarəsinin verdiyi Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış Reyestr seriya RX № 0510251, 14 oktyabr 2014-cü il tarixli) yerləşdiyi ünvan 6 ünvanı ilə vətəndaşlar X11, X14, X18, X15, X5, X16 və X8 qeydiyyatda olduqları, vətəndaş X2 mülkiyyətində olan (Bakı şəhər Ərazi İdarəsinin verdiyi Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış Reyestr seriya RX № 1435916, 13 dekabr 2018-ci il tarixli) torpaq sahəsində mövcud özü tikili evin yerləşdiyi, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, Dostluq küçəsi 37 ünvanı ayrı-ayrı istiqamətlərdə yerləşir və eyni ünvanlar deyil. - DƏDRX-in 1 saylı ünvan 7 ünvanlanmış **********87 saylı, xx.xx.2020-ci il tarixli məktubda bildirilmişdir ki, vətəndaş İddiaçı məxsus **********42-10301 reyestr nömrəli fərdi yaşayış evinin ünvan 1 ünvanı idarənin arxiv və elektron baza məlumatlarında təkrarlanmır. - DƏDRX tərəfindən verilmiş elektron çıxarışdan müəyyən edilir ki, ünvan 1 – Yeni qaydalarla ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə tam mülkiyyət hüququ əsasında ********** nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Çıxarışa əsasən daşınmaz əmlakın reyestr nömrəsi **********42-10301-dir. - Səbail RPİ-nin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli 065-36828M-3219 saylı cavab məktubu ilə iddiaçıya bildirilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində hal-hazırda qeydiyyatda olan vətəndaşlar, X3, X4, X10, X6, X1, X7 və X8 göstərilən ünvandan qeydiyyatdan çıxarılmaları ilə əlaqədar mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən məhkəmə orqanlarına müraciət etməyi məqsədə müvafiqdir. Məhkəmə qeyd edir ki, işin mübahisələndirilməyən halıdır ki, müvafiq sərəncamla fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən 37 nömrəli fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh Bakı şəhəri Cavabdeh üçüncü şəxslər X11, X14, X18, X15, X5, X16 və X12 yaşayış yeri üzrə qeydiyyata alarkən yaşayış sahəsinə köçməyə əsas verən hüquqi sənəd kimi yaşayış sahəsinə deyil, torpaq sahəsinə aid DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışı qəbul etmiş, həmin çıxarışda qeyd olunmuş torpaq sahəsinin “ünvan 10 ünvana aid olmasına baxmayaraq, həmin məlumatları səhvən “ünvan 1” kimi göstərmiş, nəticədə həmin şəxslər iddiaçıya məxsus əmlaka qeydiyyata alınmış, bu hal da sonuncunun sözügedən daşınmaz əmlak üzərində xüsusi mülkiyyət hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. İddiaçı mülkiyyətində olan fərdi yaşayış evindən adları yuxarıda qeyd edilmiş şəxslərin qeydiyyatdan çıxarılması üçün cavabdehə müraciət etmiş, sonuncu tərəfindən isə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9cu maddəsinə istinad edilməklə formal məzmunlu cavab məktubu ilə imtina edilmiş, məsələnin həlli üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İşdə olan sənədlərdən görünür ki, qeydiyyatdan çıxarılası tələb edilən X7 08, X8 09 yaşları vardır, digər şəxslər isə yetkinlik yaşına çatmış şəxslərdir. Məhkəmə hesab edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir. Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsində qeyd edilmişdir ki, yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Beləliklə, qanunvericilik qeydiyyatın aparılmasının iki qaydasını müəyyən etmişdir: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin iradə ifadəsi. Adları yuxarıda qeyd edilmiş üçüncü şəxslər də məhz iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanına göstərilən qanunvericilik normalarının tələblərinə riayət edilmədən qeydiyyata alınmışlar. Yuxarıda göstərilənlərdən əlavə olaraq “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin 2 və 4-cü bəndlərində qeyd edilmişdir ki, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Qanunverici on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların yaşayış yerini onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin razılığı ilə müəyyən etmişdir. Qanunvericiliyə görə on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların yaşayış yeri onların valideynlərinin yaşayış yeri sayılır, on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların valideynlərinin razılığı ilə müəyyən edilir. Üçüncü şəxslərin yaşayış yeri iddiaçının yaşayış yeri deyildir. İddiaçıya məxsus fərdi yaşayış evində qeydiyyatda olmayan və orada yaşamayan valideynlərin yetkinlik yaşına çatmayan uşaqlarının iddiaçının ünvanında yaşayış yeri seçməsi barədə razılığa gəlmələri də istisna edilir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Cavabdeh hərəkətsizliyi qanunsuz hesab edilməli, X3, X4, X10, X6, X1, X7 və X8 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri Cavabdeh hərəkətsizliyi qanunsuz hesab edilsin. X3, X4, X10, X6, X1, X7 və X8 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) günmüddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 12 SƏDRLİK EDƏN Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-2385/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2385/2020
29.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver