Məhkəmə qərarları › İş №2-1(112)-2385/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2385/2021

23.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2385/2021 23.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Həsənova Arzu Mahmud qızının katibliyi ilə Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X3 oglunun iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “xx.xx.2019-cu il tarixində keçirilən müsabiqədə X1 (namizəd) təqdim edilən sual və cavab blankının surətinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə işə Bakı şəhərində məhkəmənin binasında (ünvan: ünvan 2 MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixində Bakı Avropa liseyində keçirilən müsabiqədə X1 (namizəd) təqdim edilən sual və cavab blankının surətinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçının övladı Məhəmməd Şükürzadə xx.xx.2019-cu il tarixində cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Avropa liseyində keçirilən müsabiqədə iştirak etmişdir. Ümumi Təhsil Məktəblərinin, Lisey və Gimnaziyaların İ Sinfinə Elektron sənəd qəbulu, sistemindən iddiaçı müəyyən etmişdir ki, M.Şükürzadə müsahibə mərhələsini, yəni İ mərhələni uğurla keçməmişdir. Keçirilən müsabiqənin obyektivliyini, hərtərəfliliyini və tamlığını məqsədilə uşağa (namizədə) təqdim edilən sual blankının və verilən cavab blankının surətinin verilməsini Təhsil Nazirliyindən dəfələrlə xahiş etmiş, lakin inzibati orqan iddiaçıya müraciətin məzmununa aid olmayan cavab vermişdir. Hesab edir ki, cavabdehin bu cür hərəkətləri imtahanın saxlalaşdırılmasına birbaşa işarə edir. İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddianın mümkünlüyü ilə əlaqədar məsələyə baxılması üçün məhkəmə iclası xx xxxxxx 2021-ci il tarixə təyin edilmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi verdiyi izahatda bildirdi ki, Təhsil Nazirliyi Bakı Avropa Liseyinin 1ci sinifinə qəbul üçün hər hansı imtahan və ya müsabiqə keçirməmiş, sual hazırlamamış, sual təqdim etməmiş, verilən cavabların qiymətləndirilməsində iştirak etməmiş və qeyd olunan imtahanın keçirilməsi ilə bağlı hər hansı öhdəlik daşımamışdır. İddiaçının tələb etdiyi sual və cavab blankları Təhsil Nazirliyində olmadığından hazırkı iş üzrə nazirlik cavabdeh ola bilməz. Bildirir ki, təhsil qanunvericiliyində bu iddia tələbi ilə bağlı nazirliyin hər hansı bir funksiyası nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını və s. mümkünlüyünü İPM-nin 37ci maddəsinə uyğun yoxlamalıdırlar. Plenumun bu Qərarına uyğun olaraq, Təhsil Nazirliyinin bu tələb üzrə hər hansı cavabdehliyi mövcud deyil. Belə ki, Bakı Avropa Liseyinə şagird qəbulu zamanı keçirilən müsabiqələrin sual və cavabları nazirliyə təqdim edilmədiyindən qoyulan tələbin icrasını mümkünsüz edir. Digər tərəfdən qanunvericiliyin tələbinə görə, iddianın əsaslı hesab edilməsi üçün iddiaçı ilə inzibati orqan arasında inzibati mübahisənin olması əsas şərtlərdən biridir. Hazırkı iş üzrə mübahisədən göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında hər hansı bir münasibət mövcud olmamışdır. Odur ki, iddia tələbinin mümkün hesab edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkün sayılmamalıdır. İlk növbədə məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbi ilə bağlı məhkəməyədək səlahiyyətli inzibati orqana müraciətini təsdiq edən sübutu və eləcə də, müvafiq inzibati orqanın imtina məktubu iş materiallarına əlavə edilmədiyindən və məhkəmədə təqdim edilmədiyindən, cavabdeh kimi göstərilmiş orqan isə müvafiq məsələ ilə əlaqədar səlahiyyətlərə malik olmadığından tərəflərin əvəz edilməsi ilə əlaqədar məsələyə baxılmadan iddianın mümkün sayılıb-sayılmaması ilə bağlı məsələyə baxılması məqsədəuyğun hesab edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 9-cu bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Qeyd edilən normalara əsasən işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Yəni, inzibati orqan qanunla üzərinə düşən vəzifəni pozan qanunsuz hərəkət etməklə və ya vəzifəsini icra etməkdən yayınmaqlabilavasitə hərəkətsizlik etməklə iradəsini ifadə etmiş olmalı, eyni zamanda belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır. İddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Konkret halda da məhz, iddianın inzibati məhkəmə icraatının mümkünlük şərtləri yerinə yetirilmir. İşin hallarından müəyyən olunur ki, iddiaçının tələbi xx.xx.2019-cu il tarixində Bakı Avropa Liseyində keçirilən müsabiqədə X1 təqdim edilən sual və cavab blankının surətinin təqdim edilməsindən ibarətdir və iddiaçı iddia ərizəsində cavabdeh qismində Azərbaycan Respublikası Təhsil Nazirliyini göstərərək bu vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdeh qismində göstərdiyi Azərbaiycan Respublikasının Təhsil Nazirliyi Bakı Avropa Liseyinin 1-ci sinifinə qəbul üçün hər hansı imtahan və ya müsabiqə keçirməmiş, sual hazırlamamış, sual təqdim etməmiş, verilən cavabların qiymətləndirilməsində iştirak etməmiş və qeyd olunan imtahanın keçirilməsi ilə bağlı hər hansı öhdəlik daşımamışdır. Odur ki, Bakı Avropa Liseyində keçirilən imtahan suallarının və cavab blanklarının Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təqdim edilməsi qeyri-mümkündür. Belə ki, inzibati orqan hazırkı iddia tələbi üzrə cavabdehlik daşımır. Qeyd edilən halı cavabdehin nümayəndəsi verdiyi izahatla da təsdiqləmişdir. Məhkəmənin mövqeyi belədir ki, hazırki iş üzrə mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsinin (hərəkəti və ya hərəkətsizliyi) mövcud olması iddiaçı tərəfindən əsaslandırılmır. Beləliklə də, məhkəmə hazırkı iş üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyinin iddiaya cavab verməli orqan olmadığından iddianın mümkün sayılmaması qənaətinə gəldiyinə görə iddiaçı tərəfə izah edilir ki, qaldırılmış məsələ ilə bağlı Bakı Avropa Liseyinə qarşı ümumi yurisdisiyalı məhkəmədə iddia qaldırmaq hüquqlarından istifadə edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə qeyd edir ki, iddia mümkün sayılmadığından iddia ərizəsində yol verilmiş formal xətaların aradan qaldırılması və məhkəmə icraatına cəlbetmə ilə bağlı məsələlərə baxılmamışdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 4 HAKİM: Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar