Məhkəmə qərarları › İş №2-1(112)-2386/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2386/2021

18.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2386/2021 18.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1rşı işsizlik müavinətinin verilməsi tələbinə dair inzibati işin materiallarına məhkəmə binasında açıq, şihafi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qaydalara uyğun olaraq 2184 manat pul məbləğində təyin olunaraq ödənilməli olan, lakin cavabdehin qanunsuz hərəkətləri nəticəsində ödənilməyən işsizlik müavinatının cavabdehdən alınaraq, tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu ərazisində qeydiyyatda olan işəgötürən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə aralarında 11 oktyabr 2018-ci il tarixində əmək müqaviləsi bağlayaraq, həmin təşkilatda aylıq peşə maaşı 400 AZN olan kassir-satıcı peşəsi üzrə işə qəbul olunmuşdur. 29 mart 2019-cu il tarixində aralarında bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin (b) bəndinə əsasən (işçilərin sayı və ştatları ixtisar edildikdə) xitam verilmişdir. 11 aprel 2019-cu il tarixində X2, Şamaxı rayon Məşğulluq Mərkəzinə müvafiq sənədləri təqdim edərək, işaxtaran şəxs statusu qeydiyyata alınmışdır. İşaxtaran şəxs statusunan qeydiyyatda olduğu müddət ərzində, X2, Şamaxı rayon Məşğulluq Mərkəzi tərəfindən ona hər hansı bir münasib iş də təklif olunmamışdır. Bundan əlavə işsiz şəxs statusunun verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin keçməsi nəzərə alınmayaraq ona işsiz şəxs statusu da verilməmişdir. ‘Məşğulluq haqqında” Qanunun 5-ci maddəsinə əsasən şəxs işaxtaran kimi qeydiyyata alındığı gündən 5 (beş) iş günü ərzində ona münasib iş təklif olunmadığı və ya işəgötürən (işəgötürənlər) tərəfindən vakansiyaya qəbulundan imtina edildiyi halda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin şəxsin işsiz kimi qeydiyyata alınması haqqında qərar qəbul edir və bu barədə şəxsin fərdi məşğulluq vərəqində müvafiq qeyd aparır. Qanunun tələbi baxımından da görünür ki, işaxtaran şəxs kimi qeydiyyata alındıqdan 5 (beş) iş günü sonra ona, işsiz şəxs stausu verilərək, Azərbaycan Respublikasının Nazirlər Kabixxxxinin təsdiq etdiyi İşsizlik müavinətinin hesablanması və ödənilməsi Qaydaları” nın tələblərinə əsasən işsizlik müavinatı hesablanaraq ödənilməliydi. Ailə tərkibi 3 (üçü) azyaşlı uşaq olmaqla 5 (beş) nəfərdən ibarətdir. “İşsizlik müavinətinin hesablanması və ödənilməsi Qaydaları” nın tələblərinə əsasən işsizlik müavinatı orta əmək haqqının 70 % məbləğində müəyyən olunaraq, 26 təqvim həftəsindən çox olmayan müddətə təyin olunmalı olduğu üçün, ona təyin olunmalı, işsizlik müavinatı 400 manat orta aylıq əmək haqqının 70 % məbləğində, yəni ilkin olaraq 280 manat pul məbləğində müəyyən olunmalı və hər bir uşaq üçün də təyin olunmuş müavinətin 10% məbləğində olmaqla, yəni 3 uşaq üçün də 84 manat pul məbləği də əlavə olunmaqla, ümumilikdə 364 manat pul məbləğində aylıq işsizlik müavinatı təyin olunmalıydı. 26 təqvim həftəsindən çox olmayan müddətə təyin olunmasımda nəzərə alınarsa ümumilikdə ona 2184 manat pul məbləğində işsizlik müavinatı verilməliydi. İşsizlik müavinətinin qaydalara uyğun ödənilməsi barədə etdiyi müraciətləri nəzərə alınmayaraq ona işsizlik müavinatı təyin olunmamış və ümumiyyətlə müraciətlərinə də cavab verilməmişdir. 24 avqust 2020-ci il tarixli, işsizlik müavinətinin qaydalara uyğun hesablanaraq ödənilməsi barədə, X3 etdiyi müraciətə də bü günə qədər hər hansı bir cavab verilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iş üzrə məhkəmə iclası 10.11.2020-ci il tarixə, 10.12.2021-ci il tarixə, 21.01.2021-ci il tarixə, 13.04.2021-ci il tarixə və 18.05.2021-ci il tarixlərə təxirə salınmış, iddiaçıya sonuncunun iddia ərizəsində qeyd olunmuş ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilməklə məlumat verilmişdir. İddiaçıya məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş və 30 gündən artıq müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmış, nə hazırlıq icraatı üzrə məhkəmə iclasına, nə də ki, şifahi məhkəmə baxış iclaslarına gəlməmiş və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə görə, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. İnzibati Prosessual Məcəllədə iddiadan imtina edilməsinin hüquqi nəticələri göstərilsə də (55.4-cü maddəyə əsasən, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir.), iddianın geri götürülmüş sayılmasının nəticələri göstərilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddianın geri götürülmüş sayılması eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Məhkəmənin həmin qərardadından apellyasiya şikayətinin verilməsi məsələsinə gəldikdə, qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 29 aprel 2014-cü il tarixli qərarının 2-ci bəndində belə bir qənaətə gəlinmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 81.1-ci maddəsinə əsasən inzibati-iqtisadi məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 49, 55 və 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1rşı işsizlik müavinətinin verilməsi tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət məhkəmə qərardadı tərəflərə rəsmi qaydada təqdim edildikdən 10 gün sonra verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar