Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2386/2024 30.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, cavabdeh Azərbaycan Respublikası Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “dəbbə pulu borcunun silinməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı (bundan sonra İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikası Cavabdehnə (bundan sonra mətndə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-yə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən hesablanmış 14784,88 (on dörd min yeddi yüz səksən dörd manat səksən səkkiz qəpik) manat dəbbə pulu borcunun əsassız hesab edilərək, silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC-nin **********4119 və **********4244 nömrəli gömrük bəyannamələri olan mallar rəsmiləşdirilən zaman qanunvericilikdə nəzərdə tutulan müddət pozulmamış və qanunvericilkdə nəzərdə tutulan məbləğ ödənilmiş və mallar götürülmüşdür. Artıq həmin müddətdən 3 il keçdikdən sonra dəbbə pulunun hesablanaraq, İddiaçı MMC-yə borc kimi hesablanması qanuvericilikdə nəzərdə tutulmamışdır. İddiaçı MMC idxal etdiyi mallara görə gömrük borcunu qanunvericiliyin tələblərinə əsasən vaxtında verərək malları qəbul etmişdir. Gömrük borcunun ödənilməsindən 3 il keçdikdən sonra dəbbə pulunun hesablanması qanunvericiliyin tələblərinə zidd olmaqla, əsassız hesablanmışdır. Cavabdehə qanunsuz hesablanmış dəbbə pulunun silinməsinə dair müraciətləri cavablandırılmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçı MMC-yə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən hesablanmış 14784,88 (on dörd min yeddi yüz səksən dörd manat səksən səkkiz qəpik) manat dəbbə pulu əsassız hesab edilməli və həmin borcun silinməsi öhdəliyi cavabdehə həvalə olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə dair xx.xx.2023-cü il tarixli 3-33-3300/2-001011/2023 №li yazılı etirazda göstərilmişdir ki, iddiaçı **********1947, **********5572 sorğu nömrəli gömrük bəyannamələri ilə müxtəlif növ spirtli içki məhsullarını müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirmişdir. **********1947 sorğu nömrəli gömrük bəyannaməsində bəyan edilmiş malların saxlanc müddəti xx.xx.2020-ci il tarixədək, **********5572 sorğu nömrəli gömrük bəyannaməsində bəyan edilmiş malların saxlanc müddəti xx.xx.2020-ci il tarixədək müəyyən edilmişdir. Daha sonra iddiaçı qeyd edilən malların müvəqqəti saxlanc müddətinin bitməsinə baxmayaraq müvəqqəti saxlanca götürülmüş həmin malları digər gömrük proseduru altında yerləşdirmək üçün bəyan etməmiş, daha doğrusu saxlanc müddəti bitdikdən sonra müraciət etmiş və yuxarıda göstərilən gömrük bəyannamələri ilə saxlanc proseduru altında yerləşdirilmiş malları **********4119, **********4244 sorğu nömrəli gömrük bəyannamələri ilə sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirmişdir. Bu zaman gömrük orqanı tərəfindən dəbbə pulu hesablanmışdır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 179.1-ci və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 229 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydaları”nın 3.1-ci yarımbəndinə əsasən malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti onların və istifadə olunan nəqliyyat vasitəsinin xüsusiyyətləri, gömrük bəyannaməsinin təqdim olunması üçün lazım olan vaxt nəzərə alınmaqla, gömrük orqanı tərəfindən müəyyən edilir. Prosedur sahibinin əsaslandırılmış müraciəti olduqda, gömrük orqanı həmin müddəti bu Qaydaların 3.2-ci bəndində göstərilən müddət çərçivəsində uzadır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 179.2-ci və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 229 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydaları”nın 3.2-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 179.3-cü və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 229 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydaları”nın 3.3-cü yarımbəndinə əsasən mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək, digər gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya gömrük anbarında yerləşdirilməlidir. Həmçinin, Azərbaycan Respublikası Gömrük Məcəlləsinə əsasən: 242.3. Gömrük rüsumlarının və yığılması gömrük orqanlarına həvalə edilmiş vergilərin hesablanması idxal olunan mallara münasibətdə gömrük sərhədini keçən gündən, ixrac olunan mallara münasibətdə isə, mallara dair bəyannamənin təqdim olunduğu gündən başlanır və həmin gün qüvvədə olan gömrük rüsumları və vergilərin dərəcələri əsas götürülür. 237.1. Gömrük borcu malların bu Məcəllənin 238-ci və 240-cı maddələrində göstərilən gömrük prosedurları altında yerləşdirilməsi üçün gömrük bəyannaməsinin gömrük orqanlarına təqdim edildiyi yerdə yaranır. Bütün başqa hallarda gömrük borcunun yarandığı yer, onun yaranmasına səbəb olan halların baş verdiyi yer hesab edilir. 238.3. Malları bəyan edən şəxs borclu hesab olunur. Gömrük təmsilçiliyi dolayısı həyata keçirilərsə, adından gömrük bəyannaməsi verilən şəxs də borclu hesab edilir. 239.1. idxal gömrük rüsumları tutulmalı olan mallar üzrə gömrük borcu şəxs tərəfindən aşağıdakı şərtlərin hər hansı birinə əməl edilmədikdə yaranır: 239.1.1. xarici malların .gömrük ərazisinə gətirilməsinə, onların gömrük nəzarətindən çıxarılmasına, gömrük ərazisi daxilində hərəkətinə, emalına, saxlanılmasına, müvəqqəti idxalına, yaxud onlar barəsində sərəncam verilməsinə dair qanunvericiliklə müəyyən edilmiş öhdəliklər yerinə yetirilmədikdə; gömrük ərazisi daxilində mallardan son istifadə ilə əlaqədar gömrük qanunvericiliyində müəyyən edilmiş öhdəliklər yerinə yetirilmədikdə; 239.1.1.xarici malların müvafiq gömrük proseduru altında yerləşdirilməsini, yaxud onlardan son istifadə ilə əlaqədar gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilməni tənzimləyən şərtlərə əməl olunmadıqda. 244.3. Gömrük borcu istənilən maraqlı şəxs tərəfindən ödənilə bilər. 245.1. Bəyannaməçi gömrük borcunun ödənilməsinə görə məsul şəxs hesab edilir. 247.4. Dəbbə pulu gömrük borcu ilə eyni vaxtda ödənilir. 249.2. Gömrük bəyannaməsindəki səhvlərin gömrük borcunun məbləğinin qanunvericiliklə müəyyən edildiyindən az məbləğdə hesablanmasına, yaxud ödənilməsinə səbəb olmasını bu Məcəllənin 249.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində aşkar edildikdə, gömrük orqanları ödəyicidən ödənilməmiş məbləğləri alırlar. 249.5. Malları və nəqliyyat vasitələrini gömrük sərhədindən qanunsuz keçirən şəxs, həmçinin onların qanunsuz keçirildiyini bildiyi, yaxud bilməli olduğu halda, belə əməliyyatda iştirak edən şəxs, həmin malları və nəqliyyat vasitələrini öz mülkiyyətinə və ya istifadəsinə götürən şəxs gömrük borcunun ödənilməsi üzrə bəyannaməçi ilə birgə məsuliyyət daşıyırlar. Yuxarıda qeyd olunanlara iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək, məhkəməyə təqdim edilmiş iddia tələbinə dair etirazda qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı MMC-nin nümayəndəsi X1 və və vəkili Vəkil iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişlər. İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 51-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını, azadlıqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə gömrük orqanlarının, onların vəzifəli şəxslərinin qərarlarından, hərəkətlərindən və ya hərəkətsizliyindən bu Məcəlləyə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunlara uyğun olaraq şikayət vermək hüququna malikdirlər. İddiaçı MMC qanunla ona verilmiş bu hüquqlarından istifadə edərək, hazırki tələb üzrə əvvəlcə inzibati orqana müraciət etmiş, daha sonra isə məhkəmədə iddia qaldırdırmışdır. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. İşin halları. İş materiallarında olan; Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi şəxsinin Dövlət Qeydiyyatı haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən hüquqi ünvanı AZ 1065, Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov, ev 25 ünvanı olan İddiaçı MMC xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2020-ci il tarixdə doldurulmuş **********1947 sorğu №-li Gömrük bəyannaməsinin surətindən müəyyən olunur ki, İddiaçı MMC-nin ünvanına daxil olmuş Araq: qablarda tutumu 2 litr və ya daha az: cəmi 5152 LT. (40 %) 0.5L, 0.7L və 1.0L həcmli şüşə butulkalarda -6820 ədəd. Qablaşdırılma növü karton qutular - 1085 qutu. Onlardan: “Beluga Noble” markalı: 50 qt X 12=600 b (0.5L) 200 q № 220860 kodu altında gömrük orqanına (Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi) bəyan edilmişdir. Qeyd olunan gömrük bəyannaməsi üzrə malların gömrük dəyəri 250572,52 manat müəyyən olunmuşdur. Qeyd olunan bəyannamə üzrə mallar Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə buraxılmışdır. xx.xx.2020-ci il tarixdə doldurulmuş **********5572 №-li Gömrük bəyannaməsinin surətindən müəyyən olunur ki, İddiaçı MMC-nin ünvanına daxil olmuş Araq: qablarda tutumu 2 litr və ya daha az: Cəmi = 6516 LT. (40 %) 0.5 L, 0.7L və 1.0 L həcmli şüşə butulkalarda 9720 ədəd qablaşdırılma növü karton qutular – 1030 qutu. Onlardan: “AMQ MYAQKAYA” markalı: 140 qt X 12=1680 b (0.5L) 19 220860 kodu altında gömrük orqanına (Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi) bəyan edilmişdir. Qeyd olunan gömrük bəyannaməsi üzrə malların gömrük dəyəri 37516,12 manat məbləğində müəyyən olunmuşdur. Qeyd olunan bəyannamə üzrə mallar Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə buraxılmışdır. xx.xx.2020-ci il tarixdə doldurulmuş **********4244 №-li Gömrük bəyannaməsinin surətindən müəyyən olunur ki, İddiaçı MMC-nin ünvanına daxil olmuş Araq: qablarda tutumu 2 litr və ya daha az: Cəmi = 6516 LT. (40 %) 0.5 L, 0.7L və 1.0 L həcmli şüşə butulkalarda 9720 ədəd qablaşdırılma növü karton qutular – 1030 qutu. Onlardan: “AMQ MYAQKAYA” markalı: 140 qt X 12=1680 b (0.5L) 19 220860 kodu altında gömrük orqanına (Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi) bəyan edilmişdir. Qeyd olunan gömrük bəyannaməsi üzrə malların gömrük dəyəri 33404,25 manat məbləğində müəyyən olunmuşdur. Qeyd olunan bəyannamə üzrə mallar Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə buraxılmışdır. xx.xx.2020-ci il tarixdə doldurulmuş **********4119 №-li Gömrük bəyannaməsinin surətindən müəyyən olunur ki, İddiaçı MMC-nin ünvanına daxil olmuş Araq: qablarda tutumu 2 lit və ya daha az: cəmi 5152 LT. 40 % 0.5L, 0.7L və 1.0 L həcmli şüşə butulkalarda - 6820 ədəd. Qablaşdırılma növü karton qutular -1085 qutu. Onlardan: “Beluga Noble” markalı: 50 qt X 12=600 b (0.5L) 200 q № 220860 kodu altında gömrük orqanına (Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi) bəyan edilmişdir. Qeyd olunan gömrük bəyannaməsi üzrə malların gömrük dəyəri 250572,52 manat məbləğində müəyyən olunmuşdur. Qeyd olunan bəyannamə üzrə mallar Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə buraxılmışdır. Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, № 2100012/0xx-xx/00526 saylı məktubla "xxxx" MMC-yə müraciət olunaraq, yoxlamanın nəticələrinə görə "xxxx" MMC-nin ünvanına daxil olan **********4119, **********4244 sorğu nömrəli gömrük bəyannamələrində bəyan olunan malların rəsmiləşdirilən zaman Gömrük Məcəlləsinin 239-cu maddəsinin və Nazirlər Kabinetinin 229 №-li Qərarının tələblərinin pozulduğu və nəticədə hüquqi şəxsin qeyd olunan bəyannamələr üzrə dəbbə pulu olaraq 14784,88 manat (on dörd min yeddi yüz səksən dörd manat 88 qəpik) gömrük borcu yarandığı bildirilmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq təqdim olunan gömrük borcunun ödənilməsinə dair bildirişdə göstərilən gömrük borcunun qısa müddət ərzində ödənilməsi məqsədəmüvafiq hesab edilmişdir. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, gömrük qanunvericiliyinin tələblərinə uyğun olaraq müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş mallar müvəqqəti saxlanc müddəti başa çatanadək, digər gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya gömrük anbarında yerləşdirilməlidir. Lakin "Alyans-Trio” MMC tərəfindən müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş mallar üçün nəzərdə tutulmuş saxlanc müddətin başa çatmasına baxmayaraq sözügedən malların digər gömrük proseduru altında rəsmiləşdirilməsi və ya gömrük anbarında yerləşdirilməsi üçün MMC tərəfindən heç bir müraciət olmamışdır. Nəticədə, saxlanc müddəti bitmiş mallar “sərbəst dövriyyə üçün buraxılış” gömrük proseduru altında rəsmiləşdirilərkən müvəqqəti saxlanc müddətinin bitdiyi gündən ödənməli olan gömrük ödənişlərinin ödənildiyi günədək ödənilməli olan məbləğin 0.1% miqdarında dəbbə pulunun hesablamasına səbəb olmuşdur. Məktuba əlavə olunmuş Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən "Alyans- Trio” MMC-yə ünvanlanmış 09 iyun 2023-cü il tarixli 1 №li “Gömrük borcunun ödənilməsinə dair Bildiriş”dən müəyyən olunur ki, sonuncuya 01 mart 2023-cü il tarixinə təsnifatı aşağıda göstərilən **********4119, **********4244 saylı gömrük bəyannamələri üzrə ümumilikdə 14784,88 manat, o cümlədən dəbbə pulu üzrə 14784,88 manat borcu olduğu bildirilmiş və borcun 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi tələb olunmuşdur. "Alyans-Trio” MMC tərəfindən Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi müraciət olunaraq **********4119, **********4244 saylı gömrük bəyannamələri üzrə hesablanmış 14784,88 manat dəbbə pulunun silinməsi xahiş olunsa da, sonuncu tərəfindən müraciət cavablandırılmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Gömrük Məcəlləsi: Gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir (maddə 1.0.11). Mallar və nəqliyyat vasitələri gömrük sərhədindən keçirilərkən gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi qaydalarına riayət olunmasını təmin etmək gömrük orqanlarının vəzifəsidir (maddə 8.0.6). Bu Məcəllə və digər qanunvericiliklə həvalə olunmuş vəzifələrini yerinə yetirmək üçün gömrük orqanları gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq hüquqlara malikdirlər (maddə 9.0.3). Gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni, və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir (madə 40.2) Bütün şəxslər malları bu Məcəllədə nəzərdə tutulmuş qaydada, bərabər əsaslarla gömrük ərazisinə gətirmək və bu ərazidən aparmaq hüququna malikdirlər (maddə 82.1). Bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, heç bir şəxs malları gömrük ərazisinə gətirmək və bu ərazidən aparmaq hüququndan məhrum edilə və ya onun bu hüququ məhdudlaşdırıla bilməz (maddə 82.2). Bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan bütün mallar və nəqliyyat vasitələri, gömrük rüsumları və vergilərin tutulma obyektləri olub-olmadığından asılı olmayaraq gömrük nəzarətindən keçməlidir (maddə 82.3). Gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır (maddə 104.1). Malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır (maddə 104.2). Bu Məcəllədə və gömrük işi üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, gömrük rəsmiləşdirilməsi başa çatmamış mallardan və nəqliyyat vasitələrindən istifadə edilə, habelə onlar barəsində sərəncam verilə bilməz (maddə 105.1). Müvafiq icra hakimiyyəti orqanı gömrük rəsmiləşdirilməsi başa çatmamış mallardan və nəqliyyat vasitələrindən istifadə edilməsi və onlar barəsində sərəncam verilməsinə dair şərtlər və məhdudiyyətlər müəyyən edir (maddə 105.2). Gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir (maddə 146.1). Bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir (maddə 146.2). Təsdiq edildikdən sonra gömrük bəyannaməsi faktları təsdiq edən, hüquqi əhəmiyyətə malik sənəd sayılır (maddə 152.3). Gömrük borcu malların bu Məcəllənin 238-ci və 240-cı maddələrində göstərilən gömrük prosedurları altında yerləşdirilməsi üçün gömrük bəyannaməsinin gömrük orqanlarına təqdim edildiyi yerdə yaranır. Bütün başqa hallarda gömrük borcunun yarandığı yer, onun yaranmasına səbəb olan halların baş verdiyi yer hesab edilir (madə 237.1.). Gömrük borcu gömrük bəyannaməsinin təsdiq edildiyi vaxt yaranır (maddə 238.2.). Malları bəyan edən şəxs borclu hesab olunur. Gömrük təmsilçiliyi dolayısı həyata keçirilərsə, adından gömrük bəyannaməsi verilən şəxs də borclu hesab edilir(maddə 238.3.). İdxal gömrük rüsumları tutulmalı olan mallar üzrə gömrük borcu şəxs tərəfindən aşağıdakı şərtlərin hər hansı birinə əməl edilmədikdə yaranır (maddə 239.1.): 239.1.1. xarici malların gömrük ərazisinə gətirilməsinə, onların gömrük nəzarətindən çıxarılmasına, gömrük ərazisi daxilində hərəkətinə, emalına, saxlanılmasına, müvəqqəti idxalına, yaxud onlar barəsində sərəncam verilməsinə dair qanunvericiliklə müəyyən edilmiş öhdəliklər yerinə yetirilmədikdə; 239.1.2. gömrük ərazisi daxilində mallardan son istifadə ilə əlaqədar gömrük qanunvericiliyində müəyyən edilmiş öhdəliklər yerinə yetirilmədikdə; 239.1.3. xarici malların müvafiq gömrük proseduru altında yerləşdirilməsini, yaxud onlardan son istifadə ilə əlaqədar gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilməni tənzimləyən şərtlərə əməl olunmadıqda. 239.2. Müəyyən olunmuş şərtlərə əməl edilməməsi ilə əlaqədar gömrük borcunun yarandığı vaxt aşağıdakılardan biri hesab olunur: 239.2.1. gömrük borcunun yaranmasına səbəb olan öhdəliyə əməl edilmədiyi, yaxud əməl edilməsinin dayandırıldığı vaxt; 239.2.2. malların müvafiq gömrük proseduru altına yerləşdirilməsi, yaxud onlardan son istifadə ilə əlaqədar gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilməni tənzimləyən şərtlərə faktiki əməl edilməməsi aşkar olunduğu halda, malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün verilən gömrük bəyannaməsinin təsdiq edildiyi vaxt. 239.3. Bu Məcəllənin 239.1.1-ci və 239.1.2-ci maddələrində qeyd edilən hallarda aşağıdakı şəxslər borclu hesab edilirlər: 239.3.1. müvafiq öhdəlikləri yerinə yetirməli olan şəxs; 239.3.2. öhdəlikləri yerinə yetirməli olan şəxsin adından çıxış etmiş və ya bu öhdəliklərin yerinə yetirilməməsinə gətirib çıxaran hərəkətlərdə iştirak etmiş şəxs (həmin öhdəliklərin yerinə yetirilmədiyini bildiyi, yaxud bilməli olduğu halda); 239.3.3. malları əldə edərkən, yaxud saxlamaq üçün qəbul edərkən, onlarla bağlı öhdəliklərin yerinə yetirilmədiyini bilən, yaxud bilməli olan şəxs. 239.4. Bu Məcəllənin 239.1-ci maddəsində göstərilən gömrük prosedurları ilə əlaqədar gömrük orqanlarına təqdim olunan gömrük bəyannaməsinin tərtibi, yaxud malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatlardan istifadə nəticəsində idxal gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azadolma baş verdikdə, gömrük bəyannaməsinin tərtib edilməsi üçün tələb olunan məlumatları təqdim etmiş şəxs də, bu məlumatların səhv olduğunu bildiyi və ya bilməli olduğu halda, borclu hesab olunur. ... 247.1. Gömrük borcunun ödənilməsinin bu Məcəllə ilə müəyyən edilmiş müddəti pozulduqda, gömrük orqanları ödəyicidən dəbbə pulu alırlar. 247.2. Dəbbə pulunun hesablanması üçün müddətlər aşağıdakılardır: 247.2.1. gömrük borcunun ödənilməsi müddətinin başa çatdığı tarixdən növbəti gündən başlayaraq, borcun faktiki ödənilmə gününədək və ya bu Məcəllənin 246.1-ci maddəsinə əsasən həmin borcun ödənilməsinə möhlət verilənədək; 247.2.2. bu Məcəllənin 246.1-ci maddəsinə əsasən gömrük borcunun ödənilməsinə verilmiş möhlətin başa çatdığı tarixdən növbəti gündən başlayaraq, borcun faktiki ödənilmə gününədək. 247.3. Dəbbə pulu bu Məcəllənin 247.2-ci maddəsində göstərilən müddətlər ərzində hər gecikdirilən günə görə gömrük borcu məbləğinin 0,1 faizi miqdarında hesablanır. Dəbbə pulu gömrük borcu üzrə bütün ötmüş müddətə, lakin bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. 247.4. Dəbbə pulu gömrük borcu ilə eyni vaxtda ödənilir. 247.5. Dəbbə pulunun ödənilməsi, tutulması və qaytarılması bu Məcəllədə gömrük ödənişlərinin ödənilməsi, tutulması və qaytarılması üçün nəzərdə tutulmuş qaydalara uyğun olaraq həyata keçirilir. .... 249.1. Ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur. 249.2. Gömrük bəyannaməsindəki səhvlərin gömrük borcunun məbləğinin qanunvericiliklə müəyyən edildiyindən az məbləğdə hesablanmasına, yaxud ödənilməsinə səbəb olmasını bu Məcəllənin 249.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində aşkar edildikdə, gömrük orqanları ödəyicidən ödənilməmiş məbləğləri alırlar. 249.3. Vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının icra (ödəniş) sənədi əsasında, vergi borclarının dövlət büdcəsinə alınmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarına uyğun olaraq, ödəyicinin bank hesablarından tutulur. Məhkəmənin mövqeyi. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 271.1-ci maddəsində göstərilmişdir ki, borclu şəxsin qanunvericiliklə müəyyən edilmiş qaydada müflis elan edilməsi nəticəsində borcunu ödəyə bilməməsi halları ilə yanaşı, gömrük borcu aşağıdakı üsullardan hər hansı birinin tətbiqi vasitəsilə də ləğv edilir: 271.1.1. gömrük borcunun tam məbləğdə ödənilməsi; 271.1.2. qanunvericilikdə nəzərdə tutulmuş hallarda şəxsin gömrük borcunu ödəməkdən azad edilməsi. İş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən **********4119, **********4244 sorğu nömrəli gömrük bəyannamələri ilə bağlı aparılmış gömrük rəsmiləşdirilməsi xx.xx.2020-ci il tarixə aid olmasına baxmayaraq, cavabdeh Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən 3 (üç) ildən artıq bir müddət keçdikdən sonra, yəni 09 iyun 2023-cü il tarixdə iddiaçıya “Gömrük borcunun ödənilməsinə dair Bildiriş” ünvanlanaraq, qeyd olunan gömrük bəyannamələri üzrə 14784,88 manat dəbbə pulu borcunun dövlət büdcəsinə ödənilməsi tələb olunmuşdur. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əsasən dəbbə pulunun ödənilməsi, tutulması və qaytarılmasının Gömrük Məcəlləsində gömrük ödənişlərinin ödənilməsi, tutulması və qaytarılması üçün nəzərdə tutulmuş qaydalara uyğun olaraq həyata keçirildiyini və ödənilməmiş gömrük borclarının gömrük ödənişlərinin ödənilməsi öhdəliyinin yarandığı tarixdən gömrük orqanları tərəfindən məcburi tutulmasının 3 (üç) illik müddətlə məhdudlaşdırıldığını nəzərə alaraq, məhkəmə hesab edir ki, qeyd olunan hal iddiaçının gömrük borcunu ödəməkdən azad edilməsi üçün əsas kimi qiymətləndirilməli və göstərilən əsasla mübahisələndirilən dəbbə pulu (gömrük borcu) ləğv edilməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 13.1-ci maddəsinə sasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı MMCyə hesablanmış 14784,88 manat dəbbə pulu borcunun silinməsi (ləğv edilməsi) öhdəliyi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin üzərinə qoyulmalıdır. İPM-nin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçınə hesablanmış 14784,88 (on dörd min yeddi yüz səksən dörd manat səksən səkkiz qəpik) manat dəbbə pulu borcunun silinməsi (ləğv edilməsi) öhdəliyi Azərbaycan Respublikası Cavabdeh üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-2386/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2386/2024
30.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver