Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-239/2022 28.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, Cavabdeh2 yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı (hüquqi varisi X5) cavabdehlər Cavabdeh2nə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X7 Ərazi Bölmələrini İdarəetmə Birliyi Binəqədi rayon 9 saylı şəhər poliklinikası publik hüquqi şəxsi 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə əlllik dərəcəsinin təyin edilməsi və dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəh. N.Vəziov küç. 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2nə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2019-cu il tarixli xxxxxxx0003 müayinəsi əsasında ona münasibətdə birinci dərəcə əlillik qrupunun müəyyən edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması; xx.xx.2019-cu il tarixindən ona birinci dərəcə əlillik qrupunun müəyyən edilməsinə və həmin qrup üzrə sosial müavinətlərın tam həcmdə ödənilməsinə başlanılacağı tarixədək hər ay itirdiyi 170 manat ( 20 manat 1-ci və 2-ci qrup əlillik üçün müəyyən edilən müavinat məbləğləri arasında fərqə görə, 100 manat 1-ci qrup əlillər üçün Prezident təqaüdünə və 50 manat- həmin əlillərə baxan şəxslər üçün müəyyən edilən Prezident təqaüdünə görə) zərərin əvəzinin cavabdehlərdən tutularaq ona ödənilməsi; cavabdeh qurumların qanunsuz əməlləri sayəsində keçirdiyi çox ciddi mənəvi sarsıntıların əvəzi olaraq kompensasiya kimi 2.000 manat məbləğində vəsaitin cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, təxminən 2018-ci ilin iyun ayında belində və kürəyində yaranan və uzun sürən ağrılardan sonra həkim müayinəsindən keçəndən sonra ona süd vəzisində bədxassəli şişin sonuncu İV mərhələdə olması diaqnozu qoyulmuşdur. Uzun müddət Azərbaycan və Türkiyədə kimyaterapiya, radioterapiya və digər müalicələr alsa da, artıq xəstəlik baş beyninə, sümüklərinə və ağciyərinə metastazlar verərək yayılmışdır. Onun üzləşdiyi xəstəlik üzrə müvafiq əlillik dərəcəsinin verilməsi məqsədilə qeydiyyatda olduğu poliklinika vasitəsilə Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə (TSEK) müraciət etmişdir. Xəstəliyilə bağlı təqdim etdiyi bütün sənədlərə əsasən ona xx.xx.2019- cu il tarixində TSEK tərəfindən 2-ci dərəcəli əlillik müəyyən olunmuşdur. TSEK tərəfindən qəbul edilmiş bu qərar tamamilə əsassızdır və bir neçə dəfə həm poliklinikaya, həm də Xidmətin özünə şifahi qaydada şikayət etsə də, buna heç bir məhəl qoyulmamışdır. TSEK-in xxxxxxx0003 saylı müayinəsindən çıxarışdan aydın olur ki, ona “Süd vəzisinin yuxarı-bayır kvadrantının bədxassəli yeni törəməsi T4 N2 M1 İV mərhələ G3. Ağciyərlərə MTS. Baş beyinə MTS. Sümüklərə MTS” diaqnozu qoyulmuş, əlilliyin müəyyən edilməsi meyarı kimi isə “İkinci dərəcə əlillik => lokalizasiyasından asılı olmayaraq, İİİ - İV mərhələ bədxassəli şişlər - (C00-C97) qeyd edilmişdir. Həmin çıxarışa görə ona görə ona ümumi xəstəlik səbəbindən xx.xx.2019-cu il tarixindən ikinci dərəcəli əlillik müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin (Əsasnamə) 1 5-ci bəndinə görə tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə təqdim etdiyi iddiaya dair xx.xx.2020-ci il tarixli **********9 №li yazılı etirazında göstərmişdir ki, iddiaçı tərəfindən irəli sürülən tələblər qanunsuz və əsassız olduğundan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə uyğun olaraq qeyd olunan iddia ərizəsinə etirazlarını nəzərinizə çatdırırlar. Müəyyən olunmuşdur ki, İddiaçı əlillik vəziyyəti dövlət səhiyyə müəssisəsinin 0069003AACM1 saylı göndərişi əsasında xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən 0069003AACM1 saylı göndərişdə qeyd edilmiş “Sol süd vəzisinin yuxarı bayır kvadratının bədxassəli yenitörəməsi T4N2M1 İV mərhələ G3. Ağciyərlərə Mts. Bədxassəli yenitörəmənin kimyəvi terapiyasından sonra müayinə. Baş beyinə Mts. Bədxassəli yenitörəmənin radioterapiyasından sonra müayinə Sümüklərə Mts. Arterial hipertenziya İİ mərhələ. Nevrosteniya” diaqnozları Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.1. bölməsinə müvafiq olaraq birinci dərəcə əlilliyin təyininə əsas vermir. Belə ki qeyd edilən Əsasnamənin 2.1.7. bəndinə görə “İkurabel onkoloji xəstəliklər" birinci dərəcə əlilliyin təyininə əsas verir. Səhiyyə müəssisəsi tərəfindən iddiaçıya rəsmiləşdirilmiş göndərişdə xəstəliyin İV mərhələsində olduğu, kimyəvi və radioterapiya müalicləri aparıldığı qeyd edilmişdir ki, bu da xəstəliyin inkurabel olmadığını göstərir. Əsasnamənin 2.2.14. bəndinə görə isə “Lokalizasiyasından asılı olmayaraq lll-İV mərhələ bədxassəli şişlər” ikinci dərəcə əlilliyin təyininə əsas verir. Buna görə də əsaslı olaraq ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-cı ıl tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş ‘Əlilliyin qiymətləndirilməsi Qaydası”na müvafiq olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə Əlillik altsistemi üzərindən qiymətləndirilməklə müəyyən edilir, qərar elektron imza ilə imzalanmaqla rəsmiləşdirilir. İddiaçı səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş 0069003AACM1 saylı göndərişdə qeyd edilmiş məlumatlara əsasən ikinci dərəcə əlillik düzgün təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçının hüquqi varisi X5, cavabdehlərdən Cavabdeh2 və inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X7 Ərazi Bölmələrini İdarəetmə Birliyi Binəqədi rayon 9 saylı şəhər poliklinikası publik hüquqi şəxsi müvafiq olaraq məhkəmə iclasına gəlmədiyindən və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə heç bir məlumat vermədiklərindən, məhkəmə İPM-nin 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının hüquqi varisinin, cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X3 iddianı qəbul etməyərək və etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə işin materiallarını araşdıraraq və cavabdehin nümayəndəsinin izahatını dinləyərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında qeydiyyatda olmuş mərhum İddiaçı xx.xx.1960-ci ildə Yevlax şəhərində doğulmuşdur. Cavabdeh2 müayinə olunan şəxs üzrə məlumatdan görünür ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı Firdin qızına 0069003AACM1 saylı Forma 88 əsasında xx.xx.2019-cu il tarixdə Süd vəzisinin yuxarı-bayır kadratının bədxassəlli yenitörəməsi T4 N2 M1İV mərhələ G3 Ağciyərlərə MTS Baş beyinə MTS, Sümüklrə MTS diaqnozu ilə ikinci dərəcə əlillik təyin olunmuşdur. Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən 29 yanvar 2021-ci il tarixdə verilmiş AZ- İİ seriyalı 164586 №-li ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı 25 noyabr 2020-ci il tarixdə ölmüşdür. İddiaçının əlillik vəziyyətinin müəyyən olunması üçün Bakı 9 nömrəli Şəhər Poliklinikası tərəfindən göndərilmiş; - xx.xx.2019-ci il tarixli 0069003AACM1 saylı göndərişində X1 İİ sinnif-Bədxassəli yenitörəmələr =>C00-C75-Yeni törəmələr =>C50-Süd vəzisinin bədxassəli yenitörəməsi=>C50.4-Süd vəzsinin yuxarı bayır kvadratının..... Diaqnozun mətni: süd vəzifəsinin yuxarı-bayır kvadratının bədxassəli yenitörəməsi T4 N2 M1 İV mərhələ G3, Ağciyərllərə MTS. Baş beyinə MTS Sümüklərə MTS.....Meyar 2.2 ikinci dərəcə əlillik=>lokalizasiyasından asılı olmayaraq, İİİ-İV mərhələ bədxassəli şişlər (C00-C97). Məhkəmənin müvafiq sorğusuna cavab olaraq verilmiş Cavabdeh2 yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2021-ci il tarixli **********6 №li cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2019-cu ildə qiymətləndirilmiş və ümumi səbəbdən beş il müddətinə (xx.xx.2024-cü ilədək) ikinci dərəcə əlillik təyin edilmişdir. Sonrakı dövrdə İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə göndəriş daxil olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 Publik Hüquqi şəxsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş T 144/2022 saylı rəydən görünür ki, ekspertlər belə nəticəyə gəlmişlər ki, İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün 9 saylı şəhər poliklinikası publik hüquqi şəxsi tərəfindən göndərilmiş xx.xx.2019-cu il tarixli 0069003AACM1 088 saylı Formada qeyd olunmuş “süd vəzisinin yuxarı-bayır kvadratının bədxassəli yenitörəməsi T4 N2 M1 İV mərhələ G3, ağciyərlərə MTS, baş beyinə MTS, sümüklərə MTS” diaqnozu ilə xx.xx.2019-cu il tarixdə TSEK-də onlayn qiymətləndirilməsi zamanı həmin xəstəliyin İV mərhələdə olması kimyəvi və radioterapiya müalicələri aparılması müəyyən olunmuş, buna görə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.14 bəndinə görə İİ dərəcəli əlillik təyini düzgün olmuşdur. Belə ki, metastazlar yerləşdiyi orqanların funksiya pozğunluğu haqqında təqdim edilən tibbi sənədlərdə məlumat verilməmiş, heç bir diaqnostik müayinə üsulu ilə təsdiq edilməmiş, inkurabelliyin əsas göstəriciləri olan ağrıkəsici məqsədi ilə narkotik analgetiklərdən istifadə olunması, kaxeksiya, şiş intoksikasiyası və ya çanaq orqanlarının funksiyasının pozulması haqqında məlumatlat yoxdur. Spesifik müalicənin bitməsi və simptomatik müalicəyə keçməsi barədə tibbi sənədlərdə qeydiyyat aparılmamışdır. “İnkurabel” latın sözü olub, şəfa tapmayan, sağalmayan kimi tərcümə olunur. Məhkəmə hesab edir ki, iddia əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.5-ci bəndində göstərilmişdir ki, Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Əsasnamənin 2.1-ci bəndində göstərilmişdir ki, birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər. Birinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.1. Birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər. Birinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.1.1. qan dövranının üçüncü dərəcəli xroniki çatışmazlığı (İ01-İ09, İ11.0, İ13.0-İ13.2, İ23-İ23.8, İ24-İ24.8, İ25.3-İ25.5, İ50-İ50.9); 2.1.2. talassemiya-homoziqot böyük talassemiya, güclü və tez-tez təkrar olunan hemolitik sindrom (D56-D56.9); 2.1.3. üçüncü dərəcəli ağciyər-ürək çatışmazlığı dekompensasiya mərhələsi (İ27.0-İ27.9, İ28.0-İ28.8); 2.1.4. xroniki böyrək çatışmazlığının terminal mərhələsi (N18.1-N18.9); 2.1.5. xroniki qaraciyər çatışmazlığının terminal mərhələsi (K72.0-K72.9); 2.1.6. ürək transplantasiyasından sonrakı vəziyyət (digər orqan transplantasiyalarında əlillik dərəcəsi transplantın funksional vəziyyətindən asılı olaraq təyin edilir) (Y83.0); 2.1.7. inkurabel onkoloji xəstəliklər (C00-C97); 2.1.8. ətrafların hərəkət funksiyasının və hərəkət koordinasiyasının kəskin təzahürlü pozulması (tetraplegiya, triplegiya, hemiplegiya, paraplegiya, tetraparez, triparez, nəzərəçarpanparaparez, ataksiya, intension titrəmə ilə hiperkinetik sindrom) və ya total afaziya ilə nəticələnmiş sinir sisteminin müxtəlif xəstəlikləri-baş beynin insultu, baş beynin travmatik xəstəlikləri, uşaq serebral iflici, sinir sisteminin ağır infeksion xəstəlikləri (İ60-İ66.9,G80-G80.9, S06.0- S06.9); 2.1.9. hər iki gözün tam və ya əməli korluğu (yaxşı görən gözdə görmə itiliyinin korreksiya ilə 0.04 və ondan az olması və ya görmə sahəsinin 10 dərəcəyədək konsentrik daralması) (H54-H54.9); 2.1.10. iki ətrafın güdülü (S48.0-S48.9, S58, S68, S78, S88, S98); 2.1.11. birinci barmaq da daxil olmaqla, hər iki əlin üç və ya birinci barmaqsız dörd barmağının olmaması, həmin barmaqların kəskin kontrakturası və ya daha yuxarıdan amputasiya nəticəsində əllərin güdülü (S68, M16.0-M16.9); 2.1.12. hər iki bud-çanaq oynaqlarının ankilozu (M24.6); 2.1.13. etiologiyasından asılı olmayaraq, dərin və ağır dərəcəli kəmağıllılıq, həmçinin anadangəlmə idiotiya, yaxud kəskin nəzərəçarpan inbesillik (İQ-35-dən aşağı olanlar) (F70-F79); 2.1.14. davranış pozulmaqla uzunmüddətli (iki ildən çox) təzahür edən psixotik hallar (F23.0-F23.9, F91-F92.9); 2.1.15. şizofreniya xəstəliyi nəticəsində baş verən psixi qüsur halı (F20-F20.9); 2.1.16. İİV-infeksiyasının İV(QİÇS) mərhələsi, terminal vəziyyət (B20-B24). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra - səhiyyə müəssisələri) tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndində göstərilmişdir ki, şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. Qaydaların 1.3-cü bəndində göstərilmişdir ki, göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır: şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması (bənd 1.3.1.); əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması (1.3.5.). Qeyd olunanlara əsasən məhkəmə “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını TSEK və bu Qaydada nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət tərəfindən müəyyən edildiyini, məhkəmə-tibbi ekspertizası aparılarkən TSEK-də onlayn qiymətləndirilməsi zamanı mərhum İddiaçı olan xəstəliyin İV mərhələdə olması kimyəvi və radioterapiya müalicələrinin aparılmasının müəyyən olunduğunu nəzərə alaraq, hesab edir ki, iddiaçının iddiası sübuta yetirilmiş hesab oluna bilməz. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır (AR İPM-73.1), imtina cavabdeh orqanın güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia müvafiq olaraq cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2019-cu il tarixli xxxxxxx0003 müayinəsi əsasında mərhum İddiaçı münasibətdə xx.xx.2019-cu il tarixindən birinci dərəcə əlillik qrupunun müəyyən edilməsi və həmin qrup üzrə sosial müavinətlərın tam həcmdə ödənilməsinə başlanılacağı tarixədək hər ay itirdiyi 170 manat (20 manat 1-ci və 2-ci qrup əlillik üçün müəyyən edilən müavinat məbləğləri arasında fərqə görə, 100 manat 1-ci qrup əlillər üçün Prezident təqaüdünə və 50 manat- həmin əlillərə baxan şəxslər üçün müəyyən edilən Prezident təqaüdünə görə) zərərin əvəzinin tutularaq, ödənilməsi öhdəliyinin qoyulması hissəsində təmin edilməməlidir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia cavabdeh qurumların qanunsuz əməlləri sayəsində keçirdiyi çox ciddi mənəvi sarsıntıların əvəzi olaraq kompensasiya kimi 2.000 manat məbləğində vəsaitin cavabdehlərdən tutularaq ona ödənilməsi hissəsində mümkün sayılmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia müvafiq olaraq cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2019-cu il tarixli xxxxxxx0003 müayinəsi əsasında mərhum İddiaçı münasibətdə xx.xx.2019-cu il tarixindən birinci dərəcə əlillik qrupunun müəyyən edilməsi və həmin qrup üzrə sosial müavinətlərın tam həcmdə ödənilməsinə başlanılacağı tarixədək hər ay itirdiyi 170 manat (20 manat 1-ci və 2-ci qrup əlillik üçün müəyyən edilən müavinat məbləğləri arasında fərqə görə, 100 manat 1-ci qrup əlillər üçün Prezident təqaüdünə və 50 manathəmin əlillərə baxan şəxslər üçün müəyyən edilən Prezident təqaüdünə görə) zərərin əvəzinin tutularaq, ödənilməsi öhdəliyinin qoyulması hissəsində təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-239/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-239/2022
28.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver