Məhkəmə qərarları › İş №2-1(112)-2390/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2390/2020

03.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2390/2020 03.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X9katibliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X3, Cavabdehin nümayəndəsi X11 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan Xəzri İstirahət və Sağlamlıq Mərkəzinə qarşı işə bərpa tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan Xəzri İstirahət və Sağlamlıq Mərkəzinə qarşı işə bərpa olunması barədə qərar qəbul edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbionunla əsaslandırılmışdır ki, o, 1986-cı ildə Ağdam rayon Novruzlu kəndində anadan olmuşdur. X2 1957-ci il təvəllüdlüdür. X1 1962-ci ildə Ağdam rayon Novruzlu kəndində anadan olmuşdur. Onlar da heç yerdə işləmir pensiya alırlar. Ailələri Ağdam rayonundan məcburi köçkün düşüblər. X8 ilə 2011-ci ildən ailəlidir.O, orta məktəbi qurtarandan sonra hərbi xidmətə getmişdir. Hərbi xidmətdən gələndən sonra işləmək fikrinə gəlmiş və uşaqlıqdan həmişə arzusunda olduğu polis olmaq üçün sənədlərini Daxili İşlər Nazirliyinə vermiş və xoşbəxtlikdən də işə qəbul olunmuşdur. 2009-ci ildən Daxili İşlər Nazirliyinin Xəzri İstirahət və X4 manqasının polis nəfəri olmuşdur. Rütbəsi polis serjantıdır. Artıq 10 il idi ki, polis kimi çalışırdı. İşlədiyi müddətdə heç vaxt heç bir problemi olmayıb. Əksinə xidmətə görə məharət dərəcəsi 2-ci, 1-ci dərəcə və pul mükafatları almışdır. Bu yaxınlarda onu X7 işçisi olan Ceyhun Tağıyev yanına çağırıb bildirmişdir ki, “o, yetkinlik yaşmına çatmadığı vaxtda, yəni 16 yaşında cinayətdə iştirakçı olmuşdur”. O, ondan bu barədə izahat almışdır. Sonra isə X7 rəisi Sahib Mirzəyev onu qəbul etmiş və ona bildirmişdir ki, 16 yaşı olanda cinayətdə iştirakçı olmuşdur, ona görə də, daha polis kimi işləyə bilməz”. Nəhayət xx.xx.2019-cu il tarixdə O, işdən çıxarılmışdır. Sözügedən cinayət hadisəsi isə göstərdiyi kimi olmuşdur. O, 16 yaşında olanda qohumlarının evinə, yəni Bülbülə qəsəbəsinə qonaq getmişdir. Həmin gün qohumlarının uşaqları ilə onların qonşuluğunda olan uşaqların mübahisəsi olmuş və nəticədə cinayət hadisəsi baş vermişdir. O, həmin vaxt heç bir cinayət törətməmişdir, sadəcə qohumlarının yanında olduğu üçün onu da, iştirakçı kimi işə cəlb etmişlər. Məhkəmə vaxtı isə yetkinlik yaşına çatmadığı üçün ona şərti cəza, yəni - 1 il sınaq müddəti ilə azadlığa buraxmışlar. 1 il başa çatan kimi məhkumluğu da qurtarıb. Həmin vaxt o, bunları bilməmişdir. Bütün bu olanları, bu yaxınlarda hökmlə tanış olanda bilmişdir. İndiyə qədər bildiyi bu idi ki, “o, qohumlarının yanında olduğu üçün saxlanılmış və nəhayət günahı olmadığından buraxılmışdır”. Yadında qalan yalnız bunlar olmuşdur. Hətta bərəsində olan hökmdən onun heç vaxt xəbəri olmamışdır. Valideynlərindən də, soruşub, deyiblər ki, “həmin vaxt günahı olmadığı üçün onu buraxıblar”. Nə onun, nə də valideynlərinin barəsində olan bu hökmdən məlumatları olmayıb. Bu səbəbdən də, apelyasiya şikayəti də verməyiblər. Göründüyü kimi, O, cinayət hadisəsi baş verəndə yetkinlik yaşında olmamışdır. Barəsində olan hökmdən ümümiyyətlə xəbəri olmamışdır. Sonra da, yetkinlik yaşına çatıb hərbi xidmətə getmişdir. Hərbi xidmətdən gələndən sonra da, polis olmaq arzusu ilə Daxili İşlər Nazirliyinə ərizə vermiş və xoşbətlikdən də, işə qəbul olunmuşdur. Həmin vaxtdan 10 ildir ki, polis işləyir, öz işini də çox sevir. O, polis işçisi kimi həmişə dövlətinin, xalqının xidmətində olmuşdur. Uşaq vaxtı ondan aslı olmayan səbəbdən yaranmış bu xoşagəlməz hadisəyə görə onun bu şərəfli peşəsindən uzaqlaşdırılmağı onun üçün ölümdən belə betərdir. Ona görə də, sözügedən cinayət hadisənin iştirakçısı olduğu yetkinlik yaşına çatmadığı dövrdə olduğuna, həmin vaxtdan artıq 17 il keçdiyinə, peşəsini sevdiyinə, işlədiyi 10 il müddətində işində heç bir qusur olmadığına, valideynlərinin yaşlı olmasına, evin yeganə dolandıranı olduğuna və məcburi köçkün olduğuna görə işinə bərpa olunmasını istəyir. Hesab edir ki, onun sözügedən işlə əlaqədar işdən çıxarılması qanuna uyğun deyildir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət bildirilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, İddiaçı iddia ərizəsində DİN-in xx.xx.2019-cu il tarixdə əsassız olaraq DİO-da xidmətdən xaric edildiyini göstərmişdir.Sabiq polis əməkdaşı İddiaçı iddiası aşağıda göstərilənlərə əsasən təmin edilməyərək rədd olunmalıdır.Belə ki, xx.xx.1986-cı il tarixdə Ağdam rayonunda anadan olmuş İddiaçı Suraxanı rayon Məhkəməsinin xx.xx.2003cü il tarixli hökmü ilə CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək 1 il şərti sınaq müddəti təyin edilmişdir.xx.xx.2009-cu il tarixdə İddiaçı DİN-in Tibb İdarəsinə ərizə ilə müraciət edərək X16 xidmətə qəbul olunmasını xahiş etmiş, yoxlama zamanı sonuncu anket məlumatlarında məhkumluğunu gizlətmişdir.DİN BƏSİİ-də namizədin yoxlanılmış tələbnaməsində xx.xx.1986-cı il təvəllüdlü Ağdam rayon sakini X6 xx.xx.2003-cü il tarixdə Suraxanı RPİ tərəfindən CM-nin 221.2.1-ci maddəsilə cinayət məsuliyyətinə cəlb olunması göstərilsə də, X21 qrupunun sabiq baş inspektoru Zakir Həsənov həmin xüsusatı araşdırmamış, nəticədə İddiaçı DİN-in Tibb İdarəsinin xx.xx.2009-cu il tarixli 64ş/h nömrəli əmrilə İdarənin sanatoriya tipli “Azərbaycan” istirahət evinin komendant manqasının polis nəfəri vəzifəsinə təyin olunmuşdur.DİN-in Katibliyinin İcra intizamına nəzarət və qeydiyyat şöbəsinin Qeydiyyat sektorunun XMTÜ baş inspektoru Pərvanə Hajıyeva 2012-ci ildə DİN-ə bilavasitə tabe olan “Xəzri” İstirahət və X10 qrupunun kadr üzrə inspektoru vəzifəsində xidmət edərkən növbəti yoxlama zamanı tərtib etdiyi xx.xx.2012-ci il tarixli tələbnamə vasitəsilə məhkumluq barədə məlumatları müəyyən etsə də, bu barədə Mərkəzin rəisi Rişad Qasımova şifahi məlumat verməklə kifayətlənmiş, xx.xx.2012-ci il tarixli təkrar tələbnaməsində isə İddiaçı təvəllüdünü xx.xx.1986-cı il tarix kimi göstərərək DİN BƏSİİ-dən onun barəsində Əməliyyat-sorğu kartotekasında heç bir məlumatın olmaması haqda cavab almışdır.Qeyd olunan nöqsanlara yol verdiyinə görə DİN-ə bilavasitə tabe olan “Xəzri” İstirahət və X4 manqasının polis nəfəri polis serjantı İddiaçı DİN-in xx.xx.2019-cu il tarixli Ə944-001-19 nömrəli əmrilə «Azərbaycan Respublikasının X16 xidmət keçmə haqqında Əsasnamə»nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən X16 xidmətdən xaric edilmiş, eyni zamanda barəsində olan intizam xarakterli hər iki əmr xx.xx.2019-cu il tarixdə ona elan olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilməsi göstərilmişdir. Məlum olmuşdur ki, İddiaçı iddia müddətini ötürməklə xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. “Polis haqqında” Qanunun 28-ci maddəsinin İV hissəsinə əsasən cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş şəxslər polisdə xidmətə qəbul edilə bilməzlər.DİN-in xx.xx.2011-ci il tarixli 400 nömrəli əmrilə təsdiq edilmiş «X16 xidmətə qəbul və müsabiqənin keçirilməsi qaydaları haqqında» Təlimatın 1.16.4-cü bəndinə əsasən cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş şəxslər X16 xidmətə qəbul edilə bilməzlər.«Azərbaycan Respublikasının X16 xidmət keçmə haqqında» Əsasnamənin 17-ci maddəsinə əsasən cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş şəxslər X16 xidmətə qəbul edilə bilməzlər. Məhkəmə iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ğlu xx.xx.1986-cı il tarixdə Ağdam rayonu, Novruzlu kəndində anadan olmuşdur. İşdə olan iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2009-cu il tarixdə Azərbaycan Respublikası Tibb İdarəsinin sanatoriya tipli “Azərbaycan” İstirahət evinin komendant manqasına polis nəfəri təyin edilmiş, xx.xx.2019-cu il tarixdə “Azərbaycan Respublikası DİO-da xidmətkeçmə haqqında Əsasnamə”yə müvafiq olaraq 135-ci maddənin 9-cu bəndi ilə xidmətdən xaric edilmişdir. İşdə olan Suraxanı Rayon Məhkəməsinin 1-285/2003 saylı, xx xxxxxx 2003-cü il tarixli hökmünün surətindən görünür ki, İddiaçı-1986-cı ilin dekabr ayının 01-də Ağdam rayonunun Novruzlu kəndində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, Zəngilan rayonunun 22 saylı orta məktəbinin 11-ci sinfində oxuyan, azərbaycanlı, bitərəf, məhkum olunmayan, Bakı şəhəri, Q.Nəbi küçəsindəki 6 saylı yataqxananın 5 saylı mənzilində məcburi köçkün kimi məskulaşmış, barəsində qəti imkan tədbiri – şəxsi zaminlik seçilən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə, təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib, 1 (bir) il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir. Azəbraycan Respublikasının 70-ci maddəsinə əsasən İddiaçı barəsində azadlıqdan məhrum edilmə cəzası şərti olaraq tətbiq edilmiş və 1 (bir) il sınaq müddti müəyyən edilmişdir. Sınaq müddəti ərzində İddiaçı üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini və təhsil yerini dəyişməmək vəzifəsi qoyulmuşdur. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx xxxxxx 2019-cu il tarixli, Ə944-001-19 nömrəli “Bir qrup polis əməkdaşının intizam məsuliyyətinə cəlb edilməsi barədə” əmrinin surətindən görünür ki, xx.xx.1986-cı il tarixdə Ağdam rayonunda anadan olmuş İddiaçı Suraxanı Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək 1 il şərti sınaq müddəti təyin edilmişdir. xx.xx.2009-cu il tarixdə İddiaçı DİNin Tibb İdarəsinə ərizə ilə müraciət edərək, X16 xidmətə qəbul olunmasını xahiş etmiş, yoxlama zamanı sonuncu anket məlumatlarında məhkumluğunu gizlətmişdir. DİN BƏSİİ-də namizədin yoxlanılmış tələbnaməsində xx.xx.1986-cı il təvəllüdlü Ağdam rayon sakini X6 xx.xx.2003-cü il tarixdə Suraxanı RPİ tərəfindən CM-nin 221.2.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması göstərilsə də, X21 qrupunun sabit baş inspektoru Zakir Həsənov həmin xüsusatı araşdırmamış, nəticədə İddiaçı DİN-in Tibb İdarəsinin xx.xx.2009-cu il tarixli, 64ş/h nömrəli əmrilə İdarənin sanatoriya tipli “Azərbaycan” İstirahət evinin komendant manqasının polis nəfəri vəzifəsinə təyin ounmuşdur. DİN-in Katibliyinin İcra İntizamına nəzarət və qeydiyyat şöbəsinin Qeydiyyat sektorunun XMTÜ baş inspektoru Pərvanə Hacıyeva 2012-ci ildə DİN-ə bilavasitə tabe olan “Xəzri” İstirahət və X10 qrupunun kadr üzrə inspektoru vəzifəsində xidmət edərkən növbəti yoxlama zamanı tərtib etdiyi 29.6.2012-ci il tarixli tələbnamə vasitəsilə məhkumluq barədə məlumatları müəyyən etsə də, bu barədə Mərkəzin rəisi Rişad Qasımova şifahi məlumat verməklə kifayətlənmiş, xx.xx.2012-ci il tarixli təkrar tələbnaməsində isə İddiaçı təvəllüdünü xx.xx.1986-cı il tarix kimi göstərərək DİN BƏSİİ-dən onun barəsində Əməliyyat-sorğu kartotekasında heç bir məlumatın olmaması haqda cavab almışdır. DİN-ə bilavasitə tabe olan “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzinin rəisi Rişad Qasımov tabelikdəki əməkdaşların xidməti fəaliyyətinə nəzarət və tələbkarlığı zəiflətmiş, mövcud nöqsanların vaxtında aşkar edilərək qarşının alınmasını təmin etməmişdir. Göstərilənləri nəzərə alaraq, “Polis haqqında” Qanunun 3,28 və 29-cu, “DİO əməkdaşlarının etik davranış kodeksi”nin 1, 2, 3, 4 və 17-ci maddələrinin, “İntizam Nizamnaməsi”nin 3.2 və 3.9-cu, DİN-in xx.xx.2011-ci il tarixli 400 nömrəli əmrilə təsdiq edilmiş Təlimatın 1.16.4, 2.2 və 2.2.1-ci bəndlərinin tələblərini pozaraq daxili işlər orqanlrında xidmətə qəbul edilərkən və sonrakı müddətdə anket məlumatlarında məhkumluğunu gizlətdiyinə, habelə xidməti təhqiqat zamanı qeyri-səmimi mövqe tutduğuna, bu hərəkəti ilə polisin nüfuzuna və daxili işlər orqanları əməkdaşlarının adına xələl gətirdiyinə görə DİN-ə bilavasitə tabe olan “Xəzri” İstirahət və X4 manqasının polis nəfəri polis serjantı İddiaçı “Azərbaycan Respublikasının X16 xidmətkeçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən X16 xidmətdən xaric edilmişdir. Əmrə əsas kimi X7 rəyi göstərilmişdir. İşdə olan X7 rəisi polis general-mayoru Sahib Mirzəyev tərəfindən xx xxxxxx 2019-cu il tarixdə təsdiq edilmiş “DİN BPQ və Mİ rəisinin raportunda göstərilən xüsusatların araşdırılmasına dair” Rəyin surətindən görünür ki, DİN-ə bilavasitə tabe olan “Xəzri” İstirahət və X4 manqasının polis nəfəri İddiaçı ümumvətəndaş pasportu almaq məqsədilə xx.xx.2019cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 2 saylı Bakı “Asan xidmət” Mərkəzinə müraciət etməsi, barəsində BƏSİİ-nin uçotları vasitəsilə keçirilmiş yoxlamalarda sonuncunun Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 1 il azadlıqdan məhrum edilərək 1 il şərti sınaq müddəti təyin edilməsi ilə bağlı DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisinin xx.xx.2019-cu il tarixli raportu əsasında aparılmış xidməti təhqiqatla müəyyən edilmişdir ki, xx.xx.1986-cı il tarixdə Ağdam rayonunda anadan olmuş İddiaçı Suraxanı Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək 1 il şərti sınaq müddəti təyin edilmişdir. xx.xx.2009cu il tarixdə İddiaçı Dİn-in Tibb İdarəsinə ərizə ilə müraciət edərək X16 xidmətə qəbul olunmasını xahiş etmiş, yoxlama zamanı sonuncu anket məlumatlarında məhkumluğunu gizlətmişdir. DİN BƏSİİ-də namizədin yoxlanılmış tələbnaməsində xx.xx.1986-cı il təvəllüdlü Ağdam rayon sakini İddiaçı xx.xx.2003-cü il tarixdə Suraxanı RPİ tərəfindən CM-nin 221.2.1ci maddəsilə cinayət məsuliyyətinə cəlb olunması göstərilsə də, X21 qrupunun sabiq baş inspektoru Zakir Həsənov həmin xüsusatı araşdırmamış, nəticədə İddiaçı DİN-in Tibb idarəsinin xx.xx.2009-cu il tarixli, 64 ş/h nömrəli əmrilə İdarənin sanatoriya tipli “Azərbaycan” İstirahət evinin komendant manqasının polis nəfəri vəzifəsinə təyin olunmuşdur. DİN-in Katibliyinin İcra intizamına nəzarət və qeydiyyat şöbəsinin qeydiyyat sektorunun XMTÜ baş inspektoru Pərvanə Hacyeva 2012-ci ildə DİN-ə bilavasitə tabe olan “Xəzri” İstirahət və X10 qrupunun kadr üzrə inspektoru vəzifəsində xidmət edərkən növbəti yoxlama zamanı tərtib etdiyi xx.xx.2012-ci il tarixli tələbnamə vasitəsilə məhkumluq barədə məlumatları müəyyən etsə də, bu barədə Mərkəzin rəisi Rişad Qasımova şifahi məlumat verməklə kifayətlənmiş, xx.xx.2012-ci il tarixli təkrar tələbnaməsində isə İddiaçı təvəllüdlünü xx.xx.1986-cı il tarix kimi göstərərək DİN BƏSİİ-dən onun barəsində Əməliyyat-sorğu kartotekasında heç bir məlumatın olmaması haqda cavab almışdır. DİN-ə bilavasitə tabe olan “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzinin rəisi Rişad Qasımov tabelikdəki əməkdaşların xidməti fəaliyyətinə nəzarət və tələbkarlığı zəiflətmiş, mövcud nöqsanların vaxtında aşkar edilərək qarşısının alınmasını təmin etməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, DİN-ə bilavasitə tabe olan “Xəzri” İstirahət və X4 manqasının polis nəfəri İddiaçı ümumvətəndaş pasportu almaq məqsədilə xx.xx.2019-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 2 saylı Bakı “Asan xidmət” Mərkəzinə müraciət etməsi, barəsində BƏSİİ-nin uçotları vasitəsilə keçirilmiş yoxlamalarda sonuncunun Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə CM-nin 221.2.1ci maddəsi ilə təqsirli bilinib 1 il azadlıqdan məhrum edilərək 1 il şərti sınaq müddəti təyin edilməsi ilə bağlı DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisinin xx.xx.2019cu il tarixli raportu əsasında aparılmış xidməti təhqiqatla müəyyən edilmişdir ki, xx.xx.1986-cı il tarixdə Ağdam rayonunda anadan olmuş İddiaçı Suraxanı Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək 1 il şərti sınaq müddəti təyin edilmişdir. xx.xx.2009-cu il tarixdə İddiaçı Dİn-in Tibb İdarəsinə ərizə ilə müraciət edərək X16 xidmətə qəbul olunmasını xahiş etmiş, yoxlama zamanı sonuncu anket məlumatlarında məhkumluğunu gizlətmişdir. DİN BƏSİİ-də namizədin yoxlanılmış tələbnaməsində xx.xx.1986-cı il təvəllüdlü Ağdam rayon sakini İddiaçı xx.xx.2003-cü il tarixdə Suraxanı RPİ tərəfindən CM-nin 221.2.1-ci maddəsilə cinayət məsuliyyətinə cəlb olunması göstərilsə də, X21 qrupunun sabiq baş inspektoru Zakir Həsənov həmin xüsusatı araşdırmamış, nəticədə İddiaçı DİN-in Tibb idarəsinin xx.xx.2009-cu il tarixli, 64 ş/h nömrəli əmrilə İdarənin sanatoriya tipli “Azərbaycan” İstirahət evinin komendant manqasının polis nəfəri vəzifəsinə təyin olunmuşdur. DİN-in Katibliyinin İcra intizamına nəzarət və qeydiyyat şöbəsinin qeydiyyat sektorunun XMTÜ baş inspektoru Pərvanə Hacyeva 2012-ci ildə DİN-ə bilavasitə tabe olan “Xəzri” İstirahət və X10 qrupunun kadr üzrə inspektoru vəzifəsində xidmət edərkən növbəti yoxlama zamanı tərtib etdiyi xx.xx.2012-ci il tarixli tələbnamə vasitəsilə məhkumluq barədə məlumatları müəyyən etsə də, bu barədə Mərkəzin rəisi Rişad Qasımova şifahi məlumat verməklə kifayətlənmiş, xx.xx.2012-ci il tarixli təkrar tələbnaməsində isə İddiaçı təvəllüdlünü xx.xx.1986-cı il tarix kimi göstərərək DİN BƏSİİ-dən onun barəsində Əməliyyat-sorğu kartotekasında heç bir məlumatın olmaması haqda cavab almışdır. DİN-ə bilavasitə tabe olan “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzinin rəisi Rişad Qasımov tabelikdəki əməkdaşların xidməti fəaliyyətinə nəzarət və tələbkarlığı zəiflətmiş, mövcud nöqsanların vaxtında aşkar edilərək qarşısının alınmasını təmin etməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx xxxxxx 2019-cu il tarixli, Ə944-001-19 nömrəli “Bir qrup polis əməkdaşının intizam məsuliyyətinə cəlb edilməsi barədə” əmrinin qəbul edilməsi zamanı inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi halı aşkar edilməmişdir. Eləcə də, İddiaçı tərəfindən, DİN X13 tərəfindən aparılmış xidməti təhqiqat nəticəsində müəyyən olunmuş halların təkzib edilməsinə dair xidməti təhqiqat aparılan zaman, eləcə də, məhkəmə icraatında heç bir mötəbər sübut, dəlil təqdim edilməmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən mübahisələndirilən əmrin əsassız olmasına dair tələb sübuta yetirilmədiyindən, bununla da iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. “Azərbaycan Respublikasının X16 xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə Daxili işlər orqanlarının əməkdaşı xidmətdən xaric edilə bilər. “Polis haqqında” Qanunun 28-ci maddəsinin İV hissəsinə əsasən ikili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən müəyyənləşdirilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, əvvəllər işdə ciddi nöqsanlara, polisdə xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olmasına, polisdə xidmətə tam yararsız olmasına, polis əməkdaşının adına ləkə gətirən hərəkətlərə görə polisdən və digər hüquq-mühafizə orqanlarından xaric edilmiş şəxslər polisdə xidmətə qəbul edilə bilməzlər. DİN-in xx.xx.2011-ci il tarixli 400 nömrəli əmrilə təsdiq edilmiş «X16 xidmətə qəbul və müsabiqənin keçirilməsi qaydaları haqqında» Təlimatın 1.16.4-cü bəndinə əsasən cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş şəxslər X16 xidmətə qəbul edilə bilməzlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. X17 Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiaysının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Konstitusiyanın 125-cü maddəsinin İİİ hissəsinə görə Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət mühakimə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyatı keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə xx xxx 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X14 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit olunan və qorunan hüquqların daha effektiv şəkildə təmin olunması üçün ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsinə Konstitusion təminat verilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halda hüquqi qiymət verərək, iddia əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar