Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2394/2022 25.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 Qulu qızının nümayəndəsi İddiaçı2, İddiaçıların vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə Müslim qızının iştirakları ilə, İddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı1 Qulu qızının cavabdeh Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı1 Qulu qızı cavabdeh Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 6 evin sökülməsinə görə cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə iddiaçıların xeyrinə, hər bir iddiaçıya ayrılıqda 39666 (otuz doqquz min altı yüz altmış altı) manat, ümumilikdə 198330 (yüz doxsan səkkiz min üç yüz otuz) manat vəsaitin ödənilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Sonradan iddiaçılar iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Yasamal rayonu, Vidadi küçəsi 9 saylı evin sökülməsinə görə Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti tərəfindən 39.666 (otuz doqquz min altı yüz altmış altı) manat məbləğində kompensasiyadan hər birinə 7.933,2 manat olmaqla, ümumilikdə, 31.732,8 manat məbləğində pul vəsaitinin ödənilməsi vəzifəsinin Bakı şəhər Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər, ərizə icraata qəbul edilmişdir. Məhkəmənin qərardadı ilə X7 üçüncü şəxs qismində icraata cəlb edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçılar ünvan 1 ünvanda bu günədək qeydiyyatdadırlar. Cavabdeh qeyd edilən ünvanda yerləşən evi sökməklə iddiaçıların mənzil, istifadə və sahiblik hüquqlarını pozmuşdur. Belə ki, Vidadi küçəsi, 9 saylı evin sökülməsinə görə cavabdeh tərəfindən evin qonşuluğunda yaşayan və bu evdə sadəcə formal qeydiyyatı olan şəxs X6 39.666 manat məbləğində kompensasiya ödənilmişdir. Bundan sonra müvafiq olaraq Yasamal rayon Məhkəməsində iddia qaldırılmış və məhkəmənin 2(004)-3858/2019 saylı 24.07.2019-cu il tarixli qətnaməsi ilə iddiaçının hər biri ayırılıqda kompensasiya verilməsi ilə bağlı Cavabdehnə qarşı iddia qaldırmaq hüququ izah edilmişdir. Qeyd edilən qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılmış və hazırki mübahisə üzrə preyudisial xarakter daşıyır. Beləliklə, mübahisənin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz halları ünvan 3 ünvanında yerləşən evin Bakı səhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olması, Bakı səhəri 53 saylı notariat ofisində təsdiq edilərək reyestrdə 3M-07-1815 nömrə ilə qeydiyyata alınmış 04.08.2018-ci il tarixli kompensasiya müqaviləsinə əsasən ünvan 3 ünvanında yerləşən evin X6 məxsus hissəsindən 39666 manat kompensasiya müqabilində Bakı səhəri Cavabdeh xeyrinə imtina edilməsindən ibarətdir. Göründüyü kimi məhkəmənin gəlmiş olduğu nəticəyə əsasən, Cavabdeh tərəfindən X6 ödənilmiş kompensasiya yalnız ona məxsus paya aid olmuşdur. Belə olduqda evdən istifadə hüquqları olan şəxslərin bərabər hüquq və vəzifələrə malik olmasına əsaslanaraq hər bir istifadəçinin eyni kompensasiya almaq hüququ vardır. Azərbaycan Respublikası İnzibati - Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdeh Bakı şəhəri Cavabdehnə göndərilmiş və cavabdehə iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim etirazda göstərilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin İK-nın 26 noyabr 2019-cu il tarixli 2(103)11707/2019 nömrəli qətnaməsi, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin İK-nın 18 avqust 2020-ci il tarixli 2(102)-3877/2020 nömrəli qərarı ilə X5, İddiaçı3, İddiaçı4, İddiaçı1 Qulu qızının və İddiaçı2 mübahisə predmeti olan evdə 1990-cı il tarixindən sonra yaşamamaları və başqa evə köçüb orda yaşamaları faktı müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı “Məhkəmə qətnaməsi haqqında” Qərarına əsasən məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə onun məcburilik və preyudisiayallıq xüsusiyyətləri əmələ gəlir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsaslar üzrə yenidən irəli sürə bilməzlər, o cümlədən məhkəmə tərəfindən müəyyən edilmiş faktlarla və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Mübahisə predmeti olan evin siyahıya alınma zamanı iddiaçıların həmin evdən uzun müddət ərzində yaşamadıqları, yaşayış yeri üzrə qeydiyyatlarının formal olması və bu səbəbdən də istifadə hüquqlarının olmaması üçün kompensasiya almaq hüququ (subyektiv hüquq) yaranmamışdır. Bu baxımdan, AR Mülki Məcəlləsinin 35.1-ci, 351.3-cü maddələrinin, eyni zamanda, “İnzibati məhkəmə İcraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il 5 saylı qərarının tələblərinə əsasən iddiaçıların Cavabdehnə qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Sonda cavabdeh iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə keçirilmiş məhkəmə hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İddiaçılar İddiaçı3 və İddiaçı2, habelə iddiaçıların vəkili iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini ayrı-ayrılıqda məhkəmədən xahiş etdilər. Cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək, iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Digər İddiaçı4 məhkəməyə ərizə təqdim edərək, məhkəmə icaslarının onun iştirakı olmadan keçirilib, yekun məhkəmə aktının qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxs lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən üçüncü şəxsin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - İddiaçılara məxsus şəxsiyyət vəsiqəsi məlumatlarından və Asan 3 tərəfindən verilmiş ******* saylı arayışdan görünür ki, iddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı1 Qulu qızı ünvan 5 ünvanında qeydiyyatdadırlar. - 43 nömrəli Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışlardan görünür ki, X9, İddiaçı3, İddiaçı4, İddiaçı2, İddiaçı1 Qulu qızı və X7 ünvan 6 evdə daimi qeydiyyatda olmaqla yaşamışlar. - İddiaçıların cavabdehə ünvanlanmış ərizəsindən və poçt xəbərnamələrindən görünür ki, onlar hazırki iddia tələbi ilə bağlı cavabdehə müraciət etmiş və həmin ərizə cavabdeh orqana 23.07.2021-ci il tarixdə daxil olmuşdur. - Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3858/2019 saylı 24.07.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçılar X8, X12, İddiaçı4, İddiaçı1 Qulu qızı və İddiaçı2 cavabdeh X6 qarşı qeydiyyatda olduqları ünvan 6 evin sökülməsinə görə Bakı şəhəri Cavabdeh tərəfindən cavabdehə ödənilmiş 39.666 manat məbləğində kompensasiyanın aralarında bərabər şəkildə 6 hissəyə bölünərək hər birinə 6.611 manat olmaqla, cəmi 33.055 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq onlara verilməsi barədə iddiaları təmin edilməmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11707/2019 saylı 26 noyabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçılar X5, İddiaçı3, İddiaçı4, İddiaçı1 Qulu qızının və İddiaçı2 cavabdeh X6 qarşı “evin sökülməsinə görə ödənilmiş kompensasiyanın geri alınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 iyul 2019-cu il tarixli, 2(004)-3858/2019 saylı qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 iyul 2019-cu il tarixli, 2(004)-3858/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3877/2020 saylı 18.08.2020-ci il tarixli qərarından görünür ki, iddiaçılar X8, İddiaçı3. X10, İddiaçı1 Qulu qızı və İddiaçı2 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 26 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - X7 və Bakı şəhər Cavabdeh arasında notariat qaydada bağlanmış 04.08.2018-ci il kompensasiya müqaviləsindən görünür ki, X7 ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evindən dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar 39.666 manat məbləğində kompensasiya almaqla Bakı şəhər Cavabdeh xeyrinə imtina etmişdir. - "xxxx" MMC tərəfindən tərtib edilmiş 14 saylı Qiymətləndirmə Cədvəlindən görünür ki, ünvan 5 ünvanında yerləşən (4024/9 şərti kodu ilə işarələnmiş) “X11”na məxsus mülkiyyətdə və istifadədə olan daşınmaz əmlakın faktiki mövcud olan sahəsi, müstəqil qiymətləndirici qismində cəlb edilmiş "xxxx" MMC tərəfindən, həmin əmlakın 2018-ci il iyun ayına olan bazar dəyəri və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmiş bütün kompensasiya növləri nəzərə alınmaqla (Azərbaycan Respublikasiniıı Prezidentinin 26.12.2007-ci il tarixli 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20% və digər əlavələr nəzərə alınmaqla), ümumilikdə 39.666 manat məbləğində qiymətləndirilmişdir. - Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 13.11.2020-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 11.11.2020-ci il tarixdə ölmüşdür. İnzibati Prosessual Məcəllənin 2.2.4 və 2.2.7 maddələrinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) və inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini tələb edə bilər. Bu maddənin tələbinə uyğun olaraq, iddiaçılar cavabdeh inzibati orqana münasibətdə əmlak tələbini irəli sürməklə inzibati iddianı qaldırmışlar. İşin hallarına görə, iddiaçılara məxsus olan daşınmaz əmlak dövlət ehtiyacları üçün alınmış, lakin alınmaya məruz qalmış bütün əmlaka görə kompensasiya evdə qeydiyyatda olan bir şəxsə ödənilmiş, iddiaçılara isə heç bir kompensasiya ödənilməmişdir. Mülki Məcəllə: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə). Maddə 157. Mülkiyyətin müdafiəsi 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 246. Torpaqların dövlət ehtiyacları üçün alınması 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. 246.3. torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. 246.5. bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı, həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da daxildir. 246.7. torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun: Maddə Əsas anlayışlar 1.1. Bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur: 1.1.1. alınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması; 1.1.5. alınan torpaq-bu Qanunun 19-cu maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün alınması barədə müvafiq qərar qəbul edilmiş torpaq; 1.1.6. kompensasiya-bu Qanuna əsasən torpaqların alınması və ya torpağa dair hüquqları ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən, pul, əmlak və ya digər formada ifadə olunan əvəz; 1.1.7. siyahıya alınma tarixi-bu Qanunun 11-ci maddəsinə müvafiq olaraq kompensasiya almaq hüququnun verilməsi və köçürülmə məqsədləri üçün alınmanın təsirinə məruz qalan şəxslər və alınmanın təsirinə məruz qalan torpaqla bağlı məlumatların toplanmasına başlanıldığı tarix; Maddə 3. Torpağın alınmasına əsas verən dövlət ehtiyacları 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. Maddə 4. Torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Maddə 23. Alınan torpağın qiymətləndirilməsi 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir. Maddələrin tələbləri belə izah olunur ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlak qismində yaşayış sahələri aiddir ki, onların əvəzinə ədalətli kompensasiya ödənilməlidir. Kompensasiyanın məbləğinin ödənilməsi üçün həmin əmlak qiymətləndirilməlidir. Bunun üçün qiymətləndirmə komissiyası yaradılmalı, həmin komissiyaya müstəqil qiymətləndirici cəlb edilməlidir. Hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edilməlidir. Ödənilən kompensasiyanın məbləği ilə razı olmayan şəxs məhkəməyə müraciət edə bilər. Bu müddəaların tələblərinə uyğun olaraq işin hallarından göründüyü kimi, cavabdehin cəlb etdiyi müstəqil qiymətləndirici tərəfindən iddiaçıların istifadəsində olmuş alınmanın təsirinə məruz qalan yaşayış sahəsi qiymətləndirilmiş, lakin iddiaçılara bu barədə heç bir xəbərdarlıq, bildiriş göndərilməmiş, iddiaçılara məxsus olmuş yaşayış sahəsi cavabdeh tərəfindən dövlət ehtiyacları üçün sökülmüş, ödənilməli olan kompensasiya məbləği isə yalnız üçüncü şəxsə ödənilmişdir. Yuxarıda qeyd olunan normaların məzmununa görə mülkiyyət hüququ onun əhəmiyyətinə baxmayaraq, mütləq xarakter daşımır və qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada məhdudlaşdırıla bilər və belə məhdudlaşdırma çərçivəsində həmçinin dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsi imkanı nəzərdə tutulur. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ konstitusiyanın qoruma sferası ilə əhatə olunduğundan yalnız qanunla təsbit olunmuş əsasların mövcud olduğu hallarda və prosedurlar çərçivəsində ona müdaxilə edilə, o cümlədən özgəninkiləşdirilə bilər. Belə müdaxilə həmçinin legitim məqsədlə həyata keçirilməli və həmin məqsədə mütənasib olmalıdır. Bu zaman, həm də nəzərə alınmalıdır ki, inzibati orqanın müdaxilə ilə güddüyü legitim məqsəd belə, müdaxilə üçün qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qaydalara əməl edilmədən həyata keçirilən müdaxiləyə haqq qazandıra bilməz. Bu qayda konstitusion hüquqi tələblərə bağlıdır və mütləq xarakter daşıyır. Məhkəmə vurğulayır ki, dövlət ehtiyacları üçün tələb olunan hər hansı daşınmaz əmlak alınmanın təsirinə məruz qalan şəxslə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna uyğun olaraq alına bilər. Bu Qanunun tələblərinə əməl edilmədən torpaq və həmin torpaqda yerləşən daşınmaz əmlak dövlət ehtiyacları üçün alındıqda belə, alınmanın təsirinə məruz qalan şəxsə kompensasiya ödənilməlidir. Vurulmuş ziyanın müəyyən edilməsi üçün (əsas meyarlardan biri kimi) inzibati orqanın müdaxilə etməyəcəyi təqdirdə maraqlı şəxsin əmlak vəziyyətinin perspektiv inkişaf meyarı, yəni onun malik olacağı gəlirlər də daxil olmaqla perspektiv əmlak vəziyyəti, eyni zamanda iddiaçının məhrum olduğu əmlakın real bazar dəyəri, habelə analoji əmlakın inşası, təmiri və müvafiq infrastrukturun qurulması, əmlakın yerləşmə ərazisi və sairlə bağlı xüsusatlar nəzərə alınmalıdır. Kompensasiya şərtləri ədalətli balansın qiymətləndirilməsi üçün və xüsusən mübahisələndirilən tədbirin ərizəçilərin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığının müəyyənləşdirilməsi üçün önəmlidir (X1rşı iş, Plataku Yunanıstana qarşı iş). Əmlakın dəyərinə uyğun ağlabatan məbləğ ödənilmədən mülkiyyətçidən alınması, bir qayda olaraq, mülkiyyət hüququna qeyri-mütənasib müdaxilə təşkil edir və heç bir kompensasiya ödənilmədən əmlakın alınmasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən yalnız müstəsna hallarda haqq qazandırıla bilər. Hər hansı məbləğin ağlabatan olması konkret işin hallarından asılıdır, lakin kompensasiya məbləğinin müəyyənləşdirilməsində dövlətə geniş qiymətləndirmə sərbəstliyi verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 249.1.2-cı maddəsinə əsasən, alınan torpaqda yaşayan və ya ondan istifadə edən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında ” Azərbaycan Respublikasının Qanununa əsasən siyahıya alınmış şəxslər alınmanın təsirinə məruz qalan hesab edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 6 2 otaqlı sahəsi 24.0 kv.m olan ev 1978-ci ildə maliyyə haqq-hesabı açılmaqla mərhum X13 oglunun sahibliyində olmuş, həmin evdə onun bacısının əri olmuş iddiaçıların atası X8 1973-cü ildən və övladları olan iddiaçılar X12 1993-cü ildən, İddiaçı4 1997-ci ildən, İddiaçı1 Qulu qızı 1991-ci ildən, İddiaçı2 1992-ci ildən, habelə kürəkəni olan üçüncü şəxs X7 1984-cü ildən qeydiyyatda olmaqla istifadə edib müəyyən müddət yaşamışlar. Həmin əmlak cavabdeh tərəfindən alınmaya məruz qalan əmlak kimi alınarkən yalnız üçüncü şəxs icraata cəlb edilmiş, əmlakın onun sahibliyində olması barədə işdə heç bir sübut olmadıgı halda iddiaçılardan xəbərsiz "xxxx" MMC tərəfindən tərtib edilmiş 14 saylı Qiymətləndirmə Cədvəlindən göründüyü kimi “X11”na məxsus mülkiyyətdə və istifadədə olan daşınmaz əmlak kimi faktiki mövcud olan sahəsi, müstəqil qiymətləndirici tərəfindən, həmin əmlakın 2018-ci il iyun ayına olan bazar dəyəri və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmiş bütün kompensasiya növləri nəzərə alınmaqla (Azərbaycan Respublikasiniıı Prezidentinin 26.12.2007-ci il tarixli 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20% və digər əlavələr nəzərə alınmaqla), ümumilikdə 39.666 manat məbləğində qiymətləndirilmişdir. Qanuni qüvvəyə minmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3858/2019 saylı 24.07.2019-cu il tarixli qətnaməsi ilə məhkəmə tərəfindən müəyyən edilmiş işin mübahisəsiz halları ondan ibarətdir ki, Bakı şəhər Cavabdeh tərəfindən X6 ünvanlanmış 22.05.2018-ci il tarixli, 4024 saylı bildirişdə Bakı şəhərinin Baş planının icrası ilə əlaqədar dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilişi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 fevral 2018-ci il tarixli 51 nömrəli Qərarına uyğun olaraq Bakı şəhəri, Yasamal rayonu, Vidadi küçəsi, 9 ünvanda yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması Bakı şəhər Cavabdeh tərəfindən həyata keçirildiyi, bununla əlaqədar müvafiq sənədləri Cavabdehndə təşkil edilmiş “Daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması Qrupu”na qısa müddət ərzində təqdim edilməsi və satın alınacaq daşınmaz əmlakla əlaqədar müvafiq sənədlərlə birlikdə razılaşma üçün bildirişdə göstərilən ünvana gəlməsi xahiş edilmişdir. “Daşınmaz əmlakın satın alınması təklifinin qəbul edilməsi barədə” 06 iyul 2018-ci il tarixli protokolda cavabdeh mübahisəli evin dövlət ehtiyacları üçün alınmasına və bu məqsədlə ödəniləcək 39666 manat kompnsasiya məbləğinə razılığını bəyan etmişdir. 3M-07-1815 reyestr nömrəli notariat işindən olan 04.08.2018-ci il tarixli kompensasiya müqaviləsinə görə X7 43 saylı MKİS tərəfindən verilmiş 23.07.2018-ci il tarixli, forma 2 saylı arayışa əsasən özünə məxsus olan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evindən dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar aldığı 39666 manat kompensasiyaya görə Bakı şəhəri Cavabdeh xeyrinə imtina etmişdir. Notariat işinə əlavə olunmuş 23.07.2018-ci il tarixli, forma 2 saylı arayışda iddiaçıların mübahisəli evdə qeydiyyatda olmaları göstərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri 53 saylı notariat ofisi tərəfindən verilmiş 06.07.2019-cu il tarixli, 1270 saylı məktubdan görünür ki, “Azerbaycan Respublikasında Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın” 49-cu maddəsinə əsasən yaşayış sahəsinə (ev, mənzil, otaq) sərəncam verilməsi (özgəninkiləşdirmə, ipoteka və sonrakı ipoteka qoyma haqqında müqavilə və həmin müqavilədə dəyişiklik və onun ləğv edilməsi haqqında müqavilələr, kirayə və sair müqavilələr) haqqında müqavilələr təsdiq edilərkən, notarius həmin yaşayış sahəsindən kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə məlumatı müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır. Göstərilən ünvanda yerləşən sənədsiz əmlakla əlaqədar müvafiq İcra hakimiyyəti orqanı tərəfindən yalnız vətəndaş X6 ayrılmış kompensasiya məbləğinə dair onun arzusu ilə tərəflər arasında kompensasiya müqaviləsi bağlanılmış və kompensasiya ödənilmişdir. İddiaçılar cavabdeh X6 qarşı “evin sökülməsinə görə ödənilmiş kompensasiyanın geri alınması tələbinə dair” iddia tələbi qaldırmaqda haqlı olmadıqlarından həmin məhkəmə qətnaməsi ilə iddia ərizəsi əsassız hesab edilərək rədd edilmişdir. Beləliklə də mülkiyyətçi olmasalar da, üçüncü şəxslə bərabər hüquqları olan iddiaçılara istifadələrində və sahibliyində olmuş, bununla bağlı əmlakın saxlanılmasını xərclərini çəkmiş şəxslər kimi yaşayış sahəsinə görə əvəz almaq hüququ tanınmalı oldugu halda iddiaçılar cavabdeh tərəfindən ödənilməli olan kompensasiya məbləğinin paylarına uygun olan hissəsinin onlara deyil, üçüncü şəxsə ödənilməsinə dair cavabdehin hərəkətlərinin qanunsuz olduğunu iddia etməkdə haqlıdırlar. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3858/2019 saylı 24.07.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş faktların hazırki iş üzrə yenidən sübuta yetirilməsinə qanunla ehtiyacın olmadıgına əsaslanan hazırki məhkəmə qeyd edir ki, iddiaçıların evdən istifadə hüququ olduğu üçün kompensasiya almaq hüquqları həmin məhkəmə tərəfindən tanınmış, lakin iddia tələbinin ona cavab verməli olmayan şəxsə yəni, X6 yönəlməsi qənaətinə gəlmişdir. Hazırki, tələblərində isə iddiaçılar iddia tələbinin yönəlməli olduğu Bakı şəhər Cavabdehndən kompensasiyanın onlara çatan paylarını haqlı olaraq tələb edirlər. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən kompensasiya ödənilərkən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı üçün kompensasiya həmin evdən istifadə hüququ olan şəxslər arasında bölünməli idi. Buna görə də, dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar 39.666 manat məbləğində kompensasiya həmin evdən istifadə hüquqları olan 6 nəfər - X5, İddiaçı3, İddiaçı4, İddiaçı2, İddiaçı1 Qulu qızı və X7 arasında bərabər şəkildə bölünərək, hər birinə 6.611 manat olmaqla ödənməli idi. Lakin məhkəmə araşdırması zamanı X5 öldüyü müəyyən edildiyi üçün 39.666 manat məbləğində kompensasiya həmin evdən istifadə hüquqları olan qalan 5 nəfər - İddiaçı3, İddiaçı4, İddiaçı2, İddiaçı1 Qulu qızı və X7 arasında bərabər şəkildə bölünərək, hər birinə 7.933,2 manat məbləğində pul vəsaiti ödənilməlidir. “İnzibati icraat haqqında” Qanunun 89.1.-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2.-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Sadalanan maddi hüquq normalarının tələbinə görə delikt məsuliyyətinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulan şərtlər (Mülki Məcəllənin 1096.1-ci maddəsi) (ziyanın mövcud olması, ziyanın hüquqa zidd hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, hərəkət (hərəkətsizliklə) nəticə arasında səbəbli əlaqənin və ziyan vuran şəxsin təqsirinin mövcud olması) ümumi norma olduğundan qeyd edilən normanın tətbiqi zamanı da həmin şərtlər tam ödənməlidir. Mülki Məcəllə: Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülkiyyətin müdafiəsi ilə bağlı ümumi prinsiplər Avropa Məhkəməsinin presedent hüququnda ətraflı şəkildə müəyyən edilmişdir (bax Gladysheva, §§ 64-68). Avropa Məhkəməsi qeyd edir ki, “əmlak” anlayışı dövlətdaxili hüququn formal kvalifikasiyasını bildirən müstəqil anlayışdır. Bu o anlama gəlir ki, konkret iş bütün mövcud şərtlərlə birlikdə götürüldükdə ərizəçini Konvensiyanın 1-ci Paraqrafının 1-ci maddəsi ilə qorunan zəruri mənafe sahibinə çevirə bilirmi? (bax, məsələn, Öneryıldız Türkiyəyə qarşı (GC), no: 48939/99, paraqraf 124, CEDH 2004-Xİİ). Avropa Məhkəməsi vurğulayır ki, şəhərin planlaşdırılması qaydalarının pozulmasına və hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda, ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibidir və evdəki bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsusdur. Məhkəmə qeyd edir ki, ərizəçinin tikdiyi ev onun üçün mühüm iqtisadi maraq kəsb edir. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından “mülkiyyət”ə bərabərdir. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, dəyəri ədalətli olaraq ödənilmədən mülkiyyətin əldən alınması adətən ictimaiyyətin ümumi maraq tələbləri ilə şəxsin fundamental hüquqlarının müdafiəsinə dair tələbləri arasında ədalətli tarazlığın (balansın) yaranmasını qeyri-mümkün edəcək və şəxsin üzərinə qeyri-mütənasib yük salacaq (bax X3rşı, 9 Dekabr 1994, § 71, A Seriyaları, no. 301-A, və Yunanıstanın əvvəlki Kralı və qeyriləri Yunanıstana qarşı (GC), no. 25701/94, § 89, AİHM 2000-Xİİ). Mülkiyyətin alınması ilə bağlı oxşar işlərdə Məhkəmənin presedentinə əsasən, qeyd olunan tarazlıq mülkiyyətçiyə onun əmlakı alınan zaman bazar qiymətinə uyğun hesablanan kompensasiya ödənildikə əldə olunur (bax Pincova və Pinc Çexiya Respublikasına qarşı, no. 36548/97, § 53, AİHM 2002-Vİİİ; Vistins və Perepyolkins Latviyaya qarşı, § 111; və QuisoQalisay İtaliyaya qarşı (GC), no. 58858/00, § 103, 22 Dekabr 2009). Kompensasiyanın məbləği mülkiyyətdən məhrum edilmə tarixində hesablanmalıdır. Vistins və Perepyolkins Latviyaya qarşı işdə (§ 118 və 180) Məhkəmə nəzərə aldı ki, ərizəçi torpaq sahəsini çox ucuz qiymətə əldə etmişdir və dövlət orqanları prinsip etibarı ilə həmin sahənin tam bazar qiymətinin kompensasiya olaraq ödənilməməsi barədə qərar verərkən haqlı olmuşlar. Lakin Məhkəmə hesab etdi ki, 122 Lit məbləğində kompensasiyanın ödənilməsi ərizəçinin əmlakından məhrum olması ilə bağlı neqativ (mənfi) nəticələri kifayət qədər azaltmamışdır (yumşaltmamışdır). Göstərilən maddi hüquq normalarının və Avropa Məhkəməsinin presedent hüququnun məzmunundan da görünür ki, tikilinin sökülməsinə görə iddiaçılara kompensasiya ödənilməsi inzibati orqan kimi cavabdehin vəzifəsidir. Buna baxmayaraq, cavabdeh vaxtında bu vəzifəsini yerinə yetirməmiş və həmin əmlaka görə iddiaçılara hər hansı kompensasiya ödəməmişdir. Beləliklə hazırki iş üzrə cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçılara maddi zərər dəyməsi sübuta yetirilir. Belə olduqda, iddiaçılar zərərin əvəzini tələb etmək hüququna malikdirlər. Məhkəmə bir daha qeyd edir ki, iddia ərizəsində vurulduğu irəli sürülən maddi zərərin cavabdehin hərəkəti nəticəsində vurulması, iddiaçıların vəziyyətinin cavabdehin öz vəzifəsini yerinə yetirməməsi ilə pisləşmiş olması, cavabdehin hərəkəti ilə vurulduğu zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması sübut oldugundan cavabdeh mülki hüquq məsuliyyəti daşıyır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu, Vidadi küçəsi 9 saylı evin sökülməsinə görə Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti tərəfindən 39.666 (otuz doqquz min altı yüz altmış altı) manat məbləğində kompensasiyadan hər birinə 7.933,2 manat olmaqla, ümumilikdə, 31.732,8 manat məbləğində pul vəsaitinin iddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı1 Qulu qızına ödənilməsi vəzifəsi Bakı şəhər Cavabdehnə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16-cı, 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Vidadi küçəsi 9 saylı evin sökülməsinə görə Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti tərəfindən 39.666 (otuz doqquz min altı yüz altmış altı) manat məbləğində kompensasiyadan hər birinə 7.933,2 manat olmaqla, ümumilikdə, 31.732,8 manat məbləğində pul vəsaitinin iddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı1 Qulu qızına ödənilməsi vəzifəsi Bakı şəhər Cavabdehnə həvalə edilsin. Qərardan inzibati rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 11 SƏDRLİK EDƏN MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-2394/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2394/2022
25.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver