Məhkəmə qərarları › İş №2-1(112)-2394/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2394/2023

31.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2394/2023 31.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Qarayeva Mehriban Cəfər qızı İddiaçı cavabdeh Təhsildə X1rşı "diplom üzrə ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1üəyyən etdim: İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının Ukrayna Respublikası Kiyev şəhəri Statistika, mühasibat uçotu və audit Milli Akademiyasının tam kursunu bitirməyini nəzərə alaraq, beynəlxalq idarəetmə-menecment ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi üçün yenidən müsahibədə iştirak edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)12230/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Təhsildə X1rşı "diplom üzrə ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi üçün yenidən müsahibədə iştirak edilməsi” iddiasına dair mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək iddiaçının tələbinin təmin olunması məqsədilə, Ukrayna Respublikasının Təhsil və Elm Nazirliyi Milli Statistika, Mühasibat Uçotu və Audit Akademiyası tərəfindən iddiaçıya verilmiş 24 iyul 2020-ci il tarixli, B20 № 268396 saylı bakalavr diplomu üzrə ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin (nostrifikasiyasının) müəyyən edilməsi və müvafiq şəhadətnamənin verilməsi barədə sənədləri ərizəsinə əlavə etməklə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə təqdim edilməsi üçün İddiaçı 15 (on beş) gün, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 52.1-ci maddəsinə və İnzibati Prosessual Məcəllənin 67.1-ci maddəsinə uyğun olaraq mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə 30 (otuz) gün müddət təyin edilmişdir. Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023cü il tarixli, 3-29-61/2-168/2023 nömrəli məktubu ilə bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)12230/2022 nömrəli qərardadının icrası məqsədilə İddiaçı Ukrayna Respublikası Milli Statistika, Mühasibat uçotu və Audit Akademiyası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli B20 seriyalı № 268396 nömrəli diplom üzrə aldığı ixtisasın tanınması məsələsi yenidən araşdırılmış və ona təhsilin növbəti səviyyəsinə qəbul olunmaq, həmçinin ixtisasına uyğun peşə fəaliyyəti ilə məşğul olmaq hüquqlarının tanınması ilə bağlı müvafiq şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. İnzibati Prosessual Məcəllənin 39.3-cü maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş müddət ərzində inzibati akt qəbul edildikdə və ya şikayət təmin olunduqda iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 67.3-cü maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında mövcud mübahisə artıq olmadığı üçün işin icraatına Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3 və 80-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı cavabdeh Təhsildə X1rşı "diplom üzrə ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi” iddiası üzrə cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından icraata xitam verilsin. Bu qərardaddan şikayət verilə bilməz. Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar