Məhkəmə qərarları › İş №2-1(112)-2397/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2397/2021

01.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2397/2021 01.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X14 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs X15 olmaqla qeydiyyatın və çıxarışın ləğv edilməsi tələbinə dair iş üzrə iddianın mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında Bakı İnzibati Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi̇ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3cü şəxs X15 olmaqla “qeydiyyatın və çıxarışın ləğv edilməsi”nə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X3 adına aparılmış qeydiyyatın ləğv edilməsi, Bakı şəhəri, Səməd Vurğun küçəsi, 1 saylı evin, 13 nömrəli mənzilə dair X3 adına olan çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Səməd Vurğun küçəsi, 1 saylı evin, 13 nömrəli mənzilə dair X3 adına aparılmış qeydlərin və həmin qeydlərin aparılmasına əsas hesab edilmiş sənədlərin, həmçinin həmin şəxsin adına verilmiş reyestrdən çıxarışın, texniki pasportun təsdiq olunmuş surətinin tələb edilməsi tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı həmçinin müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səməd Vurğun küçəsi, 1 saylı evin, 13 nömrəli mənzilə dair X3 adına olan çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Səməd Vurğun küçəsi, 1 saylı evin, 13 nömrəli mənzilinin özgəninkiləşdirilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qadağan edilməsi və həmin mənzil üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddianın mümkün hesab edilməsi məsələsinin araşdırılması məqsədilə məhkəmə iclası 01 fevral 2021-ci il tarixə təyin edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq, 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının 3 ildən çoxdur ki, hüquqları pozulur. Sonuncu dəfə xx.xx.2019-cu il tarixli 05-9055 saylı Bakı şəhər Prokurorluğunun məktubu ilə bir daha cinayət işinin qaldırılması ilə bağlı xahişi rədd edilmişdir. Aydın olmayan səbəblərə görə əməldə aşkar cinayət xarakterli əlamətlər ola-ola “mübahisə mülki xarakterlidir” məzmunlu məktublarla onun mülkiyyətinin başqa şəxslərin sahibliyindədir. X18 guya ki, mülkiyyətçi ilə alqı-satqı müqaviləsi bağlayaraq mənzilin pulunu tam şəkildə ödəmişdir. Lakin müqavilə X18 ilə bacısı X11 arasıda bağlanıb, pul "xxxx" ASC-nə yatırılıb, daha sonra isə Xədicə həmin pulu Turala vermişdir. Yəni, başqasına məxsus əmlakı ələ keçirərək küllü miqdarda ziyan vuraraq ağır cinayət törətmişdir. Sözü gedən mənzilin faktiki mülkiyyətçisi iddiaçıdır və bu günə kimi ona heç kim mənzilə görə pul ödəməmişdir. Məsələnin faktiki hallan isə aşağıdakı kimi olub: O, Bakı şəhəri, S.Vurğun küçəsindəki 1 saylı evin 13-cü mənzilini 2004-cü ilin avqust ayında X2 25 000 ABŞ dollarına X8 adına almışdır. Həmin vaxtdan köçüb mənzildə yaşamağa başlamışdır. 2007-ci ilin fevral ayından mənzildə qeydiyyatdadır. Pula ehtiyacı olduğuna görə mənzili satmaq istəmiş, ona görə də 2009-cu ilin sentyabr ayının 25-də notariat kontoruna mənzilin satılmasına razı olması barədə ərizə yazmışdır. Lakin mənzil təmirsiz olduğundan istədiyi qiymətə sata bilməmişdir. X8 adına "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 09 aprel 2010-cu il tarixdə 25 000 manat kredit aldıq, kreditin təminatı olaraq mənzili ipoteka ilə yüklü etmiş, həmin pula mənzili təmir etdirib orada yenidən qurma işləri aparmışdır ki, yüksək qiymətə sata bilsin. Lakin alıcı olmadığından sata bilməmiş, banka olan borcu qaytara bilmədiyinə görə bank ona və X12 qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Səbail rayon məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin 2(009)-302/2015 saylı 10 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq 32.145,91 AZN məbləğində pul vəsaitinin X4 tutulması, tutmanın ipoteka qoyulmuş mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, Bəxtiyarla onun həmin mənzildən çıxarılması qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 21dekabr 2015-ci il il 2(103)-8564/2015 tarixli qətnaməsi ilə həmin borc 20 000 (iyirmi min) manat olaraq müəyyən edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 may 2016-cı il tarixli iş 2(102)- 2035/16 qərarı ilə qüvvədə saxlanılmışdır. 2016-cı ilin may ayının əvvəllərində X5 ona 30 000 manat borc verməsini xahiş etmiş, məqsədi bankın borcunu və başqa borclarını bağlamaq olmuşdur. Bir-iki gündən sonra o, “pul verə bilən adam tapmışam, həll edərəm, bu şərtlə ki, ona S.Vurğun küçəsindəki 1 saylı evin 13-cü mənzilin sənədlərini və etibarnamə verməli olduğunu, o da sənədləri kiməsə verib pul götürəcəyini bildirmişdir. İddiaçı buna razılaşmağa məcbur olmuş, xx.xx.2016-cı il tarixdə Abdullayev Turalın “Mercedes” markalı avtomobili ilə Mərdəkandan Əhmədli qəsəbəsinə getmişlər. Əhmədliyə getməkdə məqsəd ondan ibarət olmuşdur ki, X19 xx.xx.2010-cu il tarixdə qızı Kəmaləyə baş etibarnamə vermişdi. Həmin etibarnamə əsasında qızı Kəmalə mənzili adına sənədləşdirəcəkdi. Abdullayev Tural təklif etdi ki, Kəmalə onun adına etibarnamə versin. xx.xx.2016-cı il tarixdə Turalın avtomobili ilə 36 saylı notariat kontoruna getmiş və X22 adına etibarnamə vermişdir. O bütün sənədləri toplayıb Turala evində onun həyat yoldaşı X9 vermişdir. Bir neçə gün keçdikdən sonra məsələ ilə maraqlananda Abdullayev Tural ona narahat olmaması barədə bildirmişdir. Lakin günlər keçir, Abdullayev Tural isə pulu vermirdi. Ona görə də xx.xx.2016-cı il tarixdə Turalgilə getmiş, Kəmalənin verdiyi etibarnaməni, mənzilin texniki pasportunu və texniki pasportun içərisində yaddan çıxıb qalmış mənzilin satılmasına razılıq verməyi barədə 2009-cu ildə yazdığı ərizəni geri qaytarmalı idi. Etibarnaməni iddiaçının adına verməsi məqsədilə Mərdəkanda yerləşən notariusa getmək üçün yola düşmüş, lakin O, avtomobili birbaşa 8-ci km. qəsəbəsinə sürmüşdür. Orada Vüsal və Cəfər adlı şəxslərlə görüşmüş, onlar mənzil müqabilində ödəniləcək pulu verməzdən əvvəl mənzilə baxmaq istədiklərini bildirmişlər. İddiaçı Cəfərin idarə etdiyi avtomobilə əyləşərək S.Vurğun küçəsindəki 1 saylı evə getmiş, 5- 10 dəqiqə sonra Tural və Vüsal da ora gəlmişlər. Bundan əvvəl isə Cəfər ondan 2 000 manat pul istəmişdir. Bu pulun müqabilində guya Tural mənzilə məxsus sənədləri ona qaytaracaq idi. Tural isə gözlənilmədən ona, “burada olan sənədlərini və geyim əşyalarını götür, mənzili tərk et, başqa heç bir şeyə əl vurma, ona görə ki, mənzil mənimdir” demişdir. Ona heç bir sənəd göstərməmiş, dostu ilə birlikdə qapının açarını dəyişərək, açar verməmiş, qutuya yığdığı əşyalarını dostunun avtomobilinə qoyaraq, onu isə zorla mənzildən çıxararaq Mərdəkana yola salmışdır. Sonradan o Turalın mənzili hansı yollarla öz adına sənədləşdirdiyi ilə maraqlanmış və məlum olmuşdur ki, qızı Kəmalədən etibarnamə aldıqdan sonra Tural tələsik qaydada öz dələduzluq hərəkətlərini davam etdirərək mənzili ələ keçirmək məqsədi ilə 20 may 2016-cı il tarixdə 14 saylı notariat kontorunda anası X1 baş etibarnamə vermişdir. Abdullayeva Sərfınaz da 23 may 2016-cı il tarixdə qızı, yəni Turalın bacısı X6 baş etibarnamə vermişdir. Xədicə də Bakı şəhəri 14 saylı notariat kontorunda təsdiq olunmuş 01 iyun 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən mənzili 52 070 manata qardaşı Turala satmışdır. Tural 52 070 manatı 14 saylı notariat kontorunun "xxxx"ASC-də olan hesaba köçürmüş və notariusun verdiyi qəbz əsasında bankdan pulu Xədicə almışdır. Beləliklə Xədicə ilə Tural əlbir olub iddiaçının aldığı mənzili dələduzluq yolu ilə ələ keçiriblər. Bəxtiyarın bu işlərdən xəbəri olmayıb və mənzilin pulu ona da verilməyib.... .Hal-hazırda Bakı şəhəri, Səməd Vurğun küçəsi, ev 1, 13 nömrəli mənzil cavabdeh X3 adındadır. Abdullayev Tural rəhmətə getdikdən sonra həmin evi öz adına keçirmişdir. Hesab edir ki, X3 adına verilmiş çıxarış ləğv edilməlidir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X23 hazırkı mübahisəyə mülki qaydada baxılmalı olduğundan məhkəmədən iddianın qeyri-mümkün hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə edib, onun təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddianın mümkünlüyü məsələsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstiusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qannsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə inzibati orqan Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə görə maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Qeyd olunmalıdır ki, sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında da vurğulanmışdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə tərəfindən iddiaçıya Azərbaycan Respublikası İPM-in 13-cü (Məhkəmənin yardım etmək vəzifəsi) maddəsini rəhbər tutaraq iddiaçıya hazırkı iddia tələbinin inzibati icraat qaydasında baxılmasının mümkün olmadığı izah edilmişdir. Göründüyü kimi, iddiaçının tələbi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X3 adına aparılmış qeydiyyatın ləğv edilərək, Bakı şəhəri, Səməd Vurğun küçəsi, 1 saylı evin, 13 nömrəli mənzilə dair X3 adına olan çıxarışın ləğv edilməsindən ibarətdir. Məhkəmə qeyd edir ki, iddia tələbləri bir-biri ilə bağlı olduğu, hazırkı cavabdeh publik hüquq şəxs hesab edilən Əmlak Məsələləri Dövlət Komitəsinə yönəldilsə də, lakin mahiyyət baxımıdan mübahisənin kökündə mülki xarakterli mübahisə durmaqdadır. Belə ki, iş materiallarından və tərəflərin izahatlarından müəyyən olunur ki, X19 ilə X18 arasında Bakı şəhəri, Səməd Vurğun küçəsi, 1 saylı evin, 13 nömrəli mənzilin satılmasına dair alqı satqı müqaviləsi bağlanmış, Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2018-ci il tarixli Şəhadətnaməyə əsasən xx.xx.2017-ci il tarixdə ölmüş X10 vərəsələri arvadı X15, X16, X7, X20 hər biri miras əmlakdan olaraq ¼ hissədə pay almalı olanlar göstərilmiş, Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən 11 iyun 2016-cı il tarixdə X13 verilmiş **********06-05101-093007 reyestr nömrəli, **********5 qeydiyyat nömrəli dövlət reyrstrindən Çıxarışa əsasən Bakı şəhəri, Səməd Vurğun küçəsi, 1 saylı evin, 13 nömrəli mənzildən ibarətdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №li Çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən 13 saylı mənzil X3 adına rəsmiləşdirilmişdir. Hazırki iddia tələbi üzrə iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X3 adına aparılmış qeydiyyatın ləğv edilərək, Bakı şəhəri, Səməd Vurğun küçəsi, 1 saylı evin, 13 nömrəli mənzilə dair X3 adına olan çıxarışın ləğv edilməsini tələb etməkdədir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli Qərarının 1-ci bəndinə əsasən “Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Məhkəmənin mövqeyi belədir ki, iddiaçı hazırda cavabdeh inzibati orqan DƏDRX Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia qaldırsa da, mübahisə predmeti olan daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydiyyatı müvafiq müqavilə əsasında aparıldığından mübahisə publik xarakterli sayıla bilməz. Odur ki, məhkəmənin qənaətinə görə hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması qeyri mümkündür. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 25.1-ci maddəsinə görə mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi, inzibati və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Hazırkı iş üzrə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla məhkəmə hesab edir ki, qeyd olunan mübahisə ilə bağlı işlərin məhkəmə aidiyyəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə tənzimlənir. Beləliklə işih araşdırılan halları ilə iddia tələblərinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən müəyyən edilmiş iddia tələblərindən hər hansı birinin təsirinin altına düşməsi müəyyən edilmir. Bu səbəbdən də, hazırki iddia tələblərinəinə inzibati icraat qaydasında baxılması mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iddianın inzibati məhkəmə icraatı çərçivəsində baxılması mümkün olmadığından, iddia mümkün sayılmamalı, iddiaçıya yuxarıda sadalanan qanunvericiliyin normalarına əsasən aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə hesab edir ki, hazırkı iddianın inzibati məhkəmə icraatı çərçivəsində baxılması mümkün olmadığından və iddia mümkün sayılmadığından İddiaçı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi baxılmadan geri qaytarılmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarının 17-ci maddəsində qeyd edilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq qərara aldi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs X15 olmaqla qeydiyyatın və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. İddiaçıya iddiaçıya aidiyyəti məhkəmədə mülki məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilsin. İddiaçı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi baxılmadan geri qaytarılsın. Qərardaddan tərəflər təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verə bilərlər. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar