Məhkəmə qərarları › İş №2-1(112)-2397/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2397/2022

31.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2397/2022 31.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı nümayəndəsi X4, Cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X5, Üçüncü şəxs X3 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın etibarsızlığının tanınması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Baki Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş, 27.11.2014-cü il tarixli, RX ******* saylı çıxarışın etibarsızlığının tanınması barədə qərar qəbul qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Qazçıxarma İdarəsinin Dübəndi Neftyığım məntəqəsinə gələn, 01.05.1986-cı il tarixdə istismara verilmiş DŞ 377 və 530 mm-lik magistral neft kəmərlərinin Pirallahı rayonu Gürgan qəsəbəsindən keçən 10-cu km-də, kəmərlərə paralel - bir istiqamətdən kəmərlərdən 3 metr aralı, digər istiqamətdən isə təxminən 7 metr aralı məsafədə kəmərlərin mühafizə zonasında 10.08.2021-ci il tarixində vətəndaş X7 tərəfindən təxminən 1 metr hündürlüyündə hasar tikildiyi aşkar edilmişdir (aşağıda qeyd edilən coğrafi koordinatlarda). X Y X Y 442976,1 4472124,0 442955,1 4472107,8 442988,4 4472081,6 442984,6 4472118,7 442967,4 4472074,2 442996,8 4472082,2 442947,0 4472117,2 442968,0 4472073,1

Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli qərarının 4.1-ci bəndinə əsasən “Neft boru kəmərləri marşrutu boyunca boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır və həmin ərazidə tikinti işlərinin aparılması qadağandır. “28 May” Neft və Qazçıxarma İdarəsinin Dübəndi Neftyığım məntəqəsinə gələn DŞ 377 və 530 mm- lik magistral neft kəmərlərinin mühafizə zonasında tikinti işləri aparmaqla vətəndaş həmin qərarın tələblərini pozmuşdur. Belə ki, sözügedən DŞ 377 və 530 mm-lik yüksək təzyiqli magistral neft kəmərləri 01.05.1986-cı il tarixdə istismara verilmiş və həmin kəmərin mühafizə zonası daxilində aparılan tikinti işlərinin qanunazidd olduğu vətəndaş V.ö.Hüseynova izah edilmiş, sözügedən ərazidən yüksək təzyiqli magistral neft kəmərlərinin keçməsi yanğın və partlayış riski daşıdığı üçün gələcəkdə bədbəxt və texnogen hadisələrin baş verə biləcək ehtimalının olması ona başa salınmış və əlavə işlərin aparılmamasına dair şifahi xəbərdarlıq edilmişdir. Buna baxmayaraq o, sözügedən torpaq sahəsinə dair hüquqi təsdiqedici sənədin (27.11.2014-cü il tarixli, RX ******* nömrəli Çıxarış) olduğunu əsas gətirərək tikinti işlərini davam etdirəcəyini bildirmiş və davam etdirir. Göründüyü kimi, “Azneft” İB-nin “28 May" Neft və Qazçıxarma İdarəsinin Dübəndi Neftyığım məntəqəsinə gələn 01.05.1986-cı il tarixdə istismara qəbul olunmuş DŞ 377 və 530 mm-lik yüksək təzyiqli magistral neft kəmərinin Pirallahı rayonu, Gürgan qəsəbəsindən keçən 10-cu km-də, kəmərlərə paralel - bir istiqamətdən kəmərlərdən 3 metr aralı, digər istiqamətdən isə təxminən 7 metr aralı məsafədə torpaq sahəsinə dair hüquqi təsdiqedici sənəd (27.11.2014-cü il tarixli, RX ******* nömrəli Çıxarış) verməklə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Baki Şəhər Ərazi İdarəsi qanunvericiliyin tələblərini pozmuşdur. Faktla bağlı müvafiq tədbirlərin görülməsi, həmçinin tikinti işlərinin dayandırılması məqsədilə SOCAR-ın İddiaçı tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baki Şəhər Baş Polis idarəsinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Pirallahı Rayon Polis şöbəsinə rəsmi qaydada müraciətlər edilmişdir. Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydalarının 1.2-ci bəndinə görə, boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə “Magistral neft boru kəmərlərinin təhlükəsizlik qaydaları"nın tələblərinə cavab verən mühafizə zonası təyin edilir. Həmin Qaydaların 6.7-ci bəndinə görə, boru kəmərlərinin mühafizə zonasında onu istismar edən hüquqi və fiziki şəxslər Magistral boru kəmərləri idarəsi və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və quraşdırma işlərinin aparılması qadağandır. İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydalarının 1.1-ci bəndinə görə, bu Qaydalar Azərbaycan Respublikasının ərazisində Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz boru kəmərləri istisna olmaqla, istismar olunan neft ixrac boru kəmərlərinin qorunması, onların təhlükəsiz və etibarlı istismarı üçün normal şəraitin yaradılması və baş verə biləcək texnogen hadisələrin qarşısının alınması məqsədilə hazırlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14.01.2015-ci il tarixli Fərmanının 2-ci bəndində müəyyən edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Göründüyü kimi, cavabdeh yuxarıda qeyd edilən halların heç birinə əhəmiyyət verməyərək, iş üzrə maraqlı şəxs X3 hüquqlarını mübahisəli torpaq sahəsində daşınmaz əmlakın dövlət reyestrində qeydə almaqla qanunun tələblərini pozmuşdur. Qeyd edilir ki, İB 27.11.2014-cü il tarixli, RX ******* saylı Çıxarışın ləğv edilməsi barədə iddia ərizəsi ilə Pirallahı Rayon Məhkəməsinə müraciət etmişdir. Pirallahı Rayon Məhkəməsinin 2(094)-382/2021 saylı 02.09.2021-ci il tarixli Qərardadı ilə İB-nin iddia ərizəsi geri qaytarılmışdır və sözügedən iddia tələbi ilə bağlı Baki İnzibati Məhkəməsinə müraciət edilməsi tövsiyə edilmişdir.

3. Məhkəmənin hazırki iş üzrə 15.09.2021-ci il tarixli qərardadı ilə Gürgən-Pirallahı Bələdiyyəsi və X7 hazırki iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər.

4. Bakı şəhəri Pirallahı rayon Gürgən bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış 30.12.2021-ci il tarixli məktubla bildirilmişdir ki, “Pirallahı rayonunun ərazisində Pirallahı bələdiyyəsinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2013-cü il 5 mart tarixli 588-İVQ nömrəli Qanununa və həmin Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 mart tarixli 2801 nömrəli Sərəncamına əsasən ayrılma yolu ilə yeni Gürgən bələdiyyəsi təşkil edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının İİ hissəsinə əsasən bələdiyyələr seçkilər əsasında yaradılır. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında yerli özünüidarə hüquqları qanunla müəyyən edilmiş qaydada ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş bələdiyyə üzvlərindən ibarət nümayəndəli kollegial orqanlar (bələdiyyələr) və ya vətəndaşların yığıncaqları həyata keçirirlər. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2014-cü il 21 oktyabr tarixli 4/25 saylı Qərarı ilə növbəti bələdiyyə seçkiləri 2014-cü il 23 dekabr tarixində keçirilmiş və seçkilərin nəticələri Mərkəzi Seçki Komissiyasının 2015-ci il yanvar tarixli iclasında təsdiqlənmişdir. Bakı şəhəri Pirallahı rayonunun ərazisində yeni yaradılmış Gürgən bələdiyyəsi 2015- ci il 27 yanvar tarixində 01 saylı protokola əsasən fəaliyyətə başlamışdır. Qeyd olunanlara əsasən bildirilmişdir ki, Gürgən bələdiyyəsi fəaliyyətə başladığı vaxtdan hal-hazıradək torpaq sahəsi ayırmamış və fəaliyyət müddəti ərzində bələdiyyə arxivində qeyd olunan iş ilə bağlı məlumat müəyyən edilməmişdir. Eyni zamanda bildirilmişdir ki, “Bakı şəhərində mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 30 dekabr tarixli 1184 nömrəli Fərmanının 1-ci bəndinə əsasən 2017-ci il yanvarın 1-dən etibarən bələdiyyə mülkiyyətində olan torpaq sahələri ilə bağlı məsələlər ümumiyyətlə müvəqqəti dayandırılmışdır.

5. Məhkəmə İPM-in 13-cü (Məhkəmənin yardım etmək vəzifəsi) maddəsini rəhbər tutaraq iddiaçıya hüquqi yardım məktubu göndərmiş və iddiaçıya bildirilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş sənədlərə əsasən müəyyən olunur ki: - Əzizbəyov rayon Gürgan-Pirallahı bələdiyyəsinin 17.12.2007-ci il tarixdə keçirilmiş yığıncağının 18 saylı protokolunun qərarı ilə (torpaqların alqı-satqısına dair akt əsasında) Bakı şəhəri, Pirallahı qəsəbəsi, Əzizbəyov küç., ev 40, mən. 2-də yaşayan Qarabağ müharibə veteranı, usta-peşəkarlar arasında beşqat dünya çempionu X6 Gürgan-Pirallahı bələdiyyəsi ərazisində Gürgan qəs., E.Hüseynov küç., cənub-qərb tərəfində 1200 kv.m. ölçüdə torpaq sahəsi təmənnasız verilmişdir. - Bakı şəhəri, Pirallahı rayonu Gürgan qəsəbəsi, E.Hüseynov küçəsinin qərb hissəsində yerləşən 0,12 ha torpaq sahəsi yaşayış məntəqələrinin torpaqlarına aid edilməklə X3 adına 27.11.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 17-ci bəndinə əsasən, reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Qeyd edilənlərə əsasən iddia tələbinin və cavabdehin dəqiqləşdirilməsi iddiaçıya təklif edilmişdir.

6. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdr ki, iddiaçı SOCAR İddiaçı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş, 27.11,2014-cü il tarixli, RX ******* saylı Çıxarışın etibarsızlığının tannmasına dair iddiası etirazla qarşılanır. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 09.11.2007-ci il tarixli, 18/03-8/5824 saylı məktubu nəzərə alınmaqla, Əzizbəyov Rayon Gürgan-Pirallahı Bələdiyyəsinin 17.12.2007-ci il tarixdə keçirilmiş yığıncağının 18 saylı protokolunun qərarı, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 25.01.2008-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü, torpaqların alqı-satqısına dair 06.02.2008-ci il tarixli, 4638 saylı akt əsasında Bakı şəhəri, Pirallahı rayonu, Gürgən qəsəbəsi, E.Hüseynov küçəsinin qərb hissəsində yerləşən 0,12 ha torpaq sahəsi üzərində X3 mülkiyyət hüquqları ********** qeydiyyat nömrəsi ilə 27.11.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda torpaq sahəsi onun mülkiyyətindədir. Əlavə olaraq bildirilmişdir ki, idarənin elektron kadastr baza məlumatlarına əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisinə aid deyildir. İddia ərizəsində torpaq sahəsinin hasarından bir istiqamətdən 3 metr və digər istiqamətdən 7 metr aralı məsafədən neft kəmərlərinin olması qeyd edilsə də, elektron bazada bu barədə, həmçinin, neft kəmərinin mühafizə zonasına dair heç bir məlumat aşkar edilməmişdir. Həmçinin bildiririk ki, torpaq sahəsi üzərinə Pirallahı Rayon Məhkəməsinin 2(094)- 394/2021 saylı, 10.09.2021 tarixli qərardadı ilə həbs qoyulmuşdur. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş və 08 iyul 2014-cü ilədək qüvvədə olmuş “Torpaqların alqısatqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. “X2 edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmin Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini keçmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir.

7. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 09.11.2007-ci il tarixli, 18/03- 8/5824 saylı məktubu nəzərə alınmaqla, Əzizbəyov Rayon Gürgan- Pirallahı Bələdiyyəsinin 17.12.2007-ci il tarixdə keçirilmiş yığıncağının 18 saylı protokolunun qərarı, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 25.01.2008-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü, torpaqların alqısatqısına dair 06.02.2008-ci il tarixli, 4638 saylı akt əsasında Bakı şəhəri, Pirallahı rayonu, Gürgən qəsəbəsi, E.Hüseynov küçəsinin qərb hissəsində yerləşən 0,12 ha torpaq sahəsi üzərində X3 mülkiyyət hüquqları ********** qeydiyyat nömrəsi ilə 27.11.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda torpaq sahəsi onun mülkiyyətindədir.

8. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin məzmununa uyğun izahat verməklə bildirdi ki, Gürgən bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış müraciətdə fəaliyyətə başladığı vaxtdan hal-hazıradək torpaq sahəsi ayırmadığı və fəaliyyət müddəti ərzində bələdiyyə arxivində qeyd olunan iş ilə bağlı məlumat müəyyən edilmədiyi qeyd edildiyindən iddia tələbi dəqiqləşdirilməmişdir.

9. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək etirazın yazılı məzmununa uyğun izahat verdi.

10. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən üçüncü şəxs X7 bildirdi ki, o, Qarabağ müharibə veteranı, usta-peşəkarlar arasında beşqat dünya çempionudur. Onun idman sahəsində olan nailiyyətləri nəzərə alınaraq Gürgan-Pirallahı bələdiyyəsi ərazisində Gürgan qəs., E.Hüseynov küç., cənub-qərb tərəfində 1200 kv.m. torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi qanuni əsaslarla onun mülkiyyətindədir və torpaq sahəsindən neft-boru kəməri keçmir, iddia tələbinin təmin olunmamasını xahiş edir.

II. İddianın mümkünlüyü

11. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

12. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 04 nömrəli qərarına əsasən:

17. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülkihüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.

18. Məhkəmə qeyd edir ki, iddia lazımi qaydada qaldırılmayıb. Belə ki, Bakı şəhəri, Pirallahı qəsəbəsi, Əzizbəyov küç., ev 40, mən. 2-də yaşayan Qarabağ müharibə veteranı, ustapeşəkarlar arasında beşqat dünya çempionu X6 Gürgan-Pirallahı bələdiyyəsi ərazisində Gürgan qəs., E.Hüseynov küç., cənub-qərb tərəfində 1200 kv.m. ölçüdə torpaq sahəsinə dair qeydiyyat Əzizbəyov rayon Gürgan-Pirallahı bələdiyyəsinin 17.12.2007-ci il tarixdə keçirilmiş yığıncağının 18 saylı protokolunun qərarı (torpaqların alqı-satqısına dair akt əsasında) əsasında aparılmış, iddiaçı tərəfindən isə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış mübahisələndirilmişdir.

19. Qeyd edilənlərə müvafiq olaraq iddiaçıya məhkəmə tərəfindən hüquqi yardım göstərilmiş, iddia tələbi dəqiqləşdirilməmişdir və bu onunla əsaslandırılmışdır ki, bələdiyyə tərəfindən məhkəməyə təqdim edilmiş məktuba əsasən bildirilir ki, Gürgən bələdiyyəsi tərəfindən hər hansı şəxsə torpaq sahəsi ayrılmamışdır.

20. Bununla bağlı məhkəmə bildirir ki, “Pirallahı rayonunun ərazisində Pirallahı bələdiyyəsinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2013-cü il 5 mart tarixli 588-İVQ nömrəli Qanununa və həmin Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 mart tarixli 2801 nömrəli Sərəncamına əsasən ayrılma yolu ilə yeni Gürgən bələdiyyəsi təşkil edilmiş və məhkəməyə təqdim edilmiş məktubda həmin yeni Gürgən bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılmadığı bildirilmişdir. Cavabdeh qurum tərəfindən təqdim edilən sənədlərə əsasən, Gürgan- Pirallahı bələdiyyəsinin 17.12.2007-ci il tarixdə keçirilmiş yığıncağının 18 saylı protokolunun qərarı ilə (Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 09.11.2007-ci il tarixli, 18/03- 8/5824 saylı məktubu nəzərə alınmaqla) X6 Gürgan-Pirallahı bələdiyyəsi ərazisində Gürgan qəs., E.Hüseynov küç., cənub-qərb tərəfində 1200 kv.m. torpaq sahəsi ayrılmışdır.

21. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

22. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar