Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-24/2021 12.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, iddiаçının nümayəndəsi və vəkili Nümayəndə Avtandil oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, peşəsi vəkil), cavabdehin nümayəndəsi Yeganlı Tovuz Valeh qızının (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquq məsləhətçisi vəzifəsində işləyir) iştirakı ilə, iddiaçı İbrahimov Samir Aydın oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 nömrəli Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs qismində X4 cəlb olunmaqla “mülkiyyət hüququnun vəfat etmiş şəxsə məxsus olması haqqında arayışın verilməsi” tələbi barədə iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İbrahimova Səmayə Əli qızı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 nömrəli Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər İcra Hakimiyyətinin 05 avqust 1994-cü il tarixli, 1085 nömrəli sərəncamına əsasən Binəqədi rayonu, Göradil bağlar sahəsindəki 89 nömrəli kooperativ tərəfindən Bağlar Təsərrüfatı İdarəsinin nəzdində olan, 23 nömrəli orderlə verilmiş, ümumilikdə 0,12 hektar ölçüdə 260v nömrəli bağ sahəsinin plan və ölçüsünün təqdim olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı İbrahimova Səmayə Əli qızı 25.09.2017-ci ildə vəfat etdiyi üçün 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(81)-103/2018 nömrəli, 10.05.2018-ci il tarixli qərardadı ilə İbrahimov Samir Aydın oğlu onun hüquqi varisi kimi qəbul edilərək iş üzrə icraat təzələnmişdir. Bundan sonra X8 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri İcra Hakimiyyətinin 05 avqust 1994-cü il tarixli, 1085 nömrəli sərəncamına əsasən Binəqədi rayonu, Göradil bağlar sahəsindəki 89 nömrəli kooperativ tərəfindən Bağlar Təsərrüfatı İdarəsinin nəzdində olan, 23 nömrəli orderlə verilmiş, ümumilikdə 0.12 hektar ölçüdə 260v (kiril əlifbası ilə “B”) nömrəli bağ sahəsinə dair hüquqların iddiaçının anası İbrahimova Səmayə Əli qızına məxsus olmasına dair arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin 05.08.1994-cü il tarixli, 1085 nömrəli sərərəncamına əsasən X5 Goradil bağlar sahəsindəki 89 nömrəli kooperativ tərəfindən Bağlar Təsərrüfatı İdarəsi nəzdində olan, ümumilikdə 0,12 ha ölçüdə 260V (260v) nömrəli bağ sahəsi ayrılmış və 23 nömrəli order verilmişdir. Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, texniki sənədlərin tərtib edilməsi və dövlət reyestrindən arayışlar üçün tələb olunan sənədlərin qəbulu, dövriyyəsi, ekspertizası və verilməsi qaydasına əsasən fərdi və kooperativ bağ sahələri (boş torpaq sahələri) üzərində hüquqların ilkin dövlət qeydiyyatı üçün bağ sahəsinin planı və ölçüsü tələb olunur. Bununla əlaqədar iddiaçının anası İddiaçı cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş sərəncamla iddia tələbinə etirazın təqdim edilməsi cаvаbdеh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 nömrəli Bakı Ərazi İdarəsindən tələb edilsə də cavabdeh tərəfindən məhkəmənin sərəncamı icra edilməmiş, iddiaya etiraz təqdim edilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə Avtandil oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X12 imtina cavabında göstərilən məzmunda çıxış edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi Göradil bağlar sahəsindəki 89 nömrəli kooperativin verdiyi 23 nömrəli orderə əsasən Bakı şəhər İcraiyyə Komitəsinin 05.08.1994-cü il tarixli, 1085 nömrəli qərarına əsasən İddiaçı Əli qızına Göradil bağlar sahəsində 89 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 260v nömrəli bağ ayrılmışdır. “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən iddiaçı 25.07.2017-ci ildə ölmüş vətəndaş İbrahimova Səmayə Əli qızının vərəsəsidir. Cavabdehin iddiaçıya ünvanlanmış 12.04.2017-ci il tarixli məktubuna əsasən iddiaçının Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivi ünvanında yerləşən 260v nömrəli bağ sahəsinə plan və ölçünün tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı müraciəti təmin edilməmişdir, imtinanın əsası kimi həmin bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi, bağ sahəsinin mübahisəli olması, göstərilən bağ sahəsinə 257g nömrəli bağ nömrəsi ilə digər vətəndaşın iddia etdiyi göstərilmişdir. “X2” MMC-nin 19.01.2021-ci il tarixli, 407/443 nömrəlili ekspert rəyinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağ sahəsində yerləşən, Bakı şəhər İcra Hakimiyyətinin 05.08.1994-cü il tarixli, 1085 nömrəlii sərəncamına əsasən Binəqədi rayonu Görədil bağlar sahəsindəki 89 nömrəli kooperativ tərəfindən Bağlar Təsərrüfatı İdarəsinin nəzdində oan 23 nömrəli orderlə verilmiş ümumi sahəsi 0.12 ha olan 260v nömrəli bağ torpaq sahəsi ilə 257g nömrəli bağ torpaq sahəsi üst-üstə düşmür, Bakı şəhər İcra Hakimiyyətinin 05.08.1994-cü il tarixli, 1085 nömrəli sərəncamına əsasən Binəqədi rayonu Görədil bağlar sahəsindəki 89 nömrəli kooperativ tərəfindən Bağlar Təsərrüfatı İdarəsinin nəzdində oan 23 nömrəli orderlə verilmiş ümumi sahəsi 0.12 ha olan 260v nömrəli bağ torpaq sahəsinin hasara alınaraq orada hər hansı tikinti işlərinin aparılmadığı və boş vəziyyətdə olduğu müəyyən edilmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi Göradil bağlar sahəsindəki 102 nömrəlili kooperativin verdiyi nömrəsiz orderə əsasən Bakı şəhər İcraiyyə Komitəsinin 01.03.1991ci il tarixli, 3/75 nömrəli qərarına əsasən Novruzov Hümbət Əli oğluna Göradil bağlar sahəsində 102 nömrəlili BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 257g nömrəli bağ ayrılmışdır, həmin şəxs 10.03.2007-ci il tarixdə ərizə ilə müraciət edərək həmin bağın X1 istifadəsinə verilməsinə etiraz etmədiyini bildirmiş, sonuncu isə həmin bağ sahəsinin ona ayrılması barədə ərizə vermişdir, 40207 nömrəli, 17.04.2007-ci il tarixli müqaviləyə əsasən Binəqədi rayonu, Görədil bağ massivində 0,12 ha torpaq sahəsi olan 257g nömrəli torpaq sahəsi Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən X1 istifadəsinə ayrılmışdır. Bakı şəhəri 13 nömrəli Dövlət Notariat kontorunun cavabdehə ünvanlanmış 323 nömrəli, 21.10.2017-ci il tarixli məktubuna əsasən İbrahimova Səmayə Əli qızının 25.09.2017-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsəsinin ərizəsi əsasında 20.10.2017-ci il tarixdə vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur.İbrahimova Səmayə Əli qızının vərəsəsi – oğlu İbrahimov Samir Aydın oğlu müəyyən olunmuşdur, bu hallar nəzərə alınaraq Görədil bağlarında 260v nömrəli bağ sahəsində yerləşən 0,12 ha torpaq sahəsinə dair mərhum İddiaçı adına çıxarış verilməsi cavabdehdən həmin məktubla xahiş edilmişdir. Cavabdehin məhkəməyə ünvanlanmış 24.01.2020-ci il tarixli məktubunda göstərilmişdir ki,tədqiqat obyektinə mütəxəssislər tərəfindən texniki baxış keçirilmişdir, göstərilən mübahisəli sahə (həmin sahəyə digər vətəndaş 257G nömrəli bağ sahəsi kimi iddia edir) hasar daxilindədir, qonşu bağ nömrələri 269R, 259J, 254Ə-dir. Cavabdehin məhkəməyə ünvanlanmış 05.05.2021-ci il tarixli məktubuna əlavə edilmiş 89 BTK nəzdində olan 260v nömrəli bağ sahəsinə dair cizgiyə və sxematik xəritədən çıxarışa əsasən 260 v nömrəli bağ sahəsinin sonşuları bir tərəfdən 260q, digər tərəfdən isə 260e nömrəli bağ sahələridir. Beləliklə, məhkəmə yuxarıda sadalanan sənədlərdən müəyyən etmişdir ki, iddiaçının anası İbrahimova Səmayə Əli qızına Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivi ünvanında yerləşən 260v nömrəli bağ sahəsi ayrılmışdır, vaxtilə həmin şəxs ilkin olaraq cavabdehə müraciət edərək həmin bağ sahəsinə plan və ölçünün verilməsini, mülkiyyət hüquqlarının qeydə alınması barədə çıxarışın verilməsini xahiş etsə də müraciəti təmin edilməmişdir, İbrahimova Səmayə Əli qızı bundan sonra həmin tələblə məhkəməyə müraciət etmiş, lakin məhkəmə icraatının gedişi zamanı vəfat etdiyi üçün onun qanun üzrə vərəsəsi İbrahimov Samir Aydın oğlu iddiaçı qismində tanınmışdır, X8 məhkəmə icraatının gedişində Bakı şəhəri İcra Hakimiyyətinin 05 avqust 1994-cü il tarixli, 1085 nömrəli sərəncamına əsasən Binəqədi rayonu, Göradil bağlar sahəsindəki 89 nömrəli kooperativ tərəfindən Bağlar Təsərrüfatı İdarəsinin nəzdində olan 23 nömrəli orderlə verilmiş ümumilikdə 0.12 hektar ölçüdə 260v (kiril əlifbası ilə B) nömrəli bağ sahəsinə dair hüquqların iddiaçının anası İbrahimova Səmayə Əli qızına məxsus olmasına dair arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasi tələbini irəli sürmüşdür. Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanısahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 10.01.1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada verilmişdir, yəni özəlləşdirilmişdir. Həmin Əsasnamənin 6-cı bəndinə görə bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:..139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər;.. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasinin Qanununun 8.0-ci maddəsində deyilir: Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:.. 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsində qeyd olunmuşdur: “Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir”. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsində qeyd olunmuşdur: “Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir”. İşin faktiki hallarına əsasən iddiaçının varisi olduğu İddiaçı Əli qızı vəfat edənə qədər qanuni əsaslarla mübahisəli bağın torpaq sahəsi üzərində mülkiyyət hüququnu əldə etdiyi, lakin həmin hüququ təsdiq edən çıxarış almadan öldüyi üçün yuxarıda qeyd edilən normalara əsasən qanun üzrə vərəsə olan iddiaçının qeyd edilən əmlak üzərində mülkiyyət hüququnun ölmüş şəxs İddiaçı məxsus olması barədə arayışı cavabdehdən tələb etmək hüququ mövcuddur. Cavabdehin imtina məktubunda bağ sahəsinin torpağın bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi, bağ sahəsinin mübahisəli olması, göstərilən bağ sahəsinə 257g nömrəli bağ nömrəsi ilə digər vətəndaşın iddia etdiyi barədə göstərilənlərə gəldikdə isə məhkəmə qeyd edir ki, əvvəla cavabdeh imtina məktubunda qeyd etdiyi uyğunsuzluğun nədən ibarət olmasını göstərməmiş, iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə isə iddiaçının anasına ayrılmış 260v nömrəli bağ sahəsi ilə 257g nömrəli bağ sahəsinin eyni bağ sahələri olmaması, iddiaçının torpaq sahəsinin hasara alınaraq orada hər hansı tikinti işlərinin aparılmadığı və boş vəziyyətdə olduğu müəyyən edilmişdir. Cavabdehin imtina məktubunda göstərilən əsassız olmasını o da təsdiq edir ki, məhkəməyə ünvanlanmış 24.01.2020-ci il tarixli məktubda mübahisəli sahə kimi göstərdiyi bağın qonşu bağ nömrələrinin 269R, 259J, 254Ə qeyd edilmişdir, halbuki elə cavabdehin özünün məhkəməyə ünvanlanmış 05.05.2021-ci il tarixli məktubuna əlavə edilmiş 89 BTK nəzdində olan 260v nömrəli bağ sahəsinə dair cizgiyə və sxematik xəritədən çıxarışa əsasən 260 v nömrəli bağ sahəsinin qonşuları bir tərəfdən 260q, digər tərəfdən isə 260e nömrəli bağ sahələridir.Yəni göründüyü kimi iddiaçının iddia ərizəsində göstərdiyi bağ sahəsi ilə cavabdehin mübahisəli kimi göstərdiyi bağ sahələri eyni bağ sahələri deyillər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İş materiallarından göründüyü kimi cavabdehin etirazında göstərilən əsasların heç biri də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində göstərilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri İcra Hakimiyyətinin 05 avqust 1994-cü il tarixli, 1085 nömrəli sərəncamına əsasən Binəqədi rayonu, Goradil bağlar sahəsindəki 89 nömrəli kooperativ tərəfindən Bağlar Təsərrüfatı İdarəsinin nəzdində olan 23 nömrəli orderlə verilmiş ümumilikdə 0.12 hektar ölçüdə 260v (kiril əlifbası ilə B) nömrəli bağ sahəsinə dair hüquqların iddiaçı İbrahimov Samir Aydın oğlunun anası İbrahimova Səmayə Əli qızına məxsus olmasına dair arayışın iddiaçıya verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “X2” MMC-nin ekspertiza rəyinə əlavə edilmiş 19.01.2021-ci il tarixli kassa mədaxil orderinin qəbzinə əsasən iddiaçı tərəfindən ekspertiza xərci kimi 400 manat məbləği “X2” MMC-yə ödənilmişdir.İddia tələbi təmin edildiyi üçün Azərbaycan Respublikasının İPM-nin 110.1-ci maddəsin rəhbər tutularaq həmin məbləğ cavabdehə aid edilməli və cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə -vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddia tələbi təmin edilsin. Bakı şəhəri İcra Hakimiyyətinin 05 avqust 1994-cü il tarixli, 1085 nömrəli sərəncamına əsasən Binəqədi rayonu, Göradil bağlar sahəsindəki 89 nömrəli kooperativ tərəfindən Bağlar Təsərrüfatı İdarəsinin nəzdində olan 23 nömrəli orderlə verilmiş ümumilikdə 0.12 hektar ölçüdə 260v (kiril əlifbası ilə B) nömrəli bağ sahəsinə dair hüquqların ölmüş şəxsə - iddiaçı İbrahimov Samir Aydın oğlunun anası İbrahimova Səmayə Əli qızına məxsus olmasına dair arayışın iddiaçı İbrahimov Samir Aydın oğluna verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 nömrəli Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. İddiaçı İbrahimov Samir Aydın oğlu tərəfindən ödənilmiş 400 manat ekspertiza xərci cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 nömrəli Bakı Ərazi İdarəsindən tutularaq iddiaçı İbrahimov Samir Aydın oğluna ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-24/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-24/2021
12.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver