Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-24/2025 25.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı hüquqi varisi X11 cavabdeh Bakı şəhəri Sabunçu rayonu Cavabdehnə qarşı 3-cü şəxslər X17 və X10 işə cəlb edilməklə “qərarın və alqı-satqı aktının ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı hüquqi varisi X11 cavabdeh Bakı şəhəri Sabunçu rayonu Cavabdehnə qarşı 3-cü şəxslər X17 və X10 “qərarın və alqı-satqı aktının ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Cavabdehnə qarşı 3-cü şəxslər X17 və X10 işə cəlb edilməklə X2 adına torpaq sahəsinin rəsmiləşdirilməsinə dair verilmiş 017 nömrəli, xx.xx.2005-ci il tarixli qərarın ləğv edilməsi və qərar əsasında verilmiş xx.xx.2005ci il tarixli torpaqların alqı-satqısına dair aktın etibarsız hesab edilməsi, işin araşdırılması zamanı cinayət əlamələtləri müəyyən edildiyi təqdirdə müvafiq materialların araşdırılması üçün prokurorluğa göndərilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayon Cavabdeh “Fərdi bağçılıq və bağ evinin tikilməsi üçün torpaq sahəsi ayrılması barədə” xx.xx.2006-cı il tarixli 99 saylı qərarı və “Torpaqların alqı-satqısına dair” akta əsasən Bilgəh bağ massində 1200 kv.m torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Bakı şəhəri Sabunçu rayon Cavabdeh xx.xx.2019-cu il tarixli arayışından görünür ki, qeyd edilən qərar əsasında verilmiş torpaq sahəsi iddiaçıya məxsusdur, Cavabdeh inzibati ərazisində yerləşir və halhazırda hüquqi qüvvədədir. Cavabdeh “Yerli büdcənin vergi ödəyicisi olan fiziki şəxslərin uçota alınması haqqında” xx.xx.2019-cu il tarixli şəhadətnamədən görünür ki, İddiaçı Bilgəh qəsəbəsi, dalan 18 Məlikaslanov küçəsi ünvanında vergi ödəyicisi kimi qeydiyyatdadır. Qeyd edilmiş şəxs tərəfindən torpaq vergisinin ödənilməsinə dair ödəniş qəbzləri iş materiallarına əlavə olunur. İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması müddətində əmlakın reyestr xidmətinə hakim tərəfindən sorğular göndərilmişdir. Həmin sorğulara cavab olaraq bildirilmişdir ki, mübahisəli əmlak bələdiyyə tərəfindən digər şəxslərə verilib. Həmin torpaqayırma sənədlərinin alınması üçün bələdiyyəyə müraciət etsələr də, nəticəsi olmamışdır. Lakin, məhkəmə araşdırması zamanı onlara məlum olmuşdur ki, guya Cavabdeh 017 saylı xx.xx.2005-ci il tarixli qərarı ilə mübahisəli torpaq sahəsi X6 verilib. Sonuncu da, həmin sənədlər əsasında qeyd edilən torpaq sahəsini əvvəl öz adına, sonradan isə digər üçüncü şəxs X12 adına rəsmiləşdirmişdir. Cavabdeh tərəfindən verilməsi göstərilən 017 saylı xx.xx.2005-ci il tarixli qərar aşağıda göstərilən əsaslara görə qanuni hesab edilə bilməz. Belə ki, cavabdeh tərəfindən eyni torpaq sahəsi barədə iki və ya daha çox şəxsə münasibətdə qərar verilməsi qanuna birbaşa ziddir. Digər tərəfdən, üçüncü şəxs X2 adına cavabdeh tərəfindən verilən qərar torpaq sahəsinin ölçüsünə münasibətdə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 8.0.1 və 8.0.2-ci maddələrinin tələblərinə ziddir. Həmin Qanunun yuxarıda qeyd edilən maddələrinin tələblərinə görə fərdi yaşayış evlərinin tikintisi üçün 0.06, bağ evlərinin tiktintisi üçün 0.12 ha-dək sahə verilə bilər. Lakin, üçüncü şəxs X2 adına verilmiş qərarda sonuncuya fərdi yaşayış evinin tikilməsi üçün 6000 (0.6 ha) torpaq sahəsinin verilməsi göstərilmişdir. Bundan başqa, həmin qərar əsasında verilmiş “Torpaqların alqı-satqısına dair” xx.xx.2005-ci il tarixdə tətib edilmiş və imzalanmış aktdan görünür ki, həmin aktı imzlayan şəxslərdən biri torpaq sahəsinin müdiri X8 olmuşdur. Onlarda olan məlumata görə qeyd edilən şəxs həmin dövrdə orada fəaliyyət göstərməmişdir. Yuxarıda qeyd edilənlər onlara belə qənaəyə gəlməyə əsas verir ki, cavabdeh tərəfindən qəbul edilmiş qərar və torpaqların alqı-satqısına dair akt qanun pozulması ilə verilmişdir.
3. Məhkəmənin 2-1(112)-573/2022 nömrəli, xx.xx.2022-ci l tarixli qərardadı ilə İddiaçı hüquqi varisi X15 ilə əvəz edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmasına baxmayaraq cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilməmişdir.
5. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımı qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər, iddiaçının nümayəndəsi və vəkili elektron məhkəmə informasiya sistemi vasitəsilə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
6. Bakı şəhəri Sabunçu rayonu Cavabdeh 99 nömrəli 08 iyun 2006-cı il tarixli “Vətəndaş İddiaçı fərdi bağçılıq və bağ evinin tikilməsi üçün torpaq sahəsi ayrılması barədə” qərarına əsasən Bilgəh bağ massivində 1200 kv.m torpaq sahəsi fərdi bağçılıq və bağ evi tikintisi üçün Torpaq Məcəlləsinin 59-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq əvəzi ödənilməklə (alqı-satqı yolu ilə) ünvan 2 ünvanında yaşayan İddiaçı mlükiyyətinə verilmişdir. Qərara “Torpaqların alqı-satqısına dair akt”, kassa mədaxil orderi, torpaq sahəsinin yerləşmə cizgisi əlavə edilmişdir.
7. Bakı şəhəri Sabunçu rayonu Cavabdeh tərəfindən verilmiş 166 nömrəli, xx.xx.2019-cu il tarixli arayışa əsasən həqiqətən Cavabdeh tərəfindən 99 saylı, 08 iyun 2006-cı il tarixli qərarla verilmiş 18-ci dalan, Məlik Aslanov küçəsində yerləşən 1200 kv.m torpaq sahəsi vətəndaşa məxsusdur, Cavabdeh inzibati ərazisində yerləşir və hal-hazırda hüquqi qüvvədədir.
8. Bakı şəhəri Sabunçu rayonu Cavabdeh 017 nömrəli 16 may 2005-ci il tarixli “X1 fərdi bağçılıq və bağ evinin tikilməsi üçün torpaq sahəsi ayrılması barədə” qərarına əsasən Bilgəh qəsəbəsi ərazisində yerləşən 6000 kv.m torpaq sahəsi fərdi yaşayış evlərinin tikintisi üçün Torpaq Məcəlləsinin 59-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq əvəzi ödənilməlkə (alqı-satqı yolu ilə) ünvan 3 ünvanda yaşayan X4 mülkiyyətinə verilmişdir. Qərara “Torpaqların alqı-satqısına dair akt”-ı əlavə edilmişdir.
9. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində 0.6 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X12 adına xx.xx.2019-cu il qeydiyyat tarixi, ********** qeydiyyat nömrəsi, **********86 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.
10. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində 0.6 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X5 adına xx.xx.2019-cu il qeydiyyat tarixi, ********** qeydiyyat nömrəsi, **********86 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.
11. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Reeystri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********50 nömrəli məktubla bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ünvanında yerləşən 0.06 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixdə X4 adına ilkin qeydiyyatdan keçmişdir. 23 saylı NK-nın 4Ə-666 reyestr nömrəli xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə (elektron müqavilə) əsasən xx.xx.2019-cu il tarixdə X12 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sorğu ilə əlaqədar olaraq müvafiq sənədlərin surətləri məhkəməyə təqdim edilmişdir.
12. Məhkəmənin müraciətinə əsasən X9 tərəfindən verilmiş 221 nömrəli, xx.xx.2025ci il tarixli mütəxəssis rəyinə əsasən rəyin tədqiqat hissəsində qeyd olunanları, o cümlədən baxış zamanı aşkar olunmuş faktiki vəziyyəti nəzərə alaraq İddiaçı hüquqi varisi X11 iddia etdiyi torpaq sahəsinin X22 kənarında (Bilgəh-Novxanı avtomobil yolunun sol tərəfində), yoldan təqribən 150 metr aralıda və 18-ci dalanda yerləşməsi, hər tərəfdən daş hasarla sərhədə alınması və boş ərazi olduğu müəyyən edilir. İddia edilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları “Google Earth” proqramının ortofoto göründtüləri üzərindən dəqiqləşdirilmiş və rəyin tədqiqat hissəsində qeyd edilmişdir. Lakin, rəyin tədqiqat hissəsində göstərilən səbəblərə görə, X11 iddia etdiyi 1200 kv.m torpaq sahəsinin hüquqi rejiminin, mübahisəli torpaq sahəlrinin naturada yerinin, koordinatlarının və üst-üstə düşübd-düşməməsinin müəyyən edilməsi mümkün deyildir.
13. İddiaçının müraciətinə əsasən X13 tərəfindən verilmiş 79 nömrəli, 18 aprel 2025ci il tarixli mütəxəssis rəyinə əsasən araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı satılmış 0.12 ha torpaq sahəsi ümumilikdə daş hasara alınmış 0.63 ha torpaq sahəsinin Cənub- Qərb hissəsində yerləşir, X14 satılmış 0.12 ha torpaq sahəsi ilə, şərqdən Səbinə Hacıyevaya satılmış 0.12 ha torpaq sahəsi ilə, qərbdən və cənubdan daş hasarla həmsərhəddir. Mütəxəssislər qarşısında qoyulmuş sualı cavablandırarkən mövcud torpaq qanunvericiliyə uyğun olaraq ərazinin elektron ümumi xəritəsindən, aerootoplanşet xəritə məlumatlarından, Google Earth xəritə proqramından istifadə olunmuşdur.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
14. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb mübahisələndirmə haqqında iddia növünə aiddir.
15. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
16. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
17. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
18. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək.
19. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir.
20. İddiaçı cavabdehin xx.xx.2005-ci il tarixli qərarının ləğv edilməsi ilə bağlı məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etsə də, iddiaçı həmin qərarın mövcudluğundan başqa inzibati məhkəmə icraatının gedişatında məlumatlı olmuş, bundan sonra hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə sözügedən qərarı mübahisələndirmiş, bununa da, prosessual müddətə riayət etmişdir.
21. Belə olan halda hazırki iddia mümkünlük şərtlərinə cavab verir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
22. Məhkəmə iddia ərizəsini və iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
23. Məhkəmə gəldiyi nəticəsini aşağıdakılar ilə əsaslandırır:
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 155.1. Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. 155.2. Fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir. 155.4. Dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunda nəzərdə tutulmuş qaydada dövlət öz mülkiyyətində olan əmlakı fiziki və hüquqi şəxslərin mülkiyyətinə verə bilər.
25. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən:
4. Bələdiyyə ərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər.
26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 2.0.10. əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən akt; 2.0.11. əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda.
27. Hazırki iddia ilə iddiaçı Bakı şəhəri Sabunçu rayon Cavabdeh tərəfindən X2 adına torpaq sahəsinin rəsmiləşdirilməsinə dair qəbul edilmiş 017 nömrəli, xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsi və qərar əsasında verilmiş xx.xx.2005-ci il tarixli torpaqların alqı-satqısına dair aktın etibarsız hesab edilməsini tələb edir.
28. İş materiallarında olan X13 tərəfindən verilmiş 79 nömrəli, 18 aprel 2025-ci il tarixli mütəxəssis rəyinə əsasən araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı satılmış 0.12 ha torpaq sahəsi ümumilikdə daş hasara alınmış 0.63 ha torpaq sahəsinin Cənub- Qərb hissəsində yerləşir, X14 satılmış 0.12 ha torpaq sahəsi ilə, şərqdən Səbinə Hacıyevaya satılmış 0.12 ha torpaq sahəsi ilə, qərbdən və cənubdan daş hasarla həmsərhəddir.
29. Mübahisələndirilən qərar əsasında X7 ayrılmış torpaq sahəsi həmin şəxsin adına dövlət qeydiyyatına alınış və koordinatları, döngə nöqtələri və sərhədləri müəyyən edilmişdir.
30. Məhkəmə qeyd edir ki, hüquq sistemdə mülkiyyət hüquqlarının mübahisəsində əsas meyar hüquqi üstünlükdür, yəni mülkiyyət hüququ ilk dəfə və qanuni şəkildə kimə verilibsə, onun hüquqları sonrakı hüquq əldə edənlərin hüquqlarından üstün sayılır.
31. Belə ki, hüquqi üstünlük verilməsində əsas meyar hüququn yaranma vaxtıdır. Əvvəl yaranan hüquq sonrakı hüquqlardan üstün tutulur. Hüquq qanuni əsaslarla və düzgün prosedurlarla əldə edilməlidir.
32. Məhkəmə qeyd edir ki, X5 xx.xx.2005-ci il tarixli, 017 nömrəli qərarı ilə torpaq sahəsinə əldə etdiyi hüququ, İddiaçı Mirzəliyevanın 99 nömrəli 08 iyun 2006-cı il tarixli qərarı ilə əldə etdiyi torpaq sahəsi üzərində olan hüququndan üstündür.
33. Belə olan halda, Bakı şəhəri Sabunçu rayonu Cavabdeh tərəfindən X2 adına torpaq sahəsinin rəsmiləşdirilməsinə dair verilmiş 017 nömrəli, xx.xx.2005-ci il tarixli qərarın ləğv edlməsi və qərar əsasında verilmiş xx.xx.2005-ci il tarixli torpaqların alqısatqısına dair aktın etibarsız hesab edilməsi tələbində iddiaçı haqlı hesab edilə bilməz.
34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
35. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
36. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
37. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
38. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva