Məhkəmə qərarları › İş №2-1(112)-240/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-240/2022

31.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-240/2022 31.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə (ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X9 (baş məsləhətçi, ünvan 2 ünvanda qeydiyyatda olan) iştirakları ilə, İddiaçı, (ABŞ) kompaniyasının cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə qarşı qərarın ləğv edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, (ABŞ) kompaniyası cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının A102-7, 07 fevral 2020-ci il, 19 fevral 2020-ci il tarixində Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri tərəfindən təsdiq edilmiş, Apellyasiya Şurasının A102-7, 07 fevral 2020-ci il tarixli qərarının ləğv edilməsi, ******* No-li “FACE İD” beynəlxalq əmtəə nişanına Azərbaycanda iddiaçının adına qeydiyyata alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının A102-7, 07 fevral 2020-ci il tarixli qərarının ləğv edilməsi, ******* beynəlxalq qeydiyyat nömrəli “FACE İD” əmtəə nişanının 09-cu sinfin iddia olunan əmtəələri üzrə Azərbaycan Respublikasında İddiaçı, kompaniyasının adına qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurası əsl cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ABŞ-ın İddiaçı, kompaniyası tərəfindən, Azərbaycan Respublikasının üzv olduğu X3 X8 Protokolu prosedurası üzrə, göstərilmiş Nişanın adı(təsviri): FACE İD; Nişanın sahibi: İddiaçı; Nişanın sahibinin ünvanı: X15 Way Cupertino, California 95014 (US); Əmtəələrin və Xidmətlərin Beynəlxalq Nitsa təsnifatı üzrə nişanın əhatə etdiyi əmtəələrin siyahısı: “biometrik autentifikasiya, verifikasiya və müraciətə nəzarət edilməsi üçün kompüter aparatı vasitələri və proqram təminatı; biometrik identifikasiya cihazları”; X12 Mülkiyyət Təşkilatının Beynəlxalq Bürosunda qeydiyyata alındığı tarix: 11.10.2018 olan beynəlxalq əmtəə nişanı Azərbaycan Respublikasında qeydiyyata alınması üçün təqdim edilmişdir. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan “Patent və X4 Mərkəzi” 12.12.2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikasının üzv olduğu “Sənaye Mülkiyyətinin Mühafizəsi X6”nın 6 quinquies B (ii) və “Əmtəə Nişanları və X5” Azərbaycan Respublikası Qanununun 5-ci Maddəsinin müddəalarına istinad edərək, iddia edilən “FACE İD” nişanının ilkin mərhələdə Azərbaycanda qeydiyyatından imtina etmişdir. Ekspertiza Mərkəzinin, sözügedən 12.12.2019-cu il tarixli qeydiyyatdan imtina qərarına qarşı 20.12.2019-cu il tarixdə tərəfindən Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasına etiraz ərizəsi verilmişdir. X13. A102-7 19 fevral 2020-ci il tarixli qərarı ilə, Ekspertiza Mərkəzinin 12.12.2019-cu il tarixli imtina qərarını qüvvədə saxlaması haqqında qərar verilmişdir. İddiaçı hesab edir ki, X11.A 102-7 19 fevral 2020-ci il tarixli, Ekspertiza Mərkəzinin 12.12.2019-cu il tarixli “FACE İD” nişanının qeydiyyatından imtina qərarının qüvvədə saxlanılması qərarı Qanunun tələblərinə ziddir və qeyri-obyektivdir və ləğv olunmalıdır. Ekspertiza Mərkəzi 12.12.2019-cu il tarixli qeydiyyatdan imtina qərarını onunla əsaslandırır ki, Paris Konversiyasının 6 quinquies B(ii) və Qanunun 5-ci Maddəsinin müddəalarına görə iddia edilən “FACE İD” nişanı fərqlənmə xüsusiyyətlərinə malik deyil, yəni, əmtəələrin və xidmətlərin növünü, keyfiyyətini, kəmiyyətini, təyinatını, həmçinin əmtəələrin/istehsal yerini və texniki, o cümlədən göstərilən xidmətlərin yerini /tarixini göstərən nişandır, buna görə də əmtəə nişanı kimi qeydiyyata alına bilməz. X7 yuxarıda qeyd edilmiş fikri dəqiq deyil, işin mahiyyətinə səthi yanaşmadır, belə ki, sadalanan xüsusiyyətlər toplam şəkildə ifadə edilib, hər hansı bir konkretliyə malik deyil və yanlışdır. “FACE İD” nişanı, Azərbaycanda qeydiyyata alınması üçün təqdim edilməzdən öncə, mənşə ölkəsində, yəni ABŞ-da ******* nömrə altında əmtəə nişanı kimi qeydiyyata alınmışdır. Bununla yanaşı, dünyada yüz ildən artıq fəaliyyət göstərən və ən mükəmməl patent və əmtəə nişanları qanunvericiliyinə və o cümlədən ən tanınmış ekspertiza sisteminə malik olan ABŞ-da FACE İD nişanının qeydiyyata alınması, ekspertiza tərəfindən bir presedent kimi nəzərə alınması məqsədinə uyğun olardı, belə ki, FACE İD nişanının əmtəə nişanı kimi qeydiyyata alınması, onun fərqlənmə xüsusiyyətlərinə malik olmasına dəlalət edir. “FACE İD” nişanı əmtəə nişanı kimi Avropa Birliyinin bütün ölkələrində, Yaponiyada, Ukraynada, Qazaxıstanda, Belarusda və bir çox ölkələrdə qeydiyyata alınmışdır. İddiaçı, kompaniyası 1977-ci ilin yanvar ayında ABŞ-da təsis edilmişdir və həmin tarixdən İddiaçı, dünyanın ən məşhur kompaniyalarından birinə çevrilmişdir. Fortune Jurnalı 2018-ci ildə Apple kompaniyasını “Dünyanın ən nüfuzlu və məşhur” kompaniyası adlandırmışdır. Apple kompaniyası, mobil kommunikasiya qurğuları, multimedia qurğuları, fərdi kompüterlər, işləyib hazırlayır, istehsal edir və satışa çıxarır. Hal-hazırda Apple kompaniyasının məhsullarının və xidmətlərinin siyahısına iPhone kommunikasiya mobil qurğuları və iPad planşet qurğuları, Mac kompüterləri, Apple Watch, Apple TV daşınan qurğular və həmçinin proqram tətbiqləri, aksessuarları və xidmətlər daxildir. Son 40 ildən çox bir müddətdə Apple kompaniyasının məhsulları və xidmətləri dünyada ən tanınan və tələb olunan məhsul və xidmətlərdir. Apple kompaniyası bütün dünyada öz məhsullarını həm Apple Store mağazalar vasitəsi ilə, həm də www.aole.com sayt vasitəsi ilə satışa çıxarır. Apple kompaniyasına məxsus olan FACE İD nişanı mülki dövriyyəyə 2017-ci ilin sentyabr ayında daxil edilib. FACE İD nişanı, bir funksiya kimi 2017ci ilin sentyabr ayında iPhone X mobil qurğuda istifadə edilmişdir. Apple kompaniyasının veb-saytına daxil olmaqla FACE İD nişanının funksiyaları haqqında məlumatlar əldə etmək olar. Apple kompaniyası 2018-ci il 5 noyabrda FACE İD funksiyasının inteqrasiya etdiyi iPad Pro qurğusunu mülki dövriyyəyə daxil etmişdir. FACE İD nişanı fasiləsiz olaraq 12 sentyabr 2017-ci ildən, Apple kompaniyasının, Phone XS, iPhone XS Max və iPhone XR, İPad Pro istifadə edilir. Beləliklə, iPhone X mobil qurğusunu əldə edən istənilən istehlakçı, avtomatik olaraq FACE İD nişanı ilə üzləşir. İstehlakçı iPhone X, iPone XS, iPhone XS Max, İPhone XR və ya İPad Pro qurğusu əldə etdiyi zaman, onu qablaşdırma qutusundan çıxaran kimi, qurğunun istifadəsindən öncə ona FACE İD funksiyasını işə salması tövsiyə olunur. Apple kompaniyası, onun üçün çox mühüm olan FACE İD nişanını həm söz nişanı kimi, yəni “FACE İD” kimi, həm də, stilləşdirilmiş təsvir nişanı kimi Face İD əmtəə nişanı kimi dünyanın 84 ölkəsində qeydiyyata alınmışdır və kompaniya bu yönümdə işləri davam etdirir. Yuxarıda göstərilənlər, Apple kompaniyasının firma nişanı olan FACE İD, nişanının bütün dünyada, o cümlədən Azərbaycanda da istehlakçılar tərəfindən geniş miqyasda istifadə edilməsi nəticəsində əlavə olaraq “FACE İD” nişanının Azərbaycanda fərqlənmə xüsusiyyətləri əldə etmiş bir nişan olmasına dəlalət edir. Apple kompaniyası, “Face İD” nişanının işlənib hazırlanması, istehsalı və bazara yeridilməsi məqsədləri üçün böyük məbləğdə pul vəsaiti və vaxt sərf etmişdir və həmçinin böyük zəhmət çəkmişdir. Bütün verilmiş məlumatlar və gətirilmiş dəlillər ona dəlalət edir ki, həm Ekspertiza Mərkəzi, həm də Apellyasiya Şurası işin mahiyyətinə səthi yanaşaraq iş üzrə bütün hallara varmayaraq, qeyri- qanuni və əsassız qərarlar qəbul etmişlər. Cavabdeh iddiaya dair yazılı etirazı və etiraza əlavəni məhkəməyə ünvanlayaraq, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, iddiaçı qeyd edir ki, İddiaçı, X15 Way Cupertino, CA 95014 (US) hüquqi şəxsinə məxsus 11.01.2018 qeydiyyat tarixli N ******* qeydiyyat nömrəli “FACE İD” beynəlxalq əmtəə nişanı Nitsa təsnifatının 09-cu sinif əmtəələri üzrə Madrid protokolu əsasında Azərbaycan ərazisində qeydiyyata alınması üçün təqdim edilmişdir. Ekspertiza “Sənaye mülkiyyətinin mühafizəsi haqqında Paris Konvensiyasının 6quinquies B(ii) və “Əmtəə nişanları və X5” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin müddəalarına istinad edərək 12.02.2019-cu il tarixli qərarı ilə iddia edilən “FACE İD” nişanının ilkin mərhələdə qeydiyyatından imtina etmişdir. İddiaçı hüquqi şəxsi qeyd edilmiş məlumatlar və dəlillər əsasında Ekspertizanın qeydiyyatdan imtina qərarını əsassız və qeyri-qanuni hesab etmiş və 20.12.2019-cu il tarixində Agentliyinin sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apelyasiya şurasına etiraz ərizəsi vermişdir. Apellyasiya Şurası ərizəni təmin etməmişdir. Belə ki, Qanununun 5-ci maddəsinin “b” bəndində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli 166 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 4-cü bəndinin "a” yarımbəndində əsasən, fərqlənmə qabiliyyətinə malik olmayan əmtəə nişanları, yəni əsas amillərlə fərqlənməyən nişanlar (işarələr) qeydə alına bilməz. Belə nişanlara “qrafik xarakterli ifa olmayan, ayrıca şəkildə özündə hərfləri, rəqəmləri əks etdirən nişanlar (işaralar) xətlər sadə həndəsi fiqurlar, həmçinin tərkibinə daxil olan elementlərin ayrı-ayrılıqda yaratdığı təsəvvürlərdən fərqli olan və kəmiyyətcə başqa təsəvvür yaradan, onların kompozisiya yaratmayan uzlaşmaları, əmtəələrin sadə təsvirləri” aiddir. Qanunun 5-ci maddəsinin “c” bəndində qeyd edilən şərtlər Qaydaların 4-cü bəndinin “b” yarımbəndində geniş şəkildə açıqlanmışdır: “əmtəələrin və ya xidmətlərin növünü, keyfiyyətini, miqdarını, təyinatını, dəyərini, habelə onların istehsal olunduğu yeri, tarixi və digər xüsusiyyətlərini göstərən nişanlar (işarələr). Onlara xüsusən aşağıdakılar aiddir: əmtəələrin sadə adı, kateqoriya işarələri, əmtəələrin xassəsinə göstərişlər (o cümlədən təriflər), materialın və ya xammalın tərkibinə göstəriş, əmtəənin qiymətinə, həcminə, çəkisinə göstəriş, əmtəənin istehsal tarixi, istehsalatın yaranma tarixinə dair məlumatlar, müəssisənin istehsal yönümü, istehsalçının və vasitəçi firmanın (yalnız yazı işarəsindən ibarət) ünvanı”. Apellyasiya Şurası əmtəə nişanını təhlil edib müəyyən etmişdir ki, “FACE” Azərbaycan dilinə tərcümədə “üz, sifət, sima və s.” kimi tərcümə edilir, “İD” söz işarəsi ingilis dilində “identification” sözünün qısaldılması olub “(eyniləşdirmə)” “tanınma” mənalarında tərcümə olunur. Apellyasiya Şurası qeyd edir ki, “FACE İD” iddia olunan əmtəələrin təyinatını, istifadəsi məqsədini ifadə edir və təsviredicidir. Apellyasiya Şurası nəzərə alır ki, nişanın əmtəəyə münasibətdə təsviri xarakter daşıması abstrakt formada deyil, iddia sənədində göstərilən əmtəələrə münasibətdə müəyyən edilməlidir. İddiaçı tərəfindən iddia edilən “nişanın qeydiyyata alınması üçün hər hansı sübut və ya məqbul əsaslandırma təqdim edilməmişdir. “FACE İD” adlandırılan üz tanıma texnologiyaları və cihazlar eyniləşdirmə texnologiyalarının tərkib hissəsi kimi müxtəlif təyinatlı tətbiqlər və proqramlarda istifadə olunur. Üz tanıma eyniləşdirmə (identification) texnologiyaları kimi bu növ əmtəələrin xüsusiyyətini, əlamətini bildirir və ümumişlək xarakterli ifadəyə çevrilmişdir. Buna görə də, iddiaçının Paris Konvensiyasının 6quinquıes maddəsinin A bəndinə istinadı əsassızdır. Həmçinin “FACE İD” əmtəə nişanının fərqlənmə qabiliyyəti əldə etməsi barədə Apelyasiya şurasına sübutlar təqdim edilməmişdir. Şərh edilənlərə əsasən, Qaydaların 4-cü bəndinin “a” və “b” bəndlərini nəzərə alaraq və Qanunun 1-ci və 4-cü maddələrini, 5-ci maddəsinin “b” və “c” bəndlərini rəhbər tutaraq, Apellyasiya Şurası etiraz ərizəsini əsassız hesab etmiş və təmin olunmaması barədə qərar qəbul etmişdir. Göstərilənləri nəzərə alaraq, İddiaçı tərəfindən cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə qarşı verilən iddia ərizəsini əsassız hesab edir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə göstərilənlərə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda göstərilənlərə uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi Sahəsində X2 Şurasının 07 fevral 2020-ci il tarixli A102-7 saylı qərarından görünür ki, ******* beynəlxalq qeydiyyat nömrəli “FACE İD” əmtəə nişanının 09cu sinfin iddia olunan əmtəələri üzrə qeydiyyata alınmasının rədd edilməsi barədə Ekspertizanın 12.02.2019-cu il tarixli qərarına qarşı iddiaçının nümayəndəsi, patent müvəkkili Nümayəndə tərəfindən Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apelyasiya şurasına verilmiş etiraz ərizəsi əsassız hesab olunmuş və təmin edilməmişdir. İşdə olan “Tec Social and X10” məhdud məsuliyyətli cəmiyyətinin rəyindən görünür ki, “FACE İD” sözü / ifadəsini istehlakçıların əksər hissəsi tanıyır, “FACE İD” sözü / ifadəsini istehlakçıların qavrayışında (anlayışında) Apple şirkətinin məhsullarından biri kimi müəyyən olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 oktyabr 2021-ci il tarixli 5/1048 saylı ekspert rəyindən görünür ki, rəyin “Tədqiqat prosesinin təsviri” hissəsinin 1-ci bəndində göstərilənlərə əsasən ekspert qarşısında qoyulmuş ““FACE İD” əmtəə nişanı hesab edilirmi?”, ““FACE İD” əmtəə nişanı Azərbaycan Respublikası ərazisində fərqlənmə qabiliyyəti əldə etmişdirmi? (sorğu əsasında istehlakçıların rəyi əsasında)”, ““FACE İD” əmtəə nişanının Apple İnc məhsulları ilə əlaqəsi varmı? (sorğu əsasında istehlakçıların rəyi əsasında) və “FACE İD" sözü ümumiyyətlə şəxsiyyəti tanıma üsulu olaraq İphone telefonların kilidini açmaq məqsədilə istifadə olunan Apple texnologiyasına məxsus spesifik bir anlayış hesab olunurmu?” suallar üzrə tədqiqat aparılmamışdır. “FACE İD” nişanı fərqləndirici xüsusiyyətlərə malik deyildir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia təmin olunmamalıdır. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 5ci maddəsinə əsasən aşağıda göstərilən nişanların qeydə alınmasına yol verilmir: a) bu Qanunun 1-ci maddəsində verilmiş “əmtəə nişanı” anlayışına və 4-cü maddəsinə uyğun gəlməyən nişanlar; b) fərqlənmə qabiliyyətinə malik olmayan əmtəə nişanları, yəni əsas amillərlə fərqlənməyən nişanlar; c) əmtəələrin və ya xidmətlərin növünü, keyfiyyətini, miqdarını, təyinatını, dəyərini, habelə onların istehsal olunduğu yeri və tarixi və digər xüsusiyyətlərini göstərən nişanlar; ç) şərabların və spirtli içkilərin mənşəyinə aid olmayan, lakin onları eyniləşdirməklə tərkibində coğrafi göstərici saxlayan əmtəə nişanları; d) əmtəənin mahiyyətini əks etdirən, ona mühüm dəyər verən və texniki nailiyyət üçün zəruri olan formalar; e) ictimai qaydaya, mənəviyyata və əxlaqa zidd olan ifadələrdən, şəxsiyyətin nüfuzdan düşməsinə səbəb ola bilən elementlərdən, din və dövlət rəmzlərindən ibarət nişanlar; ə) uzun illər Azərbaycan Respublikasının ticarət fəaliyyətində istifadə olunan, adi dildə çox işlənən nişan və ya göstəricidən ibarət əmtəə nişanları; f) əmtəələrin və ya xidmətlərin xüsusiyyətləri, keyfiyyəti və ya coğrafi mənşəyi ilə əlaqədar istehlakçını yanılda bilən əmtəə nişanları; g) sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının (bundan sonra— “Paris Konvensiyası” adlandırılacaqdır) 6ter maddəsinə uyğun olaraq qeydə alınması mümkün hesab edilməyən əmtəə nişanları; ğ) müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan təltiflər və başqa fərqlənmə nişanları. İddia sənədinin verildiyi tarixədək bu maddənin 1-ci hissəsinin “b”, “c”, “d” bəndlərində göstərilən, lakin istifadəsi zamanı fərqləndirmə qabiliyyətinə malik olan əmtəə nişanının qeydə alınmasından imtina edilə bilməz və ya həmin əmtəə nişanı qeydə alınmışdırsa, qeydə alınma etibarsız sayıla bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli 166 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 4-cü bəndinə əsasən «Əmtəə nişanları və X5» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə uyğun olaraq, aşağıda göstərilən nişanların qeydə alınmasına yol verilmir: a) fərqlənmə qabiliyyətinə malik olmayan əmtəə nişanları, yəni əsas amillərlə fərqlənməyən nişanlar (işarələr). Onlara xüsusən aşağıdakılar aid edilir: qrafik xarakterli ifa olmayan, ayrıca şəkildə özündə hərfləri, rəqəmləri əks etdirən nişanlar (işarələr), xətlər, sadə həndəsi fiqurlar, həmçinin tərkibinə daxil olan elementlərin ayrı-ayrılıqda yaratdığı təsəvvürlərdən fərqli olan və kəmiyyətcə başqa təsəvvür yaradan, onların kompozisiya yaratmayan uzlaşmaları, əmtəələrin sadə təsvirləri; “İnzibati icraat haqqında” Azərbaycan Respublikasinin Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ******* beynəlxalq qeydiyyat nömrəli “FACE İD” əmtəə nişanının 09-cu sinfin iddia olunan əmtəələri üzrə qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, Ekspertizanın 12.02.2019-cu il tarixli qərarı ilə ərizənin təmin edilməsi rədd edilmiş, iddiaçı həmin qərardan Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apelyasiya şurasına etiraz ərizəsi vermiş, Apellyasiya Şurası tərəfindən etiraz əsassız hesab olunmaqla təmin edilməmişdir. Apellyasiya Şurası etirazı təmin etməməsini qərarında onunla əsaslandırmışdır ki, Qanununun 5-ci maddəsinin “b” bəndində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli 166 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 4-cü bəndinin "a” yarımbəndində əsasən, fərqlənmə qabiliyyətinə malik olmayan əmtəə nişanları, yəni əsas amillərlə fərqlənməyən nişanlar (işarələr) qeydə alına bilməz. Belə nişanlara “qrafik xarakterli ifa olmayan, ayrıca şəkildə özündə hərfləri, rəqəmləri əks etdirən nişanlar (işaralar) xətlər sadə həndəsi fiqurlar, həmçinin tərkibinə daxil olan elementlərin ayrı-ayrılıqda yaratdığı təsəvvürlərdən fərqli olan və kəmiyyətcə başqa təsəvvür yaradan, onların kompozisiya yaratmayan uzlaşmaları, əmtəələrin sadə təsvirləri” aiddir. Qanunun 5-ci maddəsinin “c” bəndində qeyd edilən şərtlər Qaydaların 4cü bəndinin “b” yarımbəndində geniş şəkildə açıqlanmışdır: “əmtəələrin və ya xidmətlərin növünü, keyfiyyətini, miqdarını, təyinatını, dəyərini, habelə onların istehsal olunduğu yeri, tarixi və digər xüsusiyyətlərini göstərən nişanlar (işarələr). Onlara xüsusən aşağıdakılar aiddir: əmtəələrin sadə adı, kateqoriya işarələri, əmtəələrin xassəsinə göstərişlər (o cümlədən təriflər), materialın və ya xammalın tərkibinə göstəriş, əmtəənin qiymətinə, həcminə, çəkisinə göstəriş, əmtəənin istehsal tarixi, istehsalatın yaranma tarixinə dair məlumatlar, müəssisənin istehsal yönümü, istehsalçının və vasitəçi firmanın (yalnız yazı işarəsindən ibarət) ünvanı”. Apellyasiya Şurası əmtəə nişanını təhlil edib müəyyən etmişdir ki, “FACE” Azərbaycan dilinə tərcümədə “üz, sifət, sima və s.” kimi tərcümə edilir, “İD” söz işarəsi ingilis dilində “identification” sözünün qısaldılması olub “(eyniləşdirmə)” “tanınma” mənalarında tərcümə olunur. “FACE İD” iddia olunan əmtəələrin təyinatını, istifadəsi məqsədini ifadə edir və təsviredicidir. Apellyasiya şurasının müəyyən etdiyi əsas, yəni “FACE İD” nişanının fərqlənmə qabiliyyətinə malik olmayan əmtəə nişanı olması, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 oktyabr 2021-ci il tarixli 5/1048 saylı ekspert rəyi ilə də müəyyən olunmaqla göstərilmişdir ki, “FACE İD” nişanı fərqləndirici xüsusiyyətlərə malik deyildir. Ekspert rəyində gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tədqiq olunan nişanın hərflərinə baxdıqda müəyyən olunur ki, onların şriftləri xüsusi quruluşa malik deyildir, qara rəngdən ibarətdir, xarakterik qrafik tərtibatı yoxdur. “FACE İD” sözünün mənasını öyrənmək üçün İnternet resurslara müraciət olunduqda müəyyən olundu ki, həmin söz üz tanıma, eyniləşdirmə deməkdir. Onun funksiyası “Apple” şirkəti tərəfindən yaradılmış insan sifətinin formasının həcm-fəza skan etməkdir. Göründüyü kimi tədqiq olunan nişanın adında əmtəənin (biometrik autentifikasiya, verifikasiya (yoxlama) və giriş kontrolu (nəzarəti) istifadə edən kompüter avadanlığının və proqram təminatı; biometrik eyniləşdirmə aparatı) funksiyası əhatə olunur, yəni əmtəənin təyinatını xarakterizə edilir. Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Belə olan halda, məhkəmə Apellyasiya şurasının gəldiyi nəticə ilə razılaşaraq, hesab edir ki, həmin əmtəə nişanı “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələblərinə zidd olduğundan qeydiyyata alına bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının A102-7, 07 fevral 2020-ci il tarixli qərarı qanuni əsaslarla qəbul edilmiş, həmin qərarın qəbul edilməsini zəruri edən əsaslar məhkəmə araşdırması zamanı sübut edilmiş, məhkəmə tədqiqatı zamanı qeyd edilən qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun, o cümlədən “Əmtəə nişanları və X5” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı, cavabdehin gətirdiyi dəlilləri təkzib edən və öz tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıran hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A LDİ : İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar