Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-240/2023 22.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızı, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyadan tutulmaların aparılmasına yönəlmiş hərəkətlərin qanunsuz hesab edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) məhkəmə iclasından kənar baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçının yaşa görə əmək pensiyasından tutulmaların aparılmasına dair qəbul edilmiş inzibati aktın (qərar, sərəncam) ləğv edilməsi və iddiaçıya təyin olunmuş əmək pensiyasının yenidən hesablanmaqla yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 04 avqust 2021-ci il tarixli qərardadı ilə iddia tələbi “İddiaçı təyin edilmiş yaşa görə əmək pensiyasından tutmaların aparılmasına yönəlmiş hərəkətlərin qanunsuz hesab edilməsi, İddiaçı 2021-ci ilin fevral ayı üzrə ödənilməli olan, lakin ödənilməmiş yaşa görə əmək pensiyası məbləğinin ona ödənilməsinin cavabdehin üzərinə qoyulması, İddiaçı 2021-ci ilin mart, aprel, may ayları üzrə artıq ödənilmiş pensiyanın geri qaytarılması adı ilə hər ay üzrə tutulmuş 417,12 manat məbləğin ona ödənilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” barədə dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 25 avqust 2021-ci il tarixli 2-1(112)-6149/2021 saylı qərardadı ilə iddia tələbi “İddiaçı 2021-ci ilin fevral ayı üzrə ödənilməli olan, lakin ödənilməmiş yaşa görə əmək pensiyası məbləğinin və iddiaçıdan 2021-ci ilin mart, aprel, may ayları üzrə artıq ödənilmiş pensiyanın geri qaytarılması adı ilə hər ay üzrə tutulmuş 417,12 manat məbləğin ödənilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” hissəsində mümkün sayılmamışdır. Eyni zamanda iddia tələbi təmin edilərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-6149/2021 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı təyin edilmiş yaşa görə əmək pensiyasından tutulmaların aparılmasına yönəlmiş hərəkətləri qanunsuz hesab edilmişdir. Qərardaddan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia həmin hissədə mümkün hesab edilərək təmin edilməsi barədə yeni qərar qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(103)-500/2022 saylı qərardadı ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-6149/2021 saylı qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin 25 avqust 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 2805/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6149/2021 saylı, 25 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-389/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 oktyabr 2022-ci il tarixli, 2-1(103)- 2805/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı İnzibati Məhkəməsinin 21 avqust 2023-cü il tarixli 2-1(112)-240/2023 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyadan tutulmaların aparılmasına yönəlmiş hərəkətlərin qanunsuz hesab edilməsi və ödənilməmiş əmək pensiyası məbləğinin, pensiyadan tutulmuş vəsaitin geri ödənilməsi” tələbinə dair 2-1(112)-240/2023 saylı inzibati işdən “ödənilməmiş əmək pensiyası məbləğinin və pensiyadan tutulmuş vəsaitin geri ödənilməsi” tələbi üzrə iş yeni nömrə ilə qeydiyyata alınmaqla icraatı ayrılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı iş üzrə icraata xitam verilməlidir. İş materiallarından görünür ki, iddiaçının pensiyadan tutulmaların aparılmasına yönəlmiş hərəkətlərin qanunsuz hesab edilməsinə dair iddianın təmin edilməsi barədə yekun məhkəmə aktı- Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-389/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı qəbul edilmişdir. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Məhkəmənin qənaətinə görə hazırkı halda cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi tələbinə dair qanuni qüvvəsini almış məhkəmə qərarı mövcud olduğundan və həmin tələb üzrə icra hərəkətlərinin aparılması tələb olunmadığından icraatı ayrılmış hazırkı 2- 1(112)-240/2023 saylı iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı “pensiyadan tutulmaların aparılmasına yönəlmiş hərəkətlərin qanunsuz hesab edilməsi” tələbinə dair 2-1(112)-240/2023 saylı iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-240/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-240/2023
22.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver