Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2400/2020 15.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəriman İbrahim oğlu Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, X3nun nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X8 iştirakları ilə, X3nun cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X3 cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, **********194822 №li “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh vergi orqanının xx.xx.2019-cu il tarixli **********175634 nömrəli qərarına əsasən ona fevral 2017-ci il – dekabr 2018-ci il dövrünü əhatə edən növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama 18.02.219-cu il tarixdə başlanmış və xx.xx.2019-cu il tarixdə bitmişdir. Yoxlama 9 halda cəmi 273 gün dayandırılmışdır. Səyyar vergi yoxlamasının nəticəsi xx.xx.2019-cu il tarixli **********176569 nömrəli aktla rəsmiləşdirilmiş və həmin aktın əsasında xx.xx.2019cu il tarixli **********194822 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar qəbul edilmişdir. Həmin Qərara əsasən ona 2018-ci ilə sadələşdirilmiş vergi üzrə 25.485,88 manat, əlavə dəyər vergisi üzrə 1.363.370,62 manat, ümumilikdə 1.388.856,50 manat əlavə vergi məbləği hesablanmış, VM-nin 58.1-ci maddəsinə əsasən (vergilərin azaldılmasına görə) 560.820,28 manat, 58.4cü maddəsinə əsasən (ƏDV üzrə qeydiyyat məcburi olduğu halda, qeydiyyat olmadan fəaliyyət göstərilməsinə görə) 133.607,97 manat, VM-nin 57.1-ci maddəsinə əsasən (vergi hesabatının əsas olmadan müəyyən edilən müddətdə təqdim edilməməsinə görə) 80 manat, ümumilikdə isə 694.508,25 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Aşağıda göstərilənlərə əsasən, barəsində qəbul edilmiş xx.xx.2019-cu il tarixli **********194822 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarı tamamilə əsassız və qanunsuz hesab edir: xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlaması aktından görünür ki, səyyar vergi yoxlaması iddiaçı tərəfindən təqdim olunmuş ilkin mühasibat sənədləri, Vergilər Nazirliyi yanında Vergi X1 Departamentinin (bundan sonra VCİAD) əməkdaşları tərəfindən sahibkardan götürülmüş 2018-ci ildə aparılmış əməliyyatları əks etdirən "qara mühasibatlıq" sənədlərinə, sahibkarın bank hesablarında aparılmış əməliyyatlar barədə alınmış rəsmi məlumatlara, ƏDV-nin depozit hesabı üzrə aparılmış məlumatlara əsasən aparılmışdır. Belə ki, cavabdeh vergi orqanı iddiaçıya xx.xx.2019-cu il tarixli **********176577 nömrəli "Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi haqqında" Tələbnamə vermiş, iddiaçı isə sahibkarlıq fəaliyyəti ilə bağlı ilkin mühasibat sənədlərini (müqavilələr, elektron qaimə-fakturalar, elektron vergi hesab-fakturalar, ƏDV- nin depozit hesabından çıxarış, kassa sənədləri, malların təhvil-qəbul aktları, hesablar, metal məhsullarının istehsalı üzrə kalkulyasiyalar, dövlət orqanları ilə yazışmaları) yoxlamaya təqdim etmişdir. Lakin, cavabdeh vergi orqanı iddiaçı tərəfindən təqdim edilmiş ilkin mühasibatlıq sənədlərində, eləcə də təqdim edilmiş vergi bəyannamələrində hər hansı vergidən yayınma faktı aşkar edə bilmədiyindən, yoxlamanı "məcburi olaraq" VCİAD-ın əməkdaşları tərəfindən yoxlamadan əvvəlki tarixdə qeyri-qanuni olaraq götürülmüş ciddi hesabat blankı və ilkin mühasibat sənədi sayılmayan, mənbəyi bəlli olmayan "qara mühasibatlıq" sənədləri əsasında aparmış və həmin sənədlərə əsasən iddiaçıya əlavə vergiyə cəlb edilən dövriyyə müəyyən etmişdir. Halbuki, cavabdehin hesablama zamanı istinad və sübut qismində istifadə etdiyi "qara mühasibatlıq" sənədləri iddiaçının faktiki olaraq həyata keçirdiyi əməliyyatlarını, vergitutulan dövriyyəsini, gəlir və xərclərini əks etdirən və öz fəaliyyəti ilə bağlı olan bütun əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən sənəd hesab edilə bilməz. Vergi ödəyicisi istehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərinin və xərclərinin uçotunu Vergi Məcəlləsi, "Mühasibat uçotu haqqında" AR Qanunu və habelə onlara uyğun qəbul edilmiş digər qanunvericilik aktlarının tələblərinə uyğun yerinə yetirməli və bu zaman apardığı əməliyyatları yalnız Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ciddi hesabat blankları ilə rəsmiləşdirməlidir. Təsadüfi deyil ki, inzibati praktikada vergi orqanı ciddi hesabat blankı sayılmayan sənədlərlə rəsmişləşdirilən əməliyyatları (gəlir və xərcləri təsdiq edən sənədləri) təsdiqedici sənəd qismində qəbul etmir. Məhz bu səbəbdən də, iddiaçı həyata keçirdiyi əməliyyatları (gəlir və xərclərinin uçotunu) Vergi Məcəlləsi, "Mühasibat uçotu haqqında" AR Qanunu və onlara uyğun qəbul edilmiş digər qanunvericilik aktlarına uyğun olaraq rəsmiləşdirmiş və bununla bağlı təsdiqedici sənədləri yoxlama zamanı tam şəkildə cavabdeh vergi orqanına təqdim etmişdir. Buna baxmayaraq, cavabdeh inzibati orqan həmin təsdiqedici sənədlərdə hər hansı vergidən yayınma halı aşkar edə bilmədiyindən, hesablama zamanı mənbə qismində qanunvericiliyin tələblərinə cavab verməyən, mənbəyi bəlli olmayan, hər hansı rəsmi xarakter daşımayan, mötəbərliyi şüphə doğuran və ən əsası ciddi hesabat blankı sayılmayan sənədlərə istinad edərək əlavə vergi məbləği hesablamışdır ki, bu da onun qanunla qorunan hüquq və maraqlarının kobud şəkildə pozulması ilə nəticələnmişdir. Bundan başqa cavabdeh vergi orqanı səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərini də pozmuşdur. Səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, ödənilməli olan verginin məbləği vergi orqanı tərəfindən ilk öncə Vergi Məcəlləsinin 67.1.1-67.1.9-cu maddələrində göstərilən əlaqəli məlumatlardan istifadə edilməklə, əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda isə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Eyni zamanda, Vergi Məcəlləsinin 67.1.1-67.1.9-cu maddələrində qeyd olunan əlaqəli məlumatların siyahısına diqqət etdikdə görünür ki, qanunverici əlaqəli məlumat qismində yalnız rəsmi məlumatları qəbul edir. Lakin iş materiallarından göründüyü kimi, cavabdeh vergi orqanı səyyar vergi yoxlaması zamanı vergi qanunvericiliyində öz əksini tapan əlaqəli məlumatlardan və ya analoji vergi ödəyicisinin uçot və hesabat məlumatlarından istifadə etmək əvəzinə, rəsmi məlumat hesab edilməyən, mənbəyi bəlli olmayan və qeyriqanuni üsulla əldə edilmiş "qara mühasibatlıq" sənədlərinə istinad etmişdir. Həmçinin, səyyar vergi yoxlaması nəticəsində cavabdeh vergi orqanı belə bir nəticəyə gəlmişdir ki, onun 2017-ci ilin fevral-dekabr ayları üzrə ƏDV-nə cəlb edilən ümumi dövriyyəsi cəmi 8.166.190,0 manat, 2017-ci ilin yanvar ayı üzrə sadələşdirilmiş vergiyə cəlb edilən dövriyyəsi cəmi 662.697,0 manat, ümumilikdə 2017-ci il üzrə vergiyə cəlb edilən dövriyyəsi isə 8.828.887,0 manat olmuşdur. O, il ərzində müxtəlif şəxslərdən 342.156,34 manat dəyərində xammal almış və həmin xammal əsasında hazır məhsul istehsal edərək satışını həyata keçirmiş və nəticədə ümumilikdə 592.356,90 manat gəlir əldə etmişdir. Bunu iddiaçı tərəfindən vergi orqanına təqdim edilmiş ƏDV və gəlir vergisi bəyannamələri də təsdiq edir. Lakin iş materillarından göründüyü kimi, cavabdeh vergi orqanı hesab etmişdir ki, iddiaçı 342.156,34 manat dəyərində xammal əsasında istehsal etdiyi hazır məhsulun satışından 2018-ci il ərzində ümumilikdə 8.828.887,0 manat gəlir əldə etmişdir ki, bu da hər hansı məntiqə uyğun gəlmir. Vergi orqanı belə nəticəyə gəlmişdir ki, o, əldə etdiyi xammalın istifadəsi nəticəsində onun dəyərinin 25 misli həcmində gəlir götürmüşdür. Göründüyü kimi, cavabdeh vergi orqanı onun istehsal həcmi və vergiyə cəlb edilən dövriyyəsi ilə bağlı obyektiv qiymətləndirmə apara bilməmiş, real olmayan bir nəticəyə gəlmişdir. Səyyar vergi yoxlamasının 5-ci səhifəsindən görünür ki, cavabdeh vergi orqanı onun real istehsal həcmini və hazır məhsulların real bazar dəyərini müəyyən etmək məqsədilə xx.xx.2019-cu il tarixli **********177822 nömrəli qərarına əsasən ekspertiza təyin etdiyi, xx.xx.2019-cu il tarixli **********177823 nömrəli qərarına əsasən mütəxəssis dəvət etdiyi halda, son anda hansısa "səbəblərdən" ekspert və mütəxəssis rəyinin alınmasına zərurət olmaması nəticəsinə gəlmişdir. Halbuki, işin nəticəsində marağı olmayan üçüncü şəxs - ekspert və mütəxəssisin rəyi yoxlamanın daha obyektiv və qərəzsiz aparılmasına şərait yarada və mənbəyi bəlli olmayanrəsmi xarakter daşımayan və ciddi hesabat blankı sayılmayan "qara mühasibatlıq" sənədləri ilə müqayisədə daha mötəbər sübut qismində çıxış edə bilərdi. Qeyd olunanlardan aydın olduğu kimi, cavabdeh vergi orqanı onun real istehsal həcmini, vergiyə cəlb edilən dövriyyəsini və dövlət büdcəsinə ödəməli olduğu vergini müəyyən etmək üçün qanunvericilikdə nəzərdə tutulan bütün hüquqi və obyektiv üsullardan (mənbəyi bəlli rəsmi əlaqəli məlumatlardan və ya analoji vergi ödəycisinin uçot və hesabat məlumatlarından istifadə etmək, ekspert və mütəxəssis rəyi almaq və s.) imtina edərək, mötəbər sübut qismində qiymətləndirilməsi mümkün olmayan və hesablama zamanı mənbə qismində götürülməsi qanunazidd olan "qara mühasibatlıq" sənədlərindən istifadə etmişdir. Yoxlama zamanı cavabdeh vergi orqanı qara mühasibatlıq sənədlərinə əsaslanaraq belə nəticəyə gəlmişdir ki, onun ƏDVnin məqsədləri üçün qeydiyyatının qüvvəyə minmə tarixi xx.xx.2018-ci il tarixidir. Halbuki, o, vergi orqanına təqdim etdiyi ərizəyə əsasən xx.xx.2018-ci il tarixdən ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmişdir. Buna baxmayraq vergi orqanı 2018-ci ilin fevralmart ayları üzrə satışdan əldə edilən gəliri ƏDV- nin məqsədləri üçün vergiyə cəlb edilən dövriyyə qismində qəbul edərək, həmin hesabat dövrləri üzrə ona 267.215,94 manat ƏDV hesablamışdır. Yuxarıda da qeyd edildiyi kimi, "qara mühasibatlıq" sənədləri mötəbər sübut qismində qəbul edilməsi mümkün olmadığından, vergilərin hesablanması üçün təsdiqedici sənəd - ciddi hesabat blankı sayılmadığından və ən əsası mənbəyi bəlli məlumat (sənəd) olmadığından, cavabdeh vergi orqanının 2018-ci ilin fevral-mart ayları üzrə apardığı hesablama və onun ƏDV-nin məqsədləri üçün qeydiyyatının qüvvəyə minmə tarixinin xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixə dəyişdirilməsi əsassız və qanunsuz olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə təqdim etdiyi iddia ərizəsinə dair etirazda göstərmişdir ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********175634 nömrəli qərarına əsasən xx.xx.2017-ci ildən xx.xx.2019-cu ilədək olan dövr üzrə X7 fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama sahibkarın iştirakı ilə aparılmışdır. Yoxlama ilə 1.096.154,68 manat əlavə dəyər vergisinin, 267.215,94 manat qeydiyyatsız əlavə dəyər vergisinin və 25.485,88 manat sadələşdirilmiş verginin az hesablanması müəyyən edilmiş, cəmi 1.388.856,5 manat məbləğində vergilərin azaldılmasına görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 694.508,25 manat məbləğində maliyyə sanksiyalarının tətbiq edilməsi təklif edilmişdir. Növbədənkənar səyyar vergi yoxlamasının nəticəsi xx.xx.2019-cu il tarixli **********176569 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.3-cu və 41.1 -ci maddələrinin tələblərinə əsasən yoxlama zamanı Vergilər Nazirliyi yanında Bakı şəhəri X5 (hazırkı Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) xx.xx.2019-cu il tarixli **********176578 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi ödəyicisinin ərazisinin, binalarının, habelə sənədlərin va əşyaların baxışının keçirilməsi haqqında" qərarı ilə vergi ödəyicisinin fəaliyyət göstərdiyi ünvan 1 ünvanda yerləşən metal məmulatlarının istehsalı obyektində (dəmirçi sexi) baxış keçirilmişdir. Baxış xx.xx.2019-cu il tarixdə keçirilmiş, obyektə baxış zamanı istehsalın aparıldığı, iki ədəd yayma dəzgahından istifadə olunaraq metal külçələrin və müxtəlif diametrli boruların tələb olunan ölçülərdə kəsilərək, həmin hissələrin təbii qazla qızdırılmış sobada yumşaldılaraq elektriklə işlədilən yayma dəzgahına ötürülməsi ilə yerinə yetirildiyi, qara metaldan müxtəlif çeşidli məmulatlar istehsal edildiyi, o cümlədən qara metaldan müxtəlif ölçülü kvadrat, armatur, katanka, palasa istehsal olunduğu müəyyən edilmişdir. Sahibkar xx.xx.2018-ci il tarixdən ƏDV məqsədləri üçün qeydiyyata durmaq üçün könüllü qaydada ərizə ilə müraciət etmişdir. Sahibkar ƏDV ödəyicisi kimi qeydiyyata alınmış və qeydiyyat xx.xx.2018-ci il tarixdən qüvvəyi minmişdir. Yoxlama zamanı isə vergi ödəyicisinin xx.xx.2018-ci il tarixindən etibarən əlavə dəyər vergisinin ödəyicisi olduğu və həmin tarixə ƏDV qeydiyyatına alınmalı olduğu müəyyən edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən, "Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000,0 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1 -ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1 -ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Həmin Məcəllənin 157.3.1 -ci maddəsinə əsasən, ardıcıl 12 aylıq dövrün istənilən aylında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000,0 manatdan artıq olduqda ƏDV məqsədləri üçün qeydiyyat növbəti ayın birinci günündən qüvvəyə minir. Yoxlamada vergilərin hesablanması üçün istifadə olunmuş, Vergilər Nazirliyinin Vergi X1 Baş İdarəsinin əməkdaşları tərəfindən sahibkardan götürülmüş 2018-ci ildə aparılmış əməliyyatları əks etdirən “qara mühasibatlıq” sənədlərində sahibkarın yoxlanılan dövrdə real istehsal və satış həcminin ilkin mühasibat sənədlərində əks etdirilmiş analoji göstəricilərindən dəfələrlə artıq olduğu müəyyən edilmişdir. Yoxlama zamanı toplanmış materiallara, o cümlədən sahibkardan götürülmüş “qara mühasibatlıq" sənədlərinə əsasən (“qara mühasibatlıq” sənədlərində 2018-ci ildə aparılmış faktiki əməliyyatlar əks etdirilmişdir) vergi ödəyicisinin fevral/2017yanvar/2018-ci il dövrdə, yəni ardıcıl 12 aylıq dövrdə vergi tutulan əməliyyatlarının həcmi 846.707,84 manat təşkil etdiyindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 155.1-ci və 157.3.1-ci maddələrinə uyğun olaraq ƏDV məqsədləri üçün qeydiyyatı xx.xx.2018-ci il il tarixdən qüvvəyə minməli olduğu müəyyən edilmişdir. Yoxlama aktına əlavə olunmuş hesablamaya dair müqayisəli cədvəllərdən göründüyü kimi (etiraza əlavə edilir), 2018-ci ilin fevral-mart ayları üzrə (yəni, ƏDV-nin ödəyicisi olduğu, lakin bu məqsədlər üçün qeydiyyatdan keçməmiş dövr üzrə) ƏDV-yə cəlb edilən ümumi dövriyyənin 1.484.533,0 manat olduğu müəyyən edilmişdir. Yoxlama ilə həmin məbləğdən 18% dərəcə ilə 267.215,94 manat ƏDV hesablanmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, yoxlama ilə sahibkarın xx.xx.2018-xx.xx.2018-ci il dövr üzrə bəyannamə təqdim etməməklə 267.215,94 manat ƏDV-nin yayındırılması müəyyən edilmişdir. Sahibkar tərəfindən təqdim olunmuş əlavə dəyər vergisi hesabatlarının düzgünlüyü yoxlanılarkən sahibkar tərəfindən xx.xx.2018-xx.xx.2019-cu il dövr üzrə təqdim edilmiş ƏDV bəyannamələrində ümumi vergiyə cəlb edilən dövriyyə 592.356,9 manat, ondan hesablanan ƏDV 106.624,24 manat, əvəzləşdirilən ƏDV 78.664,1 manat göstərilməklə büdcəyə 27.960,14 manat ödənilməli ƏDV-nin hesablandığı müəyyən edilmişdir. Hazırki yoxlama ilə həmin dövr üçün ƏDV üzrə dövriyənin həqiqəti əks etdirmədiyi müəyyən edilmişdir. Belə ki, yoxlamada vergilərin hesablanması üçün istifadə olunmuş, Vergilər Nazirliyi yanında Vergi X1 Departamentinin (hazırkı Vergilər Nazirliyinin Vergi X1 Baş İdarəsi) əməkdaşları tərəfindən sahibkardan götürülmüş 2018-ci ildə aparılmış əməliyyatları əks etdirən “qara mühasibatlıq” sənədlərində sahibkarın yoxlanılan dövrdə real istehsal və satış həcminin ilkin mühasibat sənədlərində əks etdirilmiş analoji göstəricilərindən dəfələrlə artıq olduğu müəyyən edilmişdir. Beləliklə, yoxlama nəticəsində sahibkarın xx.xx.2018-xx.xx.2019-cu il dövr üzrə ƏDV- yə 18% dərəcə ilə cəlb edilən ümumi dövriyyəsinin 6.681.659,0 manat olduğu müəyyən edilmiş, ondan 1.202.698,62 manat ƏDV hesablanmış, əvəzləşdirilən ƏDV isə 78.583,80 manat müəyyən edilməklə, büdcəyə ödənilməli 1.124.114,82 manat ƏDV hesablanmışdır. Göründüyü kimi, yoxlama ilə sahibkar tərəfindən təqdim edilmiş ƏDV bəyannamələrində (kameral hesablamalar nəzərə alınmaqla) büdcəyə ödənilməli ƏDV-nin 1.096.154,68 manat azaldılması müəyyən edilmişdir. Yoxlanılan dövrdə vergi ödəyicisi tərəfindən 2017-ci ilin l-İV rübləri və 2018-ci ilin İ rübü üzrə sadələşdirilmiş vergi bəyannamələri təqdim edilmiş, vergiyə cəlb edilən ümumi hasilat 223.860,8 manat məbləğində göstərilmiş və həmin hasilatdan Vergi Məcəlləsinin 220.1-ci maddəsi ilə Bakı şəhərində fəaliyyət göstərən vergi ödəyiciləri üçün nəzərdə tutulmuş 4% dərəcə ilə 8.954,43 manat məbləğində sadələşdirilmiş vergi hesablanmışdır. Yoxlama ilə sahibkarın yoxlanılan dövr üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2018-cı il tarixədək sadələşdirilmiş verginin ödəyicisinin olduğu, xx.xx.2018-ci il tarixdən ƏDV məqsədləri üçün qeydiyyata durmağa və həmin tarixdən ƏDV-nin hesablanmasına dair öhdəliyin yaranması müəyyən edilmişdir. Yoxlama aktına əlavə olunmuş hesablama cədvəlindən və yuxarıda göstərilənlərdən göründüyü kimi, yoxlanılan dövrdə sahibkarın 2017-ci ilin 1-ci rübündən 2018-ci ilin 1-ci rübünədək (yalnız yanvar ayı) olan dövr üzrə sadələşdirilmiş verginin ödəyicisinin olması, bu vergi növü məqsədləri üçün ümumi hasilatın 861.007,8 manat olduğu müəyyən edilmiş və ondan Vergi Məcəlləsinin 220.1-ci maddəsinə əsasən 4% dərəcə ilə 34.440,31 manat məbləğində vergi hesablanmışdır. Aktdan və əlavə olunmuş cədvəllərdən göründüyü kimi, yoxlama nəticəsində sahibkar tərəfindən 2017-ci il üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrində kənarlaşma aşkar edilməmiş, 2018-ci ilin İ rübü üzrə təqdim edilmiş bəyannamədə sadələşdirilmiş verginin 25.485,88 manat azaldılması müəyyən edilmişdir. İddiaçı isə öz iddiasını onunla əsaslandırmışdır ki, səyyar vergi yoxlaması zamanı iddiaçı tərəfindən sahibkarlıq fəaliyyəti ilə bağlı ilkin mühasibat sənədləri yoxlamaya təqdim edilmişdir. Lakin cavabdeh vergi orqanı iddiaçı tərəfindən təqdim edilmiş ilkin mühasibatlıq sənədlərində, eləcə də təqdim edilmiş vergi bəyannamələrində hər hansı vergidən yayınma faktı aşkar edə bilmədiyindən, yoxlamanı iddiaçıdan məcburi götürülmüş “qara mühasibatlıq” sənədləri əsasında aparmış və həmin sənədlərə əsasən iddiaçıya əlavə vergiyə cəlb edilən dövriyyə müəyyən etmişdir. İddiaçının göstərdikləri ilə əlaqədar bildirilir ki, iddiaçının da qeyd etdiyi kimi, Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Həmin Məcəllənin 16.1.3-cü maddəsinə əsasən, qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydasfnın 2.2-ci maddəsinə əsasən, istehsal sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri mühasibat uçotunun, gəlirlərin (xərclərin) və vergitutma obyektlərinin, o cümlədən əmtəə-material ehtiyatlarının uçotunun aparılması, habelə uçot sənədlərinin tərtib edilməsi və saxlanması ilə bağlı Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələri, habelə onlara uyğun qəbul edilmiş digər qanunvericilik aktlarının tələblərini yerinə yetirməyə borcludurlar. İddiaçının özü də iddia ərizəsində Vergi Məcəlləsinin və digər normativ hüquqi aktların bir sıra müddəalarına istinad etsə də, yoxlama ilə və iddiaçıdan götürülmüş “qara mühasibatlıq” sənədləri ilə müəyyən edilmişdir ki, o, öz gəlirlərinin və xərclərinin uçotunu məqsədli şəkildə həmin normaların tələblərinə uyğun aparmamışdır. Buna baxmayaraq, iddiaçı öz iddia ərizəsində vergilərin yalnız göstərilən normaların tələbləri əsasında rəsmiləşdirilən sənədlər əsasında hesablanmalı olmasını bildirərək, bu normaların tələblərinə riayət edilmədən gizlədilmiş əməliyyatlara dair vergilərin hesablanmasını əsassız hesab etmişdir. İddiaçının ikili mühasibatlıq aparması bir daha onu sübut edir ki, iddiaçının məqsədi vergidən yayınmaq olmuş, ona görə də yoxlama zamanı müəyyən edilmiş əməliyyatları qara mühasibatlıqda əks etdirərək uçotdan yayındırmış və həmin əməliyyatları bəyan etməməklə xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmışdır. Operativ vergi nəzarəti zamanı iddiaçıdan götürülmüş sənədlərlə, əldə edilmiş bank sənədləri ilə, müəyyən edilir ki, iddiaçının yoxlamanın əhatə etdiyi dövr üzrə vergi orqanına təqdim etdiyi bəyannamə məlumatları həqiqəti əks etdirməmişdir. İddiaçının ikili mühasibatlıq apararaq vergi tutulan əməliyyatları vergi orqanına bəyan etməməsi və əməliyyatların uçotunu “qara mühasibatlıq”da əks etdirməsi, iddiaçını həmin əməliyyatlara görə hesablanmalı vergiləri dövlət büdcəsinə ödəməsi vəzifəsindən azad edilməsi əsası kimi baxıla bilməz. İddiaçı iddia ərizəsində ikili mühasibatlıq aparmasının səbəblərini əsaslandıra bilməmiş, sadəcə əldə edilmiş qara mühasibatlıq sənədlərinin rəsmi sənəd olmamasını qeyd etməklə məsuliyyətdən yayınmağa çalışmışdır. Eyni zamanda iddiaçının fəaliyyəti üzrə 1.121.640,56 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı əsasında toplanmış material üzrə xx.xx.2020-ci il tarixdə Vergilər Nazirliyinin Vergi X1 Baş İdarəsində Azərbaycan Respublikası CM-in 213.3-cü maddəsi ilə cinayət işi başlanmış və hal-hazırda ********* nömrə ilə istintaqı davam etdirilir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 iddia tələbinə dair yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). İşin faktiki halları( adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir): xx.xx.2019-cu il tarixli **********176569 №li Səyyar vergi yoxlaması aktından görünür ki, Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi xx.xx.2019-cu il tarixli **********175634 saylı qərarına əsasən Cavabdeh Vergi auditi idarəsinin İstehsal sahələri üzrə şöbəsinin baş dövət vergi müfəttişi vergi xidməti müşaviri X13 tərəfindən X11 üzrə aşağıda siyahısı verilən tədiyyə və dövrlərdə-gəlir vergisi 2017-ci il; torpaq vergisi 2017-ci il-2018-ci il; muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi 2017-ci il- 2018-ci il; aksiz vergisifevral 2017-ci il dekabr 2018-ci il; ödəmə mənbəyində tutulan vergi 1-ci rüb 2017-ci il-4-cü rüb 2018-ci il; əlavə dəyər vergisi fevral 2017-ci il-dekabr 2018-ci il; sadələşdirilmiş vergi 1ci rüb 2017-ci il -1-ci rüb 2018-ci il Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama xx.xx.2019-cu il tarixdə başlanılmış və xx.xx.2019-cu il tarixdə başa çatmışdır. Yoxlama zamanı Vergilər Nazirliyi yanında Vergi X1 Departamentinin xx.xx.2019-cu il, **********6025 nömrəli “Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi haqqında” qərarı üzrə vergi ödəyicisində keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı sahibkardan 2018-ci ildə aparılmış əməliyyatları əks etdirən “qara mühasibatlıq” sənədləri götürülmüşdür. Yoxlama zamanı həmin sənədlər araşdırıldıqda 2018-ci il üzrə real istehsal və satış həcminin ilkin mühasibat sənədlərində əks etdirilmiş anoloji göstəricilərin dəfələrlə artıq olduğu müəyyən edilmişdir. Səyyar vergi yoxlaması ilə 2018-ci il üzrə vergilər yoxlamaya təqdim edilmiş ilkin mühasibat sənədləri və VCİAD-nin nümayəndələri tərəfindən götürülmüş “qara mühasibatlıq” sənədlər əsasında hesablanmışdır. Yoxlama nəticəsində müəyyən olunmuşdur ki, sahibkar xx.xx.2018-ci il tarixdən ƏDV məqsədləri üçün qeydiyyata durmaq üçün könüllü qaydada ərizə ilə müraciət etmişdir. Sahibkar ƏDV ödəyicisi kimi qeydiyyata alınmış və qeydiyyat xx.xx.2018-ci il tarixdən qüvvəyə minmişdir. Sahibkar tərəfindən xx.xx.2018-xx.xx.2019-cu il dövr üzrə təqdim edilmiş ƏDV bəyannamələrində ümumi vergiyə cəlb edilən dövriyyə 592.356,9 manat, ondan hesablanan ƏDV-si 106.624,24 manat, əvəzləşdirilən ƏDV-si 78.664,1 manat göstərilməklə büdcəyə ödənilməli 27.960,14 manat ƏDV hesablanmışdır. Qeyd olunan yoxlama ilə həmin dövr üzrə ƏDV aşağıdakı kimi hesablanmışdır. Yoxlamada vergilərin hesablanması üçün istifadə olunmuş, Vergilər Nazirliyi yanında Vergi X1 Departamentinin əməkdaşları tərəfindən sahibkardan götürülmüş 2018-ci ildə aparılmış əməliyyatları əks etdirən “qara mühasibatlıq” sənədlərində sahibkarın yoxlanılan dövrdə real istehsal və satış həcminin ilkin mühasibat sənədlərində əks etdirilmiş anoloji göstəricilərindən dəfələrlə artıq olduğu müəyyən edilmişdir. Bu səbəbdən yoxlama ilə vergilərin, o cümlədən ƏDV-nin hesablanması məqsədi ilə vergi tutulan əməliyyatların dəyəri həmin sənədlərdə əks etdirilmiş məlumatlara əsasən hesablanmışdır. Yoxlama aktına əlavə olunmuş dövriyyənin hesablama və ƏDV-nin müqayisəli cədvəllərindən göründüyü kimi, xx.xx.2018-xx.xx.2019-cu il dövr üzrə ƏDV-yə 18% dərəcə ilə cəlb edilən dövriyyənin 6.681.659,0 manat olduğu müəyyən edilmişdir. Yoxlama ilə həmn məbləğdən 18 % dərəcə ilə 1.202.698,62 manat ƏDV hesablanmışdır. Təqdim edilmiş bəyannamələrdə əks etdirilmiş əvəzləşdirilən ƏDV-nin düzgünlüyü yoxlanıldıqda sahibkar tərəfindən 80,3 manat ƏDV-nin artıq əvəzləşdirildiyi müəyyən edilmişdir. Beləliklə, yoxlama nəticəsində sahibkarın xx.xx.2018-xx.xx.2019-cu il dövr üzrə ƏDV-yə 18 % dərəcə ilə cəlb edilən ümumi dövriyyənin 6.681.659,0 manat olduğu müəyyən edilmiş, ondan 1.202.698,62 manat ƏDV hesablanmış, əvəzləşdirilən ƏDV-nin 78.583,80 manat müəyyən edilməklə büdcəyə ödənilməli 1.124.114,82 manat ƏDV hesablanmışdır. Yoxlama ilə sahibkar tərəfindən təqdim edilmiş ƏDV bəyannamələrində (kameral hesablamalar nəzərə alınmaqla) büdcəyə ödənilməli ƏDV-nin 1.096.154,68 manat azaldılması müəyyən edilmişdir. Yoxlanılan dövrdə vergi ödəyicisi tərəfindən 2017-ci ilin İ-İV rübləri və 2018-ci ilin İ rübü üzrə sadələşdirilmiş vergi bəyannamələri təqdim edilmiş, vergiyə cəlb edilən ümumi hasilat 223.860,8 manat məbləğində göstərilmiş və həmin hasilatdan Vergi Məcəlləsinin 220.1-ci maddəsi ilə Bakı şəhərində fəaliyyət göstərən vergi ödəyiciləri üçün nəzərdə tutulmuş 4% dərəcə ilə 8.954,43 manat məbləğində sadələşdirilmiş vergi hesablanmışdır. xx.xx.2018-ci il tarixindən sahibkar ƏDV məqsədləri üçün qeydiyyatdan keçmişdir. Hazırki yoxlama ilə yoxlanılan dövr üzrə sadələşdirilmiş vergi aşağıdakı kimi hesablanmışdır: Yoxlama ilə sahibkarın yoxlanılan dövr üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək sadələşdirilmiş verginin ödəyicisinin olduğu, xx.xx.2018-ci il tarixdən ƏDV məqsədləri üçün qeydiyyata durmağa və həmin tarixdən 2018-ci il tarixdən ƏDV-nin hesablanmasına dair öhdəliyin yaranması müəyyən edilmişdir. Yoxlama zamanı toplanmış materiallara, o cümldən sahibkardan götürülmüş “qara mühasibatlıq” sənədlərinə əsasən (“qara mühasibatlıq” sənədlərində 2018-ci ildə aparılan faktiki əməliyyatlar əks etdirilmişdir) vergi ödəyicisinin fevral 2017-yanvar 2018-ci il dövrdə, yəni ardıcıl 12 aylıq dövrdə vergi tutulan əməliyyatlarının həcmi 846.707,84 manat təşkil etdiyindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 155.1-ci və 157.3.1-ci maddələrinə uyğun olaraq ƏDV məqsədləri üçün qeydiyyatı xx.xx.2018-ci il tarixdən qüvvəyə minməli olduğu müəyyən edilmişdir. Yoxlama aktına əlavə olunmuş hesablama cədvəlindən və yuxarıda göstərilənlərdən göründüyü kimi, yoxlanılan dövrdə sahibkarın 2017-ci ilin 1-ci rübündən 2018-ci ilin 1-ci rübünədək (yalnız yanvar ayı) olan dövr üzrə sadələşdirilmiş verginin ödəyicisinin olması, bu vergi növü məqsədləri üçün ümumi hasilatın 861.007,8 manat olduğu müəyyən edilmiş və ondan Vergi Məcəlləsinin 220.1-ci maddəsinə əsasən 4% dərəcə ilə 34.440,31 manat məbləğində vergi hesablanmışdır. Aktdan və əlavə olunmuş cədvəllərdən göründüyü kimi, yoxlama nəticəsində sahibkar tərəfindən 2017-ci il üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrində kənarlaşma aşkar edilməmiş, 2018-ci ilin İ rübü üzrə təqdim edilmiş bəyannamədə sadələşdirilmiş verginin 25.485,88 manat azaldılması müəyyən edilmişdir. 2018-ci ilin fevral-mart ayları üzrə (yəni, ƏDV-nin ödəyicisi olduğ, lakin bu məqsədlər üçün qeydiyyatdan keçməmiş dövr üzrə) ƏDV-yə cəlb edilən ümumi dövriyyənin 1.484.533,0 manat olduğu müəyyən edilmişdir. Yoxlama ilə həmin məbləğdən 18 % dərəcə ilə 267.215,94 manat ƏDV hesablanmışdır. Yoxlama ilə sahibkarın xx.xx.2018-xx.xx.2018-ci il dövr üzrə bəyannamə təqdim etməməklə 267.215,94 manat ƏDV-nin yayındırılması müəyyən edilmişdir. Yoxlamanın nəticəsi olaraq Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə dəyər vergisinin ayrı-ayrı hesabat dövrləri üzrə təqdim edilmiş bəyannamələrdə göstərilmiş məbləğin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 1.096.154,68 manat azaldılmasına görə azaldılmış məbləğin 50 faiz miqdarında və ya 548.077,34 manat məbləğində; fevral – mart 2018-ci il dövr üzrə bəyannamə təqdim etməməklə ƏDV-nin 267.215,94 manat yayındırılmasına görə, yayındırılmış məbləğin 50 % miqdarında və ya 133.607,97 manat məbləğində; 2018-ci ilin İ rübü üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsində göstərilmiş məbləğin, bəyannamədə göstərilməli olan məbləğə nisbətən 25.485,88 manat azaldılmasına görə azaldılmış məbləğin 50 % miqdarında və ya 12.742,94 manat məbləğində; Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən əlavə dəyər vergisi bəyannamələrin əsas olmadan müəyyən edilmiş müddətdə təqdim etməməsinə görə cəmi 80,0 manat maliyyə sanksiyalarının tətbiq edilməsi təklif olunmuşdur. Vergilər Nazirliyi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2019-cu il tarixli **********194822 №li qərarla X10 1.388.856,50 (2018-ci il üzrə azaldılmış ƏDV 1.096.154,68 manat; 2018-ci il üzrə azaldılmış sadələşdirilmiş vergi 25.485,88 manat; 2018-ci il üzrə büdcəyə ödənilməli olan ƏDV (qeydiyyatsız) 267.215,94 manat) məbləğində əlavə vergi hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 694.508,25 manat maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. İddiaçıya “Vergi borcunun, fazilərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********967900 №li tələbnamə göndərilərək, büdcəyə ödənilməli olan 2.083.364,75 manat vəsaitin 5 gün müddətində ödənilməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/2785 №li xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, ekspert belə nəticəyə gəlmişdir ki, ekspert qarşısında qoyulmuş sual və təqdim edilmiş sənədlər (bank çıxarışı, ƏDV depozit hesabından çıxarış, alınmış və satılmış mallar üzrə elektron qaimə fakturalar, elektron vergi hesab fakturaları, bəyannamələr) nəzərə alınmaqla səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində fiziki şəxs X11 tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan vergilərin az hesablanması müəyyən olunmadı. Yuxarıda qeyd olunanlardan aydın olur ki, həyata keçirilmiş səyyar vergi yoxlaması nəticəsində X3na cavabdeh vergi orqanı tərəfindən əlavə vergi məbləğinin hesablanmasına əsas “qara mühasibatlıq” sənədləri olmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. - vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; (67.1.1) - vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; (67.1.2.) - vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; (67.1.3) - vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; (67.1.4) - vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; (67.1.5) - vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; (67.1.6) - vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; (67.1.7) - vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; (67.1.8) - vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. (67.1.9) Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: - eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; (67.2.1) - eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; (67.2.2) - fəaliyyət göstərilən ərazi. (67.2.3) Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. Sadalanan normaların təhlilindən aydın olur ki, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda və s.) mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti, vergi ödəyicisi tərəfindən istehsal olunmuş və ya təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlardan və s.) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Həmin maddənin məzmunundan həm də o nəticə əldə olunur ki, vergilərin hesablanması zamanı istifadə edilən əlaqəli məlumatlar yalnız rəsmi məlumatlar olmalıdır. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.6-cı maddəsinə əsasən mühasibat uçotu – mühasibat uçotu subyektlərinin aktivləri, öhdəlikləri, kapitalı, gəlir və xərcləri barədə məlumatların yığılması, qeydiyyatı və ümumiləşdirilməsi, habelə maliyyə, vergi və digər hesabatların tərtib edilməsi məqsədi ilə baş vermiş maliyyətəsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında məlumatların analitik və sintetik uçotunun aparılmasıdır. Həmin Qanunun 2.1.10-cu maddəsinə əsasən mühasibat uçotu sənədi - ilkin uçot sənədləri, mühasibat uçotu registrləri, maliyyə hesabatları, habelə uçotun formalaşdırılması üçün tərtib edilən sənədlərdir. Həmin Qanunun 2.1.11-ci maddəsinə əsasən ilkin uçot sənədləri – maliyyətəsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 1.1-ci bəndinə əsasən bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 130.1-1-ci maddəsinə əsasən hazırlanmışdır və istehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması ilə bağlı münasibətləri tənzimləyir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən istehsal sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri mühasibat uçotunun, gəlirlərin (xərclərin) və vergitutma obyektlərinin, o cümlədən əmtəə-material ehtiyatlarının uçotunun aparılması, habelə uçot sənədlərinin tərtib edilməsi və saxlanması ilə bağlı Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələri, habelə onlara uyğun qəbul edilmiş digər qanunvericilik aktlarının tələblərini yerinə yetirməyə borcludurlar. Həmin Qaydaların 9-cu bəndinə əsasən bu Qaydada nəzərdə tutulan “Elektron qaimə-faktura”, “İstehsal ehtiyatlarının elektron alış aktı”, “Malların alınması üçün vəkalətnamə” və “Yük avtonəqliyyatı üçün yol vərəqi” istisna olmaqla, “İstehsal ehtiyatlarının təhvil-qəbul aktı”, “İstehsal ehtiyatlarının alış aktı”, “İstehsal ehtiyatlarının təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”, “Malların (hazır məhsulların) təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”, “Alış sifarişi”, “Hazır məhsulların təhvil-qəbul aktı”, “İstehsal ehtiyatlarının buraxılışı tələbnaməsi”, “İstehsal ehtiyatlarının istehsala buraxılışı qaiməfakturası”, “Köməkçi istehsal məhsullarının əsas istehsala buraxılışı qaimə-fakturası”, “Zay məhsullara dair akt”, “Zay məhsulların təhvil-qəbul aktı”, “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt”, “Hazır məhsulların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” və “Fövqəladə hallarda malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması barədə akt” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi formada vergi ödəyicisi tərəfindən kağız və ya elektron daşıyıcıda hazırlanaraq tətbiq edilir. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın 1.4-cü bəndinə əsasən ciddi hesabat blankları təşkilati-hüquqi formasından asılı olmayaraq, təşkilatların və fərdi sahibkarların maliyyə-təsərrüfat fəaliyyətində əmtəəpul dövriyyəsini əks etdirən, forma və rekvizitləri müəyyən olunmuş qaydada təsdiq edilən, xüsusi seriya və nömrəsi olan ilkin uçot sənədidir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən ciddi hesabat blanklarını onlara oxşar rekvizitlərə malik olan, ciddi hesabat blankları sayılmayan ilkin uçot sənədləri ilə əvəz etmək yol verilmir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2017-ci il tarixli Q-01 saylı Qərarı ilə təsdiq edilmiş “X4 Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”nın 7.1-ci bəndinə əsasən mühasibat uçotu subyektləri Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş ilkin uçot sənədlərinin və uçot registrlərinin formalarından istifadə edir. Təsərrüfat əməliyyatlarının baş verməsi faktını əks etdirən ilkin uçot sənədləri mühasibat uçotu registrlərində yazılışlar üçün əsas hesab olunur. Həmin Qaydaların 7.2-ci bəndinə əsasən ilkin uçot sənədləri özündə sənədin (formanın) adı, nömrəsi, kodu, tərtib edilmə yeri, tarixi, sənədi tərtib edən mühasibat uçotu subyektinin adı, təsərrüfat əməliyyatlarının məzmunu, məsul şəxslərin vəzifələri, soyadı, adı, atasının adı, şəxsi imzaları kimi zəruri rekvizitlər əks etdirir. Əməliyyatların xarakterindən və mühasibat uçotu subyektinin fəaliyyətinin xüsusiyyətindən asılı olaraq ilkin uçot sənədlərinə digər əlavə rekvizitlərin daxil edilməsinə yol verilir. Həmin Qaydaların 7.3-cü bəndinə əsasən ilkin uçot sənədləri əməliyyatların baş verdiyi anda, bu mümkün olmadıqda isə əməliyyatlar başa çatdıqdan sonra tərtib edilməlidir. Yuxarıda qeyd olunan normaların qarşılıqlı təhlilindən belə nəticə əldə olunur ki, müəssisə və təşkilatlar, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslər mühasibat uçotunu, o cümlədən vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunu Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirməli və aparılan maliyyə-təsərrüfat əməliyyatlarını baş verdiyi anda (bu mümkün olmadıqda başa çatdıqdan sonra) qanunla müəyyən edilmiş qaydada təsdiq edilmiş, zəruri rekvizitləri özündə ehtiva edən və ciddi hesabat blankı sayılan ilin uçot sənədləri əsasında rəsmiləşdirməlidir. İş materialarından, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, X11 vergitutma məqsədləri üçün gəlir və xərclərinin uçotunu qanunla müəyyən edilmiş qaydada (elektron qaimə faktura, elektron vergi hesab faktura, bank çıxarışları və digər sənədlər ilə) rəsmiləşdirmiş və onun tərəfindən təqdim edilmiş vergi bəyannamələri ilə ilkin mühasibatlıq sənədləri arasında hər hansı kənarlaşma aşkar edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X3 apardığı əməliyyatları, eləcə də vergitutma məqsədləri üçün gəlir və xərclərinin uçotunu qanunla müəyyən edilmiş qaydada apardığı halda, cavabdeh vergi orqanı “qara mühasibatlıq” sənədlərini əsas götürərək iddiaçıya əlavə vergi məbləği hesablayarkən qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, yuxarıda qeyd olunan normaların tələblərinə əsasən vergi orqanı vergilərin hesablanması zamanı əlaqəli məlumat qismində yalnız rəsmi sənədlərdən, başqa sözlə desək Vergi Məcəlləsi, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun tərtib edilmiş, vergi ödəyicisinin vergitutma məqsədləri üçün gəlir və xərclərini təsdiq edən ilkin uçot sənədlərindən istifadə etməli olduğu halda, sonuncu qanunvericiliyin tələblərini pozaraq mənbəyi bəlli olmayan və mötəbərliyi şüphə doğuran “qara mühasibatlıq” sənədlərindən istifadə etmişdir ki, bu da nəticədə X10 əsassız və qanunsuz əlavə vergi məbləğinin hesablanmasına əsas olmuşdur. İş materiallarına əlavə edilmiş “qara mühasibatlıq” sənədləri ilə bağlı məhkəmə əlavə olaraq qeyd edir ki, həmin sənədlərin kimə məxsus olması, hansı tarixdə tərtib edilməsi və hansı hesabat dövrünü əhatə etməsi qeyri-müəyyəndir ki, bu da həmin sənədlərin vergilərin hesablanması zamanı mənbəyi bəlli olan (əlaqəli) məlumat qismində istifadə edilməsini mümkünsüz edir. Məhkəmə hesab edir ki, məhkəmə araşdırması nəticəsində cavabdeh vergi orqanı iddiaçı X2 vergi yoxlaması ilə əhatə olunan hesabat dövrləri üzrə 25.485,88 manat Sadələşdirilmiş vergi və 1.363.370,62 manat Əlavə dəyər vergisinin hesablanmasına əsas olan hər hansı mötəbər sübut təqdim edə bilməmiş və həmin hesablamaların əsaslı olmasını sübuta yetirə bilməmişdir, əksinə iş materiallarına əlavə edilmiş mühasibatlıq sənədləri və Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli ekspert rəyi əsasında X3 tərəfindən yoxlama ilə əhatə olunan hesabat dövrləri ərzində dövlət büdcəsinə ödənilməli olan vergilərin düzgün hesablandığı və hər hansı kənarlaşmaya (vergilərin az hesablanması hallarına) yol verilmədiyi müəyyən edilmişdir. Halbuki, qanunvericiliyin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsi). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) tərəfindən X3 barəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********194822 №li qərarı ləğv olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq X3ndan 100 (bir yüz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) tərəfindən X3nun barəsində qəbul edilmiş xx.xx.2019-cu il tarixli, **********194822 №li “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı ləğv olunsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq X3ndan 100 (bir yüz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-2400/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2400/2020
15.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver