Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2400/2023 18.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Babaşova Səbunə Firəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “eyvanın təmir edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona məxsus Bakı şəhəri, ünvan 8 nömrəli binanın 29 nömrəli mənzilinin qəzalı vəziyyətdə olan eyvanının yaralı vəziyyətə salıb ondan istifadə etməyinə şərait yaradılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova 203, mənzil 29-da yaşayır. Salatın Əsgərova küçəsində Bakı metropolitenin inzibati binasının işə düşməsilə əlaqədar yaşadığı binanın fasadı guya ki yeni tipli rekonstruksiyaya məruz qalaraq 102 yaşlı binanın üz səthini və eyvanını təmir etmişlər. Qədimdən olan evin eyvanını sökərək ağır dəmir konstruksiyadan üzlük çəkdilər və bundan sonra da eyvanda qəzalı vəziyyət yaranmışdır. Ərizəsinə əlavə etdiyi fotoşəkillərdən bütün vəziyyəti görmək olar. Bu işlər görüldükdən, müəyyən müddət keçdikdən sonra üzlük dəmir konstruksiya əsaslı eyvanı yerindən çıxarıb qəzalı vəziyyət yaratmışdır. Artıq 3 ildən çoxdur ki, bu eyvanı istifadə edə bilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdehin iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Bakı şəhəri ərazisində dövlət mənzil fonduna aid olan binaların əksər hissəsi keçən əsrin əvvəlləri və ortalarında inşa edildiyindən, bu binaların yükdaşıyan konstruksiyaları uzun müddətli istismar nəticəsində fiziki aşınmaya məruz qalaraq qəzalı vəziyyətə düşmüş və orada yaşayan sakinlərin həyatı üçün təhlükə mənbəyinə çevrilmişdir. Bunu nəzərə alaraq, “Bakı Şəhər İcra Hakimiyyətinin balansında və xidmət dairəsində olan dövlət mənzil fonduna aid binaların qəzalı vəziyyətdə olub-olmamasının araşdırılması məqsədilə komissiyanın yaradılması haqqında” Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 2008-ci il 05 iyun tarixli, 311 nömrəli Sərəncamı imzalanmışdır. Həmin komissiyanın tərkibində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli tapşırığına əsasən Fövqəladə Hallar Nazirliyinin, Maliyyə Nazirliyinin, X3 iyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələrinin də iştirakı təmin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli tapşırığı ilə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 2008-ci il 05 iyun tarixli, 311 nömrəli Sərəncamının icrası ilə əlaqəda| Nəsimi rayonu ərazisində dövlət mənzil fonduna aid XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 binanın qazalı vəziyyətdə olması müəyyən edilmiş, o cümlədən İddiaçı oqlu yaşadıqları bina, yəni Salatın Əsgərova küçəsində yerləşən 3 mərtəbədən ibarət, 3 girişli 1918-ci ildə istismara qəbul edilmiş 203 nömrəli bina da həmin siyahıda öz əksini tapmışdır. Mütəxəssislər tərəfindən baxış keçirilmiş və yaşayış binasında aşağıda qeyd edilən qüsurlar müşahidə olunmuşdur: - yükdaşıyan divarlarların pəncərə oyuqlarının üstündə çat olduğundan gücləndirmə təmir işləri aparılmalıdır; - binanın küçə eyvanları, örtüyü və karniz elementləri (töküldüyü müşahidə olunduğundan) konstruksiyaları istismara yarasız olduğundan əsaslı təmir işləri aparılmalıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli Qərarı ilə Bakı şəhərinin bir sıra rayonlarının, o cümlədən Nəsimi rayonu üzrə 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 qəzalı vəziyyətdə olan yaşayış binasının, habelə rayonun ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial obyektlərinin sökülməsi və yenidən qurulması, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırma sənədlərinin hazırlanması (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitdktura Komitəsi ilə razılaşdırılması qərara alınmışdır. Sözügedən Qərarın 1-ci bəndirlıə əsasən 5 il müddətində mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblər nə əməl etməklə, şəhərin görünüşə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çcxmənzilli yaşayış binalarının tkintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazisindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi Cavabdehnə həvalə edilmişdir. Lakin investr tapılmadığı üçün ünvan 1 ünvanındakı yaşayış binasının yerində yeni müasir yaşayış binası inşa edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli, 482 nömrəli Qərarı ilə Azərbaycian Respublikası Prezidentinin “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmi ləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 1 avqust tarixli 226 nömrəli Fərmanının 4.3-cü bəndinin icrasını təmin etmək məqsədilə “Bakı şəhərinin Suraxanı, Nə$;imi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosialiqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 25 fevral tajrixli, 86 nömrəli Qərarı ləğv edilmiş və bu Qərar qüvvəyə mindiyi gündən 7 (yeddi) iş günü müddətində 4-cü hissədə qeyd edilən tikintiyə icazə icraatına başlanılmış (layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş) tikinti layihələri barədə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məlumatın təqdim edilməsi həvalə edilmişdir. 7. Bakı metropolitenin yerli inzibati binası 2014-cü ildə istismara qəbul olunmuş və onun ətrafındakı binaların cari təmiri iddiaçının eyvanına heç bir təsir etməmişdir. Sözügedən bina 2008-ci ildər) qəzalı vəziyyətdədir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. -Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsinin xx.xx.1996-cı il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, ünvan 8 nömrəli binanın 29 nömrəli mənzil mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Birliyinin verdiyi xx.xx.2022-ci il tarixli, 0/850 nömrəli məktubda bildirilmişdir ki, Nəsimi rayonu, S.Əsgərova küçəsi 203 saylı binanın balanssaxlayıcısı Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyidir. Həmin binanın qəzalı vəziyyətdə olması haqqında qərarın qəbul edilib-edilməməsi barədə Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində rəsmi məlumat yoxdur. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhər İcra Hakimiyyəti Əsaslı Tikinti və Təmir MMC-nin verdiyi xx.xx.2023-cü il tarixli, 3-52-3/2-131/2023 nömrəli məktubda bildirilmişdir ki, Bakı şəhərində dövlət mənzil fonduna aid olan yaşayış binalarında təmir işləri mərhələli şəkildə və təqdim edilmiş siyahıya əsasən növbəliliklə həyata keçirilməkdədir. Cari il üçün həmin işlərlə bağlı təsdiq edilmiş titul siyahısında ünvan 2 ünvan mövcud olmadığından həmin binanın eyvanının təmiri mümkün olmamışdır. 16 saylı Mənzil İstismar Sahəsinin məhkəmə sorğusuna cavab olaraq xx.xx.2023cü il tarixli 91 nömrəli məktubunda bildirilmişdir ki, Salatın Əsgərova 203, mənzil 29 ünvanında eyvanın qəzalı vəziyyətdə olması barədə aidiyyəti qurumlara məlumat vermişik. Cavabdeh tərəfindən qəzalı binaların siyahısında Bakı şəhər İcra Hakimiyyətinə elektron qaydada qəzalı binalar haqqında siyahı verilib. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Bakı şəhəri, ünvan 8 nömrəli binanın 29 nömrəli mənzilinin qəzalı vəziyyətdə olan eyvanının təmiri ilə bağlı müraciəti məhkəmə qərardadının əsaslandırıcı hissəsindəki hüquqi mövqeyi nəzərə alınmaqla araşdırılması və müvafiq cavab verilməsi üçün Cavabdehnə 2 (iki) aylıq müddət təyin edilmiş, Cavabdeh həmin müddət ərzində müraciətə baxılmanın nəticəsi barədə məhkəməyə məlumat verməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2400/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Bakı şəhəri, ünvan 8 nömrəli binanın 29 nömrəli mənzilinin qəzalı vəziyyətdə olan eyvanının təmiri ilə bağlı müraciətinə məhkəmə qərardadının əsaslandırıcı hissəsindəki hüquqi mövqeyi nəzərə alınmaqla araşdırılması və müvafiq cavab verilməsi üçün Cavabdehnə 2 (iki) aylıq müddət təyin edilmişdir. Qərardadın icrası ilə əlaqədar Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh xx.xx.2023-cü il tarixli, 5-15/2-6-1339/23 nömrəli məktubu ilə göndərilmiş sənədlərin surətindən görünür ki: -Bakı şəhəri Cavabdeh başçısının aparatının Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 5-15/2-3- 1138/23 nömrəli məktubunda bildirmişdir ki, Vətəndaş İddiaçı dəfələrlə 2020-2023-cü illərdə Cavabdehnə müraciət edərək ona məxsus Bakı şəhəri, ünvan 8 nömrəli binanın 29 nömrəli mənzilinin qəzalı vəziyyətdə olan eyvanının təmir edilməsini xahiş etmişdir. Cavabdeh Aparatına ünvanlanmış İddiaçı ərizələri aidiyyəti üzrə baxılması üçün binanın balansaxlayıcisi kimi Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərilmişdir. Ərizələrdə İddiaçı qeyd etmişdir ki, Bakı metropoliteninin yeni inzibati binasının istifadəyə verilməsi ilə əlaqədar onun yaşadığı 203 nömrəli binanın fasadına müvəqqəti olaraq dəmir konstruksiyalardan ibarət üzlük çəkilmiş, üzlük söküldükdən sonra eyvan qəzalı vəziyyətə düşmüşdür. Vətəndaş İddiaçı onun müraciətlərinə Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən müsbət yanaşılmadığını, müraciətinə uyğun müvafiq tədbirlər görülmədiyini, təhlükəzliyinə biganə yanaşılmasını əsas gətirərək Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə baxışı zamanı 16 saylı MKİS-in məhkəməyə verdiyi xx.xx.2023-cü il tarixli 91 nömrəli nömrəli cavab məktubunda Salatın Əsgərova küçəsi 203, mənzil 29 ünvanında eyvanın qəzalı vəziyyətdə olması barədə aidiyyəti qurumlara məlumat verildiyi bildirilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq aşağıdakı sualların cavablandırılmasına zərurət yaranmışdır. 1. Bakı şəhəri, ünvan 8 nömrəli binanın 29 nömrəli mənzilinin eyvanının qəzalı vəziyyətdə olması nə vaxt, hansı dövlət orqanı tərəfindən müəyyən olunmuşdur ? 2. 2020-2023-cü illərdə ünvan 8 nömrəli binanın 29 nömrəli mənzilinin qəzalı vəziyyətdə olan eyvanının titul siyahısına salınması ilə bağlı müraciətlərin olub-olmaması ? Yuxarıda qeyd olunanları nəzərə alaraq məsələnin araşdırılması və nəticəsi barədə RİH-nə məlumat verilməsi Sizdən xahiş edirik. - Bakı şəhəri Cavabdeh başçısının aparatının Nəsimi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 5-15/2-3-1047/23 nömrəli məktubunda bildirmişdir ki, Vətəndaş İddiaçı dəfələrlə 2020-2023-cü illərdə Cavabdehnə müraciət edərək ona məxsus Bakı şəhəri, ünvan 8 nömrəli binanın 29 nömrəli mənzilinin qəzalı vəziyyətdə olan eyvanının təmir edilməsini xahiş etmişdir. Cavabdeh Aparatına ünvanlanmış İddiaçı ərizələri aidiyyəti üzrə baxılması üçün binanın balansaxlayıcisi kimi Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərilmişdir. Ərizələrdə İddiaçı qeyd etmişdir ki, Bakı metropoliteninin yeni inzibati binasının istifadəyə verilməsi ilə əlaqədar onun yaşadığı 203 nömrəli binanın fasadına müvəqqəti olaraq dəmir konstruksiyalardan ibarət üzlük çəkilmiş, üzlük söküldükdən sonra eyvan qəzalı vəziyyətə düşmüşdür. Vətəndaş İddiaçı onun müraciətlərinə Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən müsbət yanaşılmadığını, müraciətinə uyğun müvafiq tədbirlər görülmədiyini, təhlükəzliyinə bigənə yanaşılmasını əsas gətirərək Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə baxışı zamanı 16 saylı MKİS-in məhkəməyə verdiyi xx.xx.2023-cü il tarixli 91 nömrəli nömrəli cavab məktubunda Salatın Əsgərova küçəsi 203, mənzil 29 ünvanında eyvanın qəzalı vəziyyətdə olması barədə aidiyyəti qurumlara məlumat verildiyi bildirilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq aşağıdakı sualların cavablandırılmasına zərurət yaranmışdır. Bakı şəhəri, ünvan 8 nömrəli binanın 29 nömrəli mənzilinin eyvanının qəzalı vəziyyətdə olması nə vaxt, hansı dövlət orqanı tərəfindən müəyyən olunmuşdur? 2. Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən ötən müddət ərzində neçə dəfə Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə və Bakı şəhər İcra Hakimiyyəti "xxxx" MMC-yə müraciət olunmuşdur? Əgər müraciətlər edilməyibsə hansı səbəbdən olmayıb? 3. 2020-2023-cü illərdə ünvan 8 nömrəli binanın 29 nömrəli mənzilinin qəzalı vəziyyətdə olan eyvanının titul siyahısına salınması ilə bağlı müraciətlərin olub-olmaması? Yuxarıda qeyd olunanları nəzərə alaraq məsələnin araşdırılması və nəticəsi barədə 10 gün müddətində RlH-nə məlumat verilməsi, həmçinin məktuba Nəsimi rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyi tərəfindən müvafiq qaydada təsdiq olunmuş Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə və Bakı şəhər İcra Hakimiyyəti "xxxx" MMC-yə edilmiş müraciətlər və onların cavablarının əlavə edilməsini Sizdən xahiş edirik. - Bakı Şəhər Cavabdeh Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Cavabdehnə ünvanladığı xx.xx.2023-cü il tarixli, 0/696 nömrəli məktubunda bildirilmişdir ki, Nəsimi rayonu, S.Əsgərova küçəsi 203 saylı binanın 29 saylı mənzilinin sakini vət.İddiaçı yaşadığı mənzilin eyvanının qəzalı vəziyyətdə olması barədə Cavabdehnə ünvanlamış olduğu müraciət əsasında Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə daxil olmuş məktuba baxılmışdır. Bildiririk ki, Nəsimi rayonu, S.Əsgərova küçəsi 203 saylı binanın 29 saylı mənzilinin eyvanının qəzalı vəziyyətdə olması ilə bağlı hər hansı bir dövlət orqanının sərəncamının olması və ya olmaması barədə Mənzil Kommunal Təsərrüfatı Birliyində rəsmi sərəncam yoxdur. Həmin eyvanın təmir edilməsi ilə bağlı tərəfimizdən Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinə H-19 saylı xx.xx.2023-cü il tarixli məktuba müraciət olunmuş və eyvanları qəzalı vəziyyətdə olan binaların titul siyahısına salınmışdır. Qeyd edirik ki, bununla bağlı tərəfimizdən Bakı şəhər İcra Hakimiyyəti "xxxx" MMC-yə müraciət olunmamışdır. -Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 2008-ci il 05 iyun tarixli, 311 nömrəli Sərəncamının icrası ilə əlaqədar xx.xx.2022-ci il tarixli Nəsimi MKTB-nin balansında olan qəzalı, kəskin qəzalı, nisbətən qəzalı vəziyyətdə olan binaların siyahısında Salatın Əsgərova 203 nömrəli bina, binanın “keçid meydançasının və dam örtüyünün konstruksiyaları istismara yararsız olduğundan” əsaslı təmir işləri aparılmalı olduğu qeyd edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2023-cü il tarixli 3-52- 13/2-651/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan dövlət mənzil fonduna aid Bakı şəhəri, ünvan 8 saylı evin 29 saylı mənzilin eyvanının qəzalı vəziyyətdə olması ilə əlaqədar balanssaxlayan təşkilatın verdiyi məlumat Departament tərəfindən təmir-bərpa işlərinin aparılması məsələsinə baxılması üçün müvafiq texniki göstəriciləri özündə əks etdirən siyahı Bakı Şəhər İcra Hakimiyyəti Əsaslı Tikinti və Təmir Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmişdir. Bu məqsədlər üçün vəsait ayrılacağı təqdirdə şəhər ərazisində təmirə ehtiyacı olan digər yaşayış binaları ilə birgə ardıcıllıq əsasında ünvan 8 ünvanındakı binanın da eyvanının təmiri məsələsinə həmin Cəmiyyət tərəfindən baxıla bilər. Eyni zamanda, qeyd edilən ərazinin nəzarətdə saxlanılması və orada yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi barədə binanın balansaxlayan təşkilatı Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə tapşırıq verilmişdir. Azərbaycan Respublikasının mənzil qanunvericiliyinə uyğun olaraq yaradılmış və təsərrüfat hesabı əsasında fəaliyyət göstərən mənzil-istismar təşkilatlarının başlıca vəzifəsi dövlət və ictimai mənzil fondunun istismarını, ondan lazımınca istifadə olunmasını, vətəndaşlara yüksək səviyyədə mənzilkommunal xidmətlərin göstərilməsini təmin etmək, habelə yaşayış sahəsindən istifadə, yaşayış evinin və evətrafı ərazinin vətəndaşlar tərəfindən saxlama qaydalarına nəzarəti həyata keçirməkdən ibarətdir. Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi müstəqil balansa malik olmaqla, balansındakı dövlət mənzil fonduna aid yaşayış binalarının qorunması, istismarının təmin edilməsi, məişət tullantılarının yığılması və rayon ərazisində sanitar təmizliyin təmin edilməsi funksiyalarını həyata keçirən təsərrüfat subyektidir. Mənzil-istismar təşkilatlarında çalışan işçilərin vəzifə borcları Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1984-cü il tarixli, 20 nömrəli qərarı ilə təsdiq edilmiş "Mənzil-istismar təşkilatlarının Nümunəvi əsasnamə"sinə, xx.xx.1984-cü il tarixli, 89 nömrəli qərarı ilə təsdiq edilmiş "Yaşayış sahələrindən istifadə edilməsi, yaşayış evinin və evətrafı ərazinin saxlanılması Qaydalarına və digər normativ sənədlərə uyğun olaraq tərtib edilir. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, 50 saylı sərəncamı ilə Mənzil-Kommunal Təsərrüfatı Departamentinin struktur təşkilatlarının mənzil fondunun, sosial-mədəni və kommunal təyinatlı obyektlərin təmiri, tikintisi və abadlıq işləri üzrə sifarişçi səlahiyyətləri "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmişdir. Bundan əlavə bildiririk ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.3-cü maddəsinə əsasən, qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. Bu Məcəllənin 29.4-cü maddəsinə əsasən, yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. Həmin Məcəllənin 140.1-ci maddəsinə görə, çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmə aşağıdakılara əsasən cavabdeh qismində qoyulmuş inzibati orqanın iddia tələbi üzrə cavabdehliyinin olmaması əsası ilə mümkünsüz sayılması nəticəsinə gəlir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatında inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyətinin qanuniliyi (qərar, hərəkət və ya hərəkətsizliyi) yoxlanılır. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdir. İnzibati orqanın inzibati fəaliyyəti o zaman inzibati mübahisəyə əsas olur ki, inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə şəxsin maddi hüquq normasında ifadə olunan publik hüquqları pozulmuş olsun və ya bu hüquqlara müdaxilə edilmiş olsun. İddia ərizəsindən və iş materiallarından müəyyən olunur ki, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsinin xx.xx.1996-cı il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, ünvan 8 nömrəli binanın 29 nömrəli mənzilin mülkiyyətçisidir. İddiaya əsasən Bakı metropoliteninin inzibati binasının istifadəyə verilməsi ilə əlaqədar iddiaçının yaşadığı 203 nömrəli binanın fasadına dəmir konstruksiyalardan ibarət üzlük çəkilmiş, bundan sonra üzlük dəmirkonstruksiya eyvanı yerindən çıxardaraq qəzalı vəziyyət yaratmışdır. Hazırda da eyvandan istifadə edə bilmir, cavabdeh eyvanın təmiri ilə bağlı müraciətlərinə biganə yanaşmış, yalnız ona təhlükəsizliyi üçün 16 saylı Mənzil istismar sahəsi tərəfindən eyvandan istifadə etməməyi məsləhət görülmüşdür. Hazırkı iddiasında iddiaçı sözügedən qəzalı eyvanın təmiri vəzifəsinin cavabdeh Nısimi rayon İcra Hakimiyyətinin üzərinə qoyulmasını mübahisələndirir. Məhkəmə qeyd edir ki, inzibati orqanların qanunsuz qərarları və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsinə dair iddia qaldırmaq imkanı Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ abzasında, eləcə də “İnzibati icraat haqqında” Qanunda aydın şəkildə təsbit olunmuşdur. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür: -törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; -törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; -ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Beləliklə, müəyyən olunur ki, məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Hazırkı halda iddiaçı cavabdeh qismində qoyduğu Cavabdeh üzərinə eyvanın təmir edilməsi vəzifəsinin qoyulmasını xahiş etsə də həmin vəzifənin cavabdehdən tələb edilməsi üçün ilk növbədə inzibati orqanın publik fəaliyyəti nəticəsində hüquqazidd hərəkət (və ya hərəkətsizlik) və bu hərəkət ilə (hərəkətsizliklə) iddiaçıya ziyan dəyməsi sübut olunmalıdır. Hazırkı iş üzrə əldə edilmiş sorğulara cavablardan, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən iddiaçının iddia etdiyi kimi cavabdeh yerli icra hakimiyyətinin bilavasitə hərəkət (hərəkətsizliyi) ilə yaşadığı mənzilin eyvanının qəzalı vəziyyətinə salınması sübuta yetirilməmişdir. Bu halda inzibati orqanın hüquqazidd əməli sübut olunmadığından həmin əməl nəticəsində hüquqi məsuliyyət, onun mənfi nəticələrinin aradan qaldırılması-eyvanın təmir vəzifəsi cavabdehin üzərinə qoyula bilməz. Eyni zamanda “Yerli icra hakimiyyəti haqqında” Əsasnaməyə əsasən yerli icra hakimiyyəti başçısı: -3.9.2-ci bəndinə əsasən müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir, kommunal təsərrüfatın və mənzil-istismar sahələrinin idarə olunmasını təşkil edir, mühəndis qurğularının və kommunikasiyaların saxlanılmasına, istismarına, cari və əsaslı təmirinə nəzarəti həyata keçirir, mənzilkommunal infrastrukturunun inkişafını təmin edir. -4.9.9-cu bəndinə əsasən yaratdığı müvafiq komissiyanın rəyinə əsasən, dövlət büdcəsi hesabına təmir və yenidənqurma işləri aparılacaq binaları müəyyən edir. -4.9.10-cu bəndinə əsasən çoxmənzilli binaların dövlət büdcəsi və digər maliyyə mənbələri hesabına cari və əsaslı təmir olunması məqsədi ilə xüsusi proqramlar hazırlamaq və onların icrasına nəzarəti həyata keçirir. Göründüyü kimi qanunvericiliklə yerli icra hakimiyyətinin çoxmənzilli binaların bilavasitə əsaslı və ya cari təmirini həyata keçirmək kimi vəzifəsi nəzərdə tutulmamışdır. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). Beləliklə, cavabdeh qismində qoyulmuş inzibati orqanın iddiaçının tələbi ilə bağlı cavabdehliyi olmadığından və sonuncunun inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə iddiaçının hüquq və qanunla qorunan mənafeləri pozulması əsaslandırılmadığından ona qarşı yönəlmiş hazırkı iddia tələbi mümkün hesab edilə bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İş materiallarına əlavə edilmiş Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti Mənzil-Kommunal Təsərrüfatı Birliklərinin 2001-ci il tarixli Nümunəvi Əsasnaməsinin aşağıdakı bəndlərinə əsasən: -1.2. Birliyin tərkibinə mənzil-kommunal istismarı sahələri, habelə təmir və nəqliyyat xidməti sahələri daxildir. Departamentin verdiyi səlahiyyətlər çərçivəsində mənzil fondunun, kommunal obyektlərin qorunub saxlanılması ilə bağlı digər xidmət sahələri daxil edilə bilər. -1.6 Birlik müstəqil balansa malik olan hüquqi şəxsdir. Onun ayrıca əmlakı, öz və Azərbaycan Respubliaksının dövlət gebi təsvir olunan dairəvi möhürü, respublika bankında hesablaşma hesabları, adı yazılmış blankı və künc ştampı var. Birliyin vəzifələri: -2.2. Aidiyyətində olan mənzil-kommunal sahələrinə rəhbərlik; mənzil fondunun və kommunal təyinatlı obyektlərin istismar səviyyəsinin yüksəldilməsi, abadlaşdırılması, onların qorunması sahəsində tədbirlər görülməsi, rayonun sanitariya vəziyyətinin normal səviyyədə saxlanılması, mənzil-kommunal təyinatlı obyektlərin vaxtında pasportlaşdırılması, qeyri-yaşayış sahələrindən təyinatı üzrə səmərəli istifadə edilməsinin təmin edilməsi; -2.3. Dövlət, idarə və ictimai təşkilatlara məxsus mənzil fondunun, habelə kooperativ yaşayış binalarının və vətəndaşlann xüsusi mülkiyyətində olan yaşayış evlərinin vəziyyətinə və istismarına nəzarət. -2.10 Mənzil fondunun əsaslı və cari təmirinə, dövlət, kooperativ və vətəndaşların xüsusi mülkiyyətində olan evlərin düzgün istismarına nəzarət etmək; -2.12 Birliyin balansında olan yaşayış fondunun texniki baxışını təmin etmək, mülki müdafiə və hava hücumundan qorunma yerlərini lazımi səviyyədə saxlamaq, qəza vəziyyətində olan yaşayış sahələrinin balansdan silinməsini təşkil etmək; -2.14 Əsaslı təmir üçün evlərin seçilməsini, onların layihə-smeta sənədlərinin təşkili və təsdiqini təmin etmək(...). Göründüyü kimi mənzil-istismar təşkilatlarının başlıca vəzifəsi dövlət və ictimai mənzil fondunun istismarını, ondan lazımınca istifadə olunmasını, əsaslı təmir işlərinin təşkili mənzil istismar idarələrinin bilavasitə vəzifəsidir. Hazırkı iş üzrə iddiaçının mülkiyyətində olan məznilin yerləşdiyi bina Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olmaqla həmin idarə balansındakı dövlət mənzil fonduna aid yaşayış binalarının qorunması, istismarının təmin edilməsi, eləcə də əsaslı təmirinin təşkili ilə bağlı müvafiq tədbirlərin görülməsi (binanın qəzalı binaların siyahısına salınması, müvafiq siyahının təmir işlərini icra edəcək Bakı şəhər İcra Hkaimiyyəti Əsaslı Tikinti və Təmir MMC-yə göndərilməsi və s.) kimi funksiyaları həyata keçirməkdə səlahiyyətlidir. Eləcə də adıçəkilən Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi müstəqil balansa malik hüquqi şəxs olmaqla məhkəmədə iddiaçı və cavabdeh qismində çıxış etmək imkanına malik təsərrüfat subyektidir İşin hallarını, binanın balansaxlayıcısı olan Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin nümunəvi nizamnaməsinə uyğun olaraq birliyin vəzifələrini, eləcə də birliyin tabe olduğu Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2023cü il tarixli məhkəmə sorğusuna cavabında olan mövqeyi nəzərə alaraq məhkəmə hesab edir ki, qanunla iddiaçının eyvanın təmirini müstəqil qaydada binanın balansaxlayıcısından tələb etmək və sonuncunun hərəkət (və ya hərəkətsizliyindən) mülki məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququ istisna olunmur. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “eyvanın təmir edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan:Bakı şəhəri, Z.Xəlilov küçəsi,540) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-2400/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2400/2023
18.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver