Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2400/2024 25.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə çıxarışın verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I.İşin halları İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı İddiaçı1, İddiaçı3 və İddiaçı2 ümumi birgə mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində sahəsi 0.078 ha olan 60/3285 saylı bağ sahəsinə bitişik 0.042 ha torpaq sahəsi üzərində İddiaçı1, İddiaçı3 və İddiaçı2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində sahəsi 0.078 ha olan 60/3285 saylı bağ sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MA № ******* saylı, xx.xx.2011-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı1, İddiaçı3 və İddiaçı2 adına qeydiyyatdan keçmişdir. Həmin bağ sahəsi İddiaçı1 Azərbaycan Milli Elmlər Akademiyasının Akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı olaraq “Şərqşünaslıq” bağçılıq-yoldaşlıq təsərrüfatı birliyinin üzvü kimi verilmişdir. Sonradan mənə məxsus 60/3285 saylı bağ sahəsinə bitişik olan və istifadəsində olan 4.2 sot torpaq sahəsi də AMEA Akad. Z.M.Bünyadov adma Şərqşünaslıq İnstitutu üzrə “Şərqşünaslıq” bağçılıqyoldaşlıq təsərrüfatının 14 yanvar 2005-ci il tarixli 01 saylı protokoluna əsasən məxsus 60/3285 saylı bağ sahəsinin 4.2 sot böyütmək imkanı olduğuna görə verildi. “Şərqşünaslıq” bağçılıq-yoldaşlıq təsərrüfatının 14 yanvar 2005-ci il tarixli 01 saylı protokoluna əsasən verilmiş torpaq sahəsi faktiki olaraq sahibliyindədir və ümumi hasarın içərisindədir. Ayrılmış 4.2 sot torpaq sahəsinə dair çıxarış almaq üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə dəfələrlə müraciət etmişik. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən müraciətə torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə cavab verilmişdir. 1 saylı Bakı Ərazi İdarəsinin uzun illər faktiki olaraq istifadədə olan torpaq sahəsinin özəlləşdirilməsindən imtina etməsi qanunsuz və əsassızdır. Ona görə də məhkəməyə müarciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı1 iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli ərizə ilə İdarəyə müraciət etsə də, İddiaçı3 və İddiaçı2 müvafiq tələblə bağlı 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etməmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, İdarədə mövcud arxiv məlumatlarına əsasən təqdim edilən “Şərqşünas” bağçılıq-yoldaşlıq təsərrüfatının xx.xx.2005-ci il tarixli, 01 nömrəli protokolundan çıxarışda qeyd olunan 0.042 ha torpaq sahəsi barədə məlumat aşkar edilməmişdir. Həmçinin təqdim edilən xx.xx.2005-ci il tarixli üzvlük kitabçasında qeyd edilən “60 a” saylı bağ sahəsi “Şərqşünas” bağçılıq yoldaşlığın bölgü sxemində aşkar olunmamışdır. Elektron kadastr məlumatına əsasən faktiki sahə bağçılıqyoldaşlıq bölgü sxemində texniki zona kimi göstərilmişdir və bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 60 ünvanında yerləşən torpaq sahəsinə dair “Şərqşünaslıq” bağçılıq-yoldaşlıq təsərrüfatının 28 dekabr 1998-ci il tarixli protokoldan çıxarış və üzvlük kitabçası mövcud olmuş, daha sonra üzvlük kitabçası 34095 saylı müqaviləylə əvəz olunmuşdur. “Şərqşünaslıq” bağçılıq-yoldaşlıq təsərrüfatının 28 dekabr 1998-ci il tarixli protokoldan çıxarışı əsasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 60/3285 ünvanında yerləşən torpaq sahəsi JN-24768D, KOD 00306016 saylı, xx.xx.2005-ci il tarixli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında İddiaçı1, İddiaçı2 və İddiaçı3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. “Elektrik şəbəkələrinin mühafizəsi” qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* saylı xx.xx.2011-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi 60/3285 saylı sahə İddiaçı1 (qeydiyyat nömrəsi **********), İddiaçı2 və İddiaçı3 ümumi birgə mülkiyyətindədir. AMEA Akademiyası Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu üzrə “Şərqşünas” bağçılıq-yoldaşlıq təsərrüfatı 14 yanvar 2005-ci il tarixli 01 №-li protokolundan çıxarışdan görünür ki, İnstitutun əməkdaşı İddiaçı1 60/3285 saylı sahəni 4.2 sot böyütməyə icazə verilmişdir. Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi 60/3285 saylı sahəyə dair koordinasiya nöqtələri:
1. X = 434497,53 ; Y = 4482456,06;
2. X = 434510.70 ; Y = 4482461.74;
3. X = 434509.27 ; Y = 4482428.27;
4. X = 434529.15 ; Y = 4482436.42. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı1 etibarnamə üzrə nümayəndəsi E.B.Ağayevə ünvanlanmış **********91 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, İdarədə mövcud arxiv məlumatlarına əsasən təqdim edilən “Şərqşünas” bağçılıq-yoldaşlıq təsərrüfatının xx.xx.2005-ci il tarixli, 01 nömrəli protokolundan çıxarışda qeyd olunan 0.042 ha torpaq sahəsi barədə məlumat aşkar edilməmişdir. Həmçinin, elektron kadastr məlumatına əsasən faktiki sahə bağçılıq-yoldaşlıq bölgü sxemində texniki zona kimi göstərilmişdir və bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. “Elektrik şəbəkələrinin mühafizəsi” qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçılara ünvanlanmış **********91 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, qeyd olunan məsələ ilə bağlı müraciətinizə xx.xx.2022-ci il tarixli, **********97 nömrəli məktubla ətraflı cavab verilmiş və həmin məktubda qeyd olunan iradlar aradan qaldırılmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bu məktub daşınmaz əklakın dövlət reyestrində qeydiyyata alınmasından imtina sayılmır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı1 ünvanlanmış **********94 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, qeyd olunan məsələ ilə bağlı müraciətinizə **********97 nömrəli xx.xx.2022-ci il tarixli məktubla cavab verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın! (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı1 ünvanlanmış **********01 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, sözügedən əlavə torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlərin əsilləri (icarə müqaviləsi, order, üzvlük kitabçası və ya protokoldan çıxarış və icarədar dünyasını dəyişdiyi təqdirdə vərəsəlik işinin açılması ilə əlaqədar notariusun məktubu) təqdim edilməmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. **********432 saylı və **********433 saylı, xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, İddiaçı3 və İddiaçı2 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 4.2 sot torpaq sahəsinin 60/3285 saylı sahədəki 0.078 ha torpaq sahəsinə birləşdirilməsinə və paylı şəkildə çıxarış verilməsinə etiraz etmirlər. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş 01/02/12-13/M- 1306/10265 saylı xx.xx.2022-ci il tarixli arayışa əsasən İddiaçı1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydalan”nın 5a saylı bəndinə əsasən ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 60/3285 saylı torpaq sahəsi 6 kV-luq elektrik şəbəkəsinin mühafizə zonasında yerləşir. Torpaq sahəsi elektrik verilişi xəttinin istismarına heç bir maneçilik törətməmiş və qeydiyyata alınmasına etiraz etməmişlər. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı1 ünvanlanmış 6-02/06/M- 1306/10148 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində ayrılmış torpaq sahəsinin arxa tərəfində çəkilmiş elektrik veriliş xətti haqqında arayışın verilməsi barədə müraciətinizə (xx.xx.2022-ci il tarixli, M-1306 nömrəli) "xxxx" ASC-də baxılmışdır. Qeyd olunan torpaq sahəsinin yanından "xxxx" ASC-nin balansında və xidmətində olan yarımstansiya 460-komplekt transformator məntəqəsi 1268 6 kV-luq 2 dövrəli hava elektrik veriliş xətti keçir. Elektrik veriliş xətti 2007-ci ildə quraşdırılıb istismara verilmişdir. Elektrik veriliş xətti gərginlik altındadır və əhali heç bir təhlükə yaratmır. Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Abaşlaşdırma və X1 Departamenti Bağlar Təsərrüfatının İnkişafı və X4 ərazisindəki 60/3285 nömrəli bağın istifadəyə verilməsi haqqında 34095 saylı xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində sahəsi 0.08 ha olan 60/3285 saylı bağ sahəsi İddiaçı1 və onun ailə üzvləri İddiaçı3 və İddiaçı2 istifadəsinə verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2- 40962/2023 **********62 saylı xx.xx.2023-cü il tarixli məktub ilə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində sahəsi 0.078 ha olan 60/3285 saylı torpaq sahəsinin ortofoto görüntüsü və sənəd surətləri məhkəməyə təqdim edilmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə (baxış) aktından görünür ki, Şüvəlan bağ massivi 60/3285 saylı bağın sahəsi hüquqmüəyyənedici sənəd üzrə 0,078 ha + 0,042 ha, faktiki olaraq 0,1351 ha-dır. Bağ sahəsinin sərhədləri mişar daşı ilə hasarlanmışdır. Nümayəndənin bildirdiyinə əsasən onlar özəl 0.078 ha olan 60/3285 saylı bağın sənəd üzrə sahəsinin təqdim edilmiş b/y protokoluna əsasən 0,042 ha artıraraq 0,12 ha dair çıxarış və texniki pasport almaq istəyir. İddia olunan 0,042 ha sahə özəlləşəndən sonra, 0.078 ha olan özəl "60/3285” bağ sahəsinə birləşdirilməsi məqsədə uyğundur. Faktiki iddia olunan ümumı ərazinin cizgisi və koordinatları əraziyə əlavə olundu. Yol tərəfdən bağ sahəsindən 0.5 metr - 3.1 metr məsafədən yüksək gərginlikli elektrik xətti keçir – 6 Kv. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2- 6890/2024 **********90 saylı xx.xx.2024-cü il tarixli məktub ilə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 60/3285 saylı bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlərin, eləcə də MA seriyalı ******* nömrəli çıxarışın verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. İddiaçıya məxsus xx.xx.1987-ci il tarixli 2 saylı üzvlük vəsiqəsi təqdim edilmişdir. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində sahəsi 0.078 ha olan 60/3285 saylı bağ sahəsinə bitişik 0.042 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-24768D saylı şəhadətnamənin və həmin torpaq sahəsinin yerləşdiyi yerin sxeminin surəti məhkəməyə təqdim edilmişdir. Torpaq sahəsinin döngə nöqtələrinin koordinatları:
1. X = 434476,47 ; Y = 4482446,59;
2. X = 434500.23 ; Y = 4482456.15;
3. X = 434510.36 ; Y = 4482427.17;
4. X = 434486.7 ; Y = 4482417.82. AMEA Akademiyası Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu üzrə “Şərqşünas” bağçılıq-yoldaşlıq təsərrüfatı 28 dekabr 1998-ci il tarixli protokoldan çıxarışdan görünür ki, püşkatmanın nəticələrinə əsasən 60 saylı sahə İddiaçı1 verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2- 22784/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivində yerləşən “Şərqşünas” bağçılıq-yoldaşlıq təsərrüfatı birliyinin arxiv qovluğu baxış keçirilməsi üçün nümayəndə vasitəsi ilə məhkəməyə təqdim ediləcəkdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi arxiv şöbəsinin arxiv işinin təşkili sektoru tərəfindən xx.xx.2024-cü il tarixdə 67 vərəqdən ibarət “Şərqşünas” bağçılıq-yoldaşlıq təsərrüfatı birliyinin arxiv qovluğunun surəti məhkəməyə təqdim edilmişdir. “Şərqşünas” bağçılıq-yoldaşlığn üzvlərinin siyahısında iddiaçının adı 33-cü sırada qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
II. İddianın növü və mümkünlüyü
“İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:
1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. X5 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland). X5 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıların torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir. Cavabdeh qurumun imtinası iddiaçının mülkiyyət hüquqlarının qeydiyyatından imtina üçün əsas ola bilməz. Belə ki, qeyd edilən sxematik xəritə ilə uyğunsuzluqlar inzibati orqan tərəfindən bilavasitə torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparılması işləri çərçivəsində aparılaraq müəyyən edilməlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* saylı xx.xx.2011-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi 60/3285 saylı sahə İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumi birgə mülkiyyətindədir. **********432 saylı və **********433 saylı, xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, İddiaçı3 və İddiaçı2 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 4.2 sot torpaq sahəsinin 60/3285 saylı sahədəki 0.078 ha torpaq sahəsinə birləşdirilməsinə və paylı şəkildə çıxarış verilməsinə etiraz etmirlər. Cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur. Belə ki, İddiaçı1 istifadəsinə verilmiş bağ sahəsinə dair iclas protokolundan çıxarış, üzvlük kitabçası, “Şərqşünas” bağçılıqyoldaşlığn üzvlərinin siyahısında İddiaçı1 adı mövcuddur. Bağ sahəsi iddiaçıların faktiki istifadəsindədir. Torpaqla bağlı hər hansı mübahisə mövcud deyil. Birgə iddiaçıların qeyd olunan bağ sahəsinə qanuni gözləntisi vardır. İddiaçılar tərəfindən təqdim edilmiş sənədlərə əsasən iddiaçı üzərinə düşən sübutetmə yükünü icra etmiş, yəni plan və ölçü sənədini və çıxarışın verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Odur ki, iddiaçıların hüquqlarının qeydə alınmasından imtina qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçının hüquqi marağına uyğun olaraq iddiaçıların ümumi birgə mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində sahəsi 0.078 ha olan 60/3285 saylı bağ sahəsinə bitişik 0.042 ha torpaq sahəsi üzərində iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı1, İddiaçı3 və İddiaçı2 ümumi birgə mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində sahəsi 0.078 ha olan 60/3285 saylı bağ sahəsinə bitişik 0.042 ha torpaq sahəsi üzərində iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Aysev Almazova