Məhkəmə qərarları › İş №2-1(112)-2401/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2401/2020

08.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2401/2020 08.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı “ikinci qrup müddətsiz əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin təmin edilməsi, 2-ci qrup müddətsiz Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, xx.xx.1957-ci il tarixində Azərbaycan Respublikası, Cəbrayıl rayon, Daşkəsən kəndində anadan olmuşdur. 1992-ci ildən 2007-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi hərbi xidmət etmişdir. xx.xx.1993-cü ildə döyüşdə ağır yaralanmış, 2007-ci ildə aldığı xəsarətlərlə bağlı istefaya buraxılmışdır. Hazırda ehtiyyatda olan zabitdir, Prezident təqaüdçüsüdür, 2007-ci ilin oktyabr ayından 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlildir və əmək qabiliyəti olmadığı üçün işləmir. Xidmət müddətində bir çox orden və medallarla təltif olunmuşdur. O, Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən 2007-ci ildə hərbi xidmətə sülh və müharibə dövründə yararsız olmaqla “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi şəhadətləndirilmişdir, bu barədə həmin ilin oktyabr ayında o, Əmək və X6 Nazirliyinə və Əmək və X6 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspetiza və Reabilitatsiya Xidmətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilməsini xahiş etmiş və ona 2-ci qrup əlillik təyin edilmişdir. Lakin həmin ildən 14 il keçməsinə baxmayaraq, ona yenidən 2021-ci ilin oktyabr ayında növbəti komissiya təyin edilmişdir. Onun 63 yaşı var və qanuna müvafiq olaraq 10 ildən çox müddət keçdiyi üçün onun 2-ci qrup müharibə əlilliyi müddətsiz təyin edilməlidir. Lakin Əmək və X6 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspetiza və Reabilitatsiya Xidməti əsassız olaraq onun əlilliyinin 2-ci qrup müddətsiz Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilməsinə dolayısı ilə öz etirazlarını bildirdirmişlər, onun xahişini nəzərə almırlar. Belə ki, Əmək və X6 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspetiza və Reabilitatsiya Xidməti əliliyinin müddətsiz təyin edilməsi ilə bağlı müraciətinə müsbət cavab verməmişdir. Onun əlilliyi müddətsiz təyin edilməlidir, çünki o, 2007-ci ildə qiymətləndirilmişdir və 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlildir. Əmək və X6 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspetiza və Reabilitatsiya xidmətinin ona qarşı münasibəti qanunla yolverilməzdir, bu səbəbdən də Əmək və X6 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspetiza və Reabilitatsiya Xidməti tərəfindən onun əlilliyi müddətsiz təyin edilməlidir, lakin Əmək və X6 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspetiza və Reabilitatsiya Xidməti qanunsuz olaraq onun əlilliyinin müddətsiz təyin edilməsindən imtina edir, bu səbəbdən də hazırda onun müraciətinin məhkəmə qaydasında həll olunmasını hesab edərək məhkəməyə müraciət etmək məcburiyyətindədir. Onun yaşa görə əmək pensiyası almaq hüququ yarandığına görə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 4.3-cü maddəsinə əsasən «əlillik dərəcəsindən asılı olmayaraq Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddət göstərilmədən təyin edilir» müddəasına müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup müddətsiz əlillik təyin edilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında xx.xx.2016-cı il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə əlaqədar 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. xx.xx.2016-cı il tarixdə şəxsin ikinci dərəcə əlilliyi Nazirlər Kabinetinin xx xxxxxx 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə’nin 6.1-ci bəndinə müvafiq olaraq şəxsin iştirakı olmadan Əlillik altsistemi tərəfindən beş il müddətinə uzadılmışdır. Sonrakı illərdə İddiaçı əlillik dərəcəsinin təyini ilə bağlı səhiyyə müəssisəsinin göndərişi ilə müraciəti olmamışdır. Eyni zamanda, iddiaçı Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” qanunu ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası hüququ verən yaş həddinə çatmamışdır. Göstərilən səbəblərdən iddiaçıya 2-ci qrup müddətsiz əlillik təyin edilməmişdir, iddia tələbi əsassızdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan İddiaçı məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci ildə doğulmuşdur. İş materiallarında olan X1 sonuncu müayinəyə dair məlumat verilməsi barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdə ikinci dərəcəli əlillik təyin edilmişdir, əlillik müddəti xx.xx.2021-ci il, əlillik səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik qeyd edilmişdir. İş materiallarında olan İddiaçı məxsus ZE № ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1992-ci il tarixdən xx xxxxxxxx 2007-ci il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş və Azərbaycan Respublikasının MN-nin 0305 saylı xx.xx.2007-ci il tarixli əmrinə əsasən ehtiyata tərxis olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 12/1238 saylı arayışından görünür ki, İddiaçı xx xxx 1976-cı il tarixdən xx xxxx 1978-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində, xx xxxxxx 1992-ci il tarixdən xx xxxxxxxx 2007-ci il tarixədək isə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Onun xidmət illəri: təqvimlə - 16 il 09 ay 18 gün, xidmət illərinə güzəştli qaydada əlavə olunan müddət - 05 il 02 ay 09 gün, ümumi xidmət illəri isə - 21 il 11 ay 27 gün təşkil edir. O, Azərbaycan Respublikası Müdafiə nazirinin 0305 nömrəli xx xxx 2007-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “B” bəndinə (yaşa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X9 və Reabilitasiya Xidməti tərəfindən İddiaçı ünvanmış xx.xx.2020-ci il tarixli **********7 saylı məktubunda qeyd edilir: Sizin əlillik vəziyyətinizin müddətsiz təyin olunması ilə bağlı məktubunuza Əmək və X6 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində aidiyyəti üzrə baxılmışdır. Araşdırma göstərmişdir ki, sizin əlillik vəziyyətiniz səhiyyə müəssisəsinin göndərişi əsasında xx.xx.2016-cı il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bötüvlüyü ilə əlaqədar 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci il tarixli 11 nömrəli qərarına əsasən, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında X2 tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. İş materiallarında olan Dövlət X10 X7 İdarəsinin xx.xx.2020-ci il tarixli **********8 saylı arayışından görünür ki, İddiaçı həqiqətən x xxxxxxx 2007-ci il tarixindən etibarən İdarə tərəfindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ qrup əlilliyə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.1-ci maddəsinin tələblərinə uyğun qaydada əmək pensiyası ödənilir. İş materiallarında olan Dövlət X10 Binəqədi rayon Şöbəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2008-ci ildən xx.xx.2021-ci ilədək İİ qrup müharibə əlili Prezident təqaüdünə görə 230 manat məbləğində müavinət alır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X9 və Reabilitasiya Xidməti tərəfindən məhkəməyə ünvanmış xx xxxx 2020-ci il tarixli məktubunda qeyd edilir: İddiaçı xx.xx.2010-cu il tarixdə X1 təkrar müayinə edilmiş və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə bir il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Növbəti illərdə təkrar müayinələr zamanı ikinci dərəcə əlilliyi qüvvədə saxlanılmış, sonuncu dəfə xx.xx.2015-ci il tarixdə təkrar müayinə edilmiş və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə bir il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. xx.xx.2016-cı il tarixdə şəxsin ikinci dərəcə əlilliyi Nazirlər Kabinetinin xx xxxxxx 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə’nin 6.1-ci bəndinə müvafiq olaraq şəxsin iştirakı olmadan Əlillik altsistemi tərəfindən beş il müddətinə uzadılmışdır. Sonrakı illərdə İddiaçı əlillik dərəcəsinin təyini ilə bağlı səhiyyə müəssisəsinin göndərişi ilə müraciəti olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) X2 (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir; 1.5, 1.5.2.1-ci bəndlərinə əsasən şəxsin əlilliyinin müəyyən edilməsinin səbəblərindən biri Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olmasıdır; 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır; 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır; 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmişdir «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin: 2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın; 4.1-ci bəndinə əsasən birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir; 4.2-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir; 4.3-cü bəndinə əsasən əlillik dərəcəsindən asılı olmayaraq Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddət göstərilmədən təyin edilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür. O, xx xxx 1976-cı il tarixdən xx xxxx 1978-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində, xx xxxxxx 1992-ci il tarixdən xx xxxxxxxx 2007-ci il tarixədək isə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş, Azərbaycan Respublikası Müdafiə nazirinin 0305 nömrəli xx xxx 2007-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “B” bəndinə (yaşa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Ona xx xxxxxxx 2007-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ qrup əlillik təyin edilmişdir. Növbəti illərdə təkrar müayinələr zamanı ikinci dərəcə əlilliyi qüvvədə saxlanılmış, sonuncu dəfə xx.xx.2016-cı il tarixdə ikinci dərəcəli əlillik təyin edilmişdir, əlillik müddəti xx.xx.2021-ci il, əlillik səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik qeyd edilmişdir. Hazırda iddiaçı ona 2-ci qrup müddətsiz Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Yuxarıda qeyd edilən qanunvericilik normalarına əsasən tibbi göstəriş olan xüsusi hallarda ikinci dərəcə əlillik müddətsiz müəyyən edilir, eləcə də ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir, bundan başqa, əlillik dərəcəsindən asılı olmayaraq Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddət göstərilmədən təyin edilir. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, iddiaçıya ikinci dərəcə əlilliyin müddətsiz müəyyən edilməsi üçün tibbi göstəriş olan xüsusi hal mövcud deyildir, bununla əlaqədar müvafiq tibb müəssisəsinin göndərişi verilməmişdir. Bundan başqa, iddiaçı ona ikinci dərəcə əlilliyin fasiləsiz olaraq 10 ildən çox təyin olunmasının əsas kimi irəli sürür. Lakin iş materiallarından görünür ki, iddiaçıya xx xxxxxxx 2007-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ qrup əlillik təyin edilmiş, növbəti illərdə təkrar müayinələr zamanı ikinci dərəcə əlilliyi qüvvədə saxlanılmış, sonuncu dəfə xx.xx.2016-cı il tarixdə isə ikinci dərəcəli əlillik təyin edilmişdir və əlillik müddəti xx.xx.2021-ci ilə kimi müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçıya ikinci dərəcə əlilliyin təyin olunması həmin tarixdə fasiləsiz olaraq 10 (on) il müddətdən az olmuşdur, qeyd olunan tarixdən sonra isə əlillik təyini olunmamış və təyin edilmiş əlilliyin müddəti isə xx.xx.2021-ci ilədək müəyyən edilmişdir. Bundan başqa, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmişdir «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin 4.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxs kimi ona əlilliyin müddət göstərilmədən təyin edilməsini xahiş edir. Qanunvericiliyin qeyd olunan normasından isə göründüyü kimi, bu zaman Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” qanunu ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası hüququ verən yaş həddinə çatma tələb olunur. Lakin iddiaçıya sonuncu dəfə xx.xx.2016-cı il tarixdə ikinci dərəcəli əlillik təyin edilmişdir və həmin tarixdə iddiaçı tələb olunan yaş həddinə çatmamışdır, qeyd olunan tarixdən sonra isə əlilliyin təyini olması üçün müvafiq tibb müəssisəsinin göndərişi verilməmişdir, təyin olunmuş əlillik isə xx.xx.2021-ci ilədək qüvvədədir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı “ikinci qrup müddətsiz əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar