Məhkəmə qərarları › İş №2-1(112)-2401/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2401/2024

07.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2401/2024 07.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, İddiaçının nümayəndəsi (qızı) Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X1rşı “keçmiş dövrdə artıq ödənilmiş vəsaitə görə tutmanın yalnız son üç il üzrə hesabnlanması ” bаrədə iddiа tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: I. Mübahisənin predmeti

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X1rşı “xx.xx.2009-cu il tarixdən xx.xx.2014-cü il tarixədək artıq ödənilməsi əsası ilə iddiaçıdan tutulmalı olan məbləğin son 3 il üzrə müəyyən edilməsi, 3 ildən artıq müddətdə hesablanmış məbləğin ümumi məbləğdən çıxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 16 yanvar 1993-cü ildə vəfat etmiş X3 pensiyasını qanuni əsaslarla, ailə başçısını itirməyə görə almış, lakin xx.xx.2009-cu il tarixdən xx.xx.2014-cü il tarixədək 45649.99 manatın artıq verilməsi əsası ilə xx.xx.2015-ci il tarixdən hal-hazıradək ona verilən pensiyadan hər ay 268.53 manat tutulur. 30 dekabr 2022-ci il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39cü maddəsinə edilmiş dəyişikliyə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. xx.xx.2009-cu il tarixdən xx.xx.2014-cü il tarixədək ona artıq verilməsi əsası ilə 45649.99 manatın tutulmalı olması müəyyən edilsə də, 30 dekabr 2022ci il tarixdə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 39-cü maddəsinə edilmiş dəyişikliyə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulmalı olması müəyyən edildiyindən, ona artıq ödənilmiş məbləğdən yalnız son üç il üçün olan hissəsi tutula bilər. Ona görə də iddiaçı cavabdehə müraciət edərək ondan tutulmalı olan məbləğ Qanunun tələbinə uyğun olaraq 3 ildən artıq ola bilməyəcəyindən, tutulmalı olan məbləğin müddəti 3 ilədək azaldılmaqla 3 ildən artıq müddətə hesablanmış məbləğin ümumi məbləğdən çıxılmasını xahiş etsə də, cavabdeh əsassız olaraq ərizəni təmin etməkdən imtina etmişdir. İmtinanı onunla əsaslandırmışdır ki, ona artıq ödənilmiş pul vəsaiti Mərkəzi Filial tərəfindən deyil, əsassız olaraq Nəsimi rayon Şöbəsi tərəfindən ödənilmiş pensiya məbləği olmuş, yəni guya ona qanunsuz olaraq eyni zamanda iki sosial ödəniş həyata keçirilmişdir. Halbuki, ərizədə qeyd etdiyi kimi iddiaçı yalnız ailə başçısını itirməyə görə pensiya almış, lakin xx.xx.2009-cu il tarixdən xx.xx.2014-cü il tarixədək 45649.99 manatın artıq verilməsi əsası ilə xx.xx.2015-ci il tarixdən hal- hazıradək həmin məbləğ tutulur. Digər tərəfdən də iddiaçıya artıq verilməsi qeyd olunan pensiya Nəsimi rayon Şöbəsi tərəfindən verilərkən, ümumiyyətlə AR ƏƏSMN tabeliyində DSMF XŞT üzrə MF mövcud olmamış, qeyd olunan qurum yaradıldıqdan sonra məhz Nəsimi rayon öbəsindən xüsusi şərtlərlə, o cümlədən prokurorluq işçisi kimi pensiya alan şəxslərin pensiya təminatları həmin İdarəyə verilmişdir.

3. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, iddiaçının pensiya işinə aid sənədlərdə ona Fondun Nəsimi rayon şöbəsi tərəfindən 12 yanvar 2006-cı il tarixindən yaşa görə, 19 noyabr 2009-cu il tarixindən isə ailə başçısını itirməyə görə əmək pensiyası təyin edildiyi qeyd edilib. Fondun Nəsimi rayon şöbəsi tərəfindən aparılan araşdırmalar nəticəsində sözügedən rayon şöbəsi tərəfindən iddiaçıya eyni zamanda ikili əmək pensiyası ödənildiyi müəyyən edilib. Yaşa görə əmək pensiya ödənişi sözügedən rayon şöbəsi tərəfindən dayandırılıb, həmçinin 45649,99 manat məbləğində artıq ödənilmiş pul vəsaiti hesablanıb. Həmin artıq ödənilmiş 45649,99 manat məbləğində vəsait 1 oktyabr 2015-ci il tarixindən etibarən əmək pensiyasınnan hissə-hissə (hər ay 268,53 manat) çıxılmaqla büdcəyə bərpa edilir. İddiaçıya artıq ödənilmiş pul vəsaiti Mərkəzi Filial tərəfindən ödənilən əmək pensiyası deyil, əsassız olaraq Nəsimi rayon şöbəsi tərəfindən ödənilən pensiya məbləğidir. Odur ki, bu səbəbdən də “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin iddiaçıya münasibətdə tətbiq edilməsi mümkün deyil. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

İİ. İddianın növü və mümkünlüyü

4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:

- 2.2. inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

5. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. Belə ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən imtina edilmiş, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

7. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmişdir. Оdur ki, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахmışdır.

8. Məhkəmə iddiaçının nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiaçının iddiа tələbi təmin edilməlidir.

İİİ. Tədqiq edilmiş sənədlər

AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, iddiaçı xx.xx.1955-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı 30 avqust 2023-cü il tarixli, 3-17/2-H-198832/2023 saylı “keçmiş dövr ərzində artıq ödənilmiş vəsaitin son üç il üzrə məhdudlaşdırılmasının mümkün olmaması haqqında” məktubuna əsasən bildirilmişdir ki, iddiaçının pensiya işinə aid sənədlərdə ona Fondun Nəsimi rayon şöbəsi tərəfindən 12 yanvar 2006-cı il tarixindən yaşa görə, 19 noyabr 2009-cu il tarixindən isə ailə başçısını itirməyə görə əmək pensiyası təyin edildiyi qeyd edilib. Fondun Nəsimi rayon şöbəsi tərəfindən aparılan araşdırmalar nəticəsində sözügedən rayon şöbəsi tərəfindən iddiaçıya eyni zamanda ikili əmək pensiyası ödənildiyi müəyyən edilib. Yaşa görə əmək pensiya ödənişi sözügedən rayon şöbəsi tərəfindən dayandırılıb, həmçinin 45649,99 manat məbləğində artıq ödənilmiş pul vəsaiti hesablanıb. Həmin artıq ödənilmiş 45649,99 manat məbləğində vəsait 1 oktyabr 2015-ci il tarixindən etibarən əmək pensiyasınnan hissə-hissə (hər ay 268,53 manat) çıxılmaqla büdcəyə bərpa edilir. İddiaçıya artıq ödənilmiş pul vəsaiti Mərkəzi Filial tərəfindən ödənilən əmək pensiyası deyil, əsassız olaraq Nəsimi rayon şöbəsi tərəfindən ödənilən pensiya məbləğidir. Odur ki, bu səbəbdən də “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin iddiaçıya münasibətdə tətbiq edilməsi mümkün deyil. Məhkəmə sorğusu əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı 29 yanvar 2024-cü il tarixli, 3-71-1/2-20351/2024 saylı “Pensiya işinə dair sənədlərin göndərilməsi haqqında” cavab məktubuna əsasən vətəndaş İddiaçı pensiya işinə dair sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. İddiaçı pensiya işində olan: İV-ЖГ 348099 nömrəli “ölüm haqqında şəhadətnamə”yə X5 16 yanvar 1993-cü ildə ölmüşdür. İddiaçının Dövlət Sosial X6 rayon Şöbəsinə ünvanladığı xx.xx.2007-ci il tarixli ərizəsinə əsasən o, özünə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Dövlət Sosial X6 rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 16 fevral 2007-ci il tarixli qərarına əsasən, iddiaçıya ömürlük yaşa görə pensiya təyin edilmişdir. İddiaçının Dövlət Sosial X6 rayon Şöbəsinə ünvanladığı xx.xx.2010-cu il tarixli ərizəsinə əsasən bildirmişdir ki, o yaşa görə pensiya alır, əlavə olaraq mərhum ərinin uzun müddət prokurorluq orqanlarında çalışdığına görə ailə başçısının itirilməsinə görə pensiya məbləğinin yenidən hesablanmasını xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fodunun Nəsimi rayon şöbəsinin 68 nömrəli, 01 mart 2010-cu il tarixli qərarına əsasən, iddiaçıya xx.xx.2009-cu ildən ailə başçısının itirilməsinə görə ömürlük pensiya təyin edilmişdir.

İV. Məhkəmənin mövqeyi

9. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir:

10. Azərbaycan Respublikası Konstitusiyasının - 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

11. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: -1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir; - 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - 34.1. Əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. - 34.2. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə bu Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır. - 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

“Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarına əsasən: - 1.1. Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 5.3-cü maddəsinə əsasən hazırlanmışdır və əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasını müəyyən edir. - 6.1. Əmək pensiyaları aşağıdakı hallarda yenidən hesablanır: 6.1.4. əmək pensiyaçısının müraciəti, yaxud Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı aşkar edildikdə; - 6.4. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə, Qanunun 34-cü maddəsinin şərtləri nəzərə alınmaqla yeni növ pensiya təyinatı ərizənin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır. - 6.6. Əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6–6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. - 7.5. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği artıq ödəmənin aşkar olunduğu tarixdən əmək pensiyaçısından son üç il üçün hesablanaraq tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği Qanunun 39-cu maddəsinə əsasən pensiyaçının yazılı razılığına əsasən, yaxud məhkəmə qaydasında tutulur.

12. İşin faktiki hallarına əsasən iddiaçıya xx.xx.2007-ci il tarixdə yaşa görə (çoxuşaqlı ana kimi 51 yaşından), xx.xx.2010 ailə başçısının itirilməsi ilə əlaqədar əmək pensiya təyin edilmiş, sonradan xx.xx.2009-cu il tarixdən xx.xx.2014-cü il tarixədək 45649,99 manatın artıq verilməsi əsası ilə xx.xx.2015-ci ildən hər ay müəyyən məbləğlər tutulur. İddiaçı cavabdeh inzibati orqana müraciət edərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin ona tətbiq edilməsi xahiş etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin icrasından imtina edilmişdir. İmtinaya səbəb kimi isə iddiaçıya eyni zamanda ikili əmək pensiyası ödənildiyi üçün Qanunun 39.1-ci maddəsinin tətbiq edilməsinin mümükün olmaması göstərilmişdir. . Məhkəmə cavabdehin mövqeyini yanlış və əsassız hesab edir. Belə ki, iddiaçıya ilkin olaraq yaşa görə əmək pensiyası təyin edilmiş, sonradan o ailə başçısının itirilməsinə görə pensiyanın təyin edilməsi üçün səlahiyyətli inzibati orqana təqdim etdiyi ərizəsində bildirmişdir ki, o hal-hazırda yaşa görə əmək pensiyası alır. Sonradan iddiaçıya təyin edilmiş pensiyanın “iki sosial ödənişin həyata keçirilməsi ilə” təyin edilməsi iddiaçının müraciəti əsasında olmamışdır, iddiaçı tərəfindən alınan pensiya məbləği nağdsız qaydada vahid məbləğdə alınmış və məbləğin açıqlaması iddiaçıya bildirilməmişdir. Bu səbəbdən cavabdeh inzibati orqanın hazırki mübahisə ilə bağlı mövqeyi əsassız qəbul edilməlidir.

13. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa əsasən: - 2.0.2. inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.6. inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.

14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 52. məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir.

23. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2009-cu il tarixdən xx.xx.2014-cü il tarixədək artıq ödənilməsi əsası ilə iddiaçıdan tutulmalı olan məbləğin son 3 il üzrə müəyyən edilməsi, 3 ildən artıq müddətdə hesablanmış məbləğin ümumi məbləğdən çıxılması öhdəliyi cavabdehə həvalə edilməlidır. 14.Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

15. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələnişlər üzrə -tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.

16. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2,32, 33, 34, 68,69,85 və 110-cu mаddələrini rəhbər tutаrаq

QƏRАRА АLDİ:

İddiа tələbi təmin edilsin. xx.xx.2009-cu il tarixdən xx.xx.2014-cü il tarixədək artıq ödənilməsi əsası ilə İddiaçı tutulmalı olan məbləğin son 3 il üzrə müəyyən edilməsi, 3 ildən artıq müddətdə hesablanmış məbləğin ümumi məbləğdən çıxılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X4 həvalə edilsin. Qərаrdаn apellyasiya şikayəti qərar tərəfə təqdim edildiyi gündən 30 gün müddətində Bаkışəhəri, Z.Хəlilоv küç, 540-cı məhəlləünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər.

Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar