Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2403/2024 08.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X1 kаtibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı “iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 58 yaşı tamam olduğu 19 may 2022-ci il tarixindən təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi” bаrədə iddiа tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: I. Mübahisənin predmeti
1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı “iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 58 yaşı tamam olduğu 19 may 2022-ci il tarixindən təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxx 1964-cü il tarixində doğulmuşdur. Əmək kitabçası və diplomunun surətlərindən görünür ki, 01 sentyabr 1979cü il tarixdən 20 iyul 1982-ci il tarixinədək (02 il 10 ay 19 gün) 68 saylı “Bakıayaqqabıticarət” Texniki- Peşə məktəbində təhsil almış, 07 yanvar 1982-ci il tarixdən 01 sentyabr 1987-ci il tarixinədək (05 il 07 ay 24 gün) 4 №li və 13 №-li mağazalarda kiçik satıcı və satıcı vəzifələrində, 01 sentyabr 1987-ci il tarixdən 09 sentyabr 1989-cu il tarixinədək (02 il 00 ay 08 gün) həmin mağazada nəzarətçi, 13 sentyabr 1989-cu il tarixdən 02 oktyabr 1989-cu il tarixinədək (00 il 00 ay 20 gün) 5 №-li mağazada satıcı, 03 oktyabr 1989-cu il tarixdən 25 aprel 1994-cü il tarixinədək (04 il 06 ay 23 gün) 6 №-li mağazada nəzarətçi, 25 aprel 1994-cü il tarixdən 31 avqust 1994-cü il tarixinədək (00 il 04 ay 06 gün) 42 saylı uşaq bağçasında dayə-sanıtar, 01 sentyabr 1994-cü il tarixdən 17 avqust 1998-ci il tarixinədək (03 il 11 ay 16 gün) Azərbaycan Elm Komitəsində kargüzarkassir,01 sentyabr 1998-ci il tarixdən 08 iyun 2016-cı il tarixinədək (17 il 09 ay 07 gün) “Bakmetropoliten”-nin Tunnel Qurğuları Xidməti idarəsində dezinfektor (xüsusilə zərərli əmək şəraitində) və 08 iyun 2016-cı il tarixdən 14 yanvar 2019-cu il tarixinədək (02 il 07 ay 06 gün) həmin idarədəistehsalat sahələrini və xidməti otaqları yığışdıran vəzifəslərində işləmişdir. Göründüyü kimi, 14 yanvar 2019-cu il tarixinədək ümumi əmək stajı, təhsil illərini də nəzərə almaqla, 39 il 06 ay 19 gün (20 ildən artıq) təşkil etmiş və həmin staj illərinin 20 il 06 ay 13 gün (10 ildən artıq) müddətini güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələrdə çalışmışdır. Həmin peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında dəyişiklik edilməsi barədə 24 dekabr 2022-ci il tarixli 451 nömrəli qərarın 1.4 (21.5 Metropolitenlər bəndi üzrə) 1.4.1 (21.5.1-ci yarımbənd) (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) sətrinə aiddir. Hesab edir ki, güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ verən iş stajını (10 ildən artıq) topladığından ona yaşa görə əmək pensiyası yeni Qanunun tələblərinə uyğun olaraq yaş həddi 5 il azldılmaqla, yəni 58 (63-5=58) yaşı tamam olduğu 19 may 2022-ci il tarixindən təyin edilməlidir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
2. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, iddiaçının cavabdeh orqana təqdim etdiyi sənədlərə əsasən xx.xx.1998-ci il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr ərzində "xxxx" QSC-də dezinfektor peşəsi və xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində hərəkət xidmətində istehsalat sahələrini və xidməti otaqları yığışdıran vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin iddiaçının işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) metropolitenlər bəndinin (21.5) yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr yarımbəndində (21.5.1) nəzərdə tutulmamışdır. Bu səbəbdən də, iddiaçının güzəştli iş stajı yoxdur. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
İİ. İddianın növü və mümkünlüyü
3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:
- 2.2. inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); - 33.1. məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 33.2. bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. - 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
4. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi.
5. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iddia ərizəsini və işdə olan sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiaçının iddiа tələbi təmin edilməlidir.
İş materiallarında olan:
AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, iddiaçı xx.xx.1964-cü il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. İddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən, iddiaçı xx.xx.1979-cu ildən xx.xx.1982-ci ilə qədər olan dövrdə 68 saylı TPM-də təhsil almış, xx.xx.1982-ci ildə 54 saylı mağazaya ştat təcrübəsi üçün kiçik satıcı vəzifəsinə qəbul edilmiş, xx.xx.1982-ci ildə eyni vəzifə üzrə 13 saylı mağazaya keçirilmiş, xx.xx.1982-ci ildə tutduğu vəzifə üzrə təsdiq edilmiş, xx.xx.1983-cü ildə həmin yer üzrə satıcı vəzifəsinə keçirilmiş, xx.xx.1987-ci ildə 13 saylı mağazaya nəzarətçi vəzifəsinə qəbul edilmiş, xx.xx.1988-ci ildə eyni yerdə baş nəzarətçi dərəcəsi verilmiş, xx.xx.1989-cu ildə İ kateqoriya nəzarətçi dərəcəsi verilmiş, xx.xx.1989-cu ildə Azərbaycan SSR ƏM-nin 36-cı maddəsinin 5-ci bəndinə müvafiq olaraq “Geyim” TPST keçməsi ilə əlaqədar işdən azad edilmiş, xx.xx.1989-cu ildə “Geyim” TPST “Ayyaqbı” TPST köçürülmə ilə 5 saylı mağazaya birinci kateqoriyalı satıcı vəzifəsinə qəbul edilmiş, xx.xx.1989-cu ildə Az.SSR ƏM-nin 36-cı maddəsinin 5-ci bəndinə uyğun olaraq “Ayaqqabı” TPST-ə köçürülməsi ilə əlaqədar işdən azad edilmiş, xx.xx.1994-cü ildə 42 saylı uşaq bağçasında dayə-sanitar vəzifəsinə qəbul edilmiş, xx.xx.1994-cü ildə tutduğu vəzifədən öz xahişi ilə azad edilmiş, xx.xx.1998-ci ildə dezinfektor işinə qəbul edilmiş, xx.xx.2014-cü ildə "xxxx" QSC-nin tunel qurğuları xidmətinə idarəsində dezinfektor (xüsusilə zərərli əmək şəraitində) peşəsinə təyin edilmiş, xx.xx.2016-cı ildə hərəkət xidmətinə 3-cü dərəcə istehsalat sahələrini və xidməti otaqları yığışdıran (üzlüklərin yuyulması) peşəsinə keçirilmiş, xx.xx.2019-cu ildə AR ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin A/201 nömrəli, 25 yanvar 2024-cü il tarixli arxiv arayışına əsasən, İddiaçı, xx.xx.1998-ci il tarixindən Bakı Metropoliteninin Tunel qurğuları xidmətində 4-cü dərəcə ilə dezinfektor (yalnız gecə işi, 24% xüsusi zərərli əmək şəraiti ilə), xx.xx.2016-cı il tarixindən Hərəkət xidmətində istehsalat sahələrini və xidməti otaqları yığışdıran (yeraltı, növbəli iş rejimi olan 20% xüsusi zərərli əmək şəraiti ilə) peşələrində çalışmışdır. xx.xx.2019-cu il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əmək müqaviləsi ləğv edilmişdir. Dezinfektor peşəsinin əsas vəzifə və funksiyaları stansiyalarda, istismarda olan tunellərdə və metropoliten obyektlərində deratizasiya (yoluxucu (parazitar) xəstəliklərin törədicilərinin infeksiya mənbəyi sayılan, həmçinin böyük iqtisadi zərər yetirən gəmiricilərlə mübarizədə həyata keçirilən tədbirlər kompleksi), dezinseksiya (yoluxucu (parazitar) xəstəliklərin törədicilərinin keçiriciləri olan həşaratların və gənələrin, həmçinin sanitar- gigiyenik əhəmiyyətə malik olan və insanların fəaliyyətinə və istirahətinə maneçilik yaradan buğumayaqlıların məhv edilmə prosesi) və dezinfeksiya (yoluxucu (parazitar) xəstəlikərin törədicilərinin (patogen bakteriyalar, viruslar, rikketsiyalar, ibtidailər, göbələklər və s.) infeksiya mənbəyindən həssas şəxslərə ötürülməsi yollarında məhv edilmə prosesi) işlərinin təşkil olunması, həmin işlərin həyata keçirilməsi üçün müvafiq normalara uyğun olaraq dərman, tibb ləvazimatları və preparatlarının hazırlanması və s. işlərdən ibarətdir. Hazırlanan preparatlar geniş antimikrol aktivlik spektrinə, nisbətən tez təsir göstərmək xüsusiyyətinə malikdir, haloidtərkibli, oksigentərkibli, quanidinlər, aldehidtərkibli, səthi-aktiv maddələr, spirtlər, fenoltərkibli vasitələrdən ibarətdir Dezinfektorun işində dust, emulsiya konsentrantları, lak, boya, aerozol, dixlofos, qeyri-üzvi birləşmələr, kerosin, şkipidar, lizol, benzin və s. 1-ci sinif təhlükəli zərərli kimyəvi maddələrdən istifadə edilir. Gecə saatlarına görə (30 saatlıq 2 istirahət günü olan iş həftəsi, yalnız gecə vaxtı 5 gecə 2330-dan 0530dək) dezinfektorun əmək haqqına 40% (qırx), peşənin təhlükəlilik dərəcəsi nəzərə alınaraq əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının nəticələri barədə tərtib olunmuş protokollar və iş yerlərində əmək şəraitinin qiymətləndirilməsi xəritəsində göstərilən amillərə əsasən xüsusi zərərli əmək şəraitinə görə 24% (iyirmi dörd) ‘əlavə Ödənc hesablanır, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlavə 6 (altı) təqvim günü verilir. İddiaçı xüsusi zərərli əmək şəraitində işlədiyi dezinfektor peşəsi üzrə əmək stajı 17 il 09 ay 08 gün (on yeddi il doqquz ay səkkiz gün) təşkil edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01,2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda dəyişiklik edilməsi barədə xx.xx.2022-ci il tarixli 451 nömrəli Qərarın 1.4 (21.5 Metropolitenlər bəndi üzrə), 1.4.1 (21.5.1-ci yarımbənd) və 1.4.2-ci (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) bəndlərində əks olunan tunel fəhləsi peşəsinin iş şəraiti və funksiyaları ilə eynilik təşkil etdiyindən ona bərabər tutula bilər. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-İ-195392/2023 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubunda aşagıdakılar bildirilmişdir:” İddiaçının cavabdeh orqana təqdim etdiyi sənədlərə əsasən xx.xx.1998-ci il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr ərzində "xxxx" QSC-də dezinfektor peşəsi və xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində hərəkət xidmətində istehsalat sahələrini və xidməti otaqları yığışdıran vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin iddiaçının işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) metropolitenlər bəndinin (21.5) yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr yarımbəndində (21.5.1) nəzərdə tutulmamışdır. Bu səbəbdən də, iddiaçının güzəştli iş stajı yoxdur. Qeyd olunanlar nəzərə alınaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.” Cavabdeh tərəfindən məhkəməyə etiraza əlavə olaraq iddiaçının müraciəti əsasında aparılmış inzibati icraat materialları təqdim edilmişdir.
İV. Məhkəmənin mövqeyi
6. Məhkəmə cavabdehin iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin etməsindən imtinasını əsassız hesab edir.
7. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ konstitusion hüquq olan sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir.
8. Vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir.
9. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən: - 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İnzibati iş materiallarından göründüyü kimi iddiaçı ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qanunvericiliyin yuxarıda sadalanan şərtlərinə cavab verir.
10. Cavabdeh inzibati orqan iddiaçının xx.xx.1998- xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində tunel qurğuları xidmətində işlədiyi dezinfektor peşəsi və xx.xx.2016- xx.xx.2019-cu il tarixləri arasındak dövr ərzində işlədiyi “hərəkət xidmətində istehsalat sahələrini və xidməti otaqları yağışdıran vəzifəsi Azərbaycan Respublikası nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” nın nəqliyyat bölməsinin (21) bəndinin (21.5) yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr yarımbəndində (21.5.1) nəzərdə tutulmamışdır. Məhkəmə cavabdehin bu mövqeyi ilə razılaşmır.
11. Belə ki, iş materiallarında olan "xxxx" QSC-nin A/021 nömrəli, 25 yanvar 2024-cü il tarixli arayışından məlum olur ki, İddiaçı xüsusi zərərli əmək şəraitində işlədiyi dezinfektor peşəsi üzrə əmək stajı 17 il 09 ay 08 gün (on yeddi il doqquz ay səkkiz gün) təşkil edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda dəyişiklik edilməsi barədə xx.xx.2022-ci il tarixli 451 nömrəli Qərarın 1.4 (21.5 Metropolitenlər bəndi üzrə), 1.4.1 (21.5.1-ci yarımbənd) və 1.4.2-ci (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) bəndlərində əks olunan tunel fəhləsi peşəsinin iş şəraiti və funksiyaları ilə eynilik təşkil etdiyindən ona bərabər tutula bilər.
12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahısı”nın 21.5. Metropolitenlər. 21.5.1. yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr: iddiaçının işlədiyi peşəsinə uyğundur. İddiaçının güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair "xxxx" QSC tərəfindən verilmiş arayışında, iddiaçının yalnız gecə saatlarında 30 saatlıq 2 istirahət günü olan iş həftəsi, yalnız gecə vaxtı 5 gecə 2330 dan 0530-dək işlədiyini qeyd edilmişdir.
13. Vətəndaşların pensiya təminat məsələlərin həlli sahəsində cavabdeh öz fəaliyyətində əmək pensiyaları haqqında qanunvericiliklə yanaşı «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu rəhbər tutmalıdır. Belə ki, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir.
14. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: - 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; -2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; -2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; -11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 24.1. inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3. inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4. təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
15. Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)- 384/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının 43-cü bəndində qeyd olunur ki, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa və müəyyən etməyə borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
16. Cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 24-cü maddəsi ilə onun üzərinə qoyulmuş öhdəlikləri icra etməmiş, iddiaçının müraciəti üzrə bütün əlavə sübutların toplanması və iddiaçının subyektiv hüququnun təmin edilməsi üçün araşdırmanı aparmaq əvəzinə iddiaçının müraciətinin təmin edilməsindən formal olaraq əsassız imtina etmişdir.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 52. məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
18. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı 19 may 2022-ci il tarixindən 58 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır.
19. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.
21. Azərbaycan Respublikasının İPM-nin 2, 33, 68, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı 58 yaşından 19 may 2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər.
Hakim Miminat Hacıbəyova