Məhkəmə qərarları › İş №2-1(112)-2404/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2404/2020

10.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2404/2020 10.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X20 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçıcavabdeh Bakı şəhəri Cavabdehnə qarşı qeydiyyata alınma tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçıcavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,oğlu X1 ünvan 1 ünvanına qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi onun və ailə üzvlərinin sahibliyindədir. Onun övladları X9 və X10 daimi qeydiyyatda olduğu ünvan 1 ünvanında daimi qeydiyydadırlar. Onun digər övladları xx.xx.2004-cü il təvəllüdlü X3 da onun və ailə üzvlərinin pasport qeydiyyatında olduğu ünvana pasport qeydiyyatına alınması və şəxsiyyət vəsiqəsi verilməsi üçün Cavabdehnə rəsmi müraciət etmişdir. Lakin, Cavabdeh ona ünvaladığı xx.xx.2019-cu il tarilxi, 059-53857S saylı məktubunda oğlu X1 qeydiyyatda olduğu ünvan 1 ünvana qeydiyyata alınmasını “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə zidd olduğunu əsas gətirərək müraciətinə imtina etdiyini bildirmişdir. Cavabdeh qeyd etdiyi əsaslarla müraciətinə imtina etməsi hesab edir ki, tamamilə qanunsuz və əsassızdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iclasında iştirak edəniddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsinixahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən tərəflərə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə xx.xx.2020-ci il tairxli, 059-33464-1770 nömrəli məktubla müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçınınizahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan notarial qaydada təsdiq edilmiş Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdə Neftçala rayonu, Boyat kəndində anadan olmuşdur. ünvan 4 ünvanında qeydiyyatdadır. İşdə olan notarial qaydada təsdiq edilmiş AZ-İV seriyalı, 060422 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2004-cü il tarixdə Neftçala rayonunda anadan olmuşdur. Ata qrafasında X4, ana qrafasında İddiaçı qeyd edilmişdir. İşdə olan notarial qaydada təsdiq edilmiş nikahın pozulması haqqında AZ-İ seriyalı, 218511 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X5 arasında olan nikah xx.xx.2015-ci il tarixdə ləğv edilmişdir. Bu barədə xx.xx.2015-ci il tarixdə, 337 nömrə ilə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında qeyd aparılmışdır. Nikah ləğv olunandan sonra qadına Səmədova soyadı verilmişdir. İşdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 12639959 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Qorçiyev Kənan xx.xx.2007-ci il tarixdə Nefçala rayonu, Xıllı kəndində anadan olmuşdur, atası Qorçıyev Rövşən, anası Qorçiyeva Xeyrənisə qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 12639960 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Qorçiyev Sənan xx.xx.2007-ci il tarixdə Nefçala rayonu, Xıllı kəndində anadan olmuşdur, atası Qorçıyev Rövşən, anası Qorçiyeva Xeyrənisə qeyd edilmişdir. İşdə olan Binqədi rayon İcra hakimiyyəti Başçısının Binəqədi qəsəbəsi üzrə nümayəndəsi təərfindən təsdiq edilmiş ünvan 5 ünvanında X4, İddiaçı, X10, X9 qeydiyyatda olmaqla yaşayırlar. İşdə olan 1 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışdab görünür ki, ünvan 1 ünvanında xx.xx.2007-ci il təvəllüdlü X10, xx.xx.2007-ci il təvəllüdlü X9, xx.xx.1971-ci il təvəllüdlü X4 qeydiyyatdadırlar. İşdə olan X8, X2 və X6 tərəfindən tərtib edilmiş notarial qaydada təsdiq edilmiş aktın surətindən görünür ki, X4 həqiqətən ünvan 1 ünvanında 2015-ci ildən bu günədək həmin ünvanda yaşamır. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, 059- 53817S nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə baxılaraq bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələblərinə əsasən X3, X9 və Kənan Qorçiyevin ünvan 1 ünvanına qeydiyyata alınması üçün müvafiq sənədlərlə birlikdə RPİ-nin QMB-nə müraciət etməlidir. Qanunda qeyd olunan sənədlərdən hər hansı təqdim edilmədikdən sonra ünvana tərəflərindən qeydiyyata alınması qanuna müvafiq deyildir. Məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etmək hüququ izah edilmişdir. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, iddiaçı, onun keçmiş əri və rəsmi nikahlarından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X10 və xx.xx.2007-ci il təvəllüdlü X9 iş üzrə mübahisəli ünvanda qeydiyyatda olmaqla yaşamışlar. İddiaçı ilə keçmiş əri arasında olan rəsmi nikah 2015-ci ildə ləğv olunduqdan sonra əri həmin ünvanda yaşamamışdır. İddiaçı digər övladı xx.xx.2004-cü il təvəllüdlü X1 özünün və digər övladlarının birgə yaşadığı və qeydiyyatda olduğu ünvana qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, lakin, cavabdeh onu yaşayış yeri üzrə qeydiyyata almaqdan imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ bəndinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaratmaqdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun Həmin Qanuna əsasən 14 yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideyinlərinin, övladlığa götürənlərin və ya qəyyumlarnı yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideyinlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçının oğlu xx.xx.2004-cü il təvəllüdlü X1yaşayış yeri valideyni İddiaçı yaşayış yeri olduğundan, onun ünvan 1 ünvanınaqeydiyyata alınmasından imtina edilməsi nəticəsində, yaşayış yeri üzrə qeydiyyata alınması, başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaradılmasına dair hüquqları pozulacağından, iddiaçı oğlunun göstərilən ünvana qeydiyyata alınmasından imtina edilməsindən məhkəməyə şikayət verməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. X1 ünvan 1 ünvanınaqeydiyyata alınması vəzifəsi cavabdeh Bakı şəhəri Binəqədirayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar