Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2405/2021 14.01.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızı, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə (şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən)məhkəmə binasında baxaraq, müəyyən etdi : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin imtinasının qanunsuz hesab edilməsi, Bakı şəhəri, Nizami rayonu, 2528-ci məhəllə, K.Balakişiyev küçəsi, 76 saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 62,2 kv metr olan qeyri-yaşayış binasının dövlət qeydiyyatına alınaraq reyestrdən İddiaçı adına çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıya Bakı şəhəri, Nizami rayonu, 2528-ci məhəllə, K.Balakişiyev küçəsi, 76 saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 76 kv metr olan torpaq sahəsi 49 il müddətinə Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən xx.xx.2017-ci il tarixdə 1290 saylı torpaq icarə müqaviləsi əsasında verilmişdir. Həmin torpaq sahəsində ümumi sahəsi 62,2 kv metr olan 1 mərtəbəli binanın tikintisi Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 2017-ci il tarixli, 56 saylı sərəncamı ilə razılaşdırılmışdır. Tikintiyə dair eskiz layihə tərtib olunaraq təsdiq olunması üçün Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə göndərilmiş, istismara hazırlıq aktı tərtib edilmişdir. Hazırda obyekt İddiaçı istifadəsindədir. Həmin qeyri-yaşayış sahəsinin dövlət qeydiyyatına alınaraq çıxarışın alınması üçün cavabdehə müraciət edilsə də ona imtina cavabı verilmiş, imtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzə Dövlət Agentliyinin rəyi alınmamış və torpaq sahəsinin icarəyə verilməsinə dair sərəncam sənədlər toplusuna əlavə edilməmişdir. İddiaçı cavabdehin imtinasını qanunsuz hesab edir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, Nizami rayonu, 2525-ci məh. K.Balakişiyev küçəsi, 76 saylı binanın yaxınlığında yerləşən torpaq sahəsinin ayrılması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin rəyi alınmamış və torpaq sahəsinin icarəyə verilməsinə dair sərəncam sənədlər toplusuna əlavə edilməmişdir. Həmçinin obyektə dair Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 495 saylı qərarı ilə təsdiq olunmuş “Obyektin tikintisinə icazənin vahid forması”na uyğun tərtib edilmiş tikintiyə icazə verilməsi barədə qərar təqdim edilməmiş və istismara icazə əlavə olunmamışdır. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bununla bağlı iddiaçıya xx.xx.2020-ci il tarixli cavab ünvanlanmışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək şifahi məhkəmə baxışının iddiaçının iştirakı olmadan keçirilərək iddia tələbinin təmin ediməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə xx.xx.2021-ci il tarixli məktubla müraciət edərək inzibati işə xüsusi karantin rejimində idarənin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Həmin Məcəllənin 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. Məhkəmə iddiaçının ərizəsini, cavabdehin xx.xx.2021-ci il tarixli məktubunu nəzərə alaraq və Azərbaycan Respublikasının İPM-nin 16.2-ci maddəsini rəhbər tutaraq işə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən baxmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iş materiallarında olan: İddiaçının şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 56 №li, xx.xx.2017-ci il tarixli sərəncamına əsasən Nizami rayonu, 2528-ci məhəllə, K.Balakişiyev küçəsi, 76 saylı binanın yaxınlığında İddiaçı tərəfindən tikintisi nəzərdə tutulan qeyri-yaşayış obyektinin şəhərsalma əsaslandırılması təsdiq edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalna Baş İdarəsinin 18/03-8/3818 nömrəli, xx.xx.2016-cı il tarixli, iddiaçıya ünvanlanmış məktubuna əsasən iddiaçının müraciəti əsasında Nizami rayonu, 2528-ci məhəllə, K.Balakişiyev küçəsi, 76 saylı binanın yaxınlığında qeyri-yaşayış obyektinin tikintisinə dair Azərbaycan Respublikasının Fövqəladə Hallaq Nazirliyi Tikintidə X3 “Azərdövlətlayihə” DBLİ tərəfindən işlənilmiş şəhərsalma əsaslandırılması razılaşdırılmışdır. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/203 nömrəli, xx.xx.2017-cı il tarixli, Nizami rayon İcra Hakimiyyətinə ünavnlanmış məktubuna əsasən vətəndaş İddiaçı Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, 2528-ci məhəllədə qeyri-yaşayış obyektinin tikintisinə dair təqdim olunmuş memarlıq-planlaşdırmasının eskiz həlli razılaşdırılmışdır. 002007 nömrəli, xx.xx.2018-ci il tarixli “İstismara hazırlıq aktı”na əsasən Bakı şəhəri, Nizami rayonu, 2528-ci məhəllə, K.Balakişiyev küçəsi, 76 saylı binanın yaxınlığında 1 mərtəbəli qeyriyaşayış sahəsində tikinti-quraşdırma işlərinin, sifarişçi tərəfindən texniki nəzarətin, podratçı tərəfindən daxili əməliyyat nəzarətinin, layihəçi tərəfindən müəllif nəzarətinin müfəttişlik tərəfindən dövlət nəzarətinin müvafiq qaydada həyata keçirilməsi ilə yerinə yetirilməsi təsdiq edilmişdir, akt Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə X3nin Baş Dövlət Tikinti Müfəttişliyinin nümayəndəsi tərəfindən imzalanmış və həmin Müfəttişliyin möhürü ilə təsdiq edilmişdir. “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 1290 nömrəli, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, 2528-ci məhəllə, 76 saylı binanın yaxınlığında yerləşən torpaq sahəsi (76 kv metr) qeyri-yaşayış obyektinin tikintisi məqsədilə 49 il müddətinə iddiaçıya icarəyə verilmişdir. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubuna əsasən iddiaçının Bakı şəhəri, Nizami rayonu, 2525-ci məh, K.Balakişiyev küçəsi, 76 saylı binanın yaxınlığında yerləşən qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət qeydiyyatına alınması barədə müraciətinin təmin edilməsindən imtina edilmişdir.İmtinanın əsası kimi göstərilmişdir ki, Nizami rayonu, 2525-ci məh., K.Balakişiyev küçəsi, 76 saylı bina yaxınlığında yerləşən torpaq sahəsinin ayrılması barədə Azərbaycan Respublikası Əmlak Məsələləsi Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin rəyi alınmamış və torpaq sahəsinin icarəyə verilməsinə dair sərəncam sənədlər toplusuna əlavə edilməmişdir. Həmçinin obyektə dair Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 495 saylı qərarı ilə təsdiq olunmuş “Obyektin tikintisinə icazənin vahid forması”na uyğun tərtib edilmiş tikintiyə icazə verilməsi barədə qərar təqdim edilməmiş və istismara icazə əlavə olunmamışdır. Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, Bakı şəhəri, Nizami rayonu, 2525-ci məh, K.Balakişiyev küçəsi, 76 saylı binanın yaxınlığında yerləşən 76 kv metr torpaq sahəsi 2017-ci ildə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən 49 il müddətinə ona icarəyə verilmişdir, həmin torpaq sahəsində iddiaçı tərəfindən 1 mərtəbəli tikili inşa edilməsi üçün Bakı şəhər İcra Hakimiyyəti Başçısının 56 №li, xx.xx.2017-ci il tarixli sərəncamı ilə qeyri-yaşayış obyektinin şəhərsalma əsaslandırılması təsdiq edilmişdir, Azərbaycan Respublikası Fövqəladə Hallaq Nazirliyi Tikintidə X3 “Azərdövlətlayihə” DBLİ tərəfindən işlənilmiş şəhərsalma əsaslandırılması razılaşdırılmışdır, həmçinin Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə qeyri-yaşayış obyektinin tikintisinə dair təqdim olunmuş memarlıqplanlaşdırmasının eskiz həlli razılaşdırılmışdır, iddiaçının inşa etdiyi tikili üzrə tikinti-quraşdırma işlərinin, sifrişçi tərəfindən texniki nəzarətin, podratçı tərəfindən daxili əməliyyat nəzarətinin, layihəçi tərəfindən müəllif nəzarətinin dövlət nəzarəti ilə müvafiq qaydada həyata keçirilməsi barədə istismara hazırlıq aktı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə X3nin Baş Dövlət Tikinti Müfəttişliyi tərəfindən imzalanmışdır. İddiaçı icarəsində olan torpaq sahəsində inşa etdiyi bir mərtəbəli qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etsə də cavabdeh iddiaçının müraciətini təmin etməmişdir.Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.1ci maddəsinə əsasən daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri (sututarlar) və torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz (hədsiz) zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələrdir; Həmin Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1-ci maddəsinə əsasən mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: 79.1.1. hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin; 79.1.2. xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların; 79.1.3. hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla); 79.1.4. hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəklərinin, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələrinin; 79.1.5. bu Məcəllənin 81.1-ci maddəsində nəzərdə tutulmuş ölçülərdən az olan reklam qurğularının, habelə kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının; 79.1.6. tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin; 79.1.7. fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin; 79.1.8. təmir edilən yol və ya mühəndiskommunikasiya təminatı xətlərinin; 79.1.9. bu Məcəllənin 70.2-ci maddəsinin tələblərinə əməl edilməklə, yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililərin; 79.1.10. hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların və oranjereyaların. Həmin Məcəllənin 79.2-ci maddəsinə əsasən bu Məcəllənin 79.1.1, 79.1.2 və 79.1.9-cu maddələrində nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil olunur. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. İşin faktiki hallarına əsasən iddiaçıya məxsus tikilinin yerləşdiyi torpaq sahəsi iddiaçının icarəsindədir, həmin torpaq sahəsində iddiaçı tərəfindən inşa edilmiş tikili bir mərtəbəlidir, yəni iddiaçının üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi tikili məlumatlandırma icraatının aid olduğu tikilidir və həmin tikilinin inşası üçün icazə tələb olunmur. Odur ki, cavabdehin etirazında və imtinasında “Obyektin Tikintisinə İcazə”nin və “Tikintiyə icazə barədə Xüsusi Nişan”ın forma və məzmununun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına istinad edilməklə tikintiyə icazənin tələb edilməsinin heç bir hüququ əsası yoxdur. Cavabdehin istinad etdiyi Azərbaycan Respublikası Prezidentinin 2015-ci il tarixli 4 may tarixli, 516 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X2 Təşkili üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”nin 3.0.3-cü bəndinə gəldikdə isə həmin bənddə göstərilmişdir: “Dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan dövlət mülkiyyətində olan obyektlərin yerləşdiyi və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaqlarını icarəyə və istifadəyə vermək, bu məqsədlə bağlanmış əqdlərin qeydiyyatını aparmaq, icarə haqlarının müəyyən edilməsi ilə bağlı təkliflər hazırlayıb təqdim etmək, dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla digər dövlət torpaqlarının icarəyə və istifadəyə verilməsinə rəy vermək”. Lakin iddiaçının inşa etdiyi tikilinin yerləşdiyi torpaq sahəsinin Azərbaycan Respublikası Prezidentinin 2015-ci il tarixli 4 may tarixli, 516 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X2 Təşkili üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”nin 3.0.3-cü bəndində qeyd edilən torpaq kateqoriyalarına aid olması iş materialları ilə müəyyən edilmir,cavabdeh də buna dair sübutları məhkəməyə təqdim etməmiş, həmin sübutlar barədə məhkəməyə məlumat verməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən qeyri-yaşayış sahəsinin inşa edilməsi üçün Bakı şəhər İcra Hakimiyyəti Başçısının sərəncamı ilə qeyri-yaşayış obyektinin şəhərsalma əsaslandırılması təsdiq edilmişdir, tikilinin memarlıq-planlaşdırmasının eskiz həlli razılaşdırılmışdır, həmçinin istismara hazırlıq aktı da tərtib edilmişdir. Məhkəmənin gəldiyi nəticəyə əsasən qeyd edilən hallar, eyni zamanda tikilinin iddiaçının icarəsində olan torpaq sahəsində inşa edilməsi iddiaçının ərizəsində göstərilən tikilinin iddiaçının adına mülkiyyət hüququ ilə qeydə alınması üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Lakin qeyd edilən halların mövcud olması məhkəmə icraatı zamanı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehin imtinası qanunsuz hesab edilərək Bakı şəhəri, Nizami rayonu, 2528-ci məhəllə, K.Balakişiyev küçəsi, 76 saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 62,2 kv metr olan qeyri-yaşayış binasının dövlət qeydiyyatına alınaraq reyestrdən İddiaçı adına çıxarış verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə -vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 16.2, 34, 68, 69, 85, 110cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunsuz hesab edilərək Bakı şəhəri, Nizami rayonu, 2528-ci məhəllə, K.Balakişiyev küçəsi, 76 saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 62,2 kv metr olan qeyri-yaşayış binasının dövlət qeydiyyatına alınaraq reyestrdən İddiaçı adına çıxarış verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-2405/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2405/2021
14.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver