Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2405/2024 09.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil Musa oğlunun, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin nümayəndələri X3 və X6, üçüncü şəxs qismində göstərilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi X11 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinə qarşı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi üçüncü şəxs qismində göstərilməklə “hesablanmış dəbbə pulunun silinməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinə (bundan sonra mətndə Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi tərəfindən **********8396 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 22031,08 (iyirmi iki min otuz bir manat 08 qəpik) manat və **********8385 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 25452,23 (iyirmi beş min dörd yüz əlli iki manat 23 qəpik) manat məbləğində - ümumilikdə 47483,31 (qırx yedd min dörd yüz səksən üç manat 31 qəpik) manat hesablanmış dəbbə pulunun Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi tərəfindən silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı (bundan sonra Cəmiyyət adlandırılacaq) xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qeydiyyata alınmış və müəyyən olunmuş istiqamət üzrə fəaliyyətini davam etdirməkdədir. Cəmiyyət əsas fəaliyyət istiqamətinə uyğun olaraq qanunvericiliyin tələbləri əsasında xarici ölkələrdən idxal və ya daxili bazardan alış etməklə müxtəlif növlü elektronika mallarının satışını həyata keçirməkdədir. Cəmiyyət ilə Azərbaycan Respublikasının qanunvericiliyi əsasında qeydiyyata alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra Satıcı adlandırılacaq) sonuncu tərəfindən xx.xx.2022-ci tarixində idxal edilmiş, model nömrəsi LT-32N3105E olan 1000 (bir min) ədəd və model nömrəsi LT- 32N3105 olan 425 (dörd yüz iyirmi beş) ədəd “JVC” markalı televizorların Cəmiyyət adından rəsmiləşdirilərək Cəmiyyətin mülkiyyətinə keçməsinə razılaşmışdılar. Bu barədə hər iki hüquqi şəxs tərəfindən Azərbaycan Respublikasının müvafiq gömrük orqanına ərizə ilə müraciət edilmiş və gömrük orqanı tərəfindən razılıq əldə edilmişdir. Lakin Cəmiyyət idxal olunan malların rəsnıiləşdirilməsini həyata keçirmək istərkən təxminən 65.000,00 (altmış beş min) manat dəbbə pulu ödənişi ilə üz - üzə qalmışdır. Satıcı, yəni "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti X1vericiliyi əsasında qeydiyyatdan keçmiş “X8 East DMCC” şirkəti ilə bağlamış olduğu 20 oktyabr 2021-ci il tarixli, ******* saylı Müqaviləyə əsasən sonuncu Çin Xalq Respublikasında istehsal olunan “JVC” markalı televizorları istehsalçıdan alıb "xxxx" MMC-nin adma idxal edəcəkdir. Razılaşmaya uyğun olaraq “X8 East DMCC” şirkəti 20 oktyabr 2021-i il tarixli, NWG-1NV 4685-1 saylı qaimə faktura ilə model nömrəsi LT-32N3105E olan, bir ədədinin qiyməti 94 (doxsan dörd) ABŞ Dolları olmaqla 1000 (bir min) ədəd və model nömrəsi LT-32N3105 olan, bir ədədinin dəyəri 95 (doxsan beş) ABŞ Dolları olmaqla 425 (dörd yüz iyirmi beş) ədəd, ümumi dəyəri 134.375,00 (bir yüz otuz dörd min üç yüz yetmiş beş) ABŞ Dolları təşkil edən “JVC” markalı televizorların idxal edilə biləcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixində LTKU2144662 saylı konteyner ilə Azərbaycan Respublikasının gömrük ərazisinə (bundan sonra gömrük ərazisi adlandırılacaq) daxil olmuşdur. Belə olan halda "xxxx" MMC tərəfindən təqdim edilən sənədlər əsasında bəyaıınaməçi tərəfindən **********6428 saylı gömrük bəyannaməsi elektron qaydada doldurulmuşdur. İdxal olunan mallar Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin (bundan sonra ERDNBGİ adlandırılacaq) gömrük buraxılış məntəqəsi ərazisinə daxil olmuşdur. Mallar gömrük ərazisinə daxil olarkən mal müşayiət sənədlərində Çin Xalq Respublikasının **********00885165 saylı ixrac bəyannaməsi müvafiq qurum tərəfindən qəbul edilmişdir. Həmin ixrac gömrük bəyannaməsində malların dəyəri mexaniki səhvlik nəticəsində həddən artıq baha yazılmışdır. Belə ki, model nömrəsi LT-32N3105E olan “JVC” markalı televizorun bir ədədi 140,88 (bir yüz qırx dollar səksən səkkiz sent) ABŞ Dolları, LT-32N3105 olan “JVC” markalı televizorun bir ədədi 142,84 (bir yüz qırx iki dollar səksən dörd) ABŞ Dolları olmaqla ümumilikdə malların dəyəri 201.507,00 (iki yüz bir min beş yüz yeddi) ABŞ Dolları olaraq qeyd edilmişdir. Bununla da mal müşayiət sənədləri arasında olan ixrac bəyannaməsi ilə "xxxx" MMC tərəfindən təqdim edilən idxal bəyannaməsi arasında 67.212,00 (altmış yeddi min iki yüz on iki) ABŞ Dolları məbləğindən artıq məbləğ müəyyən edilmişdir. Belə olan halda müvafiq gömrük qurumu tərəfindən mal müşayiət sənədləri arasında olan ixrac bəyannaməsində qeyd edilən qiymətlər əsasında malların rəsmiləşdirilməsi tələb edilmişdir. "xxxx" MMC-nin səlahiyyətli şəxsləri tərəfindən buna etirazlar edilmişdir. Müvafiq qurum tərəfindən etirazlara məhəl qoyulmamış, idxal olunmuş malların elektron qaydada doldurulmuş gömrük bəyannaməsi əsasında gömrük rəsmiləşdirilməsinin aparılmasına imkan verilməmiş, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq araşdırma aparılmamışdır. Yuxarıda adı qeyd edilən şirkət tərəfindən "xxxx" MMC-nin adma model nömrəsi LT-32N3105 olan 1425 (bir min dörd yüz iyirmi beş) ədəd “JVC” markalı televizorlar idxal edilmiş və xx.xx.2022-ci il tarixində mallar gömrük ərazisinə daxil olmuşdur. Müvafiq sənədlər əsasında "xxxx" MMC tərəfindən malların gömrük ərazisinə idxal edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq **********8572 saylı elektron gömrük bəyannaməsi təqdim edilmişdir. Malları müşayiət edən sənədlərlə "xxxx" MMC tərəfindən təqdim edilən sənədlər arasında heç bir fərq ortaya çıxmamışdır. Lakin müvafiq gömrük orqanı tərəfindən sənədlər əsas götürülmədən əlavə dəyər tətbiq edilmişdir. Bunu da xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsində yaranan fərqlə izah etmişlər və bu sənədləri əsas götürərək idxal olunan mallara əlavə gömrük dəyəri tətbiq etmişdilər. Gömrük orqanları xx.xx.2022-ci il tarixli idxal olunmuş malların aqibətinin xx.xx.2022-cil tarixli idxal olan malların aqibəti ilə bir həll olunacağım şifahi qaydada bildirilmişdilər. Qeyd etmək istərdik ki, ikinci bəyannamə əsasında gömrük ərazisinə idxal olunan mallar da gömrük orqanı tərəfindən təyin olunmuş müvafiq yerdə saxlanılmaqdadır və konteyner bu günə kimi təhvil verilməmişdir. Hər iki hal ilə əlaqədar "xxxx" MMC tərəfindən müvafiq qurumun əməkdaşlarının hərəkət və ya hərəkətsizliyindən dəfələrlə həınin qurumun rəhbərinə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin digər vəzifəli şəxslərinə şifahi şəkildə və yazılı şəkildə müraciətlər edilmişdir. Yazılan ərizələr nəticəsində ERDNBGİ-nin Gömrük prosedurları və ödənişləri şöbəsi tərəfindən 02.11,2022-ci il tarixli, 31/012/006066 saylı raportun araşdırılması ERDNBGİ, Əməliyyat və Təhqiqat şöbəsinin (bundan sonra Təhqiqat şöbəsi adlandırılacaq) Təhqiqat bölməsinin böyük təhqiqatçısı X7 tapşırılmışdır. Gömrük ödənişlərinin ödənilməsindən yayınma cinayətinin törədilə biləcəyi ehtimalı olduğundan qeyd olunan qurumda "xxxx" MMC barəsində 34/012/006066 saylı material ilə araşdırma başladılmışdır. Təhqiqat şöbəsi tərəfindən məhkəmə iqtisad ekspertizası təyin olunmuş və xx.xx.2022-ci il tarixli, 9/8662 nömrəli ekspert rəyi həmin şöbəyə təqdim edilmişdir. Ekspert rəyini şübhəli bilən Təhqiqat şöbəsi Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq təkrar məhkəmə iqtisad ekspertizası təyin etmişdir. Təkrar ekspertizanın xx.xx.2023-ci il tarixli, 9/731 nömrəli ekspert rəyi müvafiq quruma təqdim edilmişdir. Bundan sonra müvafiq qurum tərəfindən malların gömrük rüsumları çıxılmaqla malların gömrük dəyərinin hesablanması üçün Baş İdarənin müvafiq struktur bölməsinə müraciət edilmişdir. Aidiyyəti bölmədən xx.xx.2023-cü il tarixli 34/012/001016 saylı raportda göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyində qeyd edilən xərclər ekspertin rəyində göstərilən dəyərdən çıxıldığı zaman model nömrəsi LT-32N3105E olan “JVC” televizorunun bir ədədinin dəyəri 94 (doxsan dörd) ABŞ Dolları, model nömrəsi LT-32N3105 olan “JVC” markalı televizorun bir ədədinin dəyəri isə 95 (doxsan beş) ABŞ Dolları təşkil edir. Ekspert rəyi və araşdırmalar nəticəsində ERDNBGİ, Əməliyyat və Təhqiqat şöbəsi. Təhqiqat bölməsinin böyük təhqiqatçısı, gömrük xidməti baş leytenantı X4 xx.xx.2023-cü il tarixli qərarı əsasında 34/012/006066 saylı material üzrə cinayət təqibinin başlanması rədd edilmiş, idxal edilmiş malların xx.xx.2022-ci il tarixli, **********6428 saylı gömrük bəyannaməsində qeyd edilmiş xx.xx.2021-ci il tarixli NWG- İNV4685-1 saylı qaimə faktura (invoys) sənədinə əsasən rəsmiləşdirilməsinin aparılması qərarlaşdırılmışdır. Beləliklə, ERDNBGİ, Əməliyyat və Təhqiqat şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə isbat edilmişdir ki, xx.xx.2022-ci il tarixli, **********6428 saylı gömrük bəyannaməsində qeyd edilən malların gömrük dəyəri "xxxx" MMC tərəfindən düzgün bəyan edilmiş və bəyan edilən gömrük dəyərinə görə gömrük borcunun ödənilməsi qərarlaşdırılmışdır. İddiaçı MMC ilə "xxxx" MMC arasındakı razılaşma və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciətlər əsasında xx.xx.2022-ci il tarixində idxal edilmiş malların 20.10 2021-ci il tarixli, NWG- İNV4685-1 saylı qaimə fakturada qeyd edilən gömrük dəyəri əsasında İddiaçı MMC tərəfindən gömrük rəsmiləşdirilməsinin aparılması xahiş edilmiş və sonuncu tərəfindən qaimə fakturada qeyd edilən məbləğ əsasında Azərbaycan Respublikasının gömrük qanunvericiliyi əsasında gömrük dəyəri ödənilmək şərti ilə rəsmiləşdirilməsinin aparılması xahiş edilmişdir. Lakin yuxarıda da qeyd olunduğu kimi Cəmiyyətdən gömrük dəyərindən əlavə dəbbə pulunun ödənilməsi tələb edilmişdir. İşin faktiki hallarına baxıldığı zaman əsassız tələb ilə gömrük dəyəri qaldırılmış malın dəyərinə görə qanunsuz gömrük borcu müəyyən edilmiş və haqsız dəyərə görə hesablanmış gömrük dəyərinin ödənilməsi idxal olunan malların sahibindən tələb edilməyə çalışılmışdır. Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə əsasən də idxal olunan malların sahibi tərəfindən şikayətlər olunmuş, malların gömrük dəyərinin düzgün və ədalətli araşdırılması tələb edilmişdir. Gömrük Məcəlləsinə əsasən də bu müddət ərzində dəbbə pulu yaranmır. Yuxanda da qeyd edildiyi kimi gömrük orqanı tərəfindən gecikdirilmiş olan gömrük borcuna görə **********8396 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 22031,08 (iyirmi iki min otuz bir manat 08 qəpik) manat və **********8385 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 25.452,23 (iyirmi beş min dörd yüz əlli iki manat 23 qəpik) manat məbləğində - ümumilikdə 47.483,31 (qırx yedd min dörd yüz səksən üç manat 31 qəpik) manat dövlət büdcəsinə ödənilməli olan dəbbə pulunun hesablanmasının heç bir hüquqi əsası yoxdur. Belə ki, dəbbə pulunu yaradan hallar öz təsdiqini tapmadığı halda gömrük orqanı tərəfindən belə bir məbləğin hesablanması və İddiaçı MMC-dən bunun tələb edilməsi qanuni deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxs qismində göstərilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə təqdim edilmiş, cavabdehdən və üçüncü şəxs qismində göstərilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli, 3-33-3200/2-001665/2023 saylı iddia tələbinə dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən **********8396 və **********8385 sorğu nömrəli bəyannamələr üzrə ümummillikdə yaranmış 47483,31 (qırx yedd min dörd yüz səksən üç manat, otuz bir qəpik) manat hesablanmış dəbbə pulu gömrük qanunvericiliyinin tələblərinə uyğun hesablanmışdır. Belə ki, Gömrük Məcəlləsinin 247-ci maddəsinə əsasən, gecikdirilmiş gömrük borcuna görə yuxarıda qeyd olunan gömrük bəyannamələri üzrə dəbbə pulu iddiaçı tərəfindən ödənilməmişdir. AR Gömrük Məcəlləsinin 247.1-ci maddəsinə əsasən, Gömrük borcunun ödənilməsinin bu Məcəllə ilə müəyyən edilmiş müddəti pozulduqda, gömrük orqanları ödəyicidən dəbbə pulu alırlar. Dəbbə pulunun hesablanması üçün müddətlər aşağıdakılardır: gömrük borcunun ödənilməsi müddətinin başa çatdığı tarixdən növbəti gündən başlayaraq, borcun faktiki ödənilmə gününədək və ya bu Məcəllənin 246.1-ci maddəsinə əsasən həmin borcun ödənilməsinə möhlət verilənədək: bu Məcəllənin 246.1-ci maddəsinə əsasən gömrük borcunun ödənilməsinə verilmiş möhlətin başa çatdığı tarixdən növbəti gündən başlayaraq, borcun faktiki ödənilmə gününədək. Dəbbə pulu bu Məcəllənin 247.2-ci maddəsində göstərilən müddətlər ərzində hər gecikdirilən günə görə gömrük borcu məbləğinin 0,1 faizi miqdarında hesablanır. Dəbbə pulu gömrük borcu üzrə bütün ötmüş müddətə, lakin bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. Dəbbə pulu gömrük borcu ilə eyni vaxtda ödənilir. Dəbbə pulunun ödənilməsi, tutulması və qaytarılması bu Məcəllədə gömrük ödənişlərinin ödənilməsi, tutulması və qaytarılması üçün nəzərdə tutulmuş qaydalara uyğun olaraq həyata keçirilir. Həmçinin, Azərbaycan Respublikası Gömrük Məcəlləsinə əsasən: Gömrük rüsumlarının və yığılması gömrük orqanlarına həvalə edilmiş vergilərin hesablanması idxal olunan mallara münasibətdə gömrük sərhədini keçən gündən, ixrac olunan mallara münasibətdə isə, mallara dair bəyannamənin təqdim olunduğu gündən başlanır və həmin gün qüvvədə olan gömrük rüsumları və vergilərin dərəcələri əsas götürülür. 237.1. Gömrük borcu malların bu Məcəllənin 238-ci və 240-cı maddələrində göstərilən gömrük prosedurları altında yerləşdirilməsi üçün gömrük bəyannaməsinin gömrük orqanlarına təqdim edildiyi yerdə yaranır. Bütün başqa hallarda gömrük borcunun yarandığı yer, onun yaranmasına səbəb olan halların baş verdiyi yer hesab edilir. 238.3. Malları bəyan edən şəxs borclu hesab olunur. Gömrük təmsilçiliyi dolayısı həyata keçirilərsə, adından gömrük bəyannaməsi verilən şəxs də borclu hesab edilir. İdxal gömrük rüsumları tutulmalı olan mallar üzrə gömrük borcu şəxs tərəfindən aşağıdakı şərtlərin hər hansı birinə əməl edilmədikdə yaranır: xarici malların gömrük ərazisinə gətirilməsinə, onların gömrük nəzarətindən çıxarılmasına, gömrük ərazisi daxilində hərəkətinə, emalına, saxlanılmasına, müvəqqəti idxalına, yaxud onlar barəsində sərəncam verilməsinə dair qanunvericiliklə müəyyən edilmiş öhdəliklər yerinə yetirilmədikdə; gömrük ərazisi daxilində mallardan son istifadə ilə əlaqədar gömrük qanunvericiliyində müəyyən edilmiş öhdəliklər yerinə yetirilmədikdə; xarici malların müvafiq gömrük proseduru altında yerləşdirilməsini, yaxud onlardan son istifadə ilə əlaqədar gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilməni tənzimləyən şərtlərə əməl olunmadıqda. 244.3. Gömrük borcu istənilən maraqlı şəxs tərəfindən ödənilə bilər. 245.1. Bəyannaməçi gömrük borcunun ödənilməsinə görə məsul şəxs hesab edilir. 247.4. Dəbbə pulu gömrük borcu ilə eyni vaxtda ödənilir. 249.2. Gömrük bəyannaməsindəki səhvlərin gömrük borcunun məbləğinin qanunvericiliklə müəyyən edildiyindən az məbləğdə hesablanmasına, yaxud ödənilməsinə səbəb olmasını bu Məcəllənin 249.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində aşkar edildikdə, gömrük orqanları ödəyicidən ödənilməmiş məbləğləri alırlar. 249.5. Malları və nəqliyyat vasitələrini gömrük sərhədindən qanunsuz keçirən şəxs, həmçinin onların qanunsuz keçirildiyini bildiyi, yaxud bilməli olduğu halda, belə əməliyyatda iştirak edən şəxs, həmin malları və nəqliyyat vasitələrini öz mülkiyyətinə və ya istifadəsinə götürən şəxs gömrük borcunun ödənilməsi üzrə bəyannaməçi ilə birgə məsuliyyət daşıyırlar. Gömrük orqanı dəbbə pulunun ödənişi ilə bağlı borclu şəxsə bildiriş təqdim etmişdir. İddiaçı qeyd olunan dəbbə pulunu ödəmək əvəzinə məhkəməyə müraciət etmişdir. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. inzibati Prosessual Məcəllənin 64.1-ci maddəsinə əsasən, sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərinə əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Daha sonra cavabdeh Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 3-33-3200/2-001904/2023 saylı iddia tələbinə dair yazılı etirazı və üçüncü şəxs qismində göstərilən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2023-cü il tarixli, 3-33-3200/2-022510/2023 saylı iddia tələbinə dair yazılı münasibəti məhkəməyə təqdim olunmuşdur. İddiaçının nümayəndəsi və vəkili Vəkil Musa oğlu məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın mümkün sayılması və təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndələri X10 və X12 məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı etirazda qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etdilər. Üçüncü şəxs qismində göstərilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi X15 məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı etirazda qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İşin halları: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********183400 №-li çıxarışın surətindən müəyyən olunur ki, İddiaçı MMC xx.xx.2022-ci il tarixdə ********** (VÖEN) qeydiyyat nömrəsilə dövlət qeydiyyata alınmışdır. Hüquqi şəxsin hüquqi ünvanı AZ 10360, ünvan 1i təmsilçisi Nümayəndə qeyd olunmuşdur. Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 2000/012/0xx-xx/000377 saylı məktubunda göstərilmişdir ki, Çin Xalq Respublikasından "xxxx" (VÖEN:**********) MMC-nin ünvanına LTKU2144662 nömrəli konteynerlə göndərilən mallar xx.xx.2022-ci il tarixində **********6428 sorğu nömrəli gömrük bəyannaməsi ilə, LTKU ******* qeydiyyat nömrəli konteynerlə göndərilən mallar isə xx.xx.2022-ci il tarixində **********8572 sorğu nömrəli gömrük bəyannaməsi ilə Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük idarəsində rəsmləşdirilməsi üçün bəyan edilmişdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 243.1-ci maddəsinə əsasən gömrük borcu gömrük orqanları tərəfindən gömrük bəyannaməsi təsdiq edilənədək və ya gömrük bəyannaməsinin təsdiqi ilə eyni vaxtda ödənilir. Gömrük Məcəlləsinin 247-ci maddəsinə əsasən isə gömrük borcunun ödənilməsinin bu Məcəllə ilə müəyyən edilmiş müddəti pozulduqda, gömrük orqanları ödəyicidən hər gecikdirilən günə görə gömrük borcu məbləğinin 0,1 faizi miqdarında dəbbə pulu alırlar. Dəbbə pulu gömrük borcu ilə eyni vaxtda ödənilir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 2000/012/0xx-xx/000711 saylı məktubunda göstərilmişdir ki, "xxxx" MMC (VÖEN: **********) idxal etdiyi malları xx.xx.2022-ci il tarixində **********6428 və xx.xx.2022-ci il tarixində **********8572 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan etmişdir. "xxxx" MMC tərəfindən gömrük əməliyyatları başa çatdırılmamış borc və öhdəliklər ixracatçı və idxalatçının razılığı əsasında İddiaçı MMC-yə (VÖEN:**********) ötürülmüşdür. “NUR TRADE GLOBAL" MMC tərəfindən mallar xx.xx.2023-cü il tarxində **********8396 və **********8385 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmiş və xx.xx.2023-cü il tarixində gömrük ödənişləri ödənilərək rəsmləşdirilmə prosesi başa çatdırılmışdır. Lakin Gömrük Məcəlləsinin 247-ci maddəsinə əsasən gecikdirilmiş gömrük borcuna görə **********8396 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 22031,08 AZN (iyirmi iki min otuz bir manat səkkiz qəpik), **********8385 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 25452,23 AZN (iyirmi beş min dörd yüz əlli iki manat iyirmi üç qəpik) məbləğində dövlət büdcəsinə ödənilməli olan dəbbə pulu İddiaçı MMC tərəfindən ödənilməmişdir. Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 2000/012/0xx-xx/000889 saylı məktubunda göstərilmişdir ki, "xxxx" MMC (VÖEN: **********) idxal etdiyi malları xx.xx.2022-ci il tarixində **********6428 və xx.xx.2022-ci il tarixində **********8572 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan etmişdir. "xxxx" MMC tərəfindən gömrük əməliyyatları başa çatdırılmamış borc və öhdəliklər ixracatçı və idxalatçının razılığı əsasında İddiaçı MMC-yə (VÖEN:**********) ötürülmüşdür. İddiaçı MMC tərəfindən mallar xx.xx.2023-cü il tarxində **********8396 və **********8385 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmiş və xx.xx.2023-cü il tarixində gömrük ödənişləri ödənilərək rəsmləşdirilmə prosesi başa çatdırılmışdır. Lakin Gömrük Məcəlləsinin 247-ci maddəsinə əsasən gecikdirilmiş gömrük borcuna görə **********8396 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 22031,08 AZN (iyirmi iki min otuz bir manat səkkiz qəpik), **********8385 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 25452,23 AZN (iyirmi beş min dörd yüz əlli iki manat iyirmi üç qəpik) məbləğində dövlət büdcəsinə ödənilməli olan dəbbə pulu İddiaçı MMC tərəfindən ödənilməmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-33/2-013685/2023 saylı məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin (bundan sonra- Gömrük Məcəlləsi) 238.2-ci maddəsinə əsasən gömrük borcu gömrük bəyannaməsinin təsdiq edildiyi vaxt yaranır. Gömrük Məcəlləsinin 247.1-ci maddəsinə əsasən gömrük borcunun ödənilməsinin bu Məcəllə ilə müəyyən edilmiş müddəti pozulduqda, gömrük orqanları ödəyicidən dəbbə pulu alırlar. Eyni zamanda, gömrük borcunun ödənilməsi müddətinin başa çatdığı tarixdən növbəti gündən başlayaraq, borcun faktiki ödənilmə gününədək və ya Gömrük Məcəlləsinin 246.1-ci maddəsinə əsasən həmin borcun ödənilməsinə möhlət verilənədək dəbbə pulu hesablanır. Gömrük Məcəlləsinin 221.1-ci maddəsinə uyğun olaraq şəxs ona təqdim edilən bildirişdə göstərilən gömrük deyərinə təklif olunan düzəlişlə razılaşmadıqda, yuxarı gömrük orqanına və (və ya) məhkəməyə müraciət edə bilər. Yuxarı gömrük orqanı və ya məhkəmə həmin müraciətə ən geci 10 (on) gün müddətində baxır. Bu barədə müraciətə baxılma müddətində dəbbə pulu hesablanmır. Həmçinin, Gömrük Məcəlləsinin 221.4-ci maddəsinə əsasən yuxarı gömrük orqanı və ya məhkəmə şəxsin müəyyən etdiyi gömrük dəyərini düzgün hesab etdikdə, malların saxlancı ilə bağlı xərclər Məcəllənin 221.1-ci maddəsinə əsasən gömrük dəyərinə düzəlişlər etmiş vəzifəli şəxsdən tutulur və həmin vəzifəli şəxs intizam məsuliyyətinə cəlb olunur. Qeyd olunanları nəzərə alaraq, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük idarəsi tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanmış dəbbə pulunun ləvği nəzərdə tutulmur. Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi tərəfindən İddiaçı MMCyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-33-3200/2-001295/2023 saylı məktubunda göstərilmişdir ki, "xxxx" MMC (VÖEN: **********) idxal etdiyi malları xx.xx.2022-ci il tarixində **********6428 və xx.xx.2022-ci il tarixində **********8572 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan etmişdir. "xxxx" MMC tərəfindən gömrük əməliyyatları başa çatdırılmamış borc və öhdəliklər ixracatçı və idxalatçının razılığı əsasında İddiaçı MMC-yə (VÖEN:**********) ötürülmüşdür. İddiaçı MMC tərəfindən mallar xx.xx.2023-cü il tarxində **********8396 və **********8385 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmiş və xx.xx.2023-cü il tarixində gömrük ödənişləri ödənilərək rəsmləşdirilmə prosesi başa çatdırılmışdır. Lakin Gömrük Məcəlləsinin 247-ci maddəsinə əsasən gecikdirilmiş gömrük borcuna görə **********8396 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 22031,08 AZN (iyirmi iki min otuz bir manat səkkiz qəpik), **********8385 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 25452,23 AZN (iyirmi beş min dörd yüz əlli iki manat iyirmi üç qəpik) məbləğində dövlət büdcəsinə ödənilməli olan dəbbə pulu İddiaçı MMC tərəfindən ödənilməmişdir. Tətbiq edilən hüquq, iddianın mümkünlüyü və buna dair məhkəmənin mövqeyi: “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu; 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Konstitusiya Məhkəməsinin Plenumu “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair” 13 iyun 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: -inzibati orqan tərəfindən qəbul edilməli; -ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; -ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; -hakimiyyət tədbiri olmalıdır. Beləliklə, inzibati akt qanunvericiliklə müəyyən edilmiş qaydada publik idarəetmənin səlahiyyətli subyektləri tərəfindən qəbul edilir. Qeyd olunmalıdır ki, qanunverici tərəfindən belə aktın xüsusiyyətlərinin müəyyən edilməsi ictimai maraqlar və dövlət maraqları ilə şərtləndirilir, publik hüquq münasibətləri müstəvisində yaranan müəyyən məsələnin və ya mübahisənin həllinə yönəlir. Bununla əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələrinin inzibati xətalar haqqında işlər üzrə icraata aidiyyəti baxımından şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Bu isə özündə inzibati orqanlar tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələlərin həllinə dair inzibati aktların qəbul edilməsini ehtiva edir. İnzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Eyni zamanda inzibati akt müxtəlif hüquq subyektlərinin hüquqi statusunu fərqli müəyyən edə bilər. Göründüyü kimi, inzibati akt konstitutiv formada hüquq və vəzifələr yaradır, ləğv edir və ya dəyişdirir, deklarativ formada isə maraqlı şəxs üçün əlavə hüquqi əsaslar yaradır. Sənədin formasına görə inzibati akt, qanunvericiliklə müəyyən edilən səlahiyyətlər çərçivəsində publik idarəetmənin müvafiq subyektləri tərəfindən qəbul edilən qərar, sərəncam və ya digər növ aktdır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində inzibati akt hesab edilən hakimiyyət tədbirinin əlamətləri sadalanaraq onların dəqiq adı və siyahısı göstərilməmişdir. Lakin maddənin dispozisiyası belə nəticəyə gəlməyə imkan verir ki, adından asılı olmayaraq hər hansı bir hakimiyyət orqanının sənədi həmin maddədə sadalanan əlamətləri özündə əks etdirdiyi təqdirdə inzibati akt hesab edilməlidir. Beləliklə, Konstitusiya Məhkəməsi adı çəkilən 13 iyun 2013-cü il tarixli Qərarında bu nəticəyə gəlmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə uyğun olaraq inzibati orqanın ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul etdiyi və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan məktub və ya digər rəsmi sənəd inzibati akt hesab edilməlidir. Hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı, inzibati aktın məzmunu da nəzərə alınmalıdır”. Məhkəmə qeyd edilən normalara və Plenum Qərarındakı mövqeyə əsasən hesab edir ki, cavabdehin hazırda mübahisələndirilən gömrük borcunun ödənilməsi barədə bildirişi və məktubu iddiaçı üçün bilavasitə hüquqi nəticə yaratmır. Belə ki, qeyd edildiyi kimi inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Hazırkı halda ləğv olunması tələb olunan bildiriş adından göründüyü kimi gömrük borcunun ödənilməsinə dair bildiriş, məlumat xarakteri daşıyan, hər hansı məcburi öhdəliklərin icra edilməsi ilə birbaşa nəticəyə səbəb olmayan məktubdur. Başqa sözlə, sözügedən bildiriş və onun məktubu iddiaçı üçün hüquqi nəticə yaratmır, onun üzərinə əliverişsiz vəziyyətə salan vəzifə və öhdəlik qoymur. Beləliklə, hüquqi nəticə yaratmaq imkanından məhrum olan sənədin ləğvinin tələb edilməsi əhəmiyyətsizdir. Odur ki, mübahisə predmeti olan məktuba münasibətdə iddia mümkün sayıla bilməz. Hesablanmış borcun silinməsi tələbinə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd edir. İş materialları ilə müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçının sözügedən gömrük borcunun məcburi qaydada tutulmasına yönəldilmiş hər hansı bir hərəkəti olmamış, cavabdeh tərəfindən sözügedən məsələ ilə bağlı “İnzibati icraat haqqında” Qanunun müddəaları çərçivəsində inzibati icraat aparılmamış, borcun tutulması ilə bağlı qərar - inzibati akt qəbul edilməmiş, iddiaçıya qarşı mübahisə edilən pul vəsaitinin tutulmasına yönəldilmiş hər hansı məcburedici hərəkətlər edilməmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun; 81.1. İnzibati akt ünvanlandığı şəxs (şəxslər) üçün məcburi xarakter daşıyır və həmin şəxs (şəxslər) ona əməl etməyə borcludur. 81.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati akt, o cümlədən inzibati şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən icra edilir. 81.3. İnzibati orqan inzibati aktın icrası ilə bağlı şəxsin hansı hərəkətləri etməli olduğunu dəqiq müəyyənləşdirməyə borcludur. 82.1. Pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. 82.2. İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Gömrük Məcəlləsindən: 92.2. Gömrük orqanlarının vəzifəli şəxsləri gömrük nəzarətini aşağıdakı formalarda həyata keçirirlər. 92.2.1. malların və nəqliyyat vasitələrinin yoxlanılması; 92.2.2. şəxsi yoxlama; 92.2.3. gömrük məqsədləri üçün lazım olan məlumatların, elektron və ya kağız üzərində yazılı formalarda sənədlərin, o cümlədən Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatlarla (şəhadətnamələrlə), “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərtib edilən idxal zamanı elektron bildiriş, Qida Təhlükəsizliyi Reyestrindən çıxarış, sağlamlıq sertifikatı, qida və yem məhsullarının təhlükəsizliyini təsdiq edən sənədlərlə müşayiət olunmasının yoxlanılması 92.2.4. gömrük auditi; 92.2.5. şəxslərin sorğu-sual edilməsi; 92.2.6. gömrük nəzarətindən keçməli olan mallara və nəqliyyat vasitələrinə, onların yerləşdiyi ərazilərə və binalara, müvəqqəti saxlanc və gömrük anbarlarında, sərbəst zonalarda yerləşən ərazilərə və binalara, həmçinin icrasına nəzarət gömrük orqanına həvalə edilmiş fəaliyyətin həyata keçirildiyi digər yerlərə gömrük baxışının keçirilməsi; 92.2.7. keşik çəkmənin (patrulluğun) və gömrük müşahidəsinin aparılması. 1.0.17. gömrük ödənişləri– bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, vergilər, gömrük yığımları, dövlət rüsumu və haqq; 247.1. Gömrük borcunun ödənilməsinin bu Məcəllə ilə müəyyən edilmiş müddəti pozulduqda, gömrük orqanları ödəyicidən dəbbə pulu alırlar. 247.2. Dəbbə pulunun hesablanması üçün müddətlər aşağıdakılardır: 247.2.1. gömrük borcunun ödənilməsi müddətinin başa çatdığı tarixdən növbəti gündən başlayaraq, borcun faktiki ödənilmə gününədək və ya bu Məcəllənin 246.1-ci maddəsinə əsasən həmin borcun ödənilməsinə möhlət verilənədək; 247.2.2. bu Məcəllənin 246.1-ci maddəsinə əsasən gömrük borcunun ödənilməsinə verilmiş möhlətin başa çatdığı tarixdən növbəti gündən başlayaraq, borcun faktiki ödənilmə gününədək. 247.3. Dəbbə pulu bu Məcəllənin 247.2-ci maddəsində göstərilən müddətlər ərzində hər gecikdirilən günə görə gömrük borcu məbləğinin 0,1 faizi miqdarında hesablanır. Dəbbə pulu gömrük borcu üzrə bütün ötmüş müddətə, lakin bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. 247.4. Dəbbə pulu gömrük borcu ilə eyni vaxtda ödənilir. 249.1. Ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur. 249.2. Gömrük bəyannaməsindəki səhvlərin gömrük borcunun məbləğinin qanunvericiliklə müəyyən edildiyindən az məbləğdə hesablanmasına, yaxud ödənilməsinə səbəb olmasını bu Məcəllənin 249.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində aşkar edildikdə, gömrük orqanları ödəyicidən ödənilməmiş məbləğləri alırlar. 249.3.Vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının icra (ödəniş) sənədi əsasında, vergi borclarının dövlət büdcəsinə alınmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarına uyğun olaraq, ödəyicinin bank hesablarından tutulur Gömrük Məcəlləsinin “Gömrük borclarının alınması və məsuliyyət tədbirləri”ni tənzimləyən: -249.1-ci maddəsinə əsasən ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur. -249.2-ci maddəsinə görə gömrük bəyannaməsindəki səhvlərin gömrük borcunun məbləğinin qanunvericiliklə müəyyən edildiyindən az məbləğdə hesablanmasına, yaxud ödənilməsinə səbəb olmasını bu Məcəllənin 249.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində aşkar edildikdə, gömrük orqanları ödəyicidən ödənilməmiş məbləğləri alırlar. -249.3-cü maddəsinə görə vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının icra (ödəniş) sənədi əsasında, vergi borclarının dövlət büdcəsinə alınmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarına uyğun olaraq, ödəyicinin bank hesablarından tutulur. -249.4-cü maddəsinə əsasən Qanunla müəyyən edilmiş hallarda müvafiq icra hakimiyyəti orqanı ödəyicinin banklardakı hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırır. Məhkəmə qeyd edir ki, cavabdeh qurum gömrük bəyannaməsi üzrə gömrük borcunun yarandığını bildirsə də, bununla bağlı hər hansı inzibati araşdırmanın aparıldığı, həmin araşdırmanın nəticəsi olaraq borcun tutulmasına dair qərar qəbul edildiyi müəyyən edilmir. Digər tərəfdən, dəbbə pulu gömrük borcu (gömrük ödənişi) olmamaqla və gömrük borcu ilə ilə eyni vaxtda ödənilməlidir. Göründüyü kimi, qanunvericiliyə əsasən şəxsin mövcud olan gömrük borcunun ödənilməsi üçün inzibati orqanın həmin borcun məcburi tutulması barədə qərar qəbul etmək, tələbi icraya yönəltmək, icra sənədi vermək və digər bu kimi səlahiyyətləri müəyyən edilmişdir. Lakin cavabdeh qurumun faktiki xarakterli hərəkətləri nəticəsində gömrük borcu hesablanmış, gömrük borcunun ödənilməsi barədə iddiaçıya bildiriş təqdim edilmiş, lakin həmin borcun tutulmasını təmin etmək məqsədilə hər hansı hərəkət həyata keçirilməmişdir (məsələn, bank hesablarının dondurulması barədə sərəncam verilməsi, hesablanmış gömrük borcunun tutulması və ya mallarının ölkəyə idxalına məhdudiyyət qoyulması kimi). Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının sözügedən gömrük borcunun məcburi qaydada tutulmasına yönəldilmiş hər hansı bir hərəkəti olmamış, bununla bağlı “İnzibati icraat haqqında” Qanunun “İnzibati icraat” adlanan İV fəslində müəyyən edilmiş inzibati icraat başlanılmamış və keçirilməmişdir. Belə ki, cavabdeh tərəfindən sözügedən məsələ ilə bağlı “İnzibati icraat haqqında” Qanunun müddəaları çərçivəsində inzibati icraat aparılmamış, inzibati akt qəbul edilməmiş, iddiaçıya qarşı mübahisə edilən pul vəsaitinin tutulmasına yönəldilmiş hər hansı məcburedici hərəkətlər edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, hazırki iş üzrə “real və ciddi” mübahisə mövcud deyildir. Belə ki, “mübahisə” inzibati orqan tərəfindən aparılan və faktiki olaraq iddiaçının qanunla qorunan hüquqlarının həyata keçirilməsinə hər hansı müdaxilə (hüquqi nəticə) yaratmayan hesablama ilə bağlıdır və gömrük orqanın gömrük borcunun hesablanması barədə müraciət pretenziya xarakterlidir. Pretenziyanın isə məhkəmə qaydasında mübahisələndirilməsi məhkəmə icraatının məqsədlərinə uyğun hesab edilə bilməz. X19 Məhkəməsinin presedent hüququna əsasən: - “Mübahisə” sözü (Fransız dilində “contestation”) formal mənada deyil, daha çox maddi mənada başa düşülməlidir (Le Compte, Van Leuven və X16rşı, § 45). İstifadə edilən xarici formanın və dilin çərçivəsindən kənara çıxmaq və hər bir məhkəmə işinin hallarına uyğun olaraq, diqqəti faktiki vəziyyətə yönəltmək lazımdır (Gorou Yunanıstana qarşı (№. 2) [BP], § 29; və Boulois Luksemburqa qarşı [BP], § 92). 6-cı Maddə qarşı tərəflərin olmadığı və hüquqlarla bağlı hər hansı bir mübahisəli vəziyyətin mövcud olmadığı hallarda, çəkişmə prinsipinə əsaslanmayan və birtərəfli qaydada aparılan prosedura tətbiq olunmur (Alaverdyan Ermənistana qarşı, (qərardad), § 35). - “Mübahisə” real və ciddi olmalıdır (Sporrong və Lönnroth İsveçə qarşı, § 81). - Mübahisə təkcə hüququn faktiki mövcudluğu ilə deyil, onun tətbiq sahəsi və ya həyata keçirilmə qaydası ilə də əlaqəli ola bilər (Benthem Hollandiyaya qarşı, § 32). O, həmçinin fakt məsələləri ilə bağlı ola bilər - Məhkəmə prosesinin nəticəsi sözügedən hüquq üçün bilavasitə həlledici olmalıdır (məsələn, Ulyanov Ukraynaya qarşı (qərardad)). Nəticə etibarilə, zəif əlaqə və ya uzaq nəticələrin olması 6 § 1 Maddənin tətbiq olunması üçün kifayət deyil (Boulois Luksemburqa qarşı [BP], § 90). - Mülki “hüquq”un mövcud olub-olmadığını və məhdudiyyətin maddi və ya prosessual kimi təsnifləndirildiyini müəyyən edərkən, ilk növbədə milli qanunvericiliyin müvafiq müddəalarına və yerli məhkəmələr tərəfindən bu müddəların necə şərh edildiyinə baxılmalıdır (Masson və X14rşı, § 49). Zahiri formadan kənara çıxmaq, milli qanunvericiliyin müəyyən məhdudiyyəti necə təsnifləndirdiyini araşdırmaq və faktiki hallar üzərində dayanmaq lazımdır (X2rşı, § 38). - Məhkəmə yerli qanunvericiliyə əsasən “ictimai hüquq” sahəsinə daxil olan və nəticəsi fərdi hüquq və vəzifələr baxımından həlledici olan məhkəmə proseslərinin, 6 § 1 Maddənin əhatə dairəsinə düşdüyünü hesab edir. - 6-cı maddənin redaksiyası (1) (maddə 6-1), daha genişdir; Fransız ifadəsi “contestations sur (des) droits et obligations de caractère sivil” nəticəsi şəxsi hüquq və öhdəliklər üçün həlledici olan bütün prosesləri əhatə edir. İngilis dilindəki “... mülki hüquqlarının və vəzifələrin müəyyən edilməsi" mətni bu şərhi təsdiqləyir. Buna görə də məsələnin necə tənzimlənməsini müəyyən edən qanunvericiliyin xarakteri (mülki, kommersiya, inzibati hüquq və s.) və həmin məsələ ilə bağlı səlahiyyətli qurum (adi məhkəmə və ya inzibati orqan və s.) az əhəmiyyət kəsb edir (Ringeisen Avstriyaya qarşı § 94) Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı münasibətlər işığında hazırkı “mübahisə”nin nəticəsi fərdi hüquq və vəzifələrin müəyyən edilməsi baxımından həlledici deyil. Belə ki, müvafiq hesablamaya dair bildiriş inzibati akt hesab olunsa belə, iddiaçının qanunla qorunan hüquqlarının həyata keçirilməsinə hər hansı (faktiki) müdaxilə mövcud deyil və özlüyündə hər hansı hüquqi nəticə yaratmır. Başqa sözlə, iddiaçıya hesablanmış borcla əlaqədar olaraq gömrük orqanı tərəfindən borcun tutulmasına yönəldilmiş hər hansı bir hərəkət edilməmiş, sərəncam qoyulmamış, icra sənədi verilməmiş, digər gömrük rəsmiləşdirmələrinə borc ödənilmədiyinə görə məhdudiyyət qoyulmamış, yalnız borc barədə bildiriş göndərilmişdir. Göründüyü kimi, işin halları ilə iddiaçının hazırkı iddianı qaldırması üçün hər hansı bir əsası, yaxud onun hazırkı iddiaya hüquqi marağı müəyyən olunmur, məhkəmə hüquq müdafiəsinə isə zərurət mövcud deyildir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır... Azərbaycan Respublikası “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır və bu zaman məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İPM: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göstərilənlərə əsasən və İPM-nin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-2405/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2405/2024
09.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver