Məhkəmə qərarları › İş №2-1(112)-2406/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2406/2021

01.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2406/2021 01.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi X32 oglunun katibliyi Tələbkar İddiaçı iştirakı ilə, Tələbkar İddiaçı “Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin 27 mart 2020-ci il tarixli icraata xitam verilməsi haqqında qərarın ləğv edilməsi və Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-100/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədinin icra edilməsi üçün Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinə göndərilməsi” barədə şikayət ərizəsinə məhkəmənin binasında (ünvan: ünvan 1əmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Tələbkar İddiaçı şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin 27 mart 2020-ci il tarixli icraata xitam verilməsi haqqında qərarının ləğv edilməsi və Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-100/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədinin icra edilməsi üçün Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinə göndərilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılır ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-100/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən X13, X1, X5, X12, X14, X10, X18 və X8 hər birinin 1/9 hissədə mülkiyyətində olmuş Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsindəki ümumi sahəsi 375, 3 kv.m mənzillərin ümumi sahəsi 357,3 kv.m olan 96 saylı yaşayış evinin hər kv.m-ə 1500 manat hesablanmaqla, cəmi 562950 manat kompensasiyanın tələbkarların hər birinə 1/9 hissədə ödənilməsi Yasamal rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. İcra sənədi Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və 19 aprel 2017-ci il tarixdə icraata başlanılmışdır. Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının 4532/d saylı 06 mart 2020-ci il tarixli məktubuna əsasən 2-1(81)- 100/2016 saylı xx.xx.2017-ci il tarixli icra sənədinin icra edildiyi göstərilmişdir. Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin 27 mart 2020-ci il tarixli icraata xitam verilməsi haqqında qərarına əsasən Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-100/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədinə xitam verilərək məhkəməyə qaytarılması qərara alınmışdır. Lakin Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-100/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədində göstərilən kompensasiya məbləği tam ödənilməmişdir. Bu səbəbdən də iddiaçı hesab edir ki, Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin 27 mart 2020-ci il tarixli icraata xitam verilməsi haqqında qərarı ləğv edilməli və Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-100/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədi icra edilməsi üçün Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinə göndərilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barəsində Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinə məlumat verilməsinə baxmayaraq icra məmurunun iştirakı təmin edilməmişdir. Məhkəmə hesab edir ki, hazırki ərizəyə icra məmurunun iştirakı olmadan baxıla bilər. Məhkəmə ilk öncə şikayət ərizəsinin qanunvericiliklə nəzərdə tutulmuş müddətdə verilməsi məsələsini araşdıraraq qeyd edir ki, iş materiallarında qərarın tələbkara təqdim edilməsini sübut olmadıgından ərizə mümkünlük şərtlərini ödəmişdir. Məhkəmə tələbkarı dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında araşdırılmış 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş arxiv işindən və icra şəbəsindən tələb edilmiş icra işindən görünür ki: - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-100/2016 saylı xx.xx.2017-ci il tarixli icra vərəqəsi ilə X3, X1, X5, X12, X4, İddiaçı, X10, X18 və X8 hər birinin 1/9 hissədə mülkiyyətində olmuş Bakı şəhəri Yasamal rayonu A.Ağayev (keçmiş 3-cü Xrebtovı) küçəsindəki ümumi sahəsi 375,3 kv.m. mənzillərin ümumi sahəsi-357,3 kv.m. (yaşayış sahəsi 213,7 kv.m. və yardımçı sahə 143,6 kv.m.), həyətyanı tikili və qurğular-18 kv.m (sanitar qovşağı-2,7 kv.m., hasar 15,3 kv.m.) olan 96 saylı yaşayış evinin hər kv.m-yə 1500 (bir min beş yüz) manatdan hesablanmaqla cəmi 562950 (beş yüz altmış iki min doqquz yüz əlli) manat məbləğində kompensasiyanın X6, X2, X9, X16, X7, İddiaçı, X15, X19 və X11 hər birinə 1/9 hissədə ödənilməsi Yasamal rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. - Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin xx.xx.2017-ci il tarixli qərarı ilə 1 saylı Bakı inzibati-lqtisadi Məhkəməsinin 2-1(81)-100/2016 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən icra icraatına başlanılmışdır. - Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə göndərilmiş xx.xx.2020-ci il tarixli № 4532/d saylı məktubunda 9.2(004)-100/2016 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsiin icra olundugu bildirilmişdir. - Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 1 saylı Bakı inzibati-lqtisadi Məhkəməsinin 2-1(81)-100/2016 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə tələb borclu tərəfindən tam ödənildiyindən “İcra haqqında“ Azərbaycan Respublikası Qanununun 20.1.5-ci və 20.2-ci maddələrinə əsasən xitam verilmişdir. - Azərbaycan Respublikası Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin məhkəmə sorgusuna əsasən ünvanladığı xx.xx.2021-ci il tarixli № 1221/d saylı məktubunda qeyd olunmuşdur ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 100/2016 saylı icra vərəqəsi üzrə qeyd olunan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin dövlət ehtiyacları üçün alınması ilə bağlı İddiaçı ilə Yasamal rayon İcra Hakimiyyəti arasında sözügedən yaşayış sahəsinin 1/9 hissəsinin alınmasına dair xx.xx.2017-ci il tarixində razılaşma protokolu və xx.xx.2017-ci il tarixli kassa məxaric orderinə əsasən İddiaçı 37000 (otuz yeddi min) manat kompensasiya ödənilmişdir. (Məktuba “AzərTürkBank”ın kassa məxaric orderinin surəti əlavə edilmişdir). Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə icra haqqında Azərbaycan Respublikası qanunvericiliyi Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanunundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsindən, habelə digər qanunvericilik aktlarından ibarətdir. Həmin Qanunun 8.1-ci maddəsinə görə icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlandığı vaxtdan ən çoxu 10 gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin Qanunun 20.1.5.-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair” 10 oktyabr 2017-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. İcra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır. 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. Məhkəmə qeyd edir ki, “İcra haqqında” Qanunun 87.1-ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Həmin halla bağlı aydınlaşdırılmalı məsələ isə ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə məhkəmələrdə necə baxılmalıdır. Bunun üçün aşağıdakı məsələlər nəzərə alınmalıdır. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəməyə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə də, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Məhkəmə iclasında araşdırılan icra işindən göründüyü kimi 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-100/2016 saylı xx.xx.2017-ci il tarixli icra vərəqəsi ilə X3, X1, X5, X12, X4, İddiaçı, X10, X18 və X8 hər birinin 1/9 hissədə mülkiyyətində olmuş Bakı şəhəri Yasamal rayonu A.Ağayev (keçmiş 3-cü Xrebtovı) küçəsindəki ümumi sahəsi 375,3 kv.m. mənzillərin ümumi sahəsi-357,3 kv.m. (yaşayış sahəsi 213,7 kv.m. və yardımçı sahə 143,6 kv.m.), həyətyanı tikili və qurğular-18 kv.m (sanitar qovşağı-2,7 kv.m., hasar 15,3 kv.m.) olan 96 saylı yaşayış evinin hər kv.m-yə 1500 (bir min beş yüz) manatdan hesablanmaqla cəmi 562950 (beş yüz altmış iki min doqquz yüz əlli) manat məbləğində kompensasiyanın X6, X2, X9, X16, X7, İddiaçı, X15, X19 və X11 hər birinə 1/9 hissədə ödənilməsi Yasamal rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə göndərilmiş xx.xx.2020-ci il tarixli № 4532/d saylı məktubunda 9.2(004)-100/2016 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsiin icra olundugu bildirilsə də, Azərbaycan Respublikası Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin məhkəmə sorgusuna əsasən ünvanladığı xx.xx.2021-ci il tarixli № 1221/d saylı məktubuna əlavə edilmiş xx.xx.2017-ci il tarixli kassa məxaric orderinə əsasən İddiaçı 37000 (otuz yeddi min) manat kompensasiya ödənilmişdir. Beləliklə də Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 1 saylı Bakı inzibati-lqtisadi Məhkəməsinin 2-1(81)-100/2016 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə tələb borclu tərəfindən tam ödənilmədiyi halda “İcra haqqında“ Azərbaycan Respublikası Qanununun 20.1.5-ci və 20.2-ci maddələrinə əsasən əsassız olaraq xitam verilmişdir. Odur ki, məhkəmə hesab edir ki, tələbkarın ərizəsi təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-100/2016 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə “İcra haqqında“ Azərbaycan Respublikası Qanununun 20.1.5-ci və 20.2-ci maddələrinə əsasən xitam verilməsi barədə Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli qərarı ləğv edilməli, icra sənədi üzrə icra hərəkətləri davam etdirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsinə əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizə təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-100/2016 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə “İcra haqqında“ Azərbaycan Respublikası Qanununun 20.1.5-ci və 20.2-ci maddələrinə əsasən xitam verilməsi barədə Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli qərarı ləgv edilsin və icra sənədi üzrə icra hərəkətlərinin davam edilməsi Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 5 HAKİM: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar