Məhkəmə qərarları › İş №2-1(112)-2408/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2408/2020

02.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2408/2020 02.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirаkı ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı “Müavinətin ödənilməsi”nə dair iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, Məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2010-cu il üçün istifadə etmədiyi bir aylıq müalicə pulu- müalicə üçün nəzərdə tutulmuş birdəfəlik müavinətin ona ödənilməyən hissəsinin hesablanıb ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1995-ci il tarixdən 2018-ci sentyabr ayına qədər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətində müxtəlif vəzifələrdə işləmişdir. Belə ki, 1995-1998-ci illər Xüsusi rejimli cəza çəkmə müəssisəsində baş əməliyyat müvəkkili, 1998-2002-ci illər Xüsusi rejimli cəza çəkmə müəssisəsində rejim-nəzarət şöbəsinin rəisi, 2002-2007-ci illər 15 saylı CÇM-də Əməliyyat şöbəsinin rəisi, 2017-2018-ci illər 6 saylı CÇM-də Əməliyyat şöbəsinin rəisi, 20118-ci il 2 saylı CÇM-də Əməliyyat şöbəsinin rəisi və 12 saylı CÇM-də rejim-nəzarət şöbəsinin rəisi vəzifələrində işləmişdir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının qanununa müvafiq olaraq 2006-cı ildən başlayaraq ədliyyə orqanlarının əməkdaşlarına müalicə olunmaları üçün iki aylıq əmək haqqı qədər müavinət ödənilmişdir. İşlədiyi müddətdə qeyd olunan müavinət ona ödənilməmişdir. Yalnız bir dəfə 1 aylıq əmək haqqı məbləğində müavinət verilmişdir. 2019-cu ilin aprel ayında Azərbaycan respublikası Ədliyyə Nazirliyinə müraciət edərək 2006-2016-cı illər üçün ona ödənilməyən birdəfəlik müavinətin verilməsi üçün xahiş etsə də, 17/7-6740 saylı xx.xx.2019-cu il tarixli məktubla 2006-2016-cı illər üçün birdəfəlik müavinətin ödənilməsi üçün həmin illərdə müraciətinin olmaması səbəbindən imtina edilmişdir. Yenidən xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müracuət edərək 2010-cu il tarixdə müayinədən keçdikdən sonra müalicə olunmağı üçün Penitensiar Xidmətin rəhbərliyinə rəsmi qaydada müavinətin verilməsi üçün müraciət etdiyi və həmin vaxt ona 1 aylıq əmək haqqı məbləğində birdəfəlik müavinətin verildiyini və qanunamüvafiq olaraq 2010-cu ildə ödənilməyən bir aylıq əmək haqqı məbləğidə birdəfəlik müavinətin verilməsi üçün müraciət etsə də, 17/7-17074 saylı, xx.xx.2019-cu il tarixli məktubla xx.xx.2010-cu il tarixdə 7 saylı protokol ilə 1 aylıq əmək haqqının verildiyini və cari ilin büdcə xərclərinin müvafiq xərc maddəsində yalnız ştatda olan əməkdaşların müalicəsi üçün verilən müavinət məbləği nəzərdə tutulduğundan müraciətinin təmin olunmasından imtina edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməttinin göstərilən əsaslarla imtinası qanunsuz və əsassızdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən yazılı etiraz təqdim edilməmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin əsaslı olduğunu bildirərək, ona iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: ASAN1 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1963-cü ildə doğulmuşdur, ünvan 1 ünvanında yaşayır. Azərbaycan Respubllikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən iddiaçıya ünvanlanmış xx xxx 2019-cu il tarixli 17/7-6740 nömrəli məktubda qeyd edilmişdir ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunun 23.2-ci maddəsinə əsasən “ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı həsmində birdəfəlik müavinət verilir”. “Ədliyyə orqanları işilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi” Qaydlarının 2.1 bəndinə əsasən “müavinət işçinin və ya onun nümayəndəsinin müraciəti əsasında verilir”. Bu səbəbdən 2006-2016cı illərdə onun müraciəti olmadığından birdəfəlik müavinət almamışdır. Azərbaycan Respubllikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən iddiaçıya ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli 17074 nömrəli məktubda qeyd edilmişdir ki, 14 saylı Məntəqə tipli cəzaçəkmə müəssisəsinin Əməliyyat-rejim şöbəsinin böyük inspektoru (əməliyyat müvəkkili) vəzifəsində işləyərkən ona Penitensiar Xidmətin əməkdaşlarına müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi üzrə Komissiyanın xx.xx.2010-cu il tarixli 7 saylı protokolu ilə 1 aylıq əməkhaqqı məbləğində müavinətin verilməsi qərara alınmışdır. Cari ilin büdcə xərclərinin müvafiq xərc maddəsində yalnız ştatda olan əməkdaşlarının müalicəsi üçün verilən müavinət məbləği nəzərdə tutulmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun preambulası ilə müəyyən edilir ki, bu Qanun Azərbaycan Respublikasının ədliyyə orqanlarında, idarələrində və təşkilatlarında, penitensiar xidmətdə qulluq keçmə qaydalarını və şərtlərini, bu orqanların işçilərinin hüquqi vəziyyətinin əsaslarını müəyyən edir. Həmin Qanunun 1.1-ci maddəsinə əsasən, ədliyyə orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan ədliyyə orqanlarının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən və xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının mərkəzi aparatları, müvafiq icra hakimiyyəti orqanının strukturuna daxil olan penitensiar xidmət, yerli, regional qurumları, tədris, elm və məhkəmə ekspertizası idarələri, tibb xidməti, mətbuat orqanları və digər təyinatlı qurumların işçilərinə şamil edilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Əsasnaməsi ilə müəyyən edilir ki, həmin orqan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin baş idarə səlahiyyətli müstəqil struktur qurumudur. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunun 33.1-ci maddəsinə görə isə Penitensiar Xidmətin işçiləri xüsusi rütbəsi olan əməkdaşlara, mülki işçilərə və hərbi qulluqçulara bölünür. Xüsusi rütbəsi olan əməkdaşlar (bundan sonra əməkdaşlar) sıravi heyətdən, kiçik, orta, böyük və ali rəis heyətindən ibarətdir. Mülki işçilər dövlət qulluqçularından və dövlət qulluqçusu olmayan işçilərdən ibarətdir. Həmin Qanunun 33.2-ci maddəsinə görə Penitensiar Xidmətin əməkdaşları və mülki işçiləri ədliyyə orqanlarının işçiləridir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 23.1-ci bəndinə əsasən ədliyyə orqanları işçilərinin həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi sığorta edilir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 23.2-ci bəndinə əsasən ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilir. Qanunun qeyd olunan normalarından göründüyü kimi, İddiaçı müalicə olunması üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı verilməli olduğu halda, ona 2010-cu ildə bir aylıq əmək haqqı məbləğində müavinət verilmişdir. Lakin cavabdeh tərəfindən əsassız olaraq qanunun qeyd olunan göstərişləri iddiaçıya şamil edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun ərizənin təmini yönündəki hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Buna görə də Məhkəmə hesab edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də iddiaçı həmin öhdəliyin icrasını zəruri edən şərtləri, cavabdeh orqan isə - belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğuna istinad edirsə - həmin şərtlərin mövcudluğunu sübut etmək vəzifəsini daşıyır. Məhkəmə belə qənaətincə, iddiaçı tərəf tələbinin əsaslı olmasını təsdiq edən faktiki şərtləri sübuta yetirə bildiyi halda, cavabdeh tərəf bunun əksini sübut edə bilməmişdir. Həmin Məcəllənin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı iddia tələbi təmin edilərək iddiaçıya 2010-cu il müalicə üçün nəzərdə tutulmuş birdəfəlik müavinətin ona ödənilməyən-1 aylıq əmək haqqı məbləğində hissəsinin hesablanıb ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İPM-nin 2, 68-ci, 69-cu, 85-ci maddəsinə əsasən, Məhkəmə QƏRARA ALDİ İddia tələbi təmin edilsin. İddiаçı İddiaçı 2010-cu il müalicə üçün nəzərdə tutulmuş birdəfəlik müavinətin ona ödənilməyən-1 aylıq əmək haqqı məbləğində hissəsinin hesablanıb ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar