Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2409/2020 09.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X10 Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X14 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin əməkdaşlarının qanunsuz və əsassız hərəkətləri nəticəsində vurulmuş ziyana görə pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi 4400 manat, çəkməli olacağı 5013 manat, hüququ pozulmasaydı adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlir (əldən çıxmış fayda) olaraq 2400 manat, mənəvi ziyana görə 10000 manat, cəmi 21893 (iyirmi bir min səkkiz yüz doxsan üç) manat kompensasiyanın alınıb ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, bu ilin fevral ayının 29-da Gürcüstan Respublikasından Koreya Respublikasının istehsalı olan M-1 kateqoriyalı, dizel mühərrikli, 2199 kub sm, 2006-cı il buraxılışlı, VİN: KMHSİWP7U127610 “Hyundai SantaFe AZSS 536-2012” markalı, ekoloji 4-cü sinif avtomobil olaraq, Azərbaycan Respublikasına gətirmişdir. X2 almaqdan ötrü avtomobili Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X6 idarəsinə təqdim etmişdir. Lakin, X6 idarəsinin əməkdaşı olan Pəviz adlı şəxs heç bir sənəd təqdim etmədən avtomaşının “Euro-3” standartına uyğun olduğunu və bu səbəbdən Gürcüstan Respublikasına geri qaytarılacağını bildirmişdir. O, razılaşmamış və 26 mart 2019-cu ildə avtomaşını “Hyundai” avtomobillərinin Azərbaycan Respublikasında yeganə distributeri olan “Autoaz.az” (otoplaza)-ya gətirmişdir. Orada avtomobili komputer müayinəsindən keçirmişlər, ROM İD vasitəsi ilə maşının şassi nömrəsini “HYUNDAİ”-nın Koreya Respublikasındakı zavoduna göndərmişlər və 04 aprel 2019-cu ildə ona avtomobilin “Euro-4” standartlarına uyğun olması barədə sənəd təqdim etmişlər. O, həmin sənədi X6 İdarəsinə təqdim edəndə İdarənin Sertifikatlaşdırma orqanının rəhbəri Samir Qibləliyev uyğunluq sertifikatı verməyəcəyini, maşını cərimə dayanacağında çürüdəcəyini bildirmişdir. O, müxtəlif orqanlara müraciət etsə də, demək olar ki, hər gün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə, Gömrük Komitəsinin Aksiz Malları üzrə Baş Gömrük İdarəsinə, Gömrük Komitəsinin X6 İdarəsinə gedib-gəlsə də, S.Qibləliyev dediyi kimi onu yollarda əsir etmiş, maşını isə Gömrük Komitəsinin Aksiz Mallar üzrə Baş Gömrük İdarəsinin “Meyvəli” adlanan ödənişli dayanacağına atdıraraq günəşin, küləyin və tozun altında yarasız hala saldırmışdır. Nəhayət, böyük çətinliklə Qobustan rayonunda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinin qəbulunda olmuş və onun müdaxiləsindən sonra 26 iyul 2019-cu ilə avtomobilə X2 almışdır. Gömrük Komitəsinin X6 İdarəsinin əməkdaşlarının, xüsusilə həmin idarənin Sertifikatlaşdırma orqanının rəhbəri Samir Qibləliyevin qanunsuz və əsassız hərəkətləri nəticəsində “Hyundai SantaFe” markalı, ** PB *** dövlət nömrə nişanlı avtomobilin 04 aprel 2019-cu il tarixdən 28 iyul 2019-cu il tarixə kimi Aksiz Mallar üzrə Baş Gömrük İdarəsinin dayanacağında saxlanılması ilə əlaqədar o, avtomobilin cərimə meydançasında saxlanmasına görə 550 manat haqq ödəmiş, avtomobilə təzə akkumlyator, yeni yağ nasosunun alınması, yağın dəyişdirilməsi, yeni şinlərin alınması, matorun kəmərlərinin təzələnməsi və s. üçün 2000 manat, müxtəlif orqanlara ünvanlanmış şikayətlərin göndərilməsi üçün poçt xərci olaraq 200 manat, müxtəlif orqanlara müraciətlər və maşına baxılması ilə əlaqədar nəqliyyat xərci kimi 800 manat xərc çəkmişdir. “X15” MMC tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş, 17 nömrəli aktdan görünür ki, “Hyundai SantaFe” markalı, ** PB *** dövlət nömrə nişanlı avtomobilə ehtiyat hissələrinin alınması və təmir işlərinin görülməsi üçün 5013 manat pul tələb olunur. Bundan başqa hesab edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi öz işçisi olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X6 İdarəsinin əməkdaşlarının, xüsusilə həmin İdarənin Sertifikalaşdırma orqanının rəhbəri Samir Qibləliyevin qanunsuz hərəkətləri nəticəsində onun avtomobilini əsassız olaraq dayanacaqda saxlamaqla əmlakına zərər vurulmasına və bunun nəticəsində psixoloji sarsıntı keçirməsinə səbəb olduğundan ona 10000 manat mənəvi ziyana görə kompensasiya ödəməlidir. Cavabdeh iddia ərizəsinə qarşı etirazla məhkəməyə müraciət edərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Etiraza görə, İddiaçı xx.xx.2019-cu il tarixdə Hyundai Santa-Fe markalı, 2006-cı il istehsal tarixli, VİN nömrəsi KMHSJ81WP7U127610 olan nəqliyyat vasitəsini ölkə ərazisinə idxal etmişdir. İddiaçı gömrük qanunvericiliyinin tələblərini pozaraq nəqliyyat vasitələrini təxminən 1 ay sonra xx.xx.2019-cu il tarixdə təyinat gömrük orqanı olan Aksiz Mallar üzrə Baş Gömrük İdarəsinə çatdırmış və elə həmin tarixdə də X6 İdarəsinin Sertifikatlaşdırma Orqanına ərizə ilə müraciət etmişdir. İddiaçı tərəfindən təqdim olunmuş sənədlərin araşdırılması və elektron bazada istifadə olunmuş məlumatlar əsasında bu nəqliyyat vasitələrinin AVRO-4 ekoloji standartına uyğun istehsal olunmadığı müəyyən olunmuş və X6 İdarəsi tərəfindən İddiaçı müraciəti cavablandırılmışdır. İddiaçı Ş.X9 Komitəsinin X6 İdarəsi tərəfindən verilən rəylə razılaşmayaraq xx.xx.2019-cu il tarixdə yenidən Dövlət Gömrük Komitəsinin X6 İdarəsinə müraciət edərək Hyundai avtomobillərinin respublikada rəsmi distributoru olan "xxxx" Şirkətinin İddiaçı idxal etdiyi nəqliyyat vasitəsinin AVRO-4 ekoloji sinfinə uyğun olması barədə verdiyi məlumatı gömrük orqanına təqdim etmişdir. Bundan sonra Dövlət Gömrük Komitəsinin X6 İdarəsi tərəfindən İddiaçı müraciətinin araşdırılması məqsədi ilə xx.xx.2019-cu il tarixli əmrlə ekspert komissiyası yaradılmış və 15.05.019-cu il tarixli protokolla İddiaçı müraciəti araşdırılaraq Koreya Respublikası Gömrük Xidməti ilə yanaşı Gürcüstan Respublikası Maliyyə Nazirliyinin Gəlirlər Xidmətin Gömrük Departamentinə müraicət edilməsi qərara alınmışdır. Bununla əlaqədar olaraq xx.xx.2019-cu il tarixdə X6 İdarəsinin elekron poçt ünvanından “X11”-nin rəsmi saytına qeyd olunan nəqliyyat vasitələrinin hansı ekoloji sinfə uyğun istehsal olunması barədə sorğu göndərilsə də “KOTRA” (Koreya Ticarət və X1) müraciəti cavablandırmamışdır. İddaçı İddiaçı iddia tələbindən müəyən edilir ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarının qanunsuz və əsassız hərəkətləri nəticəsində ona vurulmuş ümumilikdə 21893 manat kompensasiyanın cavabdehdən tutularaq iddiaçıların xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin hallarından göründüyü kimi, Dövlət Gömrük Komitəsinin X6 İdarəsi tərəfindən İddiaçı müraciətinin araşdırılması məqsədi ilə xx.xx.2019-cu il tarixli əmrlə ekspert komissiyası yaradılmış və xx.xx.2019-cu il tarixli protokolla İddiaçı müraciəti araşdırlaraq Koreya Respublikası Gömrük Xidməti ilə yanaşı Gürcüstan Respublikası Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamentinə sorğular ünvanlanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-ccü il tarixli 232 nömrəli qərarı ilə təsdiq edilmiş X4 qaydalarından da, müəyyən edilir ki, Dövlət Gömrük Komitəsinin X6 İdarəsi tərəfindən 4 (dörd) ay müddətinə ekspertizası aparıla bilər ki, bu da Dövlət Gömrük Komitəsinin X6 İdarəsinin rəisinin xx.xx.2019-cu il tarixli əmri ilə öz təsdiqini tapmışdır. Əlavə olaraq bildirmişlər ki, İddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində 22 ədəd avtomobil idxal edilmişdir. Həmin avtomobillər qanunvericiliyin tələb olunan standartlara uyğun olan nəqliyyat vasitələri idxal olunmuş avtomobillərin gömrük rəsmiləşdirilməsi həyata keçirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 232 nömrəli qərarı ilə təsdiq edilmiş. “X4 Qaydaları”-nın 7.1-ci bəndinə əsasən gömrük ekspertizası 20 (iyirmi) iş günü müddətində aparılır. Ekspertizanın aparılması müddəti materialların və sənədlərin gömrük laboratoriyasına daxil olduğu gündən sonrakı növbəti iş günündən hesablanır və rəyin imzalandığı tarixdə başa çatır. Ekspertizanın aparılma müddətinin sosnunu günü istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə və ya ümumxalq hüzn gününə düşərsə, növbəti iş günü müddətin qurtardığı gün hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabintinin xx.xx.2013-cü il tarixli, 232 nömrəli qərarı ilə təsdiq edilmişdir. “X4 Qaydaları”-nın 7.2-ci bəndinə əsasən X4 müddəti səbəbləri göstərilməklə, gömrük laboratoriyasının rəhbərinin yazılı icazəsi əsasında X4 üçün 4 (dörd) aydan çox olmayan müddətə uzadıla bilər. Bundan başqa, mülki hüquq məsuliyyətinin yaranması üçün əməlin baş verməsi, əməlin hüquqa zidd olması və əməli törədən şəxsin təqsirli olması vacibdir. Bu üç əlamət bir-biri ilə bağlı olduğundan və birinin mövcudluğunun olmaması mülki hüquq məsuliyyətini istisna etdiyindən hər üç əlamətin mövcud olması mülki hüquqi məsuliyyəti daşıyan şəxsdən tələb hüququ hüquqi müəyyənlik prinsipi baxımından da əhəmiyyətlidir. Çünki, maddi hüquq normasının dispozisiyasında birbaşa və aydın ifadə olunmuşdur ki, delikt törətmiş şəxsin mülki hüquqi məsuliyyətinin yaranması və buna görə də məsuliyyət daşıması, əməlin hüquqa zidd olması, həmin əmələ görə təqsirin olması ilə şərtləndirilmişdir. Hazırki iddia tələbinin məzmunundan da göründüyü kimi, iddiaçının iddia etdiyi kimi cavabdehin hüquqdan suiistifadə etməsi nəticəsində deyil, aparılmış araşdırılma müddətində iddiaçının idxal etdiyi avtomobil Aksizli Mallar üzrə Baş Gömrük idarəsində saxlanılmışdı. Belə olan halda Dövlət Gömrük Komitəsinin hər hansı təqsiri istisna olunmalıdır. Dövlət Gömrük Komitəsinin mülki hüquq məsuliyyətin yaranmasında hər hansı təqsiri olmadığından, iddiaçının ona maddi zərər və habelə əldən çıxmış faydanın ödənilməsini tələb etməsi də istisna olunmalıdır. İddia ərizəsində göstərilənlər iddiaçının şəxsi mülahizəsinə əsaslanmaqla, hər hansı əsaslı şübhə yaratmayan sübutla təsdiq edilmir. Belə ki, gömrük orqanının xx.xx.2019-cu il tarixli əmri ilə ekspertiza komissiyası yaradılaraq araşdırma aparılmış və müvafiq sorğular verilsə də, həmin sorğular cavablandırılmasa da, iddiaçının idxal etdiyi avtomobilə X2 verilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə qarşı etiraza uyğun izahat verərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2019-cu il tarixli, 1000-190/1xxxx/025644 nömrəli imtina məktubundan görünür ki, iddiaçının Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə 26 noyabr 2019-cu il tarixli, 26/G1/044905 qeydiyyat nömrəsi ilə daxil olmuş ərizəsinə cavab olaraq bildirilmişdir ki, müraciətdə qaldırdığı iddia mülki mübahisə xarakteri daşıdığından məsələyə baxılması Azəbraycan Respublikası Dövlət Gömrük Komitəsinin səlahiyyətlərinə aid deyil və aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ vardır. İşdə olan “X15” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, görüləcək təmir işləri barədə yekun smeta xərcindən görünür ki, X16 markalı, ** PB *** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2008-ci il olan avtomobildə görüləcək təmir işlərinin yekun xərci 5013 manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X6 İdarəsi tərəfindən verilmiş 2200/012Ş nömrəli, xx.xx.2019-cu il tairxli əmrin surətindən görünür ki, İddiaçı və X8 ərizələrinə baxılması üçün Ekspert Komissiyaları yaradılmışdır. İşdə olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X6 İdarəsinin Nəqliyyat vasitələrinin inspeksiyası Ekspert Komissiyasının iclasının xx.xx.2019-cu il tarixli, 1 nömrəli protokolundan görünür ki, gündəlik məsələ - İddiaçı və X8 xx/xx/003271 saylı, xx.xx.2019-cu il tarixli daxil olmuş məktubunun müzakirəsinə əsasən X6 İdarəsinin Ekspert Komissiyası və vətəndaş İddiaçı və vətəndaş X8 iştirakı ilə X6 İdarəsinin avtonəqliyyat vasitələrinə inspeksiya xidməti göstərən orqanında qeyd olunan nəqliyyat vasitələri katalizator sistemi “RM430” markalı qaz analizatoru vasitəsilə diaqnostika edilərək müəyyən olunmuşdur ki, katalizator işlək vəziyyətdədir. X6 İdarəsində bu nəqliyyat vasitələri barədə daxil olmuş sorğuların cavablandırılması DGK-nın Gürcüstan gömrük xidməti və Koreya gömrük xidməti və Koreya Səfirliyi, Koreya Respublikasındakı “Happy Car” şirkətinə göstərilən sorğunun cavabı əsasında olacaq. İşdə olan digər sənədlərdən müəyyən edilir ki, Azərbaycan Respublikası Mərkəzi Gömrük Ekspertiza İdarəsinin elektron poçt ünvanından “X11”-nin rəsmi saytına Koreya Respublikasından ölkəyə gətirilmiş 2006-cı ildə istehsal olunmuş iki Hyundai SantaFe avtomobillərinin (VİN nömrəsi: KMHSJ81WP6U051155, KMHSJ81WP&U127610) hansı Avropa emissiya standartlarına (EUR02, EUR03, ECR04) aid olması barədə sorğu göndərilmişdir. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı xx.xx.2019-cu il tarixdə Gürcüstan Respublikasından Koreya Respublikasının istehsalı olan Hyundai Santa-Fe markalı, 2006-cı il istehsal tarixli, VİN nömrəsi KMHSJWp7U127610 olan nəqliyyat vasitəsini ölkə ərazisinə idxal etmişdir. O, xx.xx.2019-cu il tarixdə təyinatı üzrə gömrük orqanı olan Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə çatdırmış və elə həmin tarixdə də X6 İdarəsinin Sertifikatlaşdırma Orqanına ərizə ilə müraciət etmişdir. X6 İdarəsi tərəfindən təqdim edilmiş nəqliyyat vasitəsinin AVRO-4 ekoloji standartına uyğun istehsal olunmadığı müəyyən edilmişdir. İddiaçı həmin cavabla razılaşmayaraq xx.xx.2019-cu il tarixdə yenidən Dövlət Gömrük Komitəsinin X6 İdarsinə müraciət edərək Hyundai avtomobillərinin respublikada rəsmi distributoru olan "xxxx" şirkətinin İddiaçı idxal etdiyi nəqliyyat vasitəsinin AVRO-4 ekoloji sinfinə uyğun olması barədə verdiyi məlumatı gömrük orqanına təqdim etmişdir. Bundan sonra Dövlət Gömrük Komitəsinin X6 İdarəsinin İddiaçı müraciətinin araşdırılması məqsədi ilə xx.xx.2019-cu il tarixli əmri ilə ekspert komissiyası yaradılmış və xx.xx.2019-cu il tarixli protokolla iddiaççı İddiaçı müraciəti araşdırılaraq Koreya Respublikası Gömrük Xidməti ilə yanaşı Gürcüstan Respublikası Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamentinə müraciətlər edilməsi qərara alınmışdır. Bununla əlaqədar xx.xx.2019-cu i ltarixdə X6 İdarəsinin elektron poçt ünvanından “X11”-nin rəsmi saytına qeyd olunan nəqliyyat vasitələrinin hansı ekoloji sinfə uyğun istehsal olması barədə sorğu göndərilsə də, “KOTRA” (Koreya Ticarət və X3) müraciəti cavablandırmamışdır. 26 iyul 2019-cu il tarixdə avtomobilə X2 verilmişdir. Məhkəmə aşağıdakı qanunvericilik normalarına əsasən hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 232 nömrəli qərarı ilə təsdiq eidlmiş “X4 Qaydaları”nın 7.1-ci bəndinə əsasən gömrük ekspertizası 20 (iyirmi) iş günü müddətində aparılır. Ekspertizanın aparılma müddəti materialların və sənədlərin gömrük laboratoriyasına daxil olduğu gündən sonrakı növbəti iş günündən hesablanır və rəyin imzalandığı tarixdə başa çatır. Ekspertizanın aparılma müddətinin sonuncu günü istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə və ya ümumxalq hüzn gününə düşərsə, növbəti iş günü müddətin qurtardığı gün hesab olunur. Həmin Qaydaların 7.2-ci bəndinə əsasən X4 müddəti səbəblər göstərilməklə, gömrük laboratriyasının rəhbərinin yazılı icazəsi əsasında X4 üçün 4 (dörd) aydan çox olmayan müddətə uzadıla bilər. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının müraciəti əsasında aparılmış icraat zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 232 nömrəli qərarı ilə təsdiq edilmiş “X4 Qaydaları”na riayət edilmiş, cavabdehin hazırki iş üzrə hər hansı bir qanunsuz və əsassız hərəkətləri iş materialları ilə müəyyən edilməmişdir. Belə ki, iddiaçının idxal etdiyi avtomobilin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində saxlanılmasının səbəbi cavabdeh tərəfindən aparılmış araşdırma ilə əlaqədar olmuşdur. İddiaçı pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi 4400 manat məbləğində, çəkməli olacağı 5013 manat məbləğində, əldən çıxmış fayda olaraq 2400 manat, mənəvi ziyana görə 10000 manat kompensasiyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etsə də, iddiaçının tələblərinin hüquqi müqəddəratı bilavasitə cavabdehin qanunsuz və əsassız hərəkətlərinin olmasından asılı olduğundan, məhkəmə araşdırması zamanı isə cavabdeh tərəfindən qanunvericiliyin normalarının pozulması nəticəsində qanunsuz və əsassız hərəkətlər edilməsi halı aşkar edilmədiyindən iddia tələbi əsassızdır. Məhkəmə qeyd edir ki, iddiaçı hüquqlarını bərpa etmək üçün 4400 manat məbləğində xərc çəkdiyini və çəkməli olacağı 5013 manat məbləğində xərcin cavabdehin hərəkətləri nəticəsində dəymiş ziyan olduğunu iddia etsə də, buna dair məhkəməyə kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir. Ziyan aktı isə maşın Gömrük İdarəsindən buraxıldıqdan yəni, xx.xx.2019-cu il tarixdən 1 ay sonra (xx.xx.2019-cu il tarixdə) tərtib edilmişdir. Eləcə də, iddia tələbinə əlavə edilmiş ziyan aktında sadalanan avtomobilin ziyan dəymiş ehtiyat hissələri (col qranit, sveca, rem komplekt, kolca, aypara, shatun, natijnoy, vkladish, remen, rolik və s.) ilə iddiaçının tələbində qeyd etdiyi avtomobilə dəyən ziyanın səbəbləri (külək, yağış, toz) arasında uyğunluq yoxdur. Həmçinin, məhkəmə sadalanan ziyanın dəymə səbəblərini hazırda araşdıra bilmir. Belə ki, iddiaçının özü məhkəmə iclasında qeyd etdiyi kimi, avtomobil artıq təmir olunmuşdur. Bundan başqa, iddiaçı əldən çıxmış faydaya və mənəvi ziyana görə dəymiş zərərlə bağlı da, məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsi barədə” Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilir ki, “Mülki Məcəllənin 23-cü maddəsində mənəvi zərər adətən şəxslərin qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır. Mənəvi zərər qeyri-əmlak zərəri olub iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik və sair qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı və iztirab verir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli saylı Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsində əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiya ödənilməsinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati və iqtisadi məhkəmə vasitəsi ilə verilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 68, 69, 73, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-2409/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2409/2020
09.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver